Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın transregional qaz layihələrinin rolu



Yüklə 74,25 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü74,25 Kb.
#32519


«Maliyyə və uçot».-2015.-№1.-S.44-51. 

 

Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində 

Azərbaycanın transregional qaz layihələrinin rolu 

 

N.Ç.Baxışov, 

Azərbaycan Dövlət İqtisad Universitetinin dissertantı 



 

Açar sözlər: Avropa İttifaqı, enerji təhlükəsizliyi, transregional qaz layihələri, TANAP, TAP 

 

Hazırda Avropa İttifaqı neftin 82%, qazın 57%-ni idxal edir ki, bu göstəricilərə görə o, dünyada ilk 



yeri tutur. Avropa İttifaqının enerji siyasəti haqqında konsepsiya ilk dəfə Avropa Şurasının 27.10.2005-ci il 

tarixində  Londonda  keçirilmiş  iclasında  qəbul  edilmişdir.  Avropa  enerji  siyasətinin  əsas  prinsipləri 

Dayanıqlı  və  Təhlükəsiz  Enerji  naminə  Avropa  Strategiyası  Planında  təsbit  edilmişdir.  Bu,  Avropanın 

enerji təhlükəsizliyi məsələləri ilə yanaşı, postsənaye cəmiyyətində aşağı karbonlu, ekoloji təmiz yanacağın 

tətbiqini nəzərdə tutur. Bura əsas etibarilə daxildir: 

- 1990-cı illə müqayisədə ilkin enerji mənbələrindən çıxan istixana qazının həcmini 2020-ci ilədək azı 

20% azaltmaq; 

- 1990-cı illə müqayisədə ilkin enerji mənbələrindən çıxan karbonun həcmini 2050-ci ilədək azı 50% 

azaltmaq; 

-  2020-ci  ilədək  nəqliyyat  vasitələrində  bioyanacaqdan  istifadə  payını  azı  10% həcmində  hədəf  kimi 

götürmək; 

- Aİ qonşuları ilə enerji sahəsində əlaqələri genişləndirmək; 

-  Bərpa  olunan,  altemativ  və  nüvə  enerjisi  sahəsində  texnologiyaları  inkişaf  etdirmək.  Bərpa  olunan 

enerjidən istifadə həcmini 2020-ci ilədək 20% artırmaq; 

-  Afrika-Avropa  Enerji  əməkdaşlığıni  genişləndirmək.  Bu  zaman  Afrika  ölkələrinə  aşağı  həcmli 

karbonla işləyən texnologiyanı ötürmək və əvəzində qitədən stabil enerji təchizatçısı kimi istifadə etmək. 

2004-cü ildə qüvvəyə minən Qaz təhlükəsizliyi Direktivi təbii qaz təchizatında təhlükəsizliyin inkişaf 

etdirilməsini nəzərdə tutmuşdur. 

Aİ enerji sahəsində təhlükəsizliyi təmin etmək məqsədilə ittifaqdaxili direktivlər qəbul etməklə yanaşı, 

həmçinin  Enerji  Xartiyası  Müqaviləsi,  Kyoto  Protokolu  kimi  beynəlxalq  sazişlərə  qoşulmuş,  regionda  və 

qitədə  qonşu  ölkələrlə  enerji  sahəsində  əməkdaşlığa  dair  layihələrə  imza  atmışdır  (İNOGATE,  Bakı 

Təşəbbüsü  və  s.).  Belə  layihələrə  misal  kimi  Avropa  Qonşuluq  Siyasəti  çərçivəsindəki  Enerji 

Əməkdaşlığına  dair  Anlaşma  Memorandumların  (Azərbaycan,  Qazaxıstan,  Ukrayna,  Əlcəzairlə),  Aralıq 

hövzəsi ölkələri ilə Assosiasiya Sazişlərini, Aİ-Afrika sazişlərini göstərmək olar. 

Sənaye obyektlərinin, istixanaların, nəqliyyatin və s.-nin inkişafmda Avropa hələ uzun müddət ucuz və 

ekoloji cəhətdən nisbətən təmiz olan təbii qaza ehtiyac duyacaqdır. Avropa İttifaqı aşağı karbonlu, sağlam, 

yüksək  keyfiyyətli,  sərfəli  qiymətə  malik,  dayanıqlı  və  təhlükəsiz  enerji  mənbələri  axtarışındadır.  Bu 

kontekstdə  Avropa  təbii  qaza  daha  çox  etibar  edir.  Qazın  üstünlükləri  çoxdur.  Təbii  qaz  təkcə  enerji 

mənbəyi  deyil,  həmçinin  xammaldır.  Son  dövrlərdə  istehsalı  artan  bioqaz  bərpa  olunan  enerji  mənbələri 

sırasındadır. Elektrikdən fərqli olaraq, təbii qaz saxlanıla bilir, bu baxımdan onun istehsalı və paylanması, 

logistik  məsələlər  daha  rahat  başa  gəlir.  Nəzərə  alsaq  ki,  Rusiya  Aİ-ni  qazla  təmin  edən  əsas  enerji 

ölkəsidir,  о  zaman  birliyin  enerji  təhlükəsizliyi  məsələsi  mühüm  məsələyə  çevrilir.  Hazırda  Aİ  buna 

təchizat  mənbələri  üzrə  diversifikasiyaya  nail  olmaq  və  maye-qaz  terminallarının  tikintisi  ilə  nail  olmaq 

istəyir.  Şimal  dənizindəki  qaz  yataqlarının  mövcudluğuna  baxmayaraq,  Aİ  idxal  olunan  qazdan  birbaşa 

asılıdır. 

[səh. 44-45] 

Avropa təbii qaz ticarəti assosiasiyası Eurogasın məlumatma görə, Aİ-nin qaz istehlakının 38%-i birlik 

ölkələrinin  payına  düşür  (xüsusən  B.Britaniya  və  Niderland).  Aİ  qazı,  əsasən,  Rusiya  (istehlakın23%-i), 

Norveç (18%) və Əlcəzairdən (10%) idxal edir. 

Aİ-nin  enerji  təhlükəsizliyində  təbii  qaz  sahəsində  problemlərinin  aradan  qaldırılmasında 

mayeləşdirilmiş  təbii  qaz  idxalı  da  böyük  rol  oynaya  bilər.  Şimali  Amerikanın  şərq  sahillərinə  nisbətən 



Avropa mayeləşdirilmiş təbii qaz mənbələrinə daha yaxındır. Qitə Aralıq dənizi hövzəsi, Qərbi Afrika və 

Yaxm Şərq qaz mənbələrinə coğrafi cəhətdən ABŞ-a nisbətən daha əlverişli mövqedədir. Bu üstünlük təkcə 

coğrafi  mövqe  deyil,  həm  də  çatdırılmanın  daha  ucuz  başa  gəlməsindədir.  Hazırda  Avropada  maye  qazı 

reqazifikasiya  edəcək  yeni  terminallar  tikilməkdədir.  Onlardan  ən  böyüyü  Uelsdə  tikilib.  Bundan  başqa, 

belə  terminallar  daha  çox  İspaniya,  Portuqaliya,  Fransa,  Belçika,  B.Britaniya,  İtaliya  və  Yunanıstan 

ərazisindədirlər.  50-dən  çox  yeni  terminal  Albaniya,  Niderland,  Xorvatiya,  Kıрг,  Almaniya,  İrlandiya, 

Polşa, Rumıniya, Ukrayna ərazisində tikilməkdədir. Qeyd edək ki, belə terminalların tikintisi və maye qazı 

təbii  qaza  çevirəcək  texnologiyaların    quraşdırılması  səbəbindən  mayeləşdirilmiş  qazın  qiyməti  təbii 

qazdan  qat-qat  baha  başa  gəlir.  Lakin  Avropa  enerji  təhlükəsizliyinin  təmin  edilməsi  üçün  bu  addıma 

getməli  olur.  Bəzi  ölkələrdə  isə  maye  qazın  idxalı  sadəcə  geniş  şəbəkəli  boru  xətlərinin  olmaması 

səbəbindən  irəli  gəlir.  Məsələn,  İspaniya  və  Portuqaliya  Avropanın  daha  çox  maye  qaz  idxalçısı 

ölkələrindəndir və onlar 

[səh. 45-46] 

bu qazı Qatar, Əlcəzair kimi ölkələrdən idxal edirlər. 

2030-cu ilədək Aİ-nin qaz tələbatı 700 milyard kub metrədək artacaq. Digər tərəfdən bu tələbatın idxal 

hesabına  ödənməsi  də  getdikcə  artacaqdır.  Buna  səbəb  Avropanın  əsas  qaz  hasilatçılarından  olan 

B.Britaniyada qaz ehtiyatlarının  azalmağa doğru getməsidir. Bəzi təşkilatlar Britaniyada 2020-d ildə qaz 

istehsalı həcminin 80-90  milyard kub  metr olacağını proqnozlaşdırsalar da, ölkə rəsmiləri bunu, hətta 20 

milyarddan aşağı həcmdə qiymətləndirirlər. Aşağıda Aİ qaz idxalının 2005-2030-cu illər üzrə proqnozuna 

baxmaq olar. 

Göründüyü  kimi,  yenə  də  idxalda  yüksək  paya  Rusiya,  Norveç,  Şimali  Afrika,  Körfəz  ölkələri 

malikdirlər, özü də bu ölkələrdən idxalın həcmi ilbəil artmaqda davam edəcək. Ən az və stabil həcmə isə 

Latın  Amerikası  ölkələri  aid  olacaq.  Cədvəldə  Xəzər  regionu  ölkələri  diqqəti  xüsusilə  cəlb  edir.  2020  və 

2030-cu  illərdə  bu  regiondakı  Azərbaycan,  Türkmənistan,  Qazaxıstan  və  Özbəkistandan  ümumilikdə  13 

milyard  kub.m  qaz  idxalı  proqnozlaşdırılır  ki,  bunun  da  hamısının  Azərbaycan  hesabına  baş  verəcəyi 

nəzərdə  tutulur.  Belə  olan  halda,  Azərbaycanın  Aİ  üçün  necə  etibarlı  və  əhəmiyyətli  tərəfdaş  olduğunu 

görmək olur. Qazaxıstan, Türkmənistan və Ozbəkistanın etibarlı tərəfdaş olmadığı və bu ölkələrin istehsal 

etdikləri qazlarını Rusiyaya satacağı əsas kimi götürülüb. 

Adıçəkilən  ölkələrin  Aİ-nin  qaz  idxalında  stabil  paya  sahib  olması  üçün  bir  sıra  maliyyə,iqtisadi, 

siyasi,  institusional  problemlər  həll  edilməlidir.  Yaxın  Şərq,  Misir,  Liviya,  Nigeriya  kimi  ölkələrdən  qaz 

idxalı  həcminin  artırılması  üçün  infrastruktur  inkişaf  etdirilməlidir:  yeni  kəmərlər  və  maye-təbii  qaz 

terminalları. 

2006-cı  ildə  Avropanın  qaz  istehlakında  mayeləşdirilmiş  təbii  qazın  həcmi  51  milyard  kub.m 

olmuşdursa, 2030-cu ildə bu rəqəmin 227 milyard kub.m-ə çatacağı gözlənilir. Maye təbii qazın dünyada 

ticarəti  isə  2006-cı  ildə  748  milyard  kub.m  və  ya  ümumi  qaz  ticarətinin  28%-i  olmuşdur.  Ümumilikdə 

maye qaz idxal edən ölkələrin sayı son illərdə Çin və Meksika da daxil olmaqla 17-yə çatmışdır. Avropada 

maye qaz idxalının artımı (21%) dünya maye qaz idxalı artımından (12%) çox olmuşdur. Maye qaz idxalı 

ümumi qaz idxalında 27% olan Avropanın ən böyük maye qaz idxalçısı Ispaniyadır. 

[səh. 46-47] 

Dünyanın  ən böyük maye-qaz ixracatçısı Qatardır. Onun ümumi ixracda payı 15% təşkil edir. Digər 

böyük həcmdə maye-qaz ixracatçıları isə İndoneziya, Malayziya, Əlcəzair, Nigeriya, Trinidad və Tobaqo, 

Misir, Bruney və Omandır. Maye-qaz ixracatının artımına görə Misir ilk pillələrdə durur. 

Avropada  ümumi  qaz  istehlakında  maye-qazın  payı  10%-dir.  Lakin  bu  rəqəm  müxtəlif  ölkələrdə 

müxtəlif cürdür. Məsələn, İspaniyada qaz istehlakının 68%-i mayeləşdirilmiş təbii qazdır. 

Maye-təbii  qazın  istehsalçıdan  istehlakçıya  çatdırılması  neftin  nəqlindən  təqribən  7  dəfə  baha  başa 

gəlir. Təbii ki, qazın qiyməti məsafədən, tərəflər arasındakı müqavilənin şərtlərindən və s.-dən asılı olaraq 

dəyişə  bilir.  Maye-təbii  qaz  təchizatı  zəncirini  nəzərdən  keçirmək  üçün  xəyali  rəqəmlər  götürək:  Misal 

üçün, 5Mt qazın mayeləşdirilərək istehlakçıya çatdırılması. 5Mt qazm hasilatı 1.5 milyard dollar (hər tona 

300  dollar),  onun  mayeləşdirilməsi  3.25  milyard  dollar  (hər  tona  650  dollar),  5  gəmi  ilə  çatdırılması  1 

milyard  dollar  (hər  gəmi  ilə  1  Mt  üçün  200  dollar),  onun  reqazifikasiyası  0.5  milyard  dollar  (1  milyard 

kub.m üçün 75 dollar) və cəmi xərclər 6.25 milyard dollara başa gəlir. Göründüyü kimi, xərclərdə ən böyük 

pay qazın mayeləşdirilməsidir (52%). Hasilat 24%, nəqliyyat xərci 16%, reqazifikasiya 8% təşkil edir. 

Aİ-nin prioriteti qaz infrastrukturlarına qaz anbar və limanları, maye qaz terminalları və mövcud qaz 

boru xətlərinə əlaqələndirici kəmərlərin çəkilişidir. Bunu Cənub Qaz Dəhlizinə daxil olan bir neçə layihədə 

görmək mümkündür. 



Külək, günəş, bioyanacaq kimi bərpa olunan enerji mənbələri qlobal enerji təhlükəsizliyinin təminatı 

və  qlobal  istiləşmənin  qarşısının  alınması  baxımından  mühüm  əhəmiyyətə  malikdirlər.  Xüsusən  də  XX 

əsrin  70-ci  illərindəki  yanacaq  böhranı  dünya  ölkələrini  bərpa  olunan  enerji  mənbələri  üzərində 

fikirləşməyi məcbur etdi. Aİ-nin bərpa olunan enerji mənbələri üzrə 2008-ci ilin dekabrında qəbul edilmiş 

direktivində hər bir ölkənin bu enerjidən istifadə payını artırması və ümumilikdə birlik daxilində bu həcmin 

2020-ci ilədək 8.5%-dən 20%-dək artırılması tələb edilir. 

İllər üzrə mərhələli şəkildə bu artım aşağıdakı kimi olmalıdır: 

2011 və 2012-ci illərdə orta 20%; 

2013 və 2014-cü illərdə orta 30%; 

2015 və 2016-cı illərdə orta 45%; 

2017 və 2018-ci illərdə orta 65%. 

 

 



Həcmi (milyard cub metr) 

Artım sürəti 

Təchizatçılar 

2002 


2020 

Artım 


(2002-2020) 

2002 


2020 

Rusiya 


126 

200 


74 

63% 


39% 

Afrika 


65 

199 


134 

33% 


37% 

Yaxm Şərq 

100 


93 

4% 


18% 

Xəzər hövzəsi 

16 


16 

0% 


5% 

Digər 




1% 

1% 


Cəmi 

199 


518 

319 


100% 

100% 


Cədvəl 1: Avropanın 2002 və 2020-ci illərdə qaz idxalı potensialı Mənbə: EU Energy Portal 

 

Cədvəldən  göründüyü  kimi,  Avropa  İttifaqının  gələcəkdə  də  qaz  istehlakı  idxal  hesabına  artmaqda 



davam  edəcək  və  bu  tələbatın  ödənilməsində  Xəzər  regionu,  xüsusəndə  Azərbaycan  böyük  rol 

oynayacaqdır. Xəzər regionunun dünya enerji məkanındakı yeri və rolu günü-gündən artır. Bu həm onunla 

bağlıdır  ki,  Xəzər  hövzəsi  ölkələri  enerji  resursları 

[səh.  47-48] 

həcminə  görə  dünyanın  ən  əhəmiyyətli 

ikinci (Fars körfəzi regionundan sonra) geoiqtisadi bölgəsi hesab olunur, həm də Bakı-Tbilisi-Ceyhan neft 

boru  kəməri  dünyada  ən  təhlükəsiz  enerji  məhsullarının  dünya  bazarlarına,  istehlakçılara  çatdırılması 

marşrutudur.  Son  onillikdə  Qərbi  Avropada,  daha  dəqiq  desək,  iqtisadiyyatı  sürətlə  inkişaf  edən  Avropa 

İttifaqında karbohidrogen ehtiyatlarına, xüsusən də təbii qaza olan tələbatın durmadan artması, Aİ-nin ən 

böyük  qaz  təchizatçısı  olan  Rusiyadan  enerji  asılılığı,  2006-cı  ildən  başlayan  və  2009-cu  ildə  Avropaya 

qısa  müddətə  qaz  verilişinin  dayandırılması  ilə  nəticələnən  Rusiya-Ukrayna  qaz  münaqişələrinin  baş 

verməsi,  Rusiyanın  qitədə  öz  enerji  şərtlərini  diktə  etməsi,  geniş  şaxəli  təbii  qaz  marşrutlarının  mövcud 

olmaması  Avropa  İttifaqını  alternativ  təbii  qaz  mənbələri,  eləcə  də  təchizat  marşrutlarını  axtarmaq 

məcburiyyəti  qarşısına  qoydu.  Bu  hal  Qərbin  Yaxın  Şərq,  Xəzər  və  Mərkəzi  Asiyanın    zəngin  qaz 

ehtiyatlarına  malik  dövlətləri  ilə  əməkdaşlığını  şərtləndirdi.  Nəticədə  Mərkəzi  Asiya  və  Xəzər  regionu 

qazın Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi qaz layihəsi irəli sürüldü. 

Aİ-nin 2006-cı ildən etibarən həyata keçirilən yeni enerji siyasətinin vacib və ən əsas məqamlarından 

biri  enerji  təhlükəsizliyinin  təmin  edilməsi  məqsədilə  təbii  qaz  mənbələri  və  marşrutlarının 

diversifikasiyasına  nail  olmaqdan  ibarətdir.  Layihənin  gerçəkləşməsində  qaz  mənbələrindən  biri  kimi 

Xəzər regionunda məhz Azərbaycan qazı, xüsusən də Şahdəniz qaz yatağı çıxış edəcəkdir. Layihənin istər 

ilkin  istismar  dövründə,  istərsə  də  növbəti  fazalarda  kəmərin  qazla  təchizatında  Şahdəniz  yatağı  nəzərdə 

tutulur.  2007-ci  ildən  etibarən  dünya  bazarına  artıq  qaz  ixracatçısı  kimi  çıxan  Azərbaycan  neft  sahəsində 

apardığı  güclü  strategiyanı  və  zəngin  təcrübəni  bir  qaz  hasilatçısı  olan  ölkə  kimi  də  davam  etdirmək 

niyyətindədir.  Azərbaycan  öz  qazını  4  marşrutla  dünya  bazarına  ixrac  etsə  də,  geniş  şaxəli  enerji 

marşrutlarının  əldə edilməsi ölkəmizin də marağındadır. Bundan başqa, ölkə iqtisadiyyatının inkişafında 

enerji  resurslarının  mühüm  rolunu  nəzərə  alaraq,  Azərbaycanın  əsas  iştirakçılarından  olacağı  belə  iri 

layihənin  reallaşmasının  neft-qaz  gəlirlərinin  artmasına  və  bütövlükdə  iqtisadi  artıma  təsir  edəcəyi 

şübhəsizdir.

 [səh. 48-49]

 

Cənub Qaz Dəhlizi Avropa və Xəzər regionu arasında enerji və nəqliyyat əlaqəsi yaradacaq yeni İpək 



Yolu rolunu oynayan vasitə kimi qəbul edilir. 


"Şahdəniz-2"  layihəsi  Azərbaycan  və  Gürcüstan  ərazisi  boyunca  Cənubi  Qafqaz  boru  kəmərinin 

genişləndirilməsinə  xidmət  etməklə  Trans-Anadolu  və  Trans-Adriatik  qaz  boru  kəmərlərinin  tikintisi  ilə 

bağlı planların  reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaqdır. Layihə çərçivəsində 26 

sualtı quyunun qazılması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, Səngəçalda isə yeni 

texniki emal və kompressor qurğularının inşası nəzərdə tutulur. 3500 kilometr məsafədə nəql olunacaq qaz 

Gürcüstan,  Türkiyə,  Yunanıstan,  Bolqarıstan,  Italiya  və  digər  ölkələrdə  milyonlarla  istehlakçını  təmin 

edəcəkdir. İlk qazın Avropaya 2019-cu ildə çatdırılması planlaşdırılır. 

1999-cu  ildə  kəşf  olunan  "Şahdəniz"  yatağırun  işlənilməsinin  birinci  mərhələsi  çərçivəsində  2006-cı 

ildən  Gürcüstan  və  Türkiyəyə  qaz  ixrac  edilir.  "Şahdəniz"  yatağının  işlənilməsinin  ikinci  mərhələsi  və 

"Cənub" qaz dəhlizi layihələri isə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük 

və mürəkkəb təşəbbüslərdən hesab olunur. 

"Şahdəniz-2" dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin 

şaxələndirilməsi  layihəsidir.  Bu  tarixi  layihədə  iştirakçı  dövlət  və  şirkətlərin  geniş  əməkdaşlığı  təmin 

ediləcəkdir. "Şahdəniz” XXI əsrin müqaviləsi olacaqdır. 1996-cı ildə "Şahdəniz" qaz yatağı ilə bağlı saziş 

imzalanmış,  sonra  1999-cu  ildə  Xəzər  dənizini  Gürcüstanın  Qara  dəniz  sahilləri  ilə  birləşdirən  ilk  boru 

kəməri  inşa  edilmişdir.  Daha  sonra  -  2006-cı  ildə  Xəzər  dənizini  Aralıq  dənizi  və  beynəlxalq  bazarlarla 

birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri, 2007-ci ildə isə Cənub qaz boru kəməri inşa 

edilmişdir.  Bu  kəmər  Azərbaycan,  Gürcüstan  və  Türkiyəni  hazırkı  mərasimin  tərkib  hissəsi  olan  digər 

layihə ilə birləşdirmişdir. 

2011-ci  ildə  Azərbaycan  ilə  Avropa  İttifaqı  arasında  strateji  enerji  əməkdaşlığa  dair  memorandum 

imzalanmışdır.  Bu  da  öz  növbəsində  ölkəmizin  enerji  strategiyasının  həyata  keçirilməsinə  və  Avropa 

istiqamətində enerji təchizatının şaxələndirilməsinə yardım etmişdir. 2013-cü ildə Azərbaycan Türkiyə ilə 

Trans-Anadolu  boru  kəməri  -  TANAP-a  dair  tarixi  saziş  imzalamış,  2014-cü  ildə  isə  TAP  layihəsi  əsas 

ixrac marşrutu seçilmişdi. Nəhayət, "Şahdəniz-2" yekun investisiya qərarı imzalanmışdır. 

Bu  layihə  regionun  və  Avropanın  enerji  xəritəsini  dəyişdirəcəkdir.  Azərbaycanın  qaz  ehtiyatları  bu 

sərvəti  gözləməkdə  olan  bazarlara  nəql  ediləcəkdir. Ekspertlərin  hesablamalarına  görə,  Azərbaycanın  qaz 

ehtiyatı 3 trilyon kubmetrə bərabərdir. 

"Şahdəniz-2",  TANAP  və  TAP  dünyanın  ən iri  enerji  layihələrindəndir.  Layihəyə  45  milyard  dollar 

məbləğində  sərmayə  cəlb  ediləcək,  marşrut  boyu  yerləşən  ölkələrdə  30  mindən  çox  yeni  iş  yeri 

yaradılacaqdır. Təbii ki, bu layihə əlavə səylər tələb edəcəkdir. 

Bu  layihə  ölkəmizin  uzunmüddətli  və  dayanıqlı  iqtisadi  inkişafını  təmin  edəcəkdir.  Azərbaycanda 

enerji  sahəsinin  iki  lideri  və  strateji  tərəfdaşı  olan  ARDNŞ  və  BP  arasında  20  illik  əməkdaşlıq  təcrübəsi 

vardır. 

Azərbaycanın  enerji  siyasəti  iqtisadiyyatımızın  transformasiyasına  və  şaxələndirilməsinə  imkan 

yaratmışdır.  Bu  gün  özəl  sektor  ölkə  iqtisadiyyatının  85  faizini  təşkil  edir.  İşsizlik  səviyyəsi  4,8  faizə, 

yoxsulluq  səviyyəsi  isə  5,5  faizə  endirilmişdir.  Bizim  xarici  borcumuz  ümumi  daxili  məhsulun  sadəcə  8 

faizini  təşkil  edir,  maliyyə  vəziyyəti  sabitdir  və  iqtisadiyyatımızın  55  faizini  təşkil  edən  qeyri-neft 

sektoruna yatırımlar davam etdirilir. 

Bu  səbəbdən  enerji  siyasəti,  beynəlxalq  təsisatlarla  six  əməkdaşlıq,  şaxələndirmə  və  şəffaflıq  uğurlu 

inkişafın  əsas  elementlərindəndir.  Bu  gün,  təbii  ki,  qazımızm  Avropa  bazarlarına  vaxtında  çatdırılması 

üçün diqqətimizi TANAP və TAP layihələrinin icrasına yönəltməliyik. Burada "Şahdəniz" layihəsinin ilkin 

mərhələsinin  əhatə  etdiyi  ölkələr  -  Azərbaycan,  Gürcüstan,  Türkiyə,  Yunanıstan,  Albaniya,  İtaliya, 

Bolqarıstan ilə 

[səh. 49-50] 

six əməkdaşlıq tələb olunacaqdır. Sonrakı mərhələdə Monteneqro və Xorvatiya 

ilə  fəal  əməkdaşlığa  başlayacağıq.  Bu  boru  kəmərinin  Balkanlar  istiqamətində  uzadılması  planlarımız  da 

vardır. Eyni zamanda qarşıdan gələn illərdə Rumıniya, Macarıstan və Avstriyadakı tərəfdaşlarımızla boru 

kəmərinin həmin istiqamətdə də uzadılması üzrə fəal iş görüləcək. 

Təbii  ki,  "Şahdəniz-2"  layihəsi  enerji  təhlükəsizliyi  layihəsidir.  Hər  bir  ölkənin  enerji  təhlükəsizliyi 

onun milli təhlükəsizliyindən ayrılmazdır. Enerji təhlükəsizliyinin əsas elementlərindən biri təbii qazdır Bu 

səbəbdən  enerji  təhlükəsizliyi  və  enerjinin  şaxələndirilməsi  Azərbaycan  kimi  istehsalçı  ölkə,  həmçinin 

tranzit və istehlakçı ölkələr üçün eyni dərəcədə vacibdir. 




Bu  layihə  çərçivəsində  Xəzər  dənizində  ən  qabaqcıl  sualtı  hasilat  texnologiyasının  tətbiqi  ilə 

Azərbaycandan  Avropaya  qədər  6  ölkəni  birləşdirəcək  təxminən  3500  kilometr  uzunluğunda  boru 

kəmərləri sisteminin tikintisi və istismarı gerçəkləşdiriləcəkdir. 

Qeyd  etmək  lazımdır  ki,  avropalıların  bir  çox  nəsillərinə  xidmət  edəcək  "Cənub"  qaz  dəhlizinin 

yaradılmasında ən böyük investorlardan biri SOCAR olacaqdır. 

"Şahdəniz-2"  layihəsi  üzrə  platforma  və  sualtı  qurğuların  əksər  hissəsi  faktiki  olaraq  Azərbaycanda 

inşa olunacaq. 

Bunun  üçün  Bakı  yaxınlığında  yerləşən tikinti-quraşdırma  sahələrinin texniki  və  texnoloji imkanları 

artırılacaq, sualtı əməliyyatların həyata keçirilməsinə xidmət edən bir neçə gəminin texniki və funksional 

imkanları  təkmilləşdiriləcəkdir.  Sualtı  tikinti  işlərinin  həyata  keçirilməsi  üçün  çoxprofilli  bir  nadir  gəmi 

inşa  ediləcəkdir.  Onu  da  həmin  gəminin  Bakıda  yenicə  istifadəyə  verilmiş  Gəmiqayırma  zavodunda 

tikilməsi  planlaşdırılırr.  Bunlar,  əlbəttə  ki,  ölkəmiz  üçün  yeni  texnologiyalar,  yeni  biliklər,  yeni  potensial 

deməkdir.  Ən  mühümü  isə  "Şahdəniz-2"  və  Cənubi  Qafqaz  Boru  Kəmərinin  genişləndirilməsi  layihələri 

Azərbaycanda  işçi  qüvvəsi  üçün  təxminən  on  mindən  artıq  yeni  iş  yerinin  açılmasına  səbəb  olacaqdır. 

TANAP və TAP layihələrinin inşası prosesində Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliya və digər 

ölkələrdə  də  minlərlə  yeni  iş  yeri  açılacaq,  həmin  ölkələrin iqtisadiyyatlarına müsbət  təsir  göstərəcəkdir. 

"Mərhələ-2"  çərçivəsində  işlənilməsi  planlaşdırılan  "Şahdəniz"in  əlavə  ehtiyatlarından,  bu  yaxınlarda 

Xəzərdə kəşf edilmiş 'Abşeron" və "Ümid" yataqlarının, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundakı dərin 

qaz  ehtiyatlarının  olduqca  perspektivli  "Şəfəq-Asiman",  "Babək",  "Zəfər-Məşəl"  və  başqa  strukturların 

potensialından  tam  istifadə  ediləcəkdir.  Bu  transregional  qaz  layihələrinin  reallaşdırılması  ölkənin  qlobal 

iqtisadiyyatda mövqeyinin daha da gücləndirilməsinə real xidmət edəcəkdir. 

 

ƏDƏBİYYAT 

 

1. Heydər Əliyevin neft strategiyası. Bakı, 2001. 



2. Nəsirov E. Azərbaycan nefti və beynəlxalq müqavilələr. (1991-1999) Bakı, 1999. 

3. Ильхам Алиев. Каспийская нефть Азербайджана. Москва. Известия. 2003. 

4. Мехтиев Р. Азербайджан: вызовы глобализации. Баку, 2004. 

5.  Юсифзаде  Х.Б.,  Состояние  и  перспективы  развития  нефтегазодобычи  в  Азербайджане, 

журнал «Азербайджанское нефтяное хозяйство», №11-12, 2000, 70-76 

6.  Мухсинова  Л.Х.,  Газовый  потенциал  Азербайджана  в  мировой  добыче  и  потреблении, 

журнал «Азербайджанское нефтяное хозяйство», №9 2006, 50-57 

7. Обзор мирового рынка нефти, №30- 33, 25.07-16.08 

8. 

http://europa.eu.int/-Avropa



 İttifaqının rəsmi saytı 

9. 


www.eurasianet.org 

[səh. 50-51]

 

 

Н.Ч.Бахишов 



 

Роль трансрегиональных газовых проектов Азербайджана в обеспечении энергетической 

безопасности Евросоюза 

 

РЕЗЮМЕ 

В  статье  анализируется  энергоснабжение  Евросоюза,  его  геополитика,  проблема  энер-

гетической  безапасности  стран,  входящих  в  интеграционное  объединение.  Особо  отмечается  роль 

осуществляемых  Азербайджаном  трансрегиональных  газовых  проектов  в  обеспечении 

энергетической безопасности Евросоюза и отмечается, что реализация данных проектов приведет к 

еще большему укреплению позиции страны в глобальной экономике. 

 

 

N.Ch.Bakhishov 

 



The role of the trans-regional gas projects of Azerbaijan in the provision of the European 

Union's energy security 

 

SUMMARY 

In  this  article  the  European  Union's  energy  supply,  its  geopolitics,  the  problem  of  energy  security  of  the 

countries  within  integration  community  are  analyzed.  The  role  of  the  trans-  regional  gas  projects 

implemented in Azerbaijan in the provision of the European Union's energy security is spesially market and 

it is mentioned that the implementation of these projects will bring further strengthening of its position in 

the global economy of the country.



 [səh.51]

 

Yüklə 74,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə