Asiya İnkişaf Bankı və Azərbaycan: Məluma tƏ VƏRƏQƏSİ



Yüklə 81,61 Kb.
Pdf görüntüsü
tarix04.11.2017
ölçüsü81,61 Kb.
#8647


Asiya İnkişaf Bankı və 

Azərbaycan

FAKT SƏNƏDİ

31 DEKABR 2014-CÜ IL TARIXINƏ

Cənubi Qafqazda yerləşən Azərbaycan, 2001-ci ildən bəri adam başına ümumi 

milli gəliri təxminən on dəfə artmış neftlə zəngin ölkədir. Sonralar, 2013-cü ildə 

Asiya İnkişaf Bankı (AİB), bu ölkəni, inkişaf etməkdə olan üzv ölkələr arasında 

C kateqoriyasına yüksəltdi. İqtisadi inkişaf, neft və qaz ehtiyatlarının tədqiqatı və 

inkişaf etdirilməsi, yüksək səviyyədə ictimai xərclər və bazar əsaslı iqtisadiyyatı 

dəstəkləmək üçün əhəmiyyətli islahatlar sayəsində baş verdi. Sürətli inkişafa 

baxmayaraq, Azərbaycan iqtisadiyyatı fossil yanacağının çıxarılması və 

istehsalından böyük ölçüdə asılıdır.

 

AİB Azərbaycan hökumətini 1999-cu ildən bəri dəstəkləyir – ümumi dəyəri 



təxminən 2 milyard dollar məbləğində 23 kredit və 3 qrant layihəsi, 18 milyon 

dollardan çox dəyəri olan 32 texniki yardım layihəsi və 168 milyon dollar dəyərində 

7 özəl sektor əməliyyatları təsdiq olunmuşdur.

2014-cü ildə AİB, Azərbaycan üçün “Ölkə partnyorluq strategiyası 2014-2018”-i 

(ÖPS) təsdiq etdi. Bu strategiya iqtisadiyyatı şaxələndirmək, yeni iqtisadi imkanları 

artırmaq, əhalinin aztəminatlı təbəqəsinə yönəlik inkişafı təbliğ etmək və şəhər-

kənd fərqlərini azaltmağı hədəfləyir.

Kredit və adi kapital resursları ilə maliyyələşdirilmiş qrant üçün Azərbaycana 

edilən toplam ödənişlərə Asiya İnkişaf Fondu və digər xüsusi fondların ayırdıqları 

məbləğ 879.7 milyon ABŞ dollarına bərabər olmuşdur.

AİB-in dəstək verdiyi proqramlar və layihələr 

AİB-in Azərbaycanın inkişaf ehtiyaclarının həll edilməsində əhatəli fəaliyyəti 

olmuşdur.

İlkin cəhdlər ölkənin yoxsulluğun təhlili, strateji inkişaf planı və inkişaf siyasəti 

mexanizmlərinin hazırlanmasına yönəlmişdi. Buraya dövlət borcunun idarə 

olunması, makro-iqtisadi verilənlərin təhlil olunması və kənd yönümlü iqtisadiyyatın 

orta-müddətli iqtisadi siyasətlərinin hazırlanması üçün potensialın artırılması 

daxil olmuşdur. AİB həmçinin su təchizatı və sanitasiyası, nəqliyyat və enerji kimi 

seçilmiş sektorlarda Azərbaycanın kredit əməliyyatlarının artırılması üçün məsləhət 

də vermişdir.

 

Kəndlərdə və ucqar bölgələrdə əhalinin həyat səviyyəsinin artırılması üçün AİB-



dən praktiki yardım bir çox formada yerinə yetirilib: köçkünlərə yönəlik layihə 400-

dən artıq ailənin həyat şəraitini yaxşılaşdırıb, dörd məktəbi bərpa edib və köçkün 

düşmüş şəxslərə kiçik kreditlər təmin edib; selin təsirlərinin azaldılması layihəsi 

240000-dən çox insanın evlərini mühafizə edib; təxminən 200 kilometrlik şose və 

kənd yolları tikilmiş və ya yenilənib; ikinci dərəcəli şəhərlərdə yaşayan təxminən 

350000 insan etibarlı şəkildə təmiz içməli su əldə edirlər; və gücləndirilmiş enerji 

xətləri sabit enerji nəqlinə və daha az işıqkəsintisinə imkan verir.

Şəhər infrastrukturunun və xidmətlərin səmərəliliyinin artırılması üçün 

AİB yardımı, iqtisadiyyatın səmərəliliyini və rəqabətliliyini artırmaqla yanaşı 

Azərbaycanın Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlığı (CAREC) çərçivəsində 

və onun hüdudlarından kənarda rəqabətliliyini artıracaqdır. Bakının şəhər nəqliyyatı 

üçün mütəmadi yardımın, vətəndaşlar üçün effektiv, səmərəli və inklüziv şəhər 

Cədvəl 2. 

Azərbaycan:Toplamkredit,

qrantvətexnikiyardım

təsdiqləri

a,b

Sektor

Say

Cəm

məbləğ

($ milyon)

c

%

c



Kənd təsərrüfatı, təbii ehtiyatlarvə 

kənd yerlərinin inkişafı 

3

23.20


1.17

Enerji


7

190.65


9.65

Maliyyələşdirmə

10

138.55


7.01

Səhiyyə


1

0.60


0.03

Özəl sektorun idarə olunması

8

3.56


0.18

Nəqliyyat

16

1,058.43


53.58

Su və digər şəhər infrastrukturu və 

xidmətləri

10

560.61



28.38

Cəm 

55

1,975.60 100.00

a

  



Qrantlar və Texniki Yardıma birgə maliyyələşdirmə daxildir.

b

 



Suveren və qeyri-suveren kreditlər və texniki yardımlar daxildir.

 

c



 

Yuvarlaqlaşdırmaya görə cəm toplana bilməz.

Cədvəl 1.   

Azərbaycan:2014Təsdiqolunmuş

kreditlər,qrantlarvətexniki

yardımlar($milyon)

Kreditlər

Suveren

Qeyri-suveren

Texniki

yardım

Qrantlar

  

Ümumi

 295.00 


 20.00 

 5.43 


 –     320.43 

– =


 

sıfır.


Qeyd: Qrantlar və Texniki Yardıma birgə maliyyələşdirmə daxildir.

Cədvəl 3.

    

Azərbaycan:Məhsulagörətoplam

qeyri-suverenmaliyyələşdirmə

Layihələrin sayı

7

Məbləğ ($ milyon)

Kreditlər

163.00

Səhm investisiyaları



Qarantiyalar

B kreditləri





Cəm

163.00

– = 


sıfır.


nəqliyyatı çözümlərini yaradacağı və Azərbaycanda iqlim 

dəyişikliyinin təsirini azaltmağa kömək edəcəyi gözlənilir.  

Bərk tullantıların idarə olunmasını yaxşılaşdırmaq və bərpa 

olunan enerji mənbələri yaratmaq üçün texniki yardım da 

şəhərlərin ətraf mühitini və Azərbaycanın ikinci dərəcəli 

şəhərlərində həyat keyfiyyətiniyaxşılaşdıracaq.

AİB həmçinin özəl sektorun, Azərbaycanın kommunal 

xidmətlərinə sərmayə yatırması üçün hüquqi və nizamlayıcı 

mexanizmlərin təkmilləşdirilməsində də köməklik göstərir.

Qeyri-suveren əməliyyatlar

Özəl sektor sərmayələrinin katalizatoru kimi AİB, qeyri-

suveren dövlət və özəl sektor layihələrinə birbaşa kreditlər, 

avadanlığa investisiyalar, qarantiyalar, B kreditləri və ticarətin 

maliyyələşdirilməsi şəklindəbirbaşa maliyyə yardımı təmin 

edir. Fəaliyyətə başlayandan bəri AİB, Azərbaycanda 

yeddi qeyri-suveren özəl sektor layihələrinə 163 milyon 

dollar məbləğində maliyyələşdirməni təsdiq edib. 2014-

cü ilin dekabrın 31-i tarixində, AİB-in ölkə üzrə özəl sektor 

əməliyyatlarının cəm balansı və öhdəlikləri  $53.34 milyon 

təşkil etmişdir ki, bu da AİB-in ümumi qeyri-suveren portfelinin 

0.67%-ni təşkil edir.

AİB-in Ticarətin Maliyyələşdirilməsi Layihəsi (TML) 

ticarəti dəstəkləmək üçün partnyor banklar vasitəsilə 

qarantiyalar və kreditlər verməklə bazar boşluqlarını doldurur. 

TML, 2004-cü ildən bəri ticarəti dəstəkləmək üçün $20.5 

milyard dəyərində 10300 maliyyə əməliyyatı və kiçik və 

orta sahibkarlığı dəstəkləmək üçün 6000-dən çox maliyyə 

əməliyyatı yerinə yetirmişdir. 2014-cü ildə TML 1900-dan çox 

əməliyyat vasitəsilə ticarətə 3.8 milyard vəsait ayırmışdır. 

Azərbaycanda TML iki bankla işləyir və 54 maliyyə əməliyyatı 

əsnasında təxminən $44 milyondəyərində dəstək vermişdir. 

Bazar boşluqlarını doldurmaqdan əlavə, TML-in hədəfi özəl 

sektora kapital axınını/ Asiyanın inkişafını təmin etməkdir. 

Azərbaycanda, TML tərəfindən ticarətə yatırılan $44 milyonun 

9.1%-iözəl sektor ilə birgə maliyyələşdirilmişdir.

Birgə maliyyələşdirmə

Birgə maliyyələşdirmə əməliyyatları AİB-in maliyyə 

partnyorlarına, hökumətlər və onların orqanlarına, çoxtərəfli 

maliyyə institutlarına və kommersiya təşkilatlarına AİB 

layihələrinin maliyyələşdirilməsində iştirak etməyə imkan 

yaradır. Əlavə vəsaitlər rəsmi kreditlər və qrantlar, digər 

güzəştli maliyyələşdirmə, B kreditlər kimi kommersiya 

maliyyələşdirməsi, riskin ötürülməsi işləri, paralel kreditlər 

və səhmlər, zəmanətli birgə maliyyələşdirmə və AİB-in 

TML laiyhəsi çərçivəsində maliyyə əməliyyatları üçün birgə 

maliyyələşdirmə şəklində təmin edilmişdir.

2014 –cü ilin sonunda Azərbaycanda bir investisiya 

layihəsi üçün rəsmi birgə maliyyələşdirmənin toplam birbaşa 

əlavə dəyəri (BƏD) $2.5 milyonvə altı texniki yardım layihələri 

üçün $2.5 milyontəşkil etmişdir. İki investisiya layihəsi üçün 

toplam BƏD kommersiya yönümlü birgə maliyyələşdirməsi 

$143.79 milyonetmişdir.

2010-cü il 1 yanvar tarixindən 2014-cü il 31 dekabr 

tarixinədək olan layihələrin xülasəsi buradadır:www.AİB.org/

countries/Azərbaycan/cofinancing

Əməkdaşlıqlar

AİB, Azərbaycan hökuməti və onun qurumları ilə yaxından 

əməkdaşlıq edir .

Azərbaycan CAREC-in üzvüdür və AİB, Azərbaycan 

və digər CAREC ölkələri arasında nəqliyyat, enerji, 

ticarət sövdələşməsi və siyasətin inkişafı məsələlərində 

əməkdaşlığın gücləndirilməsi və dialoqun asanlaşdırılması 

sahəsində rol oynayır.

AİB, Azərbaycanda Avropa Yenidən Qurma və İnkişaf 

Bankı, KfW, İslam İnkişaf Bankı, Yaponiya Beynəlxalq 

Əməkdaşlıq Agentliyi, Koreya Beynəlxalq Əməkdaşlıq 

Agentliyi, İsveçrə İqtisadi İşlər üzrə Dövlət Katibliyi, BMT 

İnkişaf Proqramı və Dünya Bankı kimi çoxtərəfli və ikitərəfli 

inkişaf partnyorları ilə əməkdaşlıq edir.

AİB, Azərbaycandaöz yardımlarının səmərəliliyini

keyfiyyətini və dayanıqlığını gücləndirmək üçün vətəndaş 

cəmiyyəti təşkilatları ilə işləməklə yanaşı, ölkənin 

aparıcı universitetlərində və media qurumlarında qonaq 

mühazirəçilərin və mütəxəssis natiqlərin iştirakını təmin 

etmişdir.

Cədvəl 5.

 

 

Azərbaycan:Suverenkreditvəqrantlarüçünportfel



üzrəişkeyfiyyətigöstəriciləri,2013–2014

Davam edən kreditlərin sayı (2014-cü il, 31 

dekabrından etibarən)

9

2013($ MILYON) 2014



 

($ MILYON)

Müqavilə mükafatları/öhdəliklər

a,b


160.8

230.5


Ödənişlər

a

 



148.3

 

 



182.2

 

Davam edən qrantların sayı2014-cü il, 31 



dekabrından etibarən)

c



2013

 

($ MILYON) 2014



 

($ MILYON)

Müqavilə mükafatları/öhdəliklər

a,b


Ödənişlər



a



Real ProblemliLayihə

– = 



sıfır.

Qeyd: Yuvarlaqlaşdırmaya görə cəm məbləğlər toplana bilməz.

a

 

İl ərzində müqavilə mükafatları və ya ödənişləri olan bağlanmış kreditlər/qrantları ehtiva edir.



b

 

Siyasət əsaslı kreditlər/qrantlar daxil deyil.



c

 

Yalnız Asiya İnkişaf Fondu və digər AİB xüsusi fondları daxildir.



Cədvəl 6.

   


Azərbaycan:Birgəmaliyyələşdirilənlayihələr,

1yanvar2010–31dekabr2014

Birgəmaliyyələşdirmə

Layihələrinsayı

Məbləğ($ milyon)

Layihələr

a

2

143.79



 

Kommersiya birgə 

maliyyələşdirməsi

2

143.79



Texniki yardım qrantları

4

1.65



a

 

Birdən çox maliyyə mənbəyi olan layihə bir dəfə sayılıb.



Cədvəl  4.

 

Azərbaycan:Layihəuğursəviyyələri

 

İl

 

Uğurdərəcəsi

(%)

Müstəqilşəkildə 

qiymətləndirilmişlayihəvə

proqramlarınsayı

 

2009



100.00 

1

2011



50.00 

2

2013



100.00 

1

Cəm



75.00

4

Qeyd: “İl” dedikdə layihə tamamlanma hesabatı (LTH) dövriyyə ilinə istinad olunur. Əvvəlki illərin fakt 

sənədlərində göstərilən rəqəmlərlə müqayisədə, burada göstərilən uğur dərəcələri təsdiqlənmiş LTH-lara  

və yalnız müstəqil şəkildə qiymətləndirilmiş iş göstəricisinin qiymətləndirlməsi hesabatlarına əsaslanır 

və öz-özünü qiymətləndirmə mövcud deyil. Kiçik nümunə ölçüsünə görə, uğur dərəcəsi heç də ölkənin 

əməliyyatlarının iş göstəricisini əks etdirmir.

Mənbə: 2014-cü il 31 dekabrına olan LTH təsdiq hesabatları və layihə/proqram üzrə iş göstəricisi 

qiymətləndirmə hesabatlarının reytinqləri.




Təchizat

AİB-intəchizatmüqavilələrininpayı

 

Hər il, AİBinkişaf etməkdə olan üzv ölkələrində layihələri 



və fəaliyyətləri maliyyələşdirmək üçün kreditlər, qrantlar və 

texniki yardımlar və eləcə də malların, işlərin və məsləhətçi 

xidmətlərinin satın alınması üçün müqavilələr çərçivəsində 

bir neçə milyard dollar məbləğində vəsait təmin edir. 

Müqavilələrin əksəriyyəti beynəlxalq rəqabət əsasında, AİB-in 

regional və ya qeyri-regional bütün üzvlərinin şirkətləri və 

şəxsləri ilə açıq şəkildə bağlanır.

 

Kredit və qrant əməliyyatları çərçivəsində malların, 



işlərin və əlaqədar xidmətlərin satın alınması üçün satınalma 

müqavilələri 2013-cü ildə  $6.59 milyardvə 2014-cü ildə $8.58 

milyard təşkil etmişdir. 2014-cü il 31 dekabr tarixinə toplam 

satınalma $135.21 milyard təşkil edib.

  

Kredit, qrant  və texniki yardım əməliyyatları çərçivəsində 



məsləhətçi xidmətləri üçün satınalma müqavilələri 2013-cü 

ildə  $511.13 milyon və 2014-cü ildə $555.30 milyon təşkil 

etmişdir.  2014-cü il dekabrın 31-ə olan cəm təchizat $9.98 

milyard idi.



Məsləhətçixidmətləri

 

1966-cı il 1yanvar tarixindən 2014-cü il 31 dekabr tarixinədək, 



məsləhətçilər AİB-in $9.98 milyard dəyərində olan kredit, qrant 

və texniki yardım layihələri çərçivəsində 45,584 müqavilədə 

iştirak etmişlər. Eyni müddət ərzində, Azərbaycandan 

olan məsləhətçilərlə$21.27 milyon dəyərində 89 müqavilə 

bağlanmışdır.

Mallar,İşlərvədigərXidmətlər

 

1966-cı il 1 yanvar tarixindən 2014-cü il 31 dekabr tarixinədək, 



podratçılar və təchizatçılar AİB kredit və qrant layihələri 

çərçivəsində mallar, işlər və əlaqədar xidmətlər üçün $135.21 

milyard dəyərində 194667 müqavilədə iştirak etmişlər.   

Eyni müddət ərzində, Azərbaycandan olan podratçılar və 

təchizatçılarla $850.11 milyon dəyərində 101 müqavilə  

bağlanmışdır.

Əməliyyatla bağlı çağırışlar

Azərbaycanöz iqtisadi inkişaf səviyyəsinin aşağı düşməsini, 

yeni minilliyin ilk onilliyində diqqətəlayiq şəkildə yüksək 

inkişaf səviyyəsinin azalmasını gözləyə bilər. İnkişafın 

əsas təkanverici qüvvəsi neft sektorundan uzaqlaşaraq 

iqtisadiyyatın fossil yanacaqlarına aid olmayan hissəsinə 

yönəlməyə davam edəcək. “Azərbaycan 2020 İnkişaf 

Konsepsiyası”, qeyri-neft iqtisadiyyatının sürətli və dayanıqlı 

inkişafına nail olmağı əsas çağırış kimi müəyyən etməklə, 

ölkənin bilik əsaslı iqtisadiyyata keçidi üçün mexanizmi təmin 

edir. Bu işlərə infrastrukturun yaxşılaşdırılması, regional 

fərqləri azaltmaqla sosial inkişafı daha inklüziv (aztəminatlı 

təbəqələrə yönəlik) etmək, yaxşı idarəetməni təbliğ etmək 

və özəl sektorun inkişafı üçün mühiti yaxşılaşdırmaq daxil 

olacaq. AİB, ölkənin öz iqtisadiyyatını şaxələndirmək və 

bilik əsaslı iqtisadiyyat yaratmaq üçün olan siyasətlərini və 

strategiyalarını dəstəkləyir.

AİB-in Azərbaycandakı portfeli son 15 il ərzində sabit 

şəkildə böyüməkdədir. AİBvə hökumət, dövlət qurumlarının 

layihələri idarə və icra etmək, ətraf mühit və sosial mühafizə 

tədbirlərinin gücü və satınalma və maliyyə idarəetməsi 

sahəsində AİB-in standart təcrübələrinə uyğunluq kimi bir sıra 

aparıcı sahələrdə portfeli təkmilləşdirmək üçün çalışırlar.

Gələcək istiqamətlər

Azərbaycan üçün qısa-orta müddət ərzində inkişaf 

prioritetləri ölkənin əməkdaşlıq strategiyasına əsaslanacaq 

və nəqliyyat, enerji, su və digər şəhər infrastrukturu 

xidmətlərindəki layihələri və özəl sektorun inkişafını ehtiva 

edəcək. AİBnəqliyyat korridorlarının tikintisini, qonşu 

ölkələrlə bağlantını təmin etmək və kənd icmaları üçün 

imkanları genişləndirmək yolu ilə dəstəkləyəcək. Bərpa 

Cədvəl 7.

  

Kredit,qrantvətexnikiyardımlayihələriüçün

satınalmamüqavilələrindəAzərbaycanpayı

Vahid


2013

2014

Toplam

(2014-CÜ İLİN 31 DEKA-

BRINDAN ETİBARƏN)

Məbləğ


($ milyon)

Ümumi 


məbləğin 

%

 

Məbləğ

($ milyon)



Ümumi 

məbləğin 

%

 

Məbləğ


($ milyon)

Ümumi  


məbləğin %

Mallar, işlər və 

əlaqədar xidmətlər

 140.30 


 2.13 

 226.26 


 2.64 

 850.11 


 0.63 

Məsləhətçi xidmətləri

 0.27 

 0.05 


 10.07 

 1.81 


 21.27 

 0.21 


Ümumisatınalma

 

140.57 



1.98 

 

236.32 

 

2.59 

871.38

 

0.60 

Cədvəl 8.

 

Azərbaycandan1yanvar2010-31dekabr2014



tarixləriarasındaAİB-inkreditvəqrantlayihələrində

mallar,işlərvəəlaqədarxidmətlərdəiştiraketmişən

fəal5podratçı/təchizatçılar

Podratçı/Təchizatçı

Sektor

Müqavilə

məbləği

($ milyon)

Kolin Inşaat Turizm Sanayi ve

  Ticaret AS Tur 

NƏQ

181.92


Azerinşaatservis MMC

NƏQ


111.35

Gemiqaya Şirkəti MMC

SDŞİS

102.95


Polat Yol Yapı Sanayi ve Ticaret AS 

NƏQ


73.58

Euro-Asian Construction Corporation

NƏQ

66.57


Digərləri

191.03


Cəm

727.41

NƏQ = Nəqliyyat, SDŞİS = Su və digər şəhər infrastrukturu və xidmətləri.

Cədvəl 9.

  

Azərbaycandan1yanvar2010-31dekabr2014



tarixləriarasındaAİB-inkredit,qrantvətexniki

yardımlayihələrindəməsləhətçixidmətləriüzrə

müqavilələrdəiştiraketmişənfəal5məsləhətçi

Məsləhətçi

Sektor

Müqavilə 

məbləği

($ milyon)

İRD Engineering S.R.L.

                       

NƏQ

5.60


Sheladia Associates, İnc.

                     

NƏQ

4.03


Sinam Ltd.

DSİ


3.37

AY Consulting Ltd.

                           

SDŞİS


2.43

RSM Azerbaijan Limited Liability 

Company

SDŞİS


0.16

Fərdi məsləhətçi(lər)

0.44

Digərləri



0.46

Cəm

16.49

DSİ= Dövlət sektoru idarəetməsi, NƏQ = Nəqliyyat, SDŞİS = Su və digər şəhər infrastrukturu və xidmətləri.




Bu nəşrdə, “$”,ABŞ dollarını bildirir. Başqa cür bildirilməsi istisna olmaqla, rəqəmlər AİB tərəfindən təxmin olunub.

 

Məlumatlar, başqa cür göstərilməsi istisna olmaqla 31 dekabr 2014-cü ildən etibarəndir. Fakt vərəqləri hər il aprel ayında yenilənir.



 

Aprel 2015



AİBvəAzərbaycanhaqqında

AİBüzvlüyü

Qoşulma ili 1999

Səhmdarlıq və səs vermə gücü

Malik olduğu səhmlərin sayı:

 

47208 ( ümumi səhmlərin 0.447%)



Səslər:

 

88 638 (ümumi səslərin 0.656%,



 

 

Ümumi səslərin 1.007%)



Ümumi kapital abunəliyi:

 

$683.75 milyon



 

Ödənişli kapital üzvlüyü:

 

$34.27 milyon



 

Direktor Entoni Beyker və Alternativ Direktor Riçard Sisson Azərbaycanı AİB Direktorlar 

Şurasında təmsil edirlər.

Olli Norojono AİB-in Azərbaycan üzrə ölkə direktorudur. Azərbaycan rezident missiyası 

2004-cü ildə açılıb və AİB ilə hökumət, özəl sektor, vətəndaş cəmiyyətinin üzvləri və 

inkişaf üzrə partnyorlar arasında fəaliyyətlər üçün əsas əməliyyat bağlantısını təmin edir. 

Rezident missiyası qaydalarüzrə dialoqu, ölkə üzrə əməkdaşlıq strategiyasının inkişafı və 

proqramlaşdırılması və portfel idarəetməsi ilə məşğul olur, eyni zamanda Azərbaycandakı 

inkişaf ilə bağlı məsələlərdə bilik bazası kimi çıxış edir.

Azərbaycan hökuməti tərəfdən AİB məsələləri ilə məşğul olan qurum Maliyyə Nazirliyidir.



AsiyaİnkişafBankıbarədə

AİBregiondan 48, dünyanın digər yerlərində 19 olmaqla 67 üzvün sahibi olduğu çoxtərəfli 

inkişaf bankıdır. AİB-in öz üzv ölkələrinə kömək etmək üçün əsas alətləri,qaydalar/

siyasətlər üzərində dialoq, kreditlər, səhm investisiyaları, qarantiyalar, qrantlar və 

texniki yardımlardır (TY). 2014-cü ildə kredit həcmi $12.92 milyard (113 layihə), texniki 

yardım$158.88 milyon (256 layihə) və qrantla maliyyələşdirilən layihələr isə $405.34 

milyon (17 layihə) dəyərində olmuşdur. Əlavə olaraq birbaşa əlavə dəyərli birgə 

maliyyələşdirmədə $9.24 milyardməbləğində vəsait rəsmi kreditlər və qrantlar, digər 

güzəştli maliyyələşdirmələr, B kreditləri kimi birgə maliyyələşdirmə, riskin ötürülməsi işləri, 

zəmanətli birgə maliyyələşdirmə, paralel kreditlər və AİB-in Ticarətin Maliyyələşdirməsi 

Proqramı çərçivəsində maliyyə əməliyyatlarının birgə maliyyələşdirməsi şəklində 

yaradılmışdır. 2010-cu il 1 yanvar tarixindən 2014-cü il 31 dekabrın tarixinədək, AİB-in illik 

kredit həcmi orta hesabla $12.10 milyard olmuşdur. Əlavə olaraq, AİB-in maliyyələşdirdiyi 

investisiya qrantları və TY və xüsusi vəsait resursları orta hesabla$697.97 milyonolmuş, 

həmin dövr üzrə TY-da isə $156.69 milyonolmuşdur. 2014-cü il 31 dekabr tarixindən 

etibarən, birgə maliyyələşdirməni çıxmaqla toplam cəm məbləğ, 44 ölkədə 2729 layihə 

üçün kreditlərdə $216.21 milyard, qrantlarda $6.87 milyard və TY qrantlarında regional TY 

qrantları daxil olmaqla $3.75 milyard olmuşdur.



Əlaqəməlumatları

Azərbaycan Rezident Missiyası

45A, Xəqani küçəsi, Landmark II

3-cü mərtəbə,Bakı, AZ1010, Azərbaycan

Tel +994 12 437 3477

Faks +994 12 437 3475

AİBazrm@AİB.org

www.AİB.org/Azərbaycan



AİBİqamətgahı

6 AİBprospekti, Mandaluyong şəhəri

1550 Metro Manila, Filippin

 

Tel +63 2 632 4444



Faks +63 2 636 2444

MaliyyəNazirliyi

83, S. Vurğun küçəsi

 

Bakı, AZ1022, Azərbaycan



Tel +994 12 404 4699

Faks +994 12 404 4721

www.maliyye.gov.az

FaydalıAİBvebsaytları

Asiya İnkişaf Bankı



www.AİB.org

Asiya İnkişaf baxışı

 

www.AİB.org/publications/series/asian-development-

outlook

İllik Hesabat



www.AİB.org/documents/series/AİB-annual-reports

Depozit əsaslı kitabxanalar



www.AİB.org/publications/depositories

İnkişaf və iqtisadi göstəricilərin tam siyahısı 

üçün xahiş olunur baxasınız:

 

Statistika və verilənlər bazası



www.AİB.org/data/statistics

olunan enerji resurslarını inkişaf və inteqrasiya etmək yolu 

ilə elektrik şəkəbəsini genişləndirmək və enerji səmərəliliyini 

yaxşılaşdırmaq üçün resurslar təmin ediləcək. Şəhər 

infrastrukturu və xidmətlərində yeniliklər – şəhər nəqliyyatı, su 

təchizatı və sanitasiya və ikinci dərəcəli şəhərlərdə və kənd 

yerlərində bərk tullantıların idarə olunması daxil olmaqla- 

prioritet olacaq. İnfrastruktur layihələri ilə yanaşı, AİBbilik 

məhsullarını və potensialın qurulması fəaliyyətlərini inkişaf 

etdirəcək və maliyyələşdirəcək.

AİB,regional əməkdaşlığa, idarəetməyə və potensialın 

artırılmasına, ətraf mühitin dayanlıqlığına və iqlim 

təsirlərinin azaldılmasına öz töhfəsini verəcək. İqtisadiyyatın 

şaxələndirilməsini genişləndirmək və sənaye, ticarət, kiçik 

və orta sahibkarlıq və infrastruktur sahələrində özəl sektorun 

daha böyük rol oynamasına kömək etmək üçün özəl sektor 



imkanları daha da araşdırılacaq.

 

Yüklə 81,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə