62
Aşağıdakılardan hansı fiziki kimyanın əsas bölmələrinə aid
deyil? A) Maddənin quruluşu B) Səth hadisələri C)
Termodinamika və termokimya D) Mexanika E) Kimyəvi
kinetika və kataliz
63
Reaksiyanın stexiometrik tənliyində iştirak etməyən
maddənin reaksiya sürətinə təsirini tədqiq edən fiziki-kimya
bölməsi necə adlanır? A) Səth hadisələri B)
Termodinamika C) Fotokimya D) Kataliz E) Elektrokimya
64
Aşağıdakılardan hansı fiziki-kimyanın əsas bölmələrinə aid
deyil? A) Elektrokimya bəhsi B) Kimyəvi kinetika və
kataliz bəhsi C) Elektrik bəhsi D) Fotokimya bəhsi E)
Termodinamika bəhsi
65
Dissosiasiya dərəcəsi, dissosiasiya sabiti və qatılıq arasında
əlaqə yaradan riyazi ifadəni kim vermişdir? A) Vant-Hoff
B) Arrenius C) Ostvald D) Debay E) Hükkel
66
Fotokimyəvi ekvivalentlər qanununa görə çevrilən
molekulların sayının (n
ç
) udulan işıq kvantlarının sayına
(n
k
) olan nisbəti necə adlanır. A) Plankt sabiti B) Zəncirin
boynunun uzunluğu C) Kvant çıxımı D) Fotokimyəvi sabit
E) Fotoeffekt
67
Xəyalən və ya hər hansı bir fiziki səthlə ətraf mühitdən
ayrılan, qarşılıqlı təsirdə olan cisim və ya cisimlər birliyinə
nə deyilir? A) Faza B) Komponent C) Sistem D) Sistemi
təşkil edən maddə E) Sistemin tərkib hissələri
68
Həlledici, məhlul və membrandan ibarət sistemdə
həlledicinin birtərəfli qaydada məhlula diffuziyası etməsi
hadisəsi, buna səbəb olan və membranın vahid sahəsinə
düşən qüvvə isə necə təzyiq adlanır? A) Hidrostatik B)
Sedimentasiya C) Osmos D) Sublimasiya E) Sızma
69
Sistemin digər hissələrindən görünə bilən fiziki səthlə
ayrılan bircinsli hissələri toplusu necə adlanır. A) Faza B)
Komponent C) Sistemin tərkib hissələri D) Sistemi təşkil
edən maddə E) Sistemin sərbəstlik dərəcəsi
70
Turqor, plazmoliz, homoliz hadisələrinə səbəb olan nədir?
A) Hidroliz B) Koaqulyasiya C) Osmos D) Sedimentasiya
E) Peptizasiya
71
Hal parametri olmayan hansıdır? A) P B) V C) T D) U E) C
72
Ətraf mühitlə enerji mübadiləsində olub, maddi mübadiləyə
malik olmayan sistem necə adlanır? A) Sadə sistem B)
Mürəkkəb sistem C) İzolə edilmiş sistem D) Açıq sistem E)
Qapalı sistem
73
Nəyin təsiri ilə gedən reaksiyalar fotokimyəvi reaksiyalar
adlanır. A) Yalnız görünən işığın B) Yalnız ultrabənövşəyi
şüaların C) Yalnız infraqırmızı şüaların D) A- və B-
bəndlərində, qismən də C-bəndində göstərilənlərin E)
Rentgen şüalarının
74
Hal parametri olmayan hansıdır? A) P B) V C) T D) F E) C
75
Qüvvətli elektrolitlərin xassələrini əks etdirən nəzəriyyəni
kimlər vermişlər? A) Mendeleyev və Alekseyev B)
Mendeleyev və Kablukov C) Mendeleyev və Arrenius D)
Arrenius və Debay E) Debay və Hükkel
76
Fotokimyəvi ekvivalentlər qanununa görə hər udulan işıq
kvantı neçə molekulun aktivləşməsinə səbəb olur? A) 1 B)
10 C) 100 D) 1000 E) N
A
-sayda
77
Krioskopik və ebulioskopik sabitlər nələrdən asılıdır? A)
Həll olan qeyri-elektrolitin qatılığından B) Həll olan qeyri-
elektrolitin təbiətindən C) Həlledicinin təbiətindən D)
Həlledicinin molyar kütləsindən E) Həll olan qeyri-
elektrolitin rəngindən
78
Duklo və Traube qaydasına görə doymuş yağ turşularının
və spirtlərin sıralarında karbohidrogen zəncirinə bir metilen
qrupunun (CH
2
) əlavə edilməsi ilə homoloqun səthi
aktivliyi neçə dəfə artır? A) 3-3,5 B) 3,5-4 C) 4-4,5 D) 4,5-
5 E) 5-5,5
79
Fotokimyəvi ekvivalentlər qanununu kim vermişdir? A)
Timiryazev B) Vant-Hoff C) Eynşteyn D) Plank E) Qrotqus
80
Hansı bənddə göstərilənlər yalnız hal funksiyası deyil? A)
P, U, H B) H, F, G C) H, S, G D) U, S, F E) U, S, G
81
Aşağıdakılardan hansı standart şəraiti göstərir? A) P=1 atm,
T=273K B) P=1 atm, T=373K C) P=1 atm, T=298K D)
P=0,1 atm, T=298K E) P=0,1 atm, T=273K
82
«Qazların mayelərdə həll olması sabit temperaturda onun
maye üzərindəki təzyiqi ilə mütənasibdir (C=KP)» ifadəsi
hansı qanunun ifadəsidir? A) Raul qanununun B) Gey-
Lüssak qanununun C) Henri qanununun D) Quldberq və
Vaaqe qanununun E) Konovalovun I qanununun
83
Elektrokimyəvi elektrodun elektrod potensialını
hesablamaq üçün tənlik kim tərəfindən verilmişdir? A)
Ostvald B) Kablukov C) Qalvani D) Volta E) Nernst
84
Hansı bənddə göstərilənlər yalnız hal parametrləri deyil?
A) P, V B) P, T C) P, C D) P, U E) V, T
85
Bütün qatılıqlarda və temperaturlarda Raul qanununa tabe
olan məhlul necə məhlul adlanır? A) Həqiqi B) Kolloid C)
İdeal D) Real E) Mikroheterogen
86
Əgər sistemin ayrı-ayrı hissələri bir-birindən görünə bilən
səthlə ayrılmazsa və sistemin bir nöqtəsindən digərinə
keçdikdə tərkib və fiziki parametrlər sıçrayışla dəyişmirsə,
belə sistem necə sistem adlanır. A) Homogen B) Heterogen
C) Sadə D) Mürəkkəb E) Qarışıq
87
S=const, V=const şərti hansı prosesi ifadə edir? A) İzoxor-
izotermik B) İzobar-izotermik C) İzoxor-izoentrop D)
İzobar-izentrop E) İzentrop
88
Tərkib-xassə diaqramlarında ordinat oxlarında hansı
parametr göstərilmir? A) Təzyiq B) Temperatur C) Tərkib
D) Özlülük E) Şüasındırma əmsalı
89
Aşağıdakı bəndlərin hansında göstərilən hal parametrləri
yalnız ekstensivlik faktorudur? A) P,V B) V,T C) T,C D)
V,m E) P,T
90
Sistemi hissələrə böldükdə, qiymətləri dəyişən parametrlər
necə parametrlər adlanır? A) Sıçrayışla dəyişən. Məsələn F
B) Tədricən dəyişən. Məsələn S C) Öncə artıb, sonra
azalan. Məsələn G D) Ekstensiv. Məsələn V, m E) İntensiv.
Məsələn P, T, C
91
Kimyəvi termodinamikada reaksiya istiliyi neçə cür
göstərilir? A) 1 B) 2 C) 3 D) 4 E) 5
92
Sistemə verilən istilik miqdarı daxili enerjinin dəyişməsi ilə
xarici qüvvələrə qarşı iş görülməsinə sərf olunur. Bu tərif
nəyi ifadə edir? A) Hess qanununu B) Termodinamikanın I
qanununu C) Termodinamikanın II qanununu D)
Termodinamikanın III qanununu E) Prosesin istiliyinin
prosesin yolundan asılı olmasını
93
Neytrallaşma istiliyinin sabitliyi qanunu nəyin təcrübi
sübutu olur? A) Maddə kütləsinin saxlanması qanununun
B) Ekvivalentlər qanununun C) Kütlələrin təsiri qanununun
D) Elektrolitik dissosiasiya nəzəriyyəsinin E) Kvant
nəzəriyyəsinin
94
Məhlulun donma temperaturunun azalmasının ölçülməsinə
əsaslanan tədqiqatlar necə adlanır? A) Termodinamik B)
Kinetik C) Piknometrik D) Krioskopik E) Ebulioskopik
95
Hansı şərtlər daxilində prosesin (o cümlədən kimyəvi
reaksiyanın) istiliyi hal funksiyası xassəsinə malik olub
prosesin yolundan asılı olmur? A) F,T = const B) G,T =
const C) S,T = const D) P,T = const; V,T = const E) F,G =
const
96
Bərk maddələrin mayelərdə həll olması zamanı həllolma
istiliyi hansı amildən praktiki olaraq asılı deyil? A)
Həlledicinin təbiətindən B) Həll olan maddənin təbiətindən
C) Həlledicinin və həllolan maddənin nisbi miqdarından D)
Təzyiqdən E) Temperaturdan
97
Suyun və qida maddələrinin bitkilərin köklərindən
yarpaqlarına və digər orqanlarına daşınmasına səbəb nədir?
A) Dissosiasiya B) Assosiasiya C) Sedimentasiya D)
Hidroliz E) Osmos
98
Özbaşına gedən proseslərdə entropiyanın qiyməti necə
dəyişir? A) Azalır B) Artır C) Dəyişməz qalır D) Öncə
artır, sonra azalır E) Öncə azalır, sonra artır
99
Kimyəvi reaksiyaların sürətinin zamana görə getməsinin
qanunauyğunluqlarını öyrənən fiziki kimya bölməsi necə
adlanır. A) Səth hadisələri B) Termodinamika C)
Fotokimya D) Kinetika E) Elektrokimya
100
Eyni zamanda iki və daha çox istiqamətlərdə gedən
reaksiyalar necə adlanır? A) paralel reaksiyalar B)
zəncirvari reaksiyalar C) əlaqəli reaksiyalar D) fotokimyəvi
reaksiyalar E) ardıcıl reaksiyalar
Dostları ilə paylaş: |