Azərbaycan CİVƏ (Hg)yə yox deyir



Yüklə 36,49 Kb.
Pdf görüntüsü
tarix24.02.2018
ölçüsü36,49 Kb.
#28179


                                       

 

Azərbaycan CİVƏ (Hg)yə YOX deyir 

             

CİVƏ (Hg)

 – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 80‐ci elementdir. 

 

 

 



 

 

 



 

Civə  ağır  metal,  birləşmələri  olduqca  təhlükəli  maddələr  olub  ‐   atmosferi, suyu, 

qida məhsullarını çirkləndirir. Tərkibində civə olan üzvi birləşmələr, xüsusən metal ‐ civə 

daha təhlükəlidir. 

 

Civə ətraf mühitə civə tərkibli filizlərin çıxarılması və əridilməsi, sulfid filizlərindən 



əlvan  metalların  alınması,  filizdən  qızıl  əldə  edildiyi,  sellülozanın  ağardılması,  xlor, 

kaustik, vinilxlorid, elektrik avadanlıqlarının (lampa, müxtəlif cərəyan mənbələri), ölçü və 

nəzarət  cihazlarının  (termometr,  monometr),  civətərkibli  tibb  preparatlarının,  sementin 

istehsalı,  civətərkibli  pestisidlərin  istifadəsi,  daş  kömür  və  mazutun  yandırılması  zamanı 

daxil  olur.  Tullantıların  yandırılması  zamanı  da  ətraf  mühitə  xeyli  miqdarda  civə  daxil 

olur. 


Civə ən toksik metallardan biri olub, ətraf mühitdə geniş yayılmışdır. Civənin qida 

zənciri üzrə hərəkətini sadə şəkildə aşağıdakı kimi göstərmək olar:  



su→dib çöküntüləri→biota→balıqla qidalanan 

balıqlar→quşlar

 

 



80 

qızıl ←

 

civə

 

→ tallium

 

 

Cd 

↑ 

Hg

 

↓ 

Cn

 

 



 


CİVƏNİN İNSAN SAĞLAMLIĞINA VURDUĞU ZƏRƏRLƏR 

Sinir  sisteminin  civə  birləşmələrinə  qarşı  çox  yüksək  həssaslığı  vardır.  Bundan 

başqa  bədənə  daxil  olan  civənin  beyin  və  böyrəklər  üzərində  də  ağır  yaralar  yaratdığı 

aparılan  tədqiqatlarla  müəyyən  edilib.  Civənin  qatılığının  bədəndə  yüksəlməsi  təzyiq 

yüksəlməsinə,  infarkta,  dəridə  qızartıların  və  yaraların  yaranmasına,  gözlərin  zərər 

görməsinə səbəb ola bilər. 

İçməli su və ya qida yolu ilə insan bədəninə girən civə:

 

 Eşitmə pozğunluğuna; 

 Nevroloji pozğunluqlar, mərkəzi sinir sisteminin pozulması və xərçəngə;  

 Böyrək, qaraciyər, beyin toxumalarının pozulmasına;  

 Xromosomları korlayıb şikəst doğumlara səbəb olmaqdadır. 

Civə ilə zəhərləndikdə görülən tədbirlər:  



I ‐ Profilaktik məqsədlə civə ilə işləyənlər hər gün ağızı kalium xlorat KClO

və ya kalium 



permanqanat KMnO

4

 məhlulu ilə yaxalamalıdırlar.  



II ‐ Çiy yumurtanın ağı civə duzları ilə zəhərləndikdə ən yaxşı antidot hesab olunur. 

 

QƏNAƏTCİL LAMPA PARTLADIĞINDA... 



1.

 

 Sınıqların üstünə çıxmadan məkanı tez tərk edin; 



2.

 

Qırıqları və yerə tökülən civə parçalarını təmizləmək 

üçün tozsorandan istifadə etməyin; 

3.

 

 Plastik  (rezin)  əlcək  geyinin  və  yerdəki  şüşə 

qırıqlarını  bir  faraşın  içinə  süpürün,  civə  parçalarını 

isə taxta silənlə silin; 



4.

 

Yığdığınız  qırıqları  bir  plastik  torbanın  içinə  atın  və 

ağzını yaxşıca bağlayın; 

5.

 

Plastik  torbanı  evdəki  normal  zibil  vedrəsinə 

atmayın; 

6.

 

Onu  zibilyığanlar  tərəfindən  tullantıların  etibarla 

məhv edildiyi yerə aparın; 

7.

 

Sınmış lampadan çıxan tozu tənəffüs etməyin.   



 

AVROPA İTTİFAQINDA CİVƏLİ TERMOMETRLƏR QADAĞAN EDİLƏCƏK 

 

Avropa Parlamentinin Ətraf Mühiti Mühafizə Komitəsi 



civəli 

termometrlərin, 

cümlədən 



istilikölçənlərin, 

barometrlərin  və  qan  təzyiqini  ölçən  aparatların  satışına 

qadağa  qoyacaqdır.  Qərar  Aİ  ərazisində  tərkibində  civə  olan 

mallarla  ticarətin  məhdudlaşdırılması  haqqında  yeni  qanun 

çərçivəsində  qəbul  edilmişdir.  Qanunu  hələ  Aİ‐yə  üzv  olan 

ölkələrin  nazirləri,  Avropa  Parlamentinin  deputatları  təsdiq 

etməlidirlər.  Qanun  qəbul  edildikdən  sonra  termometr, 

barometr  və  naviqasiya  alətlərini  civəsiz  hazırlamaq  üçün 

yeni  texnologiyaya  keçmək  üçün  istehsalçılara  2  il  vaxt 

veriləcəkdir. Bildirilir ki, qadağa qüvvəyə minənədək civəli cihazların istifadəsinə heç bir 

məhdudiyyət qoyulmayacaqdır.  

                                                                  

 

 



BİTMİŞ BATAREYALARIN ƏTRAF MÜHİTƏ VƏ İNSAN 

SAĞLAMLIĞINA OLAN ZƏRƏRİ 

 

 

Batareyaların  insan  sağlamlığına  və  ətrafa  çox 



böyük  zərərləri  vardır.  Batareyaların  tərkibindəki  civə 

torpağa  və  oradan  da  yeraltı  sulara  qarışa  bilər.  Ən  əsası 

torpaq  istifadəyə  yararsız  hala  gələr  və  metalın  yaratdığı 

çirklilik  sudakı  ekosistemi  alt‐üst  edər.  Bundan  təsirlənən 

təkcə  su  ekosistemi  deyil,  əslində  bütün  ekosistemdir.  Bu 

hallar  insanlara  da  mənfi  təsir  göstərir.  Batareyaların 

tərkibindəki  civə  insan  orqanizmində  qorxulu  xəstəliklərin 

yaranmasına da səbəb olur. Belə ki, batareyanın tərkibindəki 

civə  sürətlə  dəri  və  ya  tənəffüs  yolu  ilə  bədənə  girə  bilər.  Bir  kiçik  batareya  4  m

2

  torpağı 



çirkləndirir və bununla da torpağın istifadəsi mümkünsüz olur.      

 

 



CİVƏNİN QADAĞASI ÜZRƏ TƏŞƏBBÜSLƏR MÜZAKİRƏ EDİLİR

 

Ümumdünya  Səhiyyə  Təşkilatı  (ÜST)  civəni  insan  sağlamlığına  ziyan  vuran  10  ən 



təhlükəli kimyəvi maddələrdən biri hesab edir. Civə batareyaların istehsalında, bəzi lampa 

növlərində,  termometrlərdə,  diş  plomblarında  və  vaksinlərdə  istifadə  edilir.  Civənin 

istehsalına qadağanın tətbiq edilməsi məsələsi hazırda müzakirə olunur.  

 

AZƏRBAYCANDA CİVƏ TULLANTILARI  

 

Azərbaycanda  civə  tullantıları  əsasən  Sumqayıt  şəhərində  ciddi  problemlər 



yaratmışdır. Civə tullantıları xlor‐alkalin istehsal edən 2 zavodun fəaliyyəti ilə bağlıdır. Bu 

zavodlardan biri 1981‐ci ildə bağlanmışdır. Xlor istehsalında civə itkisi hər istehsal olunan 

1 ton xlor üçün 300 qram olmuşdur. Bəzi hallarda texnologiyanın çatışmazlığı və düzgün 

tətbiq  olunmaması  nəticəsində  civənin  müxtəlif  tullantılarla  birlikdə  ətraf  mühitə 

yayılması  baş  vermişdir.  2000‐ci  ilə  qədər  toplanmış  200  min  ton  xlor  sənayesinin  bərk 

şlamlarının  tərkibində  0.1‐0.3%  civə  olmuş  və  bu  civə  tullantılarının  Xəzər  dənizinə  və 

yeraltı  sulara  keçmə  ehtimalı  olmuşdur.  Lakin  Xəzərin  dibində  civə  çirklənməsinin 

səviyyəsi tədqiq olunmamışdır. Abşeron yarımadasının civə ilə çirklənməsi üçün ciddi risk 

yaranmışdır.  2000‐2004‐cü  illərdə  Dünya  Bankının  Layihəsi  əsasında  Sumqayıt 

yaxınlığında  civə  tullantılarının  ətraf  mühitdən  təcrid  olunması  üçün  poliqon  inşa 

olunmuşdur.  60  min  tona  yaxın  civə  tərkibli  tullantı  bu  poliqona  daşınmışdır.  Hazırda 

poliqonun Avropa standartlarına uyğun olaraq genişləndirilməsi və təkmilləşdirilməsi işi 

davam etdirilir. Gələcəkdə poliqonda civə tərkibli tullantıların təmizlənməsi üçün texniki 

potensial yaradılacaqdır. 

Əhali arasında bu sahədə məlumatlandırma və maarifləndirmə işinin aparılmasına 

ehtiyac  vardır.  Bunun  üçün  çirklənmiş  ərazilərdə  daimi  monitorinq  aparmaq  və  ekoloji 

riskləri qiymətləndirmək lazımdır. Çirklənmiş ərazilərdən istifadə olunması, materialların 

yenidən istifadəsi və s. bu kimi ekoloji risklərin qarşısının alınması üçün davamlı təbliğat 

işlərinin  aparılması  vacibdir.  Kimyəvi  təhlükəsizlik  üzrə  QHT  koalisiyası  bu  məsələ  ilə 

bağlı tədbirlər planı hazırlamışdır. 

 

 

 



CİVƏNİN QATILIĞININ YOL VERİLƏN HƏDLƏRİ 

Yaşayış məntəqələrində və evlərdə 

0.0003 mq/m

3

 



İş şəraitindəki havada (maks/orta) 

0.005‐0.01 mq/m

3

 

Axıntı sularında 



0,005 mq/ml 

İçməli – məişət sularında 

0,0005 mq/l 

Balıqçılıq üçün nəzərdə tutulan sututarlarda  

 0,00001    mq/l 

Dənizlərdə 

0,0001 mq/l 

Torpaqda 

2,1 mq/kq 

 

CİVƏNİN TEXNOGEN MƏNBƏLƏRİ: 

● Qaz boşalması ilə işləyən lüminessensiya lampaları; 

● Civə termometri; 

● Qalvanik elementlər (batareyalar); 

● Civə lampaları; 

● Sənayedə və məişətdə kömürün və qazın yanması; 

● Elektrik şəbəkələrində civə ventillərinin partlayışı və s. 

 

TİBBİ VƏ QİDA MƏNBƏLƏRİ: 

● Vaksinlər (mertiolyat əsasında konservant saxlayan tibbi preparatlar); 

● Amalqamalı diş plombları; 

● Dəniz balığında civəüzvi birləşmələr.  

 

     BİLİRSİNİZMİ BƏZİ SOXULCANLAR AĞIR METALLARLA QİDALANIR 

 

Britaniya  alimləri  zəhərli  sənaye  tullantıları  – 



qurğuşun, 

civə, 


sink, 

mislə 


qidalanan 

torpaq 


soxulcanları  aşkar  etmişlər.  Ekoloqların  fikrincə,  bu 

soxulcanlardan çirklənmiş  torpaqların  təmizlənməsi  üçün 

istifadə  etmək  olar.  Bu  canlılar  tərkibində  ağır  metallar  və 

insan  üçün  təhlükəli  sayılan  digər  maddələr  olan  qidaları 

asanlıqla  həzm  edirlər.  Lakin  normal,  çirklənməmiş 

torpaq  onlar  üçün  ölümə  bərabərdir.  Aparılan  DNT  analizi 

göstərir  ki,  həmin  qeyri‐adi  canlılar  soxulcanların  yüksək 

zəhərlənmə  şəraitində  təkamülə  uğrayan  xüsusi  növüdür. 

Hətta maraqlı bir cəhət də budur ki, canlıların hər biri ayrı‐ayrı sahələrdə ixtisaslaşmışlar, 

yəni  bir  növü  qurğuşun,  digər  növü  isə  civə   yeyir  və  s.  Bu  həşəratların  çoxaldılması 

zərərli  torpaqlarda  ekoloji  sistemin  bərpasına  kömək  edə  bilər.  Lakin  bunun  tam 

gözlənilən nəticə verəcəyinə qəti əminlik kifayət deyil. 



 

                    

GƏLİN BİRLİKDƏ CİVƏ ÇİRKLƏNMƏLƏRİNƏ YOX DEYƏK!  

“Ruzgar” EİB‐nin İnformasiya sektoru ‐ Z. Nəbizadə ((+994 50) 320 78 16) 

 

Yüklə 36,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə