Aslan aslanov



Yüklə 300,6 Kb.
Pdf görüntüsü
tarix01.07.2018
ölçüsü300,6 Kb.
#53077


 

180


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3                           Humanitar elmlər seriyası                        2010 

 

 

 

AZƏRTAC-IN XARİCİ ƏLAQƏLƏRİNİN YARANMASI  

VƏ İNKİŞAFI (1991-2010-cu illər) 

 

ASLAN ASLANOV 

AzərTAc 

erhan 2006@box.az. 

 

Məqalədə Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) beynəlxalq  əlaqələrindən, müxtəlif ölkələrin xəbər 

agentlikləri ilə imzalanmış müqavilələrdən, agentliyin ev sahibliyi ilə keçirilmiş tədbirlərdən, Azərbaycan həqiqətlərinin 

dünya ictimaiyyətinə çatdırılmasındakı fəaliyyətindən bəhs edilir. 

 

AzərTAc-ın 1920-ci ildə dövlət informasiya agentliyi kimi fəaliyyət göstərdiyi ilk aylarda onun xarici 

əlaqələri barədə konkret faktlar olmasa da, ötürücü radiostansiyadan istifadə etdiyi nəzərə alınsa, qonşu 

ölkələrlə xəbər mübadiləsinin olması faktı ehtimal olunur. Bütövlükdə isə AzərTAc-ın beynəlxalq əlaqələrinin 

təşəkkülü Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı illərə təsadüf edir. Müstəqil dövlətin rəsmi 

xəbər agentliyinin dünya informasiya məkanına çıxmasına nail olmaq, xarici tərəfdaşlarla sıx əlaqələr qurmaq, 

Ermənistan Respublikasının Rusiya Federasiyasının hərbi-siyasi dairələrinə arxalanaraq hərbi təcavüzü ilə 

üzləşmiş, məkrli erməni təbliğat maşınının və xaricdəki güclü erməni lobbisinin məqsədyönlü antiazərbaycan 

fəaliyyəti nəticəsində informasiya blokadasına düşmüş Azərbaycan Respublikasının haqq işini, ölkəmiz 

haqqında həqiqətləri dünyaya bəyan etmək AzərTAc-ın səmərəli xarici əlaqələr qurmasını  həyati vacib 

məsələyə çevirmişdi. Lakin bu, yalnız AzərTAc-ın səyləri sayəsində mümkün deyildi, bütövlükdə müstəqil 

dövlət kimi Azərbaycan Respublikasının özünü dünyada tanıtması ilə bilavasitə bağlı idi. 

Ümummilli lider Heydər  Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan Respublikasının 

dünya birliyində öz yerini tutması, ulu öndərin daxili və xarici siyasətinin müasir mərhələdə Prezident İlham 

Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində ölkənin regionda şəksiz lider dövlətə çevrilməsi, 

beynəlxalq aləmdə nüfuzunun daha da artması  və mövqelərinin möhkəmlənməsi, habelə AzərTAc-ın maddi-

texniki bazasının gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi sahəsində dövlət səviyyəsində görülən ardıcıl 

tədbirlər agentliyin xarici əlaqələrinin inkişafında, onun dünya informasiya məkanına çıxmasında həlledici rol 

oynamışdır (2, 30) 

Azərbaycan Respublikasının yeni informasiya məkanında öz mövqeyini möhkəmləndirməsində, 

ölkəmizin üzləşdiyi problemlər barədə  həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Bakıda keçirilən 

beynəlxalq tədbirlər, bu tədbirlərdə xarici kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı, dövlətimizin 

başçısının nüfuzlu nəşrlərə və telekanallara müsahibələri də  böyük rol oynayır.  

AzərTAc-ın qlobal informasiya məkanında daha geniş  təmsil olunması, Azərbaycan haqqında obyektiv 

informasiyanın yayılma coğrafiyasının genişləndirilməsi fəaliyyətinin strateji istiqamətidir. Dünyanın aparıcı 

agentliklərinin zəngin təcrübəsinin öyrənilməsi və tətbiq edilməsi də daim diqqət mərkəzindədir. Hazırda Anadolu 

agentliyi (Türkiyə),  İTAR-TASS (Rusiya), Sinxua (Çin), Ukrinform (Ukrayna),ANSA (İtaliya), BTA 

(Bolqarıstan),MENA (Misir), TANYUQ (Serbiya), MTİ (Macarıstan), İRNA (İran), Aqerpress (Rumıniya), Anta-

ra (İndoneziya), BELTA  (Belarus), ATA (Albaniya), “Petra” (İordaniya), KUNA (Küveyt), Kazinform (Qazaxıs-

tan), “Kabar” (Qırğızıstan), “Xovar” (Tacikistan), Yonhap (Koreya Respublikası), KYODO (Yaponiya) 

agentlikləri ilə qarşılıqlı  əməkdaşlıq haqqında ikitərəfli sazişlər bağlanmışdır. Həmin sazişlər agentliyin 

beynəlxalq miqyasda nüfuzunun getdikcə artmasının daha bir təsdiqidir. Ümumiyyətlə isə AzərTAc 90-dan artıq 

xəbər agentliyi ilə əlaqə saxlayır (3, 44-45). Regionun informasiya agentliyi kimi tanınmış Azərbaycan Dövlət 

Teleqraf Agentliyi həm də bir neçə regional informasiya qurumunun təsisçilərindəndir.  



Türkdilli Xəbər Agentlikləri Birliyi – TKA 

Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA) 1992-ci ilin noyabrında Türkiyə Cümhuriyyətinin paytaxtı 

Ankarada Anadolu Agentliyi (Türkiyə), AzərTAc (Azərbaycan), Kaztaq – indiki Kazinform (Qazaxıstan), 

“Kabar” (Qırğızıstan) və TAK (Şimali Kipr) agentlikləri tərəfindən yaradılmışdır.  

Bu Birliyin təşkil edilməsinin məqsədi türk dünyası haqqında etibarlı informasiyanı ilk mənbədən bütün 

dünyaya qərəzsiz və obyektiv çatdırılmasına kömək etmək, əməkdaşlığı tənzimləmək, informasiya agentlikləri 

arasında texniki infrastruktur və  işçilərin öyrədilməsi sahəsində qarşılıqlı  təcrübə mübadiləsi imkanlarını 

genişləndirməkdir (5, 7).   




 

181


TKA-nın Baş Məclisinin sonrakı iclasları Ankarada, Aşqabadda və Lefkoşada keçirilmişdir. 2007-ci ilin 

mayında Türkiyə Cümhuriyyətinin Karaman şəhərində TKA Baş Məclisinin VI iclası keçirilmiş, növbəti iclasın 

2008-ci ildə Bakıda keçirilməsi haqqında qərar qəbul olunmuşdur.  

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 80 illiyi ilə əlaqədar TKA Baş Məclisinin “Türkdilli 

ölkələrin əlaqələrinin inkişafında xəbər agentliklərinin rolu” mövzusunda VII iclası 2008-ci il aprelin 30-dan 

mayın 3-dək Bakıda keçirilmiş, qloballaşma dövründə informasiyanın təsir gücünün son dərəcə artmasını 

nəzərə alaraq, TKA-ya daxil olan agentliklərin birgə  səylərinin gücləndirilməsinin zəruriliyini xüsusi 

vurğulamışlar. İclasda “Başinform”, “Tatarinform” və “Krım xəbərləri” agentlikləri Birliyə üzv qəbul olunmuş, 

təşkilat Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA) adlandırılmış, bununla əlaqədar Nizamnamədə müvafiq 

dəyişiklik edilmişdir. TKA Baş Məclisinin VII iclası Yekun sənədinin qəbul edilməsi ilə başa çatmışdır. Bu ic-

lasdan etibarən növbəti toplantıya qədər TKA-da sədrlik AzərTAc-a keçmişdir (5,7-8). 

TKA Baş Məclisinin AzərTAc-ın ev sahibliyi ilə keçirilən VII iclasının materialları “Türkdilli agentliklərin 

Bakı görüşü” (2009) adı altında ayrıca kitab şəklində çap olunmuşdur. Hazırda hər gün TKA-nın İnternet resursunda 

(http://www.tkaonline.org/) Azərbaycanla bağlı 25-30 informasiya yerləşdirilir.  



Qara Dəniz  İqtisadi  Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri 

Assosiasiyası – BSANNA 

2006-cı il mayın 29-dan 31-dək Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən təsis konfransında 

yaradılmış Qara Dəniz  İqtisadi  Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri 

Assosiasiyası (BSANNA) Qara dəniz hövzəsi ölkələrinin milli informasiya agentliklərini birləşdirən regional 

təşkilatdır.  

14 milli informasiya agentliyinin təmsil olunduğu BSANNA-nın məqsədi sərbəst və  bərabərhüquqlu 

informasiya mübadiləsi aparmaqdır. Üzv agentliklər texniki əməkdaşlıq, təcrübə  və texnologiyalar 

mübadiləsinə  də kömək etməyə çalışırlar. BSANNA-nın saytı da (http://bsanna-news.ukrinform.ua/) ölkəmiz 

haqqında informasiyaların ən çox yayıldığı (hər gün 20-25 xəbər) internet kanalıdır.   

MDB-nin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyası -ANİA 

ANİA MDB Hökumət Başçıları Şurasının 2003-cü il sentyabrın 18-də Yaltada keçirilmiş iclasında qəbul 

edilmiş Birliyin üzvü olan ölkələrin milli informasiya agentliklərinin materiallarının mübadiləsi haqqında 

sazişin həyata keçirilməsi məqsədi ilə professional əməkdaşlıq forması kimi təsis edilmişdir (www.ania-news-

.info/). 

ANİA-nın məqsədi MDB-nin üzvü olan ölkələrin milli informasiya agentliklərinin potensialından fəal 

istifadə edilməsinə, milli informasiya agentlikləri arasında material mübadiləsinin səviyyəsini və  səmərəsini 

artırmağa, informasiya axınında tarazlığın təmin edilməsinə  və MDB-yə daxil olan ölkələrin həyatına dair 

obyektiv informasiyanın operativ yayılması üçün agentliklərin səylərini birləşdirməyə kömək etməkdir.  

Şuranın  əsas vəzifələri dövlət informasiya agentliklərinin xəbərlərinin maneəsiz yayılması üçün ən 

əlverişli  şəraitin yaradılması barədə tövsiyələr hazırlamaq, informasiya fəaliyyətinə dair məsləhətləşmələr 

aparmaq, telekommunikasiya və rabitənin inkişafına, informasiya münasibətlərinin beynəlxalq prinsip və nor-

malarının tətbiq edilməsinə kömək göstərmək, informasiya mübadiləsinin normativ hüquqi tənzimlənməsinə 

dair təkliflər hazırlamaqdır (3, 45-46).  

ANİA da hər gün AzərTAc-ın 30-35 informasiyasını və fotoinformasiyasını öz saytında yerləşdirir.  

Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı – OANA 

2004-cü ilin sentyabrında agentliyin həyatında çox əlamətdar bir hadisə baş vermişdir – AzərTAc 

YUNESKO-nun təşəbbüsü ilə 1961-ci ildə, dünya əhalisinin yarıdan çoxunun yaşadığı regionun informasiya 

agentlikləri arasında xəbərlərin birbaşa və pulsuz mübadiləsinin təmin edilməsi üçün yaradılmışdır. Asiya və 

Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının – OANA-nın üzvü olmuşdur (

www.oana


news.org). 

Bunun sayəsində AzərTAc-ın hər gün 20-25 informasiyası, o cümlədən fotoinformasiyaları OANA-nın xüsusi 

saytında yerləşdirilir və quruma üzv olan 33 ölkənin 40 informasiya agentliyi həmin məlumatlarından 

məhduduiyyətsiz istifadə edə bilirlər. Azərbaycan MDB məkanında sayca dördüncü ölkədir ki, onun 

informasiya agentliyi bu nüfuzlu regional strukturda təmsil olunmuşdur.  

2007-ci il dekabrın 12-də bu təşkilatın Baş Assambleyasının İndoneziyanın paytaxtı Cakartada keçirilmiş 

növbəti iclasında AzərTAc qurumun rəhbər orqanına – İcraiyyə Komitəsinə üzv seçilmişdir. Bu, dünya media 

məkanında öz mövqelərini möhkəmlədən AzərTAc üçün çox mühüm hadisə idi (1, 62-63). 

2008-ci il sentyabrın 1-4-də Bakıda AzərTAc-ın ev sahibliyi ilə OANA İcraiyyə Komitəsinin “Qloballaşan 

dünyada informasiya hamı üçün” mövzusunda 30-cu iclası keçirilmişdir. Xüsusi vurğulamaq lazımdır ki, ilk dəfə 

olaraq, dünyanın 21-dən çox ölkəsindən ən nüfuzlu xəbər agentliklərinin rəhbərləri və yüksək vəzifəli təmsilçiləri 

respublikamıza gəlmişdilər. Azərbaycanın ictimai həyatında mühüm hadisə olan bu toplantının əhəmiyyəti həm 

də onda idi ki, OANA və EANA-nın tarixində ilk dəfə olaraq bu qurumların rəhbərləri tədbirdə birlikdə iştirak 

edirdilər.  




 

182


Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyevin OANA İcraiyyə Komitəsinin 30-cu iclasının 

iştirakçılarına ünvanladığı  məktubda deyilirdi: “İnformasiya agentliklərini birləşdirən böyük regional 

təşkilatların və nüfuzlu xəbər agentliklərinin rəhbər  şəxslərinin iştirakı ilə belə bir tədbirin Bakı  şəhərində 

keçirilməsi beynəlxalq aləmə inteqrasiya yolu seçmiş  və dünya informasiya məkanına daxil olmuş müstəqil 

ölkəmizin ictimai həyatında mühüm hadisədir (4). 

Müasir Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, hüquqi islahatların keyfiyyətcə yeni mərhələyə 

qədəm qoyması, vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi ölkəmizdə informasiyaya olan ictimai tələbatı 

daha da artırır. Dövlətin informasiya siyasəti Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş fikir, 

söz və  məlumat azadlığının, vətəndaşların informasiya əldə etmək hüququnun təmin edilməsinə, habelə 

cəmiyyətin obyektiv məlumatlandırılması funksiyasını effektiv yerinə yetirməsi üçün kütləvi informasiya 

vasitələrinə zəruri şərait yaradılmasına yönəlmişdir. Azərbaycanda müstəqillik illərində senzuranın ləğvi, fikir, 

söz və məlumat azadlığının inkişaf etdirilməsi üçün qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, 

mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində  həyata keçirilmiş çoxsaylı  tədbirlər məhz bu 

məqsədə xidmət edir. 

Bütün dünyada insanlar üçün obyektiv, qərəzsiz, vicdanlı informasiyanın açıq olması son nəticədə həm 

də Yer üzündə sülhün, təhlükəsizliyin möhkəmlənməsinə, ölkələr və xalqlar arasında  əməkdaşlığın, 

sivilizasiyalararası dialoqun genişlənməsinə xidmət edir. Əmin olduğumu bildirirəm ki, yaşadığımız dövrün 

çox mühüm və aktual bir mövzusuna həsr olunmuş toplantı konstruktiv  müzakirələr, faydalı fikir mübadiləsi 

ruhunda keçəcək, bəşəri dəyərlərin təbliğinə öz töhfəsini verəcəkdir”. 

Avropa Xəbər Agentlikləri Alyansı  EANA 

AzərTAc-ın həyatında ən mühüm hadisələrdən biri də 2008-ci il aprelin 18-nə təsadüf edir. Həmin gün 

AzərTAc daha bir nüfuzlu regional media qurumuna  Avropa Xəbər Agentlikləri Alyansına (EANA) 

(www.newsalliance.org) üzv qəbul olunmuşdur. EANA Baş Assambleyasının Estoniyanın paytaxtı Tallinndə 

keçirilmiş iclasında AzərTAc-ın bu quruma üzv olmasını  təşkilatın həmin forumda təmsil olunmuş 29 

üzvündən 26-sı dəstəkləmişdir. Beləliklə, AzərTAc postsovet məkanında İTAR-TASS və Ukrinformdan sonra 

EANA-ya üzv qəbul edilmiş üçüncü milli informasiya agentliyi və həmin təşkilatın sayca 31-ci üzvü olmuşdur. 

Bu, AzərTAc-ın dünya informasiya məkanında daha geniş  təmsil olunması, Azərbaycan haqqında xəbərlərin 

yayılma coğrafiyasının genişlənməsi üçün çox vacib idi.  

EANA-nın 52 il əvvəl “Avropa xəbər agentlikləri ailəsi” kimi təsis edilməsinə baxmayaraq, bu təşkilatın 

sələfinin təməli hələ 1924-cü ildə qoyulmuşdu. Təşkilat İkinci Dünya müharibəsi dövründə bağlanmış, 1956-cı 

ildə yenidən fəaliyyətə başlamışdır. Avropa alyansının başlıca məqsədi informasiya agentliklərinin müstəqil və 

qərəzsiz xəbəryayma vəzifəsini yerinə yetirmələri üçün biznes mühitini təmin etməkdir. Buraya informasiya 

agentlikləri üçün müəlliflik hüquqlarının tanınması, informasiya mənbələrinə müraciət imkanı, iştirakçı agentliklər 

arasında əməkdaşlığın inkişafı və informasiya mübadiləsi, habelə seminarlar, praktikumlar və başqa tədbirlər təşkil 

etməklə təcrübə mübadiləsinə nail olmaq daxildir (3, 45-46).  

EANA mənfəət  əldə etmək məqsədi güdməyən üzvlərin ittifaqıdır. Təşkilat quruma daxil olan 

agentliklərin eyni məbləğdə ödədiyi üzvlük haqları hesabına fəaliyyət göstərir. Hər il keçirilən Baş 

Assambleyada səsvermə zamanı “bir agentlik – bir səs” qaydası  əsas götürülür. EANA “Avropa xəbər 

agentlikləri ailəsi” hüdudlarında aylıq bülletenlər, konfranslar və ikitərəfli  əlaqələr vasitəsilə  əməkdaşlığı  və 

təcrübə mübadiləsini həyata keçirən ümumavropa forumu kimi xidmətlər göstərir.  

Xəbər Agentlikləri Konsorsiumu – Asia Pulse 

AzərTAc 2008-ci ildən Asiya Xəbər Agentlikləri Konsorsiumunun (Asia Pulse)  (www.asiapulse.com) 

üzvüdür. 1996-cı ildə yaradılmış Asia Pulse real vaxt rejimində çalışan, Asiyada sahibkarlıq fəaliyyətinin 

həyata keçirilməsi üçün zəruri informasiyanı korporasiyalara, hökumətlərə  və ayrı-ayrı  şəxslərə  təqdim edən 

xəbərlər və kommersiya-kəşfiyyat xidmətidir. 30-dan çox ölkədə 50-dən artıq sənaye sahəsini əhatə edən, bu 

sahədə ixtisaslaşan jurnalistlər və analitiklər hər gün bu qurumun internet resursunda 300-ə yaxın xəbər yayır, 

ayrı-ayrı  sənaye sahələri barədə  məlumatları, şirkətlərin elanlarını, analitik materiallar, şərhlər, layihələr dərc 

edirlər (3, 47).  

Asia Pulse Asiya şirkətlərində, sənaye sahələrində modernləşməyə, infrastruktur və investisiya 

məsələlərinə, müştərək müəssisələrin yaradılmasına, ticarət imkanlarının öyrənilməsinə  və iqtisadi inkişafa 

kömək edir. Bu qədər çoxşahəli fəaliyyəti bir mərkəzdə  cəmləşdirməklə, konsorsium yüzlərlə  pərakəndə 

informasiya mənbəyinə müraciət etmək zərurətindən yaxa qurtarmağa imkan verir.  



Dünya İnformasiya Agentlikləri Konqresi 

Azərbaycan Dövlət Teleqraf Agentliyi Dünya İnformasiya Agentlikləri Konqresinin fəal iştirakçısıdır 

(

www.nawc.com.ar



). Dünya İnformasiya Agentlikləri Konqresi 2004-cü ildə BMT-nin, YUNESKO-nun və aparıcı 

regional informasiya agentliklərinin dəstəyi ilə yaradılmışdır.  İTAR-TASS agentliyinin təşəbbüsü ilə 2004-cü il 

sentyabrın 23-25-də Moskvada keçirilmiş ilk iclasda dünyanın 100-dən çox ölkəsini təmsil edən 115 informasiya 



 

183


agentliyinin rəhbərləri qurumun konsepsiyanı yekdilliklə  dəstəkləmiş  və Konqresin işçi orqanını – Dünya İn-

formasiya Agentlikləri Şurasını yaratmışlar. Bu ictimai şuraya regional informasiya agentliklərinin rəhbərləri və 

digər nümayəndələri daxildir. Şura dünyanın müxtəlif regionlarını  təmsil edən agentliklər arasında peşəkar 

əməkdaşlığı və qarşılıqlı əlaqələri inkişaf etdirir. Xəbər agentliklərinin beynəlxalq səviyyədə bu cür görüşləri 

dünyanın aparıcı  xəbər provayderləri arasında dialoq, habelə fikir, informasiya və  təcrübə mübadiləsi üçün 

platforma rolu oynayır.  

Dünya  İnformasiya Agentlikləri Konqresinin 2007-ci il oktyabrın 24-27-də  İspaniyanın Estepona 

şəhərində keçirilmiş ikinci iclasında 110-a yaxın ölkənin 120-dən çox xəbər agentliyi, o cümlədən AzərTAc da 

təmsil olunmuşdu. Estepona görüşündə  əməkdaşlığı genişləndirmək imkanları, yeni texnologiyalardan agent-

liklərin işində istifadə edilməsinin üstünlükləri, dünyanın “qaynar nöqtələrində” işləyən jurnalistlərin üzləşdiyi 

problemlər, informasiya piratlığına qarşı mübarizə məsələləri müzakirə edilmişdi. Tədbir çərçivəsində fotoşəkil 

müsabiqəsi də keçirilmişdi. AzərTAc-ın həmin müsabiqəyə  təqdim etdiyi fotoşəkil birinci mükafata layiq 

görülmüşdü.  

Müstəqil Azərbaycanın rəsmi informasiya agentliyinin dünya informasiya məkanına çıxması, 

Azərbaycan reallıqlarının yayılma coğrafiyasının genişləndirilməsi Heydər Əliyevin ən böyük arzularından biri 

idi. Ümummilli liderin bu arzusu da reallığa çevrilmişdir. Azərbaycan qloballaşan dünyanın yeni informasiya 

məkanında layiqli yerini tutmuşdur və bunu getdikcə möhkəmləndirir. 

Beləliklə, AzərTAc-ın xarici əlaqələrinin yaranması və inkişaf tarixi üzrə aparılan tədqiqatlar aşağıdakı 

qənaətlərə gəlməyə imkan verir:  

1. AzərTAc-ın xarici əlaqələrinin təşəkkülü Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı illərə 

təsadüf edir. Heydər  Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın dünyada tanıdılması 

istiqamətində gördüyü işlər ölkənin beynəlxalq aləmdə nüfuzunun artması  və mövqeyinin möhkəmlənməsi ilə 

nəticələnmişdir. Bu da AzərTAc-ın xarici əlaqələrinin inkişafında, onun dünya informasiya məkanına inteq-

rasiyasında mühüm rol oynamışdır.  

2. Hazırda AzərTAc 90-dan çox xəbər agentliyi ilə informasiya mübadiləsi aparır, OANA, EANA, 

BSANNA, TKA, ANİA, Asia Pulse kimi dünyanın  ən mötəbər xəbər agentlikləri təşkilatına üzv olmuşdur. 

Belə ikitərəfli və çoxtərəfli  əməkdaşlıq AzərTAc-a həmin qurumların informasiya resurslarından istifadə 

etməklə Azərbaycan haqqında həqiqətləri beynəlxalq aləmdə daha geniş coğrafiyada yaymağa, eyni zamanda, 

Azərbaycan oxucusunu dünyadakı yeniliklərlə, ən mühüm hadisələrlə təmin etməyə imkan verir.  

 

ƏDƏBİYYAT 

1.

 

Anadolu Agentliyi İdarə Heyətinin sədri və baş direktoru Hilmi Benginin OANA İcraiyyə Komitəsinin 30-cu iclasında 



çıxışı. Qloballaşan dünyada informasiya hamı üçün. Bakı: Şərq-Qərb, 2009, 479 s. 

2.

 



Aslanov Aslan. Heydər Əliyev və AzərTAc. Bakı: Nurlan, 2005, 178 s. 

3.

 



Aslanov A., Musayev V., İsmayılov D. AzərTAc-dan AzərTAc-a mürəkkəb və şərəfli yol. Bakı: Şərq-Qərb, 2008, 184 s. 

4.

 



Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyevin Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı 

(OANA) İcraiyyə Komitəsinin 30-cu iclasının iştirakçılarına məktubu. “Azərbaycan” qəz., Бакы, 2008, 3 sentyabr  

5.

 

Türkdilli agentliklərin Bakı görüşü. Bakı: Şərq-Qərb, 2009, 68  



 

ESTABLISHMENT AND DEVELOPMENT OF AZERTAJ`s  

FOREIGN RELATIONS (1991-2010) 

 

ASLAN ASLANOV 

 

 SUMMARY 

 

The article highlights AzerTAj`s foreign relations, its agreements with various countries` news agencies, its membership 

in international organizations and the agency-hosted events. 

AzerTAj has also attached a particular emphasis to building and developing its foreign relations with the aim of 

integrating into the global information network and mastering and applying rich experience of transnational news agencies. But it 

can raise some questions, like What is the state of AzerTAc`s international relations? and What is the role of these relations in 

delivering Azerbaijan`s truths to the world community? 

The author elucidates the answers to such questions in the article. 

 

ВОЗНИКНОВЕНИЕ И РАЗВИТИЕ ЗАРУБЕЖНЫХ  

СВЯЗЕЙ АЗЕРТАДЖ (1991-2010гг) 

 

АСЛАН АСЛАНОВ 

 

РЕЗЮМЕ 

 

В  этой  статье  говорится  о  международных  связях  Азербайджанского  государственного  телеграфного 



агентства,  соглашениях,  заключенных  им  с  новостными  агентствами  различных  стран,  представительстве  в 

международных структурах, проведенных под руководством АзерТАдж мероприятиях.  




 

184


АзерТАдж  постоянно  держит  в  поле  внимания  налаживание  таких  связей  для  интеграции  в  мировое 

информационное  пространство,  изучения  и  применения  богатого  опыта  транснациональных  информационных 

агентств.  При  этом  возникают  следующие  вопросы: «На  каком  уровне  находятся  международные  связи 

АзерТАдж?», «Какое значение имеют эти связи в донесении азербайджанских реалий до мирового сообщества?»  



В статье автор попытался ответить на эти и другие вопросы.  

 

Yüklə 300,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə