Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



Yüklə 102,15 Kb.
tarix10.12.2017
ölçüsü102,15 Kb.
#14916

Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

(23 may 2012)
Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biridir. Bu dildə dünya ədəbiyyatı xəzinəsinə daxil olan misilsiz əsərlər yaradılmışdır. Hər bir azərbaycanlı tarixin ayrı-ayrı dövrlərində dilimizin dövlət dili kimi fəaliyyət göstərməsindən böyük qürur hissi keçirir. Ölkəmizin zaman-zaman müxtəlif imperiyalar tərkibində yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz hətta bu ağır vaxtlarda belə milli məfkurənin, milli şüurun və milli-mədəni dəyərlərin layiqincə yaşamasını və inkişafını təmin etmişdir. Bu gün onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.

Ana dilimiz öz ifadə imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik strukturunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik, yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir. O, özünün indiki yüksək səviyyəsinə görkəmli şair və yazıçıların, maarifpərvər ziyalıların zəhməti sayəsində çatmışdır. Bu prosesdə Azərbaycan dilçilik elminin böyük xidmətivardır.

Azərbaycanda müasir mətbuatın, teatrın və təhsil sisteminin təşəkkül tapması, xalqımızın ictimai-siyasi və mədəni həyatında baş verən dəyişikliklər Azərbaycan dilçiliyinin də inkişaf yolunu müəyyən etmişdir. Ana dili ilə bağlı yeni-yeni dərsliklər, lüğətlər və sanballı elmi tədqiqatlar meydana çıxmışdır. Bu sahədə görkəmli ziyalılarımız Mirzə Kazım bəy, Mirzə Fətəli Axundzadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məhəmməd ağa Şahtaxtlı, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli və başqalarının mühüm xidmətlərivardır.

Ana dilimizin tədqiqi xüsusilə ötən əsrin ilk onilliklərindən başlayaraq bilavasitə diqqət mərkəzində olmuşdur. Həmin dövrdə Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Bəkir Çobanzadə, Cavad Axundzadə, Xalid Səid Xocayev və digərlərinin dilimizin qrammatikasına dair bir çox tədqiqatları işıq üzü görmüşdür. 1926-cı ildə Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsi ölkəmizdə dilçilik sahəsində əldə olunan nailiyyətlərin məntiqi davamı kimi yeni-yeni tədqiqatların meydana çıxmasına təkan vermişdir.

1920-ci illərdə respublikada aparılan dilçilik tədqiqatları Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində və Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda mərkəzləşmişdi. Sonralar SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsinin və SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Dil və Ədəbiyyat İnstitutunun yaradılması ilə həmin tədqiqatlar daha sistemli və əhatəli aparılmağa başladı. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təşkil olunduqdan sonra Azərbaycan dilçiliyi yeni mərhələyə qədəm qoydu. 1969-cu ildə müstəqil Dilçilik İnstitutunun fəaliyyətə başlaması ilə dilşünaslıq elmimizin sürətli inkişaf yolu tutaraq ardıcıl şəkildə müvəffəqiyyətlər qazanması üçün möhkəm zəmin yarandı. Azərbaycan dilçiliyi Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə, Əliheydər Orucov, Səlim Cəfərov, Əlövsət Abdullayev, Fərhad Zeynalov və digər alimlərimizin yüksək elmi səviyyəli tədqiqatları yalnız dilşünaslığımızı yox, ümumən Azərbaycan ictimai fikrinizənginləşdirdi.

Xalqımızın böyük oğlu Heydər Əliyev respublikamıza rəhbərlik etməyə başladığı ilk vaxtlardan Azərbaycan ədəbi dilinə ayrıca diqqət yetirmiş, ana dilimizin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə göstərilməsinə nail olmuşdu. Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dövlət quruculuğu strategiyasının tərkib hissəsi olan dil siyasətinin nəticəsidir ki, 1970-ci illərdə Azərbaycan dilinin tarixi intensiv şəkildə öyrənilmiş, müasir Azərbaycan dilinin problemləri ilə bağlı çoxsaylı elmi-nəzəri əsərlər yaradılmışdır. Ali məktəblər üçün yazılmış dörd cildlik “Müasir Azərbaycan dili” dərsliyi 1974-cü ildə məhz ulu öndərin təşəbbüsü ilə milli dilçilik elminin inkişafına töhfə kimi qiymətləndirilərək respublikanın Dövlət mükafatına layiq görülmüşdür. Azərbaycan dilinə və ümumiyyətlə Azərbaycan dilçilərinin əməyinə verilən qiymət və onlara göstərilən qayğı Azərbaycanın keçmiş sovet məkanında, eyni zamanda beynəlxalq elm aləmində türkologiyanın mərkəzlərindən biri kimi tanınmasına gətirib çıxarmışdır. SSRİ Elmlər Akademiyasının bu istiqamətdə yeganə “Türkologiya” jurnalı məhz Bakıda nəşredilirdi.

Azərbaycan Respublikası öz müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət kəsb etməyə başlamışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2 yanvar 2003-cü il tarixli fərmanları ilə ədəbi dilimizin fəaliyyət meydanı daha da genişləndirilmiş, onun müxtəlif üslublarının potensialı bir daha üzə çıxarılmış, bütünlükdə dil mədəniyyətimiz qarşısında yeni üfüqlər açılmışdır.

Bununla yanaşı, son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqəti çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişəçeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir.

Dilin böyük ictimai-siyasi hadisə və mənəvi həyatımızın mühüm amili olduğunu çox zaman nəzərdən qaçıran bəzi mətbuat orqanlarında, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulması adi hal almışdır. Dublyaj edilən filmlərin, xarici dillərdən çevrilən elmi, bədii və publisistik əsərlərin tərcüməsi bir qayda olaraq yüksək estetik tələblərə cavab vermir, onlar sönük və yarıtmazdır, dilimizin hüdudsuz ifadə imkanları ilə müqayisə edilməyəcək qədər aşağı səviyyədədir. Küçə və meydanlardakı reklamlarda, afişalarda Azərbaycan dilinin ən adi leksik və qrammatik qaydalarının pozulması təkcə dil mədəniyyətinin deyil, ümumi mədəni səviyyənin də arzuedilməz göstəricisinə çevrilmişdir.Bəzən dilimizin tarixinə aid səslənən səhv fikirlərə vaxtlı-vaxtında cavab verilmir və bu dilin keçdiyi inkişaf mərhələlərini etibarlı tarixi mənbələr əsasında dolğun əks etdirən fundamental əsərlər yaranmır. Elmi tədqiqatlar üçün bəzi hallarda müasir dünya dilçiliyinin nəzəri səviyyəsindən xeyli geri qalan, heç bir ciddi praktik əhəmiyyət daşımayan bəsit mövzular seçilir.

Azərbaycan dilində internet resurslarının qıtlığı, elektron və interaktiv dərsliklərin yoxluğu, Azərbaycan dilini öyrənən əcnəbi dilli insanlar üçün tədris vəsaitlərinin bir çox hallarda müasir tələblərə cavab verməməsi narahatlıq doğurur. Sovet dövründə Azərbaycan dilçilərinin dünya elmində gedən proseslərdən təcrid olunması ilə ölkəmizdə dilçilik sahəsindəki nəzərəçarpan boşluq hələ də aradan qaldırılmamışdır.

Dilçilik elmimiz təkcə Azərbaycan dili ilə bağlı deyil, həmçinin onun digər türk dilləri ilə münasibətlərini öyrənmək istiqamətində ciddi addımlar atmalı, müasir dillərin nəzəri cəhətdən araşdırılmasına, eyni zamanda qədim dünya dilləri və mədəniyyətlərinin tədqiqinə yönələn yeni layihələr işləyibhazırlamalıdır.

Dövlətçiliyimizin başlıca rəmzlərindən olan ana dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, ölkəmizdə dilçilik elmi sahəsində vəziyyətin əsaslı surətdə yaxşılaşdırılmasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:



  1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının layihəsini hazırlayıb 2012- ci il oktyabr ayının 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdimetsin.

  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan Dövlət Proqramının layihəsini 2012-ci il noyabr ayının 1-dək Azərbaycan Respublikasının Prezidentinə təqdimetsin.

  3. Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsi və koordinasiya edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasıyaradılsın.

  4. Azərbaycanda müxtəlif sahələrdə tərcümə işinin mərkəzləşdirilmiş qaydada və məqsədyönlü aparılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəziyaradılsın.

  5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həlletsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 may 2012-ci il.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİ YANINDA

TERMİNOLOGİYA KOMİSSİYASI
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR

KABİNETİ yanında TERMİNOLOGİYA

KOMİSSİYASININ YENİ TƏRKİBİ haqqında
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli 2236 nömrəli Sərəncamının 5-ci hissəsinə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının bazası əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyası yaradılmışdır. Terminologiya Komissiyasının fəaliyyətinin təşkili üçün Əsasnamədə müəyyənləşdirildiyi kimi ayrı-ayrı sahələr üzrə terminoloji lüğətlərin müzakirəsini təşkil etmək üçün bölmələrin tərkibinə yenidən baxmaq zərurəti yaranır. Bununla əlaqədar olaraq Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının yeni bölmələrinin tərkibi təsdiq edilsin.

2. Terminologiya Komissiyasına (sədr müavini, filologiya üzrə elmlər doktoru Sayalı Sadıqova) tapşırılsın ki, qərarın icrasından irəli gələn məsələləri həll etsin.

3. Komissiyanın 24 iyun 2009-cu il tarixli 14/12 №–li qərarı qüvvədən düşmüş hesab edilsin.

4. Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə həvalə edilsin.

AMEA-nın prezidenti akademik Akif Əlizadə

AMEA-nın akademik-katibi akademik Rasim Əliquliyev

AMEA-nın vitse-prezidenti,

akademik İsa Həbibbəyli

Terminologiya Komissiyasının sədr müavini,

Filologiya üzrə elmlər doktoru Sayalı Sadıqova

AMEA Rəyasət Heyəti aparatının

Hüquq və kadrlar idarəsinin rəisi,

hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev


TEXNİKA ELMLƏRİ BÖLMƏSİ

Akademik Rasim Əliquliyev - AMEA-nın akademik-katibi (sədr)

Akademik Arif Paşayev- Milli Aviasiya Akademiyasının rektoru

Akademik Əli Abbasov- Rabitə və Yüksək Texnologiyalar Naziri

Akademik Cəlal Allahverdiyev - Bakı Dövlət Universitetinin kafedra müdiri

Akademik Fikrət Əliyev - Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru

Akademik Telman Əliyev -AMEA, Akademik Ə.Hüseynov adına İdarəetmə Sistemləri İnstitutunun direktoru

AMEA-nın müxbir üzvü Kamil Ayda-zadə -AMEA, Akademik Ə.Hüseynov adına İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri

AMEA-nın müxbir üzvü Afiq Həsənov - Azərbaycan Milli Aviasiya Akademiyasının elmi işlər üzrə

prorektoru.

Texnika üzrə elmlər doktoru Nurməmməd Məmmədov - Azərbaycan Memarlıq və İnşaat Universiteti kafedra müdiri

Texnika üzrə elmlər doktoru Həbib Ocaqov - Azərbaycan Memarlıq və İnşaat Universiteti, kafedra müdiri.

Texnika üzrə elmlər doktoru Sülahəddin Gözəlov - Azərbaycan Memarlıq və İnşaat Universiteti, kafedra müdiri.

Texnika üzrə elmlər doktoru Müxlif Hacıyev - Azərbaycan Memarlıq və İnşaat Universiteti, kafedra müdiri.

Texnika üzrə elmlər doktoru Fəqan Əliyev - Azərbaycan Memarlıq və İnşaat Universiteti, kafedra müdiri.

Texnika üzrə elmlər doktoru Məsumə Məmmədova - AMEA, İnformatika Texnologiyaları İnstitutu, şöbə müdiri


FİZİKA, RİYAZİYYAT, MEXANİKA BÖLMƏSİ

Akademik Arif Mehdiyev - Ali Attestasiya Komissiyasının sədri (sədr)

Akademik Asəf Hacıyev - AMEA, Akademik Ə.Hüseynov adına İdarəetmə Sistemləri İnstitutu, laboratoriya müdiri

Akademik Adil Qəribov - AMEA, Radiasiya Problemləri İnstitutunun direktoru

Akademik Cavad Abidinov - AMEA, Fizika İnstitutunun direktor müavini

Akademik Təyyar Cəfərov - AMEA Fizika İnstitutu, laboratoriya müdiri

Akademik Bahadur Tağıyev - AMEA Fizika İnstitutu, baş elmi işçi

AMEA-nın müxbir üzvü Nazim Məmmədov - Fizika İnstitutunun direktoru.

AMEA-nın müxbir üzvü Bilal Bilalov - AMEA, Riyaziyyat və Mexanika İnstitutu, şöbə müdiri

AMEA-nın müxbir üzvü Vaqif Quliyev - AMEA, Riyaziyyat və Mexanika İnstitutu, şöbə müdiri

AMEA-nın müxbir üzvü Yusif Məmmədov - Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru.

Fizika-riyaziyyat üzrə elmlər doktoru Misir Mərdanov - AMEA, Riyaziyyat və Mexanika İnstitutunun direktoru.

Fizika-riyaziyyat üzrə elmlər doktoru Soltan Əliyev - Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini.

Fizika-riyaziyyat üzrə elmlər doktoru Cəfər Ağalarov - AMEA Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri.

Fizika-riyaziyyat üzrə elmlər doktoru Sabir Mirzəyev - Bakı Dövlət Universitetinin professoru.
KİMYA ELMLƏRİ BÖLMƏSİ

Akademik Dilqəm Tağıyev - AMEA, Kimya Elmləri Bölməsinin akademik-katibi (sədr)

Akademik Vaqif Fərzəliyev - AMEA, Aşqarlar Kimyası İnstitutunun direktoru

Akademik Vaqif Abbasov – AMEA, akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru

Akademik Rəfiqə Əliyeva - Bakı Dövlət Universitetinin laboratoriya müdiri

Akademik Akif Əzizov – AMEA, Polimer materialları İnstitutunun direktoru (Sumqayıt filialı)

AMEA-nın müxbir üzvü Babanlı Məhəmməd - Kataliz və qeyri üzvü kimi İnstitutunun direktor müavini

AMEA-nın müxbir üzvü Mübariz Əhmədov – AMEA, Kimya Problemləri İnstitutunun şöbə müdiri

AMEA-nın müxbir üzvü Hafiz Əlimərdanov - Neft-kimya prosesləri İnstitutunun laboratoriya müdiri

AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov - Polimer materialları İnstitutu, laboratoriya müdiri

AMEA-nın müxbir üzvü İslam Mustafayev - Radiasiya problemləri İnstitutu, laboratoriya müdiri

AMEA-nın müxbir üzvü Valeh Cəfərov - Polimer materialları İnstitutu, direktor müavini

AMEA-nın müxbir üzvü Ziyafəddin Əsədov - Neft-kimya prosesləri İnstitutu, laboratoriya müdiri
GEOLOGİYA BÖLMƏSİ

Akademik İbrahim Quliyev - AMEA-nın vitse-prezidenti (sədr)

Akademik Fəxrəddin Qədirov - AMEA, Yer Elmləri bölməsinin akademik katibi

Akademik Hətəm Quliyev - AMEA, Geologiya və Geofizika İnstitutu, şöbə müdiri

AMEA-nın müxbir üzvü Yetirmişli Qurban – AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru

AMEA-nın müxbir üzvü Zöhhak Abbasov – AMEA, Geologiya və Geofizika İnstitutu, şöbə müdiri

AMEA-nın müxbir üzvü Qərib Calalov - AMEA, Geologiya və Geofizika İnstitutu, şöbə müdiri

AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev - AMEA, Geologiya və Geofizika İnstitutu, şöbə müdiri

AMEA-nın müxbir üzvü Əkbər Feyzullayev - AMEA, Geologiya və Geofizika İnstitutu, şöbə müdiri

AMEA-nın müxbir üzvü Arif Quliyev - AMEA, Geologiya və Geofizika İnstitutu, şöbə müdiri

Geologiya-mineralogiya üzrə elmlər doktoru Şıxəli Babayev - AMEA, Geologiya və Geofizika İnstitutu, şöbə müdiri

Geologiya-mineralogiya üzrə elmlər doktoru Cəbrayıl Azadəliyev - AMEA, Geologiya və Geofizika İnstitutu, baş elmi işçi

Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qurban Əliyev - AMEA, Geologiya və Geofizika İnstitutu, şöbə müdiri
COĞRAFİYA BÖLMƏSİ

Akademik, Ramiz Məmmədov - Coğrafiya İnstitutunun direktoru (sədr)

Coğrafiya üzrə elmlər doktoru Elbrus Əlizadə - AMEA, Coğrafiya İnstitutu, şöbə müdiri

Coğrafiya üzrə elmlər doktoru Şövqi Göyçaylı - Bakı Dövlət Universiteti, kafedra müdiri

Coğrafiya üzrə elmlər doktoru Fərda İmanov – Bakı Dövlət Universiteti, coğrafiya fakültəsinin dekanı

Coğrafiya üzrə fəlsəfə doktoru Nizami Əyyubov - AMEA, Coğrafiya İnstitutu, şöbə müdiri

Coğrafiya üzrə elmlər doktoru Mahmud Xəlilov - AMEA, Coğrafiya İnstitutu, baş elmi işçi

Coğrafiya üzrə fəlsəfə doktoru Xəyyam Rəhimov – AMEA, Coğrafiya İnstitutu, şöbə müdiri

Coğrafiya üzrə fəlsəfə doktoru Nazim Bababəyli – Naxçıvan Dövlət Universiteti, kafedra müdiri

Coğrafiya üzrə elmlər doktoru Xalid Tanrıverdiyev – AMEA Coğrafiya İnstitutu, şöbə müdiri


AQRAR VƏ EKOLOGİYA BÖLMƏSİ

Akademik Qərib Məmmədov - Aqrar Elmlər Bölməsinin akademik-katibi (sədr)

AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov - Naxçıvan Dövlət Universitetinin rektoru

AMEA-nın müxbir üzvü İlham Ələkbərov - AMEA, Zoologiya İnstitutunun direktoru

AMEA-nın müxbir üzvü Novruz Quliyev - AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi, nazir müavini

AMEA-nın müxbir üzvü Zeynal Əkbərov – AMEA, Genetik Ehtiyatlar İnstitutunun direktoru

Aqrar elmlər üzrə elmlər doktoru Əlövsət Quliyev – AMEA, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktor vəzifəsini icra edən

AMEA-nın müxbir üzvü Çingiz Əliyev – AMEA, Geologiya İnstitutunun şöbə müdiri

Texnika üzrə elmlər doktoru Ağamir Həşimov - Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunun direktoru

Biologiya üzrə fəlsəfə doktoru Tubuxanım Qasımzadə - AMEA-nın Aqrar Elmlər Bölməsinin elmi katibi

Aqrar elmlər üzrə fəlsəfə doktoru Əsəd Musayev - Elmi Tədqiqat Əkinçilik İnstitutu, şöbə müdiri

Aqrar elmlər üzrə fəlsəfə doktoru Qoşqar Məmmədov – AMEA, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işlər üzrə direktor müavini

Biologiya üzrə elmlər doktoru, Aydın Əsgərov – AMEA, Genetik Ehtiyatlar İnstitutunun Ekobotanika və Sistematika Şöbəsinin müdiri

Biologiya üzrə elmlər doktoru, Nəriman İsmayılov - Mikrobiologiya İnstitutunun laboratoriya müdiri

Coğrafiya üzrə elmlər doktoru Rza Mahmudov - ETSN ET Hidrometeorologiya İnstitutunun direktoru

Fəlsəfə üzrə elmlər doktoru Sakit Hüseynov - Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri

Aqrar elmlər üzrə fəlsəfə doktoru Seymur Səfərli – AMEA, Eroziya və Suvarma İnstitutunun direktoru

Biologiya üzrə fəlsəfə doktoru Tamilla Əliyeva - Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutunun direktoru

Biologiya üzrə elmlər doktoru Səyyarə İbadullayeva – AMEA, Botanika İnstitutu “Etnobotanika” laboratoriyasının müdiri

Aqrar elmlər üzrə fəlsəfə doktoru Azər Cəfərov - Bakı Dövlət Universiteti, Ekologiya və Torpaqşünaslıq fakültəsinin müəllimi


TARİX VƏ QAFQAZŞÜNASLIQ BÖLMƏSİ

Akademik Teymur Bünyadov – AMEA, Arxeologiya və Etnoqrafiya İnstitutu, şöbə müdiri (sədr)

Akademik İsmayıl Hacıyev - AMEA-nın Naxçıvan Bölməsinin sədri

AMEA-nın müxbir üzvü Yaqub Mahmudov - AMEA Tarix İnstitutunun direktoru

AMEA-nın müxbir üzvü Nərgiz Axundova – Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutu, aparıcı elmi işçi

AMEA-nın müxbir üzvü Şahin Mustafayev - Şərqşünaslıq İnstitutu, direktor müavini

AMEA-nın müxbir üzvü, İlyas Babayev – AMEA, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri

Tarix üzrə elmlər doktoru Maisə Rəhimova - AMEA, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru

Tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli - AMEA, Elm Tarixi İnstitutunun direktoru.

Tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhrəmov - AMEA, Tarix İnstitutunun direktor müavini

Tarix üzrə elmlər doktoru Tofiq Mustafazadə - AMEA, Tarix İnstitutu, şöbə müdiri

Tarix üzrə elmlər doktoru Tarix Dostuyev - AMEA, Arxeologiya və Etnoqrafiya İnstitutu, şöbə müdiri

Tarix üzrə elmlər doktoru Arif Məmmədov - AMEA, Arxeologiya və Etnoqrafiya İnstitutu, şöbə müdiri

Tarix üzrə elmlər doktoru Şahin Fərzəliyev - AMEA, Tarix İnstitutu, bölmə rəhbəri

Tarix üzrə elmlər doktoru Nərgiz Quliyeva – AMEA, Arxeologiya və Etnoqrafiya İnstitutu, baş elmi işçisi
İQTİSADİYYAT BÖLMƏSİ

İqtisadiyyat üzrə elmlər doktoru Nazim İmanov - AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru (sədr)

Akademik Ziyad Səmədzadə - AR Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri

AMEA-nın müxbir üzvü Şahbaz Muradov - AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri

AMEA-nın müxbir üzvü Akif Musayev - Azərbaycan Universitetinin rektoru

AMEA-nın müxbir üzvü Əli Nuriyev - AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Mərkəz müdiri

İqtisadiyyat üzrə elmlər doktoru Ədalət Muradov - Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru

İqtisadiyyat üzrə elmlər doktoru Şəmsəddin Hacıyev -Azərbaycan Dövlət İqtisad Universiteti, kafedra müdiri

İqtisadiyyat üzrə elmlər doktoru Əvəz Bayramov - Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru

İqtisadiyyat üzrə elmlər doktoru Rasim Həsənov - İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru

İqtisadiyyat üzrə elmlər doktoru Vilayət Vəliyev - İqtisadi-İslahatlar mərkəzinin direktoru.

İqtisadiyyat üzrə elmlər doktoru Vahid Novruzov - Azərbaycan Respublikası Auditorlar Palatasının sədri.

İqtisadiyyat üzrə elmlər doktoru Müşfiq Atakişiyev - Azərbaycan Respublikası İdarəçilik Akademiyası

İqtisadiyyat üzrə elmlər doktoru Ağarza Rüstəmov – Naxçıvan Dövlət Universiteti, kafedra müdiri

Tanrıverdi Paşayev - AMEA, İqtisadiyyat İnstitutu, “Maliyyə, pul-kredit siyasəti”, şöbə müdiri.
FƏLSƏFƏ VƏ DÜNYA SİYASƏTİ BÖLMƏSİ

Fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə - AMEA, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru (sədr).

AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva - Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini

Fəlsəfə üzrə elmlər doktoru Məmməd Rzayev – Naxçıvan Dövlət Universiteti, prorektor

Fəlsəfə üzrə elmlər doktoru Füzuli Qurbanov - AMEA, Fəlsəfə və Hüquq İnstitutu, şöbə müdiri

Fəlsəfə üzrə elmlər doktoru Rəna Mirzəzadə - AMEA, Fəlsəfə və Hüquq İnstitutu, şöbə müdiri

Fəlsəfə üzrə elmlər doktoru İzzət Rüstəmov – Bakı Dövlət Universiteti, kafedra müdiri

Fəlsəfə üzrə elmlər doktoru Afaq Rüstəmova - AMEA, Fəlsəfə və Hüquq İnstitutu, baş elmi işçi

Fəlsəfə üzrə elmlər doktoru Arzu Hacıyeva - AMEA, Fəlsəfə və Hüquq İnstitutu, şöbə müdiri

Fəlsəfə üzrə elmlər doktoru Əbülhəsən Abbasov – AMEA, Fəlsəfə və Hüquq İnstitutu, baş elmi işçi


HÜQUQ BÖLMƏSİ

AMEA-nın müxbir üzvü Məsumə Məlikova - Bakı Dövlət Universitetinin kafedra müdiri (sədr)

Hüquq üzrə elmlər doktoru Bəhram Zahidov – AMEA, Fəlsəfə və Hüquq İnstitutu, direktor müavini

Hüquq üzrə elmlər doktoru Sakit Hüseynov – AMEA, Fəlsəfə və Hüquq İnstitutu, şöbə müdiri

Hüquq üzrə elmlər doktoru İsaxan Vəliyev - AMEA, Fəlsəfə və Hüquq İnstitutu, şöbə müdiri

Hüquq üzrə elmlər doktoru Ziyafət Əsgərov - Bakı Dövlət Universiteti, kafedra müdiri

Hüquq üzrə elmlər doktoru Əmir Əliyev - Bakı Dövlət Universiteti, hüquq fakültəsinin dekanı

Hüquq üzrə elmlər doktoru Habil Qurbanov – AMEA, Fəlsəfə və Hüquq İnstitutu, şöbə müdiri

Hüquq üzrə elmlər doktoru Aydın Qasımov – Milli Aviasiya Akademiyası, hüquq fakültəsi,dekan

Hüquq üzrə elmlər doktoru Firudin Səməndərov - Bakı Dövlət Universiteti, kafedra müdiri

Hüquq üzrə elmlər doktoru Alış Qasımov - Bakı Dövlət Universiteti, kafedra müdiri

Hüquq üzrə elmlər doktoru Firuzə Abbasova - Bakı Dövlət Universiteti, kafedra müdiri


DİLÇİLİK VƏ ORFOQRAFİYA BÖLMƏSİ

Akademik Tofiq Hacıyev - AMEA, Nəsimi adına Dilçilik İnstitutunun direktoru (sədr)

Akademik Vasim Məmmədəliyev - Bakı Dövlət Universitetinin dekanı

Akademik Kamal Abdullayev - Dini məsələlər, millətlərarası multikulturalizm üzrə dövlət müşaviri

AMEA-nın müxbir üzvü Nizami Cəfərov - Atatürk Mərkəzinin direktoru

AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev – AMEA-nın Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru

Filologiya üzrə elmlər doktoru Adil Babayev - Xarici Dillər Universiteti, kafedra müdiri

Filologiya üzrə elmlər doktoru Sayalı Sadıqova - AMEA, Nəsimi adına Dilçilik İnstitutu, şöbə müdiri

Filologiya üzrə elmlər doktoru Qəzənfər Kazımov - AMEA, Nəsimi adına Dilçilik İnstitutu, baş elmi işçi

Filologiya üzrə elmlər doktoru Sevil Mehdiyeva - AMEA, Nəsimi adına Dilçilik İnstitutu, baş elmi işçi

Filologiya üzrə elmlər doktoru Rüfət Rüstəmov - Bakı Dövlət Universiteti, kafedra müdiri

Filologiya üzrə elmlər doktoru Azad Məmmədov - Dövlət Dillər Universiteti, kafedra müdiri

Filologiya üzrə elmlər doktoru Nizami Xudiyev - Azərbaycan Pedaqoji Universiteti, kafedra müdiri

Filologiya üzrə elmlər doktoru Əzizxan Tanrıverdiyev - Azərbaycan Pedaqoji Universiteti, kafedra müdiri

Filologiya üzrə elmlər doktoru Buludxan Xəlilov - Azərbaycan Pedaqoji Universiteti, kafedra müdiri

Filologiya üzrə elmlər doktoru İsmayıl Məmmədli - AMEA, Nəsimi adına Dilçilik İnstitutu, şöbə müdiri


ƏDƏBİYYATŞÜNASLIQ BÖLMƏSİ

Akademik Teymur Kərimli - AMEA, Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi (sədr)

Akademik Rəfael Hüseynov – AMEA,Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru

AMEA-nın müxbir üzvü Nərgiz Paşayeva - Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru.

AMEA-nın müxbir üzvü Muxtar İmanov – AMEA, Folklor İnstitutunun direktoru

AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva –AMEA, Şərqşünasliq İnstitutunun direktoru

AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu – AMEA, Əlyazmalar İnstitutu

AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov - Bakı Dövlət Universiteti

Filologiya üzrə elmlər doktoru Məhərrəm Qasımlı - AMEA, Ədəbiyyat İnstitutunun direktor müavini

Filologiya üzrə elmlər doktoru Cəlil Nağıyev - Asiya Universitetinin rektoru

Filologiya üzrə elmlər doktoru Şamil Vəliyev - Bakı Dövlət Universiteti, kafedra müdiri

Filologiya üzrə elmlər doktoru Zaman Əsgərli - AMEA, Ədəbiyyat İnstitutu, şöbə müdiri

Filologiya üzrə elmlər doktoru İman Cəfərov – Naxçıvan Dövlət Universiteti, dekan
MEMARLIQ, MUSİQİŞÜNASLIQ, TEATRŞÜNASLIQ VƏ

DEKORATİV-TƏTBİQİ SƏNƏT BÖLMƏSİ

AMEA-nın müxbir üzvü Ərtəgin Salamzadə - AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun ditektoru (sədr)

Sənətşünaslıq üzrə elmlər doktoru Fərəh Əliyeva - Mədəniyyət və İncəsənət Universiteti, rektor

AMEA-nın müxbir üzvü Rəna Məmmədova – AMEA, Memarlıq və İncəsənət İnstitutu, şöbə müdiri

AMEA-nın müxbir üzvü Zemfira Səfərova - AMEA, Memarlıq və İncəsənət İnstitutu, şöbə müdiri

Sənətşünaslıq üzrə elmlər doktoru Sevil Fərhadova - AMEA, Memarlıq və İncəsənət İnstitutu, şöbə müdiri

Sənətşünaslıq üzrə elmlər doktoru Ramiz Zöhrabov -AMEA, Memarlıq və İncəsənət İnstitutu, aparıcı elmi işçisi

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Kübra Əliyeva - AMEA, Memarlıq və İncəsənət İnstitutu, baş elmi işçisi

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə - AMEA, Memarlıq və İncəsənət İnstitutu, baş elmi işçisi

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Qadir Əliyev – Naxçıvan Dövlət Universiteti, kafedra müdiri


BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ

Akademik Əhliman Əmiraslanov - Biologiya və Tibb Elmləri Bölməsinin akademik katibi (sədr)

Akademik İradə Hüseynova - Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun direktoru

AMEA-nın müxbir üzvü Sudeyif İmamverdiyev - Azərbaycan Dövlət Tibb Universiteti, kafedra müdiri

AMEA-nın müxbir üzvü Yaqub Məmmədov - Azərbaycan Dövlət Tibb Universiteti, professoru

AMEA-nın müxbir üzvü Nuru Bayramov - Azərbaycan Dövlət Tibb Universiteti, kafedra müdiri

AMEA-nın müxbir üzvü Validə Əlizadə - Botanika İnstitutunun direktoru

AMEA-nın müxbir üzvü Şakir Musayev - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

AMEA-nın müxbir üzvü Zakir Qarayev - Tibb Universiteti, kafedra müdiri

AMEA-nın müxbir üzvü Rafiq Qasımov -AMEA,Fiziologiya İnstitutu, baş elmi işçi

AMEA-nın müxbir üzvü İbrahim Əzizov –AMEA, Botanika İnstitutu, laboratoriya müdiri

AMEA-nın müxbir üzvü Pənah Muradov - AMEA,Mikrobiologiya İnstitutunun direktor müavini

AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov – Naxçıvan Dövlət Universiteti, rektor

Tibb üzrə elmlər doktoru Paşa Qəlbinur - Azərbaycan Dövlət Tibb Universiteti, kafedra müdiri

Tibb üzrə elmlər doktoru İlqar Həsənov - Azərbaycan Dövlət Tibb Universiteti, kafedra müdiri

Tibb elmlər üzrə fəlsəfə doktoru Yusifzadə Kənan - Dövlət Sərhəd Xidmətinin Hərbi Qospitalının rəisi


PEDAQOGİKA, PSİXOLOGİYA VƏ FƏNLƏRİN TƏDRİSİ

METODİKASI BÖLMƏSİ

AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev - Bakı Dövlət Universitetinin kafedra müdiri (sədr)

Pedaqogika üzrə elmləri doktoru Fərrux Abbasov - Azərbaycan Dövlət Pedaqoji Universiteti, kafedra müdiri.

Pedaqogika üzrə elmləri doktoru Əjdər Ağayev - Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu, şöbə müdiri

Pxisologiya üzrə elmlər doktoru Əbdül Əlizadə - ADPU-nun kafedra müdiri

Pedaqogika üzrə elmləri doktoru Ləzifə Abdullayeva - Bakı Dövlət Universitetinin professoru

Pedaqogika üzrə elmləri doktoru Nübar Muxtarova - Bakı Dövlət Universitetinin kafedra müdiri

Pedaqogika üzrə elmləri doktoru Fərrux Rüstəmov -Azərbacan Dövlət Pedaqoji Universitetinin professoru

Pedaqogika üzrə elmləri doktoru Bəxtiyar Sadıqov - Bakı Dövlət Universitetinin kafedra müdiri

Pedaqogika üzrə elmləri doktoru Məhəmməd Baharlı - Azərbacan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri


BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN BÖLMƏSİ

Filologiya üzrə elmlər doktoru Çingiz Hüseynzadə - Azərbaycan Respublikası Olimpiya Komitəsinin vitse-prezidenti, (sədr)

Texnika üzrə fəlsəfə doktoru Ağacan Əbiyev - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası,rektor

Pedaqogika üzrə fəlsəfə doktoru İsmayıl İsmayılov -Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini

Pedaqogika üzrə fəlsəfə doktoru Dilqəm Quliyev - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, prorektor

Pedaqogika üzrə fəlsəfə doktoru Xanlar Qurbanov - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, kafedra müdiri

Filologiya üzrə fəlsəfə doktoru Çəmaləddin Rəhmanov – Azərbaycan Respublikası Olimpiya Komitəsinin İnformasiya və Nəşriyyat şöbəsi, müdir

Pedaqogika üzrə fəlsəfə doktoru Firat Hüseynov - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, kafedra müdiri

Filologiya üzrə fəlsəfə doktoru Validə Balayeva - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, müəllim

Filologiya üzrə fəlsəfə doktoru Arif Əliyev - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, müəllim


İstifadə olunmuş ədəbiyyat

  1. Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. “Azərbaycan” cildi. Bakı, 2007.

  2. Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası (Əsas Qanunu). Bakı, 1978-ci il. Azərbaycan Respublikasının Konstitusiyası. (1995-ci il).

  3. Azərbaycan Respublikasının qanunvericilik topluları. (1997-2010). Azərbaycan SSR qanunları məcmuəsi. 1938-1966. Bakı, 1966.

  4. Aзepбaйджанская Демокpaтичecкaя Pecnyбликa (1918-1920). 3aконoдaтeльные aкты (Сборник документов). Бaкy, 1998.

  5. Резолюции и постановления съездов Советов Азербайджанской ССР. (1921-1937). Баку, 1961. Balayev Xaqan. Azərbaycan dilinin dövlət dili kimi təşəkkül tarixindən. (XVI-XX). Bakı, 2002.

  6. 1926-cı il I Bakı türkoloji qurultayı. (Stenoqram materialları, biblioqrafiya və foto-sənədlər) Ruscadan tərcümə, ön söz və şərhlərin müəllifləri: Professor Kamil Vəli Nərimanoğlu, Elmi işçi Əliheydər Ağakişiyev.«Çinar-Çap», Bakı, 2006.


İnternet resursları

www.president.az

www.preslib.az

www.e-qanun.az



www.azertag.com

www.vesconsultancy.com
Yüklə 102,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə