Avr classic mk-də enerjiyə qənaət və reset rejimləri enerjiyə qənaət rejimlərinin təyinatı və tipləri



Yüklə 497 b.
tarix20.10.2017
ölçüsü497 b.
#5633


AVR Classic MK-də enerjiyə qənaət və RESET rejimləri


enerjiyə qənaət rejimlərinin təyinatı və tipləri

  • AVR Classic MK-ləri bateraya ilə qidalanan sistemlərdə inteqrə edilmiş idarə qurğularının yaradılması üçün daha çox tətbiq edildiyindən enerjiyə qənaətin müxtəlif rejimləri nəzərdə tutlmuşdur.

  • AVR Classic ailəsinin bütün modellərində İDLE və POWER DOWN rejimləri dəstəkənir.

  • AT90S/LS4434 və AT90S/LS8535 modellərində isə əlavə olaraq POWER SAVE rejimi vardır

  • Bütün enerjiyə qənaət rejimlərinə daxil olma SLEEP əmri iləyerinə yetirilir.Bunun üçün SLEEP əmri verilməzdən bilavasitə əvvəl MCUCR idarə registrinin SE bayrağı “1” edilir.

  • Konkret rejimin seçimi isə MCUCR registrindəki SM bitləri ilə olur.



enerjiyə qənaət rejimlərinin seçimi



enerjiyə qənaət rejimlərindən çıxış

  • Kəsilmə nəticəsində. Bu halda MK işçi rejimə keçərək kəsilməyə xidmət proqramını icra edir.Main proqrama qayıtdıqda isə SLEEP –dən sonrakı əmrlərdən başlayaraq davam edir.

  • RESET nəticəsində. Yenidən inisializə hesabına MK işçi rejimə keçərək RESET vektorundan(0000H) başlayaraq proqram icra edilir.



İDLE rejimi

  • CPU –nın işi dayandırılır,

  • digər bütün blokların işi davam edir:

  • periferiya interfeysləri-SPİ,UART

  • Taymerlər (T0,T1,T2),WDT

  • Kəsilmə sistemi

  • Analoq komparator,ADC

  • İDLE rejimindən çıxış xarici və daxili kəsilmələrlə mümkündür

  • İDLE rejimindən çıxdıqdan sonra işçi rejimdə işə başlanması dərhal yerinə yetirilir



POWER DOWN rejimi

  • Takt generatoru da daxil olmaqla bütövlükdə sistem OFF edilir

  • Yalnız WDT və xarici kəsilmə bloku işləyir

  • POWER DOWN rejimindən çıxma:

  • Xarici RESET

  • WDT-dən RESET edilmə

  • Xarici kəsilmə siqnalı

  • MK-i oyandıran səbəb yarandıqdan sonra takt generatorunun işə düşməsi üçün müəyyən zamandan sonra MK işçi rejimə keçir



POWER SAVE rejimi

  • Yalnız AT90S/LS4434 və AT90S/LS8535 modelləri üçün nəzərdə tutulmuşdur

  • POWER DOWN rejimi funksiyalarını icra edir ,lakin əlavə olaraq T2 taymerin asinxron rejimdəki işi davam etdirilir

  • POWER SAVE rejimindən çıxış:

  • Xarici RESET

  • WDT-dən RESET edilmə

  • Xarici kəsilmə siqnalı

  • T2 taymerdən kəsilmə siqnalı (overflow,Compare-Match)



RESET mənbələri

  • Qida gərginliyi veriləndə

  • Iş prosesində qida gərginliyinin qiyməti aşağı düşəndə

  • WDT-dən TO halında

  • Xarici RESET siqnalı

  • RESET zamanı bütün İ/O registrləri sıfırlanır və PC=000H(reset vektorunun ünvanı) olur

  • Əgər proqramda kəsilmə istifadə edilmişsə,onda reset vektorunda kəsilməyə xidmət proqramına keçid ünvanı göstərilir



Qida gərginliyi qoşulanda RESET edilmə və xarici RESET

  • Qida gərginliyi öz nominal qiymətinə tədricən çatdığından bu hal ilə əlaqədar RESETsxemi (POR-Power-On Reset) nəzərdə tutulur

  • Qida gərginliyi Vpot qiymətinə çatan kimi Reset müddətini təmin edən taymer işə düşür və taymer dolana qədər(TO) daxili reset saxlanılır

  • Xarici RESET qida gərginliyi dövrəsinə bağlanıldığından onun təsiri POR –da olan kimidir



WDT –dən RESET

  • WDT TO halında qısa Reset impulsu verdikdən sonra gecikmə taymeri işə düşür və daxili Reset vəziyyətini saxlayır



Qida gərginliyi azaldığı halda RESET (Brown-Out Reset)

  • AT90S/LS4434 və AT90S/LS8535 modelləri tərkibindəki BOD (Brown-Out Detection) sxemləri vardır ki,o,qida gərginliyini izləyir və müəyyən edilmiş Vmin qiymətdən aşağı olduqdadaxili reset sxemi işə düşür

  • Yenidən gərginlik artaraq VPOT qiymətinə çatdıqda taymer işə düşür və TO qədər Reset vəziyyətini saxlayır



AT90S/LS4434 və AT90S/LS8535 modellərində RESET alt sisteminin strukturu



Yüklə 497 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə