Autentifikasiya sertifikatı necə əldə etməli



Yüklə 8,25 Kb.
tarix17.10.2017
ölçüsü8,25 Kb.
#5499
növüQaydalar


Autentifikasiya sertifikatı necə əldə etməli
Autentifikasiya sertifikatı əldə edərkən aşağıdakı qaydalara riayət etmək lazımdır:


  1. Autentifikasiya sertifikatı əldə etmək üçün hər bir vətəndaş şəxsiyyət vəsiqəsi ilə Qeydiyyat Mərkəzinə müraciət etməlidir. Bu zaman Qeydiyyat Mərkəzində vətəndaşın adına Ərizə formalaşdırılır;

  2. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

  • vətəndaşı şəxsiyyətini təsdiq edən sənədin sürəti;

  • vətəndaşın adından çıxış etmək səlahiyyəti olan şəxsə verilən etibarnamə;

  • ödəniş qəbzi.

  1. Qeydiyyat operatoru vətəndaş tərəfindən təqdim olunmuş sənədlərin düzqünlüyünü yoxlayır;

  2. Təqdim olunmuş sənədlər düzgün olduqda, müraciət etmiş şəxslə Mərkəz arasında yazılı müqavilə bağlanılır, əks halda isə Mərkəz sertifikatın verilməsindən imtina edir.

  3. Qeydiyyat operatoru elektron qeydiyyat proseduru üçün vətəndaşa unikal identifikator kodu verir. Vətəndaşın adında birdən çox unikal identifikator (əgər o ayrı-ayrı cihazlar üçün iki ayrı autentifikasiya sertifikatını istəyirsə) ola bilər;

  4. Elektron qeydiyyat prosesində, vətəndaş FİN (Fərdi İdentifikasiya Nömrəsi, Azərbaycan Respublikasında istifadə olunan milli identifikator) və qeydiyyat operatorundan alınmış unikal identifikatoru istifadə etməlidir. Elektron qeydiyyat prosesi iOS, Android, Blackberry və ya Nokia mobil cihazlarda aparılmalıdır;

  5. Sorğu birbaşa mobil cihaz yaradılır və Sertifikat Xidmətləri Mərkəzinin Qeydiyyat Səlaxiyyətlisinə elektron formada göndərilir;

  6. Əgər FİN və unikal identifikator verilənlər bazasında saxlanılan məlumatla eynidirsə, sorğu əsasında sertifikat hazırlanır və onun yükləməsi və quraşdırılması üçün unikal link vətəndaşa qaytarılır;

  7. Sertifikatın hazırlanma prosesi Sertifikat Səlaxiyyətlisi operatorları tərəfindən həyata keçirilir;

  8. Sertifikat Xidmətləri Mərkəzinə sertifikat sorğusunu göndərmək imkanına malik olmayan telefonlar (Nokia, Blackberry) xüsusi interfeys vasitəsilə hazırlanmış sertifikat vətəndaşın yükləniləcək. İnterfeys telefon və ya kompyuterin (Blackberry telefonunda sertifikatlar sadəcə masa üstü proqramla - Blackberry Desktop Manager-la yüklənilir) köməyi ilə əldə edilə bilər.

  9. Müqavilədə göstərilən xidmətlərin növü və təsviri, müddəti, qiyməti, xüsusi şərtləri, sertifikata daxil edilən digər məlumatlar, həmçinin təkmil sertifikatlar və onlar barədə məlumatların ümumi axtarışına imza sahibinin razılığı göstərilməlidir. Qiymətlər mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilmişdir;

  10. Mərkəz sertifikatın verilməsi üçün vətəndaşla ilə müqavilə bağlamazdan əvvəl onu sertifikatın istifadə qaydaları, mərkəzin hüquqi statusu və akkreditə vəziyyəti barədə məlumatlandırır;

  11. Verilmiş autentifikasiya sertifikatı Mərkəz tərəfindən “Verilmiş sertifikatlar reyestri”nə daxil edilir və bu andan yayımlanmış hesab edilir.

Yüklə 8,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə