Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günüdür!



Yüklə 28,27 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü28,27 Kb.
#50302


“İki sahil”.-2014.-18 oktyabr.-№ 189.-S.9. 

 

Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir 

 

18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günüdür! 

 

Ulu öndər Heydər Əliyev dühası, zəkası, siyasəti, təcrübəsi ilə dövlət müstəqilliyini əbədiləşdirdi 

 

18 oktyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri - Dövlət Müstəqilliyi Günüdür. XX ərin 



sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa 

edib. 1991-ci il oktyabrın 8-də Azərbaycanın keçmiş Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 

dörd gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - 

Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Müstəqilliyin əbədiliyi isə ümummilli lider 

Heydər Əliyevin adı ilə bağlıdır. 

Hələ  Naxçıvanda  Ali  Məclisin  sədri  olarkən  xalqın  illərdən  bəri  arzusunda  olduğu  azadlığın 

əvəzedilməz nailiyyət olduğunu müdrikliyi və dövlətçilik təcrübəsi ilə dərk edən ulu öndər Heydər Əliyev 

tarixi  xidmətləri  ilə  müstəqilliyimizin  əbədiliyinin  qarantı  missiyasını  gerçəkləşdirdi.  Azərbaycan  Xalq 

Cümhuriyyətinin dövlət atributlarını bərpa etdi. Dünya Azərbaycanlılarının həmrəylik günü təsis olundu. 

Muxtar  respublikada  ilk  dəfə  həyata  keçirdiyi  özəlləşdirmə  siyasətini  Azərbaycanın  bütün  bölgələrində 

tətbiq  edən  Heydər  Əliyev  inkişaf  strategiyasının  bazar  iqtisadiyyatı  yolu  ilə  mümkünlüyünü  həyata 

keçirdiyi  islahatları  ilə  təsdiqlədi.  Bununla  da  planlı  iqtisadiyyatdan  bazar  iqtisadiyyatına  keçidin  ilk 

cığırlarını açaraq Azərbaycanın dünyaya inteqrasiyasını gerçəkləşdirdi. 

Müstəqilliyimizin  təhlükə  altında  olduğu  o  ağır  illərdə  ulu  öndərin  fədakarlığını,  xalqın  azadlığı 

naminə  üzərinə  götürdüyü  öhdəliyə  məsuliyyət  və  vətəndaş  yanğısı  ilə  yanaşdığını  xatırlayan  Prezident 

İlham Əliyev vurğulayır ki, yaxın tarixdə baş verən hadisələr Azərbaycanın dövlətçilik salnaməsinə qızıl 

hərflərlə  yazılıb:  “Ulu  öndərin  qətiyyəti,  müdrikliyi,  cəsarəti,  naxçıvanlıların  ona  olan  inamı  bu  ağır 

sınaqdan  çıxmaq  üçün  bizə  imkan  yaratdı.  O  illərdə  nəinki  Naxçıvan  üçün,  Azərbaycan  üçün  də  tarixi 

qərarlar qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası Naxçıvan Sovet Sosialist Muxtar Respublikası 

adlandırılırdı. O vaxt Naxçıvanın adı dəyişdirildi. Ulu Öndərin təklifi ilə “sovet, sosialist” sözləri muxtar 

respublikanın  adından  çıxarıldı.  Naxçıvanda  ilk  dəfə  olaraq  1990-cı  illərdə  Azərbaycan  Xalq 

Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi və Azərbaycanın Ali Məclisi qarşısında vəsatət 

qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet 

İttifaqının  saxlanması  üçün  keçirilən  qanunsuz  referendumda  Naxçıvan  iştirak  etməmişdir.  Yəni,  bu 

addımlar ondan sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. O illərdə də Ulu Öndər 

qətiyyət, cəsarət, öz xalqına, öz millətinə nə qədər bağlı olduğunu göstərmişdir. Bir daha göstərmişdir ki, 

onun üçün dövlət maraqları, Azərbaycanın maraqları hər şeydən üstündür.” 

Müstəqil, tarazlı, cəsarətli siyasət yeridərək ÖZÜNÜN qeyd etdiyi kimi ömrünü Azərbaycan xalqının 

gələcəyinə  həsr  etdi.  İlk  addım  kimi  Azərbaycanda  sabitlik,  nizami  ordu  yaradan,  müstəqilliyin 

əbədiliyini təmin  edən,  daxili  çəkişmələrə,  hakimiyyət  uğrunda  mübarizələrə  son  qoyan  Heydər  Əliyev 

ərazi bütövlüyümüzün təminatı üçün də misilsiz xidmətlər göstərərək atəşkəs barədə müqavilə imzaladı. 

Heydər  Əliyevin  dünya  siyasətçiləri  arasında  artan  şəxsi  nüfuzunun  nəticəsində  “Əsrin  müqaviləsi” 

imzalandı. BTC, BTƏ neft-qaz kəmərlərinin davamı olan TANAP, TAP, “Cənub” qaz dəhlizi ümummilli 

lider  Heydər  Əliyevin  müəyyənləşdirdiyi  neft  strategiyasının  məntiqi  nəticəsi,  Prezident  İlham  Əliyev 

qətiyyətinin ifadəsidir. 

 “Milli  azadlığa  nail  olmaq  üçün  milli  oyanış,  milli  dirçəliş,  milli  ruhun  canlanması  lazımdır.” 

Ümummilli lider Heydər Əliyevin müdrikliklə söylədiyi bu sözlər artıq reallaşıb. “Azadlıq və istiqlaliyyət 

hər bir xalqın milli sərvətidir” söyləyən ulu öndər vurğulayırdı ki, hər bir qurtuluşun əsasını milli azadlıq 

təşkil edir. Ümummilli lider Heydər Əliyev “Müstəqillik yolu qədər çətin yol yoxdur... Müstəqilliyin əldə 

olunması nə qədər çətindirsə , onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” söyləməklə hər 

bir xalqın suverenliyinin onun tarixi qələbəsi olduğunu müdrikliyi ilə təsdiqlədi. 

3  oktyabr  1993-cü  ildə  xalqın  etimadı  ilə  prezident  seçilən  ulu  öndər  Heydər  Əliyev  andiçmə 

mərasimində taleyüklü problemlərlə əhatə olunan Azərbaycanın əbədi qarantı olacağını inamla bildirərək 

vurğulayırdı  ki,  dövlət  müstəqilliyini  möhkəmləndirmək,  müstəqil  dövlət  quruluşu,  dövlət  atributlarını 

yaratmaq  və  inkişaf  etdirməklə  vətəndaşların  rifahının  yaxşılaşdırılmasını  fəaliyyətinin  əsas  prinsipləri 

kimi  diqqətdə  saxlayacaq.  Ulu  öndər,  müdrik  siyasətçi  yaxşı  bilirdi  ki,  dövlət  müstəqilliyini  qorumaq, 

demokratiyanı  inkişaf  etdirmək  ölkənin  bazar  iqtisadiyyatı  yolu  ilə  tərəqqisinə  nail  olmaq  üçün  ilk 

növbədə müstəqilliyin əbədiliyi təmin olunmalıdır. 

Tarix  göstərdi  ki,  qarşıya  qoyulan  vəzifələrə  nail  olmaq  üçün  yorulmadan  çalışan,  siyasi,  iqtisadi, 

sosial  islahatları  düzgün  müəyyənləşdirən  ulu  öndərin  fenomen  bacarığı,  dövlətçilik  tariximizdəki 

missiyası, irsi, müqayisəyəgəlməz örnək xidmətləri təcrübə məktəbidir. Milli məfkurənin, azərbaycançılıq 



ideyalarının formalaşması, milli- mənəvi dəyərlərin qorunması da ulu öndərin adı ilə bağlıdır. Ölkəmizdə 

söz, vicdan, əqidə azadlığı, insan hüquqlarının qorunması Heydər Əliyev dövlətçilik məktəbinin ənənələri 

və  ayrılmaz  tərkib  hissəsidir.  Həyatının  mənasını  Azərbaycanın  iqtisadi  və  intellektual  potensialını 

xalqının  xoşbəxt  və firavan  yaşamasına  yönəldən  ulu  öndər tarixi şəxsiyyət  kimi tək  əməlləri  ilə  deyil, 

dolğun,  məntiqli  çıxışları,  natiqlik  məharəti  ilə  də  insanların  qəlbinə  yol  tapırdı.  Bu  bir  həqiqətdir  ki, 

zəruri,  mükəmməl,  qanunların  qəbulu  ilə  kifayətlənməyən,  müxtəlif  istiqamətlərdə  konkret  fəaliyyət 

proqramının  işlənib  hazırlanması  ilə  ölkə  iqtisadiyyatını  yeni  mərhələ  üzrə  inkişaf  etdirən  Heydər 

Əliyevin  uzaqgörən  siyasəti  sayəsində  Azərbaycan  demokratik  ölkə  kimi  əməkdaşlıq,  sivilizisiyaların 

dialoq bölgəsinə çevrilmişdir. 

 “Biz  demokratik,  dünyəvi,  sivilizasiyalı  dövlət  quraraq,  bütün  bəşəri  dəyərlərdən  istifadə  edərək, 

ümumbəşəri dəyərlərin xalqımız üçün və milli mentalitetimiz üçün, mənəviyyatımız üçün uyğun cəhətləri 

götürüb tətbiq edərək heç vaxt dinimizdən, adət- ənənələrimizdin ayrıla bilmərik və imtina edə bilmərik” 

söyləyən  ümummilli  lider  Heydər  Əliyev  Azərbaycanın  demokratiya  yolu  ilə  inkişafını  gələcək  üçün 

təminat  hesab  edərək  fəaliyətinin  bütün  dövrlərində  əsas  dayağı  kimi  xalqa  arxalanırdı.  Ulu  öndərin 

mövqeyi belə idi: Azərbaycandakı bütün prosesləri xalqın istəyinə uyğun istiqamətləndirmək. 

Siyasi,  iqtisadi,  sosial  islahatları  düzgün  müəyyənləşdirən  ulu  öndərin  fenomen  bacarığı,  dövlətçilik 

tariximizdəki  missiyası,  irsi,  müqayisəyəgəlməz  örnək  xidmətləri  təcrübə  məktəbidir.  Milli  məfkurənin, 

azərbaycançılıq  ideyalarının  formalaşması,  milli-  mənəvi  dəyərlərin  qorunması  da  ulu  öndərin  adı  ilə 

bağlıdır. Ölkəmizdə söz, vicdan, əqidə azadlığı, insan hüquqlarının qorunması Heydər Əliyev dövlətçilik 

məktəbinin  ənənələri  və  ayrılmaz  tərkib  hissəsidir.  Həyatının  mənasını  Azərbaycanın  iqtisadi  və 

intellektual potensialını xalqının xoşbəxt və firavan yaşamasına yönəldən ulu öndər tarixi şəxsiyyət kimi 

tək əməlləri ilə deyil, dolğun, məntiqli çıxışları, natiqlik məharəti ilə də insanların qəlbinə yol tapırdı. Bu 

bir  həqiqətdir  ki,  zəruri,  mükəmməl,  qanunların  qəbulu  ilə  kifayətlənməyən,  müxtəlif  istiqamətlərdə 

konkret  fəaliyyət  proqramının  işlənib  hazırlanması  ilə  ölkə  iqtisadiyyatını  yeni  mərhələ  üzrə  inkişaf 

etdirən  Heydər  Əliyevin  uzaqgörən  siyasəti  sayəsində  Azərbaycan  demokratik  ölkə  kimi  əməkdaşlıq, 

sivilizisiyaların dialoq bölgəsinə çevrilmişdir. 

Bu gün Azərbaycanın siyasi mənzərəsi stabildirsə, dinamik inkişaf bütün sahələrdə hiss olunursa bu 

yalnız ulu öndər Heydər Əliyevin, ONUN layiqli davamçısı Prezident İlham Əliyevin gərgin zəhmətinin 

bəhrəsidir. 

Həyatın  mənası  insanın  çox,  yaxud  az  yaşamasından  ibarət  deyil.  Onun  əsas  mənası  bu  həyatda  öz 

yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır. 

Ümummilli  lider  Heydər  Əliyevin  keçdiyi  şərəfli  yol,  siyasi  irsi  onun  əbədiyaşar  LİDER  adını 

qazandığını  bir  daha  təsdiqləyir.  Prezident  İlham  Əliyevin  vurğuladığı  kimi  son  illərin  təcrübəsi,  eyni 

zamanda, müstəqilliyimizin üstünlüklərini açıq-aydın göstərir: “Ancaq müstəqil Azərbaycan bu uğurlara 

nail  ola  bilmişdir.  Ancaq  taleyimiz  öz  əlimizdə  olan  zaman  biz  bu  nailiyyətlərə  çata  bilmişik. 

Müstəqilliyin üstünlükləri bundan ibarətdir. Azərbaycan xalqı öz taleyinin sahibidir və Azərbaycan heç 

vaxt  tarixdə  bu  qədər  güclü  olmamışdır.  Heç  vaxt  müstəqilliyimiz  bu  qədər  möhkəm  olmamışdır.  Biz 

hamımız bundan sonra da çalışmalıyıq və çalışacağıq ki, ölkəmizi inkişaf etdirək, müstəqilliyimizi əbədi, 

dönməz edək.” 

 

Xuraman İsmayılqızı 



Yüklə 28,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə