Aygün Dağıstan qızı Şabandayeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə1/32
tarix21.10.2017
ölçüsü2,93 Kb.
#6376
  1   2   3   4   5   6   7   8   9   ...   32


Azərbaycan Respublikası 
Kənd Təsərrüfatı Nazirliyi 
Aqrar Elm Mərkəzinin 
Eroziya və Suvarma Elmi Tədqiqat İnstitutu 
 
 
Aygün Dağıstan qızı Şabandayeva 
 
 
Kiçik Qafqazın şimal və şimal-şərq hissəsində 
eroziya prosesinin ekoloji duruma, ekosistemlərə 
təsiri və ona qarşı kompleks mübarizə tədbirlərinin 
tətbiqinin zərurəti 
 
 
Влияние эрозионных процессов на 
экологическую ситуацию и экосистемы северо и 
северо-восточной части Малого Кавказа и 
необходимость внедрения комплекса 
мероприятии по борьбе снею  
 
 
Iunfluence of erosion prosess in the north and east 
part of Small Caucasus on ecological situation and 
ecosystem and necessity of taking complex control 
measures against it 
 
 
 
 
BAKI – 2011 


 

İş biologiya elmləri doktoru
Professor, AMEA-nın həqiqi üzvü 
Q.Ş.Məmmədovun rəhbərliyi altında aparılmışdır. 
 
Elmi redaktoru: 
Coğrafiya elmləri doktoru, professor B.Q.Şəkuri 
 
Aygün Dağıstan qızı Şabandayeva, 
Kiçik Qafqazın şimal və şimal-şərq hissəsində eroziya 
prosesinin ekoloji duruma, ekosistemlərə təsiri və ona qarşı 
kompleks mübarizə tədbirləri.  
Bakı, “Elm vя tяhsil”, 2011. 144 сящ. (шякилли).
 
 
 
Aygün Dağıstan qızı Şabandayevanın “Kiçik Qafqazın şimal və şimal-
şərq  hissəsində  eroziya  prosesinin  təbii  duruma,  ekosistemlərə  təsiri  və  ona 
qarşı kompleks mübarizə tədbirləri” mövzusunda yazdığı kitab-albom, müəl-
lifin Kiçik Qafqazın şimal və şimal-şərq hissəsində apardığı kompleks tədqi-
qatlara  əsaslanaraq  tərtib  edilmişdir.  Tədqiqat  Azərbaycan  Respublikasının 
dilbər guşələrindən olan Göygöl bölgəsində aparılmışdır.  Müəllif şaquli isti-
qamətdə yerləşən torpaq tiplərini tədqiq etmişdir. Kiçik Qafqazın şimal və şi-
mal-şərq bölgəsi mürəkkəb geoloji və geomorfoloji quruluşa malikdir. Bura-
da  ekzogen  və  antropogen  təzyiqlər  günü-gündən  artaraq  fəlakətli  eroziya 
prosesini  yaratmış  ki,  bununda  nəticəsində  ekoloji  durum  xeyli  pisləşmiş, 
təbii  ekosistemlər  pozulmuşdur.  Müəllif  ayrı-ayrı  təbii  landşaftlarda  eroziya 
prosesini tədqiq etmişdir. Kitabda səthi, xətti, otlaq eroziyası haqda xeyli şə-
killər göstərilir. 
Kitab  kənd  təsərrüfatı  mütəxəssisləri,  torpaqşünaslar,  eroziyaşünaslar, 
ekoloqlar və ali məktəb tələbələri tərəfindən istifadə edilə bilər.  
 
 
А
2011
098
3701000000


N
 Грифли няшр 
 
 
© «Elm vя
 tяhsil», 2011 
© 
Aygün Şabandayeva, 2011 
 


 

Mən  şübhə  etmirəm  ki,  görülən  və  görüləcək  tədbirlər 
nəticəsində  bir  neçə  ildən  sonra  görəcəyik  ki,  Azərbaycan 
vətəndaşlarının sağlamlığı daha da möhkənlənib. Çünki insan 
sağlamlığına  ən  ciddi  zərbə  vuran  amil  ekoloji  vəziyyətin 
lazımi səviyyədə olmamasıdır. 
İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Ön söz 
Azərdaycan  Respublikasında  kənd  təsərrüfatının  hərtərəfli 
inkişaf  etdirilməsi  üçün  2008-2015-ci  illərdə  Azərbaycan  Res-
publikasında  əhalinin  ərzaq  məhsulları  ilə  etibarlı  təminatına 
dair Dövlət Proqramında torpaq və sudan istifadənin səmərəlili-
yinin  artırılması  nəzərdə  tutulmuşdur. Proqramda eroziyaya uğ-
ramış, şorlaşmış və digər səbəblərdən deqradasiyaya məruz qal-
mış torpaqların  müəyyən edilməsi  və xəritələşdirilməsi,  onların 
münbitliyinin bərpası və onlardan səmərəli istifadə olunması ilə 
əlaqədar  təkliflərin  işlənib  hazırlanması  nəzərdə  tutulmuşdur. 
Proqramda  nəzərdə  tutulan  mühüm  məsələlər  məhsuldarlığı 
yüksəltmək,  əhalinin  taxıl,  meyvə,  tərəvəz  məhsullarına  olan 
tələbatını  ödəmək,  maldarlığın  inkişafı  üçün  möhkəm  yem  ba-
zası  yaratmaq,  torpaq  örtüyünü  mühafizə  etmək  və  digər  təd-
birlərdən  ibarətdir.  Kənd  təsərrüfatının  inkişafına  mənfi  təsir 
edən  amillərdən  ən  təhlükəlisi  torpağın  eroziyasıdır.  Torpağın 
yuyulmasına  qarşı  düzgün  mübarizə  tədbirləri  tətbiq  etmədən 
yüksək  və  sabit  məhsul  əldə  etmək  qeyri-mümkündür.  Müasir 
iqtisadi  sosial  inkişaf  şəraitində  əhalinin  ərzağa  olan  təlabatını 
ödəmək  ölkəmizin  əsas  problemlərindəndir.  Bu  problemin  həl-
lində torpaq örtüyünün mühafizə edilməsi və onun münbitliyinin 
qorunub  saxlanılması  ən  aktual  məsələdir.  Müxtəlif  təbii  və 
antropogen  təsirlər  nəticəsində  torpaqlarda  baş  verən  eroziya 
prosesi son nəticədə onların münbitliyinin zəifləməsinə, torpaq-
bitki örtüyünün deqradasiyasına və məhsuldarlığının kəskin aşa-
ğı  düşməsinə  və  beləliklə  də  əhalinin  ərzaq  və  enerji  ehtiyat-
larının ödənilməsində iqtisadi sosial çətinliklər yaradır. 


 

Ölkəmizin  torpaq  ehtiyatları  çox  məhdud  olmaqla,  ancaq 
ölkə ərazisinin 48%-i kənd təsərrüfatına yararlı torpaqlardır. Bu 
torpaqların 50%-dən artığı eroziya, defliyasiya, təkrar şorlanma, 
şorakətləşmə və dağ-mədən işləri nəticəsində müxtəlif dərəcədə 
deqradasiyaya məruz qalaraq kənd təsərrüfatı dövriyyəsindən çı-
xarılmışdır. 
Azərbaycan  respublikası  tipik  dağlıq  ölkə  olub,  orada  uca 
dağlar  özünə  məxsus  relyef    yaratmışdır  ki,  bu  da  çox  yaxşı 
formalaşmış  torpaq-bitki  qurşaqlarının  əmələ  gəlməsinə  şərait 
yaradır.  Burada  relyef  şəraitinin  müxtəlifliyi  və  mürəkkəbliyi, 
iqlimin özünə məxsus xüsusiyyətləri, çox meyilli sahələrdə şum 
və  becərmə  işlərinin  yamacın  eni  istiqamətində  deyil,  uzununa 
aparılması və torpaqqoruyucu tədbirlərin tətbiq edilməməsi, ek-
zogen  proseslərin  intensivliyi,  zaman  çərçivəsində  eroziya  pro-
sesinin  əmələ  gəlməsinə,  inkişafına  və  geniş  yayılmasına  səbəb 
olmuşdur.  Respublika  ərazisi  8,6  mln  hektardan  ibarət  olub  ki, 
bunun da 60%-ni dağlıq və dağətəyi rayonlar əhatə edir. 
Təbii-coğrafi  baxımdan  Azərbaycanın  əlverişli  mövqeyə 
malik  olmasını  hər  şeydən  əvvəl,  onun  subtropik  qurşaqda  (bu 
qurşağın  mülayim  qurşağa  keçid  zonasında)  yerləşməsi  müəy-
yənləşdirir.  Ərazisində  kifayət  qədər  termik  ehtiyatları,  məh-
suldar torpaqları olan böyük düzənliklərin, geniş dağətəyi və ol-
duqca zəngin təbii şəraiti və ehtiyatları olan dağ sistemlərinin ol-
ması ilə səciyyələnir. 
Respublika ərazisi çox kontrastlı oroqrafik və hipsometrik 
şəraitə  malik  olmaqla  dağlıq  və  dağətəyi  sahələr  və    düzənlik-
lərin sərhəddi bəzi yerlərdə cəmi 0-m lik horizontdan keçir. 
Elmi  tədqiqat  eroziya  bölməsinin  apardığı  çoxillik  (1970-
1990) miqyaslı torpaq-eroziya tədqiqatları nəticəsində müəyyən 
edilmişdir ki, respublika ərazisinin təxminən 41,8%-ni eroziyaya 
uğramış  torpaqlar  təşkil  edir.  Respublika  ərazisində  eroziya 
prosesinin  bütün  növləri  o  cümlədən  səthi,  xətti,  külək,  otlaq, 
irriqasiya eroziyası mövcuddur (8). Keçən əsrin 80-ci illərindən 
etibarən  respublikanın  geniş  ərazisi  xəyanətkar  qonşumuz 
ermənistan  respublikası  tərəfindən  basqına  məruz  qalaraq  hərbi 
əməliyyatlar meydanına çevrilmişdir. Hərbi əməliyyatlar müasir 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə