Azerbaijan 2012 International Religious Freedom Report



Yüklə 130,95 Kb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü130,95 Kb.
#76236


 

                                                       2012-ci il üzr

ə Beynəlxalq Dini Etiqad Azadlığı Haqqında Hesabat  

                                          Birl

əşmiş Ştatların Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu

 



BEYN

ƏLXALQ DİNİ ETİQAD AZADLIĞI HAQQINDA HESABAT 

AZ

ƏRBAYCAN 2012-Cİ İL  

 

Qısa icmal   

  

Dini etiqad azadlığı konstitusiya ilə müəyyən edilir, lakin buna baxmayaraq təcrübədə 



dig

ər qanun və qaydalar, xüsusilə bəzi dini azlıqların nümayəndələrinə münasibətdə dini 

etiqad azadlığını məhdudlaşdırmışdır. Əksər dini qruplar hökumət tərəfindən kiçik və 

yaxud heç bir müdaxil

ə ilə üzləşməmişlər. Bütün dini təşkilatların dövlət orqanlarında 

qeydiyyatdan keçm

əsi tələbi qeydiyyatdan keçməmiş, xüsusilə hökumət tərəfindən “qeyri-

ənənəvi” hesab olunan qrupların cərimələnməyə, məhkəmə qərarı əsasında məcburi 

qaydada bağlanılmağa və polisin təqibinə məruz qalmaqda müdafiəsiz olmalarına səbəb 

olmuşdur. Hökumət eyni zamanda bəzi dini ədəbiyyatın idxalına qoyulmuş məhdudiyyəti 

davam etdirmişdir. İl ərzində dini etiqad azadlığına hörmət olunmasına hökumət tərəfindən 

göst


ərilən münasibətdə əhəmiyyətli dəyişiklik baş verməmişdir.        

 

Dini m



ənsubiyyət, dini etiqad və ayinlərin yerinə yetirilməsi zəminində cəmiyyətdə 

zorakılıq və yaxud ayrı-seçkilik halları barədə məlumatlar verilmişdir.  

 

ABŞ Səfirliyinin rəsmiləri dini etiqad azadlığını hökumət, qeyri-hökumət təşkilatları 



(QHT-l

ər) və din xadimləri ilə müzakirə etmiş və dini təşkilatlara qarşı irəli sürülən ağır 

qeydiyyat t

ələblərini xüsusi vurğulamışlar. Səfirlik eyni zamanda Dini Qurumlarla İş üzrə 

Dövl

ət Komitəsinin (DQİDK) sədrinin və İslam alimlərindən və mütəxəssislərdən ibarət 



olan bir qrupun Birl

əşmiş Ştatlara səfərini maliyyələşdirmişdir.  

  

Bölm

ə I.  Dini demoqrafiya  

  

Dövl



ət Statistika Komitəsinin hesablamalarına əsasən ölkə əhalisinin sayı 2012-ci ildə 9.3 

milyon t


əşkil etmişdir. DQİDK-in 2011-ci ildə verdiyi məlumatlara əsasən ölkə əhalisinin 

96 faizini Müs

əlmanlar təşkil edir, yerdə qalan əhali əsasən Rus Ortodoks, erməni Apostol 

Kils


əsinin, digər Xristian qruplarının üzvlərindən, Yəhudilərdən və ateistlərdən ibarətdir. 

Müs


əlman əhalinin təxminən 65 faizi şiə və 35 faizi sünnidir.    

  

Xristianlar 



əsasən Bakı şəhərində və digər şəhərlərdə yaşayırlar. Təxminən 20,000 yəhudi 

Bakı şəhərində yaşayır və onlar ölkənin digər yerlərində kiçik icmalarda məskunlaşmışlar. 

Dig

ər kiçik dini qruplara Lüteran, Roma Katolikləri, Baptistlər, Molokanlar, Yeddinci Gün 



Adventistl

əri və Bəhailər daxildir.     

 

1991-ci ild



ə müstəqillik qazandıqdan sonra hökumətin xarici və yaxud “qeyri-ənənəvi” 

hesab etdiyi bir sıra dini qruplar, o cümlədən Sələfi Müsəlmanlar, Əllincilər və digər  

 



 

                                                       2012-ci il üzr

ə Beynəlxalq Dini Etiqad Azadlığı Haqqında Hesabat  

                                          Birl

əşmiş Ştatların Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu

 



AZ

ƏRBAYCAN  

 

Yevangelik Xristianlar, Yehova 



Şahidləri və Krişnaitlər fəaliyyət göstərmişlər. Bakıda 

çoxlu sayda xarici rezident Xristian icmaları vardır.   

  

Bölm

ə II.  Hökumətin dini etiqad azadlığına olan hörmətinin vəziyyəti 

 

Hüquqi/siyasi ç



ərçivə  

  

Konstitusiya dini etiqad azadlığını müəyyən etsə də, bəzi qanunlar və qaydalar, xüsusilə 



b

əzi dini azlıqların üzvlərinə münasibətdə dini etiqad azadlığını məhdudlaşdırır.   

 

Konstitusiyaya 



əsasən hər bir şəxsin öz dini mənsubiyyətini və inamını (o cümlədən 

ateizm) seçm

ək və dəyişmək, öz seçiminə əsasən dini qruplara qoşulmaq və ya yaratmaq 

v

ə dinə etiqad etmək hüququ vardır. 



 

Dini etiqad azadlığı haqqında qanun hökumətin hər hansı fərd və ya qrupun dini 

f

əaliyyətinə müdaxilə etməsini qadağan edir, lakin bununla bərabər müəyyən istisnalar da 



mövcuddur. Dini t

əşkilatların buraxılması, o cümlədən təşkilatın yaradıldığı vaxt bəyan 

etdiyi m

əqsədlərin əksinə fəaliyyət göstərməsi, irqi, milli, dini və yaxud sosial 

düşmənçiliyə səbəb olma, eləcə də insan ləyaqətini alçaldan və yaxud humanizm 

prinsipl


ərinə zidd olan etiqadın təbliği kimi hallar qanunla tənzimlənir. Dini təşkilatın 

f

əaliyyətinə xitam verilməsinə əsas verən digər hallara dünyəvi təhsilə mane olma, hər 



hansı dini təşkilatın üzvlərinin və digər fərdlərin öz əmlaklarını təşkilata güzəştə getməyə 

t

əhrik etmə daxildir.  



 

Qanuna 


əsasən heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə və ya nümayiş 

etdirm


əyə məcbur edilə bilməz.   

 

Bir sıra qanunlar, o cümlədən dini təşkilatların və dini yönümlü fərdi qrupların dövlət 



orqanlarında qeydiyyatdan keçmək tələbi hökumətə dini qrupları tənzimləməyə imkan 

verir. Qeydiyyatdan keçm

ə hər hansı dini təşkilata bank hesabı açmağa, əmlak icarəyə 

götürm


əyə və ümumilikdə hüquqi təşkilat kimi fəaliyyət göstərməyə imkan verir. 

 

DQİDK-in qeydiyyat üzərində geniş səlahiyyətləri vardır və hər hansı dini qrupun 



f

əaliyyətinin dayandırılması məqsədilə məhkəmələrə müraciət edə bilər. Müsəlman qruplar 

DQİDK tərəfindən qeydiyyatdan keçməzdən öncə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 

t

ərəfindən təsdiq olunmalıdırlar. QMİ qeydiyyatdan keçmiş İslam təşkilatlarına nəzarət 



edir, o cüml

ədən İslam ibadətinə rəhbərlik edən din xadimlərini təyin edir, vaxtaşırı 

moiz

ələr keçirir və Məkkə şəhərinə keçirilən həcc ziyarətini təşkil edir.    



 


 

                                                       2012-ci il üzr

ə Beynəlxalq Dini Etiqad Azadlığı Haqqında Hesabat  

                                          Birl

əşmiş Ştatların Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu

 



AZ

ƏRBAYCAN  

 

Qanuna 


əsasən əgər hər hansı dini icmanın fəaliyyəti, məqsədləri və yaxud mövcudluğu 

konstitusiya v

ə digər qanunların tələblərinə zidd olarsa bu zaman dövlət orqanları həmin 

icmanın qeydiyyat müraciətini rədd edə bilərlər. Qeydiyyatla bağlı müraciətə rədd cavabı 

alan dini qruplara m

əhkəməyə şikayət etməyə icazə verilir. Əgər hər hansı icma dini birlik 

kimi tanınmırsa, onun nizamnaməsi və digər təsis sənədləri qanuna ziddirsə və yaxud 

t

əqdim etdiyi informasiya saxtadırsa bu halda onun qeydiyyatla bağlı müraciəti rədd edilir.    



 

Qanuni satış və paylama məqsədi daşıyan bütün dini ədəbiyyat DQİDK tərəfindən 

yoxlanılır və icazə verilir. DQİDK tərəfindən təsdiq olunmamış dini ədəbiyyatın qeyri-

qanuni istehsalı, paylanması və ya idxalına görə qanunla birinci pozuntu halında 5000-dən 

7000 manata (6,329 -

8,860 ABŞ dolları) qədər cərimə və yaxud iki ilə qədər həbs və 

növb

əti təkrarlanan pozuntu hallarına görə isə 7000-dən 9000 manata (8,860 - 11,392 ABŞ 



dolları) qədər cərimə və yaxud iki ildən beş ilə qədər həbs cəzası nəzərdə tutulur.         

 

Əcnəbilərin missioner fəaliyyəti ilə məşğul olmaları qanunla qadağan edilir, lakin 



v

ətəndaşların bu fəaliyyətlə məşğul olmalarına qadağa qoyulmur.

 

İslam dini ayinləri və 



m

ərasimləri yalnız öz təhsillərini ölkədə almış vətəndaşlar və yaxud hökumətin təsdiq 

etdiyi xaricd

ə təhsil proqramlarında iştirak etmiş şəxslər tərəfindən həyata keçirilə bilər. 

Dig

ər dini qruplara üzv olan xaricilər hökumət tərəfindən qeydiyyatdan keçdikdən sonra 



dini ayinl

əri və mərasimləri keçirə bilərlər.   

 

Öz

əl və dövlət ibtidai və orta təhsil məktəblərində dini tədris planı yoxdur. Tələbələr ali 



t

əhsil müəssisələrində dini təhsillərini davam etdirə bilərlər və QMİ xaricdə bəzi dini 

t

əlimlərdə iştirakı maliyyələşdirir. Dövlət tərəfindən maliyyələşdirilən təhsil proqramı 



ç

ərçivəsində xaricdə dini təhsil almaq istəyənlər DQİDK-dən və yaxud Təhsil 

Nazirliyind

ən icazə almalı və yaxud qeydiyyatdan keçməlidirlər, digər hallarda xaricdə 

dini t

əhsil almaq üçün dövlət orqanlarından ilkin icazə almaq tələb olunmur.     



 

Qanuna 


əsasən siyasi partiyalar dini fəaliyyətlə məşğul ola bilməzlər. Din xadimləri eyni 

vaxtda dövl

ət qulluğunda vəzifə tuta və dini rəhbərlik fəaliyyəti ilə məşğul ola bilməzlər. 

Dini ibad

ət yerlərindən siyasi məqsədlər üçün istifadə etmək olmaz.   

 

H



ərbi xidmət şəxsin dini inancına zidd olduğu halda konstitusiya ilə alternativ xidmətə 

icaz


ə verilməsinə baxmayaraq, alternativ xidmətə icazə verən qanunvericilik yoxdur və 

dinc dövrd

ə hərbi xidmət keçməkdən imtina etməyə görə cinayət məcəlləsi ilə cəza 

n

əzərdə tutulur.    



 

Qanun dini etiqadına görə şəxslərin hədələnməsini və yaxud təhqir olunmasını qadağan 

edir.  



 

                                                       2012-ci il üzr

ə Beynəlxalq Dini Etiqad Azadlığı Haqqında Hesabat  

                                          Birl

əşmiş Ştatların Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu

 



AZ

ƏRBAYCAN  

 

Baş örtüyünə əksər ictimai yerlərdə icazə verilir, lakin rəsmi məqsədlər üçün fotoşəkillərin 



ç

əkilməsi zamanı buna yol verilmir. Təhsil nazirinin verdiyi göstərişə əsasən ibtidai və orta 

m

əktəblərdə qızların hicab və yaxud baş örtüyü geyinməsi qadağan edilsə də, bu geniş 



formada t

ətbiq olunmur.  

 

Hökum


ət aşağıdakı dini bayramları milli bayram kimi qeyd edir: Qurban Bayramı və 

Ramazan Bayramı.  

 

Hökum

ətin fəaliyyəti  

  

Dini etiqad azadlığının pozulması, o cümlədən dini məhbuslar və saxlanılanlar haqqında 



m

əlumat verilməmişdir. Hökumət “qeyri-ənənəvi” hesab etdiyi dini qrupların üzvlərinə, o 

cüml

ədən Yehova Şahidləri və qeydiyyatdan keçməmiş Müsəlman dini təşkilatlarına qarşı 



m

əhdudiyyətlər tətbiq etmişdir. İnsan Haqları üzrə Avropa Məhkəməsinə (İHAM) edilmiş 

13 müraci

ətdən əlavə Yehova Şahidləri təkrar qeydiyyatdan keçmə, sərbəst toplaşmaq 

azadlığı və dini ədəbiyyata qoyulan senzura ilə əlaqədar İHAM-nə dörd şikayət müraciəti 

etmişdir. Bu müraciətlərin məqbul olub-olmadığı barədə ilin sonuna qədər İHAM 

t

ərəfindən hər hansı qərar qəbul edilməmişdir. Qeydiyyatdan keçməmiş qruplar, o 



cüml

ədən İslam ilahiyyatçısı Səyid Nursinin əsərlərini oxuyanlar və bəzi Xristianlar 

hökum

ətin keçirdiyi reydlərə daha çox məruz qalmışlar. May ayında polis Gəncə şəhərində 



Yeddinci Gün Adventistl

ərinin Kilsəsinə reyd etmişdir.      

 

İnsan haqları üzrə yerli müdafiəçilər etiqadlarına görə məcburi hərbi xidmətdən imtina 



ed

ənlərə alternativ xidmət formasını təklif etmədiyinə görə hökuməti tənqid etməyə davam 

etmişlər. Orduda xidmətdən imtina etdiyinə görə Yehova Şahidlərinin üzvü Fəxrəddin 

Mirz


əyevə qarşı 25 sentyabr tarixdə Gəncə şəhər məhkəməsi tərəfindən bir il müddətinə 

azadlıqdan məhrum etmə cəzası verilmişdir.   

 

Müxt


əlif İslam fəaliyyətlərinə, o cümlədən dini proqramların televiziya vasitəsilə yayımı 

v

ə metro stansiyalarında dini ədəbiyyatın satışına olan nəzarət davam etdirilmişdir. Bakı 



şəhərində dini mövzuda əsərlərin nəşri sahəsində fəaliyyət göstərən “Parlayan Günəş” adlı 

n

əşriyyatın fəaliyyəti iyunun 1-də polis tərəfindən dayandırılmışdır və lisenziyası olmayan 



çap şirkətini qeyri-qanuni işlətdiklərinə və vergidən yayındığına görə üç nəfər işçi həbs 

edil


mişdir. Üç nəfər işçinin hər birinə beş gün saxlanma cəzası verilmiş və bundan sonra 

azad edil

mişlər.        

 

Missioner f



əaliyyəti ilə məşğul olduğuna görə üç nəfər Baptist iyunun  23-də Xaçmaz 

rayonunda polis t

ərəfindən saxlanılmış və cinayət məsuliyyətinə cəlb olunmaqla 

h

ədələnmişlər.    




 

                                                       2012-ci il üzr

ə Beynəlxalq Dini Etiqad Azadlığı Haqqında Hesabat  

                                          Birl

əşmiş Ştatların Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu

 



AZ

ƏRBAYCAN  

 

1991-ci ild



ən bu vaxta qədər hökumət dini qruplardan beş halda təkrar qeydiyyatdan 

keçm


əyi tələb etmişdir və ən son təkrar qeydiyyat 2009-cu ildə başlanmışdır. Təkrar 

qeydiyyat prosesi hökum

ətin arzuolunmaz hesab etdiyi dini qruplara qarşı təsir vasitəsi 

kimi xidm

ət göstərmişdir. Hökumət tərəfindən nəzarətə daha çox məruz qalan qruplar bir 

qayda olaraq qeyri-

ənənəvi – Müsəlman və qeyri-Müsəlman - dini qruplar olmuşlar. Rəsmi 

qeydiyyatdan keçm

ədən fəaliyyət göstərən bu cür qeyri-ənənəvi qruplar hökumətin 

t

əqiblərinə, o cümlədən inzibati qaydada cərimələnməyə və onların bağlanmasını tələb 



ed

ən məhkəmə qərarlarına məruz qalmağa davam etmişlər. Nəticədə bu cür qrupların 

f

əaliyyət göstərməsi çətin və yaxud bəzi hallarda qeyri-mümkün olmuşdur.       



   

Əksər dini icmalar hökumətin qeydiyyatla bağlı müraciətlərə gec cavab verdiyindən və 

b

əzilərinə qeyri-müəyyən əsaslarla rədd cavabı verməsindən şikayət etmişlər. Əvvəlki 



qeydiyyat statusundan asılı olmayaraq təkrar qeydiyyatdan keçmək tələbinə il ərzində altı 

dini qrup cavab vermi

şdir. Bununla da qeydiyyat tələbinin ilk dəfə irəli sürüldüyü vaxtdan 

b

əri qeydiyyatdan keçmiş cəmi qrupların sayı 801 olmuşdur və bunlardan 34-ü qeyri-



Müs

əlman qruplarıdır. Hökumət rəsmilərinin verdikləri məlumata əsasən qeydiyyat 

t

ələlərinə əlavələrin 2009-cu ildə qüvvəyə minməsindən sonra qeydiyyatdan keçmiş 576 



t

əşkilatdan 555-i Müsəlman və 21-i qeyri-Müsəlman təşkilatı, o cümlədən 12 Xristian, altı 

Y

əhudi, iki Bəhai və bir Krişna qrupu olmuşdur. Təsdiq olunmuş müraciətlərdən 372-si 



t

əkrar qeydiyyat və 204-ü ilk dəfə qeydiyyatdan keçmə ilə bağlı olmuşdur. DQİDK 

t

ərəfindən verilmiş məlumata əsasən 2009-cu ildən bu vaxta qədər komitə 193 Müsəlman 



t

əşkilatının ərizələrinə qeydiyyat tələblərinə cavab vermək üçün əlavə düzəlişlərin 

olunması məqsədilə QMİ-nə geri qaytarmışdır. İlin sonunda 25 dini təşkilatın qeydiyyat 

müraci


ətləri DQİDK tərəfindən baxılma mərhələsində olmuşdur.             

 

Bir sıra Müsəlman və qeyri-Müsəlman qruplarının verdikləri məlumata əsasən DQİDK 



onların təkrar qeydiyyat müraciətlərini rədd etmiş və yaxud bu barədə qərar qəbul 

etm


əmişdir. Qeydiyyat müraciətinə qəbul olunduğu tarixdən sonrakı 30 gün ərzində 

baxılması tələb olunsa da, bir sıra dini təşkilatlar qeyri-şəffaf qeydiyyat prosedurlarının 

prosesi uzatdığını bəyan etmişlər. Dini qrupların qeyri-hökumət təşkilatı kimi Ədliyyə 

Nazirliyind

ə qeydiyyatdan keçməsindən sonra onların əvvəl mövcud olan hüquqi 

qeydiyyatının qanuni qüvvəsi barədə çaşqınlıq olmuşdur. Məsələn, 25 aprel tarixdə Bakı 

şəhər İnzibati İqtisad Məhkəməsi hökm çıxararaq DQİDK-in təkrar qeydiyyat tələblərinə 

əməl etməkdən imtina etdiyinə əsaslanaraq “Həyatverici Lütf” dini icmasının Ədliyyə 

Nazirliyind

ən aldığı əvvəlki qeydiyyatını ləğv etmişdir.    

      

İl ərzində qeydiyyatla bağlı müraciətləri rədd edilmiş və yaxud qeyri-müəyyən olan dini 



qruplara b

əzi İslam dini qrupları, Yehova Şahidləri, Baptistlər, Yeddinci Günün 

Adventistl

əri və Bakı Beynəlxalq Qardaşlığı daxil olmuşdur.  




 

                                                       2012-ci il üzr

ə Beynəlxalq Dini Etiqad Azadlığı Haqqında Hesabat  

                                          Birl

əşmiş Ştatların Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu

 



AZ

ƏRBAYCAN  

 

Bir QHT t



ərəfindən verilmiş məlumata əsasən yerli dövlət orqanları 12 may tarixdə Gəncə 

şəhərində Yeddindi Günün Adventistlərinin görüşünü dağıtmış və qeyri-qanuni hesab 

olunan 

toplantıda iştirak etdiyinə görə bir nəfər üzvünü cərimələmişdir. DQİDK 



toplantının dağıdılmasından xəbəri olmadığını bildirmiş və qrupun qeydiyyatdan keçdiyini 

qeyd etmişdir.  

Hökum

ətin verdiyi məlumata əsasən ilin birinci yarısında dini materialların idxalı ilə bağlı 



DQİDK-nə 333 müraciət daxil olmuşdur və bunlardan 40 müraciət rədd edilmişdir. Bir 

neç


ə Müsəlman və Xristian qruplar, o cümlədən Yehova Şahidləri senzura və dini 

ədəbiyyatın idxalına icazə almaq üçün tələb olunan prosesin uzun və ağır olmasından 

şikayət etmişlər. İlin birinci yarısında 74 dini sənədin nəşr olunması barədə DQİDK-nə 

müraci


ətlər daxil olmuşdur və bunlardan üçü rədd edilmişdir.     

 

Hökum



ətin ibtidai və orta təhsil məktəblərində qızların hicab və yaxud baş örtüyü 

geyinm


əsini qadağan edən qərarının icra olunması istiqamətində hökumət tərəfindən hər 

hansı hüquqi addım atılmamışdır və ölkə ərazisində fəaliyyət göstərən məktəb 

direktorlarının əksəriyyəti bu göstərişə əməl etməmişdir.   

 

B



əzi yerlərdə azan səsləndirilməsinin qadağan edildiyi barədə məlumatlar verilmişdir.   

 

29 may tarixd



ə Ali Məhkəmənin qəbul etdiyi qərara əsasən yevangel qrupunun “Mədh 

Kils


əsi” dini qrup kimi qeydiyyatdan keçə bilər və bununla da icmanın DQİDK ilə əmlak 

v

ə qeydiyyatla bağlı uzun müddət davam edən mübahisəsinə son qoyulmuşdur.   



 

2010-cu ild

ə dövlət orqanları tərəfindən bağlanılmış bir sıra məscidlərin bağlı qalması 

davam etmişdir. Bunlardan bəziləri təmirə ehtiyacı olduğu əsas gətirilərək və yaxud 

t

əhlükəsizlik səbəbindən, məsələn Bakı şəhərindəki Şəhidlər Məscidi, yerli icra 



hakimiyy

ətləri tərəfindən bağlanılmışdır. Gəncə şəhərindəki sünni Cümə Məscidi 

qeydiyyat t

ələblərinə əməl etmədiyinə görə dövlət orqanları tərəfindən bağlanmışdır.       

 

Bakının Suraxanı rayonunun dövlət orqanları Yeni Günəşli qəsəbəsində şiə icmasına 



m

əxsus olan “Fatimeyi-Zəhra” Məscidinin inşasının qarşısını almağa davam etmişlər və 

icmanın qeydiyyat müraciəti baxılma mərhələsində olmuşdur.  

 

İslam dinində olan Məhərrəm ayı ərəfəsində QMİ 14 noyabr tarixdə ictimaiyyətə müraciət 



ed

ərək radikal əməllərin yayılmasının qarşısını almaq üçün dini ayinlərin qeyri-rəsmi 

yığıncaqlarda deyil, məscidlərdə həyata keçirilməsinə çağırmışdır.      

 

İl ərzində dövlət orqanları tərəfindən yeddi məsciddə təmir işləri aparılmış və fəaliyyəti 



b

ərpa edilmişdir. Prezident Əliyev 10 sentyabr tarixdə Qəbələdə yenidən qurulmuş 




 

                                                       2012-ci il üzr

ə Beynəlxalq Dini Etiqad Azadlığı Haqqında Hesabat  

                                          Birl

əşmiş Ştatların Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu

 



m

ərkəzi məscidin açılışında iştirak etmişdir.    

 

AZ

ƏRBAYCAN  



 

Roma Papa

sı II İohan Pavelin Bakıya səfərinin 10-cu ildönümünü qeyd etmək məqsədilə 

Kardinal Fernando Filoni 10 iyun tarixd

ə Bakıya səfər etmiş və burada hökumət 

r

əsmilərinin və müxtəlif dini qrupların iştirak etdiyi mərasimdə moizə oxumuşdur.  



 

Bakı şəhərində fəaliyyət göstərən Sinaqoq qismən Prezident Əliyevin ayırdığı xüsusi qrant 

hesabına maliyyələşdirilmiş Sovet dövründən sonra özünün ilk yeni bükülmüş Tövrat 

kitabını qəbul etmişdir. Parlamentin üzvü Yebeda Abramov da daxil olmaqla 500-dən çox 

icma üzvü imzalama m

ərasimində iştirak etmişlər.    

 

DQİDK-in rəsmiləri qeydiyyat zamanı üzləşdikləri çətinlikləri, ədəbiyyatın idxalına olan 



mane

ələri müzakirə etmək, eləcə də gələcək əməkdaşlıq və dialoq barədə fikir mübadiləsi 

aparmaq m

əqsədilə oktyabr ayında Yehova Şahidlərinin yerli və beynəlxalq nümayəndələri 

il

ə görüşmüşlər. Bununla belə Yehova Şahidlərinin nümayəndələrinin görüşdən məmnun 



qalmadıqları barədə məlumat verilmişdir.    

 

DQİDK və Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu dekabr 



ayında Bakı şəhərində “Dövlət və Din: Dəyişən Dünyada Tolerantlığın Gücləndirilməsi” 

adlı ilk beynəlxalq Bakı forumunu keçirtmişdir. 10 ölkədən olan 30-dan çox nümayəndə, o 

cüml

ədən Türkiyə, Misir, Küveyt və Rusiya Federasiyasının Dağıstan Respublikasından 



olan yüks

ək vəzifəli dövlət rəsmiləri tədbirdə iştirak etmişdir.     

 

Hökum


ət Dağlıq Qarabağ bölgəsi üzərində nəzarət etməmişdir. Dini qruplar və QHT-lər, o 

cüml


ədən Yehova Şahidləri və “Forum 18” təşkilatı Dağlıq Qarabağda bəzi 

m

əhdudiyyətlər və zorakılıq halları ilə üzləşdiklərini bildirmişlər.   



 

Bölm

ə III.  Cəmiyyətdə dini etiqad azadlığına hörmətin vəziyyəti   

 

Dini m


ənsubiyyət, etiqad və yaxud dini fəaliyyət zəminində cəmiyyətdə zorakılıq və ayrı-

seçkilik hallarının baş verməsi barədə məlumatlar verilmişdir.   

 

X

əzər Universitetinin professoru Ağalar Məmmədov İslamda ekstremizmi tənqid edən 



m

əktubu yazdıqdan sonra fiziki zorakılıq hədələri ilə üzləşdiyi üçün aprel ayında sığınacaq 

almaq m

əqsədilə İsveçə müraciət etmişdir.   



 

T

əhsil Nazirliyinin dövlət məktəblərində və universitetlərdə qadınların hicab geyinməsinə 



qeyri-r

əsmi qadağa qoymasına 5 oktyabr tarixdə 200-dən çox insan etiraz etmişdir. 

Nümayişçilər icazəsiz etiraz aksiyasını zor tətbiq etməklə dağıtmağa cəhd göstərən polisə  



 

                                                       2012-ci il üzr

ə Beynəlxalq Dini Etiqad Azadlığı Haqqında Hesabat  

                                          Birl

əşmiş Ştatların Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu

 



AZ

ƏRBAYCAN  

 

qarşı müqavimət göstərmişlər. İyirmi nəfər polis əməkdaşının xəsarət aldığı barədə 



m

əlumat verilmişdir və polis tərəfindən 65 nəfər saxlanılmış, onlardan 32 nəfəri polisə 

müqavim

ət göstərməkdə və ictimai asayişi pozmaqda ittiham olunmuşdur.      



 

İqtisadi və Siyasi Tədqiqatlar Mərkəzi tərəfindən avqust və sentyabr aylarında keçirilmiş 

ictimai r

əy sorğusunun nəticələrinə əsasən respondentlərin 18 faizi siyasi İslamı yaymağa 

çalışanların həbsinin ədalətli olduğunu və bu şəxslərin ümumiyyətlə “dünyəvi cəmiyyətə 

t

əhlükəli” olduqlarını hesab etmişlər.   



 

Hökum


ətin Strateji Araşdırmalar Mərkəzi tərəfindən may-iyun aylarında keçirilmiş 

sorğunun nəticələrinə əsasən respondentlərin 40.5 faizi Yəhudilərə qarşı müsbət münasibət 

b

əslədiyini və yaxud hörmət etdiyini, 46.8 faizi Yəhudilərə qarşı bitərəf olduğunu, 8.7 faizi 



Y

əhudilərə etibar etmədiyini və 4 faizi Yəhudiləri düşmən hesab etdiyini bildirmişdir.     

 

Bölm

ə IV.  ABŞ Hökumətinin siyasəti  

  

Bir sıra hallarda ABŞ Səfirliyinin rəsmiləri hökumət nümayəndələrinə “qeyri-ənənəvi” dini 



qruplar t

ərəfindən dini qeydiyyat prosesində müəyyən edilmiş problemlərə diqqət 

yetirm

əyi məsləhət görmüşlər. Səfirliyin əməkdaşları eyni zamanda qeydiyyat problemləri, 



dini 

ədəbiyyatın idxalına olan maneələr və məscidlərin bağlanması ilə əlaqədar olan xüsusi 

halları hökumət rəsmiləri, dini qrupların rəhbərləri və qeyri-hökumət təşkilatlarının 

nümay


əndələri ilə müzakirə etmişlər.   

 

S



əfirliyin əməkdaşları iyul ayında Bakının Yəhudi icmasına ianə edilmiş yeni Tövratın 

t

əntənəli təqdimat mərasimində və Papa II İohan Pavelin Bakıya səfərinin onuncu 



ildönümün

ə həsr olunmuş tədbirdə iştirak etmişlər.    

 

S

əfirlik avqust ayında hökumət rəsmiləri, müxtəlif dini qrupların rəhbərləri və QHT 



nümay

əndələri üçün iftar süfrəsi vermiş və burada dini etiqad azadlığı və dözümlülük 

müzakir

ə olunmuşdur.   



 

Sentyabr ayında Səfirlik, peşəkar fəaliyyəti İslam və dini azadlıqla əlaqədar olan beş 

tanınmış şəxsin Birləşmiş Ştatlara səfərini maliyyələşdirmişdir. Bu proqram çərçivəsində 

iştirakçılar çox-dinli dözümlülük, kilsə və dövlətin bir-birindən ayrılması, eləcə də dini 

etiqad azadlığının gücləndirilməsi ilə yaxından tanış olmuşlar. DQİDK-in Sədrinin oxşar 

proqramda i



ştirakı Səfirlik tərəfindən dekabr ayında maliyyələşdirilmişdir.     

 

Yüklə 130,95 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə