Atu-nun Tələbə Gənclər Təşkilatının sədri Fəxri Fərmanla təltif edilib



Yüklə 296,81 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix30.12.2017
ölçüsü296,81 Kb.
#18491
  1   2   3   4   5   6   7


Respublikada ilk dəfə olaraq ana 

bətnində dölə qan köçürüldü



ATU-nun Tələbə Gənclər Təşkilatının 

sədri Fəxri Fərmanla təltif edilib

II Azərbaycan Elm Festivalının 

addımları alqışlanır

Stavropol Dövlət 

Tibb Universiteti ilə 

əməkdaşlığa dair saziş 

imzalanıb

ATU-da 

“Narkomaniyaya 

“YOX” deyək” adlı 

seminar 

Elmin İnkişafı 

Fondunun dəstəyilə və 

immuno-hissokimyəvi 

reaktivlər alınacaq

Görkəmli 

alim, sevimli 

müəllim

Trans-telefon EKQ sisteminin əməli fəaliyyəti ilk dəfə 

Tədris Terapevtik Klinikada həyata keçirilib

Qəzet 1933 -cü ildən çıxır.                 № 19 (1637) 15 noyabr 2016 - cı il

Qiyməti 50 qəpik

ATU 

tələbələri 

Bayraq 

Yürüşünə 

qatılıblar

Tələbələrin 

və Gənc 

Həkimlərin 

III Beynəlxalq 

Tibb Konqresi

BÖYÜK ELMİ ŞURADA

BU  SAYIMIZDA 

Prezident İlham Əliyev Beyləqanda Bayraq Muzeyinin açılışında iştirak edib

Noyabrın 12-də Azərbaycan Res-

publikasının Prezidenti İlham Əliyev 

Beyləqanda Bayraq Muzeyinin açılışın-

da iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin 

başçısı Bayraq Muzeyinin rəmzi açılışı-

nı bildirən lenti kəsdi, burada yaradılan 

şəraitlə tanış oldu.

Məlumat verildi ki, muzeyin inşası 

cari il ərzində aparılıb. Rayonun daxi-

li imkanları hesabına həyata keçirilən 

layihə çərçivəsində ümumi sahəsi 420 

kvadratmetr olan bina tikilib. Zəruri 

infrastrukturla təchiz olunan muzeydə 

129 eksponatın sərgilənməsi üçün hər 

cür şərait yaradılıb. Bayraq Muzeyində 

tariximizin müxtəlif dövrlərinə aid eks-

ponatlar, Azərbaycan ərazisində mövcud 

olmuş dövlətlərin bayraqları, gerbləri, 

xəritələr, konstitusiyalar, orden və me-

dallar, bir sözlə, müxtəlif dövlət rəmzləri 

qorunur.

Azərbaycan Xalq Cümhuriyyətinə 

aid əsginaslar, Azərbaycan Respubli-

kasının poçt markaları, müxtəlif güc 

nazirliklərinin zabitlərinin hərbi ge-

yim formaları da burada sərgilənir. 

Muzeydə müstəqillik dövrümüzün tari-

xi hadisələrinə də geniş yer verilib.

Muzeydə nümayiş etdirilən eksponat-

lar həm Beyləqan gənclərində, həm də 

rayona gələn qonaqlarda Azərbaycanın 

şanlı tarixi haqqında təsəvvür yaratma-

ğa geniş imkanlar açır.

2

3

4

3

5

3

5

3

8

7

6



http://www.amu.edu.az

15 noyabr  2016-cı il

2

Məruzəçi  2015/2016-cı  tədris 



ilində  müvafiq  fakültə  və  kurs 

tələbələrinin  qış  və  yay  imta-

han  sessiyalarından  sonrakı 

peşə təcrübəsi haqqında ətraflı 

məlumat  verərək  qeyd  etdi  ki, 

tələbələri  peşə  təcrübəsinə 

göndərərkən  Azərbaycan  Res-

publikasının  Səhiyyə  naziri-

nin  10  iyun  2014-cü  il  tarix-

li  51  saylı,  həmçinin  müvafiq 

kurslar  üzrə  Tibb  Universite-

tinin  rektoru,  professor    Gəray 

Gəraybəylinin əmrlərinə istinad 

edilmişdir.  Səhiyyə  nazirinin 

2014-2017-ci illər üçün nəzərdə 

tutulan yeni əmrinə əsasən  11 

elmi  tədqiqat  institutu,  Bakı 

şəhərində  fəaliyyət  göstərən 

10  gigiyena-epidemioloji  xid-

mət  müəssisəsi,  9  əczaçılıq 

müəssisəsi,  Bakı  şəhərindəki 

67 müalicə-profilaktika müəs-

sisəsi,  Respublika  ərazisində 

fəaliyyət  göstərən  60  mərkəzi 

rayon  xəstəxanası,  Naxçıvan 

MR  və  respublika  ərazisindəki 

şəhər  səhiyyə  şöbələrinin 

tabeçiliyində  olan  bütün  tibb 

müəssisələri,  ATU-nun      Elmi 

Tədqiqat  Mərkəzi,    kliniki-

biokimyəvi 

laboratoriyası, 

Tədris  Terapevtik,  Tədris  Cər-

rahiyyə,  Onkoloji  və  Stomato-

loji klinikaları, həmçinin bir sıra 

özəl  tibb  müəssisələri  təcrübə 

bazaları 

kimi 


tələbələrin 

istifadəsinə  verilmişdir.  Bu 

tədris ilində də Bərdə, Cəlilabad, 

Füzuli,  Qazax,  Qəbələ,  Quba, 

Lənkəran,  Siyəzən,  Şamaxı, 

Şirvan,  Zaqatala  müalicə  di-

aqnostika 

mərkəzlərindən, 

Neftçilər  xəstəxanasından  da 

təcrübə  bazası  kimi  istifadə 

olunmuşdur. 

Səhiyyə  nazirinin  yeni  əmrinə 

əsasən  Analitik  Ekspertiza 

Mərkəzi,  «Azerimed  MMC», 

«Dokta MMC», «Maymed MMC» 

apteklər şəbəkəsindən əczaçılıq 

fakültəsinin  tələbələri  üçün 

təcrübə  bazası  kimi  istifadə 

olunmuşdur.

Ş.Əliyev  istehsalat  təcrübəsinin   

keçirilməsinə  tədris  hissəsinin 

rəhbərliyi  ilə  fakültələrin  və 

peşə təcrübəsinin dekanlıqları-

nın, eləcə də hərbi tibb fakültəsi 

də  daxil  olmaqla  24  aidiyyəti 

olan kafedranın məsuliyyət da-

şıdığını  söylədi:  “2015-2016- 

cı  tədris  ilində  76  müəllim 

yay  və  qış  peşə  təcrübəsinin 

keçirilməsinə rəhbərlik etmişdir 

(3  professor,  15  dosent,  1  baş 

müəllim,  37  assistent).  Hərbi 

Tibb fakültəsində 20 nəfər za-

bit  heyəti  dinləyicilərin  ixtisas 

və qoşun təcrübəsinə rəhbərlik 

etmişlər. 

Sözünə  davam  edən  na-

tiq  bildirdi  ki,  keçən  tədris 

illərində olduğu kimi, bu tədris 

ilində  də  müalicə-profilaktika 

fakültələrinin  III,  IV,  V  kurs, 

tibbi-profilaktika  fakültəsinin 

III  və  IV  kurs  tələbələri  üçün 

sorğu  anketləri  paylanmış  və 

onlar  arzuladıqları  rayonları 

bildirdikdən  sonra  əmr  tərtib 

edilmişdir.  Hər  iki  müalicə- 

profilaktika fakültəsinin III kurs 

tələbələrindən 149 nəfər, IV kurs 

tələbələrindən  isə  135  nəfər 

respublikamızın  rayonlarında, 

o cümlədən xarici tələbələrdən

66  nəfər  III  kurs,  29  nəfər  isə 

IV  kurs  tələbəsi  təcrübəni  öz 

vətənlərində keçirmək üçün de-

kanlığa müraciət etmişlər.     

İyunun 29-da ATU-nun rekto-

ru,  professor    G.Gəraybəylinin 

sədrliyi  ilə  keçirilən  geniş 

müşavirədə  baza  rəhbərləri 

və  təcrübəyə  başçılıq  edəcək 

müəllimlərə 

universitet 

rəhbərliyi  tərə findən  peşə 

təcrübəsinin  lazımi  səviyyədə 

yerinə  yetirilməsi  üçün  mü-

vafiq  tövsiyələr  verildiyini  vu-

ğuladı:  “Universitet  rəhbərliyi 

tərəfindən  həmişə  olduğu 

kimi  peşə  təcrübəsinin  lazı-

mi  səviyyədə  keçirilməsi  üçün 

müvafiq  tapışıqlar  müəllim  və 

baza  rəhbərliklərinin  diqqətinə 

çatdırılmışdır. Hazırlıq mərhələ-

sində 

təcrübəyə 



başçılıq 

edəcək,  həmçinin  rayonla-

ra  ezam  olunacaq  müəllimlər 

barə də  məlumatlar  ümumi  və 

kadrlar  şöbələrinə,  mühasi-

batlığa  bildirilmişdir.  Təcrübə 

bazalarının  rəhbərlər  arasında 

bölüşdürülməsi  zamanı  kafed-

raların  verdikləri  təqdimatlar 

əmrin tərtibatında nəzərə alın-

mışdır.  Bütün  kurslar  üzrə 

əmrlər  təcrübə  başlamazdan  

bir ay əvvəl hazırlanaraq rektor 

tərəfindən imzalandıqdan son-

ra müvafiq məktublar bazalara 

təcrübə  başlamazdan  bir  həftə 

əvvəl çatdırılmışdır. 

    Peşə təcrübəsinin yekunları 

təcrübə rəhbərlərinin iştirakı ilə 

bütün  fakültələlərin  elmi  şura-

larında geniş müzakirə olunmuş 

və  kafi  qiymətləndirilmişdir. 

Bunların  arasında  tələbələrin 

xarici ölkələrdə, xüsusən Avro-

pa və Türkiyə Cümhuriyyətində 

istehsalat  təcrübəsi  keçmələri 

praktikasının daha da genişlən-

di rilməsi,  təcrübə  başlaya-

na  qədər  rəhbərlərlə  seminar 

müşavirələrinin 

keçirilməsi 

kimi məsələlər qarşımıza vəzifə 

kimi  qoyulmuşdur.  Qeyd  et-

diyim  kimi,  bu  tədris  ilində 

də  xaricdə  təcrübə  keçmək 

üçün  göndərilən  tələbələrin 

sayı  artmışdır.  Bu  tədris  ilində 

Türkiyədə    130,  Almaniyada 

74,  Polşada  3,  Rumıniyada  2, 

İsveçrədə 2 tələbə təcrübə keç-

mişdir.    Ümumiyyətlə,  2007-

2008-ci tədris ilindən bu tədris 

ilinə  qədər  qardaş  Türkiyədə 

1458  nəfər,  Avropa  ölkələrində 

isə  232  nəfər  (onlardan  168 

nəfəri  Almaniyada)  təcrübə 

keçiblər.”

“Peşə  təcrübəsinin  gedişində, 

ona  nəzarət  edilməsində  öz 

işimizdən  razı  qala  bilmərik, 

heç şübhəsiz təcrübənin təşkili, 

keçirilməsi 

məsələlərində 

müəyyən  çatışmazlıqlar  var”- 

deyən  Şəfa  Əliyev  bu  çatış-

mazlıqları  aradan  qaldırmaq 

üçün  təkcə  dekanlığın  de-

yil,  təcrübənin  keçirilməsinə 

rəhbərliyə  tövsiyə  olunmuş 

əməkdaşların  da  öz  işlərində 

müəyyən  dönüş  yaratması-

nın  vacibliyini  önə  çəkərək 

təcrübənin 

keyfiyyətini 

yüksəltmək  üçün  elmi  şura 

üzvlərindən  əməli  təkliflər 

gözlədiyini söylədi.

Məruzə  ətrafında  çıxış  edən 

kafedra  müdirləri  Amaliya 

Əyyubova, İbadulla Ağayev, El-

xan  Kərimov,  Elmira  Əliyeva, 

xarici tələbələrin işləri üzrə de-

kan  İsmayıl  Əfəndiyev,  tədris 

hissə  müdiri  Nəsimi  Qasımov 

və  həmçinin  klinikaların  di-

rektorları  hesabatı  qənaətbəxş 

qiymətləndirərək 

tələbələrin 

peşə  təcrübəsi  ilə  bağlı  öz 

fikirlərini söylədilər. Natiqlər bu 

sahədə əldə olunan nailiyyətlərlə 

yanaşı,  problemlərin  də  oldu-

ğunu  dilə  gətirdilər  və  bu  ça-

tışmazlıqların  aradan  qaldı-

rılması  istiqamətində  bir  sıra  

təkliflərini irəli sürdülər.

Müzakirələrə yekun vuran rek-

tor  nəzəri  biliklərin  təcrübədə 

möhkəmləndirilməsinin  əhə-

miy yətinə  diqqət  yönəldərək 

bu  sahədə  mövcud  olan 

problemlərin 

həlli 

yolla-


rından 

danışdı: 

“Tədrisin, 

bütövlükdə  mütəxəssis  hazır-

lığının  əsas  vacib  sahələrindən 

biri  də  təcrübədir.  Tələbə  il 

ərzində  ixtisas  fənləri  ilə  ya-

naşı,  nəzəri  biliklərini  də 

təkmilləşdirməli  və  praktiki 

vərdişlərə  yiyələnməlidir.  Hər 

bir  tələbə  hansı  yolla  olur-

sa-olsun  istədiyi  yerə,  istədiyi 

ölkəyə  getsin  və  bizə  lazım 

olan  sənədləri  gətirib  gəlsin. 

Mən  hesab  edirəm  ki,  təcrübə 

dekanlığının  işi  bir  qədər  də 

genişlənməlidir.  Türkiyəyə  və 

digər  ölkələrə  göndərilən  tə-

lə bələrin  təcrübələrini  hara-

da,  necə,  proqrama  uyğun 

keçib-keçməməsi  barədə  tam 

bilgiyə malik deyilik. Lakin or-

dan  gələn  tələbə  təcrübə  za-

manı  orada  nələr  görüb,  bunu 

analiz  etməlidir.    Orada    nələr 

var və yaxud bizdə nə yoxdur. 

Bax  bu  məsələləri  də  nəzərə 

almaq  lazımdır.  Deyildi  ki,  yay 

aylarında  klinikalirda  xəstə 

az  olur.  Bu  düzgün  hal  deyil.  

Onda  insan  da  gərək  fəsildən 

fəsilə  xəstələnsin.    Sual  olu-

nur,  bəs  yayda  xəstələnən  in-

san  hara  getsin?  Ona  görə  də 

klinika  rəhbərləri  əvvəlcədən  

işçilərinin  məzuniyyət  qrafikini 

elə tutsunlar ki, həmin müddət  

bütün  şöbələr  işləsin.  Tələbə 

ora  gedəndə  nəsə  görsün. 

Bəzən  müəllimlər  öz  istədiyi 

xüsusi  zonalara  və  yaxud  do-

ğulduğu  rayona  getmək  istəyir 

və  başqa  yerə  getməkdən  bo-

yun  qaçırır.  Mən  hesab  edirəm 

ki,  eyini  adam  bir  yerə  hər  il 

getməməlidir. Əgər o adam ya-

şadığı yerə gedirsə, inanmıram 

ki,    yetərincə  tələbəylə  məşğul 

olsun.  Bu  adamların  özlərinə 

nəzarət  olunmalıdır.  Bilməliyik 

ki,  baza  rəhbərləri,  istehsalata 

göndərdiyimiz müəllimlər, eləcə 

də  oradakı  işçilərimiz  bu  işdə 

birbaşa məsuliyyət daşıyırlar.” 

Müxtəlif  məsələlərə    to-

xunan  universitetin  rəhbəri 

peşə  təcrübəsində  verilən 

məqbulların 

mahiyyətinin 

nədən ibarət olduğu ilə də ma-

raqlandı və münasibətini  bildir-

di.  Bundan  başqa  kafedralarda 

professor-  müəllim  heyətinin 

ştat  cədivəlinin  həddən  artıq 

olduğunu  vurğuladı  və  gələn 

ildən  etibarən    dərs  yükünün 

ümumi  saatla  deyil,  mühazirə 

saatlarına 

görə 

müəyyən 


edilməsini zəruri saydı. Kafedra 

müdirlərinin  dərs  yükünə  ciddi 

fikir verməsini diqqətə çatdıran  

rektor kafedra saytlarında hələ 

də  köhnə  məlumatların  qaldı-

ğını bildirdi və tez bir zamanda 

saytlarının yenilənməsini də ka-

ferdra müdirlərindən  tələb etdi.  

Sonra  universitet  kollekti-

vi  tərəfindən    namizədliyi  irəli 

sürülən    anatomiya  kafedrası-

nın  professoru  Rafiq  Əsgərov 

universitetin  ilk  məsləhətçi-

professru seçildi.

Eyni  zamanda    universitet 

əməkdaşlarının  elmi-  pedaqoji  

fəaliyyətinin  dəyərləndirilməsi  

üçün  beynəlxalq  təcrübəyə 

əsaslanan  kriteriyaların  ha-

zırlanması  məqsədilə  yaradı-

lan  monitorinq  komissiyasının 

sədri, professor Çingiz Rəhimov 

komissiyanın  tərkibinə  daxil 

olan  nümayəndələrin  adlarını 

açıqladı.  O,  gələcəkdə  bu  ko-

missiyanın    görəcəyi  işlərdən 

bəhs edərək hər bir universitet 

əməkdaşının subyektiv amillərə 

söykənən müxtəlif kriteriyaları-

nın, o cümlədən, apardığı elmi- 

pedaqoji  və  elmi-tədqiqat  iş-

ləri nin vəziyyəti ilə yanaşı, onun 

şəxsi keyfiyyəti,  kollektiv  ara-

sında reytinqi, maddi və mənəvi 

dəyərlərinin ballar üzrə  obyek-

tiv qiymətləndirilməsi qaydaları 

haqqında  şura  üzvlərinə  geniş 

məlumat verdi. 

Komissiyanın  beş  nəfərdən 

ibarət  tərkibini  təsdiqləyən 

Böyük  Elmi  Şura  müsabiqə 

məsələlərini həll etməklə öz işi-

ni yekunlaşdırdı.

Mənsur ƏLƏKBƏRLİ

BÖYÜK ELMİ ŞURADA

Böyük Elmi Şura növbəti iclasını keçirib. Yığıncağı açan



Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli 

gündəliyə keçməzdən öncə II mamalıq ginekologiya kafedrasının pro-

fessoru Naziyə Şəmsəddinskayanı və xarici dillər kafedrasının müdiri, 

professor Zemfira Məmmədovanı yubileyləri münasibətilə təbrik etdi, 

onlara işlərində uğurlar dilədi. Sonra rektor  “ATU-da  2015/2016- cı 

tədris ilində keçirilən peşə təcrübəsinin yekunları və tibb universiteti 

tələbələrinin təcrübi hazırlığının yaxşılaşdırılması” barədə məruzə 

etmək üçün sözü istehsalat təcrübəsinin dekanı, dosent Şəfa Əliyevə 

verdi.  


Yüklə 296,81 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə