2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
2
Mündəricat
1.
Giriş .................................................................................................................... 3
2.
Tövsiyələr ........................................................................................................... 5
3.
Qısa Xülasə ......................................................................................................... 7
4.
Fəsil 1: Jurnalistlərə qarşı zorakılıq, şantaj və təzyiq ............................................ 9
5.
Fəsil 2: Qanundan istifadə etməklə ifadə azadlığının boğulması .......................... 15
6.
Fəsil 3: Jurnalistlərin, bloqçuların və hüquq müdafiəçilərinin həbsi ..................... 20
7.
Fəsil 4: Mediaya dövlət nəzarəti .......................................................................... 24
8.
Fəsil 5: Onlayn ifadə azadlığı ................................................................................ 27
9.
Nəticə .................................................................................................................. 30
2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
3
Giriş
1.1.
Ümumi məlumat
Bu hesabat Azərbaycanda ifadə azadlığının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müstəqil
qeyri-kommersiya təşkilatı- Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) nəşridir. RATİ
2006-cı ildə Beynəlxalq Mətbuat Günündə iki Azərbaycanlı jurnalist tərəfindən, ifadə və mətbuat
azadlığının hökumət tərəfindən ciddi məhdudlaşdırılmasına cavab olaraq yaradılmışdır.
Təşkilatın fəaliyyəti Azərbaycanda ifadə azadlığı sahəsindəki problemləri müvafiq beynəlxalq
qurumların, ABŞ və Avropa rəsmilərinin diqqətinə çatdırmaqda mühüm rol oynamışdır. RATİ 2007-ci
ilin oktyabrından Beynəlxalq Söz Azadlığı Mübadiləsi (IFEX) təşkilatının, 2012-ci ilin noyabrından isə
Qlobal Şəbəkə Təşəbbüsünün (Global Network Initiative) üzvüdür.
Söz azadlığına dəstək və mətbuat azadlığına qarşı təzyiqlərə, sərt tədbirlərə dərhal reaksiya vermək
RATİ-nin Azərbaycandakı fəaliyyətinin əsasını təşkil edir. Bu hesabat RATİ-nin Azərbaycanda ifadə
azadlığını qorumaq və təşviq etmək strategiyasının bir hissəsini təşkil edir.
RATİ bəyanatlar verməklə, müraciətlər etməklə, araşdırmalar aparmaqla, gündəlik xəbərlər yaymaqla,
mətbuat konfransları keçirməklə və jurnalistlərin hüquqları barədə maarifləndirmə işləri aparmaqla
Azərbaycanda söz azadlığının pozulması hallarını araşdırır və bu pozuntular barədə məlumat verir. Öz
fəaliyyətinin əsas tərkib hissəsi kimi RATİ Azərbaycanda ifadə azadlığının durumu barədə geniş
hesabatlar hazırlayır.
Ötən ilin may ayında Avroviziya Mahnı Müsabiqəsinin, noyabr ayında isə İnternet İdarəçilik Forumunun
keçirildiyi Azərbaycanda 2012-ci il tənqidi fikirləri dilə gətirən insanlar üçün daha təhlükəli il olub.
Xüsusilə də, bu tədbirlər başa çatdıqdan sonra ölkəyə beynəlxalq diqqət zəifləməyə başlayan kimi bu
tədbirlər zamanı ölkə haqqında acı həqiqətləri ifşa edən şəxslər sərt cəza tədbirləri ilə üzləşib.
Ötən il ərzində hökumətin tənqidi səsləri susdurmağa davam etməsi ilə Azərbaycanda ifadə azadlığı üçün
məkan daha da kiçildi. Jurnalistlər, media işçiləri, bloqçular və hüquq müdafiəçiləri ifadə azadlığı
hüququnu həyata keçirmələri ilə əlaqədar təqib, təhdid, şantaj, hücum, həbs və təzyiqin digər formaları ilə
üzləşiblər. 2012-ci ilin sonuna olan statistikaya görə, on doqquz jurnalist zorakı hücuma məruz qalıb,
səkkiz jurnalist və bir hüquq müdafiəçisi isə dəmir barmaqlıqlar arxasında qalıb. 2012-ci ilin 1 yanvar- 31
dekabr dövrünü əhatə edən bu hesabat yuxarıda qeyd olunan məsələlər və ifadə azadlığının pozulmasının
digər halları barədə ətraflı məlumat verir.
1.2.
Məqsəd
Bu hesabatı hazırlamaqda RATİ-nin məqsədi:
Ölkədə ifadə və mətbuat azadlığı və informasiya əldə etmək hüququ ilə bağlı real vəziyyəti
qiymətləndirmək;
Söz azadlığının pozulması halları barədə yerli və beynəlxalq tərəfdaşları məlumatlandırmaq və
onları islahatların təşviqinə cəlb etmək;
Qabaqcıl beynəlxalq təcrübəni təbliğ etmək, hüquq pozuntusu hallarının aradan qaldırılması və
ölkədə ifadə azadlığı durumunun yaxşılaşdırılması üçün konkret tövsiyələr vermək olmuşdur.
1.3. Metodologiya və struktur
Bu hesabat masaüstü və yerində aparılmış araşdırmalar, müsahibələr, məhkəmə proseslərinin monitorinqi,