Azərbaycan aşiqlar biRLİYİ



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə1/20
tarix08.07.2018
ölçüsü0,72 Mb.
#53807
  1   2   3   4   5   6   7   8   9   ...   20


 
 
AZƏRBAYCAN AġIQLAR BĠRLĠYĠ 
 
 
 
 
 
 
GÜNÜMÜZÜN USTAD AġIQLARI 
 
 
 
 
 
 
ƏDALƏT NƏSĠBOV 
 
 
 
 
 
 
 
 
 
 
 
“Elm və təhsil” 
Bakı –  2017 


Ədalət Nəsibov
 
 

 
Məsləhətçi:              Məhərrəm QASIMLI 
Azərbaycan Aşıqlar Birliyinin sədri,  
Əməkdar Elm Xadimi, professor 
 
 
Nəşrə hazırlayanı  
və redaktoru: 
       Altay MƏMMƏDLĠ 
Azərbaycan Aşıqlar Birliyinin katibi 
 
 
 
 
 
Günümüzün ustad aĢıqları: Ədalət Nəsibov.  
Bakı, “Elm və təhsil”  nəĢriyyatı, 2017, 104 səh. (+ 8 səh. Ģəkil) 
 
 
 
Azərbaycan  Aşıqlar  Birliyinin  yeni  layihəsi  olan 
“Günümüzün  ustad  aşıqları”  seriyasından  nəşr  olunan 
bu  kitabda  dövrümüzün  tanınmış  ustad  aşığı,  Əməkdar 
İncəsənət  Xadimi  Ədalət  Nəsibov    haqqında    elm  və 
sənət adamlarının  söylədikləri dəyərli  fikirlər, ona ithaf 
olunmuş  şeirlər  və  özünün  yaradıcılığından  nümunələr 
yer alıb. 
 
 
 
2017
098
236
4702000000



N
 
 
 
 
 
©Azərbaycan AĢıqlar Birliyi, 2017 
 


Günümüzün ustad aĢıqları 
 

 
 
ƏDALƏTĠN SAZI-SAZIN ƏDALƏTĠ 
 
Bu sehrikar barmaqları, onu havalandıran dəli duyğu-
ları sözün gücüylə canlandırmaq əslində mümkün deyildir. 
Ədalət  Nəsibov  tufanı  “Yanıq  Kərəmi”dən  “Ruhani”yə, 
“Misri”dən  “Orta  Sarıtel”ə,  “Cəlili”dən  “Hüseyni”yə 
qədər  saz  havaları  boyu  elə  bir  sehr-ovsun  yaratmaq 
gücündədir  ki,  bu  möcüzəli  mənzərə  sözün  dillənməsinə 
demək  olar  yer  qoymur.  Onun  çaldığı  saz  Qazaxdan 
qanadlanıb  Gəncəyə,  Bakıya,  Təbrizə,  İstanbula,  Parisə 
qədər  hər  yerə  Azərbaycan  milli-mənəvi  varlığının  mö-
cüzəli təqdimatını daşıdı. O, hər dəfə sazı əlinə alanda bir 
ayrı adam oldu. Bu gün çaldığı “Yanıq Kərəmi”, “Ruhani” 
“Qaraçı”,  ”Misri”  dünən  çaldığı  havanın  eynisi,  təkrarı 
olmadı.  O,  min  dəfə  “Yanıq  Kərəmi”ni  çaldısa  mini  də 
biri-birinə bənzədiyi qədər biri-birindən fərqli oldu. Budur 
Ədalət Nəsibovun təkrarsız saz qüdrəti! 
  Onilləri aşıb gələn Ədalət Nəsibov ifaçılıq məktəbi 
öz arxasınca böyük bir saz ordusunu çəkib aparır. Elə bu 
sirli qüdrət gözümüzün qabağında “Ədalətin sazı” obrazını 
heykəlləşdirdi. Möcüzə bununla da bitmədi. Bu möhtəşəm 
obraz həm də “Sazın Ədaləti”nə çevrildi. 
Prezident  təqaütçüsü,  Əməkdar  İncəsənət  Xadimi 
fəxri adlarını ana südü kimi halallıqla daşıyan Ədalət Nə-
sibov  Azərbaycanımızda  yeddidən  yetmiş  yeddiyə  kimi 
hamının  xüsusi  rəğbət  və  ehtiram  bəslədiyi  bir  tarixi 
şəxsiyyətdir. YUNESKO-da  dünyanın  nadir musiqi ifaçı-
ları  sırasında  diski  buraxılan  bu  əfsanəvi  sənətkar  bizim 
zəmanəmizdə Azərbaycan aşıqlığının sənət pasportudur! 


Ədalət Nəsibov
 
 

Elə buna görə də, Ədalət Nəsibov Azətbaycan Aşıqlar 
Birliyi  kimi  çox  mötəbər  bir  təşkilatın  idarə  heyətinin 
üzvü və bir saylı fəxri biletin daşıyıcısıdır.  
 
...Nə yaxşı ki, Ədalət Nəsibovla bir zəmanədə yaşayı-
rıq,  onu  görür,  səsini  eşidir,  sehirli  barmaqlarının  dillən-
dirdiyi  durnatelli  sazın  sədalarını  bağrı  başından  qopan 
ilahi bir nur kimi ruhumuza hopdura bilirik. Bütün bunlara 
görə sağ ol, var ol böyük USTAD! Tanrı səni qorusun! 
 
   
 
Məhərrəm QASIMLI 
Azərbaycan AĢıqlar Birliyinin sədri,  
Əməkdar Elm Xadimi, professor 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Günümüzün ustad aĢıqları 
 

 
ELM VƏ SƏNƏT ADAMLARI 
AġIQ  ƏDALƏT NƏSĠBOV HAQQINDA 
 
 
 
 
SAZIN VURĞUNU 
 
Ədaləti lap gənc yaşlarında bir məclisdə gördüm. Cavan 
aşığı  birinci  dəfə  görənlər  heyran  qalmışdılar.  Aşığın  incə, 
cəld  barmaqları  sazın  pərdələrində  elə  gəzirdi  ki,  hələ  indiyə 
qədər  eşitmədiyimiz  yeni  bakir  səslər  eşidirdik.  Arabir 
meşədə  cəh-cəh  vurub  oxuyan  bülbüllərin  səsi  bu  sazin  incə 
və  ahəngdar  səsinə  qarışırdı.  Məclisdə  əyləşənlər  arabir 
danişır aşığa qiymət verirdilər. 
Bu,  hələ  gəncdir,  cox  inkişaf  edəcək.  Yaxın  zamanda 
sazın Səməd Vurğunu olacaq! 
Bu,  mənim  Ədalətlə  ilk  tanişlığım  oldu.  İllər  aylar  gəlib 
kecdi.  Ədalətin  adını  orda-burda  cəkib  tərifləyirdilər.  Nəha-
yət, aşığın Opera və Balet Teatrında, filarimoniyada, radioda, 
televiziyzda və başqa yığıncaqlarda uğurlu cıxışlarının şahidi 
olduq. 
Ədalətin  ecazkar  sazını  dinləməyən  bir  saz,  söz,  musiqi 
həvəskarı demək olar ki, yoxdur. 
Aşığın  tamaşacıları  günü-gündən  coxalır,  sazının  məla-
hətli səsi indi qardaş ölkələrdən gəlir. 
Aşıga olan hörmət, məhəbbət onu daha da qanadlandırır 
ilhamlandırır. 
Ədalət gəncdir, mən inanıram ki, o, sazın hələ acılmamış 
sirlərinə vaqif olacaqdır. 
Biz  Ədalətə  sənətin  cox  cətin,  lakin  olduqca  şərəfli 
yollarında daha böyük uğurlar və maraqlı kəşvlər arzu edirik. 
 
 
 
 
 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə