Azərbaycan dəMİr yolu ticarəTİn və NƏQLİyyatin dəSTƏKLƏNMƏSİ layiHƏSİ



Yüklə 19,25 Kb.
tarix27.02.2018
ölçüsü19,25 Kb.
#28230

AZƏRBAYCAN DƏMİR YOLU NƏQLİYYATI VƏ TİCARƏTİN DƏSTƏKLƏNMƏSİ LAYİHƏSİ

Azərbaycan Dəmir Yolları üzrə BMHS Mühasibat Sisteminin İcrası

Maraqların ifadəsinə dair müraciət
ELAN

Maraqların ifadəsinə dair müraciət dgMarket və UNDB saytında 29 aprel 2009-cu ildə dərc edilmiş bu layihəyə aid ümumi satınalma bildirişinə əsaslanır.


Azərbaycan Respublikası Hökuməti Azərbaycan Dəmir Yolu Nəqliyyatı və Ticarətin Dəstəklənməsi Layihəsini həyata keçirtmək üçün maliyyə vəsaitinin ayrılmasına dair Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına müraciət etmişdir və vəsaitlərin bir hissəsinin məsləhətçi xidmətlərinin ödənilməsinə yönəldilməsi nəzərdə tutulur. Layihənin birinci komponenti Şərq-Qərb magistral yolunun reabilitasiyası, o cümlədən Şərq-Qərb dəhlizi boyu yol təsərrüfatı, işarəvermə və elektrik təchizatı sistemlərinin yenidən qurulmasının həyata keçirilməsini əhatə edir. Bu komponent çərçivəsində Şərq-Qərb dəhlizində 25 kV yeni elektrik təchizatı sisteminə keçid, o cümlədən, yeni enerji stansiyaları, zəncirvari xətlər, işarəvermə avadanlığının yenilənməsi maliyyələşdiriləcək. Yeni magistral lokomotivlərinin alınmasını əhatə edən 2-ci komponent çərçivəsində Şərq-Qərb dəhlizində xidmət göstərmək üçün 50 yeni magistral elektrik lokomotivinin alınması maliyyələşdiriləcək. Modernləşdirmə komponentinə BMHS mühasibat hesablama sisteminin tam tətbiqinin dəstəklənməsi, modernləşdirmə proqramının həyata keçirilməsi üçün “ADY” QSC-yə Məsləhətçi xidmətlərinin göstərilməsi və neft dağılmalarının qarşısının alınması və cavab tədbirlərinin təkmilləşdirilməsi üçün “ADY” QSC üçün avadanlığın alınması daxil olacaqdır.

Bu Məsləhət xidmətinin məqsədi “ADY” QSC-ni BMHS mühasibat hesablama sisteminin icra edilməsində və kompüterləşdirilmiş mühasibat hesablama sisteminin yaradılmasını dəstəkləməkdir. Məsləhətçi xidmətləri “ADY” QSC-nin BMHS-la tam uyğunlaşmasına və onun ehtiyaclarına müvafiq olaraq kompüterləşdirilmiş hesablama sisteminin yaradılması istiqamətində “ADY” QSC-yə kömək edəcək. Bu sistem aşağıda qeyd olunanları təmin edəcək:

1.   Həm Beynəlxalq Maliyyə Hesabatı Standartlarına, həm də Azərbaycanın idarəedici və vergi tələblərinə müvafiq olaraq maliyyə informasiyasını təmin edən,tam inteqrasiya olunmuş maliyyə/mühasibat sistemi;

2.  Təşkilatçılıq çərçivəsində hesablama məlumat axını üzrə operativ nəzarət;

3.   Büdcə, idarəçilik və xərcin bölüşdürülməsinə dair informasiya;

4.   Maliyyə analizləri və proqnozlaşdırmaya dair informasiya;

5.   Təşkilatçılıq çərçivəsində rəhbərlik qərarlarını dəstəkləmək üçün maliyyə informasiyası;

Sistem mühasibatlıqdan başqa, inventarlaşdırma və aktivlərin idarə olunması kimi, biznesin digər sahələrinin də inkişafına təsir edə biləcək formada işlənib hazırlanmalıdır.

Məsləhətçi aşağıda qeyd olunan keyfiyyətlərə malik olmalı və bu keyfiyyətlərə məxsus aparıcı ekspertləri təklif etməlidir:


  • Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə bilik və təcrübə

  • Şirkət mühasibat, maliyyə hesabatı və maliyyə tapşırıqları üzrə dəmir yolu şirkətləri ilə işləmiş olmalıdır.

  • Milli mühasibat standartlarından BMHS mühasibat standartlarına keçid üzrə təcrübə. Şirkət “ADY” QSC həcmli (Gəlir>200milyon ABŞ dolları) BMHS keçidinə dair tapşırıqlarda, dəmir yolu şirkətləri ilə (və ya nəqliyyat sektorunda buna oxşar məsələlərdə) işləməsi üstünlük təşkil edərək ən azı 3 şirkətlə birgə çalışmış olmalıdır.

  • Böyük həcmli kompleks təşkilatlarında mühasibat sisteminin modernizasiya prosesində təcrübə. Şirkət modernizasiya prosesi daxil olmaqla tapşırıqların icra olunması istiqamətində “ADY” QSC həcmində və mürəkkəbliyində ən azı 3 şirkətlə çalışmış olmalıdır.

  • Əllə hesablamadan kompüterləşdirilmiş mühasibat sistemlərinə keçid üzrə təcrübə. Şirkət əllə hesablamadan kompüterləşdirilmiş mühasibat sistemlərinə keçidin dəstəklənməsi ilə əlaqədar tapşırıqlarda “ADY” QSC həcmində ən azı 3 şirkətlə işləmiş olmalıdır.

  • Mühasibat üzrə İKT sistemlərinin seçilməsi, alınması, lazımi materialların uyğunlaşdırıması və təsdiqlənməsi üzrə təcrübə. Şirkət İKT mühasibat sistemlərinin quraşdırılmasının dəstəklənməsi ilə əlaqədar “ADY” QSC həcmində ən azı 3 şirkətlə birgə çalışmış olmalıdır.

Bu tapşırığı yerinə yetirməyi öz öhdəsinə götürən Məsləhətçidən aşağıda sadalanan bilik və təcrübəyə malik olan peşəkarlardan ibarət komandanı təklif etməsi gözlənilir: (1) Mühasibat, Maliyyə Hesabatı və Maliyyə Sistemləri üzrə Mütəxəssis, (2) İnformasiya Texnologiyaları Mütəxəssisi, (3) Satınalma Mütəxəssisi.

Tapşırığın icra olunma müddəti təxminən 24 aydır. Məsləhətçinin görəcəyi işin bir hissəsi Sifarişçinin razılığı ilə onun yerli ofisində icra oluna bilər. Kompüter xidmətləri, beynəlxalq telefon danışıqları, yazılı və şifahi tərcümə ilə təmin edilmək Məsləhətçinin öz üzərinə düşür.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində yaradılmış Layihə İşçi Qrupu qeyd olunan xidmətlərin həyata keçirilməsi üçün göstərilən tələblərə cavab verən müvafiq məsləhətçi şirkətləri öz maraqlarını ifadə etməyə dəvət edir.Maraqlanan məsləhətçi şirkətlər qeyd olunan xidmətləri həyata keçirmək qabiliyyətinə malik olduqlarını göstərən məlumatları (broşürlər,oxşar tapşırıqlar barədə məlumatlar,oxşar təcrübə, işçi heyətinin müvafiq təcrübəyə malik olması barədə məlumat və s.) təqdim etməlidirlər. Məsləhətçilər öz təcrübələrini artırmaq üçün bütöv bir tapşırığın birgə və ayrı-ayrılıqda icrasına görə məsuliyyət daşıyan Birgə Müəssisə ortaqları və yaxud sub-məsləhətçi kimi birləşə bilərlər. Məsləhətçilər BM şəklində birləşdiklərində, müqaviləni imzalayacaqları təqdirdə, birgə müəssisəni yaradacaqlarına dair niyyət məktubunu təqdim etməlidir və hər bir ortağın təcrübəsi ayrılıqda dəyərləndiriləcək.
Məsləhətçi şirkətin seçimi Dünya Bankının Təlimatlarında göstərilən prosedurlara uyğun olaraq aparılacaqdır. (“Dünya Bankının Borcalanları tərəfindən Məsləhətçilərin Seçimi və Təyinatı üzrə Təlimatlar”, May 2004-cü il, 2006-cı ilin oktyabr ayında düzəlişlər edilib) Məsləhətçi şirkətin seçimi KDƏS (Keyfiyyət və Dəyər Əsasında Seçim) metodu əsasında aparılacaqdır.
Maraqlanan məsləhətçilər əlavə məlumatı aşağıda göstərilən ünvanda əldə edə bilərlər. Maraqların ifadəsinə dair müraciətlər 19 fevral 2010-cu il, Bakı vaxtı ilə saat 15.00-dan gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir.
Azərbaycan Dəmir Yolu Nəqliyyatı və Ticarətin Dəstəklənməsi Layihəsi

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

Layihənin İcra Qrupu

Direktor Qurban Nəzirov

Dilarə Əliyeva küç. 230, Bakı, AZ1010,

Tel: (+99412) 499 63 95, Fax: (+99412) 499 63 97



E-mail: nahmadova@addy.gov.az
Yüklə 19,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə