Azərbaycan. 2010. 28 sentyabr. N 211. S. Bir ömrün manifesti



Yüklə 231,9 Kb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü231,9 Kb.
#77162


Azərbaycan .- 2010.-28 sentyabr.- N 211.- S. 7. 

 

Bir ömrün manifesti 

 

Flora Xəlilzadə 

 

Nadir istedad sahibləri, klassik sənətkarlar öz yaradıcı  təfəkkürləri  ilə  əsrlərin  qovğalarından 



sıyrılaraq  həmişə  gələcəyə üz tutublar.  Belə  şəxsiyyətlər  həqiqətən,  xoşbəxtdirlər. Çünki onların 

yaratdıqları 

həmişə yaşamaqda davam edir. 

Ədəbiyyatımızın 

əbədi ömür sahibləri çoxdur. 

Füzulidən üzü bəri  neçə şairin, nasirin,  bəstəkarın,  rəssamın,  memarın  adını  çəkmək olar. Bu sahə 

müxtəlifliyində  nəsrimizin yeri ayrıca bir mövzudur.  Ədəbiyyat  tariximizdə  hekayə, povest və  romanları 

ilə layiqli yer tutanlardan biri də unudulmaz yazıçı  və pedaqoq-alim Mir Cəlal Paşayevdir.  O,  XX  əsr 

Azərbaycan 

ədəbiyyatının 

bünövrəsini qoyanlardan sayılır. Mir Cəlal 

ədəbi 


aləmdə 

atdığı ilk addımlarından  sənətin  şöhrət  zirvəsinə  qədər keçdiyi çətin  və  şərəfli ömrünün 50 ili ərzində 

zəngin 

ədəbi irs yaratmışdır. Filologiya elmləri doktoru, professor Qulu Xəlilov nasirinyaradıcılığını 



əhatəli  təhlilə  çəkərək  yazırdı:  "Ədibin  əsərlərində klassik ədəbiyyatımızın  mütərəqqi  ənənələri  ilə 

yanaşı, xalq yaradıcılığının bir sıra 

işıqlı 

ünsürləri 



birləşir, 

qaynayıb qovuşur və yeni keyfiyyət 

kəsb edir. Bu cəhətlərin 

səmərəli 

inkişafı 

həyat 


həqiqətinə sadiqlik Mir Cəlala müasirinsanın 

psixologiyasının, mənəvi aləminin, onun fikir və duyğularının bədii inikasına geniş imkanlar verir". 

Mir Cəlal Paşayevin bioqrafiyasından götürdüyümüz rəqəmlərin  məna tutumuna diqqət  yetirək.  O, 

26  aprel  1908-ci  ildə  Cənubi  Azərbaycanda  -  Təbrizin  yaxınlığındakı  Əndəbil  kəndində  anadan 

olmuşdur. Taleyin qəfil rüzgarları hələ uşaq ikən əlindən çox şeyini almışdı. 

Demək olar ki, çox erkən  yaşlarından doğulduğu ana torpağı,  valideynlərini  itirmişdi.  Buna 

baxmayaraq həyatın ağrı-acılarına mərdliklə sinə gərməyi bacarmışdır. Şimali Azərbaycanda ilk yaşadığı 

şəhər qədim Gəncə, ilk əmək fəaliyyətinə başladığı rayon Gədəbəy, ömrünün son mənzilinədək geniş ədəbi 

və elmi fəaliyyət göstərdiyi ünvan Bakı olmuşdur. 

Mir Cəlalı yaxından tanıyanlar həmişə bir fikri çox vurğulayırlar ki, o, hər şeydən əvvəl, son dərəcə 

işıqlı 

şəxsiyyət idi. 



Hansı 

məziyyətlərindən 

danışmaq 

istəsən, 

insanın 

qəlbinə 


xoş 

hisslər, emosiyalar daxil olur.  Mənəviyyatındakı  saflıq,  təmizlik,  halallıq, toxluq həyatda,  elmdə, 

yaradıcılıqda, pedaqoji fəaliyyətdə 

və insanlara münasibətdə 

həmişə Mir Cəlal 

müəllimin 

ən 

etibarlı yol yoldaşı idi. 



Vaxtilə 

- İkinci Dünya müharibəsi 

dövründə 

universitetdə Mir Cəlal 

müəllimdən 

dərs 


almış xalq şairi Bəxtiyar  Vahabzadə  "Mənim  müəllimim"  adlı  məqaləsində  yazıb:  "Mir Cəlal 

yaradıcılığının  ən üstün cəhətlərindən biri də onun təmiz, şaqraq və büllur dili idi. Onun dili xalq danışıq 

tərzinə uyğun, son dərəcə canlı, təbii ifadələrlə zəngin və bədii dildir. Buna görə də istər elmi, istərsə də 

bədii  əsərlərə ilk növbədə dilin təmizliyi, qüsursuzluğu,  ən  ümdəsi  isə  xəlqiliyi  baxımından 

yanaşır, bu vacib şərtləri hamıdan tələb edirdi". 

Həyat  həqiqətinə sadiqlik ədibin  həqiqi  vətəndaşlıq  amalına çevrilmişdi.  Tənqidçilər  yazıçının 

yaradıcılıq  keyfiyyətlərini  hansı  istiqamətdən  təhlilə  çəkməklərindən  asılı olmayaraq həmişə bir fikirdə 

köklənirdilər: Mir Cəlal  gözəl  hekayələr  ustadı idi. Onun hekayələrində  həyatın  hər  ikiqütbü 

həmişə özünü göstərirdi.  Müəllifin  "Ərik  ağacı",  "Şapalaq",  "Xarici naxoşluq",  "Plovdan sonra", 

"İclas qurusu", "Əmzik", "Yamanlığa yaxşılıq", "Ad günü", "Dərsini yaz", "Təzə toyun nəzakət qaydaları" 

adlı 

hekayələrində toxunulan məsələlər bu gün üçün də 



aktualdır. Onun sadə 

və şirintəhkiyəsi 

nağıllarımızdan  gələn xalq danışıq  dilindən  bəhrələndiyini  göstərirdi. Bu səbəbdən  də Mir Cəlalın 

hekayələri həmişə maraqla qarşılanıb. Yarım əsr bundan əvvəl yazılmış "Anket Anketov" adlı hekayəsində 

müəllifin  incə bir üsulla, yumorla, lakin kəskinliklə ifşaya çəkdiyi bir məsələ bugünün oxucusu üçün də 

maraqlıdır. Hamamlar trestinə  rəis  təyin  olunan  Anketov  işə  götürdüyü  adamlardan  min  cür 

"spravka"lar tələb edir. Az qala qəbir 

evində 


də yoxlama aparmaq istəyir ki, görsün, işçinin babası 

pinəçi olub, yoxsa varlı,  karlı!? Mir Cəlalın  hekayələrində  avamlıq, cahillik,  nadanlıq,  yaramazlıq 

müntəzəm tənqid edilib. 

Mirzə  Cəlili  "Yeni realist ədəbi  məktəbin banisi",  Əbdürrəhim  bəy Haqverdiyevi isə  "Yeriyən 

Azərbaycan" adlandıran Mir Cəlal özü canlı ədəbiyyat idi. Professor Qara Namazova məxsus fikirdir ki, 

Mir  Cəlal  müəllim  sadə  hekayələrdə  sadə  adamların dili ilə gizli mətləblərə toxunurdu. Onda Mirzə 

Cəlilə xas olan "adi əhvalatlarda böyük həqiqətləri" açmaq məharəti var idi. 

Mir Cəlal  Azərbaycan  ədəbiyyatının  klassiklərindən olan Səməd Vurğun və  tənqidçi  Mehdi 

Hüseynlə  yaxından dostluq edib. Bu barədə  ədəbiyyatşünas-alim Firudin Hüseynov öz xatirələrində  belə 

yazıb:  "Mir Cəlal  müəllim  mənəvi  cəhətdən saf və  təmiz bir insan idi. Tamah hissindən uzaq, az-




çoxa qane olan, gözü-könlü tox,  təmiz bir ziyalı idi. Özü də  həmişə  deyərdi ki,  Səməd  Vurğun 

məni bir dost kimi sevərdi,  tərifdən sonra zarafat eləyərdi: "Mir Cəlal,  sənin bir böyük eyibin var,  sən 

"silişkom paryadoçnı adamsan". 

Ədibi bir alim, 

ədəbiyyatşünas kimi başqalarından 

fərqləndirən 

mühüm cəhət təkcə elmi təfəkkürü deyil, həm də zəngin mənəviyyatı və sadəliyi idi". 

Gözəl  və  nəcib  duyğuların,  düşüncələrin sahibi olan yazıçı öz əsərlərində  insanı  mənəvi  cəhətdən 

saflaşdıran,  zənginləşdirən  problemlərlə  bağlı  elə  mövzulara  müraciət  edib  ki,  onun 

yaradıcılığında tarixin, dövrün, quruluşun bütün rəngləri öz əks-sədasını tapırdı. 

Ömrünün sonunadək  müxtəlif mövzularda kiçik və lokonik hekayələr yazan Mir Cəlal  Azərbaycan 

ədəbiyyatında roman janrının 

inkişafında da özünəməxsus 

xidmətlər 

göstərib. 

"Dirilən adam", 

"Bir gəncin manifesti", "Yolumuz hayanadır", "Açıq kitab", "Yaşıdlarım", "Təzə səhər" adlı romanlarında 

hekayələrinə  məxsus bir məziyyətlər öz əksini  tapıb.  Yazıçının  tədqiqatçıları  bu  fikirdədirlər  ki,  o, 

öz romanlarında tarixi hadisələri realist boyalar, tipik obrazlar və canlı həyati lövhələr vasitəsilə verməyə 

çalışıb.  Mir Cəlalın  romanlarında  xalqımızın  ötən  əsrdəki  mübarizələrlə  dolu  həyatının  bütöv 

mənzərəsi var. 

Mir Cəlal filologiya elmləri doktoru, 

professor idi. O, görkəmli ədəbiyyatşünas-alim 

kimi  də 

fəaliyyət göstərmişdir. Klassik Azərbaycan ədəbiyyatının mükəmməl və bacarıqlı tədqiqatçılarından biri i

di. Bədii əsərlərində olduğu kimi, elmi əsərlərində də Mir Cəlal aydın məqsədli, millitəfəkkürlü tədqiqatçı

 kimi diqqət çəkirdi. Mir Cəlal, həqiqətən, ədib kimi də, alim kimi də həyatın enişli-

yoxuşlu yollarını büdrəmədən məqsəd aydınlığı ilə keçməyi bacarıb. Bu aydınlıqdan da çox talelərə işıq d

üşüb. 

Ədəbiyyatşünas Pənah Xəlilova məxsus fikirdir: 



"Alim Mir Cəlal Paşayevin elmi əsərlərinin dili, üslubu öz qələm yoldaşlarının heç birinin dilinə, üslubun

a oxşamır. Onun əsərlərində nə publisistika var, nə də qəliblənmiş elmi terminli tədqiqat dili. O, elmi əsər

lərini yazıçı Mir Cəlalınqələmindəki yığcamlıq və şirinliklə, amma dərin və axıcı elmi mühakimə tutumu 

olan dillə yazardı. Bu yazı indi də təkraredilməz örnəkdir". 

1948-ci ildə Azərbaycan Dövlət Universitetinin professoru seçilən Mir Cəlal 1961-

ci ildən ömrünün sonuna kimi bu ali məktəbin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında çalışmışdır. Biz 

nəslin çoxuna dərs demiş Mir Cəlal hər kəsin ürəyində möhtəşəm müəllim abidəsi yaratmışdı.Bəlkə də bi

zim universitet həyatında onun qədər qayğıkeş, yumşaq təbiətli müəllimimiz olmamışdı. Kitablarının ilk n

üsxəsini payladığı oxucular elə öz tələbələri olardı. Ömründə bir dəfə də jurnalı yoxlamazdı. Amma hər k

əsin nə işlə məşğul olduğunu dəqiq bilərdi. Hamının maddi vəziyyətiilə maraqlanardı. Qəlbi insanlara qar

şı məhəbbət və mərhəmətlə dolu idi. Tələbəyə heç vaxt kafi yazmazdı. Çünki o, təqaüddən düşə bilərdi. D

eyim ki, ondan əla almaq da zor idi. Zarafatı çox sevərdi. Yumorlu atmacaları indiyə kimi ürəklərə xoş ov

qat yayan lətifəyə çevrilirdi. Bəzən dərsinşirin yerində başı söhbətə qarışmış tələbələrə özü deyərdi: 

"Bağışlayın, biz sizə mane olmuruq ki". 

Mir Cəlal müəllim bizə dərs deyəndə yaşı 70-ə yaxın idi. Amma yaşıdlarından çox ahıl görünürdü. 

Həyatın ağrı-acıları onun varlığına hopmuşdu. Amma çöhrəsində qəribə bir mülayimlik vardı. Adamı hey 

özünə çəkirdi. Bu ünsiyyətdə sanki öz doğmanla üzləşirdin. Hamıya əziz vəmehriban idi. Mühazirə vaxtı i

sə "Ədəbiyyatşünaslığın əsasları" kitabını az qala sətirbəsətir əzbər deyərdi. Hər kəsi müəyyən rənglərlə, 

geyimlərlə əlaqələndirib çağırırdı. O dövrdən bir qənirədən artıq vaxt ötməsinə baxmayaraq indi də hərdə

n qulaqlarıma Mir Cəlal müəllimin "qırmızı köynəkliqız" ifadəsi səslənməkdədir. Biliyimizdən, xasiyyəti

mizdən, dolanışığımızdan, bir sözlə, bütün tələbələrin məişət qayğılarından xəbər tutmağı vacib bilərdi. Y

adımdadır, tələbə yoldaşlarımızdan birinin vəziyyəti çox ağır idi. Mir Cəlal müəllim sinif nümayəndəsi ilə

 pünhan söhbət edərək o tələbə qıza özünün də xəbəri olmadan maddi kömək göstərmişdir. Son dərəcə hə

ssaslığı həmişə onun köməyinə çatırdı. Bu səbəbdən də tələbələrin hər birinin üzündən, gözündən, hərəkət

lərindən, səsindən tanıyırdı. 

Mir Cəlal müəllim həqiqətən çox sadə və geniş ürəkli bir insan idi. Xatırlanacaq bu əhvalat onun b

öyüklüyünü şərtləndirən bir nümunədir. Mənə bir kurs işi vermişdilər: 

"Mir Cəlalın yaradıcılığında imperializmin tənqidi". Kömək üçün ona müraciət edəndə çox təəccübləndi. 

Eynəyinigözlərindən çəkərək dedi: 

"Sən jurnalistikada oxuyursan. Mir Cəlaldan niyə kurs işi yazırsan?" Öz əli ilə mövzuda belə düzəliş etdi: 

"Mirzə Cəlilin felyetonlarında imperializmin tənqidi". Üstəlik, məsləhət verdi, planın da tutulmasında kö

mək etdi. Mir Cəlal belə ürəyin və əqidənin sahibi idi. 

1998-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Mir Cəlalın anadan olmasının 90 illiyi 

dövlət səviyyəsində qeyd edildi. Bu münasibətlə onun həmkarlarının, tələbələrinin, doğmalarının qələmə 

aldıqları yazılardan ibarət bir xatirələr kitabı çapdan çıxdı. Yazıçının qızı Ədibəxanımın bizə bağışladığı h

əmin kitabı vərəqlədikcə müxtəlif xatirələrdən Mir Cəlal müəllimin işıqlı obrazı boylanır. Unudulmaz ali




min vaxtilə professor Firudin Hüseynovla birgə yazdığı "Azərbaycan ədəbiyyatı tarixi" adlı kitabı 2000-

ci ildə İstanbulda çap edilmişdir. Türkiyəli oxucular bukitab vasitəsilə Azərbaycan ədəbiyyatının tarixini 

mükəmməl öyrənmək imkanı qazanıblar. Çox fərəhli məqamdır ki,  YUNESKO-nun  xətti  ilə  görkəmli 

Azərbaycan yazıçısının 100 illik yubileyi geniş miqyasda qeyd edildi. Bu münasibətlə məmləkətin hər böl

gəsində Mir Cəlalla bağlı müxtəlifyubiley tədbirləri keçirildi. Vaxtilə yaşayıb işlədiyi Gəncədə, Gədəbəyd

ə, Bakıda yazıçının yaradıcılığını əks etdirən muzeylər açıldı, guşələr yaradıldı. 

Məhəbbəti qəlblərdə yaşayan unudulmaz yazıçı və pedaqoq Mir Cəlal Paşayev apreldə dünyaya gəl

mişdi. Bir payız günündə - sentyabrın 28-də  dünyaya  və  canından  artıq  sevdiyi  doğmalarına 

"əlvida" dedi. Vaxtilə ürəklərdə yandırdığı çıraq yenə də eyni şövqlə alovlanmaqdadır.Həqiqətən də, 

el 


məhəbbəti qazanan insanlar heç vaxt unudulmurlar. Vaxtilə bu gözəl və müdrik insandan çox yaxşılıq, 

qeyri-adi  himayədarlıq  görmüş  xalq  şairi Nəriman Həsənzadə öz müəllimi haqqında ehtiramla danışır: 

"Mir Cəlal müəllim, həqiqətən, peyğəmbər təbiətli insan idi. Xeyirxahlıq onun qanında, canında idi". 

Mir Cəlal bir nur çeşməsi idi. Bu çeşmədən pay götürənlər çox olub. Sevinirik ki,  biz  öz  sevimli 

müəllimimizdən bir ömür manifestinin cizgilərini dərindən öyrənə bilmişik. Xalq şairi Süleyman Rüstəmi

n Mir Cəlalın 50 illik yubileyinə yazdığı şeirdə belə bir misrası var: 

"Sadə ürəklərdəyandırıb çıraq, qazandın ellərin məhəbbətini". El məhəbbəti qazananlar isə əbədi ömür sa

hibi olurlar. 

Nə yaxşı ki, bu halal ocaqdan pərvazlananlar Mir Cəlal ənənəsini davam etdirirlər. Yazıçı ömrünün

 manifesti də elə budur. 



  

  

 

Yüklə 231,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə