Ay ulduzlar və planetlər kimi səma cismidir. Ay Yerin dostudur və alimlər onu Yerin peyki



Yüklə 16,15 Kb.
Pdf görüntüsü
tarix18.04.2018
ölçüsü16,15 Kb.
#39208


 

Giriş 

Ay ulduzlar və planetlər kimi səma cismidir. Ay 

Yerin  dostudur  və  alimlər  onu  Yerin  peyki 

adlandırırlar. Yer fırlandıqda, Ay da onunla birlikdə 

ətrafında  hərəkət  edir.  Yerdən  əsasən  Ayı  gecə 

görmək olur, amma bəzən gündüzlər də görünür. 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 Ay  Yerdən  müxtəlif  ölçü  və  formada  görünür. 



Maraqlıdır ki, nə üçün belədir?  Və ya nə üçün gecə 

işıq  saçır,  hərçənd  deyilir  ki,  Ay  ən  qaranlıq  və 

soyuq səma cismidir? 

   


Ay haqqında 

Ay doğurdan da işıqlandıra bilmir. O, soyuq  və 

qaranlıqdır.  Gecə  işıqlandırılan  isə  günəşdən  əks 



 

olunan işıqdır. Amma bu işıq o qədər azdır ki,  hər 



gecə onu yaxşı işıqlandıra bilməz. 

 

Bildiyimiz kimi,  Ay Yerin ətrafında elə  hərlənir 



ki,  biz  yalnız  onun  bir  tərəfini  görə  bilirik.  İkinci 

tərəfi  qaranlıqdır  və  Yerdən  görünmür.  Amma 

alimlər  süni  peyk  icad  etdikdən  sonra  uçuş  zamanı 

Ayın  ikinci  tərəfinin  şəklini  çəkə  bildilər  və  biz 

artıq bilirik ki, Ayın qaranlıq tərəfi necədir.  



 

Necə  düşünürsünüz,  nə  üçün  Ayın  forması  hər 



gecə  dəyişir?  Nə  üçün  o  gah  dairəvi,  gah  oraq 

formalı, gah da yarımdairəvi olur? Sən demə, günəş 

təkcə Yeri deyil,  Ayı da işıqlandırır və  hansı tərəfə 

günəş işığı düşərsə, biz də həmin tərəfi görürük. 

 

 



 

Ay 

Yer  sakinləri  Ayla  çox  maraqlanırlar,  xüsusilə 

də  -  alimlər.  Aya  səyahət  də  edə  bilmişlər  ki,  onu 

yaxından  müşahidə  edə  bilsinlər.  Alimlər  kəşf 

etdilər ki, burada nə su və nə də ki, həyat üçün hava 

(atmosfer)  var.  Burada  həyat  yoxdur,  onun  yalnız 

sıldırımlı səthi var.  

 

  

 




 

 



Aya uçan ilk süni gəmi Amerikadan “Apolo 11” 

idi.  O,  1969-cu  ildə  Aya  endi,  bu  gəmi  ekipajının 

rəhbəri  isə  Nil  Armstronq  oldu.  “Apolo”  qrup 

üzvləri Ayı yaxşı nəzərdən keçirdilər və araşdırmaq 

üçün müxtəlif materialları Yerə gətirdilər.  

Ay necə yaranmışdır? 

Alimlər  çox  maraqlanırdılar  ki,  Ay  necə 

yaranmışdır  və  uzun  müddət  ona  cavab  tapa 

bilmirdilər.  Dəqiq  cavab  heç  bu  gün  də  bilinmir, 

amma  Ayın  yaranması  haqqında  bir  daha  çox 

yayılmış fikir mövcuddur: 

Çox  əvvəllər  Yer  yarandıqda  onunla  planetə 

oxşar cismi olan nəhəng bir asteroid toqquşmuşdur. 

Bu toqquşma o qədər güclü idi ki, Yer həqiqətən də 

parçalanmış  və  kosmosa  səpələnmişdi.  Kosmosda 

çox  qeyri-adi  cazibə  qüvvəsi  mövcuddur.  Onu 



 

qravitasiya  qüvvəsi  adlandırırlar  və  bu  hissələr 



onun  vasitəsilə  yenə  də  bir  yerə  toplaşmışdır. 

Amma  hissələrin  hamısı bir  yumru planetdə birləşə 

bilməmişdir.  Onlardan  biri  Yerdən  kənarda  qalmış 

və  məhz  o,  Aydır,  hansı  ki,  bundan  sonra  Yerlə 

“dostlaşmış”  və  onun  yanından  uzaqlaşmır.  Bu 

səbəbdən  onu Yerin peyki adlandırırlar. 



 

 

Yüklə 16,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə