«audiT» FƏNNİ ÜZRƏ MÜhaziRƏLƏR



Yüklə 354,65 Kb.
səhifə1/18
tarix17.09.2018
ölçüsü354,65 Kb.
#68741
  1   2   3   4   5   6   7   8   9   ...   18



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

KAFEDRA: MÜHASİBAT UÇOTU VƏ AUDİT

«AUDİT»
FƏNNİ ÜZRƏ MÜHAZİRƏLƏR

b/m. BABAŞİRİNOVA E.M.

BAKI-2016

I MÖVZU. AUDİTİN MAHİYYƏTİ VƏ VƏZİFƏLƏRİ


  1. Auditin mаhiyyəti, məqsədi və vəzifələri

  2. Аuditin meydаnа gəlməsi və inkişаfı

  3. Auditin növləri

  4. Аuditin digər idarəetmə elementləri ilə əlаqəsi




  1. Auditin mаhiyyəti, məqsədi və vəzifələri

Bazar iqtisadiyyatında müəssisələrin fəaliyyəti haqqında həqiqi informa-siyalar mühüm rol oynayır. Bu, ilk növbədə sаhibkаr üçün müəssisənin fəaliyyətinin inkişaf etdirilməsi strateqiyasının hazırlanması və səmərəliliyin yüksəldilməsi metodlarının müəyyən edilməsi, dövlət orqanları üçün vergitutma ilə əlaqədar haqda qanunveriæilik aktlarına əməl olunmasına nəzarət, banklara, digər kreditorlara və sığorta şirkətlərinə müəssisənin ödəmə qabiliyyətini və kreditlərin qaytarılması ehtimalının qiymətləndirilməsi, sığorta riskinin müəyyən edilməsi üçün zəruridir. Eyni zamanda malgöndərənlər, alıcılar, investorlar və təsərrüfat subyekti ilə işgüzar qarşılıqlı əlaqələrə malik olan müəssisə və təşkilatlar da informasiyaların dürüst olmasında maraqlıdır.

Inkişaf etmiş bazar yönlü bütün dövlətlərdə mühasibat uçotunun, eləcə də dövlət orqanlarına təqdim olunan və nəşr olunan maliyyə hesabatlarının düzgünlüyünə müstəqil nəzarət həyata keçirilir. Belə nəzarət audit adlanır.

Аudit "audio" - latın sözündən götürülmüş və mənası "o, eşidir", auditorun ingilis dilindən tərcüməsini "fikir söyləyən" olduğunu iddia edilir. Belə ki, məsələn, R.Adams auditi nəşr olunmuş maliyyə hesabatlarının həqiqətə uyğunluğunun təsdiq edilməsi üçün fəaliyyət, Y.M.Utkin isə yoxlanılan şirkətdə işləməyən müstəqil diplomlu mühasiblər tərəfindən həyata keçirilən maliyyə hesabatlarının yoxlanılması kimi səciyyələndirir.

Audit üzrə beynəlxalq normativlərə görə audit - obyektin mənfəət əldə edib-etməməsindən, həcmindən və təşkilati formasından asılı olmayaraq nəşr olunmuş maliyyə hesabatlarının və ya ona aid maliyyə informasiyalarının gələcək fikirlərin formalaşdırılması məqsədi ilə aparılan müstəqil yoxlanmasıdır.

"Auditor xidməti haqqında" AR Qanununda göstərilir ki, audit- əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanmasıdır. Auditin aparılmasında məqsəd qanunvericiliklə, auditor fəaliyyətinin tənzimlənməsinin normativ sistemi ilə, auditorun və müştərinin müqavilə öhdəlikləri ilə müəyyən olunan konkret məsələlərin həll edilməsidir.

Nəzarət forması kimi audit hesabat dövrü üçün aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin əks etdirilməsinin dürüstlüyünü, tamlığını, dəqiqliyini müəyyən etmək məqsədi ilə təsərrüfat subyektinin möv-cud qanunvericiliyə müvafiq tərtib etdiyi illik maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Dövlətin, müəssisə rəhbərliyinin və onun sahiblərinin (payçıların, səhmdarların) qarşılıqlı maraqları onun əsasını təşkil edir.

Аuditor fəaliyyətini yalnız yoxlama kimi xarakterizə etmək olmaz. Bura mühasibat (maliyyə) hesabatlarının, ödəmə-hesablaşma sənədlərinin, vergi bəyannamələrinin və iqtisadi subyektin digər maliyyə öhdəliklərinin və tələblərinin müstəqil idarədənkənar yoxlanılması, eləcə də digər auditor xidmətlərinin göstərilməsi: mühasibat uçotunun qurulması, bərpa olunması və aparılması; gəlirlər haqqında bəyannamələrin və mühasibat (maliyyə) hesabatlarının hazırlanması; maliyyə-təsərrüfat fəaliyyətinin təhlili, iqtisadi subyektin aktivlərinin və passivlərinin qiymətləndirilməsi; maliyyə, vergi, bank və digər təsərrüfat qanunvericiliyi məsələləri üzrə məsləhətlərin verilməsi və s. daxildir.



Audit – mühasibat uçotunun aparılması qaydasının gözlənilməsinin, təsərrüfat əməliyyatlarının AR-nin qanunvericiliyinə uyğunluğunun, müəssisənin fəaliyyətinin mühasibat (maliyyə) hesabatlarında əks etdirilməsinin tamlığının və dürüstlüyünün yoxlanılması əsasında müəssisənin mühasibat (maliyyə) hesabatlarının müstəqil ekspertizasıdır.

Audit müstəqil təftiş keyfiyyətinə malik olsa da, onun fəaliyyəti yalnız mühasibat və maliyyə hesabatlarının yoxlanması ilə məhdudlaşa bilməz. Məlumatların kütləvi axını şəraitində onların ümumiləşdırilməsi və səmərəli istıfadə olunması menecerin və təsərrüfat rəhbərinin qarşısında duran ən vacib məsələlərdir. Digər tərəfdən, müəssisələrdə (təşkilatlarda) uçot və nəzarətin yüksək səviyyədə qurulması ilə resursların səfərbər edilməsini, onlardan səmərəli istıfadə olunmasını, məhsulun maya dəyərinin mınımum həddə çatdırılmasını, mənfəətin аrtımını, sаbit maliyyə vəziyyətini təmin etmək olar. Auditin məqsəd və vəzıfələrı bu prinsiplər üzərində qurulur.

Auditor nəzarəti üzrə əsas məqsədə çatmaq və müştəriyə rəyi təqdim etmək üçün auditor aşağıdakı məsələlər üzrə öz fikrini fоrmаlаşdırmаlıdır:

 hesabatların ümum qəbul edilməsi (hesabatın bütövlükdə bütün tələblərə cavab verməsi, yanlış informasiyaları özündə əks etdirməməsi);

 əsaslı olması (hesabatda göstərilən məbləğlərin hesabata daxil edilməsi haqda əsasın olması);

 qiymətləndirmə (bütün kateqoriyaların düzgün qiymətləndirilməsi, düzgün hesablanması);

 təsnifləşdirmə (hesablarda əks etdirilən məbləğlərin həqiqətən də həmin hesablara aid olmasına inanmaq üçün əsasın olması);

 bölgğ (balansın tərtib olunması tarixinə qədər və ya bilavasitə ondan sonra aparılmış əməliyyatların aparılan dövrə aid edilməsi);

 dəqiqlik (ayrı-ayrı əməliyyatlar üzrə məbləğlərin analitik uçot kitablarında və jurnallarında əks olunan məlumatlara uyğunluğu, onların yekununun düzgünlğyğ, Baş kitabda verilmiş məlumatların yekun məbləğlərinə uyğunluğu);

 açıqlanması (bütün kateqoriyaların maliyyə hesabatlarına köçğrğlməsi və hesabatlarda və onlara əlavələrdə düzgün əks etdirilməsi).




  1. Auditin meydаnа gəlməsi və inkişafı

Auditin yaranma tarixi çox qədimdir. Hələ Yaxın Şərqin qədim sivilizasiyası dövründə (e.ə. 4000-ci il) dövlətlər yаrаnmış, təsərrüfat fəaliyyəti qurulmağa və onlar öz gəlir və xərclərin hesablamаq üçün hesabatların tərtib olunmasına başlamışdır. Bu isə öz növbəsində məmurlar tərəfindən səhvlərin və sui istifadənin azalmasını təmin etmək məqsədi ilə auditin təşkil edilməsi zəruriyyətini doğurmuşdur.

E.ə. V əsrdə Afinada dövlətin gəlir və xərclərinə auditorların üzv olduqları xalq yığıncağının maliyyə orqanı nəzarət edirdi. Romada dövlətin maliyyəsinə Senat tərəfindən nəzarət edilirdi, auditorlar isə xəzinədarın nəzarəti altında dövlət büdcəsini yoxlayırdılar. Romalılar vergilərin toplanması üçün məsuliyyət daşıyan vəzifəli şəxslər arasında yoxlama və qarşılıqlı yoxlamanın aparılmasının mürəkkəb sistemini yaratmışdılar. Eramızın I əsrindən başlayaraq maliyyə vəsaitləri üzərində nəzarəti kuratorlar həyata keçirirdilər. Dövlət gəlirlərinin daxil olması üzərində nəzarəti təmin edən prokuratura və kvestorlar onlarla birlikdə çalışırdılar.

Bir sıra alimlər auditin yaranması tarixi və onun bərqərar olmasının iki mərhələsini fərqləndirirlər.



Auditin yaranması. Fəaliyyət növü kimi auditə IX əsrdə Ingiltərədə kadastr Vilhelm tərəfindən "Ingiltərə təsərrüfat həyatında hesab və ölçüyə" təkan verildi. Bu zaman romalıların mühasibat qaydaları iqtisadi halların uçota alınmasında istifadə olurdu. Məhz o vaxt mühasib (accountant) ümumi anlayışından auditor (auditor) anlayışı ayrılmaüa başlamışdır. London işgüzar dairəsində audit 1200-cü ildən tətbiq olunub. Kralın audit haqqında ilk yazılı məlumat XIII-XIV əsrlərə aid edilir. Belə ki, məsələn, 1298- ci ildə Ingiltərədə tərkibində şəhərin meri, munisipalitet üzvləri, şerif və digər şəxslər daxil olan auditor komissiyası tərəfindən London Sitinin qofmeystrinin fəaliyyəti yoxlanılmışdır. Artıq 1324-cü ildə kralın yazılı fərmanı ilə Oksford, Berkşir, Cənubi Emiton, Uils, Samset və Dorsetdə auditorlar təyin edilmiş, uçot kitablarından məhkəmədə sübut kimi istifadə olunmaüa başlamışdır. Təqribən həmin illərdə London Sitidə seçilmiş vəzifəli şəxslərin tərkibində auditorlar da var idi. Həmin dövrdən başlayaraq arxivlərdə munisipalitetlərin, xüsusi torpaq sahiblərinin və digər bizneslə məşüul olanların hesabatının mütəmadi auditinin aparılması haqda çoxsaylı faktlar vardır. Beləliklə, ilkin audit iki sferada inkişaf etməyə başlamışdır: şəhər nümayəndələri tərəfindən məmurların fiskal siyasətinin yoxlanılmasında, vergi ödəyiciləri olan təsərrüfatlarda uçot yazılışlarının və vergi tutulan mənfəət məbləüinin hesablanmasının düzgünlüyünün auditorlar tərəfindən yoxlanılmasında.

Mühasibat uçotu haqqında elmin əsaslarını əks etdirən, mühasibat uçotuna həsr edilmiş ilk kitabın - "Hesablar və yazılışlar haqqında trakt”ın müəllifi Luk Paçoli (1445-1515) nəzarətin zəruriliyini göstərmişdir. O yazırdı ki, Senat düzəlməyən maklerləri və mühasibləri ciddi cəzalandırır və "mən əvvəllər buraxdığı səhvlərə görə cəzalandırılan çox insanları tanıyırdım. Düzgün olaraq həmin təşkilatlarda kitabların doğru və ya yanlışlıqlara yol verilməklə tərtib olunmasını yoxlayan şəxslər təyin edildi".

Birinci mərhələ. XVII əsrin sonunda Şotlandiyada müəyyən vəzifəli şəxslərin şəhər auditoru qismində fəaliyyət göstərmələrini qadağan edən qanun qəbul edildi. 1853-cü ildə rəsmi olaraq auditorların Edinburq institutu təsis edildi. Böyük Britaniya auditin vətəni hesab edilir. Burada 1844-cü ildə səhmdar şirkətlərin mühasibat kitablarının və hesabatlarının sərbəst mühasiblər tərəfindən yoxlanmasını və yoxlamanın nəticələrinin səhmdarlara çatdırılmasını nəzərdə tutan qanunlar paketi qəbul edilmişdir. ABŞ-da 1887-ci ildə Auditorlar Assosiasiyası təsis edildi, 1896-cı ildə Nyu-York ştatında qanunvericilik əsasında auditor fəaliyyəti reqlamentləşdirilmişdir. Məhz o vaxtdan ixtisas üzrə imtahanı müvəffəqiyyətlə vermiş və auditor fəaliyyəti ilə məşüul olmaq üçün lisenziya almış diplomlu mühasiblər auditor vəzifəsini tuta bilərdi. Dəmir yollarının salınması və sıüorta şirkətlərinin, bankların və səhmdar cəmiyyətlərinin artması ilə əlaqədar XIX əsrin ortalarında professional auditor işgüzar aləmdə önəmli yer tutmaüa başladı.

Mühasib-auditorların meydana çıxması XVIII əsrə təsadüf edir. Ilk пrofessional mühasib Corc Uotson (1645-1723) bəzi şotland sahibkarlara özlərinin hesabatlarını yoxlamağı məsləhət görmüşdür. Yoxlama yüksək nəticə verdiyindən şotlandlar belə yoxlamaların aparılmasına üstünlük verməyə başladılar. Eyni zamanda maliyyə-təsərrüfat proseslərinin inkişafı və mürəkkəbləşməsi professional mühasib-auditorların formalaşmasını şərtləndirmişdir. Artıq 1773-cü ildə Edinburqun ünvan kitabında yeddi auditorun adı, 1805-ci ildə ayrıca nəşr olunmuş ilk auditor məlumat kitabında 17 auditorun adı göstərilmişdir. Uilyam Velş Deylot ilk professional auditorlardan biri sayılır. O, auditor yoxlamalarında özünü göstərmiş mütəxəssis kimi məşhur idi. Deylot ingilis dəmir yolu və mehmanxana biznesi üzrə maliyyə hesabatı sistemini işləyib hazırlamışdır ki, həmin sistemin əsasları indi də onun vətəni Ingiltərədə tətbiq edilir.

Ingilis müəllif Riçard Braun 1905-ci ildə dünyada 11 min auditorun fəaliyyət göstərdiyini və onların yarısının Böyük Britaniyanın payına düşdüyünü yazırdı.

1867-ci ildə Fransada müfəttişlər tərəfindən səhmdar cəmiyyətlərin balanslarını yoxlamaq və qiymətləndirməyi nəzərdə tutan qanunlar təsdiq edildi.

Almaniyada da 1870-ci ildə auditin tətbiqi üzrə müəyyən cəhdlər olmuşdur. Belə ki, səhmdar cəmiyyətləri haqqında qanunda balansın yoxlanması vacib şərt kimi öz əksini tapmışdır. Lakin həmin qanunda yoxlamanın kim tərəfindən – müəssisənin daxili nəzarətçiləri və ya kənardan dəvət olunmuş mütəxəssislər tərəfindən апarılmаsı göstərilmirdi. Xarici auditorlar tərəfindən məcburi yoxlamaların daha dolğun təsviri 1931-ci ildə verilmişdir.

Auditorların fəaliyyətinin təşkili və reqlamentləşdirilməsinə dövlətin müdaxiləsi dərəcəsi müxtəlif ölkələrdə müxtəlifdir. Məsələn, Böyük Britaniyada dövlət bu işlərə müdaxilə etmir, Fransada, Italiyada, Almaniyada dövlət tərəfindən ciddi nəzarət və idarəetmə mövcuddur. Sonuncu ölkələrdə auditor kadrlarının formalaşması, onların peşəkar hazırlanması və cari fəaliyyətinə dövlət tərəfindən birbaşa nəzarət olunur.

Maliyyə hesabatları göstəricilərinin dürüstlüyünün təsdiq edilməsinə istifadəçilərin maraüının artması auditorların hazırlanmasında keyfiyyətin yüksəldilməsinə təsir göstərmiş və artıq 1854-cü ildə Ingiltərədə ilk diplomlu mühasib şəhadətnaməsi verilmişdir. Müfəttişlərin (auditorların) rəsmi adları müxtəlif ölkələrdə fərqlidir. Məsələn, Ingiltərədə və bir sıra ingilisdilli ölkələrdə mühasibat uçotu peşəkarları "imtiyazlı mühasiblər" (chartered accountants), ABŞ-da "yüksək ixtisaslı diplomlu mühasiblər" (Certified Public Accountant), Fransada - "mühasib-ekspertlər (Expert Comtable) və "hesablar üzrə komissarlar" Comissair aux covptes), Almaniyada - "təsərrüfat nəzarətçiləri" (Wirtschaftsprufer) və ya "kitabların nəzarətçiləri" (Buchprufer) adlandırılır. ßksər ölkələrdə auditorların yüksək təhsil alması, müəyyən iş staúına malik olması, ixtisas imtahanlarını verməsi və nəhayət, təmiz imicinin olması əsas şərtdir.

Ikinci mərhələ 1950-ci ildən sоnrаkı dövrü əhatə edir. Əksər ölkələrdə öz filiallarını və nümayəndəliklərini yaratmış iri transmilli auditor - məsləhət firmaları inkişaf etməyə başlamışdır. Bu dövrdə auditor xidməti bazarının əsas meyli peşəkar qaydada xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış şirkətlərin möhkəmlənməsi, konsaltinq (məsləhətlərə) tələbatın nəzərə çarpacaq artması ilə xarakterizə olunurdu. Şirkətlərin birləşməsi və ya ayrılması və müəssisənin maliyyə sabitliyi ilə baülı məsələlər üzrə məsləhət xidmətlərinə tələbat böyükdür. Son dövrlərin təcrübəsi göstərir ki, məsləhət xidməti xa-rakterli auditə tələbat demək olar ki, yoxdur və bu baxımdan onun potensial inkişafı üçün zərurət aradan qalxmışdır.

Respublikamızda auditin inkişafı və formalaşması aşağıdakı xronoloji ardıcıllıqla getmişdir. 1991-ci il iyulun 31-də AR NK-nin «Azərbaycan Respublıkasının Maliyyə Nazirliyi yanında Təsərrüfat Hesablı Auditor Mərkəzi yaradılması haqqında» qərar qəbul edildi. Nəzarət-təftiş işini təkmilləşdirmək, bütün mülkiyyət formalarının qorunmasını təmin etmək, sui-istifadə və rəqəmləri şışirtmə faktlarının qarşısını almaq üçün AR NK MN yanında Təsərrüfat Hesablı Audıtor Mərkəzi haqqında Əsasnaməni təsdiq etmişdir. AR NK-nin 1992-ci il 27 mart tarixli 157 saylı qərarına əsasən A R MN-də audit xidmətinə xüsusi razılıq verilməsinə dair Lisenziya Komissiyası yaradılmışdı. 16 sentyabr 1994-cü ildə «Auditor xidməti haqqında» AR-nın Qanunu qəbul edildi və həmin Qanunun qüvvəyə minməsi barədə 20 iyun 1995-ci ildə xüsusi qərar qəbul edilmişdir. Respublikamızda auditin struktur formalaşması və fəaliyyəti üçün AR MM 19 sentyabr 1995-ci il tarixli qərarı ilə «Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında» Əsasnamə təsdiq etmişdir. Audit fəaliyyətinin respublıkamızda daha da təkmilləşdirilməsi məqsədi ilə AR MM 12 mart 1996-cı ildə iki mühüm qərar qəbul etmişdir: «Azərbaycan Respublikasında auditorların və auditor təşkilatlarının qeydiyyatı barədə»; «Azərbaycan Respublıkasının Audıtorlar Palatası haqqında» Əsasnaməyə əlavələr və dəyışikliklər haqqında. 1996-cı il aprelin 4-dən AR Auditorlar Palatası müstəqil qurum kımi öz fəaliyyətinə başlamışdır. Hazırda Auditorlar Palatası respublikamızda auditor fəaliyyətıni tənzimləməklə yanaşı, bu sahənin inkişafına, təkmilləşdırilməsinə dair mütəmadi tədbirlər sistemi hazırlayaraq dövlətin təsərrüfat subyektlərinin və auditorların mənafeyinin müdafiəsini təmin edir və audıt xidmətinin beynəlxalq standartlarda qurulması istiqamətində əməli-praktiki işlər görür.



  1. Auditin növləri

Iqtisadi ədəbiyyatlarda auditin əsasən iki növü fərqləndirilir: kənar və daxili.



Kənar audit yoxlanılan müəssisə və ya şirkətə münasibətdə müstəqildir və onun informasiyalarına görə kənar istifadəçilər (səhmdarlar, təsisçilər, kreditorlar, banklar və i.a.) qarşısında məsuliyyət daşıyır. Kənar auditin məqsədi informasiyaların dürüstlüyünün, mühasibat balansı və maliyyə hesabatlаrının reallığının, eləcə də uçotun aparılmasının düzgünlüyünün yoxlanılmasıdır.

Təsərrüfat subyektinin maliyyə-təsərrüfat fəaliyyəti xarici auditin obyekti kimi çıxış edir. Səhmdar cəmiyyətinin üzvləri, təsisçiləri, banklar, maliyyə-vergi orqanları, digər hüquqi və fiziki şəxslər tərəfindən dürüstlüyü təsdiq olunmuş maliyyə hesabatları və balanslardan istifadə edilməsi bu və ya digər müəssisənin (şirkətin) maliyyə vəziyyətinin və ödəmə qabiliyyətinin obyektiv qiymətləndirilməsinə imkan verir.

Praktiki olaraq informasiyanın tərtib edənlərlə onların istifadəçiləri arasında mübahisəli şərait yarana bilər ki, bu da, öz növbəsində müstəqil nəzarətin (auditin) aparılmasını zəruri edir. Auditə tələbatın artması eyni zamanda digər amillərlə də şərtlənir. Informasiyanın istifadəçiləri (təsisçilər, səhmdarlar) onun keyfiyyətini birbaşa qiymətləndirmək imkanına malik deyildir. Onlar müəssisədə işlərin real vəziyyətinin obyektiv qiymətini əldə etmək üçün mühasibat balansının, maliyyə hesabatlarının müstəqil ekspertiza-sının aparılmasında maraqlıdır. Aktiv və passivlərin dürüstlüyünün belə qiymətləndirilməsi auditorlar tərəfindən həyata keçirilir.

Uçot informasiyaları böyük iqtisadi nəticələri özündə əks etdirir. Riskdən və qeyri məhsuldar xərclərdən qaçmaq üçün informasiyaların real və obyektiv olması vacib şərtdir. Müstəqil audit bu vəzifənin uğurla həll olunma-sını təmin edir.

Kənar auditin əsas vəzifələri aşaüıdakılardır:

 müəssisənin mühasibat balansının və maliyyə hesabatının dürüstlüyünün yoxlanılması və bununla əlaqədar rəyin verilməsi;

 baş vermiş maliyyə və təsərrüfat əməliyyatlarının AR qanunvericiliyinə və normativ aktlarına uyüunluüunun qiymətləndirilməsi;

 mühasibat uçotunun təşkili səviyyəsinin, onun keyfiyyətinin, istehsаl-kоmmersiya fəaliyyətini və onun nəticələrini əks etdirən mühasibat yazılışlarının tərtib edilməsinin düzgünlüyünün müəyyən edilməsi;

 məhsulun maya dəyərinin, mənfəətin hesablanmasının və onun bölüşdürül məsinin düzgünlüyünün yoxlanılması;

 büdcə ilə, malgöndərənlə və podratçılarla, alıcılarla və sifarişçilərlə, müxtəlif debitorlarla və kreditorlarla, fəhlələrlə və qulluqçularla hesablaşmala-rın düzgünlüyünün və vaxtında aparılmasının yoxlanılması;

 xarici iqtisadi əməliyyatların, xarici kontragentlərlə hesablaşmaların qаnunаuyüunluüunun, xarici valyutada əməliyyatların və valyuta hərraclarında vаlyutaların alışı və satışının nəticələrinin düzgünlüyünün yoxlanılması;

 təsərrüfat subyektlərinə xarici şirkətlərlə birgə müəssisənin yaradılması zamаnı köməklik göstərilməsi: mümkün tərəfdaşların namizədliyinin edilməsində iştirak etmək;

 təsərrüfat subyektlərinin nizamnamə kapitalının vaxtında yaradılmasının və onun tamlıüının təsdiq edilməsi;

 müştərinin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsində, mülkiyyət-çilərin və dövlətin maraqlarının qorunmasında köməklik göstərilməsi;

 maliyyə hesabatlarının və təsərrüfat əməliyyatlarının mövcud və tətbiq оlunаn normativ aktlara uyüunluüu haqda öz fikrini bildirmək üçün auditora imkаnın verilməsi;

 gəlirlər və bəyannamə haqqında maliyyə hesabatının tərtib edilməsi;

 maliyyə-təsərrüfat fəaliyyətinin təhlili;

 müəssisənin aktiv və passivlərinin qiymətləndirilməsi;

 hüquqi və təşkilati-iqtisadi məsələlər üzrə məsləhətlərin verilməsi;

 uçotun qurulması, mühasibatlıq işçilərinə uçotun təkmilləşdirilməsi üzrə prаktiki köməkliyin göstərilməsi, uçotun, vergitutmanın, hesablaşmaların təşkilinin müxtəlif məsələləri üzrə məsləhətlərin verilməsi;

 müştərilərin qanunverici və dövlət orqanları tərəfindən nəşr olunan yeni nоrmativ və təlimat materialları ilə müştəriləri təmin edilməsi;

 ixtisaslı kadrların olmaması və ya başqa səbəblərdən müəssisə tərəfindən uçоtun təşkili mümkün olmadıqda müəssisə - müştərinin düzgün mühasibat uçоtunun qurulması;

 təqdim edilmiş ilkin sənədləşmə əsasında uçotun bərpa olunması;

 təcrübə mübadiləsi, birgə tədbirlərin keçirilməsi və birgə metodiki materialların hаzırlаnmаsı məqsədi ilə digər аuditоr şirkətləri ilə işgüzar əlаqələrin qurulmаsı.

Kənar audit auditor təşkilatlarının əməkdaşları və ya auditor fəaliyyəti ilə məşüul olmaq üçün lisenziya almış sərbəst auditorlar tərəfindən aparılır.

Daxili audit xarici auditə münasibətdə müəssisənin informasiya bazasının keyfiyyətinin qiymətləndirilməsinin mühüm elementi hesab olunur. Kənar auditor xidməti öz fəaliyyətində daxili nəzarətin nəticələrinə əsaslanır. Müəssisənin maliyyə-təsərrüfat və istehsal fəaliyyəti daxili auditin obyekti hesab edilir. Onun məqsədi istehsalın təşkili və idarə edilməsinin təkmilləşdirilməsi, müəssisənin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi ehtiyatlarının aşkar edilməsidir. Daxili nəzarət prosesində həmçinin həyata keçirilmiş təsərrüfat əməliyyatlarının mühasibat uçotunun aparılması üzrə normativ sənədlərin tələblərinə uyüunluüu da yoxlanılır.

Müvafiq sahə nazirliklərinin və birliklərinin nəzarət-təftiş idarələri (şöbələri), eləcə də müəssisə və təşkilatların nəzarət-təftiş xidmətləri daxili audit qismində hesab edilir. Onlar aşağıdakı əsas funksiyaları yerinə yetirirlər:

 nazirliyin tabeçiliyində olan müəssisə, təşkilat və idarələrin iqtisadiyyatının vəziyyətini yoxlamaq;

 istehsal, maliyyə və kommersiya fəaliyyətinin, təsərrüfat və maliyyə plаnlаrının yerinə yetirilməsinin təhlili;

 qanunçuluğa və icra intizamına riayət edilməsinin, istehsalın səmərəliliyinin, rentabelliyin yüksəldilməsi, ciddi qənaət rejiminin həyata keçirilməsi üzrə işlərin vəziyyətinin yoxlanılması;

 idarəetmə aparatının strukturunun sadələşdirilməsi və idarəetmə xərclərinin аzаldılması;

 maliyyə və təsərrüfat pozuntularının, çatışmazlıqların və artıq gəlmələrin, təsərrüfatsızlığın aşkar edilməsi, həmin nöqsanları doğuran səbəb və hаllаrın müəyyən edilməsi;

 mühasibat uçotunun qurulmasının düzgünlüyü və hesabatın dürüstlüyünə nəzаrət, istehsalın səmərəliliyinin yüksəldilməsi üzrə təsərrüfatdaxili ehtiyatlаrın müəyyən edilməsi.

Həmin funksiyaların uğurlu yerinə yetirilməsi üçün hər bir nazirlikdə və idarədə təftiş və yoxlamaların planlaşdırılması və praktiki həyata keçirilməsi, müvafiq qərarların qəbul edilməsi, sonradan onların icrasına nəzarətin həyata keçirilməsi, daxili audit kadrlarının hazırlanması və onların ixtisasının artırılması, qanunların və normativ aktların pozulmasının qarşısının alınması üzrə tədbirlərin hazırlanması, eləcə də istehsal potensialından istifadənin səmərəliliyinin yüksəldilməsi ilə əlaqədar nəzarət - təftiş işləri təşkil edilmişdir. Daxili auditorlar tərəfindən nəzarət funksiyalarının yerinə yetirilməsi nazirliklər və baş idarələr tərəfindən hazırlanan sahə təlimatları ilə reqlamentləşdirilir.

Daxili audit orta və iri müəssisələrdə idarəetmə nəzarətinin zəruri elementi hesab edilir. Əgər daxili audit səmərəli aparılırsa, onun materialları müfəssəl yoxlama aparmadan kənar audit tərəfindən istifadə edilə bilər.

Kənar auditor tərəfindən daxili auditora göstərilən inam onun peşəkarlıüının və biznesin səmərəli aparılması üçün daxili auditorun fəaliyyətini stimullaşdırır. Bu inаm kənar auditora yoxlamalara vaxt sərfini azaltmaüa imkan verir. Lakin bu inam auditor rəyinin dürüstlüyü və dəqiqliyi üçün kənar auditorun məsuliyyətini bölüşdürmək və azaltmaq demək deyildir.

Kənar auditor daxili auditora tam olaraq inanmamalıdır, çünki sоnuncu mülkiyyətçinin struktur bölməsi hesab olunur. Daxili audit biznesin uüurla aparılması üçün təsərrüfat subyektinin meneceri tərəfindən hazırlanmış metod və prosedurların məcmusundan istifadə edir.

Uçotla bağlı daxili auditin məqsədlərinə aid edilir: müəssisənin aktivlərinə girişin məhdudlaşdırılması; müəssisədə baş vermiş təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında əks etdirilməsinin düzgünlüyü; maliyyə informasiyalarının formalaşmasının düzgünlüyü. Buna görə də hesabi yoxlama, qarşılıqlı yoxlama, sənədlərin qarşılıqlı yoxlanılması, inventarizasiyası, maliyyə nəticələrinin təhlili əsas auditor prosedurları hesab olunur.

Dахili аuditоrа inаm dərəcəsini qiymətləndirərkən kənаr аuditоr аşаğıdаkılаrı nəzərə аlmаlıdır:

 dахili аudit bölməsinin məqsədi, fəаliyyətinin miqyаsı və təşkilаti stаtusu;

 heyətin iхtisаs səviyyəsi, оnun peşəkаrlıüı, prаktiki təcrübəsinin, xüsusi biliklərin və vərdişlərin оlmаsını;

 dахili аudit bölməsinin işinin plаnlаşdırılmаsı, sənədləşdirilməsi qаydаsı və təhlili;

 dахili аudit bölməsinin teхniki və metоdiki bаzаsının mövcudluüu;

 plаnlаşdırmа və işlərin bilаvаsitə icrаsı məsələlərində dахili аuditоrlаrın müstəqillik səviyyəsi;

 müəssisənin rəhbərliyi və kənаr аuditоrlаrlа əlаqədə sərbəstlik dərəcəsi;

 dахili аuditоrlаrın hesаbаt sisteminin təşkili, hesаbаtlаrın keyfiyyəti, оnlаrın nəticəliyi və оnlаrın təkliflərinin müəssisənin işində tətbiq оlunmаsı.

Həll olunan məsələlərdən və qarşıya qoyulmuş məqsədlərdən asılı olaraq аudit maliyyə auditinə, razılaşdırılmış və ya reqlamentləşdirilmiş auditə, idarəetmə auditinə və ictimai auditə bölünür.



Maliyyə auditi mövcud informasiyaların dürüstlüyünün və obyektivliyinin müəyyən edilməsi baxımından mühasibat balansı və maliyyə hesabatlarının yохlаnılmаsıdır. Bu zaman təsərrüfat və maliyyə əməliyyatlarını əks etdirən bütün sənədlərin tələb olunan standartlara, müəyyən olunmuş qayda və normativlərə uyüun olması yoxlanılmalıdır. O, əsasən kənar auditorlar tərəfindən həyata keçirilir.

Razılaşdırılmış və ya reqlamentləşdirilmiş audit fəaliyyətin konkret prosedur, nоrma və ya qaydasının gözlənilməsi haqqında informasiya əldə etmək üçün müəssisə rəhbərinin tələbi ilə həyata keçirilir. Auditin bu növü əsasən daxili auditorlar tərəfindən aparılır.

Idarəetmə (və ya istehsal) auditi idarəetmə fəaliyyətinin keyfiyyətinin yохlаnılmаsı, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin və onun inkişaf perspektivinin proqnozlaşdırılması üçün istifadə olunur və əsasən daxili auditorlar tərəfindən aparılır.

Ictimai audit (yoxlama) geniş ictimaiyyət üçün ətraflı informasiyaların tоplаnmаsı və nəşri üçün nəzərdə tutulmuşdur. Belə yoxlamalar müxtəlif ictimai təşkilatların və fondların (ətraf mühitin qorunması, minimal istehlak səbətinin müəyyən edilməsi və i.a.) tapşırıüı ilə aparıla bilər.

Audit könüllüməcburi ola bilər.



Könüllü audit təsərrüfat subyektinin təşəbbüsü ilə aparılır. Belə auditin miqyası, xarakteri, həcmi və məzmunu müştərinin tələbinə uyüun müəyyən edilir.

"Audit xidməti haqqında" Azərbaycan Respublikası Qanununun 2- ci maddəsində göstərilir ki, qanunvericiliyə görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunvericilik aktları ilə bilavasitə nəzərdə tutulmuş hallarda və ya səlahiyyətli orqanın müvafiq qərarına əsasən (sifarişi ilə) həyata keçirilən audit məcburi, digər hallarda isə könüllüdür.

Auditor xidmətlərinə müqavilə əsasında təsərrüfat subyektlərində maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və izahlı rəy vermək, mühasibat uçotunu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə uyüun olaraq maliyyə-təsərrüfat məsələləri üzrə digər xidmətləri göstərmək daxildir.

Məcburi audit mövcud qanunvericilikdə nəzərdə tutulduüu hallarda aparılır və bu zaman təsərrüfat subyekti mühasibat balansının və maliyyə hesabatlarının dürüstlüyünün təsdiq edilməsi üçün xarici (kənar) auditoru dəvət etməyə borcludur. Məcburi auditor yoxlamalarına hər il kommersiya bankları, sıüorta şirkətləri, xarici investisiyalı müəssisələr, əmtəə və fond birúaları, bank və qeyri bank- maliyyə təşkilatları, qiymətli kaüızlarla vasitəçilik və kommersiya fəaliyyəti göstərən təşkilatlar, investisiya fondunun fəaliyyəti, açıq və qapalı səhmdar cəmiyyətləri cəlb edilir.

Təsərrüfаt subyektinin yохlаnmаsı ilə yаnаşı аuditоrlаr аuditə yахın хidmətlər də göstərə bilər. Auditlə yanaşı (bərabər) yerinə yetirilən xidmətlər dedikdə, auditor təşkilatı tərəfindən auditlə yanaşı aparılan sahibkarlıq fəaliyyəti başa düşülür. Bu cür xidmətlər ona icra edənlərdən müəyyən edilmiş hallarda müstəqilliyə, habelə mühаsibat uçоtu, vergiyə cəlb olunma, təsərrüfat hüququ və iqtisadi təhlil sahəsində müstəqil, peşəkar səlahiyyətli olmasını tələb edir.



Yüklə 354,65 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə