Aynurə Təvəkkül qızı Allahverdiyeva



Yüklə 15,98 Kb.
tarix30.10.2018
ölçüsü15,98 Kb.
#76149

Aynurə Təvəkkül qızı Allahverdiyeva
Gəmidə texnoloji parametrlərin ölçülməsində maqnit levitasiya sisteminin istifadə olunma xüsusiyyətləri

işin 3 dildə adı, annotasiyası - aktuallığı, yeniliyi, görüləcək işlər

passportun şifri ilə əsaslandırma
Dissertasiyanın adı ALLIM

Gəmidə texnoloji parametrlərin ölçülməsində maqnit levitasiya sisteminin istifadə olunma xüsusiyyətləri

Oсобенности использования cистемы магнитной левитации, при измерении технологических параметров на судне

The technological parameters used in the measing the magnetic properties the levitation system in the ship



İşin aktuallığı. Müasir dövrdə bütün istehsalat sahələrinin inkişafı, elmi-texniki və texnoloji proseslərin sürətli inkişafı daha müasir texniki vasitələrin işlənib hazırlanmasına və istehsalatda tədbiqinə imkan yaradır. Bu baxımdan mövcud olan və prinsipcə yeni nəzarət cihazlarının yaradılması vacib bir məsələ kimi qarşıya çıxır. Belə qurğular içərisində elektromaqnit levitasiyası prinsipi əsasında işləyən maqnit levitasiya (ML) qurğuları (maqnit asqac) xüsusi yer tutur. Bu qurğuların unikal xüsusiyyətlərindən biri lokal çəkisizlik vəziyyətinin yaradılmasıdır. Yəni, solenoid içərisində yerləşən maqnit içlik levitasiya vəziyyətində olur. Maqnit levitasiya qurğularının bu xüsusiyyəti onlardan böyük həssaslığa və dəqiqliyə malik cihazların hazırlanmasına imkan yaradır.

Texniki levitasiyanın müxtəlif metodlarından uzun müddətdir ki, istifadə olunur. Texnikanın inkişafı ilə onlar daha da aktuallaşır. Hər bir konkret texniki tətbiq sahəsində levitasiyanın öz üstünlüyü vardır. ML qurğularından sənayenin və texnikanın müxtəif sahələrində geniş istifadə edilir. Levitasiya edən cisim cihazın ölçü kamerasının detalları ilə mexaniki əlaqədə olmadığından onun sürtünməsi praktiki olaraq olmur bu isə cihazın metroloji xüsusiyyətlərini optimal şəklə salmağa imkan verir. ML prinsipi əsasında işləyən müxtəlif cihazlar işlənib hazırlanmışdır: avtomatik analitik tərəzilər, aerodinamik boru modelli ML qurğusu, qaz və səpələnən materialların rütubətini ölçən cihazlar, ML-lı inersial naviqasiya sistemləri, dozimetrlər, tozölçənlər, vertikal sürətölçən cihazlar və s.

Gəmiçilikdə səviyyənin ölçülməsi vacib parametrlərdən biridir. Müxtəlif tip səviyyə ölçənlər mövcuddur. Onların üstün və mənfi cəhətləri dissertasiya işində analiz edilmişdir. Bu parametrin ölçülməsi üçün yeni nəsil cihazların işlənməsi və layihə edilməsi böyük maraq doğurur. Odur ki, maqnit levitasiyası prinsipi əsasında işləyən səviyyəölçən qurğunun işlənib hazırlanması bizim qarşımızda duran əsas məsələdir.

Müxtəlif rezervuarlarda gəmi tankerlərində maye səviyyəsinin ölçülməsi olduqca vacib məsələlərdən biridir. Bu baxımdan bu məsələlərin həlli üçün ML prinsipinə əsaslanan, yüksək dəqiqlik və həssaslıqla yeni tip geniş diapazonlu buyoklu səviyyəölçən qurğunun yaradılması və onun gəmiçilikdə tətbiqi mühüm praktiki əhəmiyyətə malikdir. Eyni zamanda işləmə zamanı ətalətin, habelə temperatur xətasının olmaması, mexaniki kontaktların və mexaniki yaydan istifadə edilməməsi qurğuda informasiyanın elektrik siqnalı şəkilində əldə edilməsinə imkan yaradır.



Texnoloji parametrlərin ölçülməsi üçün yeni nəsil ölçmə cihazı - maqnit levitasiyası prinsipi əsasında işləyən geniş ölçmə diapazonuna malik buyoklu səviyyəölçən qurğu işlənib hazırlanmışdır. Mayenin səviyyəsini və sıxlığını ölçən maqnit levitasiya qurğusunun prinsipial sxemi işlənilmiş, mayenin səviyyəsinin (maye ilə doldurulmuş həcm hissəsinin) və sıxlığının müxtəlif rezervuarlarda maqnit levitasiyalı, buyoklu səviyyəölçənlə ölçülməsi imkanları tədqiq edilmişdir.

Təqdim edilmiş “Gəmidə texnoloji parametrlərin ölçülməsində maqnit levitasiya sisteminin istifadə olunma xüsusiyyətləri” mövzusunda dissertasiya işi 3319.01 –“Gəmiçilik texnikası” ixtisasına uyğundur. Hazırlanmış buyoklu səviyyəölçən qurğuya gəmi buxar qazanlarında, neft tankerlərində, açıq və qapalı rezervuarlarda mayelərin səviyyəsinin ölçülməsini tətbiq etmək üçün patent verilmişdir və patentə məxsus ixtiranın təsviri İ2017 0035 17.07.2017 tarixində publik hüquqi şəxs tərəfindən reyesterdə qeyd olunub. “Elektrik ölçmə texnikası” fənninin tədris proqramına daxil edilərək tədris prosesində tətbiqi nəzərdə tutlmuşdur. Dissertasiya işinin nəticələri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Zığ Gəmi Təmiri və Tikintisi zavodu tərəfindən tətbiq üçün qəbul edilmişdir.
Yüklə 15,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə