Azәrbaycan Bilimsәl Musiqisinin Gәlişmә Tarixi



Yüklə 139,74 Kb.
Pdf görüntüsü
tarix12.10.2018
ölçüsü139,74 Kb.
#73806


Azәrbaycan Bilimsәl 

Musiqisinin Gәlişmә Tarixi 

 

Azәrbaycan bilimsәl musiqisinin әsil gәlişmә tarixi 20- ci yüz ilin, 20-ci 

illәrindәn başlayır.Aydındır ki Azәrbaycan profsional musiqisi mürәkkәb 

bir janr(terz,uslub)  ilә, opera janri ile başlamışdır.Opera janrı isә 

bildiyiniz kimi sentetik bir janrdır. Bir çox musiqi janrlarını, o bölümdәn 

simfonik janrını üzәrinde birlәşdirir. Belәliklә bu janrlar musiqi 

mәdәniyәtimizdә, necә deyәrlәr böyük bir devrim vә yeni çalgısal olay 

yaradır. İlk növbәdә Azәrbaycan bilimsәl musiqisinin qurucusu ‘’Üzeyir 

Hacıbeyli’’dәn ad çәkmәk gәrәkir.  



Üzeyir 1885-ci il Ağca Bәdi, kәndin, Şuşa mahalında doğulmuş, uşaqlıq 

çağlarından musiqi törәdәn topraqlarından ilham almış, öz yurdunun 

melodilәrin içinde böyür bir sevgi ile bәslәmişdir. 

Üzeyir 1911- ci ilde musiqi eytimi almaq içün ‘’Maskıvaya’’ vә sonra 

‘’Pterzburq’’a gedir. Böyük Rus bәstәkarı ‘’Rimeski Korsakov’’un 

görkәmli öyrencisi ‘’Kalafatı’’ilә eitimini sürdürür. 

Üzeyir batı (qәrb) musiqisindәn әldә etdiyi bilimlәrlә yeni elementlәr 

xalq musiqisindә yaradıb. Aşıq musiqisindәn bacarıqla faydalanıb, öz 

әsәrlәrini daha da güclәndiribdir. Üzeyir AZ. Musiqisini batılaşdırmaya 

çalışmayıb, necә deyәrlәr dünya bilimilә xalq musiqisinin sintezini 

Yaradıb vә ayaqlaşdırmaya çalışıbdır. Esәrlarindә doğu (şәrq) ölkesinin 

kimliyini yaratmaya çalışıbdır. Az. Musiqisinin varlığını üzә çıxarmaq 

içün, önce Az. Tarını, çox bacarıqla opera orkestırasına daxil edibdir. 

Niyә ki Tardan başka heç bir muzik alәti bu qәdәr güclü xalqın doğal, 

gizli, dәrin duygularını operada göstәrә bilmezidi. Üzeyirin birinci musigi 

әsәri ‘’Leyli Mәcnun’’ operasıdır. Bu operanın liberto’sun, Fizulinin 




mәsnәvisi Leyli Mecnun’dan götürübdür. Baxmıyaraq ki o zaman opera 

sәnәti o qәdәrdә yabancı vә köksüz deyildi. 

Üzeyir 1907-ci ilde, 22 yaşlarında, not tanımadan, harmonia vә partison 

bilmәdәn, böyük bir sevgi ile,Bacarıgla bu operanı yerinә yetirdi. Ancaq 

çözülmәmiş bir çox sorunlar varidi. Böyük sorunlardan biri, Leyli 

rolunun ifaçısı idi. O çağda inamsal (dini) düşüncәlәrdәn asılı olaraq, bir 

qadını nece sәhnәyә çıxarmaq olardı? Sonucda kişilәrdәn birini Leyli 

roluna seçib, ancaq bu Leyli bığlarını kәsmәyә razı olmayıb, ama böyük 

bir bacarıqla rolunu ifa edir.  Butun çәtinliklәrә rağmәn xalq içindә 

özelliklә aydın düşüncәli, sәnәt sevәrlәr içindә sevilib dәyәrlәndirildi.  

1908- ci ildә bu opera hayata keçirilib vә belәliklә o tarixdәn Az. Opera 

axımının (mektebinin) tәmәli qurulubdur. 

Üzeyir deyir : Bәstәkarlıq bilmәdәn, musigi әsasları olan, harmoniya, 

kontrpoan, orkestırasiyon bilmәdәn, musiqi formasını tanımadan belә 

bir dәyәrli işi düşündüyümün nәdәni, ancaq o çağın belә bir işin tәlәb 

etdiyini, dilәdiyini ve gәrәkli olduğunu düşünürdüm. Leyli Mәcnun 




operası nә qәdәr uğurlu olsayd da, ancaq bütün qadın rollarını kişilәr ifa 

etmәk zorundaydı. 

1912-ci il O tarixi gündә, sәnәtçi bir qadın bütün bu bağları qırıb, qoçaq 

ürәklә sәhnәyә çıxdı vә bir Arıyanı başa baş oxudu. O gecә canına gәsd 

olmaq üzәrә gecәynәn Bakıdan qaçmaq zorunda qaldı. O qәhrәman 

qadın ‘’Şoket Mәmmәdova’’idi. Şәrq ölkәsinin ilk qaranquşu.  O tarixdәn 

bu ürәkli qadın sәnәt dünyasında başqa qadınlarada yol açdı. ‘Sona 

Hacıyeva’ muğam operasında ‘Şoket Mәmmәdova’ ile birlikdә birinci 

opera qadın ifaçılarından dırlar. Unutmamalıyıq ki ‘Hәqiqәt Rzayeva’ 

leyli rolunun birinci ifaçısı olub ve 25 il musiqi hәyatında min yüzdәn 

artıq Leyli rolunu ifa etmişdir. 

Üzeyir Hacıbeyli, Leili Mәcnun’dan sonra, 1909-ci ildә ‘’Şeyx Sәnan’’ 

operasın,1910-‘’Rüstem ve Sohrab’’ 1912-ci ilde ‘’Şah Abbas vә Xurşid 

banu’’ hәmin illәrdә ‘’Esli ve Kәrәm’’. 1937-ci ildә ‘’Koroğlu’’ operasını 

yaratdı. ( O çağın simfonik orkestıra içün musiqili şәkildә yazılmış ilk 

numunәlәrinden dir). O çağda yaranan başka musiqi әsәrәlindәn, 




Üzeyir’in ‘’Arazbarı’’ Rapsodi’yası vә marşları, Müslüm Maqamayev’in 

‘’Herati’’ ‘’Şüştәr’’ ‘’Turacı’’ vә oyun havalarından ad çәkmәk olar. 

Baxmıyaraq ki Üzeyir , opera vә simfonik әsәrlәrdәn başqa, tiyatro 

sәnәtinin dә quluğunda olubdur. Hәm tarixi, hәmdә satirik (komedi) 

muzikal piyeslәrdә yazıbdır. 1909- ci illәrdә ‘’Er vә Arvad ‘’  ‘’O olmasın 

Bu olsun’’ ( Mәşәdi İbad ). Bu әserlәr satirik şәklind insanların toplumda 

olan faciәlәrini gülüş ilә rüsva edir. Özelliklә qadın haqlarının 

taptanması, iş sizlik, rüşvә yemәk, zorbalıq vә aydın fikirlilerin boş vә 

çox danışmarını tanqidә çәkibdir. Üzeyir ‘’ O olmasın Bu olsun’’ dan 

başqa dörd opera vә iki operetta bәslәmiş, 1913- dә ‘’Arşın malalan’’ 

operettasın tamaşaya qoyubdur. O çağa dәk Üzeyirin heç bir әsәri 

bunca uğur qazanmamışdır. Bu operetta yüzlәr kәz sәhnәd olubdur. 

1916, 1945, 1966- cı illәrdә kinoya (filmә) çәkilibdir. 

Fikrәt Emirov deyir : Kәsinlikle, simfonik musiqimiz, Arşın Malalan 

operettasından başlayır. ‘’Esgәr’’in oxuduğu Arşın Malalan motifini 

yadınıza salın, әgәr bu motifi bütün әsәr boyu diqqtlә izlәrsiniz, onun 




nәcә inkişaf etdiyini nәcә musiqiyә düşdüyünü, aydınca görәbilәrsiniz. 

Esәrin sujet xәttindә dıramatogi gelişmәsindәn asılı olaraq, bu motif gah 

romantik, gah oynaq, gah da üzüntülü varyantlarda sәslәnilir. Bu isә 

simfonizmin әsas özelliklәrinden biri olan musigi dıramatorgiyasıdır. 

Koroğlu operası : Bu operanın yaranması, Az. Musigisindә tarixi 

baxımdan unudulmaz olaydır. Üzeyir, 1930- ci il de bu operanı yazmağa 

başlayıb, yeddi ildәn sonra böyük bir ötkemliklә (ezemetle) xalqına 

hedyә veribdir. Koroğlu operası gәrçәkden epik (hәması) vә ulusal (milli) 

bir әsәrdir.Xalqın içindә coşqu ilә hәrәkәt yaradan canlı bir görüşdür. 

Koroğlu nәsildәn-nәsilә keçәn tarixi, qәhrәmanlıq, mübarizәvi bir 

әfsanәdir. Feodalizmidәn cana gәlәn, әl yağı bağlı, özgürlüq istәyәn 

insanların harayıdır, xan vә bәylәrin barışmaz düşmәnidir. İnsanların 

qayğısını çәkәn, sevinc bağışlayan, sevgi vәrәn bir igitdir. Bir әlindә 

qılınc, birindә qopuz, gәrçәk bir Aşıqdır. Bu operanın Liberto’si ‘’Sәyid 

Ordumadi’’dendir. 



Koroğlu operası, musiqi baxımdan, çeşitli vә yeni formada, incә milli 

musiqi ile qovuşub vә orkestıra rәngi ise cәlb edici hәrәkәtlә, dolu 

harmoniyasilә, musigini başabaş öz içinә alir. Teknik açısından, kor 

qurupun vә muzik alәtlәrin güclü ifası vә Tarın hezin sәsi,  bәstәkarın 

doğma yordunun gözәlliklәrini göz önünә sәrgilәyip, dinlәyicilәrә 

bәxşedir. Dünya musigi teknikasilә, yeni bir rәnglәrdә cilvәlәndirir. Sәsi 

ile sәnәtini tarixә bağışlayan böyük Az. Opera müğәnnisi ‘’Bülbül 

Mәmmәdov’’ Koroğlu rolunun birinci ifaçılarındandır. Belәliklә Üzeyir 

koroğlu operasında Az. Musiqisin dünya musiqisilә birlәşdiribdir. 

Leyli Mәcnun operasından, elәcә hemasi Koroğlu operasına dәk 30 il ara 

vardır.Üzeyir deyir : Az. Operasının hәyatı bu 30 illәrdә gәrçәklәşibdir. 

1937-ci İllәrdә Koroğlu operasilә birgә iki başka operada sәhnәdә 

oldudur. İlk növbәdә ‘’Şah Sәnәm’’ operası ‘Giliyer’ Rus bәstәkarın 

әsәri, (Giliyer 1923-ci ildә Azerbaycan folkulor musiqisindәn bilimli 

bilgilәr әldә etmek içün Baki’ya gәlib), 1924 dә bu operanı bәslәyibdir. 



1927- ci ildә Rus dilindә, 1934- cü ildә Az. Türkcәsindә Bakı’da tamaşaya 

goyubdur. 

İkinci opera ise dahi bәstәkar Müslüm Maqamayev’in ‘’Nәrgiz’’ 

operasıdır.Maqamayev, Üzeiyr’lә birgә öz yurdunun musiqisinin 

gәlişmәsindә,bilimli çalışma vә yaradıcılığı ilә Az. Musiqisinin 

unudulmaz vә önemli yaradıcılarındandır. 

Maqamayev 1916- cı ildә ‘’Şah İsmail’’ operasını yazıbdır. Bu operanın 

sujetindә әn önemli rolu olan qoçaq, döyüşkәn qadın’’ Erәb Zәngi’’dir. 

Demәk olar ki bu opera muğam janrıyla opera janrının sintezidir. 

Maqamayev’in ikinci әsәri ‘’Nәrgiz’’ operasıdır. Bu operanın iç anlamı, 

mәzmunu, әzgin vә zәhmet çәkәn xalqın yaşayışı vә devrimlә bağlıdır.  

Az. Opera sәnәtinin inkişafinin ikinci yolunun başlangıcı, Nәrgiz 

operasıdır. Bu opera yeni uslubda, Rus vә Avropa  kılasik opera 

gedişatında yaranmış ilk Az. Operasıdır. Bәstәkar bu әsәrindә Muğam 

opera çәrçivәsindәn qırağa çıxıb, yeni uslubu ilә, Az. Opera әsәrlәrindәn 

әn gözel örnәkdir. 




Muslum Maqamayev’in başqa әsәrlerindәn ‘’Radio Marşı’’’’Azәrbaycan 

Çölleri’’ ‘’ Özgür Azәrbaycan qadını’’ kamera orkestıra içün yazdığı bir 

çox musigi vә mahnılarıdır. Maqamayev üzüntü ilә çox әrkәn heyatını 

itirmiş, o üzdәn ‘’Xoruz Bәy’’ operası vә ‘’Dәli Muxtar’’ balә’si, elәcәdә 

bitirmәmiş qalmış. Maqamayev qısa hәyatında az әsәrlәr yazmış olsada, 

onun musiqi әsәrlәri böyük dünya bәstәkarları ile birgә yol 

getmәkdәdir. 

Üzeyir’in Az. Musigisindә açdığı yolu, Muslum Maqamayev vә Zülfiqar 

Hacibәyev (Üzeyir’in qardaşı) davamçısı olubdur. Şah İsmail 

operasındaki simfonik gәlişmә, epik simfonizmә parlaq bir örnәkdir. 

Zülfiqar Haciybyev, sәhnә әsәrlәrindә simfonik musiqiyә, romantik vә 

әfsanәvi bir hәrәkәtә geçir. Onun әsәrlәrindәn ‘’Aşıq Qerib’’ vә ‘’Şah 

Sәnәm’’operasından ad çәkmәk olar.  

Az. Orkestırasının dirijoru (Rәhbri) ‘’Niyazi’’ isә Zufiqar’ın oğlu dur. 

‘’Xosrov vә Şirin’’operası vә ‘’Rast’’ muğam simfoniyası,  onun 

әsәrlәrindәndir.  




Üzeyir Hacıbәy’lidәn nә qәdәr yazsaq azdır. Niyә ki Üzeyir bilimsel 

musiginin tәmәl daşını qoyubdur. 

1931- ci ildә, xalq musiqi alәtlәri orkestırasın yaradıb, 1936 da devlet 

‘’kor’’ qurupun tәşkil edib. Bakı Konservaroriyasının Rektoru (Müdürü), 

bәstәkarlıq ustadi, bәstәkarlar ittifaqinin sәdri, Rus bәstәkarlar 

ittihadiyәsinin üyәsi (üzvü) olubdur. Bir öyrәtmәn kimi, bir çox öyrәcilәr 

yetişdiribdir. O bölümdәn, bәstәkar ‘’Fikrәt Әmirov’’ ‘’Asif Zeynalli’’ 

bәstәkar vә Tar ustadı ‘’Seyid Rüstәmov’’ ‘’Qara Qarayev’’ ‘’Cövdәt 

Hacıyev’’ ‘’Sultan Hacıbәyov’’ vә başkalarından ad çәkmәk olar. 

Üzeyir hәyatı boyu musiqilә yanaşı yazıçılıq, yaradıcılıqından da 

ayrılmayıb. Onun yazdığı mәruzәlәr vә kitablarından, ‘’opera tәrbiyәvi 

әhәmmiyәti’’ vә ‘’Az. Xalq musiqi әsasları’’ından ad çәkmәk olar. 

Üzeyir 1948- ci ildә sonuncu bәstәsi ‘’Firuzә’’ operasını bitirәmәdәn 

üzüntilә hәyatı sona yetmiş.  Nә qәdәr ki dünya var onun әsәrlәri 

yaşıyacaqdır. 



Üzeyir Hacıbeyli’nin görkәmli öyrәncilәrindәn, Fikret Әmirov vә Qara 

Qarqyev’dәn ad çәkmәkmәmәk qaçınılmazdır. Çağdaş Az. Musigisinin 

irәlilәyişindә çaba göstәrәn vә dәyәrli әsәrlәr yaradan, Fikrәt Әmirov 

1922- ci ildә Şuşada doğulmuş,  1949- cu illәrdә bir çox ödül 

qazanmaqla, yaradıcılığını vә sәnәt çalışmlarını ilәri  surdurmuş. İlk 

bәstәrindәn Muğam simfoniyası ‘’Şur’’ ‘’Kürd Ovşari’’dәn ad çәkmәk 

olar. Әmirov bu әsәrlәri, böyük Muğam ustadları ‘’Cabbar Qaryağdı’’ 

‘’Seid Şuşuniski’’nin vә opera sәnәtçisi ‘’Bülbül Mәmmәdov’’un 

oxuduqlarından yararlanıbdır. ‘’Sevil’’ operası Әmirov’un әn dәyәrli 

әsәrlәrindәndir. Bu әsәr 1946- cı ildә tamaşaya qoyulmuş, beş ildәn 

sonra Ruscaya çevrilmiş, Maskıvada sәhnә almışdır. Bu operanın 

Libertosi böyük Az. Yazıcısı ‘’Cәfәr Cabbarlı’’dandır. Sujet isә, toplumsal 

әziciliyindәn, basqı altında yaşayan vә özgürlük istәyәn, qadın haklarına 

vә sorunlarına hәsr olunmuş bir әsәrdir. Әmirov’un başqa әsәrlәrindәn 

‘’Min bir gәce’’bale’si, simfonik pragmentlәri ‘’Azәrbaycan Kapritçiyo’’si 

‘’Ürәk Çalanlar’’ vә ‘’Gözün Aydın’’kantatasıdan ad çәkmәk olar. Ancaq 




‘’Nizami’’ vә ‘’Şeyx Sәnan’’ Bale’sinin bitirmәsinә ölüm macal vermәyib 

vә başa çatdıra bilmamişdir. Әmirov 1984- ci ildә hәyatı sona yetmişdir. 

Qara Qarayev, 1918- ci ildә Bakı’da anadan olmuş, musiqi eytimini dahi 

Üzeyir’lә başlamışdır. Eitimini sürdürmәk içün, Rusiya’ya getmiş, 

Rusiya’nın zәngin musigisinin vә dünya bәstәkarı ‘’Dimitri Şostakoviç’’ 

sәnәtinin incәliklәrinә yeyәlәnәrәk, 1946-cı ildә Maskıva ‘’Çaykoviski’’ 

adlı konservatoriyasına daxil olmuş vә Dimitri Şostakoviç’dәn 

bәstәkarlıq üzәrә  eitimini dәvam etdirmişdir. Belәliklә xalqımızın әn 

görkәmli, yetәnәkli bәstәkarlıq sәviyәsinә yüksәlmiş. Hәmin illәrdә 

konservatoriyada bir öyratmәn kimi çalışmaya başlamışdır. Qara 

Qarayev әsәrlәrindә, fәlsәfi mәzmunu әsas yәr tutur. İnsanların gözәllik 

uğrunda mübarizәsi, onun musiqisinin әsas qonusudur. Bәstәkarın 

Romansları, pesixoloji incәliyi, melodik etkisi vә gücü ilә ayrılır. 

Bәstәkarın әn önәmli әsәrlәrindәn 1952- ci ildә yazdığı ‘’Yeddi Gözәl’’ 

balә’si (Liberto’si Nizami’dәn dir) Az. Musigisinin yüksәk nailiyatidir. 

Bәstәkar bu әsәrindә, ulusal musiqinin Muğam janrını vә özәlliklәrini 




bacarıqla qullanıb, Hәmin illәrdә ‘’Leyli Mәcnun’’ simfonik poemasınıda 

yazmışdır.  

1958- ci ildә, Qarayev’in yazdığı әn önәmli әsәrinden ‘’Ildırımlı yollarla’’ 

balә’sidir. Aynı zamanda, başqa yazdığı әsәlәrdәn, Forto piyanu içün, 26 

Perlod, İskiripka (violon), Violonsel, kor vә kamera orkestırasi içün, simli 

kuartet, ‘’kılasik Suitta’’ vә kamera orkestıra içün, simfonik әsәlәr, o 

bölümdәn : ‘’Servantes’’in ‘’Donkişot’’ ‘’Goya’’ ‘’Antoniyo Klopatla’’ 

’’Nazim Hikmet’’in ‘’Qәribә Adam’’ ‘’Alban’’  ‘’Rapsudiya’’si ‘’Sәadәt 

Nәğmәsi’’nin Kantatası vә bir çox Mahni vә Romanslarından ad çәkmәk 

olar. Qara Qarayev 1982- ci ildә dәyәrli hәyatı sona yetmişdir. 

Azәrbaycan musiqisi sәnәtinin, dәvamçısı olan başka bәstәkarlardan da 

ad çәkmәk gәrәkir. O bölümdәn :  Sultan Hcıbәyov’un әsәrlәri ‘’Qızıl 

Gül’’ Gülşәn’’balә’şi ‘’Karvan’’ adli simfonik әseri.  

Süleyman Әlәsgәrov’dan ‘’ Mәhәbbәt Gülü’’ ‘’ Ulduz’’ ‘’ Axiri yaxşı olar’’ 

operetleri vә ‘’Bayati Şiraz’’ Muğam simfonik әsәri vә bir çox mahnı vә 

Romanslar. 




 Arif Mәlikov’un ‘’ Mәhәbbәt әfsanәsi’’ ‘’ Şirin vә Fәrhad’’ balә’şi. 

Seid Rüstәmov’un ‘’ Bәyati Kürd’’ fanteziyası ‘’Şadlıq reqsi’’ ‘’Durna’’ 

‘’Beşmanatlıq Gәlin’’ opereti. 

Rauf Haciyev’dәn ‘’Romeo menim gonşumdur’’ opereti. 

Әfrasiyab Bәdәlbәyli’nin ‘’Qız Qalasi’’ balә’şi. 

Cahangir Cahangirov’dan ‘’Azad’’ operası’ simfonik Poemasi ‘’Arazın 

otayında’’ vә ‘’Fizuli Kantatası’’. 

Tofiq Guliyev’in kamera orkestıra içün yazdığı, musiqi, Mahnı vә 

Romansları. 

Vasif Adıgözelov’un ‘’Natәvan’’ operası, Mahnı vә Romansları. 

Qadın bәstәkarlarından, ilk qadın bәstәlari ‘’Agabacı Rızayev’’in 

simfonik әsәrlәri. 

‘’Şәfiqә Axunova’’ Şәrqin ilk qadın opera bәstәkarıdır. Aynı zamanda bir 

çox  mahnı vә Romansları yazıbdır .  




Elmira Nәzirova’nın ‘’Әrәb Sujet’’indә yazdığı, Forto piyanu vә orkestıra 

içün konsert.  

Kamilla Mәhәmmәdzadә,nin orkestıraya içün, yazdığı bir çox 

mahnılar......Ancaq yüzlәrcә bәstәkar vә bәstәlәr var ki nә qәdәr yazsaq 

azdır, obölümdәn : Әşrәf Abbasov, Ramiz Mustavayev, Xәyyam 

Mirzazadә, Musa Musayev, Hәsәn Rızayev, Hacıxan Mәmmәdov, Tofiq 

Bakıxanov vә sayrә..... 

Sonunda artırmalıam ki, Az. Әdәbiyatının, Az. Musiqisindә әn önәmli 

yeri olubdur. Bütün görkәmli musiqiçilәrimizin bәstәlәri, tarixi 

yazıçılarımızın yazdığı, Romanlar, Öykülәr vә Qәzәllәrindәn güc alıbdır. 

Yena ‘’Fizuli’’dәn, Mәni candan usandırdı,cәfadәn yar usanmazmı? Bu 

qәzәli oxuduğumuzda, bәstәkar ‘’Cahangir Cahangirov’’un Fizuli 

Kantatası, göz önündә canlanır. Bu Kantatanı dinlәmәmәk olarmı? 

 Elecede ‘’Nizami’’nin ‘’Vaqif’’in ‘’ Xurşidbanu Natәvan’’nın ‘’Xaqani’’nin 

vә bir çox başka yazıçı vә şairlәrimizin, yazdıqlarının tәsirini vә önamini, 



bu iki sәnәtin, nece bir birinin qulluğunda olduğunu, bir birini 

tamamladığını Az. Musigisindә aydınca görmәk olar. 

Belәlikla Az. Bilimsәl musiqisi, Üzeyir Hacıbayli ilә başlamış, vә 

günümüzә qәdәr dәvam etmekdәdir. 



Sevda. F. Asgharnia 2016 

 

 



 

 

 



 

 

 



 

 



QAYNAQLAR : 

1-Sәnәt vә sәnәtkar ‘’Fikrәt Әmirov’’ 

2-Azәrbaycan Ansiklopedya 

3-Süleyman Әlәsgәrov ‘’Vidadi Xәlilov’’ 

4-Xalq Musiqisi әsasları ‘’Üzeyir Hacıbәyli’’ 

5-Üzeyir vә do İnqilab(iki İnqilab) ‘’Rahim Reisniya’’



 

Yüklə 139,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə