Azərbaycan 2009-4 mehdi HÜseyn 100



Yüklə 212,63 Kb.
Pdf görüntüsü
tarix28.06.2018
ölçüsü212,63 Kb.
#52184


Azərbaycan 2009-4 

 

 



MEHDİ HÜSEYN – 100 

   


Vaqif YUSİFLİ 

SƏMƏNDƏR QUŞU 

MEHDİ HÜSEYN - NASİR VƏ DRAMATURQ 

 

   



 

Mehdi Hüseyn haqqında düşünəndə, ilk növbədə, onun bədii nəsri gözlərim qarşısında canlanır. 

İlk  hekayəsi  "Qoyun  qırxını"ndan  (1927)  tutmuş  sonuncu  romanı  "Yeraltı  çaylar  dənizə  axır"a 

(1964-1965) qədər böyük bir ədəbi  irs qoyan M.Hüseyn XX əsr Azərbaycan nəsrinin  görkəmli 

nümayəndələrindən  biridir.  Ədəbiyyat  tarixində  hər  sənətkarın  (söhbət  iz qoyan  sənətkarlardan 

gedir-V.Y.) öz yeri var və bu sənətkarlardan birinin də üzərindən xətt çəkmək mümkün deyildir. 

Bu mənada XX əsr Azərbaycan nəsrini Mehdi Hüseynin nəsri olmadan təsəvvür etmək bir az çə-

tin olardı. "Abşeron"suz, "Qara daşlar"sız, "Daşqın"sız, "Tərlan"sız bu nəsr qiymətli bir guşə da-

şını 

itirərdi. 



Mehdi Hüseyn sovet dövründə yaşayıb -yaratmışdı və indi bir çoxları "sosialist realizmi" dövrü-

nə inkar mövqeyindən yanaşsa da, guya həmin dövrü yeni meyarlarla qiymətləndirsə də, biz bu 

böyük yazıçıdan itkiyə uğrayası heç nə görmürük. Bəli, həqiqətdir ki, Mehdi Hüseyn bütün yara-

dıcılıq parametrlərinə görə öz dövrünün, zamanının yazıçısı idi və təbii ki, həmin dövrün gerçək-

liklərini  əks  etdirirdi.  Amma  necə?  Sənətkarlıqla...  Bu  gün  -XXI  əsrin  Azərbaycan  oxucusu 

Mehdi  Hüseyn  nəsri  vasitəsilə  keçən  əsrin  əvvəllərində  baş  verən  inqilabi  hadisələr,  vətəndaş 

müharibəsi,  Sovet  hakimiyyətinin  qurulması,  kollektivləşmə  dövrü,  şəxsiyyətə  pərəstiş  illəri, 

İkinci Dünya savaşı, daha sonra dinc quruculuq dövrü barədə müəyyən təsəvvür əldə edəcəkdir. 

O oxucu lap qatı antisovetçi olsa belə, Mehdi Hüseynin rəğbətlə təsvir etdiyi inqilabi hadisələri 

yaxud kommunist-yazıçı platformasından doğan tendensiyanı inkar etsə belə, sonda yenə qarşıda 

bədii 

sənətkarlıqla 



yaradılan 

möhtəşəm 

obrazların 

durduğunu 

təsdiq 

edəcək. 


Mehdi Hüseyn Azərbaycan nəsrinin yeni bir mərhələsinin banilərindən biri idi. Bu sırada Mirzə 

İbrahimovun, Süleyman Rəhimovun, Əbülhəsənin,  Mir Cəlalın, Əli  Vəliyevin,  İlyas Əfəndiye-

vin,  Sabit  Rəhmanın,  Ənvər  Məmmədxanlının  da  adlarını  çəkirik  və  bu  yazıçılar  doğrudan  da 

Azərbaycan nəsrini yeni bir məcraya yönəltdilər. Azərbaycan cəmiyyətinin XX əsrdə-Şura inqi-

labından sonrakı reallıqları, ictimai-mənəvi prosesləri ilk dəfə məhz bu sənətkarların əsərlərində 

öz 


əksini 

tapdı. 


Onun nəsrindən söz açarkən, ilk növbədə, bu nəsrin milli səciyyəsi üzərində dayanmaq lazımdır. 

Dünya ədəbiyyatının incilərinə yaxşı bələd olan M.Hüseyn hər hansı ədəbiyyatın bir başqa ədə-

biyyat  üzərində  yüksəlməsini  arzuolunmaz  hal  hesab  edirdi.  O,  vəfatından  bir  neçə  gün  qabaq 

yazdığı "Yeni üfüqlərə doğru" məqaləsində qeyd edirdi ki: "Həqiqi ədəbiyyat unifikasiya yolu ilə 

deyil, özünəməxsus milli obrazlar sistemini, milli şəkil zənginliyini və üslub orijinallığını yarat-

maq  yolu  ilə  irəliləyir.  "Ölülər"  "Müfəttiş"in  eyni  olsaydı,  biz  onunla  öyünə  bilməzdik.  Yaxud 

"Vaqif" "Puşkin" dramına bənzəsəydi, bizi bu qədər sevindirməzdi. Unutmaq lazım deyil ki, bə-

dii əsərdə müəyyən bir xalqın tarixi ənənələri, təfəkkür tərzi, hiss və duyğuları və hətta dil xüsu-

siyyətləri əks olunur". M.Hüseyn nəsri də məhz bu xüsusiyyətləri özündə əks etdirən bir nəsr idi. 

O, nəsrin bütün janrlarında qələmini sınamışdır- hekayə, povest, roman... Özü də, ürəyinə yatdığı 

mövzunu hekayədəmi, povestdəmi, romandamı əks etdirməyi müəyyənləşdirməkdə heç bir çətin-

lik çəkməmişdir. 1930-cu ildə nəşr etdirdiyi "Xavər" və "Bahar suları" kitablarındakı ilk hekayə-

ləri  qadın  azadlığına,  Azərbaycan  kəndinin  inqilabdan  əvvəlki  və  sonrakı  mənzərəsinə,  cəmiy-



yətdə gedən yeniliklərə həsr edilmişdi. Doğrudur, onun ilk hekayələri sonrakı əsərləri ilə müqa-

yisədə  sənətkarlıq  baxımından  bitkin  deyildi,  açıq-aşkar  təcrübəsizlik  və  hətta  səriştəsizlik  hiss 

olunurdu. Amma həmin hekayələr M.Hüseynin bilavasitə real həyati müşahidələrindən doğmuş-

du. O zaman Mehdi Hüseynin cəmi iyirmi bir yaşı vardı. Bu hekayələrdə konflikt öz kəskinliyi 

ilə seçilirdi, bu konfliktlər sinfi münasibətlər üzərində qurulurdu və çox zaman sinfi münasibətlə-

ri kəskinliyilə qabartmaq bədiiliyə xələl gətirirdi. Məsələn, "Bahar suları" hekayəsinin qəhrəmanı 

Qeysər  əri  Hidayətin  əxlaqsızlığına,  mənəvi  pozğunluğuna  qarşı  mübarizə  aparır,  öz  hüququnu 

müdafiə edir. Müəllif sinfi münasibəti qabartmaq üçün Hidayətin inqilabdan əvvəl bolşeviklərə 

qarşı vuruşduğunu yada salır, onun "ifşası" bir qəzet məqaləsində öz əksini tapır. "Xavər" heka-

yəsində də yenə ər-arvad konflikti ortaya qoyulur. Şura sədri vəzifəsinin öhdəsindən gələ bilmə-

yən, bu vəzifədə ikən rüşvət alan Çərkəz elə öz evindəcə "ittiham" olunur - "Siyasət bunu tələb 

edir" deyə arvadı Xavər və oğlu ondan üz döndərirlər, iş kənd şurasına çıxarılır və Çərkəz həbs 

olunur. Onun  yerinə isə Xavər seçilir. Göründüyü kimi,  hər iki hekayədə siyasilik aparıcı  xəttə 

çevrilir.  Təbii  ki,  bu  günün  ictimai-siyasi,  lap  elə  ədəbi  meyarları  ilə  yanaşdıqda,  bu  hadisələr 

gülünc təsir bağışlayacaq. Amma bu, o dövrün diqtəsi idi və təkcə M.Hüseynin deyil, digər yazı-

çıların da hekayələrində oğulun ataya, qadının öz ərinə, yaxud qardaşın öz qardaşına qarşı belə 

açıq 

mübarizəsi 



təbii 

idi, 


quruluşun 

özündən 


doğan 

bir 


hal 

idi. 


Mehdi Hüseyn öz hekayələrində inqilabdan əvvəlki dövrün hadisələrini də təsvir edirdi və qeyd 

edək ki, onun bu mövzuda yazdığı əsərlər daha təsirli və emosional idi, bədiilik baxımından da 

uğurlu idi. Məsələn, "Kor at" hekayəsində Süleyman bəy cıdır yarışında birinciliyi ələ alan Kərə-

mi 


qətlə 

yetirir, 

bu 

səhnə 


oxucunu 

sarsıdır. 

Mehdi Hüseynin hekayə yaradıcılığı sonrakı illərdə də davam edir. Onun müharibə illərində yaz-

dığı  "Nişan üzüyü",  "Bəxtiyar",  "Satqın", "Qanlı sular", "Dost",  "Çiçəklər" hekayələri xüsusilə 

maraq doğurdu. Bu hekayələrdə müharibə, ölüm-dirim savaşı ilə bağlı insanların psixologiyasın-

da yaranan dəyişikliklər daha çox diqqəti cəlb edir. "Bəxtiyar" hekayəsində iki Bəxtiyar üz-üzə 

gəlir. Onlardan biri igid Bəxtiyardır ki, on bir faşistlə döyüşdən qalib çıxmışdır. İkinci Bəxtiyar 

isə ani zəiflik nəticəsində vuruşdan çəkinmiş, indi xəcalət içində başını aşağı salmışdır. O bilir 

ki, bununla nəinki özünü gözdən salmış, millətinin də adına yamanlıq gətirmişdir. "Mən azərbay-

canlı  adını  üstümdən  götürməyə  heç  vaxt  razı  olmaram...  İzin  verin,  günahımı  öz  qanımla  yu-

yum"  deyib,  döyüşə  yollanır,  bayrağı  təpənin  zirvəsinə  sancaraq  qəhrəmanlıqla  həlak  olur. 

Müharibə illərində ədəbiyyatımızda geniş  epik  lövhələrlə müşayiət  olunan romanlar, povestlər, 

demək olar ki, barmaqla sayılacaq qədərdi. Bunun da öz səbəbləri vardı. Müharibə dövrü həqi-

qətlərini əks etdirmək üçün operativ janrlar (şeirlər, publisistik məqalələr, cəbhə xatirələri) daha 

çox "hərəkətdə" idi. Amma Mehdi Hüseyn müharibənin son illərində "Fəryad" povestini qələmə 

aldı. Povestdə, demək olar ki, döyüş səhnələri təsvir olunmur, amma bu əsər müharibə və onun 

törətdiyi faciələr haqqında bitkin bir təəssürat yaradır. Əsərdə hadisələr Krımın kiçik sahil şəhər-

lərinin birində cərəyan edir, Qızıl Ordu hissələri müvəqqəti olaraq bu şəhəri tərk ediblər. Şəhərin 

sakinləri ümidsizliyə qapılıblar. Qoca rəssam Levin də onlardan biridir. O, faşistlərin törətdiyi ci-

nayətlərin  şahidi  olur,  qəlbində  intiqam  hissləri  alovlanır.  Düşmənlər  ona  faşistlərin  "zəfərini" 

təsvir edən bir tablo çəkməyi təklif edirlər. Levin isə "Fəryad" adlı antifaşist tablo yaradır və bu-

na görə güllələnir. Əsər haqqında görkəmli tənqidçi Məmməd Arif gözəl bir məqalə yazmış, po-

vestin uğurlu və həm də nəzərə çarpan qüsurları barədə öz təəssüratlarını bildirmişdi. M.Arif ya-

zırdı:  "Fəryad"  povesti  mənəvi  qəhrəmanlıq  povestidir.  Vətən  müharibəsinə  həsr  edilmiş  nəsr 

əsərləri  içərisində  bu  povest  öz  mövzu  və  ifadə  üsulu  etibarilə  yenidir". 

Mehdi  Hüseynin  nəsr  yaradıcılığında  elə  bir  nümunənin  adını  çəkə  bilərik  ki,  həmin  nümunə 

Azərbaycan hekayə sənətində həmişə örnək hesab edilir, bu janrda  yazılmış əsərlərdən söz dü-

şəndə onun da adı birincilər sırasında çəkilir. Bu, ədibin "Rəqiblər" hekayəsidir. Həmin hekayə 

sovet  dövründə  yazılsa  da,  əslində,  bu  hekayə  ilə  yazıçı  sovet  quruluşunun  yaratdığı  qüsurları 

tənqid hədəfinə çevirir. Əsas mətləb heç də istehsalat problemi deyil. Yazıçı iki insanın - iki qüv-

vətli  xarakterin  mənəvi  çarpışmasını  bədii  konfliktin  mehvərinə  çevirir.  İki  qocaman  neftçi  - 

Heybət və Pirvəli - iki dost indi bir-birinə qənim kəsilmişlər. Hətta Pirvəli "onun qanını içsəm, uf 

da  demərəm"  söyləyir.  Münaqişənin  əsasında  isə  cəmiyyətin  -  sosializm  quruluşunun  yaratdığı 



əngəlliklər durur. Usta Heybət Sosialist Əməyi Qəhrəmanı pilləsinədək bir yol keçib, radio, mət-

buat,  televiziya  ondan  danışır,  deputat  seçilir.  Amma  eyni  nailiyyətləri  qazanan  usta  Pirvəlisə 

unudulur. Hekayənin sonluğu isə bu mübahisəyə bir hüzn və ələm gətirir. Usta Heybət dənizdə 

həlak olur. Çoxlarının gözləmədiyi halda usta Pirvəli rəqibinin cənazəsi önündə hönkür-hönkür 

ağlayır. 

Mehdi  Hüseyn  Azərbaycan  nəsrini  bir  sıra  povest  və  romanlarla  da  zənginləşdirmişdir.  Bu  po-

vest və romanların bir çoxu təkcə onun deyil, ümumən Azərbaycan sovet nəsrinin də keçdiyi yo-

lu izləmək baxımından maraq doğurur. Belə ki, 1931-1935-ci illərdə Mehdi Hüseyn "Daşqın" ro-

manını yazır. Bu, Azərbaycan sovet romanının ilk nümunələrindən biri idi. Həmin illərdə yazıl-

mış  romanların  əsas  mövzusunu  isə  Sovet  hakimiyyəti  uğrunda  gedən  mübarizə  təşkil  edirdi. 

Otuzuncu illərdə o, "Tərlan" romanını da yazdı. Bu əsərdə Azərbaycanda kollektivləşdirmə uğ-

runda gedən mübarizə təsvir olunurdu. Həmin illərdə qələmə alınan "Kin" povestində isə müəllif 

inqilab ərəfəsində olan bir Azərbaycan kəndini  təsvir edir, iki gəncin  sevgisindən söz açır, mə-

həbbətin heç bir maneəyə baxmayaraq qalib gəldiyini, feodal-patriarxal həyat tərzinin sarsıldığı-

nı göstərir. Əlbəttə, bu əsərlərdə o dövrün həqiqətlərinin yeni quruluşun - sosializm cəmiyyətinin 

mövqeyindən  təsvir  olunması  bizi  o  qədər  də  maraqlandırmır.  Bizi  maraqlandıran  odur  ki,  bu 

əsərlərdə canlı, həyati insan obrazları var. Mehdi Hüseyn bu obrazları çox real və inandırıcı təs-

vir 


edirdi. 

Mehdi Hüseyn Azərbaycan tarixi nəsrinin də inkişafında mühüm rol oynamışdır. Onun "Komis-

sar" povesti, "Səhər" romanı tarixi mövzudadır. Bu əsərlərdə də o, inqilabi hadisələri, bu hadisə-

lərdə  ayrı-ayrı  şəxsiyyətlərin  rolunu  diqqət  mərkəzinə  çəkmişdir.  Öncə  dediyimiz  bir  fikri  bu 

əsərlər barədə də söyləyə bilərik: onun əsərlərində müxtəlif siniflərin nümayəndələri üz-üzə gəl-

sələr də, bolşeviklərə rəğbət, kapitalistə nifrət təbliğ olunsa da, yazıçı canlı, yaddaqalan, unudul-

mayan insan xarakterləri yaratmışdır. M.Hüseyn təkcə tarixi nəsr nümunələri yaratmaqla kifayət-

lənməmiş, tarixi nəsrin səciyyəvi xüsusiyyətlərini əks etdirən məqalələr də yazmışdır. Məsələn, 

onun "Yazıçı və tarix" məqaləsi bu gün də öz aktuallığını saxlayır. Həmin məqalədə M.Hüseyn 

yazırdı: "Əgər tarixçi ayrı-ayrı faktlar əsasında müəyyən elmi nəticələr çıxarmaq yolu ilə gedirsə

yazıçının çıxardığı nəticələr bədii surətdə əks etdirilən hadisələrin ümumi məntiqindən, fərdiləş-

dirilmiş insan surətlərinin bir-birinə qarşı münasibətindən doğur. Tarixçi dövrün ümumi ictimai 

münasibətlərini əks etdirirsə, yazıçı ən çox dövrün psixologiyasını təşrih edir. Tarixçi psixoloq 

deyildir. Lakin sənətkar psixoloq olmalıdır. Bunsuz tarix elmi yaransa da, tarixi-bədii əsər yarana 

bilməz". Bu mülahizələrə M.Hüseyn tarixi  mövzuda  yazdığı nəsr əsərlərində, həmçinin  pyeslə-

rində 


də 

riayət 


etməyə 

çalışırdı. 

Bu məqamda biz onun "Nizami", "Cavanşir" və "Şeyx Şamil" tarixi pyesləri haqqında qısaca söz 

açmaq 


istəyirik.  

Mehdi Hüseyn dramaturgiyaya Böyük Vətən müharibəsindən əvvəl tamaşaya qoyduğu "Şöhrət" 

pyesi  ilə  gəlmişdi.  Sonra  İlyas  Əfəndiyevlə  birgə  "İntizar"  dramını  yazmışdı.  Daha  sonra  Ə.-

Məmmədxanlı ilə müştərək "Fətəli xan" kino-dramını qələmə almışdı. Deməli, bu janrda müəy-

yən təcrübə qazanmışdı. Tarixi mövzuda dram əsərləri yazmağa onu hansı mənəvi qüvvə təhrik 

edirdi? İlk növbədə, onun tarixə, tarixi şəxsiyyətlərə və hadisələrə müasirlik mövqeyi aydın du-

yulurdu.  Mehdi  Hüseynin  "Yazıçı  və  tarix"  məqaləsinə  bir  daha  qayıdaq.  Həmin  məqalədə 

M.Hüseyn  sanki  bir  neçə  ildən  sonra  yazacağı  "Nizami"  pyesinə  işarə  edib  yazmışdı:  "Nizami 

dövrünün ədəbi dili Azərbaycan dili də ola bilərdi, çünki Nizamiyə qədər xalqımız "Dədə Qor-

qud" dastanını  yaratmışdı. Heç də təsadüfi deyildir ki, şirvanşahlar hər zaman Kəyan nəslindən 

olduqlarını iddia edirdilər. Şirvanşahların mənşəyi haqqında rəylər onların azərbaycanlı olduqla-

rını təsdiq edir. Lakin  yazıçı onların siyasətinə tamamilə haqq verməyə məcbur deyildir, çünki 

Şirvanşah sarayının Nizamiyə münasibətindən bəhs edən yazıçı, Nizaminin dövlət haqqında gö-

rüşləri  ilə  rəsmi  dövlət  xadimlərinin  görüşündəki  fərqi  və  onların  arasındakı  ixtilafı  pərdələyə 

bilməz. 

Bunsuz 


roman 

və 


ya 

dram 


əsəri 

yarana 


bilməz". 

"Nizami" pyesində M.Hüseyn dahi şairin yalnız gənclik illərini təsvir etmişdir. Amma onu böyük 

vətənpərvər və böyük insan kimi canlandırmağa elə bu qısa zaman kəsiyi də kifayət edir. Pyesdə 

Nizami bir şəxsiyyət kimi dövrünün şahlarından, hökmdarlarından böyükdür. Müəllif onun şəx-




sində  xalq  müdrikliyini  təcəssüm  etdirmişdir.  Həmin  dövrdə  bir  çox  müəlliflər  (Mirzə  İbrahi-

mov, Məmməd Arif, Əkbər Ağayev) haqlı olaraq qeyd edirdilər ki, bu əsərlə S.Vurğunun "Va-

qif" pyesi arasında üzvi bir yaxınlıq var, hətta "Nizami"ni də tarixi-qəhrəmanlıq dramı kimi təq-

dim edirdilər və, əlbəttə, bu məsələdə haqlı idilər. Çünki "Vaqif"də olduğu kimi, "Nizami" pye-

sində də xarici işğalçılara qarşı mübarizə motivi aparıcı xətti təşkil edirdi. Vaqif kimi Nizami də 

bu mübarizədə xalqa mənəvi dəstək olur. "Nizami"dən sonra M.Hüseyn "Cavanşir" pyesini qələ-

mə alır və bu əsərdə də "Nizami"dəki ideyanı davam etdirir. Ancaq fərq orasındadır ki, "Cavan-

şir"də o, ağıllı bir şah və sərkərdə obrazını yaradır. "Şeyx Şamil" pyesinə gəldikdə isə M.Hüseyn 

xalqın azadlıq mübarizəsini canlandırır, Şeyx Şamilin simasında rus istilasını qəbul etməyən mə-

tin  bir  sərkərdə  və  din  rəhbəri  obrazını  dramaturgiyaya  gətirməklə  əvvəlki  iki  pyesdəki  tarixi 

qəhrəmanlıq ruhuna sadiq qalır... Təəssüf ki, bu pyes məlum səbəblərə görə tamaşaya qoyulmur. 

Mehdi  Hüseynə  böyük  şöhrət  qazandıran,  onu  təkcə  Azərbaycanda  deyil,  o  zaman  bütün  SSRİ 

miqyasında tanıdan əsər  isə "Abşeron" romanı  oldu. Bu  romanın  məziyyəti  nədə idi? Birincisi, 

romanın yazılmasında dövrün, zamanın müəyyən diqtəsini duysaq da (unutmayaq ki, Mehdi Hü-

seyn sovet ədəbiyyatının görkəmli mübəlliğlərindən biri idi, o, bu ədəbiyyatın ideyalılığı uğrun-

da daim mübarizə aparırdı və öz bədii əsərlərində buna riayət etməyə çalışırdı), əsər real həyatı 

sənətkarlıqla əks etdirmək baxımından parlaq bir nümunə idi. Doğrudur, istehsalat xətti, neftçilə-

rin peşə fəaliyyətinin, onların gördükləri işin bəzən yerli-yataqlı təsvir edilməsi romana bir texni-

sizm gətirirdi, amma canlı insan xarakterlərinin təsviri bütün bunları unutdururdu. İkincisi, "Ab-

şeron" romanı Azərbaycanı və Bakını, onun maddi sərvəti olan nefti dünyaya tanıtmaq mənasın-

da çox böyük əhəmiyyətə malik idi. Belə əsərlərin sayı isə o zaman çox az idi. Üçüncüsü, Böyük 

Vətən müharibəsindən sonra kəndli cavanların şəhərə - Bakıya axını başlanmışdı və M.Hüseyn 

üçün bu proses çox maraqlı mövzu idi. M.Hüseyn bu cavanların daxili-mənəvi təkamülünü izlə-

yib onların  yeni mühitə necə uyğunlaşdığını izləmək üçün tez-tez neft mədənlərində olurdu. O, 

Tahir obrazını da məhz bu daxili-mənəvi təkamül prosesindən keçirə-keçirə qəhrəman səviyyəsi-

nə yüksəldir. Mərhum yazıçımız İsmayıl Şıxlı "Mehdi Hüseyn" adlı məqaləsində yazırdı: "Mehdi 

Hüseyn Bakı neftçilərinin həyat və mübarizəsini əks etdirə biləcək iri həcmli kamil bir əsər yaz-

maq qərarına gəlir. Bunun üçün də uzun müddət neft mədənlərində fəhlələrin həyatını, əhval-ru-

hiyyəsini öyrənir. Geoloq Ağaqurban Əliyev bunları xatırlayaraq yazır: "Mehdi ilin hər fəslində, 

hər  cür  havada  dəniz  buruqlarına  gələrdi.  O,  təcrübəli  qocaman  neftçilərlə  söhbət  edər,  cavan 

fəhlələrin  işinə  saatlarla  tamaşa  edərdi".  O  dövrdə  yazılmış  bir  çox  əsərlərdən  fərqli  olaraq 

M.Hüseyn təqdim etdiyi obrazı çətinliklərdən, burulğanlardan keçə-keçə təsvir edirdi. Əsər haq-

qında o zaman Z.Kedrina, K.Zelinski, Q.Korabelnikov, L.Klimoviç, P.Skosıryev, N.Çertova ki-

mi tanınmış rus müəllifləri, həmçinin S.Vurğun, M.Arif, M.İbrahimov müsbət fikirlər söylədilər, 

onu təkcə Azərbaycan ədəbiyyatının deyil, bütün sovet ədəbiyyatının nailiyyəti kimi qiymətlən-

dirdilər. Biz bu yubiley yazısında "Abşeron" romanını təhlil eləmək, onun çağdaş ədəbiyyatımız 

üçün də bir nümunə olduğunu sübut eləmək fikrində deyilik. Ancaq bu əsərin neçə nəslin mənəvi 

inkişafında 

böyük 

rol 


oynadığını 

xatırlatmaq 

istərdik. 

Əllinci  illərdə  Stalinin  şəxsiyyətə  pərəstiş  kultu  aradan  qaldırıldı  və  ölkədə  az-çox  demokratik 

əhval-ruhiyyə  yarandı. "Abşeron"un davamı olan "Qara daşlar"da, daha sonra "Alov" pyesində 

M.Hüseyn bu əhval-ruhiyyəni əks etdirən ilk yazıçılardan oldu, "Yeraltı çaylar dənizə axır" ro-

manında  isə  stalinizmin  Azərbaycana  vurduğu  maddi  və  mənəvi  zərbələri  yenə  də  ilkin  olaraq 

bədii ədəbiyyata gətirdi. 

 

MEHDİ 

HÜSEYN-TƏNQİDÇİ  

 

Azərbaycan yazıçıları arasında ədəbi tənqidlə yaxud ədəbiyyatşünaslıqla məşğul olan müəlliflə-



rin sayı az deyil. Onların arasında elmlər doktorları, namizədləri, hətta akademiklər olub. Ancaq 

sırf professionallıq baxımından yanaşsaq, yalnız bir neçə yazıçının adı qarşısında tənqidçi yaxud 

ədəbiyyatşünas  sözlərini  yaza  bilərik.  Onlardan  biri  və  bəlkə  də  birincisi  Mehdi  Hüseyndir. 



Mehdi  Hüseyn  ədəbi  tənqidə  yazıçı  olandan  sonra  deyil,  yazıçılıqdan  əvvəl  başlayıb.  Onun  ilk 

hekayəsi olan "Qoyun qırxını" 1927-ci ildə işıq üzü görübsə, "Bizdə futurizm cərəyanı" adlı mə-

qaləsi  isə  bir  il  əvvəl  "Dan  yıldızı"  jurnalında  çap  olunmuşdur.Təsadüfi  deyil  ki,  1930-cu  ildə 

ədibin  ilk tənqidi  məqalələr kitabı  da ("Ədəbi  döyüşlər") işıq üzü görür. Sonrakı  illərdə, bütün 

yaradıcılığı 

boyu, 


onun 

tənqidçilik 

fəaliyyəti 

bir 


an 

belə 


səngiməmişdir. 

Azərbaycan  ədəbi  tənqidinin  1930-1965-cı  illər  mənzərəsini  Mehdi  Hüseynsiz  təsəvvür  etmək 

mümkün deyil. M.Hüseyn ədəbi tənqidin ən cəsarətli, sözü vaxtında, həm də kəskinliyilə söylə-

yən bir nümayəndəsi idi və tənqidçi həmkarlarından daha çox bu cəhətiylə seçilirdi ki, çox za-

man  tənqidin  bədii  əsərlər,  ədəbiyyatın  yaradıcılıq  problemləri  ilə  bağlı  ilk  sözünü  o,  deyirdi. 

Otuzuncu illərdə yaradıcılıq metodu ilə bağlı məsələlər, ədəbiyyatın yeni nəsli, kommunist yazı-

çıların yaradıcılığı, qırxıncı illərdə Azərbaycan ədəbiyyatının müharibə dövrü vəzifələri, əllinci 

illərdə roman janrının inkişafı, şeirimizin, nəsrimizin və dramaturgiyamızın o dövrkü mənzərəsi, 

altmışıncı illərdə ədəbiyyatımızın inkişafında yeni bir mərhələnin xüsusiyyətləri ilk dəfə tənqidçi 

Mehdi Hüseynin məqalələrində öz əksini tapmışdı. Əgər söhbət ayrı-ayrı sənətkarların yaradıcılı-

ğından düşərsə, deyə bilərik ki, Mehdi Hüseynin xüsusi diqqətlə yanaşdığı, yaradıcılığını qayğı 

və həm də tələbkarlıqla izlədiyi yazıçılar olmuşdur. O, M.S.Ordubadinin, Səməd Vurğunun, Sü-

leyman Rüstəmin, Əbülhəsənin, Sabit Rəhmanın, Mir Cəlalın, Məmməd Rahimin, Süleyman Rə-

himovun, Əli Vəliyevin, Əhməd Cəmilin yaradıcılığına dönə-dönə müraciət etmişdir. Onun tən-

qidi  indi  bəzilərimizin  "sığal  tənqidi"nə  oxşamırdı.  Mehdi  Hüseynin  həm  bir  sənətkar,  həm  də 

dost kimi çox yaxın olduğu Səməd Vurğunun yaradıcılığına münasibəti buna sübut ola bilər. Sə-

məd Vurğunu Azərbaycan ədəbiyyatının XX əsrdə yetirdiyi ən böyük simalardan biri hesab edən 

M.Hüseyn bir çox məqalələrində onu tənqid etməkdən çəkinməmişdir. Yeri gəlmişkən qeyd edək 

ki, "Vaqif" pyesi barədə ilk yazının müəllifi də M.Hüseyndir və bu məqalə indinin özündə də ob-

yektiv 


elmi-tənqidi 

səciyyəsilə 

seçilir.  

Öncə qeyd etdik ki, M.Hüseyn bir tənqidçi kimi cəsarətli idi. Başqa bir tənqidçinin bəlkə də ehti-

yatla,  çəkinərək  söylədiyi  bir  tənqidi  mülahizəni  M.Hüseyn  açıq  şəkildə,  həm  də  kəskinliyilə 

söyləyirdi. Məsələn, o, H.Nəzərlinin "Qəhrəmanın romanı" hekayəsi barədə yazırdı: "Bu hekayə-

də Qəhrəman qadınla üz-üzə gəldiyi zaman onda heç bir duyğu oyanmayır. Halbuki, kommunis-

tin vücudu quru taxta deyildir. Onda da hiss, duyğu, ürək var, başqa həqiqətlər də onu məşğul 

edir. Lakin Nəzərli öz hekayəsindəki Qəhrəmanı bu fikirlər və hisslərlə məşğul etmir və, beləlik-

lə, sxematizmə yuvarlanır". Başqa bir misal: "Ayın əfsanəsi"ndə Vurğun özü ilə mübarizə edir, 

öz prinsiplərini uçurur, dağıdır və cəsarətlə deyə bilərik ki, əsərinə möhkəm zərbə vurur".Yenə 

bir misal: "Biz qəsdən Əli Vəliyevin roman üzərində az və diqqətsiz işlədiyini göstərməklə, ona 

bədii  yaradıcılıq  işinin  necə  məsuliyyətli  bir  iş  olduğunu  bir  daha  xatırlatmağı  lazım  görürük. 

Çünki o, gənclərə bu cəhətdən örnək olmalıdır. Halbuki, "Ürək dostları" əsəri hər cəhətdən çiy 

və  natamamdır".  Belə  misalların  sayını  istənilən  qədər  artırmaq  olar.  Məsələ  burasındadır  ki, 

Mehdi Hüseynin tənqidi mülahizələri ədəbi aləmdə çoxlarını şoka salsa da, onun kəskin çıxışları 

tənqidin  obyektiv  rəyi  kimi  qarşılanırdı.  Həmin məqalə  müzakirə  edilmirdi,  sadəcə,  qəbul  olu-

nurdu. Heç şübhəsiz, onun da tənqidi fikir və mülahizələrində yanlışlıqlar olmuşdur. Amma o, fi-

kir və mülahizələrində elə bir qəti mövqe tuturdu ki, ona inanırdın. Təkcə yazılarında deyil, ədə-

bi müzakirələrdəki çıxışlarında da onun mövqeyi öz aydınlığı və həmçinin kəskinliyi ilə seçilirdi. 

İsmayıl Şıxlı M.Hüseynə həsr etdiyi "Qranit kimi sərt" məqaləsində yazır: "Müharibədən sonra 

ədəbiyyatı və ədəbi gəncliyi yeni istiqamətə yönəltmək lazım idi. Həmin illərdə Azərbaycan Ya-

zıçılar İttifaqında "Gənclər günü" adlı bir ədəbi məclis təşkil edildi. Bu məclis bütün gənc ədəbi 

qüvvələri  ətrafına  topladı.  Mirzə  İbrahimovun  sədrliyi  ilə  keçən  həmin  ədəbi  məclislərdə  yeni 

hekayələr, şeirlər, tənqidi məqalələr, pyeslər, povestlər, poemalar oxunub müzakirə edilirdi. Mü-

bahisələr çox qızğın və kəskin olurdu. Çox zaman bu məclis müxtəlif ədəbi meyillərin meydanı-

na çevrilirdi. Həmin bu müzakirələrin fəal iştirakçılarından biri də Mehdi Hüseyn idi." Biz Meh-

di  Hüseyni  təkcə  "Gənclər  günü"ndə  deyil,  Azərbaycan  Yazıçılar  İttifaqının  bütün  yaradıcılıq 

müşavirələrində, mübahisələrlə dolu plenum və iclaslarında əsas söz sahibi kimi görürük. Əlbət-

tə, 


oxuduqlarımıza, 

onun 


haqqında 

yazılan 


xatirələrə 

görə...  

Mehdi  Hüseynin  ədəbi-tənqidi  fəaliyyəti çoxcəhətli idi. Onun əsərlərinin  oncildliyinin  IX və X 



cildlərində ədəbi-tənqidi məqalələri əks olunub. Amma X cilddə sonuncu məqalə məşhur "Azər-

baycan romanı haqqında" yazısıdır ki, o da 1954-cü ildə qələmə alınıb. Buna görə də tərtibçilər - 

İsmayıl Şıxlı və Zivər Hüseynova M.Hüseynin 1954-1965-ci illərdə qələmə aldığı məqalələri ay-

rıca 


bir 

kitabda- 

"Ədəbiyyat 

və 


həyat"da 

verməli 


oldular. 

M.Hüseynin istər klassik ədəbiyyatımızla, istərsə də müasir ədəbiyyatımızla bağlı yazıları onun 

bir tənqidçi kimi necə inkişaf etdiyini çox dəqiq izah edir. Bu insan otuz illik yaradıcılıq yolunda 

nələrin şahidi  olmayıb? Sinfi-siyasi  mübarizələrin ədəbiyyat  müstəvisinə keçirildiyi  iyirminci  -

otuzuncu illərin ən qızğın sənət mübahisələrinin iştirakçılarından olmuşdur. O, sonrakı illərdə də 

həqiqi ədəbiyyatın mənafeyini müdafiə etmiş, gecə-gündüz bilmədən sənətdə keyfiyyət uğrunda 

mübarizədən bir addım belə geri çəkilməmişdir. Doğrudur, onun platforması məlum idi, M.Hü-

seyn sosializm realizmi ədəbiyyatının Azərbaycan ədəbiyyatında formalaşması uğrunda mübari-

zə aparırdı.  Amma öncə, H.Nəzərlinin  bir hekayəsinə münasibətdən də  görünür ki,  M.Hüseyni 

bir  tənqidçi  kimi  təkcə  ədəbiyyatın  ideyalılığı,  sosialist  realizmi  mövqeyində  dayanması  deyil, 

həm də (və daha çox!) bədii dəyər, sənətkarlıq axtarışları maraqlandırırdı. İdeyası aydın, amma 

bədiiyyatca 

zəif 

və 


solğun 

əsərlərin 

qənimi 

idi 


M.Hüseyn.  

M.Hüseyn bədii ədəbiyyatda olduğu kimi, tənqidi fəaliyyətində də sırf realizm mövqeyində da-

yanmışdır. Yəni, onun fikrincə: "Ən gözəl bədii əsər, həyatı tam mənası ilə dürüst göstərən əsər-

dir. Bu səbəbə görə də, tənqidçi həyatla bədii əsəri tutuşdurub qiymətləndirməlidir. Deməli, tən-

qidçi özü də yazıçı kimi həyatımızı, cəmiyyətimizi dərindən və mükəmməl öyrənməlidir.Tənqid-

çi də həyatımız və varlığımız haqqında müstəqil mühakimə yürütməyi bacarmalıdır". O, tənqid-

çidən, öz həmkarlarından bunu tələb edirdi ki, haqsız və yanlış mülahizələrə yol verməsinlər, ya-

zıçıları riyakar təriflərə qərq etməsinlər, çünki ən istedadlı yazıçıları belə riyakar təriflər öldürə 

bilər, 

əgər 


o, 

gəncdirsə, 

onu 

inkişafdan 



saxlaya 

bilər. 


Əllinci illərdə də, altmışıncı illərdə də M.Hüseyn yenə ədəbi prosesdə sayılan, seçilən şəxsiyyət-

lərdən idi. Onun bu səviyyəyə  yüksəlməsi bir neçə səbəblə bağlıdır. Birincisi, M.Hüseyn dərin 

mütaliəli və savadlı insan idi. O, dünya ədəbiyyatının bilicilərindən idi, Azərbaycan klassik ədə-

biyyatını  çox gözəl  bilirdi  və bundan əlavə, müasir ədəbiyyatın da elə bir nümunəsi  yox idi ki, 

onu mütaliə eləməsin. Bu əsərlər haqqında da o, ya ayrıca məqalə yazırdı, ya da məruzə və çıxış-

larında onlardan söz açırdı. Ancaq onun tənqidçi sözü təkcə tənqidçi sözü olub qalmırdı, həm də 

ədəbiyyatın ağsaqqalının dediyi söz kimi qarşılanırdı. Doğrudur, dövran dəyişmişdi, sinfi müba-

rizələr  dövrü  artıq  arxada  qalmışdı.  Mehdi  Hüseyni  indi  daha  çox  ədəbiyyatın  bədii  səviyyəsi, 

novatorluq  və  yenilik  meyilləri  maraqlandırırdı.  Əllinci-altmışıncı  illərdə  də  ədəbi  mübahisələr 

davam  edirdi,  yenə də qızğın  diskussiyalar, müzakirələr keçirilirdi  və bu qaynar  ədəbi  mühitdə 

Mehdi  Hüseynin  rolu,  böyüklüyü,  şəxsiyyəti  açıqca  duyulurdu.  Onun  altmışıncı  illərin  əvvəllə-

rində nəsrdə və poeziyada meydana çıxan bir sıra əsərlərə münasibəti ədəbi tənqidin mövqeyi və, 

hətta deyərdik, qəti sözü səviyyəsində qəbul edilirdi. Məsələn, İlyas Əfəndiyevin "Körpüsalan-

lar"  povestindəki  Səriyyə  obrazı  və  onun  hərəkətləri  bir  sıra  tənqidçilər  və  oxucular  tərəfindən 

"qəzəblə" qarşılanmışdı. Səriyyənin milli adət-ənənələrə, kişi-qadın münasibətlərinə xələl gətir-

məsi  böyük  bir  diskussiyaya  səbəb  olmuşdu.  O  zaman  Mehdi  Hüseyn  yazmışdı:  "Səriyyənin 

Adildən  üz  döndərməyi  və  Qəribcana  meyil  göstərməyi  nə  üçün  bəzi  tənqidçiləri  əsəbiləşdirir? 

Ona görəmi ki, Səriyyə asanlıqla öz ərindən ayrılır? Bəlkə Qəribcan heç bir məziyyəti ilə Adil-

dən fərqlənmir? Biz hansı ixtiyarla Səriyyədən özünün istədiyi kimi yox, bizim istədiyimiz kimi 

hərəkət  eləməyi  tələb  edirik? Səriyyənin  oğlanlarla  lopuq  oynaması  mənim  də xoşuma  gəlmir. 

Amma onun bu qaba oyundan xoşu gəlirsə, qoy oxucular, xüsusən daha ismətli və təvazökar qız-

larımız onu təqlid eləməsinlər. Məgər müəllif Səriyyənin hərəkətlərini başqalarına nümunə gös-

tərir?" Təbii ki, bu suallar Mehdi Hüseynin "Yeni mərhələ, yeni vəzifələr" məqaləsində cavabsız 

qalmır.  Həmin  məqalədə,  həmçinin  altmışıncı  illərin  əvvəllərində  yazdığı  digər  məqalələrində 

M.Hüseyn Rəsul Rzanın "Qızıl gül olmayaydı", İsa Hüseynovun "Teleqram", Bayram Bayramo-

vun  "Sərinlik",  İsmayıl  Şıxlının  "Dəli  Kür",  Bəxtiyar  Vahabzadənin  "Etiraf",  Nəbi  Xəzrinin 

"Sumqayıt səhifələri" kimi gözəl əsərlərin də ilk təhlilçisi Mehdi Hüseyn oldu. O, həmin illərin 

cavan və istedadlı yazarları olan Əkrəm Əylislinin, Anarın və İsi Məlikzadənin də yazıları haq-

qında 

da 


səmimi 

söz 


deyən 

ilk 


tənqidçi 

idi. 



Bir tənqidçi kimi M.Hüseyn ədəbi prosesi tam və dolğun, bütün parametrləri ilə, yəni inkişafın 

bütün təmayülləri üzrə tədqiq etməyə çalışırdı. Onu digər tənqidçilərdən fərqləndirən bir məziy-

yəti də qeyd etmək yerinə düşərdi. O da bundan ibarətdir ki, M.Hüseyn ədəbiyyatın yeniləşdiyi-

ni, novator keyfiyyətlərlə zənginləşdiyini vaxtında duyurdu. Məsələn, o, 1962-ci ildə "Yeni mər-

hələ, yeni vəzifələr" adlı məqaləsində ədəbiyyatda yeni bir mərhələnin yarandığını hamıdan qa-

baq söyləmişdi: "Mən cəsarətlə deyə bilərəm ki, bədii nəsrimizdə də, şeirimizdə də biz yeni bir 

mərhələyə qədəm qoymuşuq. Bu mərhələnin artıq qəti bir mövqe tutduğunu iddia etmək üçün tə-

ləsməyə ehtiyac yoxdur. Ən mühüm cəhət budur ki, həmin mərhələyə keçməyin tarixi labüdlü-

yünü bütün ədəbi ictimaiyyətimiz aydın hiss etməkdədir. Həyat hadisələrinin və insan surətləri-

nin təsvirində və mənalandırılmasında nə isə daha lirik, psixoloji təhlildə daha təmkinli və kamil 

bir üsul axtarmağın, daha təzə və təravətli ifadə vasitələri tapmağa meyil göstərməyin özü heç də 

az əhəmiyyətli bir meyil deyildir". Mehdi Hüseynin uzaqgörənliklə söylədiyi bu fikirlər sonralar 

özünü doğrultdu, doğrudan da, altmışıncı illərdən başlayaraq ədəbiyyatımızda  yeni bir mərhələ 

başlandı. 

Mehdi  Hüseyn  və  klassik  ədəbiyyat...  Mehdi  Hüseyn  və  dünya  ədəbiyyatı...  Mehdi  Hüseyn  və 

rus ədəbiyyatı... Mehdi Hüseyn və folklor... Mehdi Hüseyn və teatr... Bu mövzuların da hər biri 

ayrıca, həm də geniş bir tədqiqat işinin mövzusu ola bilər. Doğrudan da, bu yazıları oxuyandan 

sonra heyrətə gəlirsən. Cəmi 56 il ömür sürəsən, bu ömrün çoxu da qovğada, ədəbi mübarizələr-

də keçə, həm də bir sıra məsul vəzifələrdə çalışasan, fəal ictimai xadim kimi fəaliyyət göstərə-

sən, daim qayğılar, problemlər əhatəsində olasan... amma bir an da ədəbiyyatdan ayrılmayasan. 

...Onun qəfil ölümü kimi (1965, 10 mart), indi anadan olmasının 100 illiyi də mənə - bu sətirlərin 

müəllifinə qəribə gəlir. Mən onu görməmişəm,  amma etiraf edim ki, onun tənqidi irsi ilə tanış 

olandan sonra ədəbiyyatçı olmağı qərara aldım. Ona görə də mən Mehdi Hüseynin yalnız fiziki 

ölümünə inanıram.  O, bir ədəbiyyat  fədaisi  kimi yaşayır,  yazdığı  "Alov"  pyesindəki  Səməndər 



quşu kimi alovlar içində yanır, amma ölmür 

 

Yüklə 212,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə