Aşağıdakılardan hansı hüquq nəzəriyyəsi elmini düzgün ifadə edir?



Yüklə 199,96 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix05.09.2018
ölçüsü199,96 Kb.
#66844
  1   2   3   4   5   6   7   8   9   10


Aşağıdakılardan hansı hüquq nəzəriyyəsi elmini düzgün ifadə edir? 

A) Jurisprudentia;

B) Jus gentium;

C) Delict;

D) Legislature;

E) Mala prohibita.

Hüquq elminin metodologiyası digər elmlərin metodologiyasından necə fərqləndirilə bilər? 

A) Fəlsəfi-məntiqi və kazual üsulların çoxluğu ilə;

B) Riyazi hesablamaların çoxluğu ilə;

C) Məntiqi analogiyalardan istifadənin çoxluq təşkil etməsi ilə;

D) Tarixi-siyasi yanaşmanın üstünlük təşkil etməsi ilə;

E) Elmi hipotezaların çoxluq təşkil etməsi ilə.

Hüquq elminin öyrənilməsində sintetik təhlil metodu necə tətbiq olunur?

A) Obyektin ona xas olan əlamətləri vasitəsi ilə təhlil olunması;

B) Obyektin ona xas olmayan əlamətlər vasitəsi ilə təhlil olunması;

C) Obyektin müxtəlif formaları baxımından təhlil olunması;

D) Obyektə məxsus xüsusi əlamətlərin ümumiləşdirilməsi;

E) Obyektə məxsus ümumi əlamətlərin xüsusiləşdirilməsi.

Hüquq elminin öyrənilməsində "argumentum a contrario" metodu aşağıdakı cavablardan hansında düzgün ifadə olunub?

A) Obyektin daxili əlamətləri vasitəsi ilə təhlil olunması;

B) Ehtimalların irəli sürülməsi;

C) Hüquq sistemlərinin müqayisəsinin aparılması;

D) Obyektin zidd elementlər vasitəsilə təhlil olunması

E) Obyektin oxşar elementlər vasitəsilə təhlil olunması.




Aşağıdakı ifadələrdən hansı "argumentum a fortiori" metodu ilə çıxarılan nəticədir?

A) Müəyyən bir şəxsin hüququnun olması başqa bir şəxsdə öhdəlik yaradır;

B) Müəyyən bir davranışa görə sanksiyanın müəyyən olunması həmin davranışın edilməsini qadağan edir;

C) Müəyyən bir davranışın edilməsinin vəzifə olaraq göstərilməsi onun edilməməsini qadağan edir;

D) Müəyyən əraziyə velosipedlə daxil olmanın qadağan olunması əlil arabası ilə də daxil olmanı qadağan edir;

E) Müəyyən yerdə siqaret çəkilməsinin qadağan olunması qəlyan çəkilməsini də qadağan edir;

Məhkəmə presedentləri aşağıdakı hüquq sistemlərindən hansında hüququn əsas mənbəyidir?

A) Sosialist hüquq sistemində

B) Yəhudi hüquq sistemində;

C) İslam hüququnda;

D) Roman-german hüquq sistemində;

E) Anqlo-sakson hüquq sistemində.

 Normayaratma fəaliyyətinin əsas prinsiplərindən biri deyil?

A) Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluq və qanunların üstünlüyü;

B) aşağı dövlət orqanlarının aktlarının yuxarı dövlət orqanlarının aktlarına uyğunluğu;

C) beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyü;

D) vətəndaşların dövlət orqanları qarşısında cavabdehliyi;

E) insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət.

 Parlamentli respublikada prezidentin səlahiyyətlərindən biri hansı cavabda düzgün ifadə olunub?

A) Prezident icra hakimiyyətinə rəhbərliyi həyata keçirir;

B) Hökumət prezident qarşısında hesabat verir;

C) Qanunverici hakimiyyətin bəzi səlahiyyətləri prezident tərəfindən icra olunur;

D) Prezident dövləti beynəlxalq münasibətlərdə təmsil edir;

E) Cavabların hamısı düzgündür.




İnsanın "təbii statusu" ilə “hüquqi status”unu xarakterizə edən xüsusiyyətlərdən biri deyil?

A) "Təbii status" zaman və məkana görə dəyişə bilər, "hüquqi status" isə zaman və məkan etibarı ilə sabitdir;

B) "Təbii status" insanın təbiətindən irəli gəlir, "hüquqi status" isə onun mənsub olduğu hüquq sistemindən;

C) "Təbii status" bütün insanlar üçün eynidir, "hüquqi status" isə insanın cəmiyyətdəki hüquqi mövqeyinə görə dəyişə bilər;

D) Vətəndaşlıq "hüquqi status"dur;

E) Yaşamaq, azadlıq, mülkiyyət kimi hüquqlar insanın "təbii status"undan irəli gəlir.

Əxlaq normalarının hüquq normalarına təsir imkanlarından biri deyil.

A) Hüququn mənşəyi ilə əlaqədar əsas dəyərlər əxlaq normaları ilə müəyyən olunur;

B) Hüquq normaları əxlaq normaları vasitəsi ilə legitimləşir;

C) Hüquq yaradıcılığı prosesində cəmiyyətin əxlaq dəyərləri mütləq nəzərə alınır;

D) Əxlaq dəyərləri ilə qadağan olunan davranışlar mütləq hüquq normaları ilə də qadağan olunur;

E) Hüquq normalarında ifadə olunan "ədalət", "insaf", "vicdan" kimi anlayışlar şərh olunarkən əxlaq normalarına əsaslanılır.

 Hüquq normalarının məzmununun kazual təfsiri necə həyata keçirilir?

A) Hüquq normasının  struktur elementlərinin ayrı-ayrılıqda şərh olunması ilə;

B) Hüquq normasında istifadə olunan terminologiyanın məzmununun aydınlaşdırılması ilə;

C) Hüquq norması ilə müəyyən olunmuş davranışın obyektiv tərəfinin hüquqi fakta münasibətdə şərh olunması ilə;

D) Hüquq normasının məzmununun genişləndirici şərh olunması ilə;

E) Hüquq normasının qəbul olunmasının tarixi-siyasi şərtlərinə uyğun şərh olunması ilə.

Təqsirsizlik prezumsiyası hüququndan kimlər istifadə edə bilər?

A) Hüquq pozuntusu törətmiş hər kəs;

B) Publik hüquq sferasında hüquq pozuntusu törətmiş hər kəs;

C) Mülki hüquq pozuntusu törətmiş hər kəs;

D) Cəmiyyət üçün təhlükə yaradan davranış etmiş hər kəs;

E) Hüquq münasibətlərinə daxil olan hər kəs.




 Demokratik rejimləri xarakterizə edən xüsusiyyətdir.

A) İctimai həyatın bütün sahələrində dövlətin total nəzarəti

B) Ölkə əhalisi tərəfindən dövlət hakimiyyətinə effektiv təsir mexanizmlərinin mövcud olması

C) Bütün ictimai təşkilatların (həmkarlar, gənclər, qadın, yaradıcılıq və s. təşkilatların) dövlətləşdirilməsi

D) Əhalinin dini baxışlarının xüsusiyyətlərinin nəzərə alınmaması

E) Heç biri

 Məhdudlaşdırıcı təfsir daha çox hüququn hansı sferalarında tətbiq olunur?

A) İnsan və vətəndaş hüquq və azadlıqlarını təsbit edən sferalarda;

B) Mülkiyyət hüququ ilə əlaqədar olan bütün sferalarda;

C) Vətəndaşların dövlət hakimiyyət orqanlarının fəaliyyətində iştirakını təsbit edən sferalarda;

D) İnsan hüquqlarını məhdudlaşdıran, hüquq məsuliyyəti yaradan sferalarda;

E) Müasir dövrdə bu təsvir növündən istifadə olunmur.

 Dövlətin fəaliyyəti ilə əlaqədar liberal nəzəriyyətinin müddəalarından biri deyil. 

A) Dövlət ictimai sahələrə müdaxilə etməməlidir, yalnız insan hüquq və azadlıqlarını qorumalıdır;

B) Dövlət ictimai həyatın bəzi sahələrinə, xüsusilə mülkiyyətə müdaxilə edə bilər;

C) İnsan həyatı və azadlığı dövlətin təminatı altında olmalıdır;

D) Əsas təbii insan hüquqları ilə əlaqədar neqativ tənzimləmə mövcud olmalıdır;

E) İnsan hüquqları ilə əlaqədar məhdudiyyətlərin özü də məhdud olmalıdır.

 Hüquq haqqında interpretativizm nəzəriyyəsi hüququn mahiyyətini necə izah edir?

A) Ədalətli qanun, hüquqdur.

B) Hüquq, dövlətin qanunlarda ifadə olunan məqsədləridir;

C) Hüquq, qanunun mətni deyil, həmin mətnin əsaslandığı dəyərlərdir;

D) Hüquq, normanın əsaslandığı üstün qüvvəli qanundur.

E) Hüquq qanunlarda ifadə olunan davranış qaydaları deyil, insanların ictimai münasibətlərdəki real davranışlarıdır.




Yüklə 199,96 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə