“Azad Azərbaycan”.-2010.-17 yanvar.-
№7.-S.5.
20 Yanvar faciəsinə gedən yol
1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıdan Moskvaya 357,
Vaşinqtona 14, Londona 12, Tehrana 173, Ankaraya 286 zəng edilmişdi
Müstəqilliyimiz yolunda millətçi ermənilərin və məkrli Sovet imperiyasının təşkil etdikləri hərbi-siyasi
fitvaların ən təhlükəlisi 1990-cı il yanvar ayının 20-də həyata keçirildi. Yanvar faciəsinə gedən yol məkrli.
ziddiyyətli. mürəkkəb və təhlükəli olmuş. erməni mafiyasının fitvaları və imperiyanın dəstəyi ilə planlaşdırılıb.
Qanlı 20 Yanvar faciəsinə gedən yol məhəlli düşüncəli Mixail Qorbaçovun məlum "yenidənqurma". aşkarlıq və
demokratikləşmə konsepsiyasının dalğaları üzərində qatı millətçi ermənilərin Azərbaycana qarsı qərəzli ərazi
iddiaları imperiyanın geostrateji siyasəti və səriştəsiz respublika rəhbərliyinin səbatsızlığı zəminində başlanıb.
Mixail Qorbaçovun yenidənqurma siyasəti cəmiyyətə qəbul edildikdən sonra ermənilərin ekstremizmi və
separatizmi leqallaşdırıldı, onların dağıdıcı aksiyalarına aşkarlıq, söz azadlığı və demokratiya pərdəsi altında qanuni
don geydirildi. Aydındır ki, o zaman hələ güclü olan sovet dövləti SSRİ Konstitusiyasının 81-ci maddəsinin
tələblərinə əsasən Azərbaycanın suveren hüquqlarını və ərazi bütövlüyünü müdafiə etsəydi regionda gərginlik
yaranmazdı, qanlı yanvar faciəsi baş tutmazdı.
1960-cı illərdən başlayan gizli erməni separatizmi Qorbaçovun "Yenidənqurma" siyasi kursundan
bəhrələnib tədricən leqallaşdı və Ermənistanın dövlət, səviyyəsinə qaldırıldı 60-cı illərdə hazırlanmış ssenarilər,
bədii və tarixi əsərlər, xəritələr Yerevanda, Moskvada işıq üzü gördü, Daşnaksutyun Partiyası fəallaşdı, Silva
Kaputikyanın, Sero Xanzadyanın, Zori Balayanın timsalında yeni "erməni imperiyası" ilə bağlı dövlətçilik
ideologiyası və erməni soyqırımı haqqında geniş miqyasda ideoloji təbliğat başlandı, azərbaycanlılara və türklərə
qarşı qəddarlığı ilə məşhur olan qaniçən Andronikin obrazı "Miasum" bayrağına çevrildi, Azərbaycana qarşı ərazi
iddiaları barədə müxtəlif ünvanlara rəsmi müraciətlər, məktublar axını başlandı.
1987-ci ilin ortalarında Yerevanda başlayan separatizm dalğaları Dağlıq Qarabağa yayıldı, bölgədə
Azərbaycan bayraqları yığışdırıldı, müəssisələrin adlarını göstərən lövhələr erməniləşdirildi, azərbaycanlılar
işdən uzaqlaşdırıldı, sıxışdırıldı, mitinqlər, yığıncaqlar keçirildi, vilayətin Azərbaycanın tərkibindən çıxarılması
çağırışları gücləndi.
Erməni ideoloqları və mafioz qüvvələri mərkəzin hakimiyyət strukturlarına soxulan daşnakların,
ermənipərəst məmurların, bazar prinsipləri əsasında ələ alınmış yeni demokratların, xarici erməni lobbisinin və
kilsələrinin maliyyə yardımı və dəstəyi ilə böyük Ermənistan dövlətinin yaradılmasına xidmət edən ümumerməni
deportasiya və annesiya proqrammı hazırlamışdılar. Ümumerməni deportasiya və anneksiya proqramı iri həcmi
strateji və taktiki yönümlü aksiyaların keçirilməsini nəzərdə tuturdu.
- əzəli Vətənini tanımayan, çar imperiyasının geostrateji maraqlarına müvafiq olaraq Qərbi Azərbaycana
və vahid Qarabağın dağlıq hissəsinə köçürülən ermənilərin bu yerləri özününküləşdirilməsi toponomiza siyasətinin
həyata keçirilməsi;
- Qərbi Azərbaycanda müstəqil erməni dövlətinin yaradılması və Azərbaycanın Qarabağ bölgəsinin dağlıq
hissəsində dağınıq vəziyyət-də məskunlaşan gəlmə ermənilərə milli ərazi muxtariyyətinin verilməsi;
-- müxtəlif fitvalar yolu ilə Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrinin yaşayış məntəqələrinin
qopardılıb ilhaq edilməsi;
- böyük Ermənistan dövlətinin yaradılması ideyasının, təbliğin bu istiqamətdə tarixi, bədii, publisistik
yazıların nəşr edilməsi və yayılması;
- qondarma erməni soyqırımının geniş məkanda tanıdılması və qəbul edilməsi;
- bütün ermənilərin qatı millətçi və böyük dövlətçilik şovinizmi ruhunda tərbiyə edilməsi;
- qonşu dövlətlərə qarşı ərazi iddialarının irəli sürülməsi;
- Şimal qonşumuzun dövlət məmurlarının yüksək rütbəli hərbçilərinin və mətbuat orqanlarının bazar
prinsipləri üzrə ələ alınması;
- Stavropolda erməni mafiyasının toruna düşmüş Mixail Qorbaçovun Kremldə onu əhatə edən daşnak
qrupunun təzyiqi ilə Ermənistanda formalaşmış separatizmin söz azadlığı pərdəsi altında dəstəklənməsi;
- 1987-ci ilin sonunda Mixail Qorbaçovun həyat yoldaşı Raisa Qorbaçovanın iştirakı ilə baş katibin
iqtisadi məsələlər üzrə məsləhətçisi akademik Abel Aqanbekyanın Dağlıq Qarabağın Ermənistana verilməsi
haqqında bəyanat verməsi;
- tərkibindən ayrılması haqqında vilayət sovetinin konstitusiyaya zidd qərarının qəbul edilməsi;
- vəziyyəti gərginləşdirmək məqsədi ilə Xankəndində qonşu azərbaycanlı yaşayış məntəqələrinin
sakinlərindən bir neçə nəfərinin qətlə yetirilməsi;
- 1988-ci ilin fevral ayında - Dağlıq Qarabağın Azərbaycanın tərkibindən ayrılması haqqında vilayət
sovetinin konstitusiyaya zidd qərarın qəbul edilməsi;
- vəziyyəti gərginləşdirmək məqsədi ilə Xankəndində qonşu azərbaycanlı yaşayış məntəqələrinin
sakinlərindən bir neçə nəfərinin qətlə yetirilməsi;
- 1988-ci ilin fevral ayının sonunda mərkəzin xüsusi xidmət orqanlarının dəstəyi və iştirakı ilə Eduard
Qriqoryanın terrorçu separatist dəstəsi tərəfindən Sumqayıt sindromunun təşkil edilməsi;
- tarixən formalaşmış məkrli erməni fitvasını davam etdirən soydaşlarını qurban vermək, Azərbaycan
xalqını vəhşi qiyafəsində ictimaiyyətə təqdim etmək və bu yolla gələcək genişmiqyaslı hərbi işğalçılıq siyasətinə
ideoloji bəraət qazandırmaq;
- Dağlıq Qarabağın azərbaycanlı yaşayış məntəqələrini zəbt etdikdən sonra bütün bölgəni və onun
ətrafında yerləşən Aşağı Qarabağın şəhər və rayonlarım işğal etmək üçün ideoloji təminat yaratmaq məqsədi ilə
erməni ideoloqları Azərbaycanda Turanın islam fundamentalizminin genişləndirilməsi, islam respublikasının
yaradılması, dövlət çevrilişinin hazırlanması haqqında mərkəzə donoslar göndərmək, onu Azərbaycan xalqına
qarşı sərt tədbirlər görməyə vadar etmək;
- erməni ideoloqlarının və mafioz qüvvələrinin fitvalarına və düşünülmüş böhtanlarına əsasən mərkəzin
Müdafiə Nazirliyinin 53-cü diviziyasının 366-cı motoatıcı polkunun, Daxili İşlər Nazirliyinin daxili qoşunlarının
81-ci hərbi hissəsinin Xankəndində yerləşdirilməsində, onların erməni silahlı qüvvələri ilə birlikdə Azərbaycana
qarşı döyüşlərdə iştirak edilməsinə nail olmaq;
- Dağlıq Qarabağın idarə edilməsi üçün mərkəzə tabe olan qurumun yaradılması;
Araşdırmalar zamanı məlum olub ki, 20 Yanvar faciəsinə hazırlıq 1988-ci ildə, SSRİ-nin o vaxtkı rəhbəri
M.Qorbaçovun ölkənin müdafiə naziri Dmitri Yazova verdiyi göstərişindən sonra başlanıb. M.Qorbaçov 1988-ci
ilin mart ayının 19-da Təhlükəsizlik Şurasının iclasında regionlarda və respublikalarda rusların şərəf və ləyaqətinin
qorunması üçün "Narodnaya volya" təşkilatının hərbi hissələrdə özəklərinin yaradılması haqqında marşal Dmitri
Yazova göstəriş verdi. SSRİ müdafiə naziri, M.Qorbaçovun tapşırığına əsasən 1988-ci ilin iyul ayının 24-də hərbi
hissələrdə qeyd edilən təşkilatların özəklərinin yaradılması haqqında əmr imzaladı. Avqust ayının 13-də
Təhlükəsizlik Şurasının iclasında bu məsələ yenidən baxıldı və müvafiq qərar qəbul edildi.
1989-cu ilin dekabr ayının 24-də regionlarda rus millətinin şərəf və ləyaqətini qorumaq üçün yaradılan
"Narodnaya volya" təşkilatının tənzimləyici özəklərindən biri Həştərxanın Voladarski yaşayış ərazisində yaradıldı.
Özəyə 1985-1988 - ci illərdə Dağlıq Qarabağda hərbi xidmətdə olmuş kapitan Lüdviq Fyodoroviç Paxomov rəhbər
təyin edildi və ona Azərbaycan istiqamətində "dinc təlim"də iştirak edəcəyi barədə göstəriş verildi. 170 nəfərdən
ibarət olan bu tənzimləyici özəyə hərbi xidmətdə olmuş rus və erməni zabitləri daxil idi.
Voladarskidə yaradılmış təlim düşərgəsində zabitlər hazırlıq keçir, yeni silahlarla tanış olur, konkret
tapşırıqlar alır, taktiki döyüşlərə hazırlaşırdılar.
O zaman Azərbaycanda hadisələr nəzarətdən çıxmışdı, ikihakimiyyətlilik hökm sürürdü, qanunlar işləmirdi,
xırda. silahlı dəstələr özbaşınalıq edirdi. 1990-cı ilin yanvar ayının 12-də saat 16:10 dəqiqədə Bakı ümumqoşun
məktəbinin zabitləri adından polkovnik D.Savalyev və siyasi şöbənin rəisi polkovnik O.Rusakov Moskvaya,
təhlükəsizlik şurasına, M.Qorbaçovun və Dmitri Yazovun adına göndərdiyi teleqramda deyilirdi: "Bakıda vəziyyət
Xalq Cəbhəsi tərəfindən idarə edilir. Yığılmış problemləri həll etmək üçün bütün siyasi imkanlar istifadə edilib. Biz
hesab edirik ki, Bakıda ikinci Rumıniyaya yol vermək olmaz".
Armavir şəhərində Livandan gəlmiş ermənilərdən ibarət təşkil edilmiş "iza-din el-kassan" terrorçu qrupun
xristian qanadının liderlərindən olan Yusefmotarrekin başçılıq etdiyi 41 nəfərli heyət, sovet hərbi geyimində
hazırlıq keçirdi. Dəstə SSRİ Müdafiə Nazirliyinin sənədlərində "Voennaya deleqasiya" kodu ilə qeydə alınmışdı.
1990-cı ilin yanvar ayının 14-də Armavir şəhərində yerləşən 016 saylı hərbi hissədən polkovnik Arkadiy
Fedoseev Şimali Qafqaz hərbi dairəsinə göndərdiyi məktubunda deyilirdi ki, "hərbi nümayəndələr əmrə hazırdır.
Digər tərəfdən həmin ərəfədə Taqanroqda, Donetskdə, Krasnodarda, Moskva ətrafında yerləşən hərbi hissələr
Azərbaycan istiqamətində yola düşməyə hazırlaşırdılar. Azərbaycana gəlmək üçün hazırlaşan hərbçilər arasında
Ermənistandan, Rusiyadan və Livanda yaşayan çoxlu erməni terrorçuları da var idi.
Bütün hazırlıq işlərini gördükdən sonra ölkənin müdafiə naziri, marşal Dmitri Yazovun 1990-cı ilin yanvar
ayının 16-da Azərbaycan rəhbərliyinə göndərdiyi məxfi məktubunda deyilirdi; "Əmin edirəm ki, ordunun məramı
Xalq Cəbhəsinin hakimiyyətə can atan xadimlərinin təşkilati strukturunu dağıtmaqdan ibarətdir".
O da məlum olmuşdur ki, Azərbaycana qarşı nəzərdə tutulan təhlükəli aksiyaların hazırlanmasında Dağlıq
Qarabağda və Bakıda yaşayan ermənilərin liderləri fəal iştirak etmiş, mərkəzin xüsusi xidmətlər orqanlarının
əməkdaşları ilə əlaqə saxlamış, onlara Bakıda vəziyyət haqqında vaxtaşırı məlumat vermişlər. Onlardan yalnız
birini xatırladaq. Yanvar ayının 19-da axşam saat 19:00-da Dağlıq Qarabağ kommunistlərinin keçmiş başçısı Boris
Geyorkov Bakıdakı mənzilindən Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin kəşfiyyat idarəsinin rəhbərlərindən
polkovnik Ağayanın və polkovnik Osipyanın iştirakı ilə Moskva ilə danışıqlar aparırdı.
Polkovnik Ağayan 1993-cü ilin sentyabr ayının 19-da Moskvada erməni diasporunun rəhbərləri ilə
görüşündə 1990-cı ilin yanvar gecəsi barədə demişdir ki, "biz həmin vaxt Boris Gevorkovun Bakıdakı mənzilində
idik. Onda o telefonla "Şərqi Büro" ilə danışıq aparırdı.
Politoloq Rövşən Novruz oğlunun məlumatına görə 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə
Bakıdan Moskvaya 357, Vaşinqtona 14, Londona 12, Tehrana 173, Ankaraya 286 zəng edilmişdi. Kimin-kimə
zəng etməsi və nə danışması aydın olmasa da, hər halda məram kimlərəsə məlumdur.
Azərbaycana qarşı ərazi iddialarının separatizm aksiyalarının başlanması haqqında ilk rəsmi siqnalı Mixail
Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Qezoviç Aqanbekyan verdi. O, Parisdə erməni diasporunun
nümayəndələri ilə görüşündə mətləbdən uzaqlaşaraq bildirdi ki, onun şəxsi qənaətinə görə Dağlıq Qarabağın
Ermənistana birləşdirilməsi bütün mülahizələr baxımından əlverişli və məqsədə müvafiqdir. Bu bəyanatın məkrli
mənasının təhlili göstərir ki, çoxsaylı milli və ərazi-inzibati bölgələrdən ibarət olan sovetlər ittifaqının 15
bərabərhüquqlu bir subyektinin ərazisinin müəyyən hissəsinin SSRİ Konstitusiyasının 76-cı maddəsinə zidd olaraq
başqa bir subyektinə verilməsini irəli sürmək böyük cəsarət tələb edirdi.
M.Qorbaçovun dəstəyinə arxalanan erməni separatçıları onun aşkarlıq siyasətinin pərdəsi altında ölkə
miqyasında ilk dəfə 1987-ci ilin oktyabr ayında Yerevan şəhərinin Puşkin meydanında Azərbaycana qarşı ərazi
iddiaları ilə mitinq keçirirdilər, soydaşlarının "qədim" erməni torpaqlarının azad edilməsi uğrunda mübarizəyə
səslədilər. M.Qorbaçovun ermənipərəst mövqeyini bilən mərkəzin xüsusi xidmət orqanları daşnakların separatist
hərəkətlərinə məhəl qoymadılar, ekstremistlərə qarşı tədbirlər görmədilər.
Erməni silahlı qüvvələrinin fəallığı və antiazərbaycan təbliğatının miqyasının genişləndirilməsi göstərdi ki,
Ermənistandan və Dağlıq Qarabağdan çox uzaqda yerləşən Sumqayıt şəhərində 26 erməninin və 6 azərbaycanlının
qətlə yetirilməsi erməni separatistlərinin işğalçılıq siyasətinə, Qarabağın dağlıq hissəsinin ilhaq edilməsinə ideoloji
təminat yaratmaqdan ibarət idi.
Ən əsas məsələ Sumqayıt hadisələrindən istifadə edib Azərbaycan xalqının vəhşi obrazını yaratmaq və
beləliklə də Qarabağın Azərbaycanın tərkibində qalmasının qeyri-mümkünlüyünü mərkəzə inandırmaq və
Ermənistana birləşdirmək idi.
20 Yanvar faciəsi ərəfəsində erməni ideoloqları, daşnak mafiyası, yeni demokratlar və mərkəzin xüsusi
xidmət orqanları sovet imperiyasının Azərbaycana hərbi müdaxiləsinə bəhanə hazırlamaq və ona ideoloji don
geyindirmək məqsədi ilə 1990-cı ilin yanvar ayının 13-14-də Bakı şəhərində Sumqayıt sindromuna bənzər fitnəkar
aksiya təşkil etdilər. Onlar bu dəfə də daşnakların əvvəllər sınaqdan keçirdikləri metodları işə salıb, adi, sadə
hadisələri şişirdib millətlərarası münaqişələr səviyyəsinə yüksəltdilər, sonra isə özlərinin təşkil etdikləri
qarşıdurmanı beynəlxalq problemə çevirdilər.
Göründüyü kimi, erməni millətçiləri böyük dövlətçilik ideologiyasının reallaşması naminə istənilən vaxt
soydaşlarını siyasi məqsədlərinə qurban verməyi adət etmişlər. Bu xəstəliyin simptomları bütün ermənilərin
fanatikcəsinə qəbul etdikləri təhlükəli "miya-sum" və "böyük Ermənistan" ideologiyasının özəyində yetişmiş və
formalaşmışdır. Bu xəstəlikdən beyinləri robotlaşmış erməni ideoloqları belə hesab edirlər ki, "mia-sum",
"böyük Ermənistan" uğrunda mübarizədə qurban gedənlər sağ qalan ən görkəmli ermənidən qiymətlidir.
1990-cı ilin yanvar ayının 19-na qədər Ermənistandan 300 min azərbaycanlı əhalisinin son nəfəsinə qədər
qovulub çıxarılmasına baxmayaraq Bakı şəhərində və respublikanın bütün bölgələrində ermənilər geniş
mənzillərində rahat yaşayır, gizli iqtisadiyyat sahəsində böyük bizneslə sərbəst məşğul olur, varlı həyat sürür,
erməni separatçılarına aylıq vergi verir, ekstremistləri dəstəkləyir, terror aksiyalarında iştirak edir, ən vacib
obyektlər və hadisələr haqqında şəxsi məlumatlar toplayıb Ermənistanın və mərkəzin xüsusi xidmət orqanlarına
ötürürlər.
Bakıda ermənilərin Azərbaycana qarşı açıq-aşkar təhlükəli təxribatlar M.S.Qorbaçovun Ermənistandan
qovulan azərbaycanlıların tamamilə biganəliyi və Bakıda yaşayan ermənilərin təhlükəsizliyinin qorunması barədə
verdiyi sərt göstərişlə əlaqədar idi. Ermənistandan və .Dağlıq Qarabağdan, qovulan azərbaycanlıların
yerləşdirilməsi Azərbaycanın daxili işi olmasına baxmayaraq, bu vacib məsələnin optimal və səmərəli həllində
cəsarətsizlik, qorxaqlıq göstərən marionet Əbdürrəhman Vəzirovun günahı bağışlanmazdır. Əgər o vaxtlar
Əbdürrəhman Vəzirov cəsarət, milli qeyrət göstərib Ermənistandan qovulan qaçqınları Dağlıq Qarabağda
yerləşdirsəydi, adekvat cavab kimi, Azərbaycanda yaşayan ermənilərin Ermənistana köçürülməsinə naiİ ola
bilsəydi, çox güman ki, hadisələrin istiqaməti dəyişərdi, 20 Yanvar faciəsinin qarşısının alınması imkanı yarana
bilərdi. Təəssüf ki, mərkəzin ermənipərəst siyasəti respublika rəhbərliyinin təslimçilik siyasəti nəticəsində hərbi
müdaxilə həyata keçirildi, günahsız insanlar qətlə yetirildi.
1990-cı ilin yanvar ayının 13-də Bakı səhərində erməni mafiyasının və mərkəzin xüsusi xidmət
orqanlarının hazırladıqları fitnəkar plan belə başladı. Maraqlıdır ki, həmin günlər Bakıda SSRİ DİN-in daxili
qoşunlarının 11 min 500 əsgəri var idi. Lakin onlar qəsdən münaqişəyə müdaxilə etmədilər, qarşıdurmanı
dayandırmadılar, asayişi, sabitliyi bərpa etməyə səy göstərmədilər.
O vaxtlar SSRİ xalq deputatı seçilən, yazıçı Anar Kremldə M.Qorbaçova müraciət edərək soruşanda ki,
SSRİ DİN-in məlumatına görə qarşıdurma zamanı beş min adam iştirak edirdi, Bakıda on iki mindən artıq qoşun var
idi, hər iştirakçıya ikidən artıq əsgər düşürdü, nə üçün onlar qarşıdurmanı dayandırmadılar, işə qarışmadılar.
M.S.Qorbaçov əllərini sinəsinin üstünə qoyub demişdi ki, "Doğrudan da nə üçün ".
1990-cı ilin yanvar ayının 13-də Bakıda həyata keçirilən məkrli erməni sindromu 20 Yanvar faciəsinə
istiqamətlənən ən təhlükəli siyasi aksiya idi. Olduğu kimi bu dəfə də yaranmış vəziyyətdən həmişə fitnəkarcasına
istifadə edən ermənilər bir neçə soydaşlarını qətlə yetirib, onların cəsədlərini dəmir yol vağzalının perronuna,
Bakıda təhsil alan xarici tələbələrin yataqxanalarının girəcəyinə, şəhərdə yerləşən xarici nümayəndəliklərinin önünə
düzdülər, Azərbaycan haqqında düşmən obrazı yaratmağa çalışdılar. Erməni ideoloqları mərkəzin məmurları ilə
birlikdə həyata keçirdikləri "sindroma" milli və siyasi xarakter verərək, Azərbaycanda sovet hakimiyyətinin təhlükə
qarşısında olması haqqında Moskvaya operativ şifrlə məlumat göndərir, hərbi kömək tələb edirdilər. Mərkəz
ermənilərin xəyanətkar məlumatlarını alan kimi yanvarın 15-də Sov.İKP MK Siyasi Bürosunun qərarı ilə
Azərbaycanın bir sıra bölgələrində hərbi vəziyyət elan etdi. O vaxt Azərbaycanda 110 minlik hərbi hissələrin
yerləşdirilməsinə baxmayaraq, yeni qərara əsasən respublikaya əlavə 66 min əsgər və zabit göndərildi. Erməni
mafiyasının fitvası ilə Azərbaycana qarşı kinini, küdurətini, düşmənçilik hisslərini gizlədə bilməyən mərkəz 4 gün
ərzində, 1990-cı ilin yanvar ayının 15-i və 19-da iki dəfə hərbi vəziyyət elan etdi və təqribən 170 minlik ordu ilə
respublika əhalisinə divan tutdu.
Mixail Qorbaçovun cinayətlərindən biri onun Bakıda fövqəladə vəziyyət elan edilməsi və imperiya
ordusunun şəhərə müdaxiləsi haqqında imzaladığı fərmanla xəyanətkar oyun idi. Yanvarın 18-19-da
imperiyanın bir çox yüksək dövlət məmurları Bakıda dövlət televiziyalarında imperiya ordusunun şəhərə daxil
olmayacaqları haqqında rəsmi bəyanatlar verirdilər. Respublika televiziyasının enerji bloku partladıldıqdan,
qoşunlar şəhərə daxil olduqdan, faciə törədildikdən sonra yanvarın 19-dan 20-nə keçən gecəni səhər saat
5:30-da radio Qorbaçovun fərmanını elan etdi. Halbuki "mülki və siyasi hüquqlar haqqında " 1966-cı il
beynəlxalq konvensiyasının birinci bəndinə əsasən fövqəladə vəziyyət tətbiq edilməzdən qabaq elan edilməlidir.
Burada məqsəd kriminogen vəziyyəni profilaktika, xəbərdarlıq və ya çətin anlarda az itkilər və sarsıntılar yolu
ilə nizamlamaqdan ibarətdir.
Sovet imperiyası 1966-cı il beynəlxalq konvensiyanın tələblərini pozaraq, vaxtında elan etmədən fövqəladə
vəziyyəti tətbiq etdi, görünməmiş vəhşiliyə rəvac verdi. İnsanların kütləvi qətlə yetirilməsini təmin etdi, özünü
qəddarlığı, imperiya xisləti ilə ifşa etdi, ittifaqda zorla birləşdirilən xalqların gözündən saldı.
Ölkənin Konstitusiyasını, qanunlarını pozan, Azərbaycana qarşı açıq-aşkar hərbi təcavüzə başlayan, onun
ərazilərinin bir hissəsini zəbt edən, azərbaycanlıları Ermənistandan və Dağlıq Qarabağdan zorla qovub çıxaran
erməni terrorçularına dərs verən və öz suveren hüquqlarını qorumağa qalxan Azərbaycan xalqına qarşı hərbi qüvvə
tətbiq edən mərkəzin cinayət hərəkətləri millətin qəzəbinə və etirazına səbəb olmuşdu.
Bütün bu cinayət əməllərinin müqabilində hər bir azərbaycanlının qəlbində imperiyaya qarsı nifrət və
qəzəb atəşi alovlandı, cəsarət, qeyrət, namus, qəhrəmanlıq əzmi püskürüb ərşə qalxdı, ermənipərəst Mixail
Qorbaçova lənətlər yağdırdı, onun səkilləri küçələrdə yandırıldı, bütün şəhər evlərinin pəncərələrindən qara
matəm bayraqları asıldı. Bakı şəhərinə dolusan 67 min sovet silahlı qüvvələrin timsalında bütün imperiya
ordusuna qarşı ümumazərbaycan nifrəti yarandı.
Soyuq başla aparılan araşdırmaların nəticələri tam aydınlıqla təsdiq edir ki, 1987-1989 - cu illər-də
ermənilər mərkəzin dəstəyi ilə Azərbaycana qarşı hərbi təcavüzə başlamasaydılar, 20 yanvar faciəsi baş verməzdi,
insanlar qətlə yetirilməzdi, imperiya müdaxilə üçün bəhanələr tapa bilməzdi, ölkə miqyasında 19 qaynar nöqtə
yaranmazdı. Bizim və respublika ictimaiyyətinin sağlam düşüncəli nümayəndələrinin qənaəti belədir.
Qarabağda erməni silahlı qüvvələrinin qətlə yetirdikləri yüzlərlə günahsız insanların sırasına 20 Yanvar
şəhidləri də əlavə edildi. 20 Yanvar şəhidləri erməni mafiyasının fitvası ilə mərkəzin həyata keçirdiyi hərbi
müdaxiləsi zamanı daşnakların əli ilə qətlə yetirildilər.
20 Yanvar qanlı faciəsi əsrlər. qərinələr keçsə də. heç zaman unudulmayacaq. yaddaşımızda yaşayacaq.
cinayətkarlar nifrətlənəcəklər.
İmran CƏFƏRZADƏ,
Azərbaycan Dövlət Neft
Akademiyasının prorektoru,
professor
Dostları ilə paylaş: |