Azərbaycan dili 8



Yüklə 8,74 Mb.
Pdf görüntüsü
səhifə1/39
tarix08.07.2018
ölçüsü8,74 Mb.
#54377
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   39




Tofiq Hacıyev 
Samirə Bektaşi 
Mehriban Vəliyeva 
Yeganə Hüseynova
AZƏRBAYCAN 
DİLİ 
8
Ümumtəhsil məktəblərinin 
8-ci sinfi üçün 
DƏRSLİK
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
08.06.2015-ci il tarixli 645 nömrəli əmri ilə 
təsdiq edilmişdir.


Tofiq Hacıyev, Samirə Bektaşi, Mehriban Vəliyeva, Yeganə Hüseynova 
Azərbaycan dili 
Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün dərslik 
Bakı, Şərq-Qərb Nəşriyyat Evi, 2015,160 səh.
ISBN 978-9952-505-16-0
Kitabın məzmunu və tərtibatı üzrə təklif və iradlarınızı info@eastwest.az
ünvanına göndərə bilərsiniz.
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun
hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron
informasiya vasitələri ilə yaymaq qanuna ziddir.
© Azərbaycan Respublikası Təhsil Nazirliyi, 2015




ƏZİZ DOSTLAR!
“Doğma dilim, sən ki varsan...” ifadələri ilə başlanan “Azərbaycan dili” dünyamıza
xoş gəlmişsiniz. 8-ci sinifdə siz daha böyük dil vahidləri: söz birləşmələri, cümlə,
onların dildəki yeri haqqında məlumat alacaqsınız. Bu bilgilərdən istifadə etməklə
ətraf mühiti, həyatı dərk etməyə çalışacaq, düşüncələrinizi başqası ilə
bölüşəcəksiniz. Bu dillə ifadə olunan hikmət xəzinəsi, xalqımızın maraqlı
şəxsiyyətləri, onların fəaliyyəti 
və s. ilə tanış olacaqsınız. Sətir-sətir oxuduqlarınız sizi tədqiqata, axtarışa cəlb
edəcəkdir. Unutmayın ki, hər birimiz mədəni nitqə yiyələnməliyik. Mədəni nitq isə
həm də qrammatik qaydalara əməl etməyi tələb edir.
Diqqətli olsanız, səylə çalışsanız, oxuduğunuz və dinlədiyiniz mətnlərin məzmun və
ideyasını müəyyənləşdirməklə yanaşı, özünüz də müxtəlif xarakterli mətnlər yazmaq
və hazırlamaq bacarıqlarına yiyələnəcəksiniz.
Layihələr hazırlamağı da unutmayın. Siz il ərzində həmin layihələr üzrə işlərə cəlb
ediləcəksiniz. Layihələrin hazırlanması üçün Azərbaycan dili dərsliyiniz sizə istiqamət
verəcək. Bu dərs ili ərzində sizə aşağıdakı layihələri həyata keçirmək təklif olunur:
1) qəzet hazırlamaq; 
2) kompleks lüğət hazırlamaq. 
Sizə uğurlar diləyirik!
ŞƏRTİ İŞARƏLƏR
- Dinləyib-anlama 
və danışma
 
- Nitqi zənginləşdirmə
 
- Qrammatik sual 
və tapşırıqlar
- Yazı
 
- Lüğət
 
- Dil qaydaları 
- Açar sözlər


I BİLİK XƏZİNƏDİR
1. Dialoqu tələffüz qaydalarına uyğun oxuyun.
İstəsən çatmaq kamalın fövqünə, qıl səy ki, 
Səy artdıqca bu yolda artacaqdır qiymətin.
Məhəmməd Füzuli
- Xoş gördük, əziz dost! Səni yeni tədris ilinin başlanması münasibətilə təbrik
edirəm.
- Çox sağ ol, mən də səni təbrik edirəm.
Çərçivəyə alınmış
sözü görüşmə
etiketi
adlandırmaq
olarmı?
Siz də yoldaşları-
nızla müzakirə
aparın. Həqiqə-
tənmi, dünya
dörd dirək
üzərində dayanır?


- Necəsən? Çoxdandır, görüşmürük.
- Mən Bakıya dünən gəlmişəm.
- Mən isə srağagün gəlmişəm.
- Yəqin, yaxşı istirahət etmisən.
- Elədir. Babamla rayonlarımızı gəzdik. Şəkidə, Qaxda, Balakəndə olduq.
- Mən də Qubaya getmişdim. Oradan maraqlı məlumatlar toplamışam.
- Mən də tətili maraqlı keçirdim. Babamla elə söhbətlərimiz olub ki! Sənə babamın
tarixçi olduğunu demişdim.
- Bilirsən, mən Qubada olanda Amsar kəndində Abbasqulu ağa Bakıxanovun ev-
muzəyinə getdim. Sən demə, o, Xəzər dənizinin ilk azərbaycanlı araşdırıcısı olub.
- Çox maraqlıdır. Bilirsən, şərqşünas Q.E.Qrünebaum yazır ki, Şərq mədəniyyəti
Qərbə güclü təsir göstərmişdir. Elm, memarlıq, tikinti, gəmiçilik və s. sahələrdə
Avropa Şərqə borcludur. Babam deyir ki, İslam mədəniyyətinin “dörd dirək” ideyası
orta əsrlərdə Avropa universitetlərinin qapısı üstündə vurulmuş lövhədə


belə yazılıbmış: “Dünya 4 dirək üzərində durur: alimlərin hikməti, böyüklərin ədaləti,
dindarların ibadəti və qəhrəmanların şücaəti”.
- Bu haqda uşaqlarla da müzakirə apararıq.
- Mütləq. Bizə gələrsən, babamla da bu barədə fikirlərimizi bölüşərik. Hələ onun
Sədi, Bəhmənyar, Nizami, Tusi, Füzuli haqqında dediklərini danışsam...
- Mən haradasa oxumuşam ki, İbn Sina dəfələrlə Azərbaycan şəhərlərinə səfər
etmiş, “Tibb qanunları” əsərini də Həmədanda olarkən yazmışdır. Bəhmənyar onun
yanında filosof kimi formalaşmışdır.
- Babam Sankt-Peterburq və Daşkənddə Bəhmənyarın sualları və İbn Sinanın
cavabları yazılmış iki məktub saxlandığını deyir. Babam deyir ki, Bəhmənyar öz
risalələrində əxlaqi-etik problemləri, idrak məsələlərini araşdırarkən göstərmişdir ki,
ağıl və bilik insanın ən başlıca var-dövlətidir. İnsan öz ömrünü var-dövlət toplamağa
deyil, bilik mənimsəməyə sərf etməlidir. Ağıl, bilik insanın ən etibarlı müdafiəçisi, ən
yaxın dostudur. Sərvət qorunur, əql isə insanı qoruyur. Biliyə yol xeyirxahlığa və
xoşbəxtliyə yol deməkdir.
- Nizaminin də elm haqqında maraqlı fikirləri var. Gəl nümunələr toplayıb
yoldaşlarımızla bölüşək, elmin insan həyatındakı rolu barədə fikir mübadiləsi
aparaq.
- Yaxşı fikirdir. Uşaqlara deyiləsi sözümüz çoxdur ki...
- Yaxşı olar. Sabah dərslər başlayır. Qarşıda maraqlı işlər olacaq.
2.  Dialoqun əvvəlində M.Füzulidən nümunə gətirilmiş beytə diqqət yetirin. Sizcə,
niyə o, mətnin əvvəlində verilmişdir?
3.  “Biliyə yol xeyirxahlığa və xoşbəxtliyə yol deməkdir” fikrini müzakirə edin və
əsaslandırın.
Sizcə, dostlar
hansı maraqlı
işləri nəzərdə
tuturdular? Siz bu
dərs ilində hansı
layihələri həyata
keçirmək
istəyirsiniz?
Son cümləyə
hansı etiketi
artırmaq olar?


Yüklə 8,74 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə