Atu-nun yəmənli tələbəsi yarışmanın qalibi olub Təsisçi: Azərbaycan Tibb Universiteti



Yüklə 339,39 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix17.10.2017
ölçüsü339,39 Kb.
#5179
  1   2   3   4   5   6   7


FAKÜLTƏLƏRDƏ TƏLƏBƏ ELMİ 

KONFRANSLARI KEÇİRİLİR



ATU-nun yəmənli tələbəsi 

yarışmanın qalibi olub

Təsisçi: Azərbaycan 

Tibb Universiteti

Qəzet 1933 -cü ildən çıxır.                   № 08 (1648) 30 aprel 2017 - ci il                                    Qiyməti 50 qəpik



7

“Sağlam təhsil – sağlam millət: 

görülmüş işlər, nailiyyətlər və 

perspektivlər” mövzusunda 

elmi-praktiki konfrans 

keçirilib

“Sağlam təhsil – sağlam millət: 

görülmüş işlər, nailiyyətlər və 

perspektivlər” mövzusunda 

elmi-praktiki konfrans 

keçirilib

Qadınların təhsilli 

olması daha vacibdir

ATU nümayəndəsi İspaniyada elmi-tədqiqat işi aparıb

ATU Həmkarlar 

İttifaqı Komitəsinin 

hesabat-seçki 

konfransı keçirildi

Türkiyə vətəndaşı olan azərbaycanlı 

kardioloq-aritmoloq ölkəmizdə 

çalışmaq niyyətindədir

İNSANLARA NUR BƏXŞ EDƏN ALİM

“Revmatoloji  xəstəliklərin  müasir  diaqnostika  və 

müalicə metodları” mövzusunda konfrans keçirilib

ATU rəhbərliyi Suraxanıda akademik Zərifə xanım Əliyevanın anadan 

olmasının 94-cü ildönümünə həsr edilmiş tədbirdə iştirak edib

“Azərbaycan 

Tibb 

Universitetində 

2016/2017- cı 

tədris ilində 

təsərrüfat 

işlərinin 

vəziyyəti və 

qarşıda duran 

vəzifələr ” 

müzakirə 

olunub

BU  SAYIMIZDA 

2

 

Azərbaycan Prezidenti İlham Əliyev Qətərin sabiq 



Baş naziri və sabiq xarici işlər nazirini qəbul edib

Aprelin 29-da Azərbaycan Respub-

likasının Prezidenti İlham Əliyev Qətər 

Dövlətinin  sabiq  Baş  naziri  və  sabiq 

xarici işlər naziri Şeyx Həməd bin Ca-

sim bin Cabir Al Tanini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Həməd bin 

Casim bin Cabir Al Tani Azərbaycana 

səfərindən  keçən  10  il  ərzində 

ölkəmizdə  inanılmaz  dərəcədə  bö-

yük  dəyişikliklərin  şahidi  olduğunu 

dedi  və  paytaxtımızda  aparılan  çox 

böyük abadlıq və inkişaf proseslərinə 

valeh  olduğunu  bildirdi.  Həməd  bin 

Casim  bin  Cabir  Al  Tani  Qətərdən 

və  ölkəsinin  yerləşdiyi  regiondan 

Azərbaycana artıq çoxsaylı turistlərin 

gəlməsini məmnunluqla qeyd etdi.

Prezident  İlham  Əliyev  son  illər 

Azərbaycanda gedən inkişaf-qurucu-

luq işlərinə toxundu, insanların rahat 

yaşayışı üçün böyük həcmdə investi-

siyanın yatırıldığını dedi. Dövlətimizin 

başçısı  Azərbaycanda,  o  cümlədən 

Bakı şəhərində həyata keçirilən geniş-

miqyaslı işlərdən danışdı.

Görüş  zamanı  ölkələrimiz  arasın-

da  hava  nəqliyyatı,  turizm,  kənd 

təsərrüfatı, 

enerji, 


neft-kimya, 

birgə  sərmayə  qoyuluşu  sahələrində 

əməkdaşlığın  inkişaf  etdirilməsi 

ilə  bağlı  məsələlər  ətrafında  fikir 

mübadiləsi  aparıldı,  Azərbaycan-

Qətər 


ikitərəfli 

əlaqələrinin 

genişləndirilməsinin  önəmi  qeyd 

olundu.


8

8

3

6

4-5

6

5

Miomanın xaric edilməsindən 

sonra yaranan fəsadlar

3

7



30 aprel 2017-ci il

2

http://w w w.amu.edu.az



Müstəqil Azərbaycan Respublikasının me-

marı  olan  ümummilli  lider  Heydər  Əliyevin 

eyni zamanda Azərbaycan Tibb Universite-

tinin  də  əsil  qurucusu,  yaradıcısı  olduğunu 

qeyd  edən  məruzəçi,  bu  xeyirxah  missiya-

nın  ölkə    Prezidenti    cənab  İlham  Əliyevin 

böyük  uğurla  davam  etdirdiyini  vurğuladı. 

O,  iki  dəfə  ulu  öndər  Heydər  Əliyevin,  üç 

dəfə isə cənab Prezident İlham Əliyevin və  

ölkəmizin  Birinci  vitse-prezidenti,  Heydər 

Əliyev  Fondunun  prezidenti  Mehriban  xa-

nım Əliyevanın universitetimizə gəlişini xa-

tırlatdı. Onların  Tədris Terapevtik və Tədris 

Cərrahiyyə  Klinikalarının  tikilib  istifadəyə 

verilməsində  şəxsən  iştirak  etmələrini,  o 

cümlədən  bu  klinikaların,  eləcə  də  Tədris 

Stomatoloji  və  Onkoloji  Klinikaların  mü-

asir  tipli  avadanlıqlarla  təchiz  olunmala-

rını  dövlətin  universitetimizə  göstərdiyi 

qayğı  və    diqqətin  bariz  nümunəsi  kimi 

dəyərləndirdi.

Sözünə davam edən A.Vəliyev bildirdi ki, 

bu illər ərzində ali məktəblər arasında ön sı-

rada dayanan Azərbaycan Tibb Universite-

ti ölkəmizin ən böyük tibb təhsili mərkəzinə 

çevrilmişdir: “Tibb təhsilində tədris prosesi 

prioritetlik təşkil etsə də, universitetdə elmi-

tədqiqat  işlərinin  və  müalicə-profilaktika 

tədbirlərinin  həyata  keçirilməsinə  də  eyni 

dərəcədə  xüsusi  diqqət  yetirilir.  Bütün  bu 

işlərin yüksək səviyyədə yerinə yetirilməsinin 

bünövrəsində maddi-texniki baza, innovativ 

təchizat, müasir avadanlıqlar durur.  

Tədris,  elmi-tədqiqat,  müalicə-profilaktika, 

diaqnostika  və  reabilitasiya,  təlim-tərbi yə,  

işlərinin  ahəngdar  surətdə  yerinə  yetiril-

məsini təmin etmək üçün birbaşa rektorluğun 

tabeliyində  olan  təsərrüfat  işləri  şöbəsinin  

üzərinə  böyük  məsuliyyət  düşməsi  bütün 

ciddiyyəti  ilə  tərəfimizdən  dərk  olunur  və 

hörmətli  rektorumuz,    professor    Gəray  

Gəray bəy linin bu istiqamətdəki  göstərişləri 

ilboyu yerinə yetirilir”.

Təsərrüfat işləri şöbəsinin əsas vəzifələrini 

diqqətə  çatdıran  natiq    hesabat  dövründə  

şöbə tərəfindən bir sıra təxirəsalınmaz təmir 

və yenidənqurma işlərinin həyata keçirildiyi 

barədə geniş məlumat verdi: “Uzun müddət  

istismarda  olan  qızdırıcı  qazanlar,  odluq-

lar sıradan çıxmış və qış mövsümündə  tez 

tez  qəzalar  baş  verirdi.  Həmin  su  sızıntısı-

nı  aradan  qaldırmaq  üçün  qazanxananın 

işini    dayandırmaq  məcburiyyətində  qalır-

dıq.  Bu  da  universitetin  tədris  binalarının, 

tələbə  yataqxanalarının    istiliklə  və  isti  su 

ilə təchizatında  fasilələr  yaradırdı. Bununla  

əlaqədar qazanxananın yenidən qurulması-

na  hörmətli  rektorumuz  tərəfindən    dərhal 

göstəriş  verildi.  Qısa  bir  zamanda  qazan-

xana  binası  yenidən  təmir olundu, köhnə, 

yararsız  avadanlıq demontaj edildi,  əvəzinə 

müasir texnologiyalara cavab verən avadan-

lıqlar  quraşdırıldı.  Bu  mövsüm  universitetin  

tədris  binalarinda və yataqxanalarında istilik 

və isti su ilə əlaqədar heç bir problem yaran-

madı, təchizat fasıləsiz və yüksək səviyyədə 

təmin edildi.

3 saylı tələbə yataqxanasının  istilik təchi-

zatı nın pozulması ilə əlaqədar həmin sistem 

yenidən  qurulmuşdur.  1  və  5  saylı  tədris 

binalarında  daxılı  istilik  sistemi  plastik  bo-

rularla  tam    əvəzlənmiş,  bütün  radiatorlar 

yenilənmişdir. 2 saylı tədris binasında  yeni 

istilik  xətləri  çəkilərək  əlavə    82  ədəd  yeni 

radiator quraşdırılmışdır.

4  saylı  tədris  binasının  2-ci  mərtəbəsində 

yerləşən  kiçik  akt  zalı    kondisionerlə  qız-

dırılırdı.  Bu  isitmə  sistemi  daha  çox  enerji 

itkisinə  səbəb  olduğundan  isitmə  sistemi  

plastik borular və radiatorlarla təchiz edilərək 

mərkəzləşdirilmiş  istilik  sistemi  qovşağına 

birləşdirildi.  

İnzibati  binanın,  3  saylı  tələbə  yataqxa-

nası,  1  və  5  saylı    tədris  binalarının  dam 

örtüklərinin  bir  hissəsi  yararsız  hala  düş-

müşdü. Qış mövsümü öncəsi həmin binala-

rın dam örtüklərində defeklərinin aradan qal-

dırılması üçün lazımi işlər görülmüş,  inzibati 

binanın  zirzəmisi  və  sanitar  qovşağında,  o 

cümlədən 5 saylı tədris binasının  48 sani-

tar qovşağında əsaslı təmir işləri aparılmış, 

döşəmə və divar örtükləri keramik plitələrlə 

üzlənmiş, 

aksessuarlar 

dəyişdirilərək 

yeniləri ilə  əvəzlənmişdir.

2016-cı  ilin  sentyabr  ayında  universiteti-

mizin  hazırlıq    kursuna    xarici  ölkələrdən 

çoxsaylı  dinləyicilərin  qəbul  olunması  ilə 

əlaqədar    5  saylı  tədris  binasının  10-11-ci 

mərtəbələrində tədris prosesinin təcili təşkil 

edilməsi üçün dəhliz və otaqlarda cari təmir 

işləri həyata keçirilib. 

Patoloji  anatomiya  kafedrasının  yerləş-

dirilməsi problemini təmin etmək məqsədilə, 

Böyük akt zalının 3-cü və 4-cü mərtəbələri  

müasir tələblər  səviyyəsində təmir edilərək 

tədris üçün tam yararlı vəziyyətə salınmışdır.  

Universitetimizin 3, 5, 6 saylı tələbə yataq-

xanaları, həmçinin  3, 4, 5 saylı tədris binala-

rını  fasiləsiz  su ilə təmin etmək üçün həmin 

binalarda müasir hidrofor sistemi və nasos-

lar  quraşdırılıb.  Bütün  tədris  binalarında  və 

yataqxanalarda  alüminium  elektrik  xətləri 

mis  xətlərlə,  köhnə  şitlər  isə  yeni  şitlərlə  

əvəz olundu. Həmçinin, elektrik qoruyucula-

rı,  lampalar,  elektrik  açarları,  tələb olunan 

yerlərdə dəyişdirildi.”

Yüksək  sürətli  və  təhlükəsizlik  qaydala-

rı  çərçivəsində    istifadəçilərin    internetdən  

istifadə  etmələri üçün xüsusi texniki tədbir-

lərin həyata keçirildiyini deyən natiq son za-

manlar  internetə  daxil  olma  problemlərinin 

əmələ gəldiyini və bu problemin də artıq öz 

həllini  tapdığını,    2017-ci  ilin  yanvar  ayın-

da  3  və  6  saylı  tələbə  yataqxanalarında 

Wİ-Fİ  lokal  şəbəkə  yaradılaraq  tələbələrin 

istifadəsinə verildiyini bildirdi.

Onun sözlərinə görə, 2 saylı tədris binası-

nın 2-ci və 3-cü mərtəbələrindəki laborato-

riya  otaqları  təmir  edilmiş,  elektrik    xətləri, 

işıqlandırma  sistemi  dəyişdirilmiş,  döşəmə 

laminat  və  süni  qranitlə  üzlənmiş  və  su 

təchizatı yenilənmişdir. 2 saylı tələbə yataq-

xanasının və orada yerləşən  tələbə  polik-

linikasının təmirinə  ehtiyac  yarandığından 

2016-cı  ilin  noyabr  ayından  əsaslı  təmir 

işlərinə başlanılmışdır. 

Hesabat  ili  üzrə  həyata  keçirilən  işləri 

nəzərə çatdıran A.Vəliyev dedi ki,  yanğına 

qarşı  mühafizə  qaydaları  çərçivəsində  uni-

versitetin  binalarında  texnoloji  avadanlığın, 

elektrik şəbəkələrinin, isitmə sistemlərinin is-

tismarında yanğın təhlükəsizliyinə cavabdeh 

şəxslər təyin edilir,  yanğına qarşı təlimatlar 

hazırlanır, xüsusi  jurnallar tərtib edilir. 

Dövlət  Satınalmaları    haqqında    Azərbay-

can    Respublikası  Qanununa  uyğun  olaraq 

açıq tender vasitəsi ilə universitetə 68 ədəd 

kompyuter,  11 ədəd   Notebook,  34 ədəd  

printer, 50  ədəd  UPS,  12 ədəd  soyuducu,  

ədəd  televizor,  20  ədəd  proyektor,  tib-

bi  avadanlıq, yumuşaq inventar, dəftərxana 

ləva


 

zi  mat ları, təsərrüfat malları  alınmışdır. 

Gələcək  planlarından da danışan məruzəçi  

dedi ki, 1 saylı və 3 saylı tədris binasındaki in-

san anatomiyası kafedrasının təşrih labora-

toriyası və otaqlarının layihə-smeta sənədləri 

hazırlanaraq  təmiri  nəzərdə  tutulmuşdur. 

Bu  işlərdən  biri  də  ərazidə  təhlükəsizlik 

tədbirlərini  həyata  keçirmək  məqsədilə  tur-

niket  və  video-nəzarət  sistemlərinin  quraş-

dırılması zərurəti gündəmdə saxlanılır. Uni-

versitet  rəhbərliyinin göstərişlərinə əsasən 

kafedralar tərəfindən bərk inventarla əlaqəli  

müraciətlər    nəzərə  alınmış  və  yeni  tədris 

ilində  həmin  kafedralar  sifariş  etdikləri    in-

ventartla təmin olunacaq. 5 saylı tədris bina-

sının üzlük travertin daşlarının tökülməsi ilə 

əlaqədar  FHN-dən  rəy  alınıb,  layihə-smeta 

sənədləri  hazırlanıb  və  maliyyə  imkanlarını 

nəzərə alaraq yaxın gələcəkdə öz həllini ta-

pacaq. İdman kompleksinin də əsaslı təmirə 

ehtiyacı  olduğunu  vurğulayan  məruzəçi 

bu  məsələnin  də  hörmətli  rektorumuzun  

diqqətində  olduğunu  bildirdi.            Məruzə 

ətrafında çıxış edən kafedra müdirləri İbadul-

la Ağayev, Ədalət Həsənov və Əsaslı kitab-

xananın direktoru Ziyafət Eminova təsərrüfat 

şöbəsinin  apardığı  yenidənqurma  və  təmir-

tikinti  işlərindən  söhbət  açdılar.  Məruzəni 

qənaətbəxş  qiymətləndirən  natiqlər  bu 

sahədə  əldə  olunan  nailiyyətlərlə  yanaşı, 

problemlərin də olduğunu bildirdilər və onla-

rın aradan qaldırılması istiqamətində bir sıra  

təkliflər irəli sürdülər. HİK- nin sədri Cahan-

gir  Qasımov  qeyd  etdi  ki,  təsərrüfat  şöbəsi 

ilə  birgə  mütəmadi  olaraq    tələbə  yataqxa-

nalarına baxış keçirilir. Bu il yataqxanalarda  

daxili nizam-intizam qaydalarının pozulması, 

dəhliz və otaqlarda siqaret  çəkmək, univer-

sitet  əmlakına ziyan vurmaq, otaqlarda sa-

nitar-gigiyenik  qaydalara  riayət  edilməməsi 

kimi  hallar    Həmkərlar  İttifaqı  Komitəsində 

müzakirə  edilmiş  və  nəticədə    6  xarici  ,  6 

yerli    tələbə  ilə  bağlanmış  müqavılələrə  xi-

tam verilərək yataqxanadan xaric edilmiş,  4 

nəfər tələbəyə isə töhmət verilmişdir.

Müzakirələrə yekun vuran rektor bildirdi ki, 

təsərrüfat şöbəsi universitetin ən ağır və çətin 

sahələrindən biridir: “Nə qədər iş görülsə də, 

bu proses daim getməlidir. Məlum məsələdir 

ki,  maddi-texniki  təchizat  məsələsi  bizim 

maliyyə imkanlarımızdan asılıdır. Maddi im-

kanlarımız da hamıya bəllidir. 

Mən məlumat əldə etdim ki, tələbələr 2 mil-

yon manata yaxın təhsil haqqını ödəməyib. 

Axırda  qərara  gəldik  ki,  təhsil  haqqını 

ödəməyən  tələbələr  müəyyənləşdirilmiş 

tarixdən  dərsə  buraxılmasın.  Amma  bu  da 

problemin  həlli  demək  deyil.  Bu  yaxınlarda 

öyrəndim  ki,  dissertantura  və  doktorantura 

şöbələrində  elələri  var  ki,  illərlə  təhsil  haq-

qını ödəmirlər. Buradan göstəriş verirəm ki, 

təhsil haqqını ödəməyən dissertant və aspi-

rantların məsələsi prorektorla birgə araşdırıl-

sın və bu problem qaydasına qoyulsun.  

Biz  universitetin  daha  yaxşı  şəraitdə 

fəaliyyət  göstərməsini  istəyiriksə,  nizam-in-

tizama riayət etməliyik. Hələ də kafedralar-

da vaxtlı-vaxtında işə gəlməyən əməkdaşlar 

var.  İşə  gəlməyən  əməkdaşın  maaşı 

verilməməlidir. Bu, ciddi maliyə məsələsidir. 

Bu  yaxınlarda  bir  kafedrada  oldum,  15 

işçidən 5-i işdə idi. Kafedra müdiri 10 nəfərin 

harada olduğunu bilmir. Ola bilsin ki, bülle-

ten  götürsünlər.  O  bülletenləri  araşdırmaq 

lazımdır. 

Yaşlı nəslin nümayəndələrinə böyük hörmə-

tim var. Amma müqavilələrlə işləyənlər ara-

sında elələri var ki, onlar da işə gəlmir. Bu 

cür  insanları  işdə  saxlamaq  düzgün  deyil. 

Bəzi Tibb Universitetinin əməkdaşları başqa 

klinikalarda fəaliyyət göstərir. Hesab edirəm 

ki,  universitetin  heç  bir  əməkdaşı  iş  vaxtı 

kənarda  fəaliyyət  göstərə  bilməz.    Bunun  

məsuliyyəti  yenə  də  kafedra  müdirlərinin 

üzərindədir. Onlar bilməlidir ki, əməkdaşları 

haradadır və nə işlə məşğuldur? 

Mən heç kimi qorxutmuram. Qanunvericilik 

var,  əmək  məcəlləsi  var,  ona  müvafiq  ölçü 

götürüləcək. 

Hazırda  avadanlıqların  qeydiyyatı  aparılır. 

Verilən  avadanlıqlar  təhvil  alınanda  diqqətli 

olun ki, sonra da sizin üçün hansısa problem 

yaranmasın.  Hər  bir  kafedra  bu  məsələyə 

diqqətlə yanaşmalıdır. 

Burada universitetin istiliklə təchizi məsələ-

sinə  toxunuldu.  İstiliyin  təchizat  məsələsi 

ürəkaçandır.  Mən  bu  yaxınlarda  kitabxana-

da oldum. Orada istilik normal verildiyi üçün 

tələbələr pəncərələri açmışdılar. Tələbələrin 

şəraitinin yaxşılıaşdırılması ürəkaçan məsə-

lə dir. Bu proses davamlı olacaqdır. 

İnternet  məsələsinə  toxunmaq  istərdim. 

Müasir dövrdə internetsiz yaşamaq mümkün 

deyil. Yaxşı haldır ki, bizim iki yataqxanamız-

da  artıq  Wİ-Fİ  lokal  şəbəkə  var.  Çalışaca-

ğıq ki, digər yataqxanalarda  da bunu təmin 

edək.


Kommunal  xərcləri  maliyyənin  bir  tərkib 

his sə sidir. Yay aylarında işığa olan xərc artıq 

olub. Bu məni təcübləndirdi. Komissiya yara-

dıldı.  Məlum  oldu  ki,  universitetin  hesabına 

hansısa bir şəxs istifadə edir. O, universitetin 

ərazisində  bir  gecənin  içərisində  4  sayğac 

də yişib. Təbii ki, bu adam işdən azad olun-

du”. 


Bundan  başqa  müxtəlif  məsələlərə  də  to-

xunan  universitetin  rəhbəri  bildirdi  ki,  rek-

toryanı  şurada  attestasiya  komissiyasının 

ilkin nəticələri müzakirə olunub. Bu nəticəyə 

görə  universitetimiz  yüksək  bal  toplayıb. 

Nəticələrdə istər tədris, istər kliniki fəaliyyət 

və o cümlədən kafedralarda olan bəzi nöq-

sanlar da öz əksini tapıbdır. Mövcud nöqsan-

ların  aradan  qaldırlması  üçün  prorektorlara 

da müvafiq tapşırıqlar verilib.

Sonra kollektiv tərəfindən  namizədliyi irəli 

sürülən    qidalanma  və  kommunal  gigiyena 

kafedrasının  professoru  Maqsud  Qasımov 

kafedranın  məsləhətçi-professoru  seçildi. 

Eyni zamanda fənlər üzrə professor-müəllim 

heyətinin  imtahanın  gedişində  və  imtahan 

vərəqələrinin  doldurulmasında  iştirakını 

təmin etmək barədə tədris şöbəsinin müdiri 

Nəsimi  Qasımovun  təklifini  müzakirə  edən 

Böyük Elmi Şura  müsabiqə məsələlərini həll 

etməklə öz işini yekunlaşdırdı.

 Mənsur ƏLƏKBƏRLİ

BÖYÜK ELMİ ŞURADA

A

prelin 25-də Böyük Elmi Şuranın 

növbəti iclası keçirilib. Yığıncağı 

açan  Azərbaycan Tibb Universitetinin 

rektoru, professor Gəray Gəraybəyli 

gündəliyə keçməzdən öncə bildirib 

ki, universitet ictimaiyyətinə ağır 

itki üz verib. Bu günlərdə ortopedik 

stomatologiya kafedrasının məsləhətçi-

professoru Elxan Kərimov dünyasını 

dəyişib. Mərhumun xatirəsi bir 

dəqiqəlik sükutla yad edildikdən sonra   

“Azərbaycan Tibb Universitetində 

2016/2017- cı tədris ilində təsərrüfat 

işlərinin vəziyyəti və qarşıda duran 

vəzifələr ” barədə inzibati- təsərrüfat 

işləri üzrə prorektor Aydın Vəliyevin 

məruzəsi dinlənilib.



Yüklə 339,39 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə