Azerbaijan



Yüklə 205,99 Kb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü205,99 Kb.
#76235
növüQaydalar


AZƏRBAYCAN 

 

Ölkə Konstitusiaysına görə bütün məzhəblərə  mənsub olan insanlar heç bir 



məhdudiyyət qoyulmadan istədikləri dini seçib ona etiqad və qulluq edə bilərlər. 

Bununla belə qeydiyyatla bağlı üzücü qaydalar və ayrıseçkiliklə müşaiyət edilən 

təzyiqlər qanunvericiliyin tətbiq olunmasında bəzi maneələr yaratmışdır. 

 

Bu hesabatın  əhatə etdiyi vaxt dövründə dini azadlıq statusuna dair hər hansı bir 



dəyişiklik baş verməmişdir. Bəzi dini qruplar qeydiyyatdan keçmə prosesində 

gecikdirmələrin və qeydiyyatdan keçmək xahişlərinin rədd edilməsi hallarının 

mövcud olması barədə  məlumat vermişdir.  Əvvəldə olduğu kimi bəzi dini 

qrupların qarşısında dini ədəbiyyatın ölkəyə  gətirilməsinə qarşı müəyyən 

məhdudiyyətlərin qoyulması davam etmişdir. Dini qrupların  əksəriyyəti hökumət 

tərəfindən maneələrə və təzyiqlərə rast gəlməmişdir bununla belə yerli hakimiyyət 

orqanları vaxtaşırı olaraq dini mərasimləri nəzarətdə saxlamış  və müəyyən 

vaxtlarda qeyri-ənənəvi dini qruplara qarşı  sıxışdırmalara yol vermiş  və onların 

bəzi üzvlərini tutub saxlamışdır.  

 

Dini etiqada görə ictimai qınaq və ayrıseçkilik halları haqqında ara-sıra məlumatlar 



verilmişdir. Qeyri-islam dinləri qəbul etmiş müsəlmanlara qarşı qərəzli münasibət 

və eləcə  də başqa dinləri təbliğ edən, xüsusilə Yevangelik Xristian və digər 

missioner qruplara qarşı müəyyən qədər  küdurətli münasibət mövcud olmuşdur.  

 

İnsan hüquqlarının inkişafı üzrə öz siyasətinin bir hissəsi kimi ABŞ Hökuməti dini 



azadlıqlar məsələlərini ölkə Hökuməti ilə müzakirə edir. ABŞ  Səfirliyinin 

əməkdaşları qeydiyyat prosesinə  və qeyri-ənənəvi dini qruplara qarşı  rəsmi 

münasibətə dair narahatçılıqlarını çatdırmış və dini ədəbiyyatla bağlı mövcud olan 

senzuraya dair etirazlarını bildirmişdilər.  

 

Bölüm I.  Dini Demoqrafiya  

 

Rəsmi rəqəmlərə  əsasən ölkənin  ərazisi 33,774 kvadrat mil, əhalisinin sayı isə 



təqribən 8,5 milyon nəfər təşkil edir. Müxtəlif dinlərə mənsubiyyətə dair inandırıcı 

və etibarlı statisitk rəqəmlər yoxdur; lakin rəsmi rəqəmlərə əsasən əhalinin 96 faizi 

Müsəlmandır. Əhalinin qalan hissəsi isə Rus Pravoslav, Erməni Ənənəvi, Yəhudi 

dini icmalarına və  və ümumiyyətlə heç bir dinə  mənsub olmayan insanlardan 

ibarətdir. Müsəlman  əksəriyyəti arasında dini ibadət nisbətən aşağıdır və 

müsəlmançılıq dindən daha çox mədəni və etnik xarakter daçıyır. Dini Qurumlarla 

iş üzrə Dovlət Komitəsinin (DQDK) məlumatına  əsasən Müsəlmanların təxmini 

olaraq 65 faizi Şiyə 35 faizi isə Sünnidir; onlar arasında müxtəlifliklər  ənənəvi 

olaraq kəskin şəkildə nəzərə çarpmır.   



AZERBAIJAN

 

2



 

Ölkə Xristianlarının böyük əksəriyyəti Pravoslavlardır. Onlarında müsəlmanlar 

kimi dini mənşəyi daha çox mədəni və etnik xarakter daşıyır. Xristianlar əsasən 

Bakıda və bir sıra digər  şəhərlərdə  məskunlaşmışdır. Ölkədə yaşayan təxminən 

20,000 Yəhudinin böyük əksəriyyəti  Bakıda məskunlaşmışdır. Kiçik icmalar 

Qubada və digər ərazilərdə də mövcuddur.  

 

Dörd qrup (Şiyələr, Sünnilər, Pravoslav Ruslar və  Yəhudilər)  ənənəvi dini qrup 



sayılır. Bundan başqa ölkədə artıq 100 ildən çoxdur ki, Lüteranlar, Katoliklər, 

Baptistlər, Molokanlar (Rus Pravoslavlarına aid olan Köhnə Dinə  İnananlar), 

Yeddinci Günün Adventistləri və Bəhailərin kiçik icmaları var.  

 

1991-ci ildə müstəqillik qazanılandan sonra hökümət tərəfindən  əcnəbi qeyri-



ənənəvi din qrupları sayılan “Vəhabi” Müsəlmanlar, Yevangelik və Müqəddəs 

Üçlük Xristianlar, İeqova Şahidləri və Krişnaitlər əz fəaliyyətlərinə başlamışdır.   

 

Bakıda nəzərəçarpacaq sayda xarici xristian icmaları sayı mövcuddur.  



 

Bölüm II.  Dini Etiqad Azadlığının Vəziyyəti 

 

Hüquqi/Siyasi Çərçivə 

 

Konstitusiya bütün dinlərə mənsub olan insanlara heç bir məhdudiyyət olmadan öz 



dinlərini seçmək və ona etiqad etmək imkanı verir. Qanun bu hüququn həm 

hökumət həm də  fərdi  şəxslər tərəfindən pozulmasının qarşısını alır, lakin 

qeydiyyatla bağlı üzücü qaydalar və ayrıseçkiliklə müşaiyət edilən təzyiqlər 

qanunvericiliyin tətbiq olunmasında bəzi maneələr yaratmışdır (bax 

Məhdudiyyətlər). Konstitusiyaya əsasən, hər bir şəxsin (ateizm də daxil olmaqla) 

öz din mənsubiyyətini seçmək və dəyişmək, seçdiyi dini qrupa qoşulmaq və ya onu 

yaratmaq, öz dininə qulluq və etiqad etmək hüququ var. Dini Etiqad Azadlığı 

haqqında Qanuna əsasən, hökumətin hər hansı bir şəxsin və ya qrupun dini 

fəaliyyətinə müdaxilə etməsi aşkar  şəkildə qadağan olunur. Lakin həmin qanun 

bəzi istisnaları da özündə  əks etdirir, məsələn dini qrupun fəaliyyətinin “ictimai 

qaydanı və sabitliyi” təhlükəyə məruz qoyduğu hal həmin istisnalar sırasındadır.  

 

Qanunvericilikdə bir sıra müddəalar hökumətə dini təşkilatların fəaliyyətini 



tənzimləmək üçün imkan yaradır. Bura Dini Etiqad Azadlığı haqqında Qanununun 

dini qurumların (məzhəblərin fərdi konqreqasiyaları da daxil olmaqla) hökumət 

tərəfindən qeydiyyata alınması  tələbi də daxildir. Qeydiyyatdan keçmək dini 

quruma bank hesabı saxlamaq, əmlak icarəyə götürmək və ümumilikdə hüquqi 

şəxs kimi fəaliyyət göstərmək imkanını verir.  



AZERBAIJAN

 

3



 

Dini qurumlar DQDK-də qeydiyyatdan keçməlidir. DQDK-nın qeydiyyat 

məsələlərinə, dini ədəbiyyatın nəşri, ixrac edilməsi və paylanması üzərində 

nəzarətə  və qanunu pozan dini qurumların fəaliyyətinin dayandırılmasına dair 

geniş  səlahiyyətləri var. Qeydiyyatdan keçməsinə imtina edilən dini qurumlara 

məhkəmələrə müraciət etməyə icazə verilir. 

 

DQDK – nın məlumatına  əsasən, hesabat dövründə 106 yeni dini qrup 



qeydiyyatdan keçmiş  və heç bir müraciətə  rədd cavabı verilməmişdir. DQDK, 

ümumilikdə, ölkə üzrə 502 qeydiyyatdan keçmiş dini icmanın olması barədə xəbər 

vermişdir.  

 

Qeydiyyatdan keçmiş müsəlman dini təşkilatları, Sovet dövründə mövcud olan 



Muftiliyin bənzəri olan, Qafqaz Müsəlmanları Ruhani İdarəsinə (QMRİ) tabedir ki, 

o Müsəlman ruhanilərini məscidlərə  təyin edir, xütbələrə  nəzarət edir və  Həcc 

ziyarəti üçün Məkkəyə  zəvvarların səyahətini təşkil edir. DQDK-ə qeydiyyatdan 

keçmək istəyən müsəlman dini qurumlar QMRİ-dən təsdiq məktubunu təqdim 

etməlidirlər.  

 

Dini Etiqad Azadlığı haqqında qanuna əsasən siyasi partiyalar dini fəaliyyətlə 



məşğul ola bilməzlər və eyni zamanda ruhani liderlər dövlət vəzifələrini tuta 

bilməzlər. Dini vasitələr siyasi məqsədlər üçün istifadə edilə bilməz.  

 

Dinin tədrisi dövlət məktəblərində icbari deyil və orta məktəblərdə din üzrə  hər 



hansı bir tədris proqramı yoxdur. Tələbələr ali təhsil məktəblərində dini kurslar 

keçə bilərlər.  



 

Dini Azadlıqlar üzrə Məhdudiyyətlər 

 

Bəzi dini azadlıqlar Hökumət tərəfindən məhdudlaşdırılmışdır. Qeydiyyata alınma 



prosesi müəyyən dərəcədə üzücü olmuş  və  bəzi qruplar yeddi mərhələdən ibarət 

olan qeydiyyat üçün müraciət prosesinin məhdudlaşdırıcı xarakterə malik olmasını 

qeyd edirlər. Qeydiyyatdan keçməmiş qurumlar qeyri-qanuni olmaqda 

günahlandırılır, onlar yerli icra orqanları tərəfindən təzyiqlərə məruz qalır. Nəticə 

etbarilə  həmin qurumların fəaliyyət göstərməsi çətin və müəyyən hallarda  

mümkünsüz  olmuşdur.  

 

Hesabat dövründə  bəzi dini qruplar məlumat vermişdir ki, DQDK müəyyən 



hallarda müraciətlərin qeydiyyatı üçün tələb olunan vaxt çərçivəsinə riayət 

etməkdə çətinlik çəkir.  

 



AZERBAIJAN

 

4



 

Digər qruplar bildirmişdir ki, DQDK-nin məmurları qeyri-ənənəvi dini icmalara 

qarşı ayrı-seçkilik edir və onlar üçün müraciət prosesini müşkülləşdirir. 

 

Bəzi müsəlman icmalarının nümayəndələri bildirmişdir ki, DQİDK-nin qeydiyyat 



üçün müraciətə baxmasından  əvvəl QMRİ qeydiyyatı  təsdiq etməlidir və bunun 

müqabilində qeydiyyat prosesi çətinləşmiş  və onlar ayrı-seçkiliklə qarşılaşmışdır. 

DQDK bir sıra Protestant Xristian dini qruplarının qeydiyyatını ləngitməkdə və ya 

onların qeydiyyata dair müraciətlərinə rədd cavabı verməkdə davam etmişdir. Bir 

sıra xristian icmalarının  sözlərinə görə DQDK ayrı-seçkilik tətbiq edərək 

qeydiyyat prosesini çətin və mümkünsüz etmişdir. Eyni zamanda bəzi xristian dini 

qrupları bildirmişdir ki, onlar qeydiyyata dair rədd cavabı alandan sonra 

məhkəmələrə müraciət etdiyi təqdirdə yerli hakimlər xristian icmalarına qarşı 

qərəzli mövqe tutmuş və bu da ədalətli prosesin aparılmasına mane olmuşdur. 

 

Rəsmilər ümumilikdə əcnəbi xristianlara azad olaraq Bakıda ibadət etməyə imkan 



yaratmışdır lakin azərbaycanlılardan ibarət xristian icmaları maneələrlə 

üzləşmişdir. Əliabaddakı (kilsə artıq 15 ildir ki qeydiyyatdan keçməyə çalışır) və 

Neftçaladakı baptist kilsələrinin qeydiyyat üçün müraciətinə  rədd cavabı 

verilmişdir və Əliabad notariusu icmanın qeydiyyat sənədlərinə baxmaqdan imtina 

etmişdir. Kafedral Tərif Kilsəsi öz GƏncə  və Sumqayıtdakı icmalarını 

qeydiyyatdan keçirməkdə  çətinliklərlə üzləşmişdir. Rədd cavabına səbəb kimi 

müraciət formasında buraxılmış texniki səhvlər və  bəzi sənədlərin çatışmaması 

göstərilmişdir. İlahi Yığıncaq İcması da öz Bakıdakı üzvləri üçün qeydiyyat almaq 

prosesi zamanı uzun sürən çətinliklərə rast gəlmişdir.  

 

Bəzi dini Müsəlman qrupları, İeqova Şahidləri və yevangelik Xristian icmaları da 



daxil olmaqla bir sıra qeydiyyatdan keçməmiş dini qruplar fəaliyyətlərini davam 

etdirmişdir.Eyni zamanda polis müntəzəm olaraq bəzi qeydiyyatdan keçməmiş 

qrupların  dini ibadət mərasimlərinə müdaxilə etmiş  və onlara hədə-qorxu 

gəlmişdir. Yerli hüquq-mühafizə orqanları dini ibadət mərasimlərini vaxtaşırı 

nəzarətdə saxlamış  və  məlumatlara  əsasən bəzi fərdi xristian və müsəlmanların 

üzərində axtarış aparmışdır. Yerli müşahidəçilərin sözlərinə görə hakimiyyət 

orqanları bəzi məscidlərdə müntəzəm baxışlar və yoxlamalar keçirmişdir.  

 

2007-ci ilin dekabr ayında yerli hakimiyyət orqanları  şimal-qərb rayonu olan 



Zaqatalada müsəlmanları namaza səsləyən azan səsinin verilməsinə qadağa 

qoymuşdur və bu da dini azadlıq müdafiəçilərinin etirazına səbəb olmuşdur. Bu 

qərar səsgücləndiricilər vasitəsilə məscidlərin azan verilməsinə ölkə üzrə qoyulmuş 

qadağadan sonra verilmiş qərar idi, lakin Hökumət bir neçə gündən sonra qadağaya 

dair öz qərarını dəyişdirdi.  



AZERBAIJAN

 

5



 

Cümə məscidi bağlı olaraq qalmış və hesabat dovrünün axırına məscidin imamına 

hələ də xarici ölkələrə səfər etmək icazəsi verilməmişdir.   

 

Dini Etiqad Azadlığı haqqında qanuna əsasən vətəndaşlar öz dinlərini digərlərilə 



azad şəkildə bölüşə bilərlər lakin təcrübədə dinin yayılması üzrə fəaliyyət çox vaxt  

məhdudlaşdırılmışdır. Qanun açıq  şəkildə  bəyan edir ki, əcnəbilərə hansısa bir 

dinin yayılması ilə məşğul olmaq qadağandır və Hökumət bu müddəaya qətiyyətlə 

əməl edir. 2007-ci ilin iyul ayında Xaçmaz rayonunun hakimiyyət orqanları din 

yayılması üzrə qanunsuz fəaliyyətdə iki İeqova  Şahidini günahlandıraraq rayon 

ərazisindən çıxarmışdır.  İslam missioner qruplarının (xüsusilə iranlılar və sünni 

sələfilər) ölkədəki fəaliyyəti Hökuməti narahat etmiş  və o həmin qrupların 

fəaliyyətlərini məhdudlaşdırmışdır. 

 

Bəzi müsəlmanlar  şikayət etmişdir ki, DQDK guya “Vəhabi” terminini əsassız 



olaraq mömin müsəlmanlara ləkə atmaq üçün istifadə etmişdir. Yerli Protestant 

Xristianlar iddia etmişdir ki, DQDK-nin sədri Orucov onlara hörmətsiz yanaşmış 

və onların təşkilatlarını “sekta” adlandırmışdır. 

 

Qanun DQDK-nın icazəsi olduğu təqdirdə dini ədəbiyyatın hazırlanması  və 



yayılmasına məhdudiyyət qoymur. Bununla belə, səlahiyyətli rəsmilər dini 

ədəbiyyatın idxalına və yayılmasına seçim əsasında məhdudiyyətlər qoymuşdur. 

Dini ədəbiyyatın idxalı üçün icazənin alınması yorucu proses olaraq qalır və həm 

Islam həm də Xristian qrupları bu barədə öz şikayətlərini bildirmişdir. Hesabat 

dövründə, ölkənin bir neşə ərazisində radikal islam ədəbiyyatının polis tərəfindən 

müsadirə edilməsi halları barədə məlumatlar daxil olmuşdur. Qeyd etmək lazımdır 

ki, DQDK bəzi dini ədəbiyyatın idxalını asanlaşdırmışdır və bu da prosesin 

gedişatını müəyyən dərəcədə mükəmməlləşdirmişdir, baxmayaraq ki bu sahədə 

məmurların şəxsi fikri aparıcı rol oynayır. 

 

Dini təhsil ilə bağlı xaricə getmək məsələləri Hökümət tərəfindən nizamlanır. 



Xaricə dini təhsil almaq üçün getmək istəyən  şəxslər DQDK-dən və  Təhsil 

Nazirliyindən icazə almalıdır. 

 

Səlahiyyətli orqanlar müsəlmanlara pasport və digər rəsmi sənədlər üçün örtük 



başla fotoşəkil çəkdirməyə imkan yaratmamışdır. Qanuna əsasən təhsil və digər 

dövlət müəssisələrində  şəxslərə baş örtüyündən istifadə etmək qadağan edilmir. 

Lakin təcrübədə  səlahiyyətli orqanlar universitet rəhbərlərinin qarşısında 

mədudiyyətlər qoymuşdur ki, onlar baş örtüyündən istifadə edən qadınlara təzyiq 

göstərsinlər. 2007-ci ilin sentyabr ayında Azərbaycan Pedaqoji İnstitutunun rektoru 

tələbələrə baş örtüyü ilə  məşğələ otaqlarına daxil olmağı qadağan etmişdir.  İlkin 




AZERBAIJAN

 

6



olaraq qadın tələbələr bu qadağaya riayət etməkdən boyun qaçırdılar lakin həmin 

ay bir qədər sonra rektor onları baş örtüyü taxmamağa məcbur etdi.  

 

Dini Azadlığın Pozulması  

 

Bəzi rəsmilər tərəfindən dini azadlığın pozulması ara-sıra baş verməkdə davam 



edir. Bir çox hallarda bu pozulmalar sələfilik, yevangelik xristianlığı və digər 

qeyri-ənənəvi dinləri qəbul edən etnik azərbaycanlılara qarşı yaranan qərəzli 

münasibətdə özünü büruzə verir. 

 

2008-ci ilin iyun ayında polis Əliabad kəndində pastor Həmid Şabanovu qeyri-



qanuni silah saxlamaqda günahlandıraraq həbs etmişdir.  Yerli baptist icmasının 

üzvləri bildirmişdir ki, polis silahı Şabanovun evinə əvvəlcədən atmışdır. 2008-ci 

ilin mart ayında həmin icmanın digər pastoru Zaur Balayev prezidentin geniş əfv 

fərmanı əsasında azadlığa buraxılmışdır. 2007-ci ilin iyul ayında dini ibadət 

zamanı baş vermiş polis reydi zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına 

müqavimət göstərməkdə günahlandırılmış Balayevə iki il həbs cəzası verilmişdir. 

Yerli baptistlər iddia etmişdir ki, Balayev polisə müqavimət göstərməmişdir, onu 

hökumət dini etiqadına görə həbs etmişdir.  

 

2008-ci ilin iyun ayında İeqova Şahidlərinin Bakının kənar ərazilərində yerləşən 



şəxsi mənzillərdə  keçirilən iki dini mərasiminə polis müdaxilə etmişdir. Hər iki 

halda polis iştirakçıların bəzilərini bir neçə saatlığa tutub saxlamış sonra heç bir 

ittiham irəli sürmədən azad buraxmışdır.  

 

2008-ci ilin yanvar ayında Bərdə rayonunun polisi bəzi İeqova Şahidlərini bir neçə 



saatlığa tutub saxlamış  və dini ədəbiyyatı müsadirə etmişdir. DQDK-nın 

məlumatına  əsasən bu dini icma yalnız Bakı  şəhərində  fəaliyyət göstərmək üçün 

qeydiyyatdan keçirilmişdir.  

 

2007-ci ilin dekabr ayında polis şəxsi mənzildə keçirilən və 20 nəfər Yeddinci 



Günün Adventistlərinin iştirak etdiyi dini ibadət mərasiminə müdaxilə etmiş, 8 

nəfəri həbs etmiş  və bir neçə saat saxlamışdır. Polis həmin  şəxsləri qanunsuz 

toplaşmaqda ittiham etmişdir.   

 

2007-ci ilin oktyabr ayında, məhkəmə dini baxışlarına görə hərbi xidmətdən imtina 



edən  İeqova  Şahidi Samir Hüseynovu 10 ay müddətinə azadlıqdan məhrum 

etmişdir. 2008-ci ilin may ayında Hüseynovun barəsində  çıxarılmış hökmü 

Apelyasiya Məhkəməsi qüvvədə saxlamışdır lakin elə həmin ay Hüseynov azadlığa 

buraxılmışdır. Yerli hüquq müdafiəçiləri hökuməti alternativ hərbi xidmət 

sistemini yaratmadığına görə  tənqid etmişdir. Ieqova Şahidləri bildirmişdir ki, 



AZERBAIJAN

 

7



İnsan Hüquqları üzrə Avropa Konvensiyasına qoşulan dövlət alternativ hərbi 

xidməti sistemini tətbiq etməyə borcludur. Hökumət rəsmiləri məlumatlara əsasən 

hərbi xidmətə dair bu cür mövqeni tənqid etmiş və Dağlıq Qarabağ münaqişəsi həll 

edilmədiyi bir dövrdə bu yanaşmanı "satqınçılıq" və "ictimaiyyətin mənəviyyatını 

pozan" kimi qələmə vermişdir.  

 

2007-ci ilin sentyabrında polis Sumqayıtda  şəxsi evdə keçirilən  İeqova 



Şahidlərinin dini mərasiminə müdaxilə etmiş və iştirakçıların birini qısa müddətə 

tutub saxlamışdır.  

 

2007-ci ilin ikinci yarısında Hökumət bir sıra islamçılıq fəaliyyətləri üzərində 



nəzarəti gücləndirmişdir. Məlumatlara  əsasən bu özünü dini proqramları efirə 

verməməsi üçün televiziya kanallarına göstərilən təzyiqlərdə, metro stansiyalarında 

dini ədəbiyyatın satışına qadağa qoyulmasında və tədris proqramının yoxlanılması 

məqsədilə 19 mədrəsənin bağlanılmasında özünü büruzə vermişdir. Hesabat 

dövründə bir sıra məlumatlara  əsasən rəsmi orqanlar təxmin edilən islamçı 

radikalları həbs etmiş, onların saqqallarını qırxmış, silah və qadağan edilmiş islam 

ədəbiyyatını müsadirə etmişdir. Yerli şərhçilər məlumat vermişdir ki, sələfilər 

xüsusilə  şimal rayonları olan Zaqatala, Quba və Xaçmazda fəal olmuşdur. Onlar 

tənqidi olaraq bildirmişdir ki, hökumət çox vaxt ekstremist və dinə itaət edən 

müsəlmanlar arasında fərq qoymağı bacarmır.  

 

 

Güclə Dinini dəyişməyə Məcbur Etmə 



 

Birləşmiş Ştatlardan oğurlanmış və ya qeyri-qanuni olaraq çıxarılmış azyaşlı ABŞ 

vətəndaşları daxil olmaqla ğüclə dini dəyişməyə  məcbur etmə  və ya belə 

vətəndaşların yenidən ABŞ-a qayıtmasına icazə verməkdən imtina etmə barədə heç 

bir məlumat verilməmişdir.  

 

 



Dini Azadlıqlara hörmət edilməsi sahəsində vəziyyətin yaxşılaşması 

 

2008-ci ilin mart ayında Katolik kilsəsinin arxiyepiskopu və bir sıra dövlət 



rəsmiləri Bakıda yeni Katolik kilsənin açılışında iştirak etmişdir. Keçmiş prezident 

Heydər  Əliyev kilsə üçün Vatikana torpağı keçmiş Roma Papası  İoann Pavel II 

ölkəyə 2002-ci ildə etdiyi səfəri zamanı ayırmışdır.  

 

Ölkədəki bəzi dini qruplar onların azad şəkildə  fəaliyyət göstərmələri üçün 



vəziyyətin yaxşılaşması barədə də xəbər vermişdir.  

 

 



 


AZERBAIJAN

 

8



 

Bölüm III. İctimai Münasibətlər və Ayrıseçkilik 

 

Hesabat dövründə dini baxışlara və  məzhəblərə  mənsubluğa görə ayrıseçkilik 



halları haqqında məlumatlar alınmışdır. Qeyri-islam dinlərini qəbul edən 

müsəlmanlara qarşı olan qərəzli fikir və həmin dinləri yayan qruplara, xüsusəndə 

yevangelik xristian və digər missioner qruplara qarşı düşmənçilik hissləri 

mövcuddur. Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi belə bir vəziyyəti daha da 

gücləndirmişdir.  

 

Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi nəticəsində azərbaycanlılar və 



ermənilər arasındakı sərtləşmiş düşmənçilik mövcud olaraq qalmaqdadır. Ölkənin 

etnik erməni separatçıları  tərəfindən nəzarət edilən  ərazilərini bütün etnik 

azərbaycanlılar tərk etmiş  və oradakı dağıdılmamış  məscidlər fəaliyyət 

göstərməmişdir. Ölkənin hər yerində etnik ermənilərə qarşı mövcud olan 

düşmənçilik onların bir çoxunu 1988-1990-cı illərdə ölkəni tərk etməyə  məcbur 

etmişdir və  əksəriyyəti on ildən də  əvvəl baş vermiş etnik iğtişaşlar nəticəsində 

zərər çəkmiş kilsələr də daxil olmaqla bütün erməni kilsələri bağlı olaraq qalır. 

Nəticədə qiymətləndirmələrə  əsasən ölkədə qalan 10,000-dən 30,000 qədər etnik 

erməni özlərinin ənənəvi ibadət yerlərinə gedə bilmirlər.  

 

Əvvəlki hesabat dövrlərində olduğu kimi qəzetlər və televiziya “qeyri-ənənəvi” 



dini qrupları milli özünüdərketmə prosesinə  və ölkədə  bərqərar olmuş etiqadlar 

arası harmoniya ənənəsinə zərər yetirən təhlükə kimi təsvir etmişdir.  

 

Hesabat dövründə ölkədə  vəhabi və xristian missionerlərinin fəaliyyətini tənqid 



edən məqalələr qəzetlərdə  dərc edilmişdir. Müəyyən dərəcədə siyasi İslamı 

yaymağa çan atdıqları düşünülən və beləliklə də sülh və sabitliyə təhlükə olduqları 

qəbul edilən xarici müsəlman missionerlərinin (əsasən iranlılar və  vəhabilər) 

fəaliyyətinə qarşı da mənfi mövqe mövcud olmuşdur. Media vasitələri hökumətin 

qeyri-qanuni fəaliyyətlə məşğul olduqlarını iddia etdiyi bəzi müsəlman icmalarını 

hədəfə almışdır.  

 

Bölüm 4. ABŞ Hökumətinin Siyasəti 

 

ABŞ hökuməti özünün insan haqqlarının təşviqi üçün apardığı ümumi siyasətinin 



bir hissəsi kimi ölkə hökuməti ilə dini azadlıqlar məsələlərini də müzakirə edir. 

Hesabat dövründə ABŞ səfirliyinin məsul işçiləri qeydiyyat prosesi və ümumilikdə 

qeyri-ənənəvi dini qruplara qarşı mövcud olan münasibət ilə bağlı rəsmi mövqeyi 

DQDK sədrinə çatdırmış və hökumətin dini azadlığa dair digər vəzifəli şəxslərə və 

mətbuata bəyan etdiyi fikirlər barədə Səfirliyin narahatçılığını bildirmişdir.  



AZERBAIJAN

 

9



 

Səfirlik təkrarən dini ədəbiyyyata qarşı mövcud olan senzuraya dair öz etirazını 

bildirmişdir.  

 

Səfir və Səfirliyin əməkdaşları aparıcı müsəlman, xristian və yəhudi din rəsmiləri 



ilə sıx əlaqələr saxlayır və dini azadlığın monitorinqini həyata keçirmək məqsədilə 

mütəmadi olaraq qeyri-ənənəvi dini qrupların üzvləri ilə görüşür. Səfir və 

Səfirliyin  əməkdaşları  həm də dini azadlıq məsələləri ilə  məşğul olan qeyri-

hökumət təşkilatları ilə sıx və yaxın əlaqələr saxlayır.  



 

Yüklə 205,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə