Asif Ata ataya münasiBƏT (“Yol” Kitabından)



Yüklə 153,45 Kb.
Pdf görüntüsü
tarix16.08.2018
ölçüsü153,45 Kb.
#63586

background image
 

 

Asif Ata 



 

 

 ATAYA MÜNASİBƏT 

(“Yol” Kitabından) 



 

 

Ata – Ocağın Mahiyyəti, Təzahürü, Canlı “Mən”idir. 



Ata Sözü – Ocaqçı üçün Mütləq Qanundur.  

Ataya Ruhən qovuşmaq – Ocaqçının Ülvi Arzusudur. 

Ataya Mütləq İnam  Odu Ocaqçı Qəlbində daim yanır. 

“Ata haqqı” Andı – Müqəddəsdir! 

Atanın Ocaqçıya Hökmü Mütləqdir, Ülvi Mahiyyətə malikdir.  

Atanın Hörməti – Ocağın Ali Sərvətidir. 

Ocaqçının Ataya Səcdəsi – Ruhani Ləyaqətdir.    

Ocaqçı Ata Ləyaqətini göz bəbəyi kimi qoruyur.  

Ataya qalxan əl – kəsilməlidir. 

Ataya  qarşı  cüzi  Hörmətsizlik  –  dəhşətli  Qəbahət  sayılmalı  və  Ocaqçı  nifrəti  ilə 

damğalanmalıdır! 

Atanın Ocaqda Səlahiyyəti Mütləqdir! 

Ocaqçılar Atanın həm Övladları, həm Köməkçiləri, həm də Ardıcıllarıdır.  

Ata Səlahiyyətinə ən kiçik etinasızlıq – Mənəvi eybəcərlik sayılmalıdır.  

Atanın Böyüklüyü, Qeyri-Adiliyi Onun çiyninə düşən Yükün Böyüklüyü və Qeyri-adiliyindən 

doğur.  Bu  səbəbdən  də  Ataya  pərəstiş  təbii,  gərəkli,  zəruri  Övladlıq  Münasibəti  hesab 

edilməlidir! 

Ocaqçı Atanı canlı İdeal sayır.  

Ocaqçı çətin anlarda Ata Qüdrətinə müraciət edir.  

Ocaqçının Ataya Məhəbbəti – Ocağın iti qılıncıdır.  

Ona qarşı edilən həmlə – cinayətdir. 

Ocaqçı Ataya xidmət etməklə – Mənəviyyata, İdraka, Müqəddəsliyə xidmət edir.  



Bu səbəbdən də həmin xidmətlə fəxr edir.  

 

Yüklə 153,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə