«Azerbaijan Focus». 2010.№3. S. 83-96. Azərbaycanin avroxəZƏr enerji təHLÜKƏSİZLİYİNDƏ yeri



Yüklə 96,75 Kb.
Pdf görüntüsü
tarix23.11.2017
ölçüsü96,75 Kb.
#11963


«Azerbaijan Focus».-2010.-№3.-S.83-96.

AZƏRBAYCANIN AVROXƏZƏR ENERJI TƏHLÜKƏSİZLİYİNDƏ YERI

Robert M. KATLER

Karlton Universitetinm Avropa, Rusiya və Avrasiya Tədqiqatları İnstitutunun baş elmi işçisi



Giriş

Bu  məqalədə  son  hadisələrə  tarixi  prizmadan  baxılır.  Birinci  hissədə  üç  əsr  ərzində  Rusiya-Türkiyə

münasibətlərini diqqət mərkəzində saxlamaqla böyük Cənub-Qərbi Asiya məkanında beynəlxalq siyasətin xülasəsi

verilir.  İkinci  hissədə  son  iki  onillik  ərzində  regionun  enerji  geoiqtisadiyyatı  ətraflı  araşdırılır.  Üçüncü  hissə

Azərbaycanın enerji  ehtiyatlarının hasilatı və  satılması perspektivlərinə  dair  son  hadisələrə  həsr  edilib.  Dördüncü

hissədə yaxın gələcəyə nəzər salınır, Xəzər dənizi hövzəsinin enerji ehtiyatlarının Qara dəniz üzərindən Avropaya

nəqli  layihələrinə  xüsusi  diqqət  yetirilir.  Sonuncu  hissədə  isə  məqalənin  əvvəlində  təqdim  edilən  üç  əsr  və  iki

onillik nöqteyi-nəzərindən son olayların və yaxın gələcəkdə gözlənilən hadisələrin bu xülasəsinə yekun vurulur.



1. Uzaq keçmişdən indiyə baxış: üç əsrin tarixçəsi

Uzunmüddətli tarixi nöqteyi-nəzərdən Avroxəzər metaregionunda hazırkı vəziyyət bənzərsizdir. Bu, yalnız üç

Cənubi Qafqaz ölkəsinin müstəqil dövlət kimi meydana çıxması ilə bağlı deyildir. Əsas əhəmiyyət kəsb edən odur

ki, Utrext sazişi "Avropa Dövlətlər Sistemini həm şərqdən, həm də qərbdən ona daxil olan bütün dövlətlərin onun

istənilən  üzvləri  arasında  hər  bir  mübahisəyə  cəlb  edildiyi  [tərzdə]  vahid  birlik  [kimi]"  yaratmasından  etibarən

Rusiya və Türkiyə arasında münasibətlər heç vaxt belə sıx olmamışdır.

1

Birinci Dünya müharibəsi və Sovet İttifaqının yaranmasına qədər ikitərəfli rus-türk münasibətləri, demək olar



ki,  həmişə  pessimist  müstəvidə  olmuşdur.  XVIII  əsrin  əsas  hissəsi  həm  Rusiya,  həm  də  Osmanlı imperiyalarının

güclü dövlət  olmasına və bir-birinə münaqişəli  münasibət  bəsləməsinə təsadüf edir.  XIX  əsrin  təqribən  üçdə  ikisi

boyu,  "Avropa  razılığı"  adlanan  dövrdə  Türkiyə  zəif  dövlət  idi;  Krım  müharibəsinə  qədər  güclü  olan  Rusiya  isə

ondan  sonra  zəifləmişdi.  Krım  müharibəsinədək  ikitərəfli  münasibətlər  yüngülləşdirilmiş  antaqonizm,  sonra  isə

aşkar antaqonizm ilə səciyyələnirdi. Sonralar, yəni XIX əsrin sonunda və XX əsrin əvvəlində hökm sürmüş Bismark

beynəlxalq  sistemi  çərçivəsində  Rusiya  güclü,  Türkiyə  zəif  dövlət  olmuşdu;  bütün  bu  dövr  ərzində  ikitərəfli

münasibətlərə antaqonizm xas idi.

2

XX  əsrin  əvvəlində  qısa  bir  zamanda  ikitərəfli  münasibətlərin  xarakteri  dəyişdi.  Birinci  Dünya



müharibəsindən sonra istər Türkiyə Respublikası, istərsə də Sovet Sosialist Respublikaları İttifaqı yeni yaranmış və

zəif dövlət olaraq 1930-cu illərin ortalarınadək, ümumiyyətlə, Qərblə və xüsusilə Böyük Britaniya ilə qarşıdurmada

şərik idilər. Lakin Hitlerin hakimiyyətə gəlməsindən sonra Türkiyə sovet və alman tələbləri arasında qaldığı üçün

türk-sovet münasibətləri pisləşdi. İki dövlətin bu dövrədək olan ortaq zəifliyi onları bir sıra  ikitərəfli və çoxtərəfli

məsələlərdə əməkdaşlıq etməyə sövq edirdi.

Beləliklə, sözü gedən dövlətlərin biri və ya hər ikisi beynəlxalq sistemlə müqayisədə güclü olduqda onların

münasibətlərinə  münaqişə,  hər  ikisi  zəif  olduqda  isə  əməkdaşlıq  xas  idi.  İkinci  Dünya  müharibəsindən

fövqəldövlətlər  arasında  gərginliyin  ilk  səngiməsinə  (1970-ci  illərin  əvvəlinə)  qədər  hər  iki  dövlət  beynəlxalq

sistemə  münasibətdə  daha  güclü  olmuşdur,  lakin  iyerarxik  ikiqütblü  Soyuq  müharibə  sistemi  onların  arasındakı

mümkün  münaqişələrin  qarşısını  alırdı.  Brejnev  hakimiyyətinin  sonunda  və  Qorbaçovun  hakimiyyətə  gəlməsinə

qədərki  dövrdə  (1975-1985-ci  illərdə)  sovet  diplomatiyası  Türkiyənin  regional  önəminin  artmasından  ehtiyat

etdiyinə görə ikitərəfli münasibətlər mənfiyə doğru dönmüşdür.

Soyuq müharibədən sonra keçid dövrü başa  çatmasından etibarən (2001-ci ildən indiyədək) unikal vəziyyət

yaranıb;  mahiyyətcə  o,  Birinci  Dünya  müharibəsindən  sonrakı bir  yarım  onilliyə  ən  yaxındır.  Rusiya  və  Türkiyə

klassik  mənada  revizionist  dövlət  olmuşlar,  yəni  ikisi  də  Sovetlərin  dağılmasından  sonra  ümumi  beynəlxalq

sistemin yenidən qurulması nəticəsində yaranmış mövcud vəziyyəti (status quo) dəyişməyə can atırlar. İki dövlətin

qarşılıqlı münasibətləri  o  dərəcədə  sıxdır  ki,  bu  münasibəti  Rusiya-Türkiyə  razılığı  adlandırmaq  yerinə  düşər  və

xüsusilə də enerji geoiqtisadiyyatında onlar getdikcə ittifaq yaratmağa yaxınlaşırlar. Birinci Dünya müharibəsindən

sonrakı dövrdən fərqli olaraq, iki dövlətdən heç birini zəif adlandırmaq olmaz. Məhz bu vəziyyət çox önəmlidir.

2. Yaxın keçmiş: son iki onilliyə nəzər

1990-cı illərin əvvəlində SSRİ-nin süqutundan sonra Xəzər dənizi regionunda enerji şəbəkələrinin inkişafını

üç  aşkar  mərhələyə  bölmək  olar.  Birlikdə  götürüldükdə,  bunlar  məqalənin  yekun  hissəsində  bəhs  edilən  ümumi

tarixi qövsün birinci metafazasını təşkil edirlər. Bu mərhələlər mürəkkəb sistemlərin təkamülündə müəyyən edilən

1

 Frederick L. Schuman, International Politics: The Western State System in Transition (New York: McGraw-Hill, 1941), p. 59.



2

 Bu hissədəki müzakirənin əsasında duran təfərrüatlı tarixi icmalla tanış olmaq üçün bax: Robert M. Cutler, "[Russian Imperial and] Soviet

Policy toward Greece and Turkey: A [Comparative International] Systems Perspective," pp. 183-206 in The Greek-Turkish Conflict in the 1990s,

Dmitri Konstasın redaktəsi ilə (London: Macmillan, 1991) http:// 

www.robertcutler.org/download/html/ch91dc.html

 saytında tapıla bilər  (30  may

2010-cu ildəki vəziyyətə görə).



üçlü irəliləyiş strukturuna uyğundur (Mürəkkəb sistem dedikdə, onun tərkib hissələrinin davranışını tədqiq etməklə

özünün  davranışını  öncəgörülməsi  mümkün  olmayan  sistem  başa  düşülür).

3

 Bu  mərhələlər  peydaolma,



məqsədyönlü  özünütəyin  (autopoezis)  və  daxilən  təşkil  olunmuş  uzlaşmadır.  Adı  çəkilən  mərhələlərə  adi  dildə

"qalxma", "çökmə" və "hopma" demək olar.

Azərbaycana və ümumiyyətlə, Xəzər dənizi enerji hövzəsinə gəldikdə, bu mərhələlər 1993-1998, 1999-2004

və  2005-2010cu  illərə  təsadüf  edir.  Beləliklə,  Soyuq  müharibədən  sonrakı  beynəlxalq  sistemdə  ikiqütblüyün

sarsıdılması  və  onun  öhdəsindən  gəlmə  prosesi  beynəlxalq  münasibətlərdə  (xüsusilə,  Avrasiya  geoiqtisadi

münasibətlərində)  yeni  meyllərin  yaranması üçün  fərqli  imkanlar  açdı və  ikiqütblüyün  məhdudiyyətlərindən  azad

olub  "dibdən  qovuqlanaraq"  aradan  qalxdı.  Beynəlxalq  münasibətlərdə  regional  altsistemlərin  strukturunun

formalaşmasına  aparan  həmin  meyllərin  bəziləri  dayanıqlı idi,  digərləri  isə  yox.  Dayanıqlı olan  meyllər  regional

beynəlxalq  altsistemlərin  strukturlarını  təşkil  edərək  formalaşdı  ("çökdü")  və  dəyişkən,  qərarsız  qalan  ümumi

beynəlxalq strukturdan müəyyən sərbəstlik qazanaraq inkişafını özü istiqamətləndirməyə başladı.



Nəticə etibarilə, 1993-1998-ci illər ərzində ABŞ böyük Cənub-Qərbi Asiyada enerji geoiqtisadiyyatının

əsas  kənar  iştirakçısı  idi;  sonradan  Bakı-Tbilisi-Ceyhan  (BTC)  adlanan  neft  boru  kəmərini  və

Bakı-Tbilisi-Ərzurum  təbii  qaz  boru  kəmərini  (həmçinin,  Cənubi  Qafqaz  Boru  Kəməri  adlanır),  habelə

Türkmənistandan Azərbaycana çəkilməli olan, lakin sonradan baş tutmayan Transxəzər Qaz Boru Kəmərini

(TQBK) həyata keçirməsini təşviq etməklə öz təsirini göstərirdi.

Hələ  də  qlobal  və  transqitə  güc  mərkəzlərinin  (əsasən  ABŞ,  Rusiya,  Aİ  və  Çin)  regiona  güc  proyeksiyası

səbəbindən  yaranan  məhdudiyyətlərə  məruz  qalan  və  onlara  tab  gətirən  bu  meyllər  sonradan  "hopdu",  müvafiq

dövlətlərin fiziki coğrafiyasında və inzibatı aparatında kök saldı.

Eyni dövrdə Böyük Cənub-Qərbi Asiya məkanında eyni mərhələlərlə, lakin fərqli tərəflərin iştirakı ilə bənzər

bir  təkamül  yaşandı.  Böyük  Cənub-Qərbi  Asiyada  enerji  geoiqtisadiyyatının  təkamülü  üçün  təməl  əsas

Azərbaycan-Rusiya-Türkiyə  üçbucağıdır.  Vaxt  keçdikcə,  əlavə  olaraq  digər  beynəlxalq  tərəflər  bu  üçbucaqda

iştirak etməyə başladılar: 1993-cü ildən etibarən ABŞ, 1999cu ildən Gürcüstan, 2005-ci ildən Avropa İttifaqı.

Nəticə etibarilə, 1993-1998-ci illər ərzində ABŞ böyük Cənub-Qərbi Asiyada enerji geoiqtisadiyyatının əsas

kənar iştirakçısı idi; sonradan Bakı-Tbilisi-Ceyhan (BTC) adlanan neft boru kəmərini və Bakı-Tbilisi-Ərzurum təbii

qaz  boru  kəmərini  (həmçinin,  Cənubi  Qafqaz  Boru  Kəməri  adlanır),  habelə  Türkmənistandan-Azərbaycana

çəkilməli  olan,  lakin  sonradan  baş  tutmayan  Transxəzər  Qaz  Boru  Kəmərini  (TQBK)  həyata  keçirməsini  təşviq

etməklə öz təsirini göstərirdi. 1999-2004-cü illər ərzində Gürcüstan adı çəkilən (ABŞ-ın iştirakı ilə artıq dördtərəfli

olan)  üçbucağın  əlavə  bucaq  təpəsinə  çevrildi,  çünki  BTC  və  CQBK  boru  kəmərlərinin  inşası  bu  ölkənin  həm

regionda,  həm  də  onun  xaricində  enerji  təhlükəsizliyinə  çox  mühüm  töhfə  verdiyini  təsdiq  etdi.  Sonralar,

2005-2010-cu  illər  ərzində  Avropa  İttifaqı  da  nəhayət  regionda  öz  marağını  nümayiş  etdirdi:  "Nabukko"  boru

kəmərini  daha  aydın  şəkildə  dəstəklədi,  Gürcüstanın  müşahidəçi  kimi  iştirak  etdiyi  Avropa  Enerji  İcmasını təsis

etdi,  "Ağ  Axın"  və  "Nabukko"  boru  kəmərlərinin  tərkib  hissələr  kimi  daxil  edildiyi  strateji  "Cənub  Dəhlizi"

layihəsini irəli sürdü.

Baş verənlərə Rusiya və Türkiyənin cavabı enerji geoiqtisadiyyatında (digər önəmli iqtisadi sahələrlə yanaşı)

əməkdaşlıq,  sonra  isə  razılaşma  (az  qala  ittifaq)  yaratmaq  idi  ki,  bu  da  bir  sıra  digər  məsələlərdə,  o  cümlədən

Cənubi Qafqazın geosiyasətində iki tərəfin geniş mənada diplomatik yaxınlaşmasının təzahürü idi. İki tərəf arasında

"Mavi  Axın" təbii  qaz  boru  kəmərinin  tikilməsi  barədə  1990-cı illərin  sonunda  əldə  edilmiş  razılaşmanın  niyyəti

TQBK boru kəməri ətrafında o zaman davam edən danışıqları əngəlləmək idi və bu məqsədə nail oldular.

4

 Əslində,



son  vaxtlara  qədər  Rusiya  və  Türkiyənin  müştərək  "Cənub  Axını"  qaz  boru  kəməri  layihəsini  bir  çoxları  haqlı

olaraq  "Nabukko"  boru  kəməri  ilə  rəqabətdə  olması  kimi  nəzərdən  keçirirdilər.  "Mavi  Axın"  layihəsi  bu

yaxınlaşmanın  əsasını  qoysa  da,  məhz  Rusiyanın  Prezidenti  Vladimir  Putinin  və  Türkiyənin  Baş  naziri  Rəcəb

Tayyib  Ərdoğanın  müvafiq  siyasi  rejimləri  şəraitində  Rusiya-Türkiyə  razılığı  institutlaşma  xüsusiyyətlərini  əldə

etməyə başladı.

3. İndi: Azərbaycan Cənubi Qafqaz putasında

On beş il öncəki gözləntilərə baxmayaraq, Azərbaycanın nefti deyil, onun təbii qazı, ilk növbədə "Şahdəniz"

yatağı  bu  gün  beynəlxalq  ictimaiyyətin  diqqət  mərkəzindədir.

5

 Bu  yataq  2005ci  ildə  hasilata  başladı,  birinci



mərhələnin  qazı  beynəlxalq  bazara  2007-ci  ildə  çıxarıldı.  Azərbaycan  "Şahdəniz"  yatağından  ildə  8-9  milyard

kubmetr  qaz  hasil  edir,  onun  6.6  milyard  kubmetri  Türkiyəyə  satılır.  Planlaşdırılır  ki,  gələn  il  "Şahdəniz-1"  8.6

milyard  kubmetr  qaz  verməklə  hasilatın  zirvəsinə  çatacaqdır.  "Nabukko"  boru  kəmərini  dolduran  isə  Şahdəniz-2

3

 Ətraflı məlumat üçün bax: [Yaneer Bar-Yam], "NECSI Guide: About Complex Systems," 



http://www.necsi.org/guide/study.html

 (30 may


2010-cu ildəki vəziyyətə görə).

4

 Ətraflı  məlumat  üçün  bax:  "Turkey  and  the  Geopolitics  of  Turkmenistan's  Natural  Gas,"  Review  of  International  Affairs,  vol.  1,  №2



(Winter 2001): 20-33, 

http://www.robertcutler.org/download/html/ar01ria.html

 (30 may 2010-cu ildəki vəziyyətə görə)

5

 Aşağıdakı hissədə ayrı-ayrı faktların sənədləşdirilməsi ilə maraqlananlar müəlliflə əlaqə saxlaya bilərlər. Göstərilən faktlar cari mətbuatda,



digər sənədlərdə və müəllifin özünün apardığı məsləhətləşmələrdə və müsahibələrdə öz əksini tapmışdır.


qazı olacaqdır. 2016-cı ildə 10-15 milyard kubmetrarası hasilatla işə salınması planlaşdırılan "Şahdəniz-2" sonradan

ildə 22 milyard kubmetrə qədər qaz verəcəkdir.



Türkiyə  "Şahdəniz"  yatağının  planlaş dırılan  hasilatı  artdığı  üçün  Azərbaycanın  yetərincə  əlavə

müştəri  tapa  bilməyəcəyini  zənn  edərək  səbr  etdi.  Ankara  Anadolu  yarımadasının  həlledici  geoiqtisadi

vəziyyəti qarşısında gec-tez öz şərtlərinin Bakı tərəfindən qəbul ediləcəyinə arxayın idi. Ankara hətta oyun

quraraq "Nabukko" layihəsinin Azərbaycana ehtiyacı olmadığı barədə Bakını inandırmağa çalışdı.

İlk sazişin bağlanması zamanı qazın razılaşdırılmış qiyməti hər min kubmetrə görə 120 ABŞ dolları idi. Bu

arada  dünya  bazarında  qazın qiyməti  artaraq  həmin  rəqəmi  iki  dəfədən  çox  üstələdi.  İkitərəfli  saziş  Azərbaycana

yeni qiyməti razılaşdırmaq hüququ verir, lakin Türkiyənin üzərinə yeni qiyməti razılaşdırmaq öhdəliyi qoymur. İlk

qiymət  razılaşmasının  müddəti  başa  çatdıqdan  sonra  Türkiyə  qazı almaqda  davam  edirdi,  bu  şərtlə  ki,  sonradan

razılaşdırılan  qiymətlə  hesablamalar  aparıb  borcları  retroaktiv  olaraq  bağlasın.  Digər  və  formal  olaraq  ayrıca

aparılan danışıqlarda "Şahdəniz"in ikinci mərhələsi işə düşəndən sonra Türkiyə üçün nəzərdə tutulan qaz həcminin

artırılması müzakirə edilirdi.

Türkiyə "Şahdəniz" yatağının planlaşdırılan hasilatı artdığı üçün Azərbaycanın yetərincə əlavə müştəri tapa

bilməyəcəyini  zənn  edərək  səbr  etdi.  Ankara  Anadolu  yarımadasının  həlledici  geoiqtisadi  vəziyyəti  qarşısında

gec-tez  öz  şərtlərinin  Bakı  tərəfindən  qəbul  ediləcəyinə  arxayın  idi.  Ankara  hətta  oyun  quraraq  "Nabukko"

layihəsinin Azərbaycana ehtiyacı olmadığı barədə Bakını inandırmağa  çalışdı.  Bu səbəbdən Türkiyənin energetika

naziri  Tanər  Yıldız  2010-cu  ilin  yanvar  ayında  Türkmənistana  səfər  edərək  bu  ölkənin  İrana  satdığı  təbii  qazın

həcmini  artırmağa  xidmət  edən  qısa  boru  xəttinin  rəsmi  açılışında  iştirak  etdi.  Türkiyə  hökuməti  istəyirdi  ki,

Azərbaycan  Xəzər  dənizinin  dibindən  keçən  qaz  boru  kəmərinin  Türkmənistanın  təbii  qazını Türkiyəyə  və  sonra

Avropaya nəql edəcək yeganə marşrut olmadığını bilsin.

Görünür,  belə  bir  taktikanın  həyata  keçirilməsində  Türkiyə  Moskvadan  ən  yüksək  hökumət  səviyyəsində

dəstək  almışdır.  "Nabukko"  üzrə  hökumətlərarası  müqavilə  Türkiyəyə  tranzit  gəlirlərinin  tənzimlənməsində  öz

daxili  hüquqi  rejimini  müəyyən  etmək  səlahiyyəti  vermişdir,  hətta  o  halda  ki,  həmin  rejim  bütün  qaz  ixrac  edən

tərəflərin qazın axdığı hər kilometrə görə eyni sabit qiymət  ödəyəcəyi  prinsipinə  zidd  olsun.  Ərdoğan  "Nabukko"

boru kəməri və onun nəql etdiyi qaz üzrə qiymətqoyma və hüquqi tənzimləmə prinsiplərini Aİ ilə razılaşdırmasına

baxmayaraq, kursu dəyişdirdi və 2009-cu il may ayının ortalarında Soçidə Putinlə görüşdükdən az sonra artıq həll

olunmuş məsələləri yenidən qaldırdı. Türkiyənin bu qərarı Rusiyanın "Samsun-Ceyhan" ("Transanadolu") neft boru

kəmərinin  tikintisini  maliyyələşdirmək  və  "Mavi  Axın-2"  adlanan,  ilkin  "Mavi  Axın"ı qərbə  və/ya  cənuba  doğru

(Türkiyədə  "Med  Stream"  kimi  tanınan)  genişləndirən  və  bir-birini  istisna  etməyən  iki  seçimi  nəzərdən  keçirmək

razılığının əvəzi (quid pro quo) olduğu kimi təəssürat bağışlayırdı.

Azərbaycan Türkiyə ilə danışıqların uğurla başa  çatmasını gözləyərək öz müştəri bazasını genişləndirməklə

məşğul  idi.  2008ci  ildə  Rusiya  Azərbaycan  təbii  qazının  hamısını  qeyri-məhdud  müddətə  satın  almağa  hazır

olduğunu  bəyan  etdi:  bu  təklif  qəbul  olunsaydı,  "Nabukko"nu  məhv  edərdi.  Lakin  Bakı  bu  "kommersiya"

təklifindən  (yəni  qiymətlərin  müəyyən  edilməsi  üçün  dünya  bazarının  qiymətlərinin  əsas  götürülməsindən)

geosiyasi  səbəblərə  görə  aşkarcasına  imtina  etmişdir.  Buna  baxmayaraq,  Azərbaycan  Respublikası  Dövlət  Neft

Şirkəti  (ARDNŞ)  2009-cu  ilin  mart  ayında  qazın  bazar  qiyməti  ilə  Rusiyaya  satılması  barədə  Anlaşma

Memorandumu imzaladı, çünki o zaman Türkiyə və Aİ arasında "Nabukko" şərtlərinə dair fikir ayrılığının aradan

qaldırılmasına  ümidlər  azalmışdı və  bundan  başqa,  Azərbaycanın  "Nabukko"nu  dolduracaq  "Şahdəniz-2"  qazının

Türkiyəyə satış qiyməti və şərtlərinə dair razılıq hələ əldə edilməmişdi.

Rusiya  ilə  ilkin  razılaşma  2010-cu  il  yanvarın  1-dən  etibarən  ildə  500  milyon  kubmetr  həcmində

"Şahdəniz-1"  qazının  satılmasını nəzərdə  tuturdu.  Sonradan  bu  həcm  2010-cu  il  üzrə  ikiqat  artırılaraq  1  milyard

kubmetrə çatdırıldı, 2011-ci il üzrə də yenidən ikiqat artırılaraq 2 milyard kubmetr təşkil etməlidir. Bundan əlavə,

Azərbaycan bu il 500 milyon kubmetr qazı İrana satmağa razılaşdı.  Bu rəqəm Bakı-Astara boru kəmərinin bərpası

nəticəsində arta da bilər, lakin İran səfirinin ötən il Bakıda bəyan etdiyi kimi çətin ki, həmin rəqəm ildə 5 milyard

kubmetrə çata bilsin.

Azərbaycan  "Nabukko"  və/ya  "Ağ  Axın"ı yalnız öz  dəniz  yataqlarından  doldurmaq  iqtidarında olsa

belə,  beynəlxalq  enerji  şirkətlərinin  və  Qərb  hökumətlərinin  müxtəlif  Transxəzər  boru  layihələri  üçün  qaz

mənbəyi kimi çoxdan hallandırdığı Türkmənistanın mövqeyinə də müraciət edilməlidir.

Həmçinin, Azərbaycan Bolqarıstana ildə 1 milyard kubmetr qaz satmağa razılıq verdi. Bu qaz nisbətən yeni

olan sıxılmış təbii qaz (STQ) texnologiyasından istifadə edilərək Gürcüstan ərazisi vasitəsilə Qara dəniz üzərindən

təchiz edilməlidir, halbuki bu texnologiya uzun dəniz məsafələrində hələ sınaqdan keçirilməyib. Bu ilin əvvəlində

Batumi Beynəlxalq Enerji Konfransında müzakirə edilmiş  STQ variantı maye təbii qaz (MTQ) texnologiyasından

ucuz  olsa  da,  irimiqyaslı  dəniz  nəqli  üçün  heç  vaxt  istifadə  olunmayıb.  STQ  tankerlərinin  qiyməti  MTQ

tankerlərindən yüksəkdir, lakin STQ üçün bahalı mayeləşdirmə və təkrar qazlaşdırma infrastrukturu lazım deyildir.

Bu ilin yanvarın- da keçirilən Batumi Beynəlxalq Enerji Konfransında MTQ deyil, məhz STQ terminallarının inşası

layihələri müzakirə edildi. Enerji analitikləri hazırda nəql xərclərini hesablamaqla və yoxlamaqla məşğuldurlar, çox

güman  ki,  onların  qərarı  son  məqamda  hansı  texnologiyanın  seçiləcəyini  müəyyən  edəcəkdir.  Hər  halda

Bolqarıstanla ikitərəfli Anlaşma Memorandumu 2011-ci ildə 1 milyard kubmetr qazın nəqlini və bu həcmin sonralar

8 milyard kubmetrə çatdırılmasını nəzərdə tutur.




Azərbaycan  "Nabukko"  və/ya  "Ağ  Axın"ı  yalnız  öz  dəniz  yataqlarından  doldurmaq  iqtidarında  olsa  belə,

beynəlxalq enerji şirkətlərinin və Qərb hökumətlərinin müxtəlif Transxəzər boru layihələri üçün qaz mənbəyi kimi

çoxdan  hallandırdığı  Türkmənistanın  mövqeyinə  də  müraciət  edilməlidir.  Yalnız  son  həftələrdə  Türkmənistan

nəinki Rusiyadan, hətta Çindən də yan ötüb öz qaz ixracatı üçün qəti strateji istiqamət seçilməsi təşəbbüsü ilə çıxış

etməklə Xəzər enerji geoiqtisadiyyatında uzunmüddətli əsaslı dəyişikliyə səbəb olmuşdur.

Bu  il  may  ayının  sonunda  Türkmənistan  hökumətinin  elan  etdiyi  kimi,  "Türkmənqaz"  Dövlət  Konserni  öz

daxili  insan  və  fiziki  resurslarından  istifadə  edərək  "Şərq-Qərb  boru  kəməri"  layihəsini  canlandırıb  onun  ölkənin

daxilində  olan  hissəsini  inşa  edəcəkdir  (Bu,  eyni  zamanda,  "Mərkəzi  Asiya-Mərkəz  boru  kəməri"nin  Rusiyanın

təkidi ilə "Prikaspiyski", yəni "Xəzəryanı boru kəməri" adlandırılan bir hissəsinin bərpasını Qazaxıstanın iştirakı ilə

nəzərdə  tutan  üçtərəfli  layihəni  praktiki  olaraq  məhv  edir).  Sözü  gedən  boru  kəməri  ildə  30  milyard  kubmetr  qaz

nəql etmək üçün layihələndiriləcəkdir. Layihələndirmə mərhələsinin dərhal başladığı bu boru kəmərinin tikintisinin

beş  il  ərzində  başa  çatması gözlənilir.  Qazın mənbəyi  "Cənubi  Yeloten  Osman"  yatağıdır  ki,  Böyük  Britaniyanın

"Gaffney, Cline and Associates" (GCA) şirkəti onun ehtiyatlarını orta hesabla 6 trilyon kubmetr kimi qiymətləndirir

(mümkün ehtiyat intervalı 4-14 trilyon kubmetrdir).

Yenə  də  mayın  sonunda  Türkmənistan  Prezidenti  Q.Berdıməhəmmədovun  Hindistana  baş  tutmuş  ilk

səfərinin  proqramına  Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan  (TƏPH)  boru  kəməri  layihəsinin  müzakirəsi

salınmışdır.  Səfər  zamanı  Q.Berdıməhəmmədov  enerji  məsələlərində  iqtisadi  əməkdaşlıq  üçün  əsas  forum  kimi

ikitərəfli  hökumətlərarası  komissiyanın  yaradılmasını  dəstəklədiyi  halda,  Hindistan  tərəfi  TƏPH  layihəsinin

yubanmadan  həyata  keçirilməsində  maraqlı olduğunu  bildirdi.  Dehlidə  eyni  zamanda  ümid  edirlər  ki,  hindistanlı

mütəxəssislər  Türkmənistanda  neft-qaz  kəşfiyyatında,  inkişafında  və  hasilatında  iştirak  edə  biləcəklər.  Hindistan

hökuməti layihəyə dəstəyini bəyan edən Asiya İnkişaf Bankının iştirakı ilə texniki ekspertlərin görüşünü keçirməyə

hazırlaşır.

Bundan əlavə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dövləti də Türkmənistanın qazı uğrunda rəqabətə girişməyə

hazırlaşır.  BƏƏnin  suveren  maliyyə  fondunun  vəsaitinin  300  milyard  ABŞ  dollarından  çox  olduğu  bildirilir.

Dubayda  yerləşən  "Dragon  Oil"  şirkəti  vasitəsilə  BƏƏ  artıq  on  ildir  ki,  Türkmənistanda  neft  kəşfiyyatı  ilə

məşğuldur  və  hazırda  dənizdə  perspektivli  qaz  sahələri  üzrə  kəşfiyyat  hüquqlarının  əldə  edilməsində  mövqeyi

güclüdür. Üstəlik "Nabukko" layihəsini idarə edən Avstriyanın OMV şirkətində 20% pay sahibi kimi BƏƏ dənizdə

kəşf edə biləcəyi qaz üçün ixrac marşrutlarını daha asanlıqla tapa bilər.



4. Yaxın gələcək: Qara dəniz ətrafında maraqlar

Azərbaycan öz təbii qazını mayeləşdirərək onu  Qara  dəniz  üzərindən  Avropaya  ixrac  etmək imkanlarını da

araşdırır. Bu ilin əvvəlində Batumidə keçirilmiş Beynəlxalq Enerji Konfransında "Azərbaycan-Gürcüstan-Rumıniya

İnterkonnektoru" (AGRİ) adlı şirkətin  təsis  olunması üçün  hüquqi  çərçivə  müəyyən  edildi.  Buxarestdə  yerləşəcək

bu  şirkət  adını daşıdığı layihənin  kommersiya,  maliyyə,  hüquqi  və  texnoloji  aspektlərini  araşdırmalı, o  cümlədən

layihənin  texniki-iqtisadi  cəhətdən  əsaslandırılmasını hazırlamalıdır.  Gürcüstanın  Qara  dəniz  sahilində,  yəqin  ki,

ARDNŞ-ə  məxsus  Kulevi  neft  ixrac  terminalının  yaxınlığında  mayeləşdirmə,  Rumıniyanın  Konstantsa  limanında

isə təkrar qazlaşdırma müəssisələrinin tikilməsi layihəyə daxildir. AGRİ-nin nəql potensialı təxminən ildə 7 milyard

kubmetr  həcmində  proqnozlaşdırılır  ki,  bunun  yalnız  təqribən  2  milyard  kubmetri  Rumıniyanın  daxilində

satılacaqdır,  qalanı isə  müxtəlif  boru  kəməri  və  konnektorlarla  digər  Aİ  ölkələrinə  nəql  edilə  bilər.  İlk  növbədə

Rumıniyadan  Macarıstana  (Arad-Zeged  konnektoru  vasitəsilə)  və  digər  Mərkəzi  Avropa  ölkələrinə  birləşmələr

nəzərdən keçirilir.

Qara  dəniz  hövzəsində  MTQ  və  STQ  layihələri  heç  də  kiçik  deyildir.  Birlikdə  götürdükdə  (qeyd  edək  ki,

onlar  ayrılıqda  da  həyata  keçirilə  bilər),  onların  buraxılış  qabiliyyəti  ilk  mərhələdə  ildə  8  milyard  kubmetrə,  tam

inkişaf  etdirildikdə isə ildə 15-20 milyard kubmetrə bərabərdir. Özlüyündə bu nə "Ağ Axın"ı, nə də "Nabukko"nu

əvəz  edə  bilər.  STQ  texnologiyası rentabelli  olduğunu  göstərərsə,  Türkmənistanın  təbii  qaz  yataqlarının  inkişafı

qazın  Xəzər  dənizi  və  Cənubi  Qafqaz  yolu  ilə  Avropa  bazarlarına  ixrac  edilməsi  müzakirələrində  bir  amil  kimi

nəzərə  alınacaqdır.  Lakin  MTQ  və  STQ  Qara  dəniz  layihələri  Avropa  İttifaqının  "Cənub  Dəhlizi"  strategiyasının

icrasının əvəzi deyildir. Bunlar daha iri, strateji hesab edilən layihələr üzrə qərarların verilməsi və uzlaşdırılmasını

gözləyərək,  qısa  və  orta  müddətdə  Azərbaycanın  qaz  ixracı  marşrutlarını  şaxələndirmək  imkanı  kimi  başa

düşülməlidir.

Avropanın  Azərbaycan  vasitəsilə  Türkmənistandan  və  nəhayət,  Qazaxıstandan  almaq  istədiyi  böyük  qaz

həcmləri üçün adı çəkilən layihələrlə müqayisədə "Ağ Axın" sualtı boru kəməri xeyli sərfəlidir. Lakin son illərdə

Xəzər dənizinin Azərbaycana aid sektorunda reallaşdırılan bir sıra kəşflər onu deməyə əsas verir ki, hətta ildə 24-32

milyard  kubmetr  həcmində  qaz  ("Ağ  Axın",  Supsadan  Konstantsaya  uzanan  dənizdibi  boru  kəmərinin  birinci

xəttinin tam dolmasına bərabər olan həcm) bütövlükdə və ya əksərən Səngəçaldan, yəni Xəzərin o tayında yerləşən

və hasilatı sonradan boruya gələcək yataqların gücünə arxalanmadan verilə bilər .

"Nabukko"nu  doldurmaq  üçün  Azərbaycan  bu  boru  kəmərini  ildə  8  milyard  kubmetr  qazla  təchiz

etməyə  hazırdır və  bu  yaxınlarda  bəyan  edib  ki,  təchizatı 15.5  milyard  kubmetrədək,  yəni  boru  kəmərinin

plan həcminin yarıs ına qədər artıra bilər.

Türkiyənin  Böyük  Millət  Məclisi  tərəfindən  "Nabukko"  üzrə  hökumətlərarası  müqavilənin  ratifikasiyası




Avroxəzər boru şəbəkəsinin yetkinləşməsində katalizator rolunu oynadı. Maraqlı nəticələrdən biri "ENI" şirkətinin

icraçı  direktoru  Paolo  Skaroninin  "Nabukko"  və  "Cənub  Axını"  layihələrinin  birləşdirilməsinin  mümkünlüyü

barədə  şərhində  öz  əksini  tapır.  "Qazprom"un  qəti  açıqlama  verib  bu  təklifdən  imtina  etməsi  maraq  kəsb  edir.

"Cənub Axını" kimi potensial olaraq bu qədər önəmli layihədə strateji tərəfdaş qismində iştirak edən iki şirkətin bu

cür əsas məsələdə ictimaiyyət qarşısında bir-birinə müxalif çıxması istər-istəməz layihənin ciddiliyi haqqında sual

doğurur. Xatırladaq ki, bu layihənin planlaşdırılan məsrəfi "Nabukko"nun ikiqat qiymətinə bərabərdir və Ərdoğan

birtərəfli olaraq onun imzalanmasının ilin sonunadək təxirə salındığını bildirmişdir.

Xatırladaq  ki,  Rusiyadan  Türkiyəyə  Qara  dənizin  dibi  ilə  keçən  "Mavi  Axın"  boru  kəmərini  "ENI"

"Qazprom" ilə birlikdə 1990-cı illərin sonlarında çəkmişdi. "Mavi Axın", əvvəllər  də  olduğu kimi,  hazırda  sərfəli

deyildir;  Rusiya  üçün  bu  kəmərin  çəkilməsi  siyasi  bir  addım  idi,  onun  məqsədi  Xəzər  dənizinin  dibi  ilə

Türkmənistandan  Azərbaycana  (sonra  isə  Avropaya)  qazı ixrac  edəcək TQBK  boru  kəmərinin  çəkilməsinə  dair  o

vaxt müzakirə edilən layihəni dayandırmaq idi və bu məqsədində uğur qazandı.

"Nabukko"nu  doldurmaq  üçün  Azərbaycan  bu  boru  kəmərini  ildə  8  milyard  kubmetr  qazla  təchiz  etməyə

hazırdır  və  bu  yaxınlarda  bəyan  edib  ki,  təchizatı 15.5  milyard  kubmetrədək,  yəni  boru  kəmərinin  plan  həcminin

yarısına qədər artıra bilər. İldə 8 milyard kubmetr qaz üçün İraqla bağlanmış müqavilə mövcuddur (baxmayaraq ki,

Bağdaddakı mərkəzi hökumətlə və Kürdüstan regional hökuməti arasında gəlirlərin bölgüsünə dair mübahisələr bu

müqavilənin icrasını çətinləşdirə bilər). Beləliklə, "Nabukko"nun 31 milyard kubmetr ümumi həcmindən qalanı 7.5

milyard  kubmetrə  bərabərdir.  Türkmənistan  Xəzər  dənizindəki  yataqları  və  Azərbaycanın  artıq  lazımi  boru

buruqları arasında  birləşmə  yaratmaqla  ildə  10  milyard  kubmetr  qazı Avropaya  nəql  etmək  üzrə  saziş  imzalayıb.

Sonuncu  sazişi  reallığa  çevirmək  üçün  praktiki  yolların,  həmçinin  Türkmənistanın  dəniz  sahələrini  kəşf  edən

şirkətlər tərəfindən quyu qazılaraq küllü miqdarda ehtiyatların tapılmasını gözləmək lazımdır.

Rusiya  seçilmiş  Aİ  üzvlərinin  milli  maraqlarına  uyğun  olaraq  hərəkət  edib  onları  digər  üzvlərlə

qarşı-qarşıya qoyaraq, əslində "parçala və hökmranlıq et" strategiyasını həyata şəbəkələrinə qoşulmuş dəniz

keçirməklə  yanaşı,  Türkiyənin  özünü  nisbətən  müstəqil  regional  güc  kimi  bərqərar  etməsində  onun  yeni

iddialarına havadar olmaqla Avropada gerçək durumun yenicə əmələ gələn anlamının əksinə çalışır.

Rusiya seçilmiş Aİ üzvlərinin milli maraqlarına uyğun olaraq hərəkət edib onları digər üzvlərlə qarşı-qarşıya

qoyaraq,  əslində  "parçala  və  hökmranlıq  et"  strategiyasını həyata  keçirməklə  yanaşı,  Türkiyənin  özünü  nisbətən

müstəqil  regional  güc  kimi  bərqərar  etməsində  onun  yeni  iddialarına  havadar  olmaqla  Avropada  gerçək  durumun

yenicə əmələ gələn anlamının əksinə çalışır.  Bu əks-gediş  özünü son vaxtlar oynalınan "diplomatik vals"da özünü

büruzə  verir  ki,  bununla  müxtəlif  tərəflər  bu  cür  fərqli  "Nabukko"  və  "Cənub  Axını"  layihələrinin  yanaşı

mövcudluğunun  və  hətta  birgə  uğur  qazanmalarının  mümkünlüyü  ideyasını  dəstəkləyirlər.  Bu  razılaşdırılmış

təşəbbüsün gizli mənası "Ağ Axın"a və bu kimi layihələrə qarşı yönəlib. On il əvvəlki vəziyyətin təkrarını görürük:

o  vaxt  Rusiya  Türkiyənin  iki  ölkə  arasında  Qara  dənizin  altından  "Mavi  Axın"  boru  kəmərinin  çəkilməsinə  dair

razılığını aldı, bununla da Türkmənistan və Azərbaycan arasında TQBK layihəsini dəf etməyi bacardı. Son bir neçə

ildə siyasi və iqtisadi şəraitin inkişaf etməsi həmin layihəni prinsip etibarilə yenidən mümkün edir; bu dəfə layihəni

"Ağ Axın"la da əlaqələndirmək olar.

Rusiya-Türkiyə yaxınlığının məqalənin əvvəlində qeyd edilmiş  məhz bu yeniliyi bəlkə də Avropa İttifaqının

bır  sıra  iri  üzvlərinə  vəziyyətin  mahiyyətini  dərk  etməyə  mane  olmuşdur.  Lakin  onların  bəziləri  faktiki  vəziyyəti

qəsdən  görmək  istəmirlər:  həqiqətən,  böyük  dövlət  razılaşmalarına  tarixən  ən  xoş  münasibət  bəsləyən  Avropa

dövlətləri  son  zamanlaradək Xəzər  regionunda  razılaşdırılmış Avropa  enerji  diplomatiyasına  əngəl  törətməkdə  ön

sıralarda  idilər,  lakin  bu  durum  dəyişməyə  başlayıb.  Məsələn,  ötən  il  Avropa  İttifaqı  "Cənub  Dəhlizi"  adlanan

strategiyanı rəsmi  olaraq  qəbul  etdi;  bu  strategiyaya  nəinki  "Nabukko"  layihəsi,  habelə  Gürcüstan  vasitəsilə  Qara

dənizin altından Aİ-nin yeni üzvü olmuş Rumıniyaya çəkiləcək "Ağ Axın" boru layihəsi də daxildir.

On il öncə Türkiyənin energetika naziri "Mavi Axın" ilə əlaqədar əməliyyatlarda korrupsiyaya yol verdiyinə

görə vəzifəsindən istefa verməyə məcbur edilmişdisə, bu gün hər iki  ölkədə  müvafiq  maraqlar  öz  hökumətlərində

artıq  kök  salmışdır.  İkitərəfli  əməkdaşlığa  dair  Rusiya-Türkiyə  hökumətlərarası  komissiyası  formalaşdığı  halda

Putin-Ərdoğan  razılaşması yalnız  enerji  və  digər  iqtisadi  məsələlərlə  kifayətlənməyərək,  real  geoiqtisadi  rus-türk

ittifaqına  çevrilə  bilər.  Adları  çəkilən  iki  siyasi  lider  özlərinin  və  öz  dairələrinə  məxsus  insanların  dövlət

mövqelərini  möhkəmləndirdikcə,  sosioloji  baxımdan  bağlı olduqları qeyri-rəsmi  maraqları daha  optimal  müdafiə

edə bilirlər.



5. Nəticə: Azərbaycan və Mərkəzi Avrasiya enerjisinin gələcəyi

Məqalənin əvvəlində izah olunduğu kimi, Xəzər dənizi hövzəsinin enerji geoiqtisadiyyatı 1993-2010-cu illər

ərzində üç mərhələdən keçmişdir ("qalxma", "çökmə" və "hopma"). Sonrakı inkişafa nəzər saldıqda qeyd etməliyik

ki,  adı çəkilən  üç  mərhələ  birlikdə  "qalxma"  metafazasını təcəssüm  etdirir.  Hazırda  qədəm  basdığımız  metafaza

"çökmə"  kimi  hesab  olunur  ki,  bu  da  öz  növbəsində  yenə  həmin  üç  mərhələyə  bölünür.  Mürəkkəb  sistemlər

nəzəriyyəsinin  texniki  dilinə  qayıtsaq,  bu  mərhələlərə  və  metafazalara  peyda  olmanın, məqsədyönlü  özünütəyinin

və daxilən təşkil olunmuş uzlaşmanın ardıcıllığı kimi baxmalıyıq.

Deməli,  Xəzər  dənizi  hövzəsinin  enerji  geoiqtisadiyyatının  strukturunun  formalaşması  prosesində  hazırda

daxil  olduğumuz mərhələ  "çökmə"nin  peyda  olmasıdır.  Əvvəlki  müddətləri  bir  örnək kimi  götürsək,  cari  mərhələ



2011-2016-cı  illər  ərzində  davam  edəcəkdir.  Növbəti  mərhələ  "çökmə"nin  məqsədyönlü  özünütəyini  olacaq

(2017-2022-ci  illər)  və  sonra  "çökmə"nin  daxilən  təşkil  olunmuş  uzlaşması  baş  verəcəkdir  (2023-2028-ci  illər).

Nəticə  etibarilə  yenidən  üç  mərhələyə  bölünmüş  "hopma"  metafazası 2029-2046-cı illərə  təsadüf  edəcəkdir.  Eyni

zamanda  beynəlxalq  münasibətlər  üzrə  alimlər  hesab  edirlər  ki,  dünyada  növbəti  qlobal  sistem  transformasiyası

dövrü  2040-cı il  ərəfəsində  baş  verəcəkdir.  Əlbəttə,  bu  prosesin  təsirləri  Xəzər  dənizi  hövzəsindən,  o  cümlədən

regionun geoiqtisadiyyatından yan keçə bilməz.

6

Avropa  öz  təbii  qaz  təchizatının  Rusiya  və  Türkiyə  tərəfindən  ikilikdə  boğulmasını  istəmirsə,  onun

üçün yeganə çıxış  yolu "Cənub Dəhlizi" strategiyasını icra etməkdir. Yuxarıda nəzərdən keçirilən müxtəlif

Qara  dəniz  layihələrindən  yalnız  "Ağ  Axın"  strateji  xarakter  daşıyır;  lakin  məhz  bu  səbəbdən  onun  icra

edilməsi tələb olunan əsas geoiqtisadi dəyişikliyi təmin etmək çox çətindir.

Yuxarıda  təsvir  edilmiş  üç  "yuvalı" inkişaf  prosesində  orta  metafazanın  orta  mərhələsi,  yəni  2017-2022-ci

illər şübhəsiz, mərkəzi əhəmiyyət daşıyır. Bu gün həmin illər üzrə yaradılması və istifadəyə verilməsi planlaşdırılan

layihələr  Sovet  dövlətinin  dağılmasından  sonra  yarım  əsr  ərzində  Mərkəzi  Avropadan  Mərkəzi  Asiyaya  uzanan

bütöv regionun enerji hasilatının inkişafını müəyyən edəcəkdir.

Qeyd  edildiyi  kimi,  daha  uzaq  perspektivdə  Rusiya-Türkiyə  enerji  razılaşması  səbəbindən  böyük

Cənub-Qərbi Asiya məkanında cari beynəlxalq vəziyyət bənzərsizdir. Bu cür durum nəinki Azərbaycana, eləcə də

Avropaya  öz  təsirini  göstərir.  Avropa  öz  təbii  qaz  təchizatının  Rusiya  və  Türkiyə  tərəfindən  ikilikdə  boğulmasını

istəmirsə, onun üçün yeganə çıxış yolu "Cənub Dəhlizi" strategiyasını icra etməkdir. Yuxarıda nəzərdən keçirilən

müxtəlif  Qara  dəniz  layihələrindən  yalnız  "Ağ Axın" strateji  xarakter  daşıyır;  lakin  məhz  bu  səbəbdən  onun  icra

edilməsi üçün tələb olunan əsas geoiqtisadi dəyişikliyi təmin etmək çox çətindir. Türkmənistanın ixrac siyasətinin

müştəri  bazasının  diversifikasiyasına  doğru  istiqamətlənməsi  sözü  gedən  dəyişikliyin  nəhayət  ki,  baş  verməsinə

dəlalət edə bilər. Bu yeni istiqamətlənmə Azərbaycanın mərkəzi əhəmiyyətini daha da qabardır və Azərbaycana bu

səpkidə  həm  öz  mənafeyini  təmin  etməyə,  həm  də  gələcəkdə  Avroxəzər  geoiqtisadi  məkanının  formalaşmasında

iştirak etməyə gözəl şərait yaradır.

6

 



Robert  A.  Denemark,  "World  System  History:  From  Traditional  International  Politics  to  the  Study  of  Global  Relations,"  International

Studies Review, vol. 1, No. 2 (June 1999): p.167-199



Yüklə 96,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə