Az Book Library downloaded from KitabYurdu org Sevgi MƏktublari sigmund Freud



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə1/32
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2231
  1   2   3   4   5   6   7   8   9   ...   32


Az Book Library

downloaded from KitabYurdu.org




SEVGİ MƏKTUBLARI

Sigmund Freud

Die Brautbriefe

Bakı, Qanun Nəşriyyatı, 2014

Rus dilindən tərcümə: Araz Gündüz

Redaktor: Azad Qaradərəli

Korrektor: Ceyran Abbasova

Qanun Nəşriyyatı

Bakı, AZ 1102, Tbilisi pros., 76

Tel: (+994 12) 431-16-62; 431-38-18

Mobil: (+994 55) 212 42 37

e-mail: info@qanun.az

www.qanun.az

ISBN 978-9952-26-944-4

© Qanun Nəşriyyatı, 2014

© Sei mein, wie ich mir’s denke

Die Brautbriefe Bd. 1 (Juni 1882-Juli 1883)

Bu kitabın Azərbaycan dilinə tərcümə və yayım

hüquqları Qanun Nəşriyyatına məxsusdur.

Kitabın təkrar və hissə-hissə nəşri

«Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında

Azərbaycan Respublikasının Qanunu»na ziddir.

SEVGİ MƏKTUBLARI

Elə yaradıcı şəxsiyyətlər var ki, onların irsinə zaman-zaman ehtiyac duyulur,

müraciətlər edilir, fikirlərinə yeni-yeni baxışlar yaranır. Froud da bu baxımdan istisna

deyil. Onun yazdığı elmi əsərlər, oxuduğu mühazirələr bu gün də aktuallığını saxlayır.

Onun əsərləri bütün dünyada yeni müstəvidə öyrənilir: Froud yenə də insanların

köməyinə gəlir.

downloaded from KitabYurdu.org



Qarşınızdakı kitabda isə bu dahi insanın tamam başqa keyfiyyətləri üzə çıxır:

sevən bir aşiq kimi qələmə aldığı sevgi məktublarıdır bunlar. Son dərəcə səmimi

hisslər, bədii, bəlağətli bir tərzdə yazılan bu məktublar insan qəlbinin sonsuzluğunu

və ehtirasının hüdudsuzluğunu bir daha nümayiş etdirir. İnanın ki, bir bədii əsər

oxuyurmuş kimi təsir bağışlayacaq sizə bu sətirlər. Beləcə, sizi Froudla baş-başa

buraxırıq.



Ön söz yerinə

Dünyanın elmi baxımdan qavranılmasında, eləcə də, bütün insanlığın

dünyagörüşündə böyük çevrilişlər eləmiş düşünürlərin çoxlu əsərlərinin, bugünəcən

də dilimizə çevrilməməsi, başqa sözlə desək, dilimizdə özünü göstərən ilkin

qaynaqların kəskin qıtlığı, çox vaxt, anadilli oxucularımızın dünyada ad-san qazanmış

elm və incəsənət korifeyləri ilə bağlı yanlış düşüncələrə qapılmasına gətirib çıxarır. Biz

onları başqalarının yozumlarına görə tanımalı oluruq və çox vaxt, hansısa dini-

ideoloji-siyasi maraqlara qulluq eləyən bu yozumçular, öncədən qarşılarına kimisə

qaralamaq məqsədi qoyduqlarına görə, doğru-düzgün bilgilər vermir, danışdıqları

kimsəni öz bildikləri və istədikləri kimi tanıtmağa çalışırlar. Elə buna görə də, bir

çoxlarımız Froudu şəhvət düşkünü, bütün müqəddəslikləri şəhvətə bulaşdıran birisi

kimi tanıyırıq. Özlüyündə isə, Froud özəl yaşamında bütünlüklə başqa bir yolun

yolçusu olmuşdur. Çağdaşlarının və yaxın tanışlarının bildirdiyinə görə, Froud

qadınlara yanaşmada çox utancaq olmuş, onun qadınla birinci seksual yaxınlığı isə,

yalnız otuz yaşına çatanda, dörd il adaxlı olduğu Marta Bernaysla olmuşdur; səkkizillik

evlilikdən sonra, Froud xanımı ilə anlaşaraq onunla seksual yaxınlığını bütünlüklə

dayandırmışdır. Froudun Marta Bernaysla adaxlı olduğu dörd ildə (1882-1886-ci illər)

ona yazdığı 1500-dən artıq məktubu qalmışdır, Froudun ölümündən sonra onun oğlu

Ernst Froud tərəfindən kitablaşdırılaraq: “Sevgi məktubları” adı ilə çap olunan bu

məktublar, uzun illər boyunca, geniş oxucu çevrəsində böyük maraq doğurmuş,

dönə-dönə yayımlanaraq, sevgi duyğuları ilə bağlı yazılmış kitabların sırasında ən çox

oxunan əsərlərdən biri olmuşdur. Ona görə də, Froudun “Sevgi məktubları”

kitabından dilimizə çevirib, baxışlarınıza çatdırdığım bir neçə məktubun, onu bir insan

kimi tanımağınıza yardım edəcəyinə inanmaq istərdim.

Araz Gündüz, 10 oktyabr, 2014-cü il

downloaded from KitabYurdu.org




Vyana, 10 iyun 1882-ci il

İstəklim, sevgisinin oduna alışıb yandığım, gözəl qız!

Mən bunu bilirdim: yolların ortaya atdığı bu uzaqlıq, sənin olmadığın bu yerlər,

mənə qarşılaşdığım itkinin necə böyük olduğunu anladacaqdır. Ancaq ha çalışsam da,

gömüldüyüm bu duyğuların dərinliyinə varmağı, onları sonacan qavramağı

bacarmıram. Sənin o incə görkəmin, bir an da olsa belə, gözlərimin önündən çəkilmir.

Daldığım bu dadlı yuxunun pozulacağı, qapıldığım bu işıqlı xəyalın dağılacağı məni

qorxudur.

Arxadaşlarımın deməsinə görə, gerçək sevgi elə belə də olur. Sənin görkəminin

ayrı-ayrı cizgilərini gözümün önündən keçirirəm və bu anlarda yaşadığım duyğuların

gözəlliyindən, qeyri-adiliyindən yaranan xoşbəxtliyimi doğuracaq başqa bir

fantaziyanın ola biləcəyinə inanmıram.

Mənim Martam – görənlərin ağlını başından alan, hamının vurğunluq və sevgi ilə

bağlanıb ayrıla bilmədiyi bir gözəldir. Elə onun bu özəllikləri də, ilk görüşdəcə, məni

onun dustağına çevirdi, onun mənə güvənclə və istiqanlılıqla yanaşması isə məni öz

gözümdə ucaltdı və mənə tükənməz ümidlər aşıladı, ən başlıcası isə, mən bütün

bunlara görə, öz gələcəyimi qura bilmək üçün gərəkən, coşqun bir yaradıcılıq enerjisi

aldım.


Bir də görüşəsi olsaq, elə bilirəm, mən bizim ilişkilərimizdəki utancaqlığı və

gərginliyi aradan qaldıra biləcəyəm. Biz yenə də sənin o kiçik, gözəl otağına

çəkiləcəyik, mənim gözəlim qəhvəyi kresloya dirsəklənəcək, mən isə onun ayaqlarının

yanında qoyulmuş alçaq, dairəvi oturacaqda oturacağam. Beləliklə də, biz biri-

birimizlə danışmaqdan, biri-birimizə isinişməkdən yorulub usanmayacağıq...

Gündüzlərlə gecələrin yerlərini dəyişməsi də, qıraqdan kimlərinsə göz yetirməsi də

bizə mane ola bilməyəcəkdir, heç bir qayğı da, heç bir görülməli olan iş də bizi biri-

birimizdən ayıra bilməyəcəkdir.

Sənin obrazını canlandıran bu gözəl portretin... Sözün düzü, mən ilk öncə, səni

andıran, prototipin olan bu portreti yetərincə dəyərləndirə bilməmişdim. İndi isə

sənin portretinə baxdıqca baxır və onda mənim sevgilimə oxşar olan və olmayan

cizgiləri özüm üçün ayırd eləyirəm. Birdən, necə oldusa, portretdəki solğun

yanaqlarının, incə əllərində tutduğun o qızılgüllər kimi, al rəngə boyanıb

canlanacağını düşündüm. Ancaq sənin sevimli obrazın öz toxtaqlığını saxlayır və elə

bil mənə bunları pıçıldayırdı: “dözümlü ol, dözümlü... Mən axı bu portretdə eləcə bir

obrazam, işarəyəm, bu mənim kağız üzərindəki kölgəmdir, mənim gerçək varlığım isə

sənin ürəyinə köçüb və sən məni heç vaxt unuda bilməyəcəksən”.

Sənin portretini də, iş stolumun üstündən asdığım ev tanrıları simvollarının

arasında yerləşdirmişəm. Ancaq mənim sayğı ilə yanaşdığım bu simvollardakı ciddi

baxışlı kişilər, sanasan, mənə üz tutub: bu incə qızın yeri bizim aramızda deyildir,

deyirlər. Mən isə sutkanın bütün iyirmi dörd saatı boyunca ara vermədən, dönə-

dönə, portretinə baxıb, səninlə bağlı xatirələrimi gözlərimin önündə canlandırmaq

istəyirəm.

Çoxdandır başımda dolanır, bilmirəm, haradansa belə bir yazı oxumuşdum: birisi,

gecə-gündüz, harada olursa olsun, nə iş görürsə görsün, dayanmadan, sevgilisi

downloaded from KitabYurdu.org




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə