Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
  1   2   3   4   5   6   7   8   9   ...   86



 
Asif Atanın – İnam Atanın  
Mütləqə İnam Ocağı 
 
 
 
Mərasim və Bayramlar 
Kitabı 
(36-cı il) 
Mərasim və Bayramlar 
Kitabı 
 
 



 
 
 



 
Asif Atanın – İnam Atanın 
Mütləqə İnam Ocağı 
Ata-Ocaq İlsırasının 36-ili 
Qutsal “Yeni il” Mərasiminin 
Gedişatı 
 
Yer: İnam Evi, 
Gün: 1 Günəş Ayı, 
Vaxt: 14:00. 
 
Mərasim keçiriləcək Oda Ocaq Ruhuna uyğun hazırlanır. 
Təşkilatca sorumlu Göylü və Ulusəs Atalılardır. 
Mərasimin başlanmasına 5 dəqiqə qalmış “Ata Harayları” 
səsləndirilir. 
 
Hamı: “Ata Yolu – İnsanın Mütləqləşmək imkanı!” – deyir. 
“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – İnamlı, 
“Ataya Günorta Ricası”nı – Günev, 
“Ruh Üstə” içsəsini – Üstün deyir. 
 
Ocaq Yükümlüsü Soylu Atalının Mərasimə sözü 
dinlənilir. 
 
Mərasim Qonuları: 
 
1. 35-ci ili hansı uğurlarla yola saldım? 
2. Yeni il – Yeni uğurlar yolçuluğumuz! 
3. Yaratmaq üçün yaranmaq gərək. 
 
 



 
Mərasimə Ruhani Hədiyyələr təqdim olunur. 
Evladlıq Nişanələri Ocaq Yükümlüsü tərəfindən Yol sözü 
ilə təqdim edilir. 
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, 
“Atamız var olsun!” səcdəsiylə mərasim başa çatır. 
 
Carlar: 
• Ata Yolu – İnsanın Mütləqləşmək imkanı! 
• İnsana İnam – Sabahlı meyar! 
• Yeni il – Yeni uğurlar yolçuluğumuz! 
 
Gedişatı yazdı: Nurtəkin Atalı. 
24 Köçəri Ayı, 35-il. Atakənd. 
 
 
Qəbul olunur. 
                  
 Ocağın Yükümlüsü Soylu Atalı 
                   
 24 Köçəri Ayı, 35-il. Atagün Eli. 
 
 



 
Asif Atanın – İnam Atanın 
Mütləqə İnam Ocağı 
 
Qutsal “Yeni İl” Mərasimində deyilmiş fikirlər 
 
Ocaq Günsırası ilə 1 Günəş Ayı, 36-ildə (mart, 2014) Asif Atanın 
Mütləqə  İnam  Ocağı  Qutsal  “Yeni  İl”  Mərasimini  həyata  keçirdi. 
Mərasim  quralları  icra  olunduqdan  sonra Ocaq  Yükümlüsü  Soylu 
Atalı Ataya  səcdə  ilə  sözünə  başladı: “Atanın  mərasimlə  bağlı 
ruhani qaydaları var. Bu qaydalara görə Mərasimi Ocağa Evlad 
qəbulu ilə başlayırıq”. 
 
Ocağa Evlad qəbul edilən Güntay Atalı “Rica”sını yazıdan oxu-
du. Ocaq Yükümlüsü isə onun adının mənasını ifadə eləyən Ruhani 
Bəlgəni  oxudu.  Daha  sonra  Güntay  Atalı  “Bayraq  Andı”  içdi.  Bu 
mərasimin  “Qəbul  Törən”ində  Ocaq  Yükümlüsünün  yeni  qaydası 
tətbiq  edildi. Belə  ki,  bundan  sonra  qəbul  olunacaq  Evladlara  Asif 
Atanın  Qutsal  Bitiqləri  hədiyyə  ediləcək.  Soylu  Atalı  bu  qaydanı 
təsdiq  edən  Ruhani  Bəlgəni  oxuduqdan  sonra  Güntaya  Göylü  Atalı 



 
tərəfindən  Qutsal  Bitiqlər  təqdim  olundu.  Axırda  Güntay  Ocaq 
Yükümlüsündən “Evladlıq Nişanəsi”ni qəbul elədi. 
Ocaq  Yükümlüsü  Ocaqçılardan  Günev,  Göylü,  İnamlı  və 
Üstün  Atalıların  ruhani  əməllərini  təqdir  edən  Ruhani  Bəlgələr 
oxudu. Ocaq quruculuğu yönündə uğurlar vurğu edildi. 
Sonra  Soylu  Atalı  Mərasim  sözünə  başladı:  “35-ci  ilmizdə 
Ocaqda və Ocaqdan qıraqda – dünyada nə baş verdi? Davamlı şəkil-
də  dünyanı  dağıdırlar,  xalqları  pərən-pərən  salırlar.  Heç  kim  bəşəri 
dəyər, insani dəyər yaratmır. Hər kəs çığır-bağırda, hayda-həşirdədir. 
Hər  gün  küçələrdə  hay-həşirlər  var.  Hər  gün  qovğalar,  hakimiyyət 
dartışmaları  var.  Hər  gün  insan  qətli  var.  İnsan  ölür,  öldürülür.  Ac 
qoyulur,  susuz  qoyulur.  Vicdansızlıq,  həqiqətsizlik,  ədalətsizlik  ge-
dişlərinə  dözməyərək  özünü  öldürmələr  baş  verir.  Çıxılmazlıqlar 
yaranır. İnsan tamamilə başını itirib. Asif Atanın “Daxilində Mütləq 
gəzdirir”  dediyi  insanın  başına,  dünya  çapında,  olmazın  oyunlar 
açılır.  Ocaq  isə  35-ci  il  ərzində  fədakarlıq  elədi,  ləyaqət  göstərdi, 
ailəsinin boğazından kəsdi, səfərlər elədi, bölgələrə getdi, hər yerdə 
Atanın ideyasından doğan ümid işığı yandırdı. Hara getdisə gəncliyin 
ağlında  Azərbaycan  yaratdı.  Gəncliyin  ağlında  Asif  Ata  yaratdı. 
Gəncliyin  ağlına  Azərbaycanın  ruhani  dəyərlərinin  nə  olduğunu 
yazdı. Başını itirən ziyalısına söz dedi. Xalqı özünə göstərən çoxsaylı 
ədəbiyyatlar  hazırladı.  Onu  hər  yerdə  təmənnasız  olaraq  payladı. 
Ocağın hər bir fərdinin əməli, ləyaqəti ifadə olundu burda. Nə qədər 
işlər  görüldü.  Bu  işlər  boşuna  əmələ  gəlmir.  Ürəkdə  sevgi  olmasa, 
təpər  olmasa,  eşq  olmasa,  hərarət  olmasa  o  işlərin  heç  biri  əmələ 
gəlmir,  işıqlanmır.  Bunu  uydurmuruq  –  dünya  nə  deyir,  Ocaq  nə 
deyir.  Dünya  nə  haldadır,  Ocaq  nə  haldadır.  Nizam  yaradırıq,  hal 
yaradırıq.  Gələcək  yaradırıq.  Niyə  zəhmət  çəkirik?  Çünki  hal 
var. Bizim  çətinliklər  deyilən  maneələrimiz  yoxdur.  Niyə  yoxdur, 
çünki eşq var. Eşq qanad deməkdir. Biz ürəyimizlə gedirik. Ona görə 



 
çətinliklər bizim yolumuzu kəsə bilmir. O vaxt ki, ürəklə yeriyərsən, 
onda  uğurların  başlayar  görünməyə.  Ocaqla  dünyanın  çox  böyük 
fərqi  var.  Bütün  dünyanın  mənəviyyat  döyüntüsü  Atanın  ünvanın-
dadır.  Heç  kimin  gücü  çatmaz  bunu  inkar  eləsin.  Azərbaycan  ayrı 
hava çalır, dünyanın ahəngsizliyinə uyğun. Ocaq buna uymadı. Heç 
bir  vaxt  həşirə  düşmədik.  Qoruduq  ləyaqətimizi  və  Ocağımızı. 
Atanın adını və tələbini qoruduq. Qoruya bilirik, ona görə də varıq. 
Ona görə də Asif Atanın vəfatından sonra 17 ildir Ocaqda yol gəlirik. 
17 ildə nə qədər böyük sarsıntılar var, nə qədər böyük sevgilər var, 
inadlar var, hünərlər var, təpərlər var, özündənkeçmələr var. Qurban-
lar var. Bunların hamısı 17 ilin özülü oldu. Yurdumuzda İnsanlaşma 
harayı  çəkdik,  Millətləşmə  harayı  çəkdik.  Sevgimizlə,  yaradıcılı-
ğımızla, ağlımızın işığıyla. Doğrudur, Ata tələbi ilə, Ocaq tələbi ilə 
hələ aşılası çox zirvələrimiz var. Çox işlər var qabaqda. Bizim də ona 
imkanımız var. Bununla belə, Ocaq mühiti kamil, qeyri-adi mühitdir. 
Ayrı-ayrı  qüsurlar  olsa  da,  sağlam,  doğma  mühitdir.  Heç  kimə 
üzümüzü  tutmadıq,  heç  kimdən  böyük  quruculuq  gözləmirik. 
Ruhaniyyat  xəttində  nə  ediriksə  özümüz  edirik.  Heç  kimin  yaxşı 
işinə qarşı söz deməmişik. Heç kimə də mənasız ümid bəsləməmişik. 
Çünki ümid yeri böyük anlamda Ocaqdadır. Kimə ümid bəsləyəsən?! 
Yurdumuzun  gözü  ayda-çayda  qalıb.  Türkiyəni  özümüzə  doğma 
saydıq.  Türkiyə  bizə  nə  verdi  –  İslam.  Din  gətirdi.  Avropanın  aya-
ğının altına yıxılırlar. Nə verdi bizə Avropa  – kapitalizm, pulçuluq. 
O  pulçuluğun  nəticəsidir,  insanlar  o  həddə  gəlirlər  ki,  özlərini 
yandırırlar.  Gərək  həyatda  sənin  üçün  heç  bir  işıq  qalmasın,  ümid 
qalmasın,  heç  bir  dəyər  qalmasın  ki,  sən  özünə  od  vurasan.  Bunu 
Avropa  pulçuluğu  gətirdi.  Pulçuluq  olan  yerdə  talançılıq  var.  Sənə 
elə bir mühit, hal verir ki, sən o mühitdə özünü asmalı olursan… 
Məgər  Ocaq  böyük  imkanlar  üzərində  oturub?  Amma  bunun 
qabağında  nə  qədər  milli-insani  yöndə  addımlar  atırıq.  Bu,  sözə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə