Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT)



Yüklə 164,19 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix17.04.2018
ölçüsü164,19 Kb.
#38917
  1   2   3   4   5   6   7


Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) 

 

Azərbaycanın bu nüfuzlu beynəlxalq quruma üzv olması 1992-ci ilə  təsadüf edir. Həmin il yanvar ayının 

30-da Avropada Təhlükəsizlik və  Əməkdaşlığa dair Müşavirəyə  üzv olan Azərbaycan iyulun 8-də  ATƏM-in 

Helsinkidə  keçirilən zirvə  toplantısında təşkilatın sənədlərini imzaladı. 1992-ci ilin fevralında ATƏM-in ilk 

missiyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair məruzə hazırlamaq üçün respublikamıza 

gəldi. Fevral ayında missiyanın məruzəsi təşkilatın Yüksək Vəzifəli  Şəxslər Komitəsinin (YVŞK) Praqada 

keçirilən iclasında dinlənildi. Məruzədə Dağlıq Qarabağın Azərbaycan ərazisi olması faktı təsdiqlənirdi. Komitə 

münaqişənin həllinə dinc vasitələrlə nail olmağın zəruriliyini də bəyan etmişdi. 

1992-ci ilin mart ayında ATƏM-in nümayəndələri ikinci dəfə regiona səfər etdilər və bu dəfə də YVŞK-nın 

iclasında məruzə dinlənildi və komitə yenidən tərəfləri Dağlıq Qarabağa dair sülh konfransının keçirilməsinə 

şərait yaratmağa çağırmaqla kifayətləndi. 

Martın 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurası vəziyyəti müzakirə edərək münaqişənin sülh yolu ilə 

nizamlanmasını  təmin etmək üçün YVŞK-nin zəmanəti  əsasında Dağlıq Qarabağa dair sülh konfransının 

çağırılması barədə qərar qəbul etdi. Bununla da Minsk prosesinin əsası qoyulmuş oldu. 

1994-cü ilin dekabrında Budapeştdə  ATƏM üzvü olan ölkələrin dövlət və  hökumət başçılarının növbəti 

zirvə görüşü keçirildi. Zirvə görüşündə qəbul olunan ən mühüm qərarlardan biri təşkilatın Avropada sülhün və 

təhlükəsizliyin bərqərar edilməsi istiqamətində  fəaliyyətinin genişləndirilməsi oldu. Sammitin ən vacib 

hadisələrindən biri də  ATƏM-in təşkilati cəhətdən yeniləşməsi və onun fəaliyyətinin genişləndirilməsi 

məqsədilə qurumun 1995-ci ilin yanvar ayının 1-dən Avropada Təhlükəsizlik və  Əməkdaşlıq Təşkilatı 

adlandırılması idi. 

Zirvə  toplantısının iştirakçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini də  müzakirə edərək 

bu barədə  qəbul olunmuş  sənədlərə  müvafiq  bölmənin salınmasına razılıq verdilər. Həmin bölmə  "Dağlıq 

Qarabağ münaqişəsi ilə  əlaqədar ATƏM-in fəaliyyətinin intensivləşdirilməsi" adlanırdı. Bu bölmədə  tərəflər 

arasında atəşkəsin  əldə edilməsi alqışlanır və  ATƏM-in fəaliyyətdə olan sədrinə  Minsk Konfransı 

həmsədrlərinin təyin edilməsi tapşırılırdı. Sənədin birinci bəndində  deyilir: "İştirakçı dövlətlər  münaqişə  və 

onun nəticəsi kimi insan faciəsinin davam etməsini pisləyərək münaqişədə iştirak edən tərəflərin 1994-cü il may 

ayının 12-də  ATƏM-in Minsk qrupu ilə birgə  əməkdaşlıqda Rusiya Federasiyasının vasitəçiliyi ilə 

razılaşdırılmış atəşkəsi təsdiq etmələrini alqışladılar. İştirakçı dövlətlər BMT Təhlükəsizlik Şurasının əlaqədar 

qətnamələrinə  dair öhdəliklərini təsdiq etdilər və  Təhlükəsizlik  Şurasının münaqişənin sülh yolu ilə  həll 

edilməsinə yönəlmiş ATƏM-in səylərinə verdiyi siyasi dəstəyi alqışladılar. Bununla əlaqədar onlar münaqişədə 

iştirak edən tərəfləri, birbaşa əlaqələr də daxil olmaqla intensiv daimi danışıqlara çağırdılar. Bundan çıxış edərək 

onlar ATƏM-in səylərini və yardımını gücləndirəcəklərinə əmin etdilər, ATƏM-in Minsk qrupunun vasitəçilik 

səylərini tamamilə müdafiə etdilər və Rusiya Federasiyasının çox mühüm yardımını və Minsk qrupunun digər 

ayrılıqda götürülmüş üzvlərinin səylərini yüksək qiymətləndirdilər. Onlar bütün bunları ATƏM çərçivəsi 

daxilində vahid, uzlaşdırılmış səylər şəklində uyğunlaşdırmağa razılaşdılar".

1

 



Sənəddə  münaqişənin həlli üçün sülhməramlı qüvvələrin göndərilməsinin zəruriliyi də  öz  əksini tapmışdı: 

"Onlar BMT Təhlükəsizlik Şurasının uyğun qətnaməsi ilə silahlı münaqişə bitərkən tərəflər arasında bağlanacaq 

sazişdən sonra ATƏM-in çoxmillətli sülhməramlı qüvvələri göndərmək barədə siyasi iradələrini bəyan etdilər. 

Onlar fəaliyyətdə olan sədrdən xahiş etdilər ki, o. mümkün qədər tez bir zamanda, 1992-ci il Helsinki sənədinin 

üçüncü bəndinə əsasən və BMT Nizamnaməsinə tam uyğun şəkildə təşkil olunacaq belə qüvvələrin yaradılması, 

tərkibi və  əməliyyatlarına dair plan hazırlasın. Bununla əlaqədar fəaliyyətdə olan sədrə  Minsk Konfransının 

həmsədrləri və  Minsk qrupu, Baş katib tərəfindən  köməklik və  yardım göstəriləcək, o, həmçinin müvafiq 

məsləhətləşmələrdən sonra sülhməramlı qüvvələri yaradan dövlətlərə  bu qüvvələrin xarakteristikası və  həcmi, 

onlara rəhbərlik və  nəzarət, arxa təminat hissələrinin və  ehtiyatlarının paylanması, davranış  və  sazişlərin 

qaydalarına dair tövsiyələr vermək üçün Vyanada yüksək səviyyəli planlaşdırma qrupu yaradacaq. O, BMT-nin 

texniki məsləhət və ekspertiza təminatına hazır olduğu barədə  bəyanatına  əsasən BMT-dən yardım almağa 

çalışacaqdır. 0, həmçinin BMT TŞ-dən ATƏM-in sülhməramlı qüvvələrinin mümkün yerləşdirilməsi barədə 

davamedici siyasi dəstəyə  çalışacaqdır". Bu, faktiki olaraq, Rusiyanın regiona rus ordusundan təşkil edilmiş 

sülhməramlı qüvvələr yerləşdirmək cəhdinə qarşı atılmış addım idi. 

ATƏM-in zirvə  toplantısı Minsk Konfransına Minsk qrupunun köməyi ilə  mövcud atəşkəsin davam 

etdirilməsi və  sülh sazişinin imzalanması üçün müvafiq  tədbirlər görülməsi istiqamətində  səylərini artırmağı 

tövsiyə  edirdi. Burada sülh sazişinin imzalanmasından sonra münaqişə  bölgəsinə  çoxmillətli sülhməramlı 

qüvvələrin göndərilməsi də nəzərdə tutulurdu. 

Budapeşt sammitinin əsas nəticələrindən biri Minsk qrupunda həmsədrlik institutunun yaradılması oldu. 

Sülhməramlı qüvvələrin müxtəlif dövlətlərin hərbi qüvvələrindən təşkil olunması barədə  qərar Rusiyanın 




məsələni təkbaşına həll etmək istəyinin qarşısını aldı. Qeyd edək ki, o vaxt rəsmi Moskva çox cidd-cəhdlə 

sülhməramlıların məhz Rusiya ordusundan ibarət olmasına çalışırdı. 

1996-cı ilin dekabrında Lissabonda keçirilən ATƏT üzvü  ölkələrin dövlət və  hökumət başçılarının zirvə 

görüşündə  üç mühüm sənəd (ATƏT-ə  üzv ölkələrin Lissabon zirvə  görüşünün bəyannaməsi, XXI  əsrin 

Avropası üçün ümumi və hərtərəfli təhlükəsizlik modelinə dair bəyannamə və Avropadakı adi silahlı qüvvələrin 

məhdudlaşdırılması prosesinin parametrləri və  əhatə dairəsi haqqında sənəd) qəbul olunmalı idi. Lakin zirvə 

toplantısının bəyannaməsində  öz  əksini tapmış müddəalardan biri - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 

münaqişəsinin həlli prinsiplərini özündə ehtiva edən 20-ci maddə Ermənistan tərəfin etirazına səbəb oldu. 

Ermənistan həmin maddəyə veto qoydu. Azərbaycan Prezidenti Heydər Əliyev isə həmin maddənin bəyanatın 

mətnindən çıxarılmasına qəti etirazını bildirərək sammitin bütün sənədlərinə veto qoyacağını bildirdi. Aparılmış 

danışıqlar Azərbaycan Prezidentini mövqeyini dəyişməyə vadar edə bilmədi və ölkəmiz konsensus verməmək 

hüququndan istifadə edərək sammitin bütün sənədlərinə veto qoydu.

1

 Bu isə Lissabon sammitinin nəticəsiz başa 



çata biləcəyi demək idi. 

20-ci maddə Dağlıq Qarabağ münaqişəsinin üç prinsip əsasında həll edilməsinin mümkünlüyünü göstərirdi: 

Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün toxunulmazlığı, Dağlıq Qarabağa Azərbaycan Respublikasının 

tərkibində  öz müqəddəratını  təyinetmə  hüququ  əsasında muxtariyyət və  özünüidarə statusunun verilməsi və 

Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin olunması sözügedən prinsiplər ATƏT-in Minsk 

qrupunun 1996-cı ilin noyabr ayında Helsinkidə  keçirilmiş iclasında münaqişənin həlli formulu kimi qəbul 

olunmuşdu və təxminən eyni layihəni də elə həmin ilin fevralında ATƏT-in fəaliyyətdə olan sədri Flavia Kolti 

irəli sürmüşdü. 

Bütün maneələrə və çətinliklərə baxmayaraq, Azərbaycan Prezidenti sona qədər öz prinsiplərinə sadiq qaldı 

və  bir çox dövlət başçıları ilə  keçirilmiş görüşlərində  də  mövqeyini kifayət qədər ciddi arqumentlərlə 

əsaslandırdı. Uzun və gərgin müzakirələrdən sonra 20-ci maddədə öz əksini tapmış bütün prinsiplərin ATƏT-in 

fəaliyyətdə olan sədrinin xüsusi bəyanatında təsbit olunması barədə konsensus əldə edildi. Bəyanatda deyilirdi: 

"Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin tərkib hissəsi olacaq 3 prinsipi 

tövsiyə etmişlər. Bu prinsipləri Minsk qrupunun üzvü olan bütün ölkələr müdafiə edirlər. Onlar aşağıdakılardır: 

- Ermənistan Respublikası və Azərbaycan Respublikasının ərazi bütövlüyü; 

-  Dağlıq Qarabağın Azərbaycan tərkibində  öz müqəddəratını  təyin etməyə  əsaslanan bir razılaşmada 

müəyyənləşdirilən ən yüksək özünüidarəsini təmin edən hüquqi statusu;  

- məsələnin həllinin müddəalarına  əməl olunmasını  təmin etmək barədə  bütün tərəflərin qarşılıqlı 

öhdəlikləri daxil olmaqla Dağlıq Qarabağın və onun bütün əhalisinin təhlükəsizliyi". Bu, ölkəmizin diplomatik 

müstəvidə əldə etdiyi çox mühüm uğur idi. 

Əvvəla, Azərbaycan bütün dünyanın diqqətini Qarabağ münaqişəsinə  yönəltməyə  nail olmuşdu, bu isə 

olduqca vacib məsələ  idi. Çünki dünyanın problemə  münasibəti heç də obyektiv məlumatlar  əsasında 

formalaşmamışdı və Azərbaycan Lissabon sammitində Ermənistanın və erməni lobbisinin uzun müddətdən bəri 

apardığı təbliğat kampaniyasının nəticələrini bir günün içərisində dəyişməyə nail oldu. 

Digər tərəfdən Ermənistan bir daha işğalçı siyasət yürütdüyünü və beynəlxalq hüququn bütün dünya 

tərəfindən qəbul olunmuş prinsiplərinə qarşı çıxdığını ortaya qoydu. Bununla yanaşı ATƏT üzvlərinin hamısı, 

Ermənistan istisna olmaqla, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağın Azərbaycanın 

tərkibində  qalması və  Dağlıq Qarabağın bütün əhalisinin (buraya ərazidə  yaşayan azərbaycanlılar da daxildir) 

təhlükəsizliyinin təmin edilməsi şərtləri daxilində həllinin mümkünlüyünü təsdiqlədilər. Ermənistan isə ilk dəfə 

məhz bu sammit zamanı beynəlxalq birliyin ciddi səpkisi ilə qarşılaşdı və özünü təcrid olunmuş vəziyyətə saldı. 

Və nəhayət, Lissabon sammiti zamanı münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin sonrakı mərhələsi üçün 

Azərbaycanın milli maraqlarını təmin edən, beynəlxalq birliyin qəbul etdiyi hüquqi baza müəyyənləşdirildi. 

1999-cu ildə  ATƏT-in  İstanbul zirvə  toplantısında da Azərbaycan öz ədalətli mövqeyini dünyaya bəyan 

etmək üçün mühüm addımlar atdı. İstanbul sammitində prezident Heydər Əliyevin apardığı səmərəli danışıqlar 

Ermənistanın qeyri-konstruktiv mövqeyini bir daha nümayiş etdirdi. Rəsmi Yerevan faktiki olaraq sülh sazişinin 

imzalanması prosesini hər vəchlə  ləngitməyə  çalışırdı. Halbuki sammitdən  əvvəl bir çox beynəlxalq 

müşahidəçilər, o cümlədən zirvə görüşünün iştirakçıları sülh sazişinin imzalanacağına böyük ümid bəsləyirdilər, 

İstanbul sammitində  qəbul olunmuş deklarasiyanın 20 və 21-ci maddələri tamamilə Ermənistan-Azərbaycan, 

Dağlıq Qarabağ münaqişəsinə  həsr olunmuşdu və  burada sülh prosesinin davam etdirilməsinin zəruriliyi qəti 

şəkildə bildirilirdi. 

ATƏT Avropada sülhün qorunub saxlanılmasına və dövlətlərarası əməkdaşlığın genişləndirilməsinə xidmət 

edən bir təşkilat kimi bu günə qədər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik 

missiyasını yerinə yetirsə  də, heç bir konkret addım atmağa nail olmayıb. Təşkilatın münaqişənin həllini 

sürətləndirmək üçün konkret mexanizmlərinin olmaması burada müəyyən rol oynasa da, etiraf etmək lazımdır 

ki, ATƏT-in işğalçı dövlətə  qarşı müəyyən təzyiqlər göstərmək və  dünya birliyini bu prosesə  cəlb etmək 



Yüklə 164,19 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə