Azərbaycan Aqrar-Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında



Yüklə 22,72 Kb.
Pdf görüntüsü
tarix27.03.2018
ölçüsü22,72 Kb.
#34970


Azərbaycan Aqrar-Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat 

institutlarının strukturunun təkmilləşdirilməsi haqqında

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI



 

 

 



“Aqrar  sahədə  idarəetmənin  təkmilləşdirilməsi  və  institusional 

islahatların  sürətləndirilməsi  ilə  bağlı  tədbirlər  haqqında”  Azərbaycan 

Respublikası 

Prezidentinin 

2014-cü 

il 


16 

aprel 


tarixli 

152 


nömrəli

 Fərmanının  2.8-ci  bəndinin  icrasını  təmin  etmək  məqsədi  ilə 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1.  Azərbaycan  Aqrar  Elm  Mərkəzinin  adı  dəyişdirilərək,  Azərbaycan 



Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyinin  Aqrar  Elm  və  İnformasiya 

Məsləhət Mərkəzi adlandırılsın.

 

2. Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutu və Azərbaycan Elmi-



Tədqiqat  Yemçilik,  Çəmənçilik  və  Otlaqlar  İnstitutunun  bazasında 

Azərbaycan  Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyinin  Əkinçilik  Elmi-

Tədqiqat İnstitutu yaradılsın.

 

3.  Azərbaycan  Elmi-Tədqiqat  Baytarlıq  Preparatlarına  Elmi  Nəzarət 



İnstitutunun  və  Azərbaycan  Elmi-Tədqiqat  Baytarlıq  İnstitutunun 

bazasında  Azərbaycan  Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyinin 

Baytarlıq Elmi-Tədqiqat İnstitutu yaradılsın.

 

4.  Azərbaycan  Elmi-Tədqiqat  Heyvandarlıq  İnstitutunun  və 



R.A.Hüseynov  adına  Azərbaycan  Elmi-Tədqiqat  İpəkçilik  İnstitutunun 

İpəkqurdunun  seleksiyası  və  yetişdirilməsi  laboratoriyasının,  Arıçılıq 

laboratoriyasının, 

Yem 


istehsalının 

texnologiyası 

şöbəsinin 

və 


Eksperimental-İstehsalat  Faxralı  Təcrübə  şöbəsinin  bazasında  Azərbaycan 

Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyinin  Heyvandarlıq  Elmi-Tədqiqat 

İnstitutu yaradılsın.

 

5. Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutunun, Azərbaycan 



Elmi-Tədqiqat  Pambıqçılıq  İnstitutunun  və  R.A.Hüseynov  adına 

Azərbaycan  Elmi-Tədqiqat  İpəkçilik  İnstitutunun  Biotexnologiya  və 

xəstəlik-zərərvericilərə 

nəzarət 


laboratoriyasının, 

Biomüxtəlifliyin 

qorunması 

və 


genetika 

laboratoriyasının 

və 

Bioinformatika 



laboratoriyasının  bazasında  Azərbaycan  Respublikası  Kənd  Təsərrüfatı 

Nazirliyinin  Bitki  Mühafizə  və  Texniki  Bitkilər  Elmi-Tədqiqat  İnstitutu 

yaradılsın.

 



6. 

Azərbaycan 

Elmi-Tədqiqat 

Tərəvəzçilik 

İnstitutunun 

adı 


dəyişdirilərək,  Azərbaycan  Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyinin 

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu adlandırılsın.

 

7.  Azərbaycan  Elmi-Tədqiqat  Bağçılıq  və  Subtropik  Bitkilər 



İnstitutunun adı dəyişdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı 

Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu adlandırılsın.

 

8.  Azərbaycan  Elmi-Tədqiqat  Üzümçülük  və  Şərabçılıq  İnstitutunun 



adı dəyişdirilərək,  Azərbaycan  Respublikası Kənd  Təsərrüfatı  Nazirliyinin 

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu adlandırılsın.

 

9.  Azərbaycan  Elmi-Tədqiqat  Kənd  Təsərrüfatının  İqtisadiyyatı  və 



Təşkili  İnstitutunun  adı  dəyişdirilərək,  Azərbaycan  Respublikası  Kənd 

Təsərrüfatı  Nazirliyinin  Kənd  Təsərrüfatının  İqtisadiyyatı  Elmi-Tədqiqat 

İnstitutu adlandırılsın.

 

10.  Azərbaycan  Elmi-Tədqiqat  Aqromexanika  İnstitutunun  adı 



dəyişdirilərək,  Aqromexanika  Elmi-Tədqiqat  İnstitutu  adlandırılsın  və 

Azərbaycan Dövlət Aqrar Universitetinin tabeliyinə verilsin.

 

11.  Gəncə  Layihə  Axtarış  Kimyalaşdırma  Stansiyası  Azərbaycan 



Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyinin  Bitki  Mühafizə  və  Texniki 

Bitkilər Elmi-Tədqiqat İnstitutunun tabeliyinə verilsin.

 

12.  Gəncə  Regional  Aqrar  Elm  Mərkəzinin  adı  dəyişdirilərək,  Gəncə 



Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi adlandırılsın.

 

13.  Kürdəmir  Regional  Aqrar  Elm  Mərkəzinin  adı  dəyişdirilərək, 



Kürdəmir  Regional  Aqrar  Elm  və  İnformasiya  Məsləhət  Mərkəzi 

adlandırılsın.

 

14.  Beyləqan  Regional  Aqrar  Elm  Mərkəzinin  adı  dəyişdirilərək, 



Beyləqan Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi adlandırılsın.

 

15.  Tərtər  Regional  Aqrar  Elm  Mərkəzinin  adı  dəyişdirilərək,  Tərtər 



Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi adlandırılsın.

 

16.  Şəki  Regional  Aqrar  Elm  Mərkəzinin  adı  dəyişdirilərək,  Şəki 



Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi adlandırılsın.

 

17.  Salyan  Regional  Aqrar  Elm  Mərkəzinin  adı  dəyişdirilərək,  Salyan 



Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi adlandırılsın.

 

18.  Quba  Regional  Aqrar  Elm  Mərkəzinin  adı  dəyişdirilərək,  Quba 



Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi adlandırılsın.

 

19.  Lənkəran  Regional  Aqrar  Elm  Mərkəzinin  adı  dəyişdirilərək, 



Lənkəran  Regional  Aqrar  Elm  və  İnformasiya  Məsləhət  Mərkəzi 

adlandırılsın.

 



20.  Azərbaycan  Respublikasının  Kənd  Təsərrüfatı  Nazirliyi  bu 

qərardan irəli gələn məsələləri həll etsin.

 

21. Bu qərar imzalandığı gündən qüvvəyə minir.



 

 

 



Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

 



 

Bakı şəhəri, 17 aprel 2015-ci il

 

                  № 109



 

 

 



 

Yüklə 22,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə