Arxeologiya və Etnoqrafiya Tarix və onun problemləri, №4 2014 301



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
tarix19.07.2018
ölçüsü0,97 Mb.
#56611


Arxeologiya və Etnoqrafiya 

Tarix və onun problemləri, № 4 2014 

 

301 

 

NURİDƏ ATƏŞİ QƏDİROVA  

AMEA, Arxealogiya və Etnoqrafiya İnstitutunun doktorantı 

Almaniyada Nizami Gəncəvi adına  

Mədəniyyət İnstitutunun direktoru 

E-mail: ateshi@nourida.com 

 

CƏNUBİ QAFQAZDA SON TUNC VƏ ERKƏN DƏMİR DÖVRÜNƏ AİD 

DÖYÜŞÇÜ QADIN QƏBRLƏRİ (QAFQAZ AMAZONLARI: MİFLƏR VƏ 

ARXEOLOJİ FAKTLAR ) 

 

Açar sözlər: amazon, Azərbaycan, Plovdağ, Semo-Avçala, Redkin-Lager Qafqaz, döyüşçü  

Ключевые словаамазонки, Азербайджан, Пловдаг, Земо Авчала, Редкин Лагер Кафказ, 

воин 


Keywords: amazon, Azerbaijan, Plovdagh, Semo-Avchala, Redkin-Lager, Caucasus, warrior  

 

Hərb sənətinin və onun tarixinin öyrənilməsi Qafqaz tarixşünaslığının qarşısında duran 

vacib  məsələlərdən  biriridir. Son

 

Tunc  və Erkən dəmir dövrünə aid olan müdafiə sistemləri, 



hərbi iş, silah və ləvazimatların, habelə qadınların öz torpaqlarının müdafiəsində iştirakı elmi 

tədqiqat əsərlərində ayrıca araşdırma mövzusu olmamışdır. Bu baxımdan Cənubi Qafqaz əra-

zisində aşkar edilmiş, Son Tunc və Erkən dəmir dövrünə aid arxeoloji abidələr arasında silahlı 

qadın  qəbirlərinin  tədqiq  edilməsi  və  faktlar  əsasında  qadınların  cəmiyyətin  bərabərhüquqlu 

üzvü  kimi  tariximizdəki  rolunun,  xüsusilə  onların  hərb  tarixindəki  yerinin  aydınlaşdırılması 

olduqca əhəmiyyətlidir. 

Dünya  tarixşünaslığında  indiyədək  elmə  məlum  olan  döyüşçü  qadın  qəbirləri  skit  və 

sarmatlara  aiddir.  Bu  abidələrin  tarixi  təqribən  e.ə  VIII-V  əsrlərlə  tarixləndirilir.  Lakin  son 

illərin  tədqiqatları  zamanı  döyüşçü  qadınlarla  bağlı  yeni  faktlar  aşkar  olunmuş  və  bizim  tə-

səvvürlərimizi köklü şəkildə dəyişdirmişdir. (şəkil1). 

Arxeoloji araşdırmalar zamanı müəyyən olunmuşdur ki, dünyada elmə məlum olan ən 

qədim döyüşçü qadın qəbri Azərbaycanda, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu 

ərazisində olan II Plovdağ nekropolundan tədqiq edilən qəbir abidəsidir. 

II Plovdağ nekropolu 2004-cü ilin avqust-sentyabr aylarında AMEA-nın Arxeologiya 

və  Etnoqrafiya  İnstitutunun  arxeoloji  ekspedisiyası  Naxçıvan  Muxtar  Respublikasının  Or-

dubad  rayonu  ərazisində  yerləşən  II  Plovdağ  nekropolunda  arxeoloji  qazıntılar  aparmışdır. 

Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru B.İbra-

himlinin  rəhbərlik  etdiyi  ekspedisiya  AMEA-nın  A.A.Bakıxanov  adına  Tarix  İnstitutunun 

əməkdaşı  Solmaz  Qaşqay,  Rusiya  Elmlər  Akademiyası  Şərqşünaslıq  İnstitutunun  əməkdaşı 

İ.Medvedskaya kimi mütəxəssislərin də iştirakı ilə nekropoluun mərkəzi hissəsində yerləşən 6 

və  12  saylı  kurqanda  silahlı  qadın  qəbri  aşkar  etmişdir.  Bununla  bağlı  ilkin  məqalə  Sankt 

Petersburgda  çap  edilmişdir.  Nekropoldakı  6  saylı  qəbir  qadın  qəbri  kimi  qeydə  alınsa  da, 

onun döyüşçü qadın ola biləcəyi haqqında məlumat verilməmişdir (10, s. 86-93).

 

 

II Plovdağ nekropolunun Son Tunc və Erkən dəmir dövrünə aid daş qutu tipli iki kur-



qanaltı qəbrində qadın skletlərinin yanında, içərisində dəvəgözü və çaxmaq daşlarından hazır-

lanmış 13 ədəd ox olan ox qabı (sadak) və dəvəgözü daşından (obsidiandan) hazırlanmış bıçaq 

aşkar edilib (3, s.127). Cənubi Qafqazda aşkar edilmiş döyüşçü qadın qəbirlərinin dövrləşdiril-

məsinə əsasən apardığımız tədqiqatlar  Plovdağ silahlı qadın  qəbrinin indiyə  qədər  elmə  mə-




Arxeologiya və Etnoqrafiya 

Tarix və onun problemləri, № 4 2014 

 

302 

lum  olan  ən  qədim  döyüşçü  qadın  qəbri  olduğunu  ortaya  çıxarmış  və  2010-cu  ildə  Almani-

yanın Şpeyer şəhərində keçirilən beynəlxalq elmi konfransda bu barədə ilk məlumat vermiş və 

müəlliflər tərəfindən çap edilmiş məqalə (8)  konfrans iştirakçılarının diqqətinə çatdırılmışdır 

(22).  Eyni  zamanda  2011-ci  ildə  AMEA-nın  dəstəyi  ilə  Almaniyada  4  dildə  nəşr  edilmiş 

«Qafqaz  Amazonları»  kitabında bu barədə  beynəlxalq elm aləminə  məlumat verilmişdir (1). 

Bundan sonra isə arxeoloq B.İbrahimlinin Azərbaycanda bu barədə geniş məqaləsi nəşr olun-

muşdur.  O,  iki  kurqanaltı  daş  qutu  qəbirdə  (6  nömrəli  və  12  nömrəli)  dəfn  olunmuş  ölüləri 

döyüşçü  qadın  qəbirləri  adlandırmış  və  qəbirlərin  geniş  təsnifatını  vermişdir  (3,  s.128).  Son 

Tunc  və  Erkən  dəmir  dövrüdə  Qafqazın  və  Azərbaycanın  hərb  tarixində  qadınların  mühüm 

yeri tutduğu arxeoloji materiallar əsasında ortaya çıxarılmışdır. Skif-sarmat qəbir abidələrin-

dən aşkar olunan faktlar qadınların silahlardan istifadə etdiyini və döyüşlərdə iştirak etməsini 

təsdiq edir. Bu qəbirlərdən aşkar olunan insan skeletlərinin antropoloji analizlərlə öyrənilməsi 

Cənubi  Qafqaz  və  Azərbaycanda  döyüşçü  qadınların  Son  Tunc  və  Erkən  dəmir  dövründə 

cəmiyyətin sosial-siyasi həyatında fəal iştirak etdiyini təsdiq edir. Homerdən başlayaraq 100-ə 

yaxın antik yunan və Roma müəllifləri döyüşçü qadınlar haqqında məlumat vermişlər. Döyüş-

kən  qadınlar  –  amazonlar  haqqında  antik  yunan  və  Roma  mənbələrinin,  ərəb  mənbələrinin, 

Qafqazın qədim mif və dastanlarının hamısının diqqətlə araşdırılması, onların xarakterik xüsu-

siyyətlərinin,  ziddiyyətlərinin,  oxşar  və  fərqli  cəhətlərinin,  mənbələrin  yazılma  və  yayılma 

dövrünün diqqətlə nəzərdən keçirilməsi, arxeoloji qazıntılardan aşkar edilmiş tapıntıların mü-

qayisəli təhlili zamanı döyüşçü qadınlarla bağlı məlumatların daha çox bu dövrlə bağlı olduğu 

müəyyənləşdirilir.  

Xoşbəxtlikdən II Plovdağ nekropolunda qəbirlərin üzərindəki torpaq təpəcəyinin qalın 

olması qəbri aşınmadan qoruyub. Eyni zamanda möhkəm torpaq qatı bir çox əşyaların (ox qa-

bı, ox qamışları, baş geyimi və bəzi muncuqların) formasının yaxşı saxlanmasına şərait yara-

dıb. Qəbrin örtük daşlarından 50-60 sm dərinlikdə aşkar edilən qadın və uşaq skeletlərindən 

ikincisinin sümükləri (xüsusilə qabırğa və ətraf sümükləri) çürüyüb, qadının skelet sümükləri 

isə nisbətən yaxşı qalıb. Qadın sağ, uşaq isə sol yanı ustdə, başları şərq istiqamətində, yarıbü-

külü vəziyyətdə dəfn olunublar (3, s.128). Uşaq qadının qolları arasındadır. Qadının sol çiyni 

ehtimal ki, əzələlər çürüdükdən sonra uşağa tərəf əyilmiş, sol qolunun bazu sümüyü isə uşağın 

çiynindən keçərək qatlanmış və əlinin arxası uşağın çanaq sümüyünə söykənmiş vəziyyətdədir 

(şəkil 2). 

Ox qabının, pelta, təbərzin balta, qısa qılıncların amazonlar üçün xarakterik olduğunu 

bir çox tədqiqatçılar, o cümlədən, Steiner də qeyd etmişdir (19, s. 82). Çürümüş ağac təbəqə-

nin və dərinin izlərinə əsasən ox qabının ölçülərini, gil qatındakı izlərə əsasən isə ox qamışla-

rının diametrini müəyyənləşdirmək mümkün olub. Uzunluğu 60 sm, eni 11 sm, yan tərəfləri 

qabarıq olan ox qabının üzəri 15 ədəd (diametri 0,8 sm) piləklərlə (yastı, uzunsov duymələrlə) 

və  nazik,  ensiz,  uclarında  dördbucaqlı  dəliyi  olan  tunc  təbəqə  ilə  bəzədilib.  Ox  qamışlarının 

saxlanmış  izlərinin  uzunluğu  45-50  sm,  diametrləri  isə  0,8-1,0  sm-dir.  Dəvəgözü  və  çaxmaq 

daşlarından üçkünc formasında, yüksək ustalıqla yonularaq hazırlanmış ox uclarının uzunluğu 

2, 5 sm-dən 4,0 sm-ə, eni isə 1,6 sm-dən 2,1 sm-ə qədərdir (3, s. 128). 

Qadının kəllə sümüyünün arxa tərəfində və döş qəfəsinin sağ yarısının altında 8 ədəd 

tunc sancaq tapılıb. Uzunluğu 10 cm-ə qədər olan iki sancağın baş tərəfinə əqiqdən və pasta-

dan hazırlanmış muncuqlar keçirilmişdir. Bu sancaqların ortasına yaxın, oval formalı deşiklər 

vardır. Onlardan biri qadının alt, digəri isə üst çənə sümüyünə yaxın aşkar edilib. Skeletin çi-

yin sümüklərinə yaxın tapılmış 6 sancağın deşikləri baş tərəfinə yaxın yerləşdirilmişdir (3, s. 

128). 



Arxeologiya və Etnoqrafiya 

Tarix və onun problemləri, № 4 2014 

 

303 

Qadının  döş  qəfəsinin  yaxınlığında  tuncdan  bispiral  formalı  iki  ədəd  asma  bəzək, 

onların yanında isə bir düzüm muncuq tapılmışdı (3, s. 128).  

12 saylı kurqanın daş qutu qəbrindən də bir neçə baş, paltar bəzəkləri, tunc təbəqədən 

hazırlanmış diadema, tunc sancaqlar, aypara formalı iki sırğa, əqiqdən və pastadan hazırlanmış 

qara rəngli muncuqların aşkar edildiyinə (3, s. 128-130) görə arxeoloq onu da döyüşçü qadın 

qəbri  adlandırmışdır.  Lakin  əfsuslar  ki,  skletlər  üzərində  antropoloji  tədqiqatlar  aparılma-

mışdır. 


Semo Avçala döyüşçü qadın qəbiri. Gürcüstanda, 1927-ci ildə G.Nioradze tərəfindən 

yerin  65  cm  dərinliyində  döyüşçü  qadın  qəbri  aşkar  edilmişdir.  Qəbirdən  döyüşçü  qadının 

kəllə  sümükləri,  tunc  qılıınc,  qolunun  yuxarısında  2  tunc  bazubənd,  dəmir  bıçaq  və  yaxud 

xəncər qırıqları, atın kəllə sümükləri, gümüş  üzüklər, gil qab, 37 ədəd əqiq, bir ədəd  mirvari 

muncuq,  tunc  düymə  və  digər  əşyalar  aşkar  edilmişdir  (11,  s.  221-228).  Arxeoloq  qadının 

oturmuş vəziyyətdə, qıçlarını uzadaraq dəfn olunduğu fikrini irəli sürmüşdür. Qılınc dizlərinin 

üzərinə qoyulmuş, sağ tərəfində atı və onun üstündə isə nizəsi olmuşdur. Skeletin qarşısındakı 

iki daşın üzərində dəmir bıçaq və ya xəncərin qalıqları, hər iki tərəfində isə müxtəlif gil qablar 

aşkar olunmuşdur. Arxeoloq mərhumun üzü cənuba tərəf, oturmuş vəziyyətdə qəbrin arxa di-

varına  söykənmiş  olduğunu,  bu  vəziyyətdə  onu  hər  hansı  bir  köməkçi  vasitələrlə  möhkəm-

ləndirilərək,  daha  sonra  üstünün  torpaqla  örtüldüyünü,  döyüşçü  qadının  alt  çənəsindən  isə 

onun 30-40 yaşlarında olduğunu ehtimal edir (11, s. 222). (şəkil 3).Arxeoloq mərhumun kiçik 

dişlərinə,  üzünün  quruluşuna,  alın  görkəminin  formasına  və  qəbir  inventarlarına  (qol  bazu-

bəndi,  5  ədəd  üzük,  çoxlu  muncuq  və  digər  bəzək  əşyaları)  əsasən  onun  döyüşçü  qadına  aid 

olduğunu vurğulamışdır. İsveçli tarixçi – Montelius, (Gustaf Oscar Augustin Montelius (1843-

1921).  N.A.)  xəncər  ilə  aşkar  edilmiş  qadın  qəbirlərini  amazonlarla  bağlayırsa,  bizim  bunu 

demək  üçün  daha  çox  haqqımız  vardır”,  (11,  s.  15)  deyən  arxeoloq  Nioradze  amazon  qəbri 

hesab etdiyi döyüşçü qadın qəbrindən aşkar edilmiş qılıncı e. ə. XIII əsrə, qəbrin özünü isə e.ə. 

VII  əsrə  aid  edir  (şək.  3.15).  K.Piçxelauri  silahlı  qadının  dizləri  üzərindəki  qılıncın  tipoloji 

analizlərini çıxarmış onu IV

tipinə aid etmiş və qəbiri e.ə. IX əsrin sonuna (830/800), e. ə. I 



minilliyin birinci rübünə (e.ə 900-700.) aid etmişdir.

 

Piçxelaurinin əsərlərində həmçinin Cənu-



bi Qafqaza aid döyüş sursatları geniş tədqiq etmişdir (12; 13; 14; 15; 16). 

2010-cu ilin sentyabr ayından 2011-cil ilin fevral ayına qədər Almaniyanın Rheinland-

Pfalz  əyalətinin  Speyer  tarix  muzeyində  “Amazonlar  -  döyüşçü  qadınlar”  adlı  sərgi  nümayiş 

etdirildi.  Eksponatlar  sərgiyə  Berlin,  London,  Paris,  Neapol,  Kiyev,  Tbilisi  muzeylərindən 

gətirilmişdi. Sərgidə son illərin bir cox arxeoloji tapıntıları dunya ictimaiyyətinə ilk dəfə təq-

dim edilirdi. Dunyanın ən qədim döyüşçü qadınını təmsil edən əsas eksponat Tbilisidən gətiri-

lən və e.ə. II minilliyə aid olduğu iddia edilən bir döyüşçü qadın qəbri idi. 14-16 yanvar 2011-

ci  il  tarixdə  Speyer  Pfalz  Tarix  Muzeyində  bu  mövzuda  elmi  konfrans  da  keçirilmişdir  (21). 

Bu sərgi və konfrans təbii ki, amazonların tədqiqi nöqteyi-nəzərindən Qərbdə ilk addım olaraq 

cox  təqdirəlayiqdir.  Lakin  sərgi  tələsik  və  səthi  aparılmış  tədqiqatlar  əsasında  hazırlanmışdı. 

Həm sərgidə,  həm də  konfransda  yunan  mifologiyası və skiflər dövrünə, Herodot, Homer  və 

onlardan  sonrakı  dövrlərə  daha  cox  onəm  verilmişdi.  Amma  buna  baxmayaraq,  Tbilisidən 

(Gürcüstan)  gətirilən,  30-40  yaşlarında  həlak  olması  təxmin  edilən  döyüşçü  qadına  məxsus 

qəbri sərgi ən qədim (e.ə. II minillik) eksponat kimi dəyərləndirilmiş və beynəlxalq tədqiqat-

cıların  böyuk  marağına  səbəb  olmuşdu.  2010-cu  ildə  muzey  tərəfindən  buraxılmış,  sərgiyə 

dair  kataloqda  da  həmin  qəbrin  tarixi  e.ə.  II  minillik  olaraq  göstərilib  (17,  s.174).  Sərginin 

kordinatoru  alman  professoru  R.Rolleye  Semo  Avçalo  qəbrinin  dəqiq  tarixi  və  Plovdağ 

döyüşçü qadın qəbrinin daha qədimə aid olması məlum deyildi. 




Arxeologiya və Etnoqrafiya 

Tarix və onun problemləri, № 4 2014 

 

304 

Nəticədə  məlum  olur  ki,  Qərb  tədqiqatcıları  indiyə  qədər  Qafqazda,  xüsusilə  Cənubi 

Qafqazda amazon və yaxud döyüşçü qadınlara aid abidələrlə bilavasitə məşğul olmamışlar. 

Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə V.Belkin, Y.Hummelin, E.Röslerin, J.de 

Morqanın qazmış olduğu qəbirlərdən aşkar edilmiş artefaktların çoxu Semo Avçala qəbrindən 

çıxan  tunc  qılınc,  bıçaq,  qolbaq,  üzük  və  muncuqlarla  demək  olar  ki,  həm  dövrünə  həm  də 

tipoloji xüsusiyyətlərinə görə eynidir. Bu Cənubi Qafqazda məskunlaşan bəzi tayfaların eyni 

mədəniyyətin  daşıyıcısı  olmasını  göstərməklə  bərabər,  döyüşçü  qadınların  da  eyni  və  yaxud 

oxşar  silahlardan  (yüngül  qılınc,  xəncərlər  və  bıçaqlar,  təbərzin  baltalar  və  s.)  və  bəzək 

əşyalarından istifadə etdiyini sübut edir.  



Xevsuretiya  döyüşçü  qadın qəbiri.  XIX  əsrin  70-ci  illərində  Qafqazda  uzun  müddət 

işləyən alman alimi Fridrix Bayern 1878-ci ildə Gürcüstandakı Xevsuretiya adlanan bölgənin 

Yeni  Juta  adlanan  kəndində  qəbirlərdən  birində  qadın  bəzək  əşyaları  ilə  yanaşı  ox  ucluqları, 

sapand daşı və dəmir bıçaq, başqa bir qadın qəbrində yenə də qadın bəzək əşyaları ilə yanaşı 

dəmir  ox  ucluqları  və  balaca  bıçaq  tapıldığını  qeyd  etmişdir.  Artxmo  adlanan  digər  Xevsu-

retiya aulunda qadın bəzək əşyalarından başqa, zirehli mis köynək parçası da tapılmışdır (18, 

s.  45-46).  Bayern  Xevsuretiya  ərazisində  aşkar  etdiyi  tapıntıları  təsvir  edərkən  bildirir  ki, 

Xevsuretiya aulunda əşyaların bol olması ilə fərqlənən qəbir Tərək çayının sağ sahilində, Ste-

pan-Zminda  (Kazbek)  aulunda  aşkar  etmişdir.  Bayern  buradan  daha  çox  qızıl  və  tunc  bəzək 

əşyaları tapmışdır. Qazıntılar zamanı bütöv silah tapmayan, yalnız onun izlərinə rast gəldiyini 

bildirən  tədqiqatçı  yazırdı: “Buradan  tapdığım hər  bir şey  qadınlara,  özü  də  məhz  döyüşkən 

qadınlara məxsus olub (18, s. 49). Lakin bu hovuzun içindən əsl silahı tapa bilmədim, yalnız 

izləri  aşkar  edildi  (18,  s.  49).  Amma  silahın  tapılıb-tapılmamasından  asılı  olmayaraq,  qalan 

bütün əşyalar döyüşkən xalqdan xəbər verir, bəzək əşyaları isə birbaşa amazonlara işarə edir. 

Çünki onların qamçılarının tutacaqları elə şəkildədir ki, həm də silah kimi istifadə oluna bilər 

(18,  s.  49).  Xevsurların  elə  indi  də  istifadə  etdiyi  1  düymə  enində,  çox  qabarıq,  qalın  tunc 

üzüklər həm də silah kimi istifadə olunur. Ona görə də mən onları döyüş üzükləri adlandırıram 

ki, onların bir çox növləri mənim muzeyimə aparılmışdır (18, s. 49). Yüyənlər,  yəhər-qayış, 

çul  qalıqları,  şübhəsiz  ki,  atdan  istifadə  edən  xalqdan  xəbər  verir.  Bu  at  çullarının  çoxsaylı 

zınqırovlarla bəzədilməsi isə onların qadınlara məxsus olduğunu göstərir. Kişilər əlbəttə ki, öz 

atlarını bu cür bəzəməzdilər. Tapılmış əşyalar arasında kişiyə aid ola biləcək bir ədəd də olsa 

əşya göstərə bilmirəm” (18, s. 49).  

Bu məlumatlarla yanaşı, Bayern Stephan-Zminda aulunun qarşısında yerləşən Qerqeti 

aulunda və ondan yuxarıda yerləşən dağın başında, “Qerqeretidən olan gürcülər” kimi təqdim 

etdiyi  müqəddəs  Qarqarın  ibadətgahının  yerləşdiyini  qeyd  edir  (18,  s.  50).  Qerqeta  aulu  öz 

adını bu müqəddəsin adından almış və aulun əsl adı, şübhəsiz ki, elə Strabonun yazdığı kimi, 

“Qarqar” olmuşdur (20, s. 728-729) və amazonlar Marmedosdan (Kuma) buraya ziyarətə gə-

lirmişlər (18, s. 50). Lakin, Bayern yazır ki, Strabona əsasən, qarqarları ziyarət edənlər yalnız 

kabardin  amazonları  idi.  Bunu  da  Stephan-Zmindadan  tapılmış  əşyalar  sübut  edir.  Bayern 

Strabona istinadən kabardinlərin amazon olduqlarını Stephan-Zmindada aşkar etdiyi döyüşçü 

qadın qəbirləri ilə isbat etdiyini bildirir (18, s. 50). 

Bayern  bu  tədqiqatları  ilə  bizə  bir  çox  mənbələrdən  tanış  olan  döyüşçü  qadınların 

Xevsuretiyada  yaşadıqlarını  sübut  edir.  O,  burada  Mermoda  çayını  Kuma  çayı  kimi  bildir-

məklə yanaşı, Strabonun bəhs etdiyi amazonlarla qonşu olan qarqarları da bu bölgədə lokalizə 

edir (18, s. 50). Məlumdur ki, qarqarlar Qarabağda, Naxçıvanda, Dağıstanda və eyni zamanda 

Gürcüstanda da yaşamışlar. 




Arxeologiya və Etnoqrafiya 

Tarix və onun problemləri, № 4 2014 

 

305 

Təbii  ki,  Bayern  antik  mənbələrdən  amazonların  Qafqazda,  qarqarlarla  qonşuluqda, 

dağlarda, mağaralarda yaşadıqlarını bildiyi üçün dərhal bunları amazon qəbirləri elan etmiş və 

tədqiqatlarını bu yöndə genişlətmişdir. Lakin təəssüf ki, Bayern Qarabağdakı Qarqar çayını və 

Qarqar  düzünü  aşkar  edə  bilməmiş  və  qarqarlarla  qonşu  olan  leqləri  və  gelləri  də  təyin  edə 

bilməyərək tədqiqatlarını bu səpkidə apara bilməməmişdir. 



Redkin  Lager  silahlı  qadın  qəbri.  “Redkin  lager”  kolleksiyası  indiki  Ermənistanın 

Dilican şəhərindən 6 verst və ya 6,3 km aralıda, Ağstafaçayın yuxarı axarlarında, onun sağ sa-

hilində yerləşən eyni adlı qədim qəbiristanlığın materiallarından ibarətdir. Abidənin yerləşdiyi 

həmin ərazi əvvəllər Gəncə xanlığına məxsus olmuşdu. Daha sonra Dilican Rusiya imperiyası 

vaxtında,  yəni  1868-ci  ildə  Yelizavetpol  quberniyasına  daxil  olmuşdu.  Hazırda  Ermənistana 

aiddir.  Abidənin  adı  XIX  əsrin  50-ci  illərində  həmin  ərazidə  şose  yol  çəkilişini  həyata  ke-

çirmək  üçün  orada  məskunlaşmış  mühəndis  Redkinin  adından  götürülmüşdü.  1879-cu  ilin 

martında F.Bayern Obrist Veissenhoff ilə birlikdə bir neçə gün ərzində Redkin Lagerdən beş 

qəbir  aşkara  çıxararaq,  oradan  tapılanları  Moskvadakı  Antropologiya  cəmiyyətinə  göndər-

mişlər (18, s. 49). Bu işə görə cəmiyyət F.Bayernə mükafat olaraq pul da ödəmişdi (18, s. 49). 

F.Bayern daha sonra iki ay boyunca polkovnik Obrist Veissenhoffun maddi və mənəvi dəstəyi 

ilə  tətilə  belə  getmədən  qəbirləri  açaraq  qiymətli  materiallar  əldə  etmişdir.  Elə  həmin  ildə 

F.Bayern  əldə  etdiyi  maddi  mədəniyyət  nümunələrini  Tiflisdə  yaratdığı  muzeyə  və  Berlinə 

göndərmişdi.  

Daha sonra həmin qəbirstanlığın tədqiqi ilə Q.D.Filimonov, qraf və qrafinya Uvarovlar 

məşğul olmuşlar. Bu qazıntılarda F.Bayernin bacısının da iştirak etməsi və hətta onun qeyi-adi 

bir qəbir  aşkar etməsi haqda  müəyyən məlumatlar da  mövcuddur (9, s. 48). Sovet dövründə 

isə abidənin, xüsusilə tapıntıların tədqiqi ilə B.B.Piotrovski məşğul olmuşdu. O, 1942-ci ildə 

özünün tapdığı Redkin Lager materiallarının bir hissəsini sənədləşdirmişdi (7, s. 193). Lakin 

qəbirstanlığın  sistemli  şəkildə  öyrənilməsi  və  onun  elmi  təsvirinin  verilməsi  avstriya  əsilli 

Fredrix  Bayernə  (1817-1886)  mənsubdur.  O,  bu  qazıntılarla  bağlı  monoqrafiyasını  Berlində 

işıq üzü görən Berlin Antropologiya, Etnoqrafiya və Qədim Tarix Cəmiyyətinin illik məcmuə-

sində nəşr etdirmişdi. Monoqrafiyanın redaktoru və “Ön söz” müəllifi Rudolf Virxov olmuş-

dur.  Bu  kolleksiyaya  daxil  olan  maddi  mədəniyyət  nümunələrinə  Berlinin  Tarixə  qədərki  və 

Erkən  tarix  muzeyində(MVF), Moskva Dövlət tarix  muzeyində,  Gürcüstan  Milli Muzeyində 

və digər nüfuzlu muzeylərdə təsadüf etmək mümkündür. (Böyük Vətən Müharibəsindən sonra 

Qızıl Ordu tərəfindən Rusiyaya aparılmış troferlər içərisində) Hazırda Berlin Tarixəqədərki və 

Erkən  Tarix  Muzeyində  (MVF)  Redkin  Lagerdən  aşkar  edilmiş  eksponatlardan  çox  kiçik 

nümunələr qalmışdır: 

Milli Azərbaycan Tarixi Muzeyində də “Redkin lager” kolleksiyasının bir hissəsi qoru-

nur. “Redkin lager” kolleksiyası Milli Azərbaycan Tarixi Muzeyinə 1925-ci ildə Qafqaz Mu-

zeyindən  təhvil  alınaraq  gətirilmişdi.  Həmin  kolleksiyanın  Azərbaycana  gətirilməsində  və 

Azərbaycan  SSR Dövlət Muzeyinə (hazırki  Milli Azərbaycan Tarixi Muzeyinə)  təhvil veril-

məsində  1923-1928-ci  illərdə  adı  çəkilən  muzeyin  direktoru  işləmiş  Davud  dəy  Şərifovun 

böyük xidmətləri olmuşdu (2, s. 238-239).  

Göründüyü  kimi,  Qafqazın  qədim  tarixini  və  zəngin  maddi  mədəniyyətini  özündə 

ehtiva edən Redkin Lager materialları hissələrə bölünərək Avropanın, Rusiyanın və Qafqazın 

bir çox muzeylərinə səpələnib. Həmin materialların vahid kolleksiya şəklində bir yerə topla-

nılması mümkünsüz görünsə də, lakin bu onların əsaslı elmi-tədqiqat obyektinə çevrilməsini 

lüzumsuz  etmir.  Belə  ki,  “Redkin  lager”  kolleksiyasına  daxil  olan  materialların  pərakəndə-

liyini  nəzəri  baxımdan  aradan  qaldırmaq,  o  cümlədən  saxlandığı  məkanları,  mövcud  vəziy-



Arxeologiya və Etnoqrafiya 

Tarix və onun problemləri, № 4 2014 

 

306 

yətlərini və kəmiyyətlərini dəqiqləşdirmək, mübahisəli məsələlərə aydınlıq gətirmək üçün on-

lar üzərində tədqiqat işlərinin təxirə salınmadan başlanılmasına ciddi ehtiyac var.  

Bayern  arxeoloji  qazıntılarda  bacısının  da  iştirak  etdiyini,  hətta  bacısının  aşkar  etmiş 

olduğu çox  qeyi-adi bir qəbir  haqqında  geniş söhbət açmışdır. Bayernin “möcüzə”  adlandır-

dığı bu qəbrin bir tayfa başçısına aid olduğu aşkar olunan avadanlıqların izahından bəlli olur 

(18, s. 50). 

Tayfa başçısı ehtimal edilən şəxs taxt üzərində, təmtəraqlı şəkildə, zəngin avadanlıqlar-

la yarı uzadılmış halda dəfn olunmuşdur. Qəbirdən çoxsaylı zinət əşyaları, mirvari boyunbağ-

lar, tunc üzüklər, tunc sırqalar, iynələr, 2000 ədəd mirvari muncuq və s. aşkar edilmişdir (18, 

s. 13-14). Bu qəbrin qərbindəki otaqda çoxlu sayda bəzək əşyaları, gil qablar və sümüklər (18, 

s. 13-14) aşkar edilmişdir. 

Hazırda  Berlin  Tarixəqədərki  və  Erkən  Tarix  Muzeyində  (MVF)  Redkin  Lagerdən 

aşkar edilmiş exponatlardan çox kiçik bir nümunə qalmışdır.  

Lakin ümid edirik ki, Redkin Lager materiallarının böyük bir hissəsi Moskva və Sankt 

Petersburq  muzeylərindən  tezliklə  (İkinci  Dünya  Müharibəsi  zamanı  aparılmış  müharibə 

qəniməti  olaraq  daşınmışdır)  aşkar  edilərək  yenidən  tədqiqatçıların  ixtiyarına  veriləcəkdir 

(şək. 3.16-3.17).  



Oğuz  silahlı  qadın  qəbrləri.  Azərbaycanda  arxeologiyanın  banilərindən  biri  hesab 

edilən  arxeoloq  Saleh  Qazıyevin  Mingəçevirdən  aşkar  etmiş  olduğu  bir  çox  döyüşçü  qadın 

qəbirləri  bizə  məlumdur.  Arxeoloq  eyni  zamanda  Oğuz  rayonunda  da  (keçmiş  Vartaşen) 

silahlı qadın qəbiri aşkar etmişdir. O, arxeoloji materiallarla əsaslanaraq həmçinin qadınların 

döyüşlərdə iştirak etdiyinin faktlarla təsdiqləndiyini qəbul etmişdir (şək. 3.18). 

Qəbələ  mahalında  Tunc  və  Dəmir  dövrünə  aid  qədim  maddi  mədəniyyət  qalıqları  ilk 

dəfə  Oğuz  rayonunun  (keçmiş  Vartaşen)  Vardanlı  və  Qarabaldır  kəndlərinin  cənubundan 

tapılmışdır. Тədqiqat zamanı məlum olmuşdur ki, həmin dövrə aid abidələr Qəbələ mahalının 

bir çox yerlərində vardır (4, s. 39). 

Abidələrdən  əldə  edilmiş  xəncər,  qılınc,  cida  və  toppuzlar  tunc  və  dəmirdən  hazırlan-

mışdır. Xəncər qınlarının ucları tuncdan,  qalan  yerləri isə ağac və  sümükdən düzəldilmişdir. 

Bu faktların hamısı göstərir ki, yerli əhali bu dövrdə döyüşçü olmuş və zəmanəsinin mükəm-

məl silahları ilə silahlanmışdır (4, s.40). Bu dövrə aid kişi qəbirlərindən tapılmış maddi-mədə-

niyyət qalıqları içərisində eni 11 sm olan tunc kəmərlər göstərir ki, döyüşçülər enli kəmər bağ-

lamışdır. Yəqin ki, xəncərləri bu kəmərlərin altında gəzdirmişlər (4, s.40). Qadın qəbrindən də 

xəncərin tapılması o zamanlar qadınların da silahlandıqlarına bir sübutdur (4, s.40). 

Vardanlıda və Mingəçevirdə də qadın qəbirlərindən silahlar tapılmışdır. Bu da göstərir 

ki,  ölkənin  müdafiəsində  qadınlar  da  iştirak  etmişlər  (148)  deyə  qeyd  edən  S.Qazıyev  silahlı 

qadın qəbrini geniş təhlil etməsə də onun qadın olduğunu, qəbrindən silah aşkar edilməsini və 

qadınların hərb tarixində böyük rolu olduğunu bildirmişdir. 



Vardanlı, 5 №-li silahlı qadın qəbri.  Azərbaycandan  aşkar  edilmiş silahlı qadın qə-

birləri içərisində Vardanlı qəbri xüsusi  yer tutur. Belə ki, qəbrin qadına aid olduğunu antro-

poloq  R.Qasımova  da  təsdiq  etmişdir.  1956-cı  ildə  zərif  xəncər  aşkar  etmiş  5  saylı  qəbri  S. 

Qazıyev döyüşçü qadın qəbri adlandırmışdır (6, s. 25-52). 

Skelet 0,8 m dərinlikdə, başı şərqə, ayaqları qərbə olub, bükülü şəkildə, sağ böyrü üstdə 

yatmışdı.  Skeletin  başına  yaxın  yerdə  dayaz  xeyrə  vardır.  Hövsələ  çanağı  yanında  ağzının 

diametri  9  sm  olan  dopu,  skeletin  qolunda  bilərzik,  boyun  sümüyü  və  döş  hissəsində  mun-

cuqlar, kəllənin arxa hissəsində isə tuncdan xəncər aşkar olunmuşdur (6, s. 25-52). (şəkil 4). 




Arxeologiya və Etnoqrafiya 

Tarix və onun problemləri, № 4 2014 

 

307 

Vardanlıdan aşkar edilmiş xəncərin oxşarları A.A.İvanovskinin Gədəbəy, Qaramurad, 

Qarabulaq  və  Qalakənd  kəndlərinin  ətrafında  apardığı  qazıntılar  zamanı  42  və  72  №-li  daş 

qutu  qəbirlərdən  də  tapılmışdır.  Bu  tip  xəncərlər  xüsusən  onların  başlıqları  Gürcüstanda 

Maralın  dərəsindən  də  tapılmışdır.  Eyni  tipli  xəncərlərə  Ermənistanda  Aşağı  Adimandakı 

qəbirlərdə də təsadüf edilmişdir (5, s. 157).  

Tədqiqatçılar hazırda Son Tunc və Erkən dəmir dövrünə aid Cənubi Qafqazdan 100-ə 

yaxin silahlı qadın qəbirləri aşkar etmiş və onlar üzərində yenidən tədqiqatlar aparılır.  

Cənubi Qafqaz ərazilərindən Son tunc və Erkən dəmir dövrünə aid döyüşçü qadın qə-

birlərinin geniş tədqiqatları arxeologiya elminin aktual problemlərdən biri olaraq qalmaqdadır. 

 

Nəticə  

Məqalədə Son Tunc və Erkən Dəmir dövründə Cənubi Qafqazda aşkar edilmiş silahlı 

qadın qəbirlərindən bəhs edilir. İndiyə qədər dünya tarixşünaslığında elmə məlum olan qədim 

döyüşçü  qadın  qəbirləri  skit  və  sarmat  qəbirləri  hesab  olunur  ki,  bunların  da  tarixi  əksər 

hallarda e.ə.VIII – V əsrlərə aiddir. Son ilin tədqiqatları isə arxeologiya  elmində  köklü dəyi-

şikliklər yaratmağa imkan vermişdir. Araşdırmalar zamanı müəyyən olunmuşdur ki, dünyada 

hələlik elmə məlum olan ən qədim döyüşçü qadın qəbri Azərbaycanın Naxçıvan ərazisindəki 

Ordubad rayonunda olan II Plovdağ nekropolunda aşkar olunmuşdur. 

2004-cü  ilin  avqust-sentyabr  aylarında  AMEA-nın  Arxeologiya  və  Etnoqrafiya  İnsti-

tutunun arxeoloji ekspedisiyası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində 

yerləşən II Plovdağ nekropolunda arxeoloji qazıntılar aparmışdır. Arxeologiya və Etnoqrafiya 

İnstitutunun  aparıcı  elmi  işçisi,  tarix  üzrə  fəlsəfə  doktoru  B.İbrahimlinin  rəhbərlik  etdiyi  və 

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Solmaz Qaşqay, Rusiya Elmlər 

Akademiyası  Şərqşünaslıq  İnstitutunun  əməkdaşı  İ.Medvedskaya  kimi  mütəxəssislərin  də 

daxil  olduğu  ekspedisiya  qrupu  nekropoluun  mərkəzi  hissəsində  yerləşən  6  və  12  saylı  kur-

qanda silahlı qadın qəbri aşkar etmişlər. Gürcüstanda Semo-Avçala silahlı qadın qəbri Ermə-

nistanda Redkin Lagerdən Fr.Bayernin aşkar etmiş olduğu hökmdar qadın qəbirləri haqqında 

məlumatlar da vardır. Hazırda Cənubi Qafqazdan Son Tunc və Erkən dəmir dövrünə aid 100-ə 

yaxin silahlı qadın qəbirləri aşkar etmiş və onlar üzərində  yenidən tədqiqatlar aparıröq.  Qaf-

qazda  Son  Tunc  Erkən  Dəmir  dövrünə  aid  döyüşçü  qadın  qəbrlərinin  geniş  tədqiq  edilməsi 

arxeologiyada amazon mifləri ilə arxeoloji tapıntıları qarşılaşdırmağa və yeni elmi fikirlər irəli 

sürməyə imkan verir. 



 

İSTIFADƏ EDILMIŞ ƏDƏBIYYAT: 

 

1. Atəşi N. Qafqaz amazonları. Berlin: Gəncəvi İnstitut, 2011, 56 s. 

2. Xəlilli F.S. Tiflis Muzeyindən Azərbaycan Tarixi Muzeyinə daxil olmuş arxeoloji material-

lar / Azərbaycan Milli Еlmlər Akadеmiyası aspirantlarının еlmi konfransının matеrialları, iyun 

2006-cı il, Bakı, 2006. 

3. İbrahimli B.

 

Naxçıvanda aşkar olunmuş döyüşçü qadın qəbirləri haqqında / Azərbaycan 



Arxeologiyası, 2010, cild 13, № 1, s. 127-135 

4. Qazıyev S.M. Qəbələ şəhərinin tarixi-arxeoloji tədqiqi / AMM, V c., Bakı: Azərb. SSR EA 

nəşriyyatı, 1964, s. 7-67 . 

5. Qazıyev S.M. Vardanlıda arxeoloji qazıntılar // Azərbaycanın Maddi Mədəniyyəti, VII cild, 

Bakı: Elm, 1973, s. 146-160. 



Arxeologiya və Etnoqrafiya 

Tarix və onun problemləri, № 4 2014 

 

308 

6. Qazıyev S.M. Vardanlı arxeoloji qazıntılarının hesabatı (1956-cı il) / Azərbaycan SSR 

Elmlər Akademiyasının Xəbərləri. İctimai elmlər seriyası, 1960, № 4, s. 25-52. 

7. Арешян Г.Е. О раннем этапе освоения железа в Армении и на Южном Кавказе. 

Историко-филологический журнал. Ереван, 1974, № 2, 74 с.  

8. Асланов Г., Ибрагимов Б., Кашкай С. Древнейшие некрополи Хараба-Гилана. Баку: 

Нурлан, 2002, 86-94 с. 

9. Закавказье. Окрайный хребетъ высокой Армении. Верхняя долина реки Акстафы. 

Редкин лагерь / Археология. Коллекции Кавказского Музея, том М, составила графиня 

П.С.Уварова..  

10. Ибрагимов Б., С.Кашкай, И.Медведевская. Раскопки некрополя Пловдаг II. Эдубба. 

Вечна и постоянна. Материалы конференции посвященной 90 летию с рождением 

И.М.Дяконова. Санкт-Петербург, 2005, с. 86-93 

11. Ниорадзе Г. К. Земоавчальская могила. Вестн. Музея Грузии, VI, Тбилиси: 1931, 

с.221-228. 

12. Пицхелаури К.Н. Восточная Грузия в конце бронзового века / К.Н. Пицхелаури. 

Труды Кахетской археологической экспедиции. Вып.III. Тбилиси: Мецниереба, 

1979,144 с. 

13. Пицхелаури К.Н. Древняя культура племен, населявших территорию Иоро-

алазанского бассейна. Тбилиси, 1973,113 с. 

14. Пицхелаури К.Н. Кинжалы кахетинского типа // МАГК Т. И. Тбилиси, 1959, 56-61 с. 

15. Пицхелаури К.Н. Основные проблемы истории племен Восточной Грузии в XV-VII 

вв. до н.э. Тб.: АН ГССР, 1973,164 с. 

16. Пицхелаури К.Н. Раскопки святилищ в Мели-Геле // АО 1967 г. М., 1968, 299-302 с. 

17. AMAZONEN, Geheimnisvolle Kriegerinnen Herausgegeben vom Historischen Museum 

der Pfalz Speyer, Speyer: Begleitbuch zur Ausstellung Speyer 2010/11. Minerva, München: 

2010, 305 s. 

18. Bayern Fr. Untersuchungen über die ältesten Gräber und Schatzfunde in Kaukasien, 

Berlin:, 1885 (Suppl. 8. zu Band XVII, ZfE), s. 1-60. 

19. Steiner M. Über den Amazonen Mytos in der antiken Plastik. Leipzig: T.O.Weigel, 1857, 

140 s. 

20. Strabo. Geographica. Wiesbaden: Marix Verlag, 2005, 1343 s. 



21. http://www.museum.speyer.de/dyndata/Pressemappe-Amazonen.pdf. 

22. http://news.lent.az/news/52908 

 

НУРИДА АТЕШИ ГАДИРОВА 

 

МОГИЛЫ ЖЕНЩИН НА ЮЖНОМ КАВКАЗЕ 

«КОНЦА БРОНЗОВОГО И РАННЕГО ЖЕЛЕЗНОГО ПЕРИОДА»  

(КАВКАЗСКИЕ АМАЗОНКИ: МИФЫ И АРХЕОЛОГИЧЕСКИЕ ФАКТЫ) 

 

В  этой  статье  говориться  о  найденных  на  территории  Южного  Кавказа  могилах 

вооруженных  женщин  конца  бронзового  и  раннего  железного  периода.  До  сих  пор  в 

истории  науки  известны  могилы  древних  амазонок,  могилы  скитов  и  сарматов.  Эти 

находки говорят о временах VIII-V веков до нашей эры. Но исследования последних лет 

дали  возможность  изменить  многие  данные  в  археологической  науке.  Во  время  этих 

исследований  стало  известно,  что  мировой  науке  известны  могилы  женщин-воинов, 



Arxeologiya və Etnoqrafiya 

Tarix və onun problemləri, № 4 2014 

 

309 

которые найдены в Азербайджане. Да, эти могилы вооруженных женщин находились в 

Нахичеванской Автономной Республике в Ордубадском районе села Второй Пловдаг. В 

августе-сентябре 2004 года экспедиция института Археологии и Этнографии произвела 

раскопки  на  территории  Второго  Пловдага  Ордубадского  района  Нахичеванской 

Автономной  Республики.  Под  руководством  историка,  доктора  философских  наук, 

ведущего  научного  сотрудника  института  Археологии  и  Этнографии  В.  Ибрагимли, 

сотрудник  института  истории  имени  А.А.Бакиханова  Солмаз  Гашгай,  сотрудник 

института  Востоковедения  Российской  Научной  Академии  И.Медведская  со  своей 

экспедицией  побывали  на  этой  территории  (некрополе)  и  в  центре  6  и  12  кургана 

обнаружили  могилу  женщины-воина,  вооруженной  всеми  доспехами  того  времени, 

времени  амазонок.  Известно,  что  и  в  Грузии  и  в  Армении  тоже  были  обнаружены 

могилы  женщин.  В  Грузии  Семо-Авшалом  была  обнаружена  могила  женщины,  а  в 

Армении Редкин Лагером найдена могила женщины-властелина. На Южном Кавказе в 

настоящее  время  исследователи  обнаружили  более  100  могил  вооруженных  женщин 

воинов  «Конца  бронзового  и  раннего  железного  периода».  Они  проводят  на  Кавказе 

широкие  исследование,  и  это  даёт  возможность  получить  новые  сведения  и  научные 

мышления об этих могилах. Эти новые исследования являются большим достижением и 

новшеством  в  науке  о  мифах  амазонской  археологии  и  противопоставят  их  прошлым 

ложным  археологическим  находкам.  Эти  новые  научные  факты,  конечно  же,  дают 

возможность  разоблачения  лжи  и  подтвердить  правду  о  могилах  женщин  -  воинов  , 

которые  нашлись  в  Азербайджане  и  вообще  на  Кавказе  «Конца  бронзового  и  раннего 

железного периода». 

 

NOURIDA ATESHI GADIROVA 

 

THE WOMEN GRAVES DATING BACK TO LATE BRONZE 

AND EARLY IRON AGE (CAUCASUS AMAZONS: MYTHS AND 

ARCHEOLOGICAL FACTS) 

 

This article it is about armed women graves which were discovered in South Caucasus 

and dating back to the period of Late Bronze and Early Iron Age.  

Till now in the world history old graves of warrior women are considered in science as 

skit and sarmat graves thus mostly being created in VIII-V century BC.  

The  studies  of  last  year  have  given  an  opportunity  to  induce  fundamental  changes  in 

archaeology science. During the exploration and research the oldest warrior women grave for 

now in the world known to science was clearly determined to be the one found in the Plovdag 

II necropolis. This is in the Ordubad region in Nakhchivan territory of Azerbaijan. 

In  August-September  2004  an  archeological  expedition  of  the  Archaeology  and 

Ethnography  Institute  of  ANSA  carried  out  archeological  excavations  in  the  Plovdag  II 

necropolis which is situated in the Ordubad region of the Autonomy Republic of Nakhchivan. 

The  expedition  group  was  led  by  the  head  and  principal  researcher  of  the  Archaeology  and 

Ethnography  Institute,  Doctor  of  Philosophy  in  History,  Mister  B.  Ibragimov.  Further 

members  had  been  specialists  as  fellow  A.  A.  Bakixanov  from  the  Institute  of  History  of 

ANSA, Solmaz Qashqay, the fellow of Orientalism Institute of Science Academy of Russia. 

I.  Medvediskaya  found  armed  woman  graves  in  mounds  number  6  and  12  which  had 

been  the  center  of  the  necropolis.  There  are  information  about  queen  women  graves  which 




Arxeologiya və Etnoqrafiya 

Tarix və onun problemləri, № 4 2014 

 

310 

were  discovered  by  Fr.  Bayern  in  Armenia  Redkin-Lager  and  an  armed  woman  grave  in 

Semo-Avchala  in  Georgia.  Contemporary  researchers  have  identified  the  existence  of 

approximately  100  armed  women  graves  in  South  Caucasus  that  belong  to  Late  Bronze  and 

Early Iron Age and they are being investigated thoroughly and methodically.  

The  exploring  and  the  methodical  examination  of  warrior  women  graves  in  the 

Caucasus  dating  back  to  Late  Bronze  and  Early  Iron  Age  gives  an  opportunity  to  compare 

Amazon  myths  in  archeology  with  archeological  finding  and  to  put  forward  new  scientific 

ideas on a objective base.  

 

 

 

Rəyçilər: prof. Mişel Kazanova, t.e.d. İ Babayev 

 

AMEA Arxeologiya vöə Etnoqrafoya İnstitutunun “Antik dövr arxeologiyası” şöbəsi-

nin  16  noyabr  2014-cü  il  tarixli  iclasının  qərarı  ilə  çapa  məsləhət  görülmüşdür  (protokol 

№11). 

 



Arxeologiya və Etnoqrafiya 

Tarix və onun problemləri, № 4 2014 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil 1. Qafqazda askar edilmiş döyüscü qadın qəbirləri 

 

Şəkil 2. IIPlovdag. Dünyanın ən qədim döyüsçü qadın qəbri 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Arxeologiya və Etnoqrafiya 

Tarix və onun problemləri, № 4 2014 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 3. Semo-Avcala Gürcüstan döyüscü qadin qəbri 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 4. Vardanli  5 nömreli qebir 

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə