Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında Xartiya



Yüklə 338,42 Kb.
Pdf görüntüsü
səhifə1/12
tarix24.02.2018
ölçüsü338,42 Kb.
#27646
  1   2   3   4   5   6   7   8   9   ...   12


 

 

 

 

 

 

 

 

Avropada vəkil peşəsinə dair əsas 

prinsiplər haqqında Xartiya 

və  


Avropa vəkillərinin davranış 

Kodeksi 

 



 

 



 

"Azərbaycan  Hüquq  İslahatları  Mərkəzi"  İB  fəaliyyətinin  əsas  məqsədini 

ölkəmizdə  aparılan  mütərəqqi  məhkəmə-hüquq  islahatlarının  ölkədə  və 

xaricdə  təbliği,  bu  sahədə  əldə  edilmiş  təcrübənin  mübadiləsi,  ədalət 

mühakiməsinin  həyata  keçirilməsi  zamanı  məhkəmələrin  fəaliyyətinə, 

vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsi və genişləndirilməsi 

istiqamətində onların məhkəmələrə və digər orqanlara müraciət imkanlarının 

asanlaşdırılmasına 

dəstəyin 

verilməsi, 

hüquq 

maarifçiliyi 



işinin 

genişləndirilməsi, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsinə 

yönələn  proqramlar  və  layihələrin  hazırlanması  və  həyata  keçirilməsində 

görür. 2011-ci ilin yanvar ayından fəaliyyət göstərən Mərkəz haqqında əlavə 

məlumat  əldə  etmək  üçün 

www.lawreform.az

  internet  səhifəsinə  daxil  ola 

bilərsiniz. 



 

 

Nəşrin  məqsədi  korrupsiya  hallarının  qarşısının  alınması  üzrə  mübarizədə 



vəkillərin maarifləndirilməsini təmin  etməklə  ölkəmizdə  aparılan məhkəmə-

hüquq islahatlarına dəstək verməkdir. 

Nəşrdə  Avropa  Vəkillər  Kollegiyaları  və  Hüquq  Birlikləri  Şurası  (CCBE) 

tərəfindən  qəbul  olunmuş  "Avropada  vəkil  peşəsinə  dair  əsas  prinsiplər 

haqqında  Xartiya"  və  "Avropa  vəkillərinin  davranış  Kodeksi"  və  onların 

Kommentariyasının Azərbaycan dilinə tərcüməsi öz əksini tapmışdır. 

 

Nəşr  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Qeyri-Hökumət 



Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə nəşr olunub. 

 

Layihə rəhbəri: Vəkillər Kollegiyası Rəyasət Heyətinin, Hakimlərin Seçki 

Komitəsinin  üzvü,  “Azərbaycan  Hüquq  İslahatları 

Mərkəzi” İctimai Birliyinin sədri h.e.f.d. Anar Bağırov 

Baş redaktor:  hüquqşünas Cavid Alıyev 

Tərcüməçilər: hüquqşünas Elnur Əliyev   

   


            hüquqşünas Fərhad Nəcəfov 

             

 

 

 



   

 

 



 

Ünvan: Bakı şəhəri, Füzuli küçəsi 49, 

            SKS Plaza, 7-ci mərtəbə 



Tel/Faks: +994 12 492 28 83 

e-mail: 

info@lawrewform.az

 

veb-səhifə: http://www.lawreform.az/

 



 

Layihə rəhbərinin adından



 

Danılmaz faktdır ki, bu gün hər birimiz qloballaşan dünyanın 

bir  parçasına  çevrilməkdəyik.  Artıq  məsafələr  daha  da  qısalmış, 

müxtəlif  xalqlara  aid  milli-mədəni  dəyərlər  bir-birlərinə  nüfuz 

etməyə  başlamışdır.  Bunun  isə  öz  növbəsində  yeni,  qlobal 

dəyərlərin  yaranmasına  gətirib  çıxaracağı  şübhəsizdir.  Təbii  ki, 

gələcəkdə  bu  gedişatın  müsbət  və  ya  mənfi  nəticələri  haqqında 

mühakimə  yürütmək  hələlik  tez  olsa  da,  biz  hüquqşünaslar  bu 

prosesə yaxşı mənada öz töhfəmizi verməkdən çəkinməməliyik. 

Çağdaş  dünyamızda  "qloballaşma"  adlandırdığımız  bu 

proses  elə  bir  həddə  çatmışdır  ki,  artıq  onun  təsiri  peşədaxili 

davranış  qaydalarına  sirayət  etməkdədir.  Vəkillik  peşəsi  də  bu 

axından  kənarda  qalmamışdır.  Bunun  ən  uğurlu  nümunələrindən 

biri  kimi  Avropa  Vəkillər  Kollegiyaları  və  Hüquq  Birlikləri  Şurası 

(CCBE)  tərəfindən  qəbul  olunmuş  "Avropada  vəkil  peşəsinə  dair 

əsas prinsiplər haqqında Xartiya" və "Avropa vəkillərinin davranış 

Kodeksi"dir.  Öz  universallığı  ilə  seçilən  bu  sənədlər  əksər  dünya 

ölkələri  tərəfindən  qəbul  olunaraq  milli  qanunvericiliyin 

zənginləşdirilməsində  istifadə  olunmuşdur.  Belə  ki,  Fransa, 

Türkiyə,  Polşa,  Almaniya,  Norveç  və  bir  sıra  digər  ölkələrin 

təcrübəsində bu sənədlərdən yararlanılmışdır. 

"Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-nin təşkilatçılığı 

və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət 

Təşkilatlarına  Dövlət  Dəstəyi  Şurasının  maliyyə  dəstəyi  ilə  nəşr 

olunan  bu  kitabın  məqsədi  korrupsiya  hallarının  qarşısının 

alınması  üzrə  mübarizədə  vəkillərin  maarifləndirilməsini  təmin 

etməklə  respublikamızda  Ölkə  başçısı  cənab  İlham  Əliyevin 

rəhbərliyi  ilə  aparılan  məhkəmə-hüquq  islahatlarına  dəstək 

verməkdir. 

 

h.e.f.d. Anar Bağırov 



 

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin, 

Hakimlərin Seçki Komitəsinin üzvü 


 

MÜNDƏRİCAT 



 

A) Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında 

Xartiya  



B) "Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında 

Xartiya"nın Kommentariyası 

 

10 


Avropa vəkillərinin davranış Kodeksi 

 

 

1. PREAMBULA 

 

1.1. Vəkilin cəmiyyətdəki funksiyası 



18 

1.2. Peşə davranışı qaydalarının təbiəti 

18 

1.3. Kodeksin məqsədi 



19 

1.4. Kodeksin şəxslərə görə qüvvəsi 

20 

1.5. Kodeksin tətbiq olunduğu fəaliyyətlərin əhatə 



dairəsinə görə qüvvəsi 

20 


1.6. Anlayışlar  

21 


 

 

2. ƏSAS PRİNSİPLƏR 

 

2.1. Müstəqillik 



21 

2.2. Etimad və vicdanlılıq 

22 

2.3. Konfidensiallıq 



22 

2.4. Digər vəkil birlikləri tərəfindən müəyyən edilmiş 

qaydalara hörmət 

23 


2.5. Vəkilliklə bir araya sığmayan fəaliyyət  

23 


2.6. İctimailik 

23 


2.7. Müştərinin marağı 

24 


2.8. Vəkilin müştəri qarşısındakı məsuliyyətinin həddi 

24 


 

 

3. MÜŞTƏRİLƏRLƏ MÜNASİBƏTLƏR 

 

3.1. Tapşırığın qəbulu və ləğvi 



24 

3.2. Maraqların toqquşması 

25 

3.3. Pactum de Quota Litis 



25 

3.4. Ödənişlərin (xidmət haqlarının) məbləğinin 

tənzimlənməsi 

26 



Yüklə 338,42 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə