AvtonəQLİyyat vasiTƏSİ sahiBLƏRİNİn müLKİ MƏsuliYYƏTİnin icbari siğortasi üZRƏ yaddaş VƏRƏQƏSİ



Yüklə 34,66 Kb.
Pdf görüntüsü
tarix21.10.2017
ölçüsü34,66 Kb.
#6229


AVTONƏQLİYYAT VASİTƏSİ SAHİBLƏRİNİN MÜLKİ  

MƏSULİYYƏTİNIN İCBARİ SIĞORTASI ÜZRƏ 

YADDAŞ  VƏRƏQƏSİ 

Avtonəqliyyat  vasitəsi  sahiblərinin  mülki  məsuliyyətinin  icbari  sığortası  mexaniki 

avtonəqliyyat  vasitələrinin  Azərbaycan  Respublikasının  ərazisində  istifadəsi  nəticəsində  fiziki  şəxslərin 

sağlamlığına,  həmçinin  fiziki  və  hüquqi  şəxslərin  əmlakına  vurduğu  zərərlərin  əvəzinin  ödənilməsini 

nəzərdə tutur.   

         Zərərin  əvəzinin  ödənilməsi  üçün,  zərərvuranın  avtonəqliyyat  vasitəsindən  istifadə  ilə  bağlı  mülki 

məsuliyyətini sığortalayan sığorta şirkətinə müraciət edilməlidir. 

 

Sığorta ödənişi Sizin təqsiriniz üzündən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkən 



şəxslərə ödənilir.   

 

Sığortalının mütləq bilməli olduğu məsələlər 

 

Hadisə baş verdikdə nə etməli? 

 

1.



 

Hadisə baş verdikdə ____ telefon nömrəsi  vasitəsilə sığorta şirkətinə və 102 xidməti vasitəsilə Dövlət 

Yol  Polisinə  dərhal məlumat verin. 

2.

 



Hadisə  nəticəsində  xəsarət  alan  şəxslər  varsa,  onların  həyatını  xilas  etmək  üçün  “Təcili  yardım”a 

(103),  ehtiyac  olduqda  FHN-ə  (112)  və  digər  lazımi  qurumlara  xəbər  verin.  Həyat  üçün  təhlükəli 

xəsarət  alındığı  hallarda  zərər  çəkənləri  səmt  üzrə  gedən  nəqliyyat  vasitəsi  ilə  yaxınlıqdakı  tibb 

müəssisəsinə göndərin, bu mümkün olmadıqda isə, öz nəqliyyat vasitənizlə aparın, daha sonra hadisə 

yerinə qayıdın. 

3.

 



Zərərçəkən(lər)ə icbari sığorta müqaviləsinin mövcudluğu barədə məlumat verin.  

4.

 



Hadisə yerini tərk etməyin. 

5.

 



Zərər dəymiş əmlakı hadisədən dərhal sonrakı vəziyyətdə saxlayın (təmir və ya bərpa etdirməyin) və 

sığorta  şirkətinə  (və  ya  onun  nümayəndəsinə)  təqdim  edin,  əmlaka  baxış  keçirilməsi  üçün  sığorta 

şirkətinin nümayəndələrinə şərait yaradın, tələb olunan məlumat və sənədləri onlara verin.  

6.

 



Aşağıdakı  hallarda  zərər  dəymiş  əmlakın    hadisədən  dərhal  sonrakı  vəziyyətdə  təqdim  edilməməsi 

mümkündür: 

 

-

 



zərərin  qarşısının  alınması  və  həcminin  azaldılması,  hadisəsinin  nəticələrinin  aradan 

qaldırılması, zərər dəymiş əmlakın  başqa şəxslərin hərəkətinə mane olmaması, əmlakın  sonrakı 

itkilərinə təhlükə ehtimalı olduğu halda onun nəzarətsiz halda qalmaması üçün  zəruri tədbirlərin 

görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı; 

-

 



sığorta hadisəsi barədə məlumatlandırıldıqdan 5 gün müddətində sığorta şirkətinin nümayəndəsi 

zərər dəymiş əmlaka baxış keçirmədikdə; 

-

 



zərər  dəymiş  əmlakın  hadisədən  dərhal  sonrakı  vəziyyətdə  saxlanmamasına  sığorta  şirkətinin 

yazılı razılığı olduqda. 

 

7.



 

Sığorta şirkətinin nümayəndəsinin təlimatlarına riayət edin. 

8.

 

Hadisə barədə şifahi məlumatın verildiyi vaxtdan 3 iş günü ərzində yazılı sığorta tələbinin forması sığorta 



şirkətindən tələb edilməli və doldurularaq dərhal sığorta şirkətinə təqdim edilməlidir. 

Yazılı sığorta tələbi 

Sizin tərəfinizdən və ya zərərçəkən şəxs tərəfindən təqdim oluna bilər.  

 

9.



 

Sığorta 


ödənişi

 almaq üçün sığortaçıya aşağıdakı sənədləri təqdim etmək lazımdır




 

-

 



sığorta ödənişinin alınması barədə ərizə (sığorta tələbi)

-

 



avtonəqliyyat vasitəsinin  qeydiyyat şəhadətnaməsi (texniki pasportu)

-

 



yol-nəqliyyat  hadisəsinin  təfərrüatları    və  zərərçəkən  şəxs  (şəxslər)  barədə  Dövlət  Yol 

Polisinin arayışı

 

(Qeyd:    Aşağıdakı  şərtlərin  hər  biri  eyni  zamanda  mövcud  olarsa,  hadisə  iştirakçıları  arasında 



ikitərəfli  protokol  tərtib  edilə  bilər.  Bu  halda  yol-nəqliyyat  hadisəsi  haqqında  Dövlət  Yol  Polisinin 

arayışı tələb olunmur.  

-

 



hadisə ikidən artıq olmayan avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə

-

 



hadisənin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə 

olmadıqda;  

-

 



hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə;  

-

 



hadisə nəticəsində dəymiş zərərin həcminin 1000 manatdan çox olmaması hadisə iştirakçıları və 

sığorta şirkəti tərəfindən ağlabatan şəkildə ehtimal edildikdə.)  

 

-



 

yol-nəqliyyat  hadisəsi  nəticəsində  avtonəqliyyat  vasitəsinin  və  ya  digər  əmlakın 

zədələnməsi,  məhv  olması  və  ya  hər  hansı  digər  formada  itkisi  ilə  bağlı  zərərin 

məbləğini təsdiqləyən sənəd

-

 



sağlamlığa dəyən zərər üzrə xəsarətin dərəcəsi haqqında  həkim arayışı, əlillik halında 

isə əlilliyin qrupunu, səbəbini və təyin edilməsi tarixini əks etdirən tibbi-sosial ekspert 



komissiyasının arayışının surəti

-

 



yol-nəqliyyat  hadisəsi  nəticəsində  üçüncü  şəxs  öldükdə  ölümün  səbəbi  haqqında  tibbi 

ekspertiza  rəyinin,  ölüm  haqqında  şəhadətnamənin,  habelə  ölənin  ailə  üzvlərinin 

onunla  qohumluq  əlaqəsini  təsdiq  edən  müvafiq  sənədlərin  (doğum  haqqında 

şəhadətnamənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə (arvada) münasibətdə nikah haqqında 

şəhadətnamənin) surətləri

-

 

yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxs sağlamlığına zərər dəyməsi üzündən 3 il 



ərzində öldükdə, onun ölümünün hadisə ilə səbəb əlaqəsində olmasını təsdiq edən tibbi 

ekspertiza  rəyinin,  ölüm  haqqında  şəhadətnamənin,  habelə  ölənin  ailə  üzvlərinin 

onunla  qohumluq  əlaqəsini  təsdiq  edən  müvafiq  sənədlərin  (doğum  haqqında 

şəhadətnamənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə (arvada) münasibətdə nikah haqqında 

şəhadətnamənin) surətləri;  

-

 

yol-nəqliyyat  hadisəsinin  təqsirkarı  tərəfindən  zərərçəkənin  əmlakına  vurulan  zərərin 



əvəzi  ödənilmiş  olduqda  və  ya  sağlamlığa  vurulan  zərərlə  əlaqədar  hər  hansı  ödəmə 

həyata keçirildikdə belə ödəməni təsdiq edən sənədin müvafiq qaydada təsdiq edilmiş 

surəti;  

-

 



sığorta ödənişi alan şəxs fiziki şəxs olduqda onun şəxsiyyət vəsiqəsinin surəti, hüquqi 

şəxs  olduqda  isə  onun  nümayəndəsinə  verilmiş  müvafiq  etibarnamə  və  həmin 



nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti. 

 

Yuxarıda göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı 



tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda 

zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı 

qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə 

sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş 

verməlidir. 



Sığorta ödənişinin verilməsindən imtinanın əsasları  

 

     Aşağıdakı hallarda sığorta ödənişi verilmir: 

 

1.

 



Hadisə  və  ya  hal  hərbi  əməliyyatlar,  terrorçuluq,  kütləvi  iğtişaşlar,  nüvə  partlayışı,  radioaktiv 

çirklənmə ilə bağlı olduqda;  

2.

 

Sığorta tələbi üçüncü şəxsin pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar, sənət əsərləri, 



o cümlədən rəsm əsərləri, qravüralar, heykəllər, həmçinin modellər, plan və eskizlər, ixtira patentləri, 

sənədlər, kitablar və yazılar şəklində olan əmlakına dəymiş zərərlə bağlı olduqda;  

3.

 

Sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda;  



4.

 

Sığorta  tələbi  sığortalının  və  ya  sığorta  olunanın  cərimə,  dəbbə  pulu,  peniya  ödəməsi  üzrə  əmlak 



mənafeləri ilə bağlı olduqda;  

5.

 



Hadisə barədə məlumat vermə ilə bağlı qanunvericiliyin tələbinə əməl edilməməsi nəticəsində sığorta 

şirkəti hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduqda; 

6.

 

Zərər  dəymiş  əmlakın  sığorta  şirkətinə  təqdim  edilməsi  ilə  bağlı  qanunvericilikdə  nəzərdə  tutulmuş 



tələblərə riayət  edilməməsi  və  ya  qanunvericiliklə  müəyyən  edilmiş  hallar  nəzərə  alınmaqla,  sığorta 

hadisəsi  barəsində  sığortalının  sığorta  şirkətinə  qəsdən  yanlış  məlumat  verməsi  nəticəsində  sığorta 

şirkəti sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından 

tam və ya qismən məhrum olduqda

7.

 

məsuliyyəti



  istisna  edən  hallardan  başqa  hadisə  zərərçəkənin  müvafiq  hadisənin  baş  verməsinə 

yönələn  qəsdən  etdiyi  hərəkəti  və  ya  hərəkətsizliyi,  habelə  hadisə    ilə  birbaşa  səbəb  əlaqəsində  olan 

qəsdən cinayət törətməsi ilə bağlı baş verdikdə; 

8.

 



Sığorta ödənişi verilməli olan şəxs zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən 

aldıqda;  zərərvuran  zərərin  əvəzini  qismən  ödəmiş  olduqda  sığorta  ödənişindən  ödənilmiş  məbləğ 

həcmində imtina edilir; 

9.

 



Baş vermiş hadisə icbari sığorta qanunlarına görə sığorta hadisəsi hesab edilmədikdə. 

 

 

 

Yüklə 34,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə