Aşiq talib kюnlцm Vяtяn arzular



Yüklə 409,37 Kb.
səhifə1/3
tarix15.03.2018
ölçüsü409,37 Kb.
#32092
  1   2   3


AŞIQ TALIB
Kюnlцm

Vяtяn arzular

Elm və təhsil”



Bakı - 2013

AMEA Folklor İnstitutunun Elmi Şurasının 28 noyabr 2013-cü il tarixli qərarı ilə çap olunur.

Redaktor: Elxan Məmmədli

filologiya üzrə fəlsəfə doktoru,

Əməkdar Mədəniyyət işçisi

Toplayanı, tərtib edəni

və çapa hazırlayanı: İslam Ələsgər

filologiya üzrə fəlsəfə doktoru
Kompyuterdə yazan: Validə Bədəlova
Korrektor və

texniki redaktoru: Vüsal Abiyev
Kitabın sponsoru: Xətai İslamoğlu


Aşıq Talıb. Kюnlцm Vяtяn arzular.

Bakı, “Elm və təhsil”, 2013 ,100 səh.

грифли няшр

© «Елм вя тящсил», 2013


Redaktordan
GÖYÇƏ AŞIQ SƏNƏTİNİN ƏVƏZSİZ TƏDQİQATÇISI
Azərbaycan aşıq poeziyasını Göyçəsiz təsəvvür etmək mümkünsüzdür. Poetik yaradıcılığın saz ahəngli qüdrətli nümunələrini yaradan Göyçə sənətkarları zən­gin aşıq irsimizin əlçatmaz ustadları kimi həmişə diqqət mərkəzində olmuşlar. Rəsmi olaraq kökləri XIII-XIV yüzillərə gedib çıxan Göyçə ustadlarının söz inciləri zamanın süzgəcindən keçərək günümüzəcən gəlib çatmışdır. Dədə Hey­dərin, Qul Nəsibin, Miskin Abdalın ibrətamiz yaradıcılığı sübut edir ki, bu sənətin kökləri daha qədimlərə gedib çıxır. Dədə Qurbani (XVI əsr), Tufarqanlı Abbas (XVII əsr), Xəstə Qasım (XVIII əsr) kimi Cənubi Azərbaycanda yaşayıb-yaratmış ustadlardan birbaşa sənət estafetini ələ alan Göyçə ustadları zaman-zaman bu üstünlüyü qoruyub saxlamış və cəsarətlə demək olar ki, bu irsi daha da zənginləş­dirmişlər.

Aşıq yaradıcılığını daha yaxından müşahidə edib öyrəndikcə o qənaətə gəlirsən ki, həqiqətən də XIX yüzillik aşıq sənətimizin intibah dövrüdür və bu intibaha təkan verənlər məhz Göyçə sənətkarlarıdır. Ağ Aşıq (Allahverdi), Aşıq Alı və Aşıq Ələsgər kimi qüdrətli aşıqların sayəsində əlçatmaz yüksəkliyə qalxan bu ölməz sənət növü öz təsirini bu gün də qoruyub saxlamaq­dadır.

Göyçə aşıq məktəbinin, eyni zamanda bu mək­təbin yuxarıda adlarını çəkdi­yimiz ustadlarının yaradıcı­lığı təxminən ötən yüz ilin 20-ci illərinin sonlarından öyrənilməyə başlamışdır. Vaxtilə Salman Mümtaz, Vəli Xuluflu, Hənəfi Zeynallı kimi toplayıcı­ların o vaxtki kitablarında özünə yer tapan Göyçə aşıqları bir qədər sonra Hümmət Əlizadənin gərgin axtarışları sayəsində geniş oxucu kütləsinə çatdırılmışdı. Onun toplama fəaliyyətində Aşıq Ələsgərlə bağlı axtarışlarını daha uğurlu saymaq olar. Belə ki, H.Əlizadə Göyçədən topladığı Aşıq Ələsgər şeirlərini rəsmi olaraq 1934, 1935 və 1937-ci illərdə üç dəfə nəşr etdirmişdir. Çox təəssüflər olsun ki, repressiyya illərində hər sahədə olduğu kimi, aşıq sənətinin öyrənilməsi sayəsində də bir durğunluq yarandı. Üstəlik, xalqımızın bu sahədə çalışan alim ziyalıları kütləvi surətdə repressiya qurbanına çevrildilər. Bu dur­ğun­luq və boşluq 40-ci illərə qədər davam etdi. 40-cı illərin əvvələrindən başlayaraq yenə də xalq ədəbiy­yatına, folklorumuzun öyrənilmə­sinə, ayrı-ayrı aşıqların repertuarlarının yazılma­sına, onların poetik yaradıcılığının toplanmasına fikir veril­məyə başlandı. 1945-ci ildən fəaliyyətə baş­layan Elmlər Akademiyasının əlaqədar şöbələrində eks­pe­di­siyalar fəaliyyətə gəldi. Bu gün adlarını böyük iftixarla yad etdiyimiz Həmid Araslı, Əliheydər Tahirov, Osman Qurbanov (O.Sarıvəlli), M.H.Təh­masib, bir qədər sonra H.Seyidov, H.Qasımov, Ə.Axun­dov kimi alimlər bölgə­lərə ezam olunaraq geniş folk­loru­muzu, əsasən də aşıq yaradıcılığı nümunələri­mizi və dastanlarımızı topladılar.

Bu axtarışlar zamanı yaxşı ki, Göyçə mahalı unudulmadı. Göyçə aşıq mühiti, Göyçə aşıqları, xüsusən də Aşıq Ələsgərə diqqət günü-gündən artmağa başladı. Bu işə Aşıq Ələsgərin nəvəsi, hələ o vaxtlar çox gənc olan İslam Ələs­gərov da qoşularaq öz topladığı “Aşıq Ələsgər” şeirlər kitabını 1956-cı ildə nəşr etdirdi. Bu nəşrdən sonra İslam müəllim bir qədər də həvəsləndi. Daha geniş axtarışlara əl qoydu. Daha sonra Ələsgər Dədənin və ümumən Göyçə aşıqlarının yaradıcılığını toplamağa başladı. Dövrü mətbuatda onlar haqqında məqalələr yazdı.

1963-cü ildə İslam müəllim Aşıq Ələsgərin daha bir kitabını nəşr etdirdi. Onun bu dəfəki “Ələsgər”i əvvəlki kitabdan bir qədər də fərqləndi. Bu kitabda ustad sənətkar bir qədər də geniş təqdim olundu. Kitabda təkcə ustadın şeirləri yox, həm də deyişmələri, dastan-rəvayətləri özünə yer tapdı.

Axtarışlar davam edirdi. İslam müəllim Aşıq Ələsgərin irsini toplaya-toplaya, eyni zamanda onu tədqiq etmək, onun sənət sehrini, poetik gücünü araş­dırıb geniş ədəbi ictimaiyyətə və oxucu kütləsinə çatdır­maq üçün “Aşıq Ələsgər və XIX əsr Göyçə aşıqları” mövzusunda dissertasiya yazaraq filologiya elmləri namizədi alimlik dərəcəsi aldı. 1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illiyi ərəfəsində İslam Ələsgər Akademi­yanın Ədəbiyyat İnstitutunda M.H.Təh­masib, Ə.Axun­dov­la birlikdə Aşıq Ələsgərin 2 cildliyini nəşr etdirdi.

Həvəsdən-həvəs, sevincdən-sevinc doğurdu. İslam müəl­lim Göyçədə, öz doğma kəndi Ağkilsədə və Zodda məktəb direkto­ru işləyə-işləyə Ələsgər ocağında yazıb-yaradan aşıq-şairlərin də şeirlərini toplayıb nəşr etməklə məşğul oldu. 1988-ci ildə “Yazıçı” nəşriy­yatında “Ələsgər ocağı” adlı kitabla oxucuları bir daha sevindirdi. Hələ Göy­çə­də yaşadığı dövrdə Növrəs İman, Çoban Məhəm­məd, Aşıq Nəcəf, Aşıq Musa və Aşıq Talıbın şeirlərini toplayan İslam Ələsgər Bakıya köçdükdən sonra Akademiyanın Ədəbiyyat İnstitutunun Folklor şöbəsinə işə götürüldü və topladığı materialları daha səmərəli şəkildə tədqiqata cəlb edə bildi. Bu illər ərzində İslam müəllim Göyçə aşıqlarından bəhs edən bir mono­qrafiya və ona qədər kitab nəşr etdirərək oxucu­ların ixtiyarına verdi.

Akademiyada Folklor İnstitutunun yaranması ilə bağlı olaraq 1995-ci ildən etibarən İslam müəllim həmin İnstitutun “Aşıq yara­dıcılığı” şöbəsində aparıcı elmi işçi kimi fəaliyyət göstərməkdə­dir. Səhhətində bəzi prob­lemlər olmasına baxma­yaraq, o, üzərinə dü­şən bütün işləri vaxtlı-vaxtında yerinə yetirir. Onun toplayıb tər­tib etdiyi və bu gün geniş oxucu kütləsinə təqdim etdiyi hələlik sonuncu Aşıq Talıbın “Könlüm Vətən arzular” adlı şeirlər kitabı da əvvəllər nəşr etdirdiyi kitabları qədər dəyərli bir tövhə kimi Göyçə aşıqlığını layiqincə təmsil etdirir. İslam müəllim Ələsgər ocağının digər qüdrətli nümayəndələrinin şeirləri ilə birlikdə atası Aşıq Talıbın da şeirlərini itib-batmağa qoymamış və 1988-ci ildə məlum qaçqınlıq-köçkünlük zamanında göz bəbəyi kimi qoruyaraq Bakı­ya gətirib çıxara bilmişdir.

Bu gün Aşıq Talıbın ayrıca kitab şəklində oxu­culara təqdim etdiyimiz bu unikal şeirləri məhz İslam müəllimin Göyçəyə, Aşıq Ələsgər ocağına və ümumən aşıq sənətimizə olan sonsuz məhəbbəti kimi qiy­mətləndirilməlidir. Biz İslam müəllimi 40 ildən artıq bir müddətdə tanıdığımızdan, onun zəngin arxivinə yaxından bələd olduğumuzdan inamla deyə bilərik ki, o, səhhətin­də yaranmış problemlərə baxmayaraq, bundan sonra da bizi və siz oxucuları yeni-yeni aşıq kitablarının nəşri ilə sevindirəcəkdir. Aşıq Talıbın kitabda təqdim olunan şeirləri haqqında onu deyə bilərik ki, bu şeirlərin böyük əksəriyyəti klassik aşıq şeirlərinin ən kamil nümunələri ilə bəhsə girər, öz məziyyətləri və poetik gücü ilə heç də onlardan geri qalmaz.

Dönə-dönə Azərbaycan radiosunda Aşıq Talıbın bu gün də gözəl ifalarını eşidib həzz alsam da, onun şeirləri ilə yaxından tanış deyildim. Bu şeirlərlə yaxın­dan tanışlığım mənə bir şeyi də sübut etdi ki, atalar yaxşı deyib, “Ot kökü üstə bitər”.

Ümumiyyətlə, aşığın şeirləri haqqında ətraflı danış­maq niyyətimiz yoxdur. Əminik ki, bu şeirləri oxuduqdan sonra hörmətli oxucularımız öz qənaətlərini bizlərə çatdıracaqlar. Son olaraq ustadın şeirlərini oxuculara çatdıran yorulmaz tədqiqatçımız İslam Ələs­gərə can sağlığı, uzun ömür arzulamaqla, kitabı öz vəsaiti ilə nəşr etdirən Xətai İslam oğluna dərin minnətdarlığımızı bildiririk.
Elxan Məmmədli

AMEA Folklor İnstitutunun

Aşıq yaradıcılığı şöbəsinin müdiri,

Əməkdar Mədəniyyət işçisi
AŞIQ TALIB
Aşıq Talıb, təxminən, 1877-ci ildə Göyçə ma­halı­nın Ağkilsə kəndində anadan olmuşdur. O, məşhur Aşıq Ələsgərin oğludur.

Aşıq Talıb kiçik yaşlarından saza maraq göstərər­miş. Uşaq sazı çala bilməsə də, onu götürüb-dınqıldat­maq­dan zövq alırmış. Beləliklə, tədricən 15-16 yaşla­rında saz havalarının əksərini püxtə bir aşıq kimi ifa et­məyə yiyələnmişdi. Bu işdə, şübhəsiz ki, atasının da rolu az olmamışdır.

Evlərində tez-tez sazlı-sözlü məclislər iştirak­çısı olan Talıb, kənddə keçirilən şənliklərdə aşıqların söy­lə­diyi dastanları, müxtəlif şəkilli şeirləri elə ora­da­ca yad­daşına yazarmış.

Aşıq Talıb məktəb-mədrəsə təhsili görməmişdi, ya­­zı-pozu bilmirdi. Lakin onun çox güclü hafizəsi var­dı.

1918-ci ildə, ermənilərin törətdiyi milli ixtilafla əlaqədar olaraq Talıb da ailələri ilə birlikdə Kəlbəcər rayonunun Qanlıkənd (Qalaboynu) kəndinə köçmüş və üç il orada yaşamışdır.

1921-ci ildə, Ermənistanda Sovet hakimiyyəti qurul­­duqdan sonra Aşıq Ələsgərin ailəsi də köçüb doğ­ma yurda qayıtmışdı. Təsərrüfatla məşğul olan Talıbı aşıqlıq həvəsi rahat buraxmırdı, saz əlindən yerə düş­mürdü, elə hey çalıb oxuyur, atasına tez-tez suallar verir, bilmədiklərini öyrənməyə çalışırdı. O, klassik Azər­bay­can şair-aşıqlarının yaratdığı şeir və dastan­ların böyük bir qismini, eləcə də Aşıq Ələsgərin düzüb-qoşduğu sənət incilərinin əksər hissəsini onun özündən öyrən­mişdi.

Aşıqlıq ədəb-ərkanına tamam-kamal yiyələnən Talıb atasının vəfatından sonra bu ocaqda onun sə­nə­tini davam etdirməyi özünə borc bildi, sazını götürüb ma­hir bir aşıq kimi fəaliyyətə başladı. O, Azər­bay­ca­nın müx­təlif guşələrində, xüsusən Gəncəət­ra­fı rayon­lar­da və Qarabağda toy məclislərini zinətlən­dirir­di.

Aşıqlarımız Ələsgər babamızın şeirlərinin Aşıq Talıbda olan variantını ən etibarlı mənbə hesab edirdilər. Bəzən bir şerin kimə məxsus olduğu, yaxud şeirin hansı variantının düzgünlüyü üstündə aşıqlar arasında müba­hisə yarananda deyirdilər: “Aşıq Talıbı görəndə soru­şarıq”.

Aşıq Talıb çoxdanışan deyildi, amma ona ve­rilən sualları geniş və inandırıcı şəkildə cavablan­dırır­dı.

İndi bəzi aşıqlar toy məclislərinə kəsəmətlə ge­dir­lər; toy sahibləri ilə şərtləşirlər ki, neçə saat oxu­ya­caq və əvəzində nə qədər pul alacaq. Aşıq Ta­lıbda be­lə xasiy­yət yox idi. Məclisin sonunda ona nə qədər pul tək­lif eləsə­lər – “Allah bərəkət versin” – de­yib, qəbul edir­di. O, şən­lik sahiblərinə fərq qoymur­du; istər varlı mən­səb sahibi olsun, istərsə də sadə kəndli, hamının şən­lik yığıncağına gedirdi.

Aşıq Talıb çox səmimi, ədalətli, mehriban, qo­naq­­pərvər, mərd və səxavətli idi. O, hamıya düzgün yol göstərirdi. İşi çətinə düşənlər ondan məsləhət al­ma­ğa gəlirdilər.

Aşıq Talıb Alman-Sovet müharibəsi zamanı əs­gər­­liyə yaşı çatmayan cavanları ətrafına yığıb, arxa cəbhədə kolxoz təsərrüfatında fəal çalışmış və “Böyük Vətən müharibəsi illərində (1941-1945) Fədakar Əməyə görə” medalı ilə təltif olunmuşdu.

Aşıq Talıb bir şəyird kimi ustada qulluq etməmiş, amma bir çox aşıqlar ona şəyirdlik eləmiş, bu müqəddəs sənətin incəliklərini onun qayğısı sayəsində mənim­səmişlər. Bunlardan Aşıq Hüseyn Cavanı, Göyçənin Qaraqoyunlu kəndindən olan Aşıq Cahadı, Bala Qara­qoyunlu kəndindən Aşıq Salehi, Zərzəbil kəndindən Aşıq Əlini, İnəkdağı kəndindən Aşıq İsmayılı və Gən­cədən Aşıq Teymuru göstərmək olar.

Aşıq Talıb gənc yaşlarından şeir qoşmağa həvəs gös­tərmişdir, bir aşıq kimi 40 ildən artıq xalqa ləya­qət­lə xidmət eləmişdir. 1961-ci ildə III Aşıqlar Qurul­ta­yının rəyasət heyətində əyləşənlərdən biri də Aşıq Ta­lıb idi.

Aşıq Talıbın yaradıcılığından nümunələr ra­yon qəzetində, “Ədəbi Ermənistan” məcmuəsində, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət” qəzetlərində, “Ələsgər Ocağı” (1991), “ Sazlı-sözlü Göyçə” (1999) kitablarında dərc edilmişdir.

102 il ömür sürən bu qüdrətli el sənətkarı 1979-cu il may ayının 21-də dünyasını dəyişmiş və atası Aşıq Ələsgərin qəbrinin yanında torpağa tapşırılmış­dır.

Aşıq Talıb dünyadan getdi. Ondan bizə 80-ə qədər müxtəlif şəkilli şeir, acılı-şirinli xatirələr və Aşıq Ələsgərin bədii irsinin düzgün variantının üzə çıxma­sındakı böyük xidməti qaldı.

Məlum olduğu kimi, Aşıq Ələsgərin şeirlərini ilk dəfə mərhum folklorçu Hümmət Əlizadə toplayıb, 1934, 1935 və 1937-ci illərdə çap etdirmişdir. O, ulu ozanın əsərlərinin əksəriyyətini Aşıq Talıbın hafizə­sin­dən yazı­ya almışdı. Amma o dövrün qısma-boğma­ları, dini­mizə qarşı olan amansızlıqlar, senzura qada­ğaları, rep­res­siya dəhşətləri aşığın şeirlərindəki dinlə, mövhu­mat­la, ilahiyyatla bağlı olan söz və ifadələrin bilərəkdən təhrif edilməsinə səbəb olmuş, onlarla şeiri isə çapa məsləhət görülməmişdi.

Xoşbəxtlikdən, bu sətirlərin müəllifi Aşıq Ələs­gərin əsərlərini Aşıq Talıbın sağlığında onun hafizə­sin­dən yazıya alıb saxlamışdı. Dövlət müstəqilli­yimiz bər­pa edildikdən sonra nəşrdən kənarda qalan şeirlər də Aşıq Ələsgərin kitablarına daxil edildi, ilahiyyatla bağlı olan söz və ifadələr öz yerinə qoyuldu. Bunun üçün Aşıq Talıba minnətdarıq!

İslam Ələsgər (Ələsgərov)

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru



Gяraylыlar

AY BACOĞLU
Məni salıbsan azara,

Ay bacoğlu, ay bacoğlu!

Çıxa bilmirəm kənara,

Ay bacoğlu, ay bacoğlu!


Huşun gəzdirmir sərini,

Yola dikdin gözlərini.

Tanımadın müştərini,

Ay bacoğlu, ay bacoğlu!


İndi deyim, ərzimi qan,

Sağlığıma yoxdu güman.

Mən yalqızam, çoxdu duman,

Ay bacoğlu, ay bacoğlu!


Canı salıbsan ataşa,

Xəbər ver qohum-qardaşa.

Təkəm, gücüm yetmir daşa,

Ay bacoğlu, ay bacoğlu!


Talıb, dərdin həddən aşdı,

Göndərdiyin qasid qaçdı.

Çıxdı getdi, yolun çaşdı,

Ay bacoğlu, ay bacoğlu!



AY QIZ
Sözüm xətrinə dəyməsin,

İncik olma məndən, ay qız!

Yoxsa yaman qandırıblar,

Dolanırsan gendən, ay qız!


Kimlər ki, qıyar canına,

Pərvanə olar şamına.

Dözməz dərdi-hicranına,

Ayrı düşsə səndən, ay qız!


Bülbül güldən ayrı düşüb,

Sona göldən ayrı düşüb,

Talıb eldən ayrı düşüb,

Olubdu vətəndən, ay qız!




BU DAĞLARDA, BU DAĞLARDA
Səksən iki olub yaşım,

Bu dağlarda, bu dağlarda.

Ağarıb saqqalım, başım,

Bu dağlarda, bu dağlarda.


Leyli gəzibdi bu dağı,

Məskən edib göy yaylağı.

Məcnun gözləyib bulağı,

Bu dağlarda, bu dağlarda.


Şirin burda mətləb alıb,

Eşqin dəryasına dalıb.

Yazıq Fərhad külüng çalıb,

Bu dağlarda, bu dağlarda.


Bi, qoy deyim, ərzimi qan,

Bulmadı dərdimə dərman.

Nalə çəkdi Şeyx Sənan,

Bu dağlarda, bu dağlarda.


Sinəsində dərd ilə qəm,

Tale ona verdi sitəm.

Əsli deyib yandı Kərəm,

Bu dağlarda, bu dağlarda.


Hər yanı tutubdu səsi,

Düşməndən alıb qisası.

Qalıb Koroğlu nərəsi,

Bu dağlarda, bu dağlarda.
İyiddi Gəncə mahalı,

Qatır Məmməd, Nağı, Alı.

Çox olubdur qalmağalı,

Bu dağlarda, bu dağlarda.


Neçə şair yola salıb,

Sual verib, cavab alıb.

Səməd Vurğun qonaq qalıb,

Bu dağlarda, bu dağlarda.


Talıb, bu dünyadı fani,

Dünyaya gələnlər hanı?!

Ələsgər deyib dastanı,

Bu dağlarda, bu dağlarda.



DAĞLAR
Çəkilib yolların sənin,

Gəlibsən imana, dağlar!

Çalxanır göllərin sənin,

Üzür quba sona, dağlar!


Üstündə yaylayır ellər,

Mərd iyidlər, şux gözəllər.

Yeyər, içərlər, gəzərlər,

Bu yana, o yana, dağlar!


Olur çox sərin havalı,

Ağ sürüsü, qoyun-malı.

Otlar ayğırlı, buğalı,

Dönübdür Muğana, dağlar.


Kəpəz, Qonur, Murov, Qoşqar,

Qar üstündən yağdırar qar.

Alar başın boz buludlar,

Bələnər dumana dağlar.


Aşıq Talıb deyir bəli,

Təbiətin qadir əli,

Göygöl kimi bir gözəli,

Bəxş eləyib sana, dağlar!




DOLAŞMIŞAM BU DAĞLARA
Dolaşmışam bu dağlara,

Qalmışam da, köçmüşəm də.

Şəlaləli bulaqlara

Baxmışam da, içmişəm də.


Dağlar mənə olub sirdaş,

Döşək torpaq, yastığım daş.

Meşələri yavaş-yavaş

Gəzmişəm də, ölçmüşəm də.


Mən olmuşam baxtı qara,

Dərdlərimə yoxdu çara.

Talıb deyər, hər odlara,

Yanmışam da, bişmişəm də.




HƏKİM
Bəlğəm tutubdu ciyarım,

Möhtacdı dərmana, həkim!

Gedib əldən ixtiyarım,

Yetişmişəm cana, həkim!


Yaxşı işləmir ürəyim,

Kəsilib suyum, çörəyim.

Tez-tez tutur öskürəyim,

Halım yaman, a həkim!


Hardadı cavan vaxtlarım,

Yaxınlaşıb uzaqlarım.

Tutulubdu qulaqlarım,

Gəlmişəm amana, həkim.


Mən yoxsulluq bilməmişəm,

Əysik işə gülməmişəm,

Düşmənə əyilməmişəm,

And olsun vicdana, həkim!


Talıbam, gəzdim çox yeri,

Yola saldım xeyir-şəri.

Qəmlidi könlüm dəftəri,

Bəd gəlib zamana, həkim!


GÜLƏ-GÜLƏ
Dedim: gözəl, nədir adın?

Dedi: Nazdı, gülə-gülə.

Dedim: mətləbin, muradın?

Dedi: sazdı, gülə-gülə.


Dedim: gözəl, qəlbin dardır,

Dedi: ilqar düz ilqardır.

Dedim: fikrin boran, qardır,

Dedi: yazdı, gülə-gülə.


Dedim: gözəl, ərzimi qan,

Dedi: dinləyirəm, inan

Dedim: ol Talıba mehman,

Dedi: murazdı, gülə-gülə.



MƏNİM
Aranda istiyə düşdüm,

Bəddi ürüzkarım mənim.

Çin1 götürdüm, taxıl biçdim,

Xoşa gəldi karım mənim.


Bədən gəzdirmir sərimi,

Kürkü çıxardıb dərimi.

Gün yandırıb peysərimi,

Bərk tutub azarım mənim.


Talıbın itməz əməyi,

Şahı-Mərdandı köməyi.

Xoşlamaz özün öyməyi,

Haqqadı güzarım mənim.



ÜSTÜNDƏN
Sərt havada yolum düşdü,

Yenə bu dağlar üstündən.

Xəzan vurub, güllər solub,

Tökülübdü xar üstündən.


Görsənir payızın qarı,

Yığılıb bağların barı.

El tərk edib yaylaqları,

Köçüb bulaqlar üstündən.


Dağda qalıb keçi, təkə,

Kəklik gəzir səkə-səkə.

Birdən ovçu gəldi, bəlkə,

Cəhlim düşüb qar üstündən.


Talıb, axtardığın hanı?

Boş qalıb mərdin meydanı,

Müxənnət tutub dünyanı,

Açıbdı bazar üstündən.






Qoшmalar


AYRIM QIZI
Bəlkə, İlahidən belədi yazı,

Eşit mətləbi, qan, ayrım qızı!

Qəlbim sınmağına olma irazı,

Mən yanan odlara yan, ayrım qızı!


Nə durubsan sərpdə1, enginən düzə,

Qənşərdi, qorxuram gələsən gözə.

Sən mana “çor” desən, qəbuldu bizə,

Mən sana deyirəm “can”, ayrım qızı!


Talıbam, Məcnun tək salma çöllərə,

Dərdim dastan olar, düşər dillərə.

Ver əlini, gedək bizim ellərə,

Sən xanım ol, mən də xan, ayrım qızı!




BACI
Nə müddətdi bir bəlaya düşmüşəm,

Oda yanır cəsədimdə can, bacı!

Qürbət eldə axı mənim kimim var?

Sənsən mənə əziz, mehriban, bacı.


Qürbətdə baharım dönübdür qışa,

Dönmüş qəfəsdə qalan bir quşa.

Çatdır bu naməni dosta, tanışa,

Çatsın imdadına Yaradan, bacı!


Oxut, qulaq assın sözə Mehralı,

Mərhəmət eləsin bizə Mehralı.

Axtara Məhəmməd, gəzə Mehralı,

Qara Talıb üçün bir dərman, bacı!



BAĞIŞLA MƏNİ
Xaliqi-ləm yəzəl, əvvəl, ibtida,

Yandırdığın nara bağışla məni!

Yerə, göyə, ərşə, kürsə, qələmə,

Olan səbəbkara bağışla məni!


Məhəmməd rəsulun böyük adına,

Əlinin, Vəlinin cəm övladına,

Fatimə nənəmin məhşər dadına,

Gələn qadınlara bağışla məni!


Əliyi əsfərin ox yarasına,

Nocavan Qasımın toylu yasına,

Hüseyni-şəhidin çox yarasına,

Qolsuz ələmdara bağışla məni!


Cənabi Zeynəbin Şam səfərinə,

Yazıq Səkinənin matəm yerinə,

Əliyi Əkbərin telli sərinə,

Tifil uşaqlara bağışla məni!


Talıbam, azalır, huş gedir sərdən,

Gəlin halallaşaq, ayrılıram mən!

Taqətim kəsilir, soyuyur bədən,

Qoyduğun qərara bağışla məni!



BAKI
Könlüm istəyirdi görəm üzünü,

Həsrətin çəkirdim hər zaman, Bakı!

Aldın qucağına bir ana kimi,

Məni qarşıladın mehriban, Bakı!


Dosta sədaqətin, düz ilqarın var,

Göylərə baş çəkər binaların var,

Xəzər tək tükənməz dövlət-varın var,

Olubsan sahibi-şöhrət-şan, Bakı!


Mən səksən sinnimi ötüb aşıram,

Hüsnünü görürəm, cavanlaşıram.

Talıbam, saz çalıb, şeir qoşuram,

Mənə qismət olub xoş dövran, Bakı!



BAŞINA DÖNDÜYÜM
Yığginən başına gözəl dəstəsin,

Yavaş-yavaş gəl, başına döndüyüm.

Qaldırdın ayağa illər xəstəsin,

Ver əlimə əl, başına döndüyüm.


Gözəllər cəm olub solu-sağına,

Könül çox müştaqdı ağ buxağına.

Ala gözlərinə, gül yanağına,

Xub yaraşar tel, başına döndüyüm.


Talıb deyər, gedək bizim ellərə,

Seyrə çıxaq çəmənlərə, çöllərə.

Qurban olum şirin-şirin dillərə,

Söylə, danış, gül, başına döndüyüm.




BİLİN
Camaat içində, eldə, obada,

Hər kişinin öz məqamı var, bilin.

Laçın kimi dövr elədim havada,

Alammadı şikarımı sar, bilin.


Qaçdım, tay-tuşumdan geri qalmadım,

Qaçdıqca ucaldım, heç alçalmadım.

Öz sazımdan qeyri sazı çalmadım,

Nə bir bəla çəkdim, nə azar, bilin.


Talıb deyər, məqsədimə inandım,

Oduma yananın oduna yandım.

Gün keçirdim, yüz yaşıma dayandım,

Vermədim əlimdən ixtiyar, bilin.



BİZDƏN SALAM OLSUN, AŞIQ ƏLƏMŞAH
Bizdən salam olsun, Aşıq Ələmşah!

Oxuyubsan, öyrənibsən kalamı.

Fənadan üqbaya nə apardılar,

Söyləyin məxluqa, eşitsin hamı.


Altı min iki yüz bürcü barı var,

Kimin səkkiz yüz, bil, hasarı var.

Üç min yüz qabaqda xidmətkarı var,

On iki min qırx yol verir nizamı.


Talıb deyər, doğru yoldan çaşmaram,

Haqdan, həqiqətdən uzaqlaşmaram.

Cəng edərəm, bu meydandan qaçmaram,

Budur mənim sözlərimin təkrarı.



BİZƏ
Şükür təbiətin var qüvvəsinə,

Verib qüdrətindən dolu sər1 bizə.

Ha yana gedəndə hörmət qoyurlar,

Bütün hər obalar, hər ellər bizə.


Hər ot kökü üstdə bitirər sünbül,

Qızılgül yerindən çıxar qızılgül.

Aşıqlar ustadı olub, yəqin bil,

Yaxşı təlim verib Ələsgər bizə.


Ələsgərdən qalan yadigar mənəm,

Yurdunda böyümüş bəxtiyar mənəm,

Söz incisi seçən xiridar mənəm,

Qiymət verir sənət sevənlər bizə.




BİZİM DAĞLARIN
Çəkilib qüdrətdən səfbəsəf durur,

Genişdi meydanı bizim dağların.

Seyr edib köysündə alaçıq qurur,

Həm qızı, həm oğlu bizim dağların.


Arı tək sızıldar quzunun səsi,

Çobanları çalır qoyun nəğməsi.

Pendiri, qaymağı, yağı, ciyəsi,

Saf saxlayır canı bizim dağların.


Talıbam, sözümü edim müxtəsər,

Tərifi olubdu dillərdə əzbər.

Hüsnünü mədh edib Aşıq Ələsgər,

Deyilib dastanı bizim dağların.



Yüklə 409,37 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə