«AZƏrbaycan 2020: GƏLƏCƏYƏ baxiş» İNKİŞaf konsepsiyasi çƏRÇİVƏSİNDƏ ƏDƏBİyyatşÜnasliq elmiNİn perspektiV İNKİŞaf iSTİqaməTLƏRİ



Yüklə 47,25 Kb.
Pdf görüntüsü
tarix20.10.2017
ölçüsü47,25 Kb.
#5549


 

 

«AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ»  



İNKİŞAF KONSEPSİYASI ÇƏRÇİVƏSİNDƏ ƏDƏBİYYATŞÜNASLIQ 

ELMİNİN PERSPEKTİV İNKİŞAF İSTİQAMƏTLƏRİ 

 

Azərbaycan humanitar  elminin  aparıcı sahələrindən  olan  ədəbiyyatşünaslıq  elmi 

ictimai fikir tariximizdə çox qədim və zəngin ənənələrə malikdir. Ədəbiyyat və sənət 

haqqında  folklor  abidələrində  öz  əksini  tapmış  xalq  deyimlərini  bir  kənara  qoysaq, 

ədəbiyyatşünaslığımızın  tarixi  XI  yüzilliyə  -  görkəmli  ədəbiyyatşünas  alim  Xətib 

Təbrizinin əsərlərinə gedib çıxır. 

Çağdaş  ədəbiyyatşünaslıq  elmimizin  başlıca  özəlliyi  isə,  onun  minillik  zəngin 

ənənələri Azərbaycanın dövlət müstəqilliyi şəraitində davam etdirməsindədir.  

Humanitar elmimizin başqa sahələri kimi, ədəbiyyatşünaslığın da başlıca məq-

sədi  –  müstəqil  dövlətçiliyimizin  möhkəmlənməsində  öz  rolunu  oynamaq,  bu 

taleyüklü prosesə öz töhfəsini verməkdir

Bu  başlıca  məqsədi  gerçəkləşdirmək  üçün  ədəbiyyatşünaslıq  elmi  qarşısında 

duran perspektiv inkişaf istiqamətlərini aşağıdakı kimi təxmin etmək olar: 

 



Qloballaşma  və  mədəni  inteqrasiya  dövründə  Azərbaycan  xalqının  milli 

mentalitetinin qorunub gücləndirilməsinə xidmət edən istər klassik, istərsə də, müasir 

ədəbi əsərlərin,  özəlliklə  Azərbaycan xalqının  mədəni-mənəvi problemlərini  yüksək 

sənətkarlıqla əks etdirən bədii nümunələrin çağdaş elmi səviyyədə tədqiqi və təqdimi

 

Dövlət  müstəqilliyi  kontekstində  ədəbi-nəzəri  fikrin  yeni  obyektiv  statusu-



nun və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi; 

 



Elmlərin  konvergensiyası  şəraitində  ədəbiyyatşünaslıq  elminin  başqa  elm 

sahələri ilə əlaqələrinin gücləndirilməsi yollarının axtarılması; 

 

Komparativist ədəbiyyatşünaslıq çərçivələrində Azərbaycan ədəbiyyatşünas-



lıq elminin qlobal mövqelərinin müəyyənləşdirilməsi; 

 



Klassik  Azərbaycan  ədəbiyyatının  dünya  ədəbiyyatı  kontekstində  layiqli 

yerinin  müəyyən  edilməsi  və  həqiqi  dəyərinin  verilməsi  barədə  yeni,  fundamental 

elmi-tədqiqat əsərləri yazaraq, bunların tərcümə edilib, çağdaş informasiya vasitələri 

ilə dünya xalqlarına çatdırılması; 




 

 



 

 



Senzurasızlıq  şəraitində  həqiqi  sənət  əsərlərinin  ədəbi  ballastdan  ayırd 

edilməsi və istedadlı sənətkarların yaradıcılığının stimullaşdırılması; 

 

Kadr hazırlığı sahəsində seçim edərkən həm Şərq, həm də Avropa dillərini 



bilən,  klassik  ədəbiyyata  yaxşı  bələd  olan  hərtərəfli  hazırlıqlı  gənclərə  üstünlük 

verilməsi; 

 

Şərq  poetika  elminin  və  fəlsəfəsinin  tətbiq  edilməsi  hesabına  Azərbaycan 



ədəbiyyatşünaslıq elminin milli simasının daha aydın cizgilərlə təzahürünə nail olun-

ması; 


 

Ədəbiyyatşünaslıq  elminin  elektron  informasiya  bazasının  yaradılması  və 



zənginləşdirilməsi. 

Bu  vəzifələrin  öhdəsindən  gəlmək  üçün  akademik  ədəbiyyatşünaslıq  elmi  öz 

fəaliyyətini 5 istiqamətdə qurmağı planlaşdırır: 

1. Azərbaycan ədəbiyyatı tarixçiliyi – bu istiqamətdə:  

 



4  cildi  nəşr  olunmuş  6  cildlik  «Azərbaycan  ədəbiyyatı  tarixi»nin  qalan 

cildlərinin 2012-2013-cü illərdə nəşri; 

 

Farsdilli  ədəbiyyatda  Azərbaycan  poeziya  məktəbi  problemi  barədə 



monoqrafik araşdırmaların davam etdirilməsi; 

 



Əsərləri humanist və fəlsəfi-didaktik fikirlər aşılayan dünya şöhrətli klassiklə-

rimiz Xətib Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi və başqalarının həyatı, yaradı-

cılığı, tədqiqi haqqında ensiklopediyaların hazırlanması 

 



İslami  təsəvvüf  və  bədii  yaradıcılıq  probleminin  (Xaqani  Şirvani,  Nizami 

Gəncəvi,  Şəbüstəri,  Marağalı  Övhədi,  Nəsimi  və  Füzulinin  yaradıcılığı  əsasında) 

tədqiqində  yaxın  elm  sahələri  ilə  (tarix,  fəlsəfə,  dilçilik,  incəsənət,  psixologiya, 

iqtisadiyyat və s.) birgə fəaliyyət göstərilməsi və bu məqsədlə Humanitar və İctimai 

Elmlər  Bölməsinin  təşəbbüsü  ilə  yaradılacaq  «Sufizm  laboratoriyası»nın  işində 

yaxından iştirak etmək;  

 

Klassik  Azərbaycan  ədəbiyyatı  və  islami  dəyərlər  mövzusunda  tədqiqatların 



davam etdirilməsi; 

 



Nizami Gəncəvi irsinin dünya ədəbiyyatşünaslığında öyrənilməsi problemlərini 

izləmək və köhnə stereotiplərin aradan qaldırılması üçün lazımi tədbirləri görmək; 




 

 



 

 



Müasir  elmi-nəzəri  fikrin  tələbləri  baxımından  Azərbaycan  ədəbiyyatı 

klassiklərinin irsinin tədqiqini genişləndirmək üçün onların müasir Azərbaycan dilinə 

filoloji  tərcüməsini  yerinə  yetirmək.  Burada  İsmayıl  ibn  Yəsar,  Musa  Şəhəvat, 

Əbulabbas  əl-Əma,  Mənsur  Təbrizi,  Məsud  Namdar  oğlu,  Eynəlqüzat  Miyanəçi, 

Xətib Təbrizi, Şihabəddin Suhrəvərdi, Xaqani Şirvani, Mücirəddin Beyləqani, Fələki 

Şirvaninin əsərləri nəzərdə tutulur; 

 

Klassik  Azərbaycan  ədəbi-bədii  irsini  təbliğ  etmək  və    geniş  yayılmış  dünya 



dillərinə onları tərcümə etmək üçün klassiklərimiz haqqında seriya şəklində yazılan 

kitabların hazırlanması;  

 

Orta  əsrlər  Azərbaycan  ədəbi  abidələrinin  indiyə  qədər  diqqətdən  kənarda 



qalmış mətnlərinin çapa hazırlanması və monoqrafik tədqiqi

 



Yazılı ədəbiyyatda «Kitabi-Dədə Qorqud» ənənələrinin araşdırılması; 

 



«Ozan-aşıq ensiklopediyası»nın hazırlanması; 

 



Yeni  dövr  Azərbaycan  ədəbiyyatının  müasir  dövrün  tələbləri  baxımından 

araşdırılması,  bu  dövrün  görkəmli  şair  və  yazıçılarının  yaradıcılığının  monoqrafik 

tədqiqi; 

 



Sovet dövrü Azərbaycan ədəbiyyatının azərbaycançılıq məfkurəsi baxımından 

yenidən dəyərləndirilməsi

 

 XIX-XX  əsrlər  Cənubi  Azərbaycan  ədəbiyyatının  tədqiqi  və  nəşri,  farsdilli 



sənətkarların əsərlərinin tərcüməsi; 

 



XX əsr Azərbaycan mühacirət ədəbiyyatının tədqiqi və nəşri;  

 



Müasir  ədəbi  prosesin  izlənilməsi,  inkişaf  xüsusiyyətlərinin  tədqiqi,  ədəbi 

icmalların hazırlanması; 

 

Dövrün aktual problemlərinin və cəmiyyətdə qazanılan uğurların ədəbiyyatda 



əks etdirilməsi məsələlərinin tədqiqinin gücləndirilməsi; 

 



İki  əsrin  konflikti:  problem  və  ədəbi  proses.  Bu  mövzuda  elmi  müşavirənin 

təşkili və ədəbi icmalın hazırlanması 

 

Ədəbiyyatın  daha  da  sosial-psixolojiləşməsi,  cəmiyyətin  ədəbiyyata  və    ədə-



biyyatın cəmiyyətə təsiri problemlərinin öyrənilməsi; 


 

 



 

 



Elmi-tədqiqat işlərinə, onların müasirlik keyfiyyətinə tələblərin artırılması; 

 



Ədəbi tənqidin canlandırılması istiqamətində mütəmadi iş aparılması; 

 



Yeniyetmə və gənclərdə vətənpərvərlik və milli qüruru duyğularının gücləndi-

rilməsini  stimullaşdıran  bədii  əsərlər  haqqında  monoqrafik  araşdırmaların  aparılma-

sına və nəşrinə diqqətin artırılması. 

2. Türk xalqları ədəbiyyatı – bu istiqamətdə:

 



 

Təkrarlara yol verməmək, elmi əhəmiyyətinə və aktuallığına təminat yaratmaq 

məqsədi  ilə  bu  yöndə    aparılacaq  tədqiqatların  türk  xalqları  ədəbiyyatının 

Azərbaycan  filoloji  fikrindən  kənarda  ciddi  planda  və  sistematik  şəkildə 

araşdırılmasını nəzərə almaqla planlaşdırılması; 

 



 Türk  xalqları  ədəbiyyatının  (o  cümlədən  Azərbaycan  ədəbiyyatının)  uzun 

müddətli inkişaf tarixi üçün səciyyəvi olan ortaq ədəbi-mədəni, bədii-estetik, nəzəri-

fəlsəfi problemlərinin araşdırılması: 

-  türk  sufizmi:  tarixi  ənənəsi,  inkişaf  meylləri,  ortaq  və  fərqli  cəhətlərinin  üzə 

çıxarılması; 

- türk xalqları ədəbiyyatında divan poeziyasının tədqiqi və dəyərləndirilməsi; 

-  türk  xalqlarının  yazılı  ədəbiyyatının  formalaşmasında  folklorun,  xalq  şeiri 

ənənələrinin,  aşıq  poeziyasının  rolu  və  əhəmiyyəti  barədə  monoqrafik  tədqiqatların 

aparılması; 

- etnik şüurdan milli şüura keçidin ədəbi abidələr kontekstində izlənilməsi və türk 

xalqları ədəbiyyatlarının özünəməxsusluqlarının müəyyənləşdirilməsi; 

-  türk  xalqları  ədəbiyyatında  yeni  mərhələ  olan  XIX  əsr  ədəbiyyatının  yeni 

rakursdan tədqiqi və dəyərləndirilməsi; 

-  türk  maarifçiliyi  probleminin  qoyuluşu  və  Avropa  maarifçiliyi  ilə  müqayisədə 

öyrənilməsi; 

- XX əsr türk xalqları ədəbiyyatının inkişaf meyllərinin (yeni mövzular, ideyalar, 

problemlər, ədəbi cərəyanlar, sənətkarlıq vasitələri və s.) tədqiqi; 

 



Türk  xalqları  ədəbiyyatının  Azərbaycan  ədəbiyyatı  ilə  qarşılıqlı  əlaqələr 

kontekstində araşdırılması; 




 

 



 

 



 Türk xalqları ədəbiyyatı tarixinin hazırlanması, dərsliklərin, dərs vəsaitlərinin 

yaradılması; 

 

Türk xalqları ədəbiyyatının görkəmli nümayəndələrinin həyat və yaradıcılıqla-



rının araşdırılması və təbliği;      

 



Türk xalqları ədəbiyyatına aid yubileylərin, elmi konfransların, simpoziumların 

keçirilməsi; 

 

Türk  xalqları  ədəbiyyatına  aid  informasiya  bazasının  (bədii  tərcümələr,  mo-



noqrafiyalar, dərsliklər, dərs vəsaitləri, məqalələr, resenziyalar və s.) yaradılması.  

3. Xarici ölkələr Ədəbiyyatı və ədəbi əlaqələr – bu istiqamətdə: 

 



Azərbaycan – Avropa, Azərbaycan – Slavyan, Azərbaycan – Şərq ədəbi əlaqə-

lərinin inkişaf və qarşılıqlı zənginləşmə yollarının araşdırılması; 

 

Xarici ölkə ədəbiyyatlarının ən görkəmli nümayəndələri barədə oçerklərin ya-



zılması və elmi informasiyanın təqdimi; 

 



«Ədəbi əlaqələr Ensiklopediyası»nın hazırlanması. 

4. Ədəbiyyat nəzəriyyəsi – bu istiqamətdə:

 



 

İndiyə qədər əsasən təbdil və tərcümə xarakteri daşımış ədəbiyyat nəzəriyyələ-

rinin  Şərq-Qərb  sintezi  əsasında  milli  ədəbiyyatın  da  inkişaf  qanunauyğunluqlarını 

obyektiv  şəkildə  əks  etdirən  fundamental  ədəbiyyat  nəzəriyyəsi  qaynaqlarının 

hazırlanıb çap edilməsi; 

 



 Klassik  Azərbaycan  ədəbiyyatında  öz  əksini  tapmış  milli  poetik  düşüncə 

örnəklərinin toplanması, şərhi və nəşr edilməsi

 

Azərbaycan ədəbiyyatı tarixinin bədii-fəlsəfi cərəyanların nəzəri-poetik sistemi 



kimi  öyrənilməsi  və  dövrləşdirmədə  yeni  obyektiv  elmi  prinsiplərin  tətbiq  edilməsi 

ilə köhnə stereotiplərin aradan qaldırılması;  

 

Tənqid və ədəbi prosesin qarşılıqlı münasibətlərinin metodologiyasının işlənib 



hazırlanması; 

 



Bədii mətnin bərpası və nəzəri-tekstoloji tədqiqlərə diqqətin artırılması; 

5. Ədəbi tənqid – bu istiqamətdə: 


 

 



 

 



İnstitutun istedadlı tənqidçilərinin əlavə maddi stimullaşdırılması hesabına çox-

saylı bədii materialın saf-çürük edilməsi və ədəbi inkişafa təkan verən, insan mənə-

viyyatının  kamilləşməsinə,  humanist  ideyaların  tərənnümünə,  dövlətçilik  prinsip-

lərimizin, vətənpərvərlik duyğularının yüksək poetik səviyyədə təbliğinə cavab verən 

əsərlərin müəyyən edilərək qiymətləndirilməsi; 

 



 Ədəbi  inkişafın  prioritetlərini  planlaşdıran  və  milli  mentalitet  məsələlərində 

gənc  yazarlara  yardım  edə  bilən  nəzəri-tənqidi  yazılarla  vaxtaşırı  mətbuatda  və 

elektron informasiya vasitələrində çıxış etmək; 

 



Hər ilin ədəbi yekunlarını özündə ehtiva edən «Ədəbi proses» toplularının ha-

zırlanıb nəşr edilməsi ilə çağdaş ədəbi əsərlərə operativ qiymət verilməsi. 

Yuxarıda sadalanan məqsəd və vəzifələrin gerçəkləşdirilməsi bir çox detallara və 

təfərrüatlara bağlıdır ki, bunların üzərindən vaz keçərək,  yalnız  bir başlıcasını qeyd 

etmək istərdik: 

Biz istedadlı alimlərimizdən dünya səviyyəli əsərlər istəyiriksə, onların intellek-

tual əməyinin də dünya səviyyəsində, inkişaf etmiş ölkələrin örnəyi əsasında qiymət-

ləndirilməsi vacib şərtlərdən biri olmalıdır. Əks halda Azərbaycan ədəbiyyatşünaslıq 



elminin dünya səviyyəsinə qalxması yalnız xoş arzu olaraq qala bilər.

 

 

Yüklə 47,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə