Aşuranin mübarək mehi



Yüklə 336,15 Kb.
səhifə1/20
tarix04.02.2018
ölçüsü336,15 Kb.
#23915
  1   2   3   4   5   6   7   8   9   ...   20


mübarək Aşura mehİ

Böyük Rəhbər Həzrət Ayətullah Seyid Əli Xameneinin sözlərinə əsasən qanlı məhərrəm hərəkatına bir baxış

Kitаbın аdı:.....................Mübarək Aşura mehi

Tәrcümә еdәn:............................İbrahim Mirzə

Nәşr еdәn:.................................."Üfüqe-fərda"

Çаp tаriхi:.................................................2013

Çаp növbәsi:..........................................Birinci



Tirаj:.........................................................3000

Birinci fəsil: Məhərrəm mehi

Aşuranın mübarək mehi


Allah-Taalaya şükür edirik ki, yenidən bərəkətli məhərrəm və Aşura ərəfəsində yaşamaq, həm canımızı, həm elmi, ruhi və fiziki qüvvələrimizi Aşuranın mübarək mehindən və həzrət Əbu Abdullahın (ə) lütf mənbəyindən bəhrələndirmək səadətini bizə nəsib etdi. İnşallah bizim bütün xalqımız, o cümlədən böyük alimlər, möhtərəm ruhanilər və təbliğatçılar, xüsusən bu yola yeni qədəm qoymuş həvəskar və imanlı gənclər bu imkanlardan faydalana və daha artıq məsuliyyət daşıyanlar bu aydan daha çox bəhrələnə bilsinlər. Bu günlər mənim üçün də böyük bir fürsətdir.

Məhərrəm ayının əhəmiyyəti


Siz qardaş və bacılar özünüz məhərrəm ayının əhəmiyyətini yaxşı bilirsiniz; həm məhərrəmin hadisələri baxımından, həm məhərrəmin tarixdəki - istər qədim tarixdəki, istərsə də inqilab tarixindəki təsiri baxımından, həm də məhərrəmin həmişə din elminin daşıyıcıları üçün yaratdığı imkan baxımından. Məhərrəm ayı din alimlərinə öz dinləyicilərini Allah, İslam, Peyğəmbər (s), Əli (ə) və Hüseyn (ə) həqiqətlərinin bir hissəsi ilə tanış etmək imkanı verir. Mühüm olan bu imkandan necə istifadə olunmasıdır. Çoxlu fürsətlər insanın əlindən əbəs yerə xaric olur. Əgər biz öz işimizdə - istər fürsətlərdə, istər imkanlarda, istər Allahın bizə verdiyi nemətlərdə hesablama aparsaq, şübhəsiz, qədirbilməzlik etdiyimiz çoxlu yerlərlə rastlaşacağıq; bu neməti, bu fürsəti, bu imkanı, bu bilgini, bizdə olan bu nitqi və bu məsuliyyət hissini tələf etdik, onlardan maksimum bəhrələnmədik. Ölkənin ruhani cəmiyyəti və din alimləri üçün ən vacib işlərdən biri budur ki, bu fürsətlərdən ən yaxşı şəkildə istifadə etmək haqda düşünsünlər.

Böyük qəhrəmanlıq


Burada Aşura hadisəsinin təhlilinə dair bir məsələyə yalnız işarə vurmaq istəyirəm. Özü dəyərlərin təcəssümü olan Hüseyn ibn Əli (ə) kimi bir şəxs bu tənəzzülün qarşısını almaq üçün qiyam edir. Çünki bu tənəzzül artmaqda idi və heç bir şeyin qalmayacağı yerə çatacaqdı. Əgər nə zamansa bir xalq yaxşı və müsəlman yaşamaq istəsəydi, əllərində bir şey olmayacaqdı. İmam Hüseyn (ə) dayanır, qiyam edir, hərəkət edir və bu sürətli süqut qarşısında təkbaşına dayanır. Düzdür, bu yolda öz canını, əzizlərinin canını, Əli Əsğərinin canını, Əli Əkbərinin canını, Abbasının canını fəda edir, amma nəticə hasil olur: “Və mən Hüseyndənəm”; yəni bu Peyğəmbər (s) Hüseyn ibn Əli (ə) vasitəsi ilə dirilmişdir. Məsələnin o tərəfi bu idi; bu tərəfi Aşuranın əzəmətli hadisəsi, böyük qəhrəmanlığı və aşiqanə macərasıdır. Doğrudan da eşq məntiqi və aşiq gözü olmadan Kərbəla hadisələrini anlamaq olmaz. Hüseyn ibn Əlinin (ə) təxminən bu bir gecə və yarım gündə, yaxud Tasuanın axşamüstündən Aşuranın axşamüstünə qədərki təxminən bir sutkada nə etdiyini və necə əzəmət yaratdığını anlamaq üçün aşiq gözlə baxmaq lazımdır. Buna görə tarixdə yaşamışdır və əbədi olaraq yaşayacaq. Aşura hadisəsini unutdurmaq üçün çox çalışdılar, amma bacarmadılar.

Böyük və üzücü faciə


Hadisənin nə qədər böyük olduğunu anlamaq, sonra səbəblərini axtarmaq lazımdır. Kimsə deməsin ki, Aşura hadisəsi bir qətl hadisəsi idi və bir neçə nəfəri öldürdülər. Bizim hamımız Aşura ziyarətnaməsində oxuyuruq ki, bu çox böyük müsibətdir. Orada işlənən "rəziyyə" sözü çox böyük hadisə deməkdir. Bu hadisə çox əzəmətlidir. Bu faciə çox üzücü və bənzərsizdir.

Məhərrəm ayına diqqət


Qarşıdan məhərrəm ayı gəlir. Məhərrəm ayı iki cəhətdən diqqətəlayiqdir: Biri tarixin bənzərsiz bir xatirəsini anım cəhətidir. Bu yalnız müsibət, qəm və kədərdə yox - əlbəttə ki, bu belədir – həm də insanın və haqq tərəfdarının qəhrəmanlığında və üstün cəhətlərinin aşkara çıxmasında bənzərsiz bir hadisədir. Əgər siz İmam Hüseynin (ə) vəziyyətinə baxsanız, belə xüsusiyyətlərə malik olan bu hərəkətin və qiyamın bənzərsiz olduğunu görəcəksiniz. Qiyamlar çox olmuşdur, amma belə xüsusiyyətlərə malik olan bu qiyam misilsizdir. Çox daşürəkli, həyasız və haqsız hökmranlıq günbəgün güclənirdi. Heç bir yaxşı işə dəvət etmək və pis işdən çəkindirmək mümkün deyildi. Mühitdə qorxu və təzyiq o qədər güclü idi ki, yaxşı işlərə dəvət edən və pis işlərdən çəkindirənlər bu ittihama məruz qalmamağa çalışırdılar.

Hətta Abdullah ibn Zübeyr kimi çox cəsarətli şəxslər də xilafət aparatı ilə baş-başa gəlməməyə çalışırdılar. Yəni şərait və vəziyyət bu qədər ağır idi. Əmirəl-mömininin (ə) qardaşı oğlu, kürəkəni və cənab Zeynəbin həyat yoldaşı olan Abdullah ibn Cəfər kimi bir şəxs də xilafətə yaxınlaşmağa çalışırdı. Çünki ümumiyyətlə bundan başqa bir şey təsəvvür olunmurdu.

Həmçinin Abdullah ibn Abbas kimi bir şəxs təcrid halında yaşayırdı, cəmiyyətdən kənarlaşıb təkliyə qapılmışdı. Nəinki adi camaat, heç natiq və danışan dillər, dəyərli şəxsiyyətlər, Bəni-Haşimin və Qüreyşin böyüklərinin övladları, erkən İslam çağının məşhur gəncləri və hər birinin fəxrli keçmişi olan şəxslər də meydana girməyə cürət etmirdilər. Təkcə Şamda yox, hətta Mədinədə də vəziyyət belə idi. İndi siz Mədinənin vəziyyətini mərkəz olmayan digər yerlərlə müqayisə edin. Bu şərait qəribə şəkildə qorxunc və qaranlıqdır. O zaman İmam Hüseynin (ə) qiyamı bu hökmranlığı sındırmaqdan ötrü baş verdi, hakimiyyətə yiyələnmək məqsədi ilə yox. Bəzi şəxslər qiyam edirlər, vururlar, öldürürlər ki, hakimiyyəti ələ keçirsinlər. Amma İmam Hüseynin (ə) qiyamı bundan ötrü yox, yaxşı işlərə dəvət etməkdən və pis işlərdən çəkindirməkdən ötrü baş verdi.

Bu iş üçün iki nəticəni öngörənlik etmək olar: biri budur ki, qələbə çalsın, digəri budur ki, o həzrətin imam elmi olmadan da ehtimal etdiyi faciəli şəkildə öldürülsün. Bəli, aydındır ki, onlar heç nəyi nəzərə almırdılar. İmam Hüseyn (ə) belə bir şəraitdə əziz Peyğəmbərin (s) Mübahilə günü məsihilərlə gördüyü işi görür. Qurana əsasən, o, "övladlarını", "qadınlarını" və "özlərini" meydana gətirmişdi. İmam Hüseyn (ə) də həqiqəti müdafiə və Allah üçün qiyam etmək məqsədi ilə özünün ən əzizlərini və bütün varlığını meydana gətirdi və buna dözdü. İmam Hüseynin (ə) bu dözümü çox əhəmiyyətlidir.



Yüklə 336,15 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə