Azərbaycan beynəlxalq banki iLLİk hesabat 2007



Yüklə 5,44 Mb.
Pdf görüntüsü
səhifə1/42
tarix17.09.2018
ölçüsü5,44 Mb.
#68901
  1   2   3   4   5   6   7   8   9   ...   42


AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
İLLİK HESABAT 2007



AZƏRBAYCAN BEYNƏLXALQ BANKI


2


MÜNDƏRİCAT
4.  ABB İDARƏ HEYƏTİ SƏDRİNİN MÜRACİƏTİ
8.  ABB-nin RƏHBƏRLİYİ
11.  BANK HAQQINDA ÜMUMİ MƏLUMAT

Səhmdarlar

Müştərilər

Əməkdaşlar

Xidmət şəbəkəsi
15.  NAİLİYYƏTLƏRİMİZ
19.  ƏSAS MALİYYƏ GÖSTƏRİCİLƏRİMİZ
23.  KORPORATİV MÜŞTƏRİLƏRƏ XİDMƏT
31.  FƏRDİ MÜŞTƏRİLƏRƏ XİDMƏT
37.  MALİYYƏ QRUPU
43.  31 DEKABR 2007-Cİ İL TARİXİNƏ KONSOLİDASİYA EDİLMİŞ
MALİYYƏ HESABATLARI VƏ MÜSTƏQİL AUDİTORUN RƏYİ
İllik Hesabat 2007


Hörmətli müştərilər, partnyorlar, dostlar, həmkarlar!
2007-ci il Bankın həyatında əlamətdar il olmuşdur: bu il Bankın
yaradılmasının və fəaliyyətə başlamasının 15 ili tamam olmuşdur.
Hadisələrlə zəngin, müxtəlif sınaqlarla, böyük dəyişikliklərlə və
sürətli və hərtərəfli inkişafla dolu çətin yol geridə qalmışdır. Bank,
ölkənin müstəqillik əldə etməsi ilə, demək olar ki, eyni zamanda
yaranmış, yaranmasının ilk illəri 90-cı illərinin əvvəllərində mürəkkəb
şəraitdə, 90-cı illərin ikinci yarısında iqtisadi islahatların çətin vaxt-
larında keçmiş, sonradan universal Bankın inkişaf strategiyasının
qəbulu, Bankın təşəkkülü üçün ciddi impuls olmuş 2000-ci illərin I
yarısında əsaslı islahatlar aparılmış və ABB regionun ən iri bankına
və böyük bir maliyyə şirkətləri qrupunun əsas aparıcı həlqəsinə
çevrilmişdir.
Əgər, bu il ABB-nin törəmə müəssisələri olan “Azərbaycan
Beynəlxalq Bankı - Moskva” və “Beynəlxalq Sığorta Şirkəti”nin
ABB İDARƏ HEYƏTİ 
SƏDRİNİN MÜRACİƏTİ


İllik Hesabat 2007
AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
5
5 illiklərini bayram etdiklərini də nəzərə alsaq, onda deyə bilərik ki, 2007-ci il bizim üçün
daha da əlamətdar olmuşdur. 5 il bundan əvvəl Rusiya Federasiyasının paytaxtı Moskva
şəhərində 100%-li Azərbaycan kapitalı ilə ilk bankın və ölkə bazarında ən iri sığorta şirkətinin
açılması, nəinki tək ABB maliyyə qrupunun, eləcə də Azərbaycanın bütün maliyyə sektoru-
nun inkişafında mühüm dönüş nöqtəsi oldu. Törəmə müəssisələrin nizamnamə fonduna
qoyulmuş vəsaitlər Bankın tarixində ən iri kapital qoyuluşlarıdır.
2007-ci ildə Bankın mövqeləri beynəlxalq arenada xeyli möhkəmləmiş, infra-struktur inkişaf
etmiş və innovativ xidmətlər işlənib hazırlanmış, ABB-nin kapitallaşma səviyyəsi yüksəldilmiş
və fəaliyyətində diqqətəlayiq nəticələr əldə edilmişdir.
Bank 2007-ci ildə, bütün strukturların əməkdaşlarının səyi və peşəkarlığı sayə-sində region-
da ən iri kredit təşkilatı statusunu daha da möhkəmləndirmiş, beynəlxalq işgüzar dairələrdə
və bank birliyində özünün, ölkə və regionun hüdudlarından kənara çıxan, ciddi planları və
maraqları olan stabil partnyor adını təsdiq etmişdir.
Bank tərəfindən tətbiq olunan texnologiyaların təkmilləşdirilməsinə qoyulan böyük həcmdə
investisiyalar, personalın idarə edilməsi, əməyin qiymətləndirilməsi və maddi həvəsləndirmə
sistemlərinin təşəkkülü, eləcə də, xidmət şəbəkəsinin genişləndirilməsi, onun səmərəsinin
artırılması bütün fəaliyyət sferalarında Bankın uğurlarını şərtləndirən amillər olmuşdur.
Öz sözlərimi aşağıdakı rəqəmlərlə təsdiq edə bilərəm: Bankın ölkə bazarında payı 2007-ci
ildə ölkə banklarının məcmu aktivlərinin 38,7%-ni, bütün bankların məcmu kre dit portfe-
linin 40,4%-ni, məcmu səhmdar kapitalının 25,8%-ni, depozit bazasının (hüquqi və fiziki
şəxslər də daxil olmaqla) 50,3%-ni və xalis mənfəətin (vergilər çıxıldıqdan sonra) 38,8%-ni
təşkil etmişdir.
ABB ən yeni bank texnologiyalarının tətbiqinə və müştərilərə ən müasir maliyyə xid mət-
lərinin təqdim edilməsinə daim diqqət göstərir. Belə ki, hesabat ilində, ölkənin bank baza-
rında ilk dəfə olaraq, bir bank kartından digərinə pul köçürmələri –“CardTransfer”, bank
kartı vasitəsilə həyata keçirilmiş əməliyyatlar haqqında sms-bildiriş və həmçinin, mobil tele-
fon vasitəsilə bəzi ödənişlərin həyata keçirilməsi imkanı - “Mobile Banking”, yeniləşdirilmiş
çoxfunksional “İnternet Banking” xidməti və s. kimi xidmətlər tətbiq edilmiş və geniş po-
pulyarlıq qazanmışlar. ABB-nin fəaliyyətinin məhsuldarlığı və müsbət dinamikası, onun sabit
inkişafı haqlı olaraq, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə yüksək qiymətləndirilir.
Bankın yeni texnologiyaları geniş tətbiq etmək siyasətinə müvafiq olaraq, müştəriyə, onun
yer ləşdiyi yerdən asılı olmayaraq, sutkada 24 saat bank xidmətlərindən istifadə et mək im-
ka nı verən xidmət şəbəkəsi - bu günkü günə 36 filialdan (ölkədə ikinci gös tərici), 100-dən
artıq şöbə və xidmət bölmələrindən və həmçinin, texnoloji cə hət dən mükəmməl və xid-
mət lərlə maksimal effektiv təchiz olunmuş ən geniş bankomat (ölkədəki bü növ cihazların
44%-i) və məlumat köşkləri, həmçinin, POS-terminal şəbəkəsindən ibarətdir. Nəticədə,
müş təri bazası, ötən illə mü qa yisədə, ənənəvi olaraq xeyli artmış, hesabat ilinin sonuna təx-
mi nən 550 min fiziki şəxsi və təxminən 64 min korporativ müş tərini əhatə etmişdir.


Ötən il ABB, milli iqtisadiyyatın balanslaşdırılmış inkişafının vacıbliyi-
ni nəzərə alaraq, kreditləşdirmənin iqtisadiyyatın müxtəlif sferaları
üzrə diversifikasiyasına xüsusi diqqət yetirmiş, qeyri-neft sektorun-
da layihələrin maliyyələşdirilməsinin həcmini xey li artırmışdır. Bank
tütünçülük, pambıqçılıq, ipəkçilik və s. sa hələrdə ən iri layihələrin
maliyyələşdirilməsini davam etdirmişdir. 3 il bundan əvvəl başlan-
mış layihələr minlərlə daimi və mövsümi iş yerlərinin açılmasına
imkan yaratmış, ölkəyə aparıcı xarici şirkətlər, ən yeni texnologi-
yalar və xarici investisiyalar cəlb etmiş, istehsalın ən qədim milli
sferalarının dirçəlməsinə şərait yaratmış, Bank tərəfindən universal
bank xid mə ti nin ən yaxşı ənənələrinin tətbiq edilməsində örnək
olmuşdur.
Hesabat ilində Bankın uzunmüddətli reytinqinin Fitch IBCA bey-
nəl xalq reytinq agentliyi tərəfindən, ölkənin suveren rey tinqinə
bə ra bər olan “BB+” səviyyəsinə qaldırılması, əlbəttə ki, ən əla-
mətdar ha disələrdən biri və Bankın stabil maliyyə durumunun
beynəlxalq sə viyyədə tanınmasının çox əhəmiyyətli sübutu ol du.
Bu nadir və xü susi diqqətə layiq hadisədir. Bizim Moody’s rey-
tinq agentliyindən alın mış uzunmüddətli reytinqimiz də müvafiq
səviyyədə - Baa2 mü əyyən olunmuşdur.
Bankın, artıq ənənə halını almış, “Dünyanın İnkişaf Etməkdə Olan
Regionlarının Ən Yaxşı Bankı” (“The Global Finance” jur na lı), “İlin
Bankı” (“The Banker” jurnalı) mükafatlarına layiq gö rül mə si də,
əlbəttə ki, uğurlarımızın tanınması əlamətidir.
Ümum dünya İqtisadi Forumunun təşəbbüsü ilə yaradılmış, təx-
mi nən 1000 dinamik inkişaf edən transmilli şirkətləri bir ləş di rən
Qlo bal İnkişaf edən Şirkətlər Cəmiyyətinin həmtəsisçiliyinə də vət
ABB-nin dünya iqtisadi məkanında tanınmasının yeni təsdiqi ol du.
Biz bu təşkilatın bütün təşəbbüslərində iştirakımızı ge niş lən dir mə yi
davam etdiririk və inanırıq ki, bu yalnız Bank üçün deyil, eləcə də
ölkəmizin bütün biznes-strukturları və, bütövlükdə, Azərbaycan
iqtisadiyyatı üçün faydalı olacaqdır.
Beynəlxalq fəaliyyət Bankın işgüzar həyatının ayrılmaz və mühüm
tərkib hissəsi olmuşdur ki, onsuz ABB maliyyə şirkətləri qrupunun
gələcək, artan inkişafı mümkün deyildir. Xarici investorların Azər-
bay canın inkişaf edən iqtisadiyyatına maliyyə vəsaitlərinin qoyul-
ma sına artan marağı, Bankın ən iri xarici maliyyə təşkilatları ilə
uzun müd dətli münasibətlərini möhkəmləndirməyə zəmin yaradır.
Bu maliyyə strukturlarının Bank üçün kredit xətlərinin həcmi xeyli
artmışdır. Etibarlı və güclü potensiala malik tərəfdaş kimi qa-


Yüklə 5,44 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə