Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə1/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
  1   2   3   4   5   6   7   8   9   ...   208


Az Book Library

downloaded from KitabYurdu.org




Deyl Karnegi

DOSTLARI QAZANMAQ VƏ İNSANLARA TƏSİR GÖSTƏRMƏK

NECƏ OLAR

KÜTLƏVİ NİTQLƏRDƏ ÖZÜNƏ İNAMI NECƏ YARATMALI VƏ İNSANLARA

NECƏ TƏSİR ETMƏLİ

NARAHATLIĞI ARADAN QALDIRMAQ VƏ RAHAT YAŞAMAĞA BAŞLAMAQ

NECƏ OLAR

Dale Carnegie

HOW TO WIN FRIENDS AND INFLUENCE PEOPLE

HOW TO DEVELOP SELF-CONFIDENCE AND INFLUENCE PEOPLE BY PUBLIC

SPEAKING


A QUICK AND EASY WAY TO LEARN

TO SPEAK IN PUBLIC

HOW TO STOP WORRYING AND

START LIVING

Kitabda Karneginin üç böyük əsəri toplanmışdır.

“DOSTLARI QAZANMAQ VƏ İNSANLARA TƏSİR GÖSTƏRMƏK NECƏ OLAR”,

“KÜTLƏVİ NİTQLƏRDƏ ÖZÜNƏ İNAMI NECƏ YARATMALI VƏ İNSANLARA NECƏ

TƏSİR ETMƏLİ”, “NARAHATLIĞI ARADAN QALDIRMAQ VƏ RAHAT YAŞAMAĞA

BAŞLAMAQ NECƏ OLAR”

Bu kitabı onun külliyyatı da adlandırmaq olar. Altmış ildən çoxdur ki,

Carnegie`nin kitabları bu gün çox məşhur olan minlərlə insanın biznes və şəxsi

həyatında uğur qazandırıb.

Siz bu kitabda öz imkanlarınızdan maksimum səmərəli istifadənin yollarını

mənimsəyəcəksiz:

İnsan hazırlığının üç əsas üsulları;

Sənə bənzər insanları tapmağın altı yolu;

Düşüncəylə insanlar üzərində qələbə çalmağın on iki üsulu;

Narazı salmadan insanları dəyişməyin doqquz üsulu;

Pis vərdişlərdən xilas olmağın yolları.

Bugünkü həyatına və gələcəyinə görə narahatlıq hissləri keçirən səkkiz

milyon insan iztirablardan, qorxudan “NARAHAT OLMAĞA NECƏ SON QOYMALI

VƏ RAHAT YAŞAMAĞA BAŞLAMALI” kitabı vasitəsilə xilas olmuşdur.

Bu kitab sənin biznes narahatçılığının və ya digər problemlərinin 50 faizini

aradan qaldırmağa, maliyyə narahatçılığından azad olmağa, yorulmadan

çalışmağa, özünü aramağa, özünü tapmağa yardım edəcəkdir.

downloaded from KitabYurdu.org




Şəxsi həyatınızda, biznesinizdə, dost çevrəsi qazanmaqda uğurlu olmaq,

eləcə də liderliyin sirlərini bilmək istəyirsinizsə, o zaman bu kitabı oxuyun.



Dale Carnegie

HOW TO WIN FRIENDS AND INFLUENCE PEOPLE

Deyl Karnegi

DOSTLARI QAZANMAQ VƏ İNSANLARA TƏSİR GÖSTƏRMƏK NECƏ OLAR

Bakı, Qanun Nəşriyyatı, 2015

Ruscadan tərcümə: Yaşar Əsədov

Nəşriyyat redaktoru: Səyadulla Kərimli

Korrektor: Flora Əliyeva

ISBN 9789952265828

© Qanun Nəşriyyatı, 2013, 2015

Copyright © 1936 by Dale Carnegie

Bu kitabın Azərbaycan dilinə tərcümə və yayım

hüquqları Qanun Nəşriyyatına məxsusdur.

Kitabın təkrar və hissə-hissə nəşri «Müəlliflik hüququ və əlaqəli hüquqlar

haqqında Azərbaycan Respublikasının Qanunu»na ziddir.

Qanun Nəşriyyatı

Bakı, AZ 1102, Tbilisi pros., 76

Tel: (+994 12) 431-16-62; 431-38-18

Mobil: (+994 55) 212 42 37

e-mail: info@qanun.az

www.qanun.az

www.fb.com/Qanunpublishing



DOSTLARI QAZANMAQ VƏ İNSANLARA TƏSİR

GÖSTƏRMƏK NECƏ OLAR

ÖN SÖZ


Oxuculara tanınmış amerikalı mütəxəssis Deyl Karneginin (1888–1955)

kitabının tərcüməsini təqdim edirik. Kitabda söhbət kapitalizm şəraitində

insanlar arasında münasibətlərdən getsə də, zənn olunur ki, müəllifin

müşahidələrinin bir çoxu bizim mütəxəssislərimiz üçün də faydalı ola bilər. Kitab

downloaded from KitabYurdu.org



özündə bir də ona görə maraq ehtiva edir ki, rəhbərlər arasında, eləcə də

rəhbərlərlə tabeçilikdə olanlar arasındakı münasibətlər haqqında ədəbiyyat

ölkəmizdə hələ kifayət qədər nəşr olunmamışdır.

Bu kitab sizə ən dəyərli vərdişləri əxz edəcəkdir:

1. Sizi zehni dalandan çıxaracaq, yeni fikirlər verəcək, təzə arzulara, yeni

məqsədlərə gətirəcək.

2. Asan və tez dost qazanmaq üçün imkanlar açacaq.

3. Populyarlığınızı yüksəltməyə dəstək olacaq.

4. İnsanları öz nöqteyi-nəzərinizə çəkməyə sizə kömək edəcək.

5. Nüfuzunuzu qaldıracaq, sizin təsir etmək gücünüzü, istədiyinizə nail

olmaq bacarığınızı artıracaq.

6. Yeni müştərilər, yeni sifarişçilər cəlb etmək qabiliyyəti aşılayacaq.

7. Qazanmaq qabiliyyətinizi gücləndirəcək.

8. İşgüzar keyfiyyətlərinizi yaxşılaşdıracaq.

9. Narahatçılığınızın qarşısını almağa, mübahisələrdən qaçmağa, insanlarla

rəvan, lütfkar münasibətlər qurmağa və onları davam etdirməyə kömək edəcək.

10. Sizi daha məharətli natiq, daha maraqlı həmsöhbət edəcək.

11. İnsanlarla gündəlik ünsiyyətdə psixologiya prinsiplərini asanlıqla və azad

surətdə tətbiq etməyi öyrədəcək.

12. Əməkdaşlarınız arasında işgüzar entuziazmı yüksəltməkdə və tərəf-

müqabillərinizlə səmərəli, işgüzar münasibətlərin qurulmasında sizə kömək

edəcəkdir.

Bu, dünyada ən sürətlə satılan kitabdır

Yüzlərlə iri kompaniya bu kitabın böyük sayda nüsxələrini işçiləri üçün

topdansatış yerlərindən alırdı.

Yüzlərlə pastor bu kitabın məzmunundan öz moizələrində istifadə edib:

kilsələrin nəzdindəki bazar günü məktəblərində bu kitab fəsil-fəsil tədris

olunurdu.

Niyə? Çünki onda ümumun tələbatı hiss olunurdu. Axı çox sayda dostunun,

daha çox nüfuzunun və daha çox uğurunun olmasını hər bir kəs istəyərdi.

Kitab insanlara məhz bunda kömək edir. Aşağıdakı sözlər bir görkəmli qəzet

icmalçısına məxsusdur: “Bu kitab bizim nəslin təfəkkürünə və fəaliyyətinə dərin

təsiretmə gücünə malikdir”.

Ümid edirik ki, bu cildi açmaqla siz təkcə yeni maraqlı kitab deyil, həm də

daha zəngin, daha xoşbəxt həyata yolu tapmış olacaqsınız.

Bu kitabın baş təyinatı qarşınızda duran problemlər arasında ən böyüyü –

gündəlik işlərinizdə, eləcə də insanlarla qarşılıqlı münasibətlərdə adamlara təsir

göstərməklə bağlı uğur qazanmaqda kömək etməkdir.

Yaşlı insanların məhz nə öyrənmək istədiklərini müəyyən etmək məqsədilə

Çikaqo Universiteti və Amerikanın Yaşlılar üçün Təhsil Assosiasiyası tərəfindən

bu yaxınlarda birgə tədqiqat keçirilmişdi. Həmin tədqiqat iki il aparılmış və 25

000 dollara başa gəlmişdir. Nəticədə müəyyən olunmuşdur ki, sağlamlığın

qorunması problemindən sonra yaşlı adamları ən çox maraqlandıran məsələlər

insanlardan necə baş çıxarmaq, cəmiyyətdə necə uğur qazanmaq, özünü

adamlara necə sevdirmək və ətraf hadisələrə qarşı insanları öz baxış mövqeyinə

necə çəkməkdir.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə