Azerbaijan



Yüklə 137,85 Kb.
Pdf görüntüsü
tarix01.09.2018
ölçüsü137,85 Kb.
#66278


AZƏRBAYCAN 

 

 



Konstitusiya və qanunda müəyyən məhdudiyyətlər olmaqla din azadlığı təmin 

edilir.  2009-cu ildə Konstitusiyaya edilmiş dəyişikliklər və qəbul edilmiş digər 

qanunvericilik aktları dini davranışla bağlı məhdudiyyətləri artırmış və dini qruplar 

üçün yeni qeydiyyat tələbləri əlavə etmişdir. 2009-cu ildə Konstitusiyaya edilmiş 

dəyişikliklər xaricilər tərəfindən dinin təbliğ olunmasını məhdudlaşdırmış və 

bundan sonrakı qanunvericilik İslam ayinlərini aparanların ölkədə təhsil almış 

vətəndaşlardan olmasını tələb etmişdir. 2009-cu ildə Milli Məclis tərəfindən qəbul 

edilmiş əlavə qanunvericilik aktları bütün dini icmaların 2010-cu ilin yanvarında 

yenidən qeydiyyatdan keçməsini tələb edirdi və bu, bir çox dini icmalar üçün 

qeydiyyat problemləri ilə nəticələndi.

 

 

 



 

Hesabat dövründə hökumət tərəfindən dini azadlığa riayət olunmasında ümumi 

dəyişiklik olmamışdır. Bəzi hallarda hökumət din azadlığını məhdudlaşdırmağa 

davam etmişdir. Hökumət bəzi qeydiyyata alınmamış müsəlman və xristian 

qruplarının fəaliyyətinə məhdudiyyətlər qoymuşdur və yerli rəsmilərin bəzi 

üzvlərin və icmaların hüquqlarını məhdudlaşdırması ilə bağlı məlumatlar 

olmuşdur. Bir çox dini qruplar hökumətin müdaxiləsi olmadan toplaşmışdır; amma 

yerli hakimiyyət nümayəndələri tərəfindən  bəzi dini fəaliyyətlərin monitorinqinin 

aparılması və  İslam və “qeyri-ənənəvi” dini qrupların üzvlərinə qarşı təqib və 

saxlanma halları  ilə bağlı məlumat daxil olmuşdur. Mərkəzi və yerli hakimiyyət 

tərəfindən  Yehova Şahidləri  və yevangelist protestant qruplarına bir neçə reyd 

edilmişdir.  Federal və yerli rəsmilər tərəfindən monitorinqlə, habelə rəsmilərin 

“qeyri-ənənəvi” hesab etdiyi həm İslam, həm də xristian qruplarının təqibi və 

saxlanması ilə bağlı məlumatlar olmuşdur.  Həmçinin başlıca olaraq yerli 

hakimiyyət orqanları tərəfindən dini inanclarına görə ibadət edən insanlara qarşı 

ayrı-seçkilik, onların heç bir hüquqi əsas olmadan saxlanılması, sorğu-sual 

olunması və dini materialların müsadirə olunması barədə məlumat daxil olmuşdur.  

 

 



Dini mənsubiyyət, etiqad yaxud ibadətinə görə ictimai ayrı-seçkiliklə bağlı ayrı-

ayrı məlumatlar olmuşdur. Dinlərini dəyişmiş müsəlmanlara qarşı bəzi qərəzlə 

bağlı məlumatlar olmuşdur və dini etiqadlarını dəyişmiş qruplar, xüsusilə 

Yehovanın Şahidləri, Yevanqelist xristianlar və digər missioner qruplara qarşı 

bəzən düşmənçilik münasibəti olmuşdur. 

 

ABŞ hökuməti insan haqlarının təbliğ və müdafiə edilməsi yolundakı ümumi



 


 

 



 

 

siyasətinin tərkib hissəsi olaraq hökumətlərlə dini azadlıq məsələlərini müzakirə 



edir. Hesabat dövründə ABŞ səfirliyinin rəsmiləri qeydiyyat prosesinin və “qeyri-

ənənəvi” dini qruplara rəsmi münasibətlə bağlı narahatlıqlarını və dini ədəbiyyatla 

bağlı senzuraya etirazlarını hökumətin diqqətinə çatdırmışlar.

  

 



Bölmə I. Dini demoqrafiya 

 

Ölkənin ərazisi 33,774 kvadrat mildir, əhalisinin sayı doqquz milyon nəfərdir. 



Konkret dini qruplara üzvlük barədə heç bir etibarlı statistika yoxdur; amma rəsmi 

məlumatlara görə əhalinin təxminən 96%-i müsəlmanlardan ibarətdir. Əhalinin 

qalan hissəsi əsas etibarilə rus pravoslavlardan, erməni qriqoryanlardan, digər 

xristian qruplarının üzvlərindən , yəhudilərdən və ateistlərdən ibarətdir.

  

 

Müsəlmanların əksəriyyətinin arasında dini ayinlərə əməl olunması səviyyəsi 



kifayət qədər aşağıdır və müsəlman mənsubiyyəti dindən daha çox mədəniyyət və 

milliyyətlə bağlıdır, lakin etiqad edən müsəlmanların sayı tədricən artmışdır. Dini 

Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) verdiyi məlumatlara görə 

müsəlman əhalisinin 65 faizi Şiə, 35 faizi isə Sünnilərdir; ənənəvi olaraq kəskin 

fərqlər müəyyən edilməmişdir. 

 

Xristianların böyük əksəriyyəti Rus Pravoslavlarıdır ki, onların da kimliyi, 



müsəlmanlar kimi, dinə olduğu qədər mədəniyyətə və etnik mənsubiyyətə 

əsaslanır. Xristianlar Bakı və bir sıra digər şəhərlərdə cəm  halında yaşayırlar. 

 

Ölkənin 20000 nəfərlik yəhudi icmasının böyük hissəsi Bakıda yaşayır. Qubada  və 



başqa ərazilərdə də kiçik icmalar mövcuddur. 

 

Şiələr, Sünnilər, Rus Pravoslavları və Yəhudilər ölkənin ənənəvi dini qrupları 



hesab olunurlar. Lüteranların, Roma Katoliklərinin, Baptistlərin, Molokanların 

(köhnə Rus Pravoslav təriqətçiləri) , Yeddinci Günün Adventistlərinin və 

Bəhailərin kiçik icmaları  ölkədə yüz ildən artıqdır ki mövcuddur. 

 

1991-ci ildə müstəqillik əldə edildikdən bəri “Vəhhabi” və Sələfi müsəlmanlar, 



Əllincilər və digər Yevangelist xristianlar, o cümlədən Yehova Şahidləri və Hari 

Krişna kimi hökumətin əcnəbi və ya “qeyri-ənənəvi”  icma kimi hesab etdiyi dini 

qruplar yaranmışdır.  Bakıda kifayət qədər əcnəbi xristian icmaları vardır. 

 

Bölmə II. Hökumətin Din azadlığına riayət etməsinin vəziyyəti 



 

 

Hüquqi/Siyasi Çərçivə  




 

 



 

 

 



Konstitusiyaya əsasən bütün dinlərdən olan insanların öz dinlərini sərbəst seçmək 

və ona ibadət etmək hüququ vardır. Qanun bu hüququ həm hökumət tərəfindən , 

həm də  fərdi şəkildə pozulmasından  qoruyur. 2009-ci ildə Konstitusiyaya edilmiş 

dəyişikliklər və qəbul edilmiş Dini Azadlıq haqqında Qanun “Insanların şərəf və 

ləyaqətini alçaldan və humanizm prinsiplərinə zidd olan dinin (dini hərəkatların) 

yayılması və təbliğ edilməsini” qadağan edir.  Digər bölmədə deyilir ki, “Heç kim 

öz dini inancını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini ritualları 

yerinə yetirməyə və dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.”   

 

 

Qanuna edilmiş dəyişikliklər DQİDK-nı belə bir bəyanat verməyə təşviq etdi ki, 



bütün dini qurumlar 2010-cu ilin yanvarınadək yenidən qeydiyyatdan keçməlidirlər 

və qeydiyyat üçün əlavə tələblər olacaqdır. Çoxsaylı ənənəvi İslam və bir neçə 

qeyri-İslam qrupları qeydiyyata alınsa da, bir çox qrupların qeydiyyata 

alınmasından imtina edilmişdir yaxud qeydiyyatla bağlı müraciətləri üzrə 

məhkəmə qərarını gözləməkdədirlər.  Qanun hökumətin qeydiyyat müraciətlərinin 

daxil olmasından sonrakı 30 gün ərzində baxılmasını tələb etsə də qeyri-müəyyən, 

yorucu və şəffaf olmayan qeydiyyat prosedurları müşahidə edilməkdədir.  

 

30 iyun 2009-cu il tarixdə Milli Məclis Dini Azadlıq haqqında Qanuna edilmiş 



dəyişiklikləri təsdiq etmiş və bilavasitə bundan sonra Prezident tərəfindən qanun 

şəklində imzalanmışdır. Maddə 21-də qeyd edilir ki, “İslam dini ayinləri yalnız 

Azərbaycan Respublikasında təhsil almış Azərbaycan Respublikasının vətəndaşları 

tərəfindən həyata keçirilə bilər.” 

 

Konstitusiyaya görə, insanların dini mənsubiyyətini və etiqadlarını (o cümlədən 



ateizm) seçmək və dəyişmək, seçdikləri dini qruplara qoşulmaq yaxud yaratmaq, 

öz dini etiqadını, əgər bu etiqad kiminsə öz etiqadını başqa fərdlərlə bölüşməyi 

tələb etmirsə, yerinə yetirmək hüququ vardır. Dini etiqad azadlığı haqqında qanun 

hökumətin hər hansı şəxsin və ya qrupun dini fəaliyyətinə müdaxilə etməsini açıq 

şəkildə qadağan edir; buna baxmayaraq, dini qrupun fəaliyyəti “ictimai asayişi və 

sabitliyi pozduğu” halları  ehtiva edən müstəsna hallar vardır.  

 

Bir sıra qanuni müddəalar hökumətin dini qrupları tənzimləməsinə imkan verir, 



məsələn, dini azadlıq haqqında qanunun tələbi dini təşkilatların, o cümlədən bir 

məzhəbin ayrı-ayrı icmalarının  hökumət qeydiyyatından keçməsini tələb edir. 

Qeydiyyat dini təşkilata bank hesabı açmağa, əmlakı icarəyə götürməyə və 

ümumiyyətlə hüquqi şəxs kimi çıxış etməyə imkan verir. Təcrübədə bəzi qruplar 

qeydiyyatdan keçmədən ibadət etdiklərinə görə hökumətin reydlərinə  məruz 



 

 



 

 

qalmışlar.   



 

Dini qruplar mütləq DQİDK-da qeydiyyatdan keçməlidirlər. DQİDK qeydiyyat və 

dini ədəbiyyatın nəşri, idxalı və yayılması üzərində çox geniş səlahiyyətlərə 

malikdir. Öz növbəsində isə DQİDK qəbul edir ki, qanunu pozduğu iddia edilən 

dini qrupların fəaliyyətini dayandırmaq üçün o, ilk növbədə məhkəmə sisteminə 

müraciət etməlidir. Dini qrupların qeydiyyat ərizəsinin rədd edilməsindən 

apellyasiya şikayəti vermək hüququ vardır.  

 

Dini qruplar qeydiyyatdan imtina halları ilə bağlı məhkəmələrə müraciət edə 



bilərlər. Qruplar həmçinin öz işlərinə hüquqi qiymət verilməsini Avrop İnsan 

Hüquqları Məhkəməsində (AİHM) tələb etmək hüququnu özündə saxlayırlar. Belə 

olan halda, hər hansı bir qrup AİHM-ə müraciət etməzdən əvvəl ölkədə mövcud 

olan bütün məhkəmə instansiyalarında öz imkanlarından  istifadə etməlidir ki, bu 

da çox zaman bir neçə il davam edir.  

 

Qeydiyyatdan keçmiş müsəlman təşkilatları məscidlərə axundlar təyin edən, İslam 



təhsil müəssisələrini idarə edən, müntəzəm olaraq mərasimlərə nəzarət edən və hər 

il Məkkəyə həcc ziyarətini təşkil edən Sovet dövründən qalmış müftilik – Qafqaz 

Müsəlmanları İdarəsinə (QMİ) tabedirlər. Müsəlman dini qrupları DQİDK-da 

qeydiyyatdan keçməzdən əvvəl mütləq QMİ-dən təsdiq məktubu almalıdırlar. 30 

iyun 2009-cu il tarixdə Milli Məclis tərəfindən təsdiq edilmiş Dini Azadlıq 

haqqında Qanuna edilmiş və Prezidentin fərmanı ilə qanun şəklinə salınmış 

dəyişiklik QMİ-yə “müvafiq icra orqanını məlumatlandırmaqla ruhaniləri aparıcı 

islam etiqadı institutlarına” təyin etmək səlahiyyətini vermişdir.  

 

Dini etiqad azadlığı haqqında Qanuna əsasən siyasi partiyalar dini fəaliyyətlə 



məşğul ola bilməzlər. Dini rəhbərlər eyni zamanda həm dövlət idarəsində çalışa, 

həm də dini rəhbərlik edə bilməzlər, lakin bu müddəa dövlət məmurunun etiqad 

etmək hüququnu məhdudlaşdırmır. Dini obyektlər siyasi məqsədlər üçün istifadə 

edilə bilməz.  

 

Dini təhsil icbari deyil və özəl olaraq maliyyələşdirilən, dövlət ibtidai və orta 



məktəblərində dini proqram yoxdur. Ali təhsil müəssisələrində tələbələr dini 

kurslara gedə bilərlər. QMİ xaricdə bəzi təlimləri maliyyələşdirir. Dini təhsil üçün 

dövlət tərəfindən dəstəklənən təlimlərdə iştirak etmək arzusunda olanlar DQİDK 

yaxud Təhsil Nazirliyindən icazə almalı yaxud qeydiyyata alınmalıdırlar.  Bundan 

başqa xaricdə hər hansı sahədə təhsil almaq üçün dövlət orqanlarından hər hansı 

icazə alınması tələb olunmur. 

 



 

 



 

 

Hökumət aşağıdakı dini bayramları milli bayram elan edib: Qurban Bayramı və 



Ramazan. 

 

Dini azadlığa qoyulan məhdudiyyətlər 



 

Hökumət ümumiyyətlə dini azadlığa hüquqi məhdudiyyətlər qoymuşdur. Üzücü 

qeydiyyat prosedurlarında əlavə məhdudiyyətlər, qeydiyyata alınmamış dini 

fəaliyyətlər üzrə məhdudiyyətlər, əmlakla bağlı mübahisələr və bəzi yerlərdə 

ibadətə çağırışla bağlı şübhəli qadağalar sezilmişdir.  Qanunların məcburi şəkildə 

tətbiq edilməsi və interpretasiyasında yerli rəsmilərin nəzərəçarpacaq səlahiyyətləri 

vardır və məhdudiyyətlərlə bağlı xəbərlərin çoxu paytaxtdan kənar sahələrdən 

daxil olub. Məscid dolu olduğu zaman bəzi məscidlərdə binadan kənarda ibadətə 

imkan verilməmişdir. 

 

Əvvəlki qeydiyyat statusundan asılı olmayaraq 2010-cu ildə bütün dini qrupların 



yenidən qeydiyyat tələbi bəzi qruplar tərəfindən asanlıqla icra edilib. Amma digər 

qrupların qeydiyyata alınmasından imtina edilmiş və bir çoxları qeyri-müəyyən 

vəziyyətdə qalmışlar. 2010-cu ilin may ayının ortalarına olan məlumata əsasən 

müraciət etmiş təxminən 800 qrupdan 335-i qeydiyyata alınmışdır. On icmanın, o 

cümlədən Yehovanın Şahidləri, Yeddinci Günün Adventistlərinin, Baptistlərin, 

Fatimeyi-Zəhra məscidinin və əsas etibarilə xarici rezidentlərdən ibarət qeyri-

konfessial Protestant icması – Bakı Beynəlxalq Cəmiyyətinin qeydiyyata 

alınmasından imtina edilmişdir. Əliabadda əvvəlki 15 il qeydiyyata alınmış Baptist 

Kilsəsinin qeydiyyata alınmasından bu il imtina edilmişdir. DQİDK sonda Mədh 

Kilsəsini (baş kilsəsi İsveçdə yerləşən yevangelist kilsə) qeydiyyata almamış və 

icmanın  qeydiyyat sənədlərində etdiyi texniki səhvlərə istinad edilməsi iddia 

olunmuşdur.. Hesabat dövrünün sonunda Katolik Kilsəsi hələ də qeydiyyatla bağlı 

müraciətlərinə baxılması ilə bağlı  qərarı gözləməkdə idi.  

 

Bakı yaxınlığında yerləşən Qaradağ rayonunun Müşviqabad qəsəbəsində yerləşən 



Sünni məscidinin imamı 2010-cu ilin may ayında dini azadlıq üzrə müvəkkillik 

edən Forum 18 QHT-yə xəbər verib ki, polis qeydiyyatın olmaması səbəbindən 

onun məscidini bağlamaqla hədələmişdir. Forum 18 həmçinin xəbər verib ki, polis 

eyni qeydiyyatın olmaması səbəbindən 2010-cu ilin 21 may tarixində 

Mehdiabaddakı məscidin bağlanması əmrini vermişdir. 

 

DQİDK müraciətləri ilə bağlı yekun qərarı gözləyən dini qruplara müvəqqəti status 



verib. Amma bu müvəqqəti status icma liderləri adından viza təmin etmək və 

əmlakı icarəyə götürmək imkanı ilə bağlı ən azı bir icmaya maneə yaratmışdır. 

Məhz, qeydiyyatla bağlı qərarın həllini gözlədiyi səbəbindən Bakı Beynəlxalq

 



 

 



 

 

Cəmiyyətinə toplaşmaq icazəsi verilsə də, qeydiyyat şəhadətnaməsi olmadığı 



səbəbindən gömrük rəsmiləri icmanın pastoru üçün viza müraciətini 

dəstəkləməmişdir. Yerli rəsmilər şəhadətnamənin olmadığı halda   icmanın dini 

liderlərinin əmlak icarəyə götürməsinə icazə vermir. 

 

Əvvəlki hesabatlarda qeyd edildiyi kimi, qeydiyyat prosesi hökumətin 



arzuolunmaz hesab etdiyi dini qruplara qarşı istifadə etdiyi bir vasitə rolunu 

oynayır. Hökumətin diqqətli müşahidəsinə ən həssas qruplar bəziləri, bir qayda 

olaraq, İslam qrupları olmaqla qeyri-ənənəvi qruplardır. Təsirə məruz qalmış 

qruplardan bəzilərində dini təbliğat tətbiq edilir. 

 

Rəsmi qeydiyyatı olmadan ibadət etməyi seçən qeydiyyatdan keçməmiş təşkilatlar 



qeyri-qanuni elan olunmaq və bağlanmaq, yaxud yerli hakimiyyət orqanları 

tərəfindən seçim əsasında təqibə məruz qalmaq təhlükəsilə üzləşirlər. Bunun 

nəticəsi olaraq onların fəaliyyəti çətin, bəzi hallarda isə qeyri-mümkün olur. 

 

Baptist icması məlumat verib ki, polis Bakıdan şimalda yerləşən bir şəhərdə öz 



evində sitayiş edənləri toplayan pastora fəaliyyəti dayandırmasını demiş və sonra 

onu polis məntəqəsinə çağırmışdır. Həmin pastor əvvəllər 2007-ci ildə polisə 

sataşmaq ittihamı ilə həbs edilmiş və 2008-ci ilin mart ayında azad edilmişdir. 

 

Forum 18 2010-cu il aprel ayının 7-də məlumat verib ki, Bakı şəhərindəki Baptist 



icmasının qeydiyyat müraciəti rədd edildikdən sonra 2010-cu ilin mart ayında ora 

dörd səfər edilmiş və icma qanunsuz ibadətlə bağlı ittiham edilmişdir. 

 

19 fevral 2010-cu il tarixdə  müstəqil xəbər agentliyi olan Azərbaycan Mətbuat 



Agentliyi (APA) xəbər verib ki, Məşədi Dadaş məscidinin rəhbəri DQİDK-dən ona 

telefon zəngi edildiyini iddia edib, belə ki, telefon zəngində məsciddən kənarda 

küçədə ibadətin qadağan edilməsi ilə bağlı icmaya xəbərdarlıq edilib. 

Səsucaldanlardan istifadə etməklə ibadətə çağırışa qoyulan qadağanın 2009-cu ildə 

Şəkidə və 2009-cu ilin əvvəlində Gəncədə tətbiq edildiyi barədə məlumat 

olmuşdur. DQİDK ibadətə çağırışla bağlı hər hansı qadağanın olduğunu inkar edib. 

 

Qanun DQİDK-nın icazəsilə dini ədəbiyyatın nəşrinə və yayılmasına icazə verir, 



lakin hakimiyyət orqanları seçim əsasında  bəzi dini materialların idxalını və 

yayılmasını məhdudlaşdırmışdır. Dini ədəbiyyatın idxalı üçün icazənin alınması 

uzun sürən proses olaraq qalır və müsəlman və xristian qrupları prosesin üzücü 

olduğundan  şikayət edirlər. Hesabat dövründə ölkənin bir sıra ərazilərində bir çox 

həm İslam, həm də qeyri-İslam dinlərin radikal olduğu iddia edilən ədəbiyyatın 

polis tərəfindən müsadirə olunması halları baş vermişdir . DQİDK bildirmişdir ki, 




 

 



 

 

ölkəyə gətirilən bütün dini ədəbiyyat dini material kimi ölkəyə daxil edilməsinə  



icazə verilməsi üçün  mütləq DQİDK-nın ekspert baxışından keçməlidir və bu, 

materialların həcmindən asılı olaraq vaxt aparan proses ola bilər. 2010-cu il mart 

ayının 11-də ölkəninTrend News agentliyi xəbər verib ki, 2009-cu ildə 2,332 ədəd 

dini ədəbiyyat məzmunun ekspert yoxlaması üçün DQİDK-ə göndərilib və 

bunlardan 380 ədədi “ziyanverici” hesab edilərək onların idxal yaxud ixracı 

qadağan edilmişdir. 

 

Dini televiziyanın yayımlanması və metro stansiyalarında dini ədəbiyyatın 



satılması daxil olmaqla bir çox İslam fəaliyyətləri üzərində nəzarət qüvvədədir. 

 

Ölkənin qalan bütün ərazilərində, əvvəlki hesabatlarda olduğu kimi, hakimiyyət 



orqanları pasport və digər rəsmi şəxsiyyəti təsdiq edən  sənədlər üçün çəkilən 

şəkillərdə müsəlman qadınların baş örtüyü geyinməsinə icazə verməmişlər. 

 

 

Dini azadlığın pozulması   



 

Dini azadlığın pozulması ilə bağlı ayrı-ayrı hallar olmuşdur, buraya məscidlərin 

dağıdılması yaxud bağlanması, dini icmalara reydlər, ədəbiyyatın müsadirəsi və 

həbs halları daxildir. Hədəfdə çox vaxt Yehovanın Şahidləri və icazəsi olmayan 

İslam təşkilatlarıdır. 

 

20 May 2010-cu ildə Forum 18 məlumat verib ki, müsəlman ilahiyyatçısı Səid 



Nursinin bir davamçısı əşyalarının arasında dini ədəbiyyat tapılan zaman Naxçıvan 

aeroportunda həbs edilib. Verilən məlumata görə daha beş ibadət edən şəxs 

evlərində həbs edilmiş, bəziləri tez bir zamanda azad edilsə də, digərləri üç gün 

izolyatorda saxlanmışdır. 

 

Trend News 2010-cu ilin mayında xəbər verib ki, evində qanunsuz dini məktəb 



təşkil etdiyinə görə Lənkəranda bir nəfərin evinə reyd edilmiş və kitablar əlindən 

alınmışdır. 

 

Forum 18 xəbər verib ki, Zaqatala rayonunun ərazisindəki Əliabad kəndində 



qeydiyyata alınmamış Baptist ev kilsəsinin pastoruna 30 aprel 2010-cu ildə 

xəbərdarlıq edilib ki, bu icma toplaşmağa davam edərsə, onun “qanunla 

problemləri” olacaqdır. 

 

APA-ya görə, 29 aprel 2010-cu il tarixdə Milli Təhlükəsizlik Nazirliyi və yerli 



polis zabitləri lazımi qeydiyyat olmadan dini “Süleymançılar” sektasını təşviq

 

etdiklərinə görə dörd türk vətəndaşını həbs edib. 




 

 



 

 

 



Yehovanın Şahidləri bir neçə halda ictimaiyyət arasında dini ədəbiyyatın 

yayılmasına görə saxlanma və cərimələrlə bağlı məlumat verib. Verilən məlumata 

görə bu hadisələr 5 may 2010-cu il tarixdə Sumqayıtda və 27 aprel 2010-cu il 

tarixdə Ağstafada baş verib. Hər iki halda kilsə üzvlərinin bir neçə saatdan sonra 

azad edildiyi və dini ədəbiyyatın yayılmasına görə $250 (200 AZN) cərimə edildiyi 

bildirilir. 

 

Yehovanın Şahidləri xəbər verib ki, 25 aprel 2010-cu il tarixdə Gürcüstanda dini 



toplantıdan qayıdan böyük sayda kilsə üzvləri gecə saxlanılmış və Qazaxda 

sərhəddə onların ədəbiyyatları əllərindən alınmışdır. 

 

12 mart 2010-cu ildə Forum 18 xəbər verib ki, Yehovanın Şahidlərinin İncilləri 



müsadirə edilmiş və dövlət icazəsi olmadan dini ədəbiyyatın paylanması və dini 

inancları haqqında qonşularla söhbət aparmaları səbəbindən üç həftəlik əmək 

haqqına bərabər cərimə olunmuşlar. 

 

16 fevral 2010-cu ildə səfirliyin rəsmiləri öyrənib ki, Yehovanın Şahidlərindən iki 



nəfər qapı-qapı gəzərək dini təbliğat apararkən kimsə polisə zəng edib. Etiqad 

sahibləri polis məntəqəsinə aparılmış, amma onlar sənədlərə imza atmaqdan imtina 

etmişlər.  Verilən xəbərə görə polis bir neçə saatdan sonra onları buraxmazdan 

əvvəl onlar haqqında şəxsi məlumatı  qeyd etmişdir. 

 

13 fevral 2010-cu ildə Məhəmməd Peyğəmbərin ölümünün ildönümündə təxminən 



100 nəfər Şəhidlər Xiyabanına tərəf addımlamaq məqsədilə Bakının Nizami 

rayonunda toplaşmışdır. Hadisə zamanı təxminən 10 nəfərin saxlandığı və bir neçə 

nəfərin yaralandığı xəbər verilib.  Zorakılığın ilk olaraq Şəhidlər Xiyabanına tərəf 

addımlayan şəxslər yaxud onlara qarşı duran polislər tərəfindən törədildiyi ilə bağlı 

məlumatlar fərqli olmuşdur. 

 

26 yanvar 2010-cu ildə səlahiyyətli orqanlar Sumqayıtda bir evdə toplaşmış 



Müsəlman Nurçu azlıq hərəkatının 80 üzvünü həbs etmişdir. Polis mənzildən 148 

ədəd qadağan edilmiş kitab müsadirə etmişdir. 

 

28 dekabr 2009-cu ildə Naxçıvan Muxtar Respublikasının  Bənənyar kəndində 



İslam Aşura mərasimini həyata keçirən 10 nəfər həbs edilmişdir. Həbs edilənlərin 

sayı ilə bağlı məlumatlar müxtəlifdir, amma müxtəlif xəbər buraxılışlarında 

döyülmə və sorğu-sual halları ilə bağlı bir neçə bəyanatlar verilmişdir. Sonrakı 

məlumatlarda 5 yanvar 2010-cu il tarixdə 200-ə qədər insanın həbs edildiyi və 

müqavimət göstərənlərin döyüldüyü bildirilir. 



 

 



 

 

 



29 noyabr 2009-cu ildə polis dini toplantını tərk edən Yehova Şahidlərinin 81 yaşlı 

üzvünü saxlayaraq döymüşdür.  Polis zabiti onu avtobus dayanacağında həbs 

etmiş, onu ictimai kafeyə gətirərək dini kitablar olan çantasını müsadirə etmiş və 

döymüşdür.  Forum 18 xəbər verir ki, onun fahişə olması ilə bağlı ittiham irəli 

sürülmüş və narkotik axtarışı üçün tamamilə soyundurulmuşdur. Sonra digər polis 

zabitləri onu polis məntəqəsinə aparmış və məcburi şəkildə oxuya bilmədiyi 

ifadəni imzalamağa məcbur etmişlər. O, Baş Prokurora şikayət ərizəsi ilə müraciət 

etmişdir, amma onun bədən xəsarətini  göstərən şəklin olmasına baxmayaraq rəsmi 

tibb eksperti onunla görüşməkdən imtina etmişdir. 

 

APA xəbər verib ki, 12 avqust 2009-cu ildə Yehova Şahidlərinin naməlum sayda 



üzvü dini etiqadı təbliğ etdiklərinə görə Qax rayonunda yerli polis tərəfindən həbs 

edilib. Təxminən 60 bröşür  və 7 kitabın müsadirə edildiyi bildirilir. Həbs olunanlar 

sonradan azad edilib. 

 

Qanun açıq şəkildə xaricilər tərəfindən dinin təbliğ olunmasını qadağan edir və 



rəsmilər ciddi şəkildə bu qadağanı həyata keçirmişlər. 2009-cu ilin sentyabr ayında 

hüquq-mühafizə orqanları evində dini tədbirlər təşkil etdiyinə görə şimalda 

yerləşən Yalama şəhərindən bir nəfəri cərimələmiş və deportasiya etmişdir. Baptist 

kilsəsinə aid olan həmin şəxsin üzərində Rusiya passportu olmuşdur. Yehova 

Şahidləri həmçinin xəbər verib ki, Gürcüstan vətəndaşı olan iki üzvləri 2009-cu 

ilin iyul ayında həbs edilərək deportasiya olunmuşdur. 

 

Səlahiyyətli orqanların əvvəlki hesabat dövründə bağladığı bir sıra məscid hələ də 



bağlıdır. 

 

1 May 2010-cu ildə Ali Məhkəmə Bakının Suraxanı rayonunun Yeni Günəşli 



qəsəbəsində qismən inşa edilmiş Fatimeyi-Zəhra Şiə məscidinin dağıdılmasına 

icazə verən aşağı məhkəmələrin qərarlarını təsdiq etmişdir. Amma 14 may 2010-cu 

il tarixdə prezidentin bu işə müdaxilə etdiyi və məscidin səlahiyyətini QMİ-yə 

ötürdüyü xəbər verilir, bunun məscidin dağıdılmaqdan qorunması məqsədilə 

edildiyi güman olunur. DQİDK bundan əvvəl icmadan daxil olmuş qeydiyyat 

müraciətinə rədd cavabı vermişdir və hesabat dövrünün sonuna icmanın statusu 

məlum deyildi. 

 

2009-cu ildə müxtəlif səbəblərdən bir neçə məscid bağlanmış yaxud dağıdılmışdır. 



Türk səfirliyindən bildirilib ki, Türkiyənin dəstəyi ilə inşa edilmiş Şəhidlər Məscidi 

təmir üçün bağlanmış və hazırda bağlı olaraq qalmaqdadır. Səlahiyyətli orqanlar 

güman edilən təhlükəsizlik səbəbindən Neft Daşlarındakı qəsəbədə yerləşən 



10 

 

 



 

 

məscidi bağlayıb. 26 aprel 2009-cu ildə polis Yasamal rayonu Dini İcmasının 



Məhəmməd Peyğəmbər məscidini dağıtmışdır. 

 

Mədh Kilsəsi icması hökumət maraqları ilə əmlak mübahisəsinə dair çıxılmaz 



vəziyyətdə qalmaqdadır, belə ki, məbədin sahəsinin üçdə biri, o cümlədən kilsənin 

inşa edildiyi sahə müsadirə edilmişdir. İcma tərəfindən quraşdırılmış müvəqqəti 

çadır 10 yanvar 2010-cu il tarixdə tamamilə yanmışdır; yanğının səbəbi hələ də 

məlum deyildir. 4 mart 2010-cu ildə icma çadırın yenidən quraşdırılması ilə bağlı 

vəsatət qaldırmış və Bakı şəhərinin icra hakimiyyətindən müraciətə rədd cavabı 

verilmişdir. Amma sonradan icmadan bildiriblər ki, kompensasiya kimi onlara 

fərqli məkanda torpaq sahəsi təklif edilmişdir. 

 

19 oktyabr 2009-cu ildə Qaynar.info xəbər verib ki, yerli icra hakimiyyəti bərpa 



işlərinin aparılması məqsədilə Mehdiabad məscidini bağlayıb. 2009-cu ilin 

sentyabr ayında səlahiyyətli orqanlar Gəncədə yerli əhali arasında “Alban məbədi” 

(Alban dedikdə bu günkü Albaniyaya deyil, Qafqazın qədim insanlarına istinad 

edilir) kimi tanınan Sünnü Cümə məscidini qeydiyyat tələblərinə riayət edə 

bilmədiyi səbəbindən bağlamışlar. 

 

18 sentyabr 2009-cu il tarixdə Azadlıq xəbər buraxılışı bildirib ki, səlahiyyətli 



orqanlar Gəncə şəhərində dörd məscidi bağlamış və dini materialları müsadirə 

etmişdir. 

 

Əbu-Bəkr  məscidinin açılması ilə bağlı dəfələrlə məscid camaatının çağırışlarına 



və  məhkəmə çəkişmələrinə baxmayaraq, məscid hökumət tərəfindən bağlı 

saxlanılmışdır. 2008-ci il, avqustun 17-də Bakıdakı Əbu-Bəkr məscidində 

törədilmiş partlayış nəticəsində iki nəfər həlak olmuş və dini icmanın rəhbəri də 

daxil olmaqla 11 nəfər yaralanmışdır. Icmanın rəhbəri sonradan sağalmışdır.  

Hadisədən dərhal sonra hakimiyyət orqanları onun  araşdırılması ilə əlaqədar hər 

cümə günü orta hesabla 7000 möminin ibadət etdiyi məscidi bağladılar və bütün 

ölkədə möminlərin məscidlərdən kənarda toplaşmalarını qadağan etdilər. 

Hakimiyyət orqanları sonradan hücumun, rəhbəri 2008-ci ilin sentyabrında 

Rusiyanın Dağıstan Respublikasında  Rusiya federal qüvvələri tərəfindən 

öldürülmüş İlqar Mollaçıyev olan Meşə Qardaşları radikal qruplaşması tərəfindən 

həyata keçirildiyini bəyan etdi. Bir neçə məhkəmə müraciətlərinə və iddialarına 

baxmayaraq, məscid hökumətin “davam etdirilən araşdırmalar” adlandırdığı 

müddət ərzində bağlı qalmışdır. Öz növbəsində DQİDK Əbu-Bəkr Məscidinin 

bağlanması ilə bağlı hökumətin təhlükəsizlik orqanlarına müraciət edilməsini 

tövsiyə etmiş, eyni zamanda icmanın düzgün qaydada qeydiyyatdan keçmədiyini

 

bəyan etmişdir. Bundan əlavə, DQİDK Əbu-Bəkr Məscidinin möminlərinin 




11 

 

 



 

 

Azərbaycanın qeydiyyatdan keçmiş digər məscidlərdə ibadət etməkdə sərbəst 



olduqlarını bildirmişdir. 

 

Ölkənin qalan hissəsində hüquq-mühafizə orqanlarının yerli rəsmiləri arabir dini 



mərasimlərin monitorinqini aparmışlar və axtarışlar üçün bəzi mömin xristian və 

müsəlmanların seçildiyi bildirilir. 

 

Yerli insan hüquqları müşahidəçiləri hökuməti icbari hərbi xidmətə alternativ 



mülki xidməti təşkil etməməkdə ittiham etmiş və Yehova Şahidləri icmasının 

üzvləri iddia etmişlər ki, Avropa İnsan Hüquqları Konvensiyasını imzalamaqla ölkə 

icbari hərbi xidmətə alternativ mülki xidməti təşkil etməyə borcludur. Verilən 

məlumata görə, Hökumət rəsmiləri həll olunmamış DQ münaqişəsinə görə qrupun 

hərbi xidmətlə bağlı mövqeyini “qorxaq” və “ictimai əxlaqa zidd” kimi 

qiymətləndirmişlər. 

 

15 dekabr 2009-cu ildə Forum 18 Yehova Şahidləri qrupunun üzvünün hərbi 



xidmətdən şüurlu şəkildə imtina etməsi ilə bağlı ittihamnamənin ləğv edilməsinə 

dair müraciətinin uğursuz olduğu ilə bağlı xəbər verib. 

 

Hökumət DQ regionu üzərində nəzarəti həyata keçirməyib. Qeyri-hökumət 



təşkilatları tərəfindən bəzi məhdudiyyətlər və pozulma halları ilə bağlı məlumatlar 

daxil olub. 

 

DQ-kı Yehovanın Şahidləri bildirib ki, qeydiyyatla bağlı onların müraciətinə 2009-



cu ilin avqust ayında rədd cavabı verilib. Onlar sonradan 2010-cu ilin mart və aprel 

aylarında toplantılara reydlər və həbslər barədə məlumat veriblər. 

 

27 aprel 2010-cu ildə Forum 18 DQ ərazisində dörd nəfər şəxsin qeydiyyatın 



olmadığı şəraitdə dini sitayişə görə cərimələndiyini xəbər verib, belə ki, onların 

qeydiyyata alınmasına rədd cavabı verilib.  Forum 18 həmçinin 2010-cu ilin fevral 

və aprel ayları arasında DQ-ğın Protestant icmalarına səkkiz dəfə reyd olduğunu 

bildirib. 

 

Dinin məcburi dəyişdirilməsi 



 

Dinin məcburi şəkildə dəyişdirilməsi ilə bağlı xəbərlər alınmamışdır. 

 

Din azadlığına riayət olunması ilə  bağlı irəliləyiş  və müsbət dəyişikliklər. 



 

2009-cu ilin iyul ayında QMRİ-nin baş ofisinin yerləşdiyi yeni Təzə Pir məscidinin 




12 

 

 



 

 

rəsmi açılışı olmuşdur. Bu, ölkədə ən iri məscidlərdən biridir və bir çox insanların 



sitayiş etməsi üçün imkan yaradır, dəfn mərasimləri və digər dini ayinlər üçün 

məkan təmin edir. 

 

2007-ci ilin noyabrında Mədəniyyət Nazirlərinin Tripolidə keçirilmiş Beşinci İslam 



Konfransında Bakı 2009-cu ilin İslam Mədəniyyəti Paytaxtı elan edilmişdir. Bu, 

şəhərdə və Abşeron yarımadasında bir neçə məscidin  təmir olunmasına  təkan 

vermişdir. 

 

2010-cu ilin aprel ayında ölkədə beynəlxalq dini konfrans keçirilmiş, konfransda 



erməni Katolikosu da iştirak etmişdir, bu, Azərbaycan və Ermənistan arasında uzun 

müddət davam edən münaqişə şəraitində əhəmiyyətli inkişafdır. 

 

Bölmə III. Dini azadlığa dair ictimai münasibətin vəziyyəti 



 

Dini mənsubiyyətinə, inancına və etiqadına görə bəzi hallarda ictimai ayrı-

seçkiliyin olduğu barədə məlumat verilmişdir. Digər dini  qəbul etmiş müsəlman 

vətəndaşlarına qarşı geniş yayılmış mənfi fikir və öz dinini yayan qruplara, konkret 

olaraq yevangelist xristianlara və digər missioner qruplara qarşı düşmənçilik 

münasibəti formalaşmışdır.  

 

12 mart 2010-cu ildə Forum 18 bildirib ki, müaxlifət qəzetində Baptistlərin digər 



məsələlərlə yanaşı guya başqa ölkələrin casusları olması ilə bağlı çap edilmiş 

məqalə nəticəsində polis sənədləri yoxlamaq və pastordan müsahibə almaq üçün 

kilsəyə səfər edib. 

 

Hesabat dövründə qəzetlərdə Sələfilik və xristian missionerləri ilə bağlı tənqidi 



məqalələr çap edilib. Ümumilikdə cəmiyyət xarici müsəlman missioner 

fəaliyyətinə qarşı (əsas etibarilə İran və Sələfi) mənfi münasibət sərgiləyir, çoxları 

bunun siyasi İslamın yayılması cəhdi və bu baxımdan da sabitlik və sülhə təhlükə 

kimi qəbul edir. KİV hökumətin qanunsuz fəaliyyətlərlə məşğul olduğunu iddia 

etdiyi bəzi müsəlman icmalarını hədəfə alıb. 

 

2008-ci ildən əvvəlki hesabatlardan fərqli olaraq anti-semitist hadisələrlə bağlı heç 



bir məlumat olmayıb. 

 

Bölmə IV. ABŞ Hökumətinin siyasəti 



 

ABŞ səfirliyinin rəsmiləri müsəlman, xristian və yəhudi dini liderləri ilə sıx 

əlaqədə olmuş və dini azadlığın monitorinqini aparmaq məqsədilə müntəzəm 



13 

 

 



 

 

olaraq həm qeydiyyata alınmış, həm də alınmamış dini qruplarla görüşmüşlər. 



Səfirlik işçiləri həmçinin din azadlığı məsələləri ilə məşğul olan QHT ilə sıx əlaqə 

saxlamışdır. 

 

Hesabatın  əhatə etdiyi dövr ərzində səfirlik nümayəndələri qeydiyyat prosesi və 



“qeyri-ənənəvi” dini qruplara qarşı rəsmi münasibətlə bağlı narahatlıqlarını, eləcə 

də mömin müsəlmanlara qarşı təqiblərlə  bağlı narahatlıqlarını DQİDK-ya 

çatdırmışlar. Səfirlik həmçinin hökumətlə müzakirələrində və mətbuatda dini 

azadlıqla bağlı rəsmi öhdəliklərin səviyyəsi  ilə bağlı narahatlıqlarını ifadə etmişlər. 



 

Yüklə 137,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə