Ъавидляр айы



Yüklə 2,22 Mb.
səhifə1/101
tarix25.06.2018
ölçüsü2,22 Mb.
#51527
  1   2   3   4   5   6   7   8   9   ...   101


 

Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyya-

tının,  mədəniyyətinin  inkişaf  etməsində  misilsiz 

xidmətlər göstərmişdir. 

Hüseyn  Cavid  Azərbaycan  xalqını,  onun  mə-

dəniyyətini,  ədəbiyyatını,  elmini  yüksəkliklərə  qal-

dıran böyük şəxsiyyətlərdən biridir.  

Hüseyn  Cavidin  yaratdığı  əsərlər  Azərbaycan 

xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələ-

cək nəsillər üçün dərslik kitabıdır.  

Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəa-

liyyəti  Azərbaycan  xalqının  mədəniyyətini  yüksək-

lərə  qaldırmaqdan,  xalqımızı  azad,  müstəqil  xalq 

etməkdən  ibarət  olubdur.  Onun  bütün  yaradıcılığı 

Azərbaycan xalqını Milli azadlığa, müstəqilliyə ça-

ğırıbdır.  

O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, 

millətinə sadiq olmuşdur, millətini, xalqını həddin-

dən  artıq  sevmiş  və  millətinə  həddindən  artıq  xid-

mət edən bir insan olmuşdur. 

 

Heydər Əliyev

 

 



 

 

 




 



AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 



HÜSEYN CAVİDİN EV MUZEYİ 

 

Hüseyn Cavidin anadan olmasının 

125 illiyinə həsr edilir 

 

 



 

 

 



 

 

 

 

CAVİDŞÜNASLIQ 

 

araşdırmalar toplusu 

 

I  

 

 



 

 

 

 

 

 

 

 

 

 


 



BAKI – «ELM» - 2007 




 



Azərbaycan Milli Elmlər Akademiyası 



Hüseyn Cavidin Ev Muzeyinin 

Elmi Şurasının qərarı ilə çap olunur 

(yeni əlavələrlə) 

 

Redaktor: 



GÜLBƏNİZ BABAXANLI 

filologiya elmləri namizədi 

 

Tərtibçilər: 



GÜLBƏNİZ BABAXANLI 

filologiya elmləri namizədi 

 

FƏRİDƏ İBRAHİMQIZI 



sənətşünaslıq namizədi 

 

 



Cavidşünaslıq I (araşdırmalar toplusu).  

 Bakı: «Elm», 2007. – 324 səh. 

 

 

ISBN–5–8066–1761-0



 

 

Hüseyn Cavidin Ev Muzeyində hazırlanmış bu kitaba Azər-



baycanın  mütəfəkkir  şairi Hüseyn  Cavid  yaradıcılığı  ilə bağlı illər 

öncə  və  bu  gün  müasirlərimiz  tərəfindən  tədqiq  edilən  və  qələmə 

alınan xatirə, oçerk, elmi tədqiqat və esse xarakterli materiallar top-

lanmışdır.  Müntəzəm  nəşri  nəzərdə  tutulan  «Əsərlər»in  bu  ilk  cil-

dinə yeni məqalələrlə yanaşı klassik ədəbiyyatşünaslarımız tərəfin-

dən ayrı-ayrı vaxtlarda yazılmış, xarici və yerli mətbuatda öz əksini 

tapmış materiallar da daxil edilmişdir. 

 

 



 

2007


)

07

(



655

460300000

 

 



© Hüseyn Cavidin Ev Muzeyi, 2007 


 



HÜSEYN CAVİD 



İRSİNİN ÖLMƏZLİYİ 

 

(Ön söz) 

 

Represiyadan  reabilitasiyaya  doğru  keçdiyi  uzun  və 

üzüntülü yolda Cavid ruhu həmişə öz xalqı ilə olmuş, Vətənin 

taleyini  fərdin  taleyindən  uca  tutan  ziyalıların  ürəyinin  və 

beyninin  ən  məhrəm  guşələrində  əzizlənə-əzizlənə  qorunub 

saxlanmışdır.  Əfsanəvi  Simurq  quşu  kimi  buzlu  cəhənnəmin 

alovları  içindən  silkinib  çıxan  Cavid  irsi-əfsanəvi  nağıl  qəh-

rəmanımız əfsanəvi Məlik Məmməd qədər mənəviyyatımızı və 

mədəniyyətimizi  qızıl  alma  kimi  qoruyan  böyük  öndərimiz, 

ümummilli liderimiz Heydər Əliyevin əzəmətli qeyrəti, qızğın 

məhəbbəti  sayəsində  əvvəlkindən  də  parlaq  nurla  ürəklərə, 

şüurlara,  hisslərə  hakim  kəsildi.  Dahi  şairimizin  əzabkeş 

ruhu  qarşısında  tövbə  nəticəsində  onun  külliyyatının  doğma 

xalqına  çatdırılması  və  xatirəsinin  əbədiləşdirilməsi  yolunda 

gerçəkləşdirilən  başqa  tədbirlər  Cavid  ruhunu  sevindirdi. 

Heydər  Əliyevin  bilavasitə  təşəbbüsü  və  vətəndaşlıq  qeyrəti 

sayəsində ərsəyə gələn Hüseyn Cavidin Ev Muzeyi isə bu təd-

birlər silsiləsinin zirvəsini təşkil etdi.  

Fəaliyyət  göstərdiyi  qısa  müddət  ərzində  dahi  Cavidin 

istəkli  qızı  Turan  xanım  Cavidin  rəhbərliyi  altında  ev  muze-

yində  bir  sıra  böyük  işlər  görülmüş,  Cavid  irsinin  tədqiqi  və 

təbliği yolunda nəhəng bir fəaliyyət həyata keçirilmişdir. Tu-

ran xanımın planlaşdırdığı, ancaq gerçəkləşdirə bilmədiyi bir 

çox işlər bu gün ev muzeyinin kiçik kollektivinin səyi ilə da-

vam  etdirilir  və  reallaşdırılır.  Bu  cür  işlərdən  biri  də  «Hü-

seyn Cavidin Ev Muzeyinin əsərləri»nin müntəzəm olaraq tər-

tib  və  nəşr  edilməsidir.  «Əsərlər»ə  Cavid  haqqında  aparıl-

mış, bu günkü həyatımızla səsləşən, mədəniyyətimizin və döv-

lətçiliyimizin inkişafı yolunda yardımçımız olan araşdırmala-

rın,  publisistik və bədii-sənədli örnəklərin  daxil edilməsi  nə-


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə