«Azərbaycan Beynəlxalq Bankı» asc-nin



Yüklə 69,83 Kb.
tarix01.04.2018
ölçüsü69,83 Kb.
#35660

«Azərbaycan Beynəlxalq Bankı» ASC-nin

İdarə Heyəti tərəfindən təsdiq edilmişdir:

Protokol № 35; Qərar № 170;

Tarix: 14.09.2012-ci il




Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində

xarici dövlətlərin siyasi xadimlərinə

dair tətbiq olunan tədbirlər haqqında
M E T O D İ K İ G Ö S T Ə R İ Ş L Ə R



  1. Ümumi müddəalar



    1. Bu Metodiki Göstərişlər cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə əlaqədar «Azərbaycan Beynəlxalq Bankı» ASC-də (irəlidə Bank adlanacaq) daxili nəzarət sisteminin təkmilləşdirilməsi və risklərin azaldılması məqsədilə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin “Hüquqi şəxs olan Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət sistemlərinin hazırlanmasına dair tələblər”i, Bankın Nizamnaməsi və digər normativ-hüquqi aktların müddəaları əsasında hazırlanmışdır.

    2. Bu Metodik göstərişlər Bankın müvafiq struktur bölmələri tərəfindən Xarici dövlətlərin siyasi xadimlərin müəyyənləşdirilməsi, onlarla əlaqəli qərarların qəbul edilməsi habelə bununla bağlı digər daxili prosedurları müəyyən edir.




  1. İstifadə olunan anlayışlar




    1. Bankın struktur bölməsi – Bankın müvafiq departamentləri və ərazi filialları.

    2. MMX Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti.

    3. DNM – Daxili nəzarət və monitorinq departamenti.

    4. Məsul şəxs – Bankın struktur bölməsinin rəhbəri ilə təyin olunan, Bankın struktur bölməsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili qaydaların və prosedurların həyata keçirilməsinə nəzarət etməyə, DNM ilə məlumat mübadiləsini həyata keçirməyə, habelə monitorinq olunmalı əməliyyatlarla bağlı müvafiq hesabat formaları hazırlamağa və təqdim etməyə məsul olan şəxsdir.

    5. Bankın Məsul şəxsi – İdarə Heyəti Sədrinin əmri ilə təyin olunan, Bankda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili qaydaların və prosedurların həyata keçirilməsinə nəzarət etməyə, MMX ilə məlumat mübadiləsini həyata keçirməyə, habelə monitorinq olunmalı əməliyyatlarla bağlı müvafiq gündəlik hesabatları hazırlamağa və təqdim etməyə məsul olan şəxsdir.

    6. Müştəri – Bankın hər hansı xidmətindən daimi və ya qeyri-müntəzəm istifadə edən fiziki və ya hüquqi şəxsdir.

    7. Benefisiar – pul vəsaitləri və ya digər əmlakla əlaqədar əməliyyatlardan son nəticədə iqtisadi və ya hər hansı digər fayda əldə edən fiziki və ya hüquqi şəxs, habelə xeyrinə əqdlərin həyata keçirildiyi hüquqi şəxsin əsl sahibi və ya müştəriyə nəzarəti həyata keçirən fiziki şəxsdir.

    8. Eyniləşdirmə – müştərinin, benefisiarın və nümayəndənin şəxsiyyətinin, hüquq qabiliyyətinin, təmsilçilik səlahiyyətinin və işgüzar fəaliyyətinin müəyyən edilməsidir.

    9. Verifikasiya – etibarlı mənbələr vasitəsilə müştəri, benefisiar və səlahiyyətli nümayəndə barəsində əldə edilmiş eyniləşdirmə məlumatlarının həqiqiliyinin müəyyən edilməsidir.

    10. Xarici dövlətlərin siyasi xadimləri – hər hansı xarici dövlətdə mühüm ictimai vəzifə tutan və ya əvvəllər belə vəzifəni tutmuş şəxslər, onların ailə üzvləri və yaxın qohumları.




  1. Xarici dövlətlərin siyasi xadimlərinə aid şəxslər

Mövcud qanunvericiliyə və qəbul olunmuş beynəlxalq praktikaya əsasən xarici dövlətlərin siyasi xadimlərinə hər hansı xarici dövlətdə aşağıda sadalanan mühüm ictimai vəzifə tutan və ya əvvəl belə vəzifəni tutmuş şəxslər aiddir:



  • Dövlət və ya hökumət başçıları;

  • Nüfuzlu siyasətçilər;

  • Hökumət üzvləri;

  • Yuxarı instansiya məhkəmələrinin hakimləri;

  • Yüksək rütbəli hərbi qulluqçular;

  • Xarici dövlətlərin səfirləri;

  • Siyasi partiyaların vəzifəli şəxsləri;

  • Dövlət mülkiyyətində olan müəssisələrin rəhbər vəzifəli şəxsləri.

Eyni zamanda, xarici dövlətlərin siyasi xadimlərinə, yuxarıda sadalanan şəxslərin ailə üzvləri və yaxın qohumları da aiddir.
4. Xarici dövlətlərin siyasi xadimlərinin müəyyən edilməsi
4.1. Xarici dövlətlərin siyasi xadimlərinin müəyyən edilməsi üçün aşağıdakı mənbələrdən istifadə oluna bilər:

  • Müştəridən əldə olunan məlumatlar (Xarici dövlətlərin siyasi xadimlərinin sorğu vərəqəsi);

  • Bankın əldə etdiyi məlumatlar;

  • Bankın törəmə müəssisələrindən əldə edilən məlumatlar;

  • Gəlir və vəsaitlərin mənbəyi haqqında siyasi xadimlərlə bağlı bəyannamə üzrə məlumatlar (hər hansı ölkədə gəlir və vəsaitlərinin mənbəyi haqqında bəyannamə üzrə məlumatları təqdim edən şəxslərin siyahısı dərc edilirsə);

  • Məlumat bazalarından (MMX-nın internet saytında, Word Chek axtarış bazasında və sair internet və məlumat mənbələri) toplanan məlumatlar;

  • Kütləvi informasiya vasitələrindən toplanan məlumatlar.

4.2. Bankın struktur bölmələri xarici dövlətlərin siyasi xadimlərini aşkar etmək üçün öz müştəri bazalarında monitorinq keçirməlidirlər. Eyni zamanda, yeni müştəri ilə işgüzar münasibətlərin qurulmasından əvvəl, onun (özünün və ya 10%-dən çox paya malik fiziki şəxs olan sahibinin) xarici dövlətlərin siyasi xadimi olub-olmaması öyrənilməlidir.

4.3. Xarici dövlətlərin siyasi xadimlərinə aid olan müştərilər və ya benefisiar şərti olaraq üç yerə bölünməlidir:



  • işgüzar münasibətlərin yaradılmasından sonra aşkarlanan;

  • işgüzar münasibətlərin yaradılmasından əvvəl aşkarlanan;

  • hesab açmadan bir dəfəlik əməliyyat aparan.

5. Xarici dövlətlərin siyasi xadimləri ilə işgüzar

münasibətlərə dair qərarların verilməsi
5.1. Xarici dövlətlərin siyasi xadimlərinə aid olan müştərilər barədə Bankın struktur bölmələri bu metodik göstərişlərin əlavəsinə uyğun Məlumat vərəqəsini (Əlavə 1) doldurur və DNM-ya təqdim edir.

5.2. DNM-nin əməkdaşları xarici dövlətlərin siyasi xadimlərinə (və ya ailə üzvləri və yaxın qohumlarına) aid əlavə qeydləri olarsa Məlumat vərəqəsinə onu qeyd edir və rəy (işgüzar münasibətlərin yaradılmasından imtina; işgüzar münasibətlərin yaradılmasına etiraz etməmək; işgüzar münasibətlərin davam etdirilməsi; işgüzar münasibətlərin dayandırılması) verilməsi üçün Bankın Məsul şəxsinə və Risklərin idarə edilməsi departamentinin direktoruna təqdim edir.

5.3. Bankın Məsul şəxsi və Risklərin idarə edilməsi departamentinin direktoru birqə rəylərini qeyd edirlər və dərkənar (razıyam və ya razı deyiləm) alınması üçün Məlumat vərəqəsini Bankda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsinə kuratorluq edən İdarə Heyəti sədrinin müavininə təqdim edilir.

5.4. Məlumat vərəqəsi DNM-ya qaytarılır. Əsli müvafiq qovluqlara tikilir, surəti isə işlərində rəhbər tutmaq üçün struktur bölmələrinə qaytarılır.


6. Xarici dövlətlərin siyasi xadimləri əməliyyatlarının monitorinqi
6.1. Xarici dövlətlərin siyasi xadimlə işgüzar münasibətlər qurulduqda struktur bölmələri bu münasibətlər üzərində gücləndirilmiş davamlı monitorinqini həyata keçirməlidirlər. Gücləndirilmiş davamlı monitorinqə xarici dövlətlərin siyasi xadim olan müştərinin əməliyyatlarının monitorinqi və bu əməliyyatların müştərinin profilinə uyğun olub-olmasının qiymətləndirilməsi, habelə müştəri barədə məlumatların mütəmadi olaraq yenilənməsi daxildir.

6.2. Xarici dövlətlərin siyasi xadimləri tərəfindən aparılan əməliyyatlar üzrə müəyyən olunmuş şübhəlilik meyarları (indikatorlar) aşağıdakılardır:



  • Müştərinin profili, əvvəlki fəaliyyətləri və ya eyni qrupda təmsil olunan müştərilərin profilinə uyğun olmayan fəaliyyətlərin həyata keçirilməsi;

  • Müəyyən olunmuş məbləğdən (limitdən) yuxarı olan əməliyyatların aparılması;

  • Hesaba qoyulan məbləğin siyasi xadim və onun ailə üzvlərinin gəlirlərinə qeyri-mütənasib olması;

  • Vəsaitlərin anonim hesabdan daxil olması (bu halda bank eyniləşdirmə məlumatlarını tələb etməli və ya köçürməni qəbul etməməlidir);

  • Vəsaitlərin ofşor ölkələrə köçürülməsi;

  • Vəsaitlərin şəxsi hesablardan korporativ hesablara köçürülməsi, üçüncü şəxslər və ya vasitəçilərin hesablarına və ya onların hesablarından köçürmələrin həyata keçirilməsi.

6.3. Xarici dövlətlərin siyasi xadimləri üzrə yenilənmiş məlumatlar ildə bir dəfədən az olmayaraq bu metodik göstərişlərin 5-ci maddəsinə uyğun struktur bölmələri tərəfindən təqdim olunmalıdırlar.
7. Xarici dövlətin siyasi xadiminin sorğu vərəqəsi
7.1. Struktur bölmələri bütün qeyri-rezident müştərilərdən, həmçinin, təsisçisi qeyri-rezident olan hüquqi şəxslərdən xarici dövlətlərin siyasi xadimi üçün nəzərdə tutulmuş sorğu vərəqəsinin (Əlavə 2 və 3) doldurulmasını tələb etməlidirlər.

7.2. Sorğu vərəqəsinin doldurulması zamanı aşağıdakı addımlar atılmalıdır:



  • Müştəri sorğu vərəqəsini doldurmalı və təqdim etdiyi məlumatın düzgünlüyün təmin etmək üçün onu imzalamalıdır.

  • Müştəri ya özünün yeganə benefisiar mülkiyyətçi olduğunu bildirməli, ya da benefisiar mülkiyyətçilərin siyahısını təqdim etməlidir.

  • Sorğu vərəqəsi struktur bölmənin işçisinin iştirakı ilə imzalanmalı və onun imzası ilə də təsdiqlənməlidir (hüquqi şəxslər üçün sorğu vərəqəsi istisna olaraq). Bu zaman həmin struktur bölmənin işçisi sorğu vərəqəsinin müqaviləni imzalayan şəxs tərəfindən doldurulub imzalandığını təsdiqləyən şahid rolunu oynayır.

7.3. Sorğu vərəqəsində verilən məlumatların doğru və ya tam olmamasına görə müvafiq sanksiyaların tətbiqinə dair qeyd-şərt göstərilib. Şəxs tərəfindən sorğu vərəqəsinin doldurulması zamanı qəsdən və ya laqeydlik əsasında yanlış və ya saxta məlumatlarının verilməsi halları istisna edilmir. Bu baxımdan bu qeyd-şərt əslində yanlış və ya saxta məlumatın verilməsi halında baş verəcək nəticələr barədə müştərini xəbərdar edir. İmzalanmış sorğu vərəqəsinin əsli bankın sənədlərin saxlanması haqqında qaydalarına müvafiq olaraq Bankın struktur bölməsində saxlanmalıdır.
8. Yekun müddəalar
8.1. Bu metodik göstərişlərin tələblərini lazımınca yerinə yetirilməsinə görə müvafiq struktur bölmələrin rəhbərləri və səlahiyyətli işçiləri bilavasitə məsuliyyət daşıyırlar.

8.2. Bu Qaydaların tələbləri yerinə yetirilərkən toplanmış sənədlərin arxivləşdirilməsi qaydası "Azərbaycan Respublikası Bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”la tənzimlənir.



Əlavə 1

Xarici dövlətin siyasi xadimi haqqında

Məlumat vərəqəsi
Struktur bölmənin adı ________________________
Müştərinin adı _________________________________
Tutduğu (və ya əvvəl tutduğu) vəzifə __________________________________
qohum olduğu siyasi xadimin adı və tutduğu vəzifə ____________________________
Müştəri haqqında məlumat ________________________________________________

______________________________________________________________________

______________________________________________________________________

______________________________________________________________________

______________________________________________________________________
Xarici dövlətin siyasi xadiminə aid olan müştəri və ya benefisiar (lazım olanı qeyd edin):

işgüzar münasibətlərin yaradılmasından sonra aşkarlanıb;

işgüzar münasibətlərin yaradılmasından əvvəl aşkarlanıb;

hesab açmadan bir dəfəlik əməliyyat aparıb.


Struktur bölmənin rəhbəri ______________ ____________________ _____________

İmza adı, soyadı tarix

Struktur bölmənin məsul şəxsi______________ ___________________

İmza adı, soyadı


Daxili nəzarət və monitorinq departamentinin xarici dövlətlərin siyasi xadiminə aid əlavə məlumatlar (olduğu halda doldurulur) _______________________________________

_____________________________________________________________________

_____________________________________________________________________

_____________________________________________________________________


Bankın Məsul şəxsin və Risklərin idarə edilməsi departamentinin direktorunun birgə təklifi: ________________________________________________________________
Bankın Məsul şəxsi ______________ ____________________

İmza adı, soyadı


Risklərin idarə edilməsi departamentinin direktoru ______________ __________________

İmza adı, soyadı

İdarə Heyəti Sədrinin müavininin rəyi ________________________________________
İmzası _____________ Tarix ____________________
Əlavə 2 (fiziki şəxslər üçün)

Xarici dövlətin siyasi xadiminin

SORĞU VƏRƏQƏSİ
Hesabın № (mövcud olduğu halda) _______________________________________________
«Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanunu xarici dövlətlərin siyasi xadimlərinin pul vəsaitləri və ya digər əmlakla əməliyyatlarına münasibətdə bu Qanunda nəzərdə tutulan eyniləşdirmə və verifikasiya tədbirləri ilə yanaşı, əlavə eyniləşdirmə tədbirlərinin tətbiqini tələb edir.

«Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.14-cü maddəsi ilə xarici dövlətlərin siyasi xadimlərinə aşağıdakı şəxslər aid edilib:

1. hər hansı xarici dövlətdə mühüm ictimai vəzifə tutan və ya əvvəllər belə vəzifəni tutmuş şəxslər – dövlət və ya hökumət başçıları, nüfuzlu siyasətçilər, hökumət üzvləri, yuxarı instansiya məhkəmələrinin hakimləri, yüksək rütbəli hərbi qulluqçular, dövlət mülkiyyətində olan müəssisələrin rəhbər vəzifəli şəxsləri, siyasi partiya vəzifəli şəxsləri;

2. hər hansı xarici dövlətdə mühüm ictimai vəzifə tutan və ya əvvəllər belə vəzifəni tutmuş şəxslərin ailə üzvləri və yaxın qohumları.

Qeyd: yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürənlər, nəvələr aiddir.
Sorğu vərəqəsinin doldurulması zamanı qəsdən və ya laqeydlik əsasında yanlış və ya saxta məlumatlarının verildiyi halda Bank müştəri ilə işgüzar münasibətləri qeyd-şərtsiz olaraq dayandıra bilər.

GÖSTƏRİŞ: YALNIZ BİR BÖLÜMÜ DOLDURUN: «A» və ya «B»


Bölüm A: mən şəxsən təsdiq edirəm ki, yuxarıda qeyd olunan

anlayışa uyğun olaraq xarici dövlətin siyasi xadimi deyiləm.


Soyadı, adı, atasının adı _________________________________________________

Vətəndaşlıq: _________________________________________________

İmza: _________________________________________________

Tarix: _________________________________________________



Bölüm B: mən şəxsən təsdiq edirəm ki, yuxarıda qeyd olunan

anlayışa uyğun olaraq xarici dövlətin siyasi xadimiyəm.


Soyadı, adı, atasının adı __________________________________________________

Vətəndaşlıq: __________________________________________________

İmza: __________________________________________________

Tarix: __________________________________________________

Tutduğu (əvvəl tutduğu) vəzifə: __________________________________________________

Telefon nömrəsi: __________________________________________________

Struktur bölmənin adı __________________________________________________________

Struktur bölmənin əməliyyatçısı: _________________ _______________ __________________

İmza adı, soyadı tarix

Əlavə 3 (hüquqi şəxslər üçün)

Xarici dövlətin siyasi xadiminin

SORĞU VƏRƏQƏSİ
Hüquqi şəxsin adı _______________________________________________
«Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanunu xarici dövlətlərin siyasi xadimlərinin pul vəsaitləri və ya digər əmlakla əməliyyatlarına münasibətdə bu Qanunda nəzərdə tutulan eyniləşdirmə və verifikasiya tədbirləri ilə yanaşı, əlavə eyniləşdirmə tədbirlərinin tətbiqini tələb edir.

«Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.14-cü maddəsi ilə xarici dövlətlərin siyasi xadimlərinə aşağıdakı şəxslər aid edilib:

1. hər hansı xarici dövlətdə mühüm ictimai vəzifə tutan və ya əvvəllər belə vəzifəni tutmuş şəxslər – dövlət və ya hökumət başçıları, nüfuzlu siyasətçilər, hökumət üzvləri, yuxarı instansiya məhkəmələrinin hakimləri, yüksək rütbəli hərbi qulluqçular, dövlət mülkiyyətində olan müəssisələrin rəhbər vəzifəli şəxsləri, siyasi partiya vəzifəli şəxsləri;

2. hər hansı xarici dövlətdə mühüm ictimai vəzifə tutan və ya əvvəllər belə vəzifəni tutmuş şəxslərin ailə üzvləri və yaxın qohumları.

Qeyd: yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürənlər, nəvələr aiddir.
Sorğu vərəqəsinin doldurulması zamanı qəsdən və ya laqeydlik əsasında yanlış və ya saxta məlumatlarının verildiyi halda Bank müştəri ilə işgüzar münasibətləri qeyd-şərtsiz olaraq dayandıra bilər.


N

Soyadı, adı, atasının adı

Vətəndaşlıq

Malik olduğu payın həcmi

Xarici dövlətin siyasi xadimi olduğu halda tutduğu (əvvəl tutduğu) vəzifə

1













2













3













4













5













Hüquqi şəxsin rəhbərinin vəzifəsi: _____________________________________________________



_________________ ___________________________ __________________

İmza adı, soyadı tarix
Yüklə 69,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə