Azer-dili 5s Derslik 2016 Layout 1



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə1/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
  1   2   3   4   5   6   7   8   9   ...   42


HƏVVA ABDULLAYEVA
İRADƏ ƏFƏNDİYEVA
MƏLAHƏT ƏLƏSGƏROVA
AZƏRBAYCAN
DİLİ
Ömumtÿhsil mÿktÿblÿrinin 5-ci sinfi ö÷ön 
“Azÿrbaycan dili” (dþvlÿt dili kimi) 
fÿnni özrÿ dÿrslik 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
24.05.2016­cı il tarixli 354 nömrəli 
əmri ilə təsdiq olunmuşdur.
“KЮВСЯР”
НЯШРИЙЙАТЫ
B A K I   —   2 0 1 6
Çap üçün deyil
Çap üçün deyil


Dərslikdə istifadə olunmuş şərti işarələr:
*
– üzərində iş aparılacaq sözləri fərqləndirir
..
– çalışmaların mətnində buraxılmış hərf və ya şəkilçinin 
yerində işlənir
–    – çalışmaların mətnində buraxılmış sözlərin yerində işlənir
*
– tapmacalara işarə edir
H. ABDULLAYEVA, İ. ƏFƏNDİYEVA, M. ƏLƏSGƏROVA
Ömumtÿhsil mÿktÿblÿrinin 5-ci sinfi ö÷ön
 
“Azÿrbaycan dili” (dþvlÿt dili kimi) fÿnni özrÿ dÿrslik. 
Bakı, “KÖVSƏR” nəşriyyatı, 2016, 160 səh.
Dÿrsliklÿ baülû rÿy, irad vÿ tÿkliflÿrin kovserneshriyyat@gmail.com
vÿ derslik@edu.gov.az elektron önvanlara gþndÿrilmÿsi xahiø olunur. 
ßmÿkdaølûüûnûz ö÷ön ÿvvÿlcÿdÿn tÿøÿkkör edirik!
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun 
hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron 
informasiya vasitələri ilə yaymaq qanuna ziddir.
ISBN 978 – 9952 – 8024 – 3 – 6
            ©  Az
ərbaycan Respublikası Təhsil Nazirliyi – 2016
-
____________________________________________________________________________________
Çap üçün deyil
Çap üçün deyil


ÙÅÉÄßР  ßËÈÉÅÂ
ÀÇßÐÁÀÉÚÀÍ  ÕÀËÃÛÍÛÍ  ÖÌÓÌÌÈËËÈ  ËÈÄÅÐÛ
Çap üçün deyil
Çap üçün deyil


Çap üçün deyil
Çap üçün deyil


§ 1. BİRİNCİ DƏRS
Səməd beşinci
sinifdə oxuyur. O,
mək təbə  getdi yi  ilk
günü belə xatırla yır:
Hələ sentyabr ayı
gəl məmiş,  hələ  mək   ­
təb lərdə  dərs lər  baş ­
lama mış  Sə  məd    gilin
evin də  dərsə  ha zır lıq
baş  la mış dı.Va     li  deyn ­
ləri  de yər dilər: 
– Savad sız adamdan kor yaxşıdır!
Səmədi oxutmaq ata­anasının ən böyük arzusu idi. Ata­anasının bu
arzusu Səmədin də ürəyində kök salmışdı. Səmədin xəyalında 
məktəbdən
gözəl, məktəbdən 
işıqlı
yer yox idi. Buna görə də sentyabrın on beşini
səbirsizliklə gözləyirdi.
Səməd hər gün iki­üç dəfə çantasını yoxlayırdı. Kitab­dəftərin yerində
olduğunu görüb rahat olurdu. Ona görə yoxlayırdı ki, o, evdəki beş  uşaq­
dan ən böyüyü idi. Qorxurdu özündən iki yaş kiçik qardaşı və ya bir yaş
kiçik bacısı o yatanda çantanı götürüb açar, 
dəftər­kitabı
cırar, 
çirk­
ləndirər
. Çünki onlar Səmədin çantasına, dəftər­kitabına çox həsrətlə
baxırdılar. Səməd hiss edirdi ki, bu şeylər alınan gündən o, qardaşının və
bacısının gözündə böyüyüb. Belə ki, qardaşı çantaya yaxın gedəndə
Səməd deyirdi:
– Əl vurma. Çirkləndirərsən, gərək 
məktəbli
uşağın kitabı, paltarı
təmiz olsun.
Qardaşı o saat Səmədin üzünə baxıb geri çəkilirdi. 
Nəhayət, sentyabrın on beşi gəlib çatdı. 
Məktəbin
həyəti və dəhlizi
uşaqlarla dolu idi. Burada həm Səməd kimi birinci dəfə məktəbə gələnlər,
həm də yuxarı siniflərdə oxuyanlar vardı. Uşaqlar ucadan danışır, həyətdə
oynaşır, dəhlizdə gəzib söhbət edirdilər.
Səməd 
məktəbdə
heç kimi tanımırdı. Buna baxmayaraq, ürəyi sevinc ­
lə dolmuşdu. 
Zəng oldu. Uşaqlar hay­küylə siniflərə doluşmağa başladılar. Tez hərə
özünə bir yer tutdu. Səməd də oturdu. Dirsəyini partaya söykədi, çənəsini
ovcunun içinə qoyub fikrə getdi. Ürək döyüntüsü ilə müəllimin gəlməsini,
birinci dərsin başlanmasını gözlədi. Bu anda Səmədə elə gəldi ki, dünyada
5
Çap üçün deyil
Çap üçün deyil


6
ən xoşbəxt adamdır. Birinci dərs! Bu dəqiqəni o nə qədər gözləmişdi!
Qapı açıldı və 
ortaboylu
bir müəllim içəri girdi. Uşaqların hamısı ayağa
durdu. Səməd də durdu. Ancaq bu, sanki mexaniki bir hərəkət idi. Çünki
onun bütün fikri müəllimdə idi. Müəllimin 
üz­gözü
, yerişi, hərə kət ləri şəkil
kimi hafizəsində həkk olub qalırdı. Səmədə elə gəldi ki, hələ indiyəcən bu
qədər 
xoşsifət
, bu qədər mehriban və gözəl adam görmə yib.
Səməd 
diqqətlə
qulaq asırdı. Müəllimin bütün dediklərini başa
düşməsə də, onun təmiz və aydın danışığı qulağını oxşayırdı. Hələ heç
za man, heç yerdə belə şirin, belə gözəl sözlər eşitməmişdi.   
Mirzə İbrahimov
1. Mətndə aşağıdakı suallardan hansına cavab tapmadınız?
1) Səmədgilin evində dərsə hazırlıq nə vaxt başlamışdı?
2) Səməd sentyabrın on beşini niyə səbirsizliklə gözləyirdi?
3) Səməd niyə çantasını tez­tez yoxlayırdı?
4) Səmədgilin sinfində neçə şagird var idi?
5) Səməd kimlə dostluq edirdi?
6) Səməd müəllimin gəlməsini gözləyərkən  hansı hisləri keçirirdi? 
2. Mətni aşağıdakı plan əsasında danışmaq olarmı? Ardıcıllığı bərpa
edin.
1) Müəllimin gəlişi.  
4) Sentyabrın on beşi.
2) Ata­ananın arzusu.
5) Məktəbə hazırlıq.
3) Səmədin narahatlığı.
6) Birinci dərs.
SÖZLÜK
SÖZ EHTİYATI
həsrətlə – с ожиданием
dəhliz – коридор
dirsək – локоть
çənə – челюсть
ovuc – ладонь
ortaboylu – среднего роста
hafizə – память
xoşsifət – с приятным лицом,
миловидный
aydın danışıq – ясная речь
ürəyində kök salmaq – пустить корни, глубоко осесть
gözündə böyümək – вырасти в глазах
ürəyi sevinclə dolmaq – сердце переполняется радостью
həkk olub qalmaq – запечатлеться, запоминаться
qulağı oxşamaq – здесь: приятно слушать
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə