Aydın şüura doğru yol



Yüklə 59 Kb.
tarix28.06.2018
ölçüsü59 Kb.
#52307
növüDərs

Eksperimental psixologiya

Cəlbedən halların seleksiyası
Ön söz

Əgər səni uğursuzluq gözləyirsə, o özü səni tapacaq, bu vaxt sən özündə cəsarət toplayıb, böyük bir işi görməyə qərar verirsənsə, deməli, sənin nə qalib gəlməyən, nə də məğlub olmayan soyuq və laqeyd insanlar arasında heç vaxt yerin olmayacaq.

Teodor Ruzvelt
Mənim adım Bodxidir.

Bu kitab təcrübi dərslik kimi göstərilir. Kitabda ifadə olunan metodlar, səmimi və inadlı əməl etmələr istənilən hər hansi bir insanın əzab-əziyyətlərdən (mənfi hisslər,yanlış fikirlər, qeyri-şüuri istəklər, xoşagəlməz duyğular) son dərəcə qısa və aydın yolla qurtarıb, tamamilə başqa bir həyata - kəşflərlə dolu, nurlu, aydın dərk etmələrlə dolu bir həyatın başlanğıcına aparır.

Bu kitab müasir həyata uyğunlaşdırılmış və kifayət qədər ətraflı işlənmişdir. Belə ki, mən oxucuya aydın dərk etmənin düzgün yolunu göstərməklə, onun yenidən əvvəlki sönük həyata qayıtmasını və adi də olsa mənfi hisslərin səs - küyünü yaşamasını istəmirəm.

Qarşıya qoyulan minimum məqsəd – ölüm ayağında belə aydın şüurun saxlana bilməsidir. Bu da sənə əzab-əziyyətlərdən tam azad olaraq özünü aydın dərk etmənin fasiləsiz təzahürlərində hiss edərək, kədərlənməyə qapılmadan fasiləsiz olaraq doğulmuş və növbəti doğulanlar arasında öz təcrübəni həyata keçirməyə imkan verir. Mən bu kitabı 2000-ci ildə yazmağa başlayanda ümid edirdim ki, bu kitab nə üçün daha çox yaşamaq həvəsində olduğunu “biləndə” nə vaxtsa kimdəsə boş yerə əks-təsir buraxmasın. Bunun nə vaxt və necə olacağını isə mən bilmirdim. 2005-ci ilə kimi minlərlə insan bu kitabı tam və ya yarımçıq formada oxuyub, onlardan iki yüzü mənim təsvir etdiyim metodlardan istifadə etməyə çalışıblar və onlarla insan öz həyatlarının dəyişməsindən o qədər razı qalıblar ki, indi artıq onlar yenidən əvvəlki əzab-əziyyətlərə qayıtmağı təsəvvür belə etmirlər. Mən başa düşürəm ki, mənim kitabım yalnız min və ya iki min ildən sonra kütləvi surətdə tələb olunacaq, o vaxta qədərsə tək-tək insanlar istəyəcəklər ki, azad məxluqlar olsunlar. Mənim bu kitabım da, məhz, həmin insanlar üçündür, kimlər ki, ya indi, ya 20 ildən, ya da 2000 ildən sonra aydın dərk etmələr dünyasının səyyahları olmaq istəyəcəklər.

Mənim kitabımın mövcüdluğu müasir insanların böyük əksəriyyətində mənfi münasibət yaradır - hər şeyə şübhə ilə yanaşmadan güclü nifrətə kimi. Kimlər ki, mənfi hisslər yaşamaqda davam etmək istəyir (axı mən onlara bu mənfi hisslərin aradan qaldırılmasının düzgün metodunu göstərirəm), kimlər ki, saysız-hesabsız ehkamlar içində batıb qalıblar (axı mən onlara bütün ehkamları dağıtmağın düzgün metodunu göstərirəm, heç bir şəxsi təcrübəyə əsaslanmayan, azad aydın düşüncənin inkişaf metodunu), kimlər ki, özlərini hər hansı bir dinin tərəfdarı hesab edirlər (axı mən istənilən insana dini institutlardan, allahlardan və digər başqa vasitəçilərdən asılı olmadan aydın dərk etməyə aparan düzgün metodu göstərirəm), kimlər ki, özlərini gizlilər hesab edirlər (axı bu “gizli” elmlər yazırlar ki, işıqlanmaya gedən yol inanılmaz dərəcədə uzun və mürəkkəbdir, ancaq mən elə adi, sadə və başadüşülən metod göstərirəm ki, bu hətta əhvalı pozulmuş, qanı qaralmış insanı belə əzab-əziyyətlərdən qurtarıb gələcək həyatın başlanğıcığına azad insan kimi aparır, bu isə bir neçə il gərgin, inadlı əməyin nəticəsində mümkündür!), və sairə və ilaxır. Bütün bunlar, xüsusilə, “gizliləri” qıcıqlandırır, onlar məni “bambılı” adlandırırlar, guya mənim diplomum yoxdur, mən “gizli məktəb” qurtarmamışam, heç kimdən dərs almamışam, nüfuz sahibi olmadan, dini yazılara əsaslanmadan aydın şüurun düzgün yolunu təklif edirəm, hansı ki,əzab-əziyyətlərdən qurtarıb aydınlığa çıxaran bu yolu mən özüm gərgin əməklə, səmimi cəhdlə tapmışam. Mənim bu yolu təklif etmək üçün səlahiyyətimi təsdiq edən edimadnaməm yoxdur, mən ancaq özümün və başqalarının sevincli arzularına və təcrübəsinə əsaslanaraq hərəkət edirəm.

Nə qədər müxtəlif “ağıllı” kitablar...yazılıb, ancaq onların hər hansı birini oxuyanda ən azı üç sual meydana çıxır:

1) konkret olaraq nə etmək? Necə etmək? Kiçik, lakin tez-tez qarşıya çıxan çətinlikləri necə aradan qaldırmaq?

2) əgər kitabda nə etmək və necə etmək haqqında hansısa bir məsləhət verilirsə, onda ikinci sual meydana çıxır: nəyə görə? Nə üçün məhz bu? Bu və ya digər işləri yerinə yetirmək üçün çoxlu vaxt sərf edib, lakin axırda özünçün əyləncəli bir şey tapmayanda, mən özümə necə inamlı ola bilərəm?

3) Sonra nə etməyi necə başa düşmək? Təlimat mənbələrinə əsaslanmaqmı?

Mənim kitabımda birinci sualın cavabı var,ikinci sual isə öz mənasını itirir, birincisi ona görə ki, əgər sən var gücünlə özündə heç bir təlqin və inamı əldə rəhbər tutmadan, gördüyün bir işin sevincini yaşayırsansa, nəticədən asılı olmadan, elə o andaca gördüyün işdən ləzzət alırsan. İkincisi, əgər sən tez bir zamanda mənfi hissləri yerindəcə aradan qaldırıb, həmin dəqiqə də aydın dərk etmənin səs-küyünü yaşayırsansa, deməli, sən aldığın nəticədən yenə həmin andaca həzz alırsan.

Üçüncü suala gəldikdə isə, sən mənim təcrübəmdən və metodlarımdan istifadə edərək, sevincli hisslər və digər aydın dərk etmələr yaşayaraq, özün-özünün kompası olursan. O metodlardan ki, səni, bilavasitə sənin üçün əyləncəli olan bir vəziyyətə çatdırır. Mənim yolum əzab-əziyyətlərin düzgün aradan qaldırılmasından və aydın dərk etməyə aparan arzuların həyata keçirilməsindən ibarətdir.

MƏNFİ HİSSLƏRİN YAŞANMASINI DAYANDIRMAQ OLAR - özünə tabə etmək, bəraət qazandırmaq, “olduğu kimi qəbul etmək” deyil, məhz yaşamamaq.

Xəyallara qapılaraq özünün ağıllı bir müəllimin rəhbərliyi altında himalay dağlarında aydın şüura doğru hərəkət edə biləcəyini fikirləşmək əvəzinə, yaşadığın gerçək həyatda da sən sonsuz sevincli, maraqlı düşüncə səyahətinə çıxa bilərsən.

Çox qanı qara, pərt bir insan olmaq olar - zəhləsi getmək, qısqanmaq, paxıllıq etmək, ölüm arzulamaq, hövsələsiz olmaq, acgözlük etmək! Əgər səndə özünçün maraqlı olan bir şeyi yaşamaq və həyata keçirmək həvəsi varsa, deməli, vəziyyətdən çıxış yolu var. Əgər sən belə bir vəziyyətə düşmüsənsə, ona konstruktiv yanaş. Dəxli yoxdur ki, nə üçün sən belə bir vəziyyətə düşmüsən. Çıxış yolunu axtarmaq lazımdır - nə etmək və edəcəyin işi başlamaq. Qərbi insan daha fədakar olur: maşınlar, mənzillər “bütün tərbiyəli insanlar kimi olmaq” kimi məqsədlərinə çatmaq üçün o, bütün həyatını girov qoymağa hazırdır, onu məqsədinə bağlayan süni şeylər xatirinə özündə olan bütün həqiqi olan hissləri boğur. On illərlə o, nəzakət xatirinə öz nigahını qoruyub saxlayır, dəbdə olan maşınlar, mənzillər xatirinə on illərlə yorulmadan idarələrə ayaq döyür. Müasir qərb insanları maneələri aradan qaldırmağı bacarırlar. Onlar tərki-dünya olurlar, lakin bu tərki-dünyalıq çox iyrəncdir, çünki bu insanlar öz sevincli hisslərinə üstün gələrək, maraqlı dərk etmənin yaşanmasına aid olmayan çətinlikləri aradan qaldırırlar. Müasir insan fədakardır, lakin bu fədakarlığın məqsədi kənardan zorla qəbul etdirilmiş boş bir cəfəngiyyatdır və onu fasiləsiz əzab-əziyyətlərə aparır. Bəzən çoxdan bəri demək və inanmaq istədiyin bir məsələyə münasibətini “biləndə”, səndə xüsusi bir hiss oyanır, elə bir hiss ki, onda gərgin bir həqiqət, əsaslı bir düzlük var, bu zaman sən özündə həm güc, həm də inam taparaq, göstərdiyin cəhdləri daha asan həyata keçirə bilirsən. Dünyanı əhatə edən təzyiq bəzən həddindən çox böyük olur və inanmaq istəmirsən ki, başqa cür yaşamaq, başqa cür hiss etmək olar, və yaxud da həyat tamamilə başqa cür, yəni, həqiqi ola bilər. Mən bunu ona görə yazıram ki, kimsə bunu oxuyanda belə bir həyatın mövcud olduğunu başa düşsün. Bu cür yaşayan belə bir insan var - ən adi bir insan, iki əli, iki ayağı, bir başı olan insan. Onun təcrübəsinə əməl edən digər insanlar da belə yaşayırlar - bu həmin həyatı yaşamağa ürəkdən can atan hər bir kəs üçün mümkündür. Bu kitab necə yaşamağın əsil, canlı nümunələrini göstərən sevincli hissləri ifadə edir. Mən özümü barmaqla göstərib deməkdən utanmıram ki, baxın, mən başqa cür yaşayıram, mən bax belə yaşayıram, sən də belə yaşaya bilərsən və sənin qarşında hər şey açıqdır, sənə təlqin edilən hər şeyə tüpür, ona ki, sən zəifsən, axmaqsan, haqlı deyilsən, günaha batmısan və ona ki, bu işi sən belə “etməlisən”. Ancaq sən özünü ona inandır ki, sən, aydın dərk etmələr dünyasına səyahətə aparan təcrübəni həyata keçirə bilərsən.

Bu kitab mənimlə razılaşan insanlar üçün təyin edilib: hər bir halda ağır kədərlənmədən (mənfi hisslər, qeyri-şüuri fikirlər, qeyri-şüuri arzular) azad olmaq, sənə hansı yolu seçməyindən asılı olmadan, həmin yolda irəliləməkdə kömək edəcək.

Artıq hardansa insanlar peyda olurlar, hansılar ki, mənim həyatımla, təcrübəmlə “daxildən” tanışdılar, onlar digər təcrübə keçmiş insanlarlarla ünsiyyətdə olaraq, bir-birinin dalınca açıq-aşqar yalanlarla, düşünülmüş tənqidi sınaqlarla məni və mənim təcrübəmi dünyaya yayırlar. Düzgün yol təcrübəsinin şərhçiləri və “yaxşı bilənləri” meydana çıxırlar. Onlar terminlərdən özlərinin istədikləri formada istifadə edirlər, guya onu “dəqiqləşdirirlər”, “yaxşılaşdırırlar”, “izah edirlər”, çox yüksəkdən tənqid edirlər, digər təcrübə keçənlərə öz köməklərini təklif edərək, özlərini ya mənim şagirdlərim, ya mənimlə birlikdə təcrübə keçirən tərəf müqabillərim, və yaxud da sadəcə olaraq təcrübə keçənlər kimi qələmə verirlər, onlar mənim bütün yazdıqlarımı çox gözəl başa düşürlər və məndən öyrəndiklərinin başa düşmələrini təstiqi üçün heç nə lazım deyil. Hətta elələri də peyda olublar ki, onlar anlaşılmaz bir tərsdə özlərinin mənimlə xüsusi ünsiyyətdə olduqlarına işarə edirlər, özlərini mənim keçmiş şagirdlərim, hətta mənimlə işləmiş şərik müəllif kimi qələmə verirlər. Yalanı sübut etməyə çalışmaq - mənasız bir işdir. Birincisi, yalanı sübut etdikcə başqası meydana çıxır, ikincisi, mən buna vaxt itirmək belə istəmirəm. Mənim kitabımı zəruri hesab edən insanlar nəyin necə olduğunu özləri ayırd edirlər.

Mən çalışıram ki, təcrübə texnoloqiyasının təmsilçiləri, aydın dərk etmə təmsilçiləri daha da çoxalsın və yeni təcrübəyə başlayan insanlar üçün məsləhətçilər, etalonlar, ekspertlər kimi çıxış edə bilsinlər. Elə insanlar da peyda olurlar ki, özlərini “sifət” adlandırırlar, hansı ki, “sifət” onların heyvanlara qarşı hiss etdikləri zəriflik və simpatiya ilə təsəvvürlər arasında əlaqə yaradan bir sözdür. Mən “sifəti” sifət olmayandan düzgün ayıra bilirəm. Əlavə olaraq biz “quyruq” terminindən də istifadə edirik. “Quyruq” adlandırılan insanlar təcrübə ilə məşğuldur, lakin hələ də onlar Aydın Dərk etməyə can atmanı, səmimiliyi, qətiyyəti, inadkarlığı, aydınlığı əldə etməyiblər, bütün bunlar isə sifətdən sifət düzəldir, ancaq bunlar güman etməyə əsas verir ki, onlar buna nail olacaqlar.

Sənin DYT-nə aid sualları məsləhətləşdiyin adamın sifət yoxsa quyruq kimi peyda olacağını, yaxud da kədərlənmədə ən azı sənə bərabər olacağını dəqiqləşdirmək istəyirsənsə, mənim saytıma müraciət edə bilərsən.

Bu kitab, internet səhifəsində aşağıdakı saytda yerləşdirilib: www.bodhi.ru və zamanın tələbinə uyğun olaraq tez-tez təkmilləşir. Bu saytda digər təcrübə keçmişlərin məqalələri də yerləşdirilib, məsələn, “Mayya” kitabı və başqa materiallar. Əgər sən təcrübə ilə məşğul olmağa başlamısansa və səndə digər təcrübə keçmişlərlə ünsiyyətdə olmaq arzusu varsa, sən elə həmin saytın konfransında iştirak edə bilərsən.

Əvvəllər, kitabı yenicə yazmağa başlayanda güman edirdim ki, əgər mən insanların daha çox işlətdikləri sözlərdən istifadə etsəm, bu sözlərin müəyyən bir fikri ifadə edib-etməməsindən asılı olmadan, oxucuya istədiyim fikri təbii, ən azı aydınlığı ilə çatdırım ki, həmin fikir öz mənasını itirməsin, onun əvvəllər rastlaşdığı hər şeydən fərqlənsin, sonra isə təcrübə onu o qədər dəyişsin ki, o, özü öz düşüncəsini təmizləməyə başlasın. İndi mən öz metodumu dəyişmişəm; birincisi, belə tutqun tərzdə ifadə mənim özümün xoşuma gəlmir, ikincisi, mən əmin oldum ki, təcrübə ilə fəal sürətdə məşğul olan insanlar az da olsa meydana çıxırlar və onlar üçün mən son dərəcə aydın bir kitab buraxmaq istəyirəm. Belə ki, mən bütünlüklə kitabım üzərində yenidən işləyirəm və başa düşürəm ki, oxu zamanı oxucularda qabarıq təəsürratların yaşanması ehtimalı azaldıqca, oxucuların sayı azalır, əvəzində isə axıra qədər qalan oxucuların dərk etmə səviyyəsi yüksəlir, bu da məni qane edir, çünki bundan sonra mən əzab-əziyyətlərdən qurtarmaq istəməyənlərə öz diqqətimi yönəltmək istəmirəm.



Mən hər birinin öz vəzifəsi olan bir neçə kitab yazmaq qərarına gəldim: “Aydın şüura doğru yol” kitabı cansıxıcı instruksiyalardan, arayış kitabçasından ibarətdir. “Mayya” kitabında biz Skvo ilə birlikdə konkret instruksiyalardan daha çox təəssürat yaradan təcrübə keçmiş insanların həyatını bədii formada təsvir edirik. “Pələng gedişi” kitabı da “Mayya” kimi eyni funksiyaları daşıyır, ancaq ifadə tərzinə görə bu funksiyalar daha çox yeniyetmələr üçün yararlıdır. Cinsi əlaqə haqqındakı hekayələr toplusu o kəslər üçündür ki, onlar cinsi əlaqənin inkişafında maraqlıdırlar və onlar cinsi əlaqədə olma arzularını həyata keçirməyi tərəflərdən hansısa birinin özünü dəyişməsində görürlər. Bu topluda, onlar cinsi əlaqə zamanı meydana çıxan uğursuzluqların aradan qaldırılması və yaxud göstərilmiş yaxşı təəsuratlar haqqında praktik məsləhətlər tapırlar. “Təcrübə keçənlərin məqalələr toplusu” sifətlərin öz təcrübəsində toqquşduğu bir tərəfli sualları təfsilatı ilə qabaqcadan təyin edir və s. Mən çoxlu silsilə kitablar buraxmaq qərarına gəldim (sifətlər də kitab yazmağı xoşlayırlar), hər bir kitab, hər bir element yaradıcılığı özündə müxtəlif örtüklərə bürünmüş təcrübə “nüvəsi” daşıyacaq. Həqiqətən, mən yeni bir mədəniyyət yaratmaq istəyirəm, öz kökünü aydın dərk etmədən, sevincli arzulardan götürən, konsepsiyalardan, MH-dən azad olub böyüyən bir mədəniyyət.

Bu kitabı redaktə edərkən, özüm özümdən soruşdum - nə üçün mən qadın oxucularına deyil, kişi oxucularına müraciət edirəm? Bu belə qəbul edilib, lakin təcrübə göstərir ki, DYT ilə daha fəal və ürəkdən məşğul olan insanlar əsasən qızlardır. Bunu nə ilə izah etməyi isə mən bilmirəm. Bəlkə bu ona görədir ki, kişilərin öhdəsinə düşmüş ictimai vəzifə, konsepsiyalar, MH-lər kişilər üçün daha çox zəhərləyicidir, nəinki qadınlar üçün? Kişi - son dərəcə xüsusi təmkinlilik hissi, demək olar ki, böyüklük iradəsi və ya kütlükdən irəli gələn təcavüzkarlıq hissi olan bir insandır. (“Axmaqlıq” - intellektual səviyyəsi olmayan, “kütlük” isə - MH-i məntiq və aydınlıqla mühakimə etmək qabiliyyətinin olmamasıdır, ona görə də , hətta intellektual səviyyəsi daha çox inkişaf etmiş insanlar belə küt ola bilərlər). Qızlarda tez-tez alçaldılma, öz-özlərinə şikayətlənmə, inamsızlıq halları olur, bu da ən azı onlar üçün öldürücü bir zərbədir. Bu və ya digər formada, mən mürəkkəbləşmiş şablonlar ardınca getməyə əsas görmədiyimdən kişi oxucuya deyil, qadın oxucuya müraciət etmək qərarına gəldim. Şübhə etmirəm ki, bu, kişilərdə çox böyük nifrət hissi oyadacaq, nə qədər gülünc olsa da, kişilər özlərini “öndə gedənlər” və “ağıllılar” hesab edirlər, eyni vaxtda da onlar qızları özləri üçün ikinci dərəcəli hesab edirlər.
Yüklə 59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə