Azərbaycan döVLƏt aqrar universiteti MÜHƏNDİSLİk fakultəSİ HƏyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ kafedrası


Bərpa olunan enerji mənbələrinin Dİ üçün əhəmiyyəti



Yüklə 0,85 Mb.
səhifə3/11
tarix17.09.2017
ölçüsü0,85 Mb.
#566
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11

2. Bərpa olunan enerji mənbələrinin Dİ üçün əhəmiyyəti
Dİİ-ni xarakterizə edən əsas göstəricilərdən biri də ölkə üzrə enerji istehsalı və istehlakı ilə əlaqədar olan göstəricidir. Həmin göstəricilər ölkə əhalisinin hər nəfərinə düşən enerji istehsalı və istehlakına dair ümumi məlumalar, ən başlıcası və əhəmiyyətlisi isə bərpa olunan, tükənməyən enerjinin ( ənənəvi enerji mənbələri – odun, Günəş, külək, yeraltı termal sular, dəniz və okean sularının qabarma və çəkilməci zaman yaranan enerji, bioqaz, bitkilərdən alınan spirt və bitki yağları, və s.) istehsal olunan ümumi enerjinin neçə faizini təşkil etməsini xarakterizə edir. Dünyanın ayrı-ayrı ölkələrində bərpa olunan enerjidən istifadə olunması bir-birindən xeyli fərqlənir. Tükənməyən enerjinin ümumi istehsal olunan enerjidə payı ABŞ-da 3,6, Avstraliyada 3,7, Fransada 4,7, Kanadada 4,6, Finlandiyada isə 6,2 %-dir. Azərbaycanda, xüsusilə Abşeronda, günəşli və küləkli günlərin sayı, küləyin sürəti alternativ enerji istehsalı üçün çox qənaətbəxş olduğuna görə onlardan geniş istifadə olunmalıdırş Bunu nəzərə alaraq hazırda Abşeron yarımadasında və onun yaxınlığındakı yerlərdə alternativ enerji istehsalına dair xüsusi dövlət proqramı hazırlanıb həyata keçirilir.

Dünyanın inkişaf etmiş ölkələrində termal sular əsas alternativ enerji mənbəyi kimi istifadə olunur. Ölkəmizdə də (şimal, cənub rayonları, Naxçıvan MR və digər bölgələr) termal suların böyük potensialı (ehtiyatı) olduğu üçün bu səmərəli üsuldan çox geniş istifadə edilməlidir. Bu gün real faktdır ki, inkişaf etmiş ölkələrdə ən sadə, ekoloji və iqtisadi cəhətdən ucuz yolla başa gələn, bioqaz ( sənaye, kənd təsərrüfatı, məişət və digər istehsalat tullantılarını xüsusi şəraitdə saxlamaq, yaxud biokonvensiya prosesi nəticəsində alınan qaz) geniş miqyasda enerji mənbəyi kimi istifadə olunur. Bu proses gündən günə daha da genişlənir. Bioqaz istehsalının digər böyük üstünlüyü həm ətraf mühitin tullantılardan azad edilməsi və çirklənməsinin qarşısının alınmasıdır. Bu proses həmçinin tullantıların həm miqdarını azaldır, onların zərərsizləşdirilməsini təmin edir, həm də regionlarda meşələrin qırılmasının qarşısını almaqla onların qorunmasına zəmin yaradır. Hazırda respublikamızın bəzi rayonlaranda tullantılardan və peyindən bioqaz almaq məqsədilə xüsusi qurğular quralaşdırılararq istifadəyə verilmişdir. Alternativ enerji daşıyıcılarından xüsusilə bioqaz , dəniz və okean suyunun qabarmasımdan və çəkilməsidən alınan enerjiyə görə Norveç dünyanın ən tərəqqi etmiş ölkəsi hesab edilir. ABŞ, Yaponiya, İsveç və başqa ölkələrdə də alternativ enerji daşıyıcılarının istehsalı və istehlakı sahəsində çox böyük uğurlar əldə olunmuşdur.

Dünyada neft və onun məhsullarının qiymətinin çox dinamik tərzdə artması alternativ enerjinin, xüsusilə onun daha yeni növlərinin axtarışını ən vacib məsələ kimi gündəmə gətirir. Artıq dünyanın bir çox ölkələrində nəqliyyat vasitələri üçün bitkilərdən alınan spirt və yağlardan geniş istifadə edilməyə başlanmışdır. Həmin yanacaqların ən üstün cəhəti onların ətraf mühitə, xüsusilə atmosfer havasına olduqca az neqativ təsir göstərməsidir.

Bitki mənşəli enerji daşıyıcıları bioyanacaq adlanmaqla hazırda dünyanın böyük şəhərlərində şəhər daxili vasitələri yalnız onunla işləyir. Hazırda Rusiya, Yaponiya, Şimali Koreya və digər ölkələrdə Günəş enerjisi batareyaları ilə işləyən elektromobil avtomobillərdən istifadə olunmağa ba.lamışdır. Həmin avtomobillərin mühərrikləri olduqca səmərəli işləyir və atmosfer havasını çirkləndirmir. Yeni texnoloji nailiyyətlərə əsaslanan adi məişət elektrik lampaları, cihazlar və avadanlıqlar az enerji məsrəfini təmin etməklə havanın çirklənməsinin də qarşısını alır. Respublikamızın günəş, külək, yeraltı termal sular və su axarları enerjisi ilə təmin olunması üçün həm də lazımi şəraitə, həm də bu sahə üzrə güclü kadr potensialına malik olması ölkəmizdə bu enerji daşıyıcəlarından şox geniş istifadə olunması üçün mühüm təminat yaradır.



Azərbaycan Respublikası son zamanlar çox böyük əhəmiyyətə malik olan bir sıra konvensiyalara və razılaşmalara qoşulmuşdur. Bioloji müxtəlifliyin qorunması, qlobal iqlim dəyişkənliyi, ozon təbəqəsinin mühafizəsi və s. üzrə konvensiyaların çox böyük əhəmiyyəti vardır. Həmin konvensiyalar Milli, regional və qlobal əhəmiyyətli məsələlərə həsr edilib. Bu baxımdan Xəzəryanı ərazilərdə kökü kəsilməkdə olan su quşlarının, , dünyada yalnız Xəzərdə yaşayan ən kiçik suiti növünün və ən qiymətli balıq növlərinin (nərə, ağ balıq və s.) sayının azalmasının qarşısının alınması və qorunub saxlanması üzrə həyata keçirilən proqram və layihələrin çox böyük əhəmiyyəti vardır. Ətraf mühitin idarə edilməsinə və mühafizəsinə dair mövcud olan beynəlxalq standartlar arasında hazırda ən öncül yerdə duran və əhəmiyyətlisi İSO 14000 kimi məlum olan idarəetmə standartıdır. Bu standarta uyğun olaraq bütün sferalarda fəaliyyət göstərən hər bir təşkilat “ Ətraf mühitin İdarəetmə Sistemi” adlı sənəd hazırlamaqla onun tətbiqini davamlı olaraq təmin etməlidir. Həmin sənəd çox geniş əhəmiyyətə malik olmaqla, ətraf mühitin idarə olunması sahəsində ümumi siyasət, planlaşdırma, proqnozlaşdırma, məqsəd və vəzifələr, fəaliyyət növlərinin və idarəetmənin təhlili, müvafiq nəticə çıxarılması sahələrini özündə əks etdirən və müasir ekoloji tələbləri ödəyən hər bir təşkilat üçün çox önəmli sənəddir.

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

MÜHƏNDİSLİK FAKULTƏSİ

HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ
karedrası


MÜHAZİRƏÇİ: DOSENT XƏLİLOV RAMİZ TALIB OĞLU

MÜHAZİRƏ № 5

MÖVZU:

DAVAMLI İNKİŞAFIN TƏRKİB HİSSƏLƏRİ-SOSİAL –İQTİSADİ TƏRKİBİ.

TƏBİƏT VƏ CƏMİYYƏT MÜNASİBƏTLƏRİ VƏ DAVAMLI İNSAN İNKİŞAFI.

Mühazirənin planı:

1.TƏBİƏT-CƏMİYYƏT MÜNASİBƏTLƏRİNİN TARİXİ TƏKAMÜLÜ.

2. TƏBİƏT-CƏMİYYƏT MÜNASİBƏTLƏRİNİN SOSOİAL-EKOLOJİ ASPEKTLƏRİ.

3. DAVAMLI İNSAN İNKİŞAFININ TƏRƏQQİDƏ ROLU. İNSAN TƏKAMÜLÜNÜN VƏ FƏRDİ İNKİŞAFININ ƏSAS MƏRHƏLƏLƏRİ.

ƏDƏBİYYAT SİYAHISI

  1. Əsgərov Ə.A., Hüseynov E.M., Hüseynov S.Y., Davamlı insan inkişafı. - Bakı, 2009

  2. Xəlilov R.T., Zeynalov E.C., Vəliyev S.Ş. Davamlı insan inkişafı.-Gəncə, 2017.-346s.

GƏNCƏ 2017
1.Təbiət-cəmiyyət mühasibətlərinin tarixi təkamülü
Təbiət haqqılnda qədim mədəniyyət abidələrində əks olunan ilk mülahizələr arasında ən öncül yeri mifologiya tutur. Mifologiyaya görə təbiət və cəmiyyətin əlaqəsi həmişə qarşılıqlı əlaqələr və dialektik vəhdət formasında mövcud olmuşdur. İnsan təbiətin bir hissəsidir, onun ən ali məhsuludur, canlı aləmin çox güclü şüura, dərrakəyə malik olan bioloji növüdür. Cəmiyyət təbiətsiz yaşaya bilməz, çünki təbiət insana hər şeyi( qida, su, qeyim, enerji, mineral sərvətlər, tikinti materialları, sağlamlıq, poeziya, istirahət və s.) bəxş edir. İnsan cəmiyyətinin varlığı həmişə təbii ehtiyatlardan və təbiətin vəziyyətindən asılıdır. Məkan və zamanın obyektiv mövcudluğunun hadisələrin dəyişməsindən asılı olmaması faktı onların mütləqliyini ifadə edir. Lakin məkan və zaman xassələri dəyişən materiyanın xassələrindən asılı olaraq dəyişir. Maddi şəraitdən asılı olaraq, məkan formaları, obyektlərin ölçüsü dəyişir, hadisələrin vaxtı, sürəti başqalaşır, zaman başqa cür cərəyan edir.

Cəmiyyətin həyatındakı bütün müsbət cəhətlər təbiətin daha müsbət qiymətləndirilməsini, ona qayğıkeşliklə yanaşılmasını tələb edir. Təəssüf ki, bəzən insanın təsərrüfat fəaliyyəti təbiətə olduqca mənfi təsir göstərir. Nəticədə atmosfer havası çirklənir, şirin su mənbələri yararsızlaşır, meşələr qırılır, torpaqlar korlanır eroziyaya uğrayır, şoranlaşır, bataqlıqlaşır, flora və fauna ehtiyatları,faydalı qazıntılar azalır, tükənir.

Təbiətin mühafizəsi məsələlərində, təkcə onun elmi, estetik tərbiyəvi və insanların sağlamlığı üçün əhəmiyyətli obyektlərinin qorunub saxlanması nəzərdə tutulmur. Çünki təbiətlə cəmiyyət arasındakı qarşılıqlı əlaqə inkişaf etdikcə, daha doğrusu istehsal prosesində cəlb olunan təbii sərvətlərin həcmi və miqdarı artdıqca, eyni zamanda elmin yeni nailiyyətləri haqqında təbiət qanunları, təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsi, qanunauyğunluqları daha dərindən dərk edildikcə məlum olmuşdur ki, təbiətin mühafizəsi yalnız ayrı-ayrı obyektlərin konservasiyası və mühafizəsindən ibarət olmayıb, daha geniş miqyaslı bir problemdir.

Müasir dünyada yeni növ məhsulların istehsalı artmışdır. Son 25 il ərzində inkişaf etmiş sənaye ölkələrində əvvələr istehsal olunmayan yeni məhsul növləri buraxılmışdır ki, bu da ümumi məhsul çeşidinin 50%-ni keçmişdir. Bu istiqamətdə kimya və energetika sənayesi xüsusi əhəmiyyətə malikdir. Dünya təsərrüfat sistemində energetikanın geniş tətbiqi insanın ətraf mühitə təsirini qücləndirir. Energetika sənayesinin hədsiz inkişafı bərpa olunmayan ehtiyatlardan intensiv istifadəni gücləndirmiş, ətraf mühiutə külli miqdarda istiliyin, transformasiyaya uğramış maddələrin, aerozol hissəciklərinin, insan orqanizminə və ətraf mühitə təhlükəli təsir göstərən maddələrin daxil olması ilə nəticələnmişdir.

Müasir elmi-texniki məlumatların ümumiləşdirilməsi göstərir ki, ətraf mühitin çirklənməsinin əsas mənbəyi “klassik” energetika (45%) və kənd təsərrüfatıdır (40%), qalan çirklənmə isə sənaye və kommunal məişət tullantılarıdır (15%). Tullantı növlərinin əsas hissəsini isə tüstü mənşəli qazlar (50%) və fekal tullantılar təşkil edir. Bununla yanaşı müasir elmi-texniki tərəqqinin nailiyyətləri vasitəsilə bu zərərli təsirlərin aradan qaldırılması imkanları da genişlənir. Elmi-texniki tərəqqi nəticəsində əmək məhsuldarlığı artır, insanların tələbatının ödənilməsi və istehsalda istifadə olunan təbii xammala qənaət olunması imkanı yaranır. Məsələn. emal sənayesi məhsulunun 1% artımına ilkin xammalın 0,45% artımı müvafiq gəlir, daha doğrusu, elmi-texniki amil ilkin xammalın fiziki həcminin 10% qənaitinə imkan verir. Gələcəkdə tətbiq edilən yeni texnologiya üsülları bu qənaəti daha da artacaqdır (Novikov İ.V., 2003; Korobkin V.İ., 2004, Nikanorov A.M., Xorucaya T.A., 2003). Nəticədə bütün dünyada təbiətdən istifadənin bir sıra yeni problemləri ortaya çıxmış və ənənəvi köhnə problemlər kəskinləşmişdir. Gözlənildiyinə görə mineral ehtiyatlardan istifadənin dünya üzrə inkişafının müasir sürəti şəraitində onun fiziki həcminin ikiqat artması 30 ildən bir təkrarlanacaqdır. Yanacaqdan istifadənin ikiqat artması isə daha qısa müddəti əhatə etməlidir. İstehsalın və emalın belə sürətli artması ilə əlaqədar olan tullantıların da həcminin sürətlə artması ətraf mühitin çirklənməsinə və ekoloji disbalansa gətirib çıxara bilər.

Ətraf mühitin hədsiz dərəcədə çirklənməsinin səbəbi müasir istehsalın sürətidir. Əvvələr maddi istehsalın və şəxsi istehlak tullantılarının əsas hissəsini üzvi maddələr təşkil edirdi ki, bunlar ya mühitdə assimiliyasiyaya uğrayır, ya da həddən artıq toplandıqda və onların saxlanması qay dalarına düzgün riayət edilmədikdə müxtəlif infeksion xəstəliklərin çoxalmasına və yayılmasına səbəb olurdu. Hazırda bu tullantılara təbiətdə normal quruluşlu olmayan mürəkkəb üzvi birləşmələr (plastik kütlələr), sənaye, məişət tullantıları və kənd təsərrüfatında istifadə olunan kimyəvi maddələr (pestisidlər, herbisidlər və s.) əlavə olunmuşdur. Mühitdə toplanan, təbii dövranda getdikcə daha çox iştirak edən, ətraf mühiti çirkləndirən bu və ya digər çirkləndirmə mənbələri müəyyən şəraitdə kütləvi zəhərlənmə və qandamar sistemi xəstəlikləri törədir, insanın sağlamlığı üçün təhlükə yaradır. Bundan əlavə, həmin çirkləndiricilərin bir çoxu kimyəvi cəhətdən aqressiv olub, həm maddi istehsal vasitələrinə, torpağa, inşaat qurğularına, tikintilərinə, maşın və avadanlığa, həm də təbii landşaftlara böyük zərər vurur. Texnogen istilik kimi istehsalın bəzi tulantıları daha geniş miqyasda təsir edərək bəzən təbii şəraiti, əsasən hava-iqlim şəraitini dəyişdirə bilər.

Son illər havada oksigen miqdarı xeyli azalmış, CO2 isə xeyli artmışdır. Metalların əridilməsində, reaktiv təyyarə və digər nəqliyyatlarda xeyli O2 istifadə edilir. Məsələn, bir reaktiv təyyarə 7 saat ərzində 35t O2 və ya poladın əriməsində 10 min adamın istifadə etdiyi qədər O2 sərf olunur. (Akimova G.A., Xaskin V.V., 2002).

Bioliji mübadilənin əsasını su, kimyəvi elementlər, enerji təşkil edir. İnsan öz fəaliyyəti ilə bu mübadiləyə təsir göstərir, onu gücləndirir və ya ləngidir.Təbiətdə maddələr dövranı canlı orqanizmlərlə əlaqədardır. İnsanlar hələ çox qədimdən cəmiyyətlə mühitin qarşılıqlı əlaqəsindəki qanunauyğunluqları dərk etməyə çalışmışlar.

Qədim yunan alimi Strabon cəmiyyətin həyatdakı rolunu coğrafi terminizmlə (latınca-müəyyən etmək deməkdir) izah etməyə çalışırdı. XVIII əsrdə məhşur fransız sosioloqu Ş.Monteskye (1689-1755) bu fikri inkişaf etdirərək belə bir nəzəriyyə irəli sürülmüşdür., hər bir xalqın mənəvi siması ölkənin iqlimi, tirpağın münbitliyi və ərazinin böyüklüyü ilə sıx əlaqədardır.

Bəşəriyyətin inkişaf tarixi göstərir ki, coğrafi determinizm cəmiyyətlə təbiətin qarşılıqlı münasibətini birtərəfli izah edir. Təbii şəraitin insan orqanizminə spesifik təsiri cəmiyyətin inkişaf qanuna uyğunluqlarının mahiyyətini müəyyən edə bilməz. Təbii aləm istehsalın və ictimai həyatın inkişafı ilə sıx əlaqədardır. Cəmiyyətin inkişafı eyni zamanda onun təbiətə təsirinin güclənməsidir.

Cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsinin ilkin mərhələsində insanlar təbiətin hazır məhsullarından istifadə edirlər, heyvanları ovlayır, meyvə, toxum və s. toplayırdılar. İnsanlar təbiətin təbii sığınacaqlarında (mağaralarda) və s. Bu dövrün ən mühüm nailiyyətlərindən biri olan oddan istifadə, faydalı bitki və heyvan növlərinin seçilməsi, ibtidai əkinçiliyin və heyvandarlığın əsasının qoyulması insan cəmiyyətinin sonrakı mərhələsində keçid üçün zəmin yaratmışdır.

İkinci mərhələdə ( sənayeyə qədər) əkinçilik intensiv sürətdə yəni becərilən torpaq sahələrinin genişləndirilməsi hesabına etdirilirdi, sənətkarlıq meydana çıxırdı, ilk şəhərlər və yaşayış məntəqələri yaranır, qoşqu heyvanlarından istifadə olunurdu. Bu mərhələ əslində bəşəriyyət tarixinin qədim, orta əsirlər dövrünü əhatə edir. Həmin mərhələnin ən əsas nailiyyətlərindən biri o dövrdə insan və heyvanların əzələ enerjisindən küləyin və suyun gücündən istifadə edilməsi idi. Beləliklə insanlar təbii ehtiyyatlardan lazımınca istifadə etməyə başlayırdılar.

Təbiətlə cəmiyyətin qarşılıqlı təsirini və əlaqəsini daha da gücləndirən amillərdən biri buxar və elektrik enerjisindən geniş istifadə olunması idi. Elmi-texniki tərəqqinin sonrakı inkişafı cəmiyyətin təbii ehtiyatlara tələbatını daha da artırmış, insanın təbiətə təsirini gücləndirmişdir. Hazırda bu təsirin gücü planetimizin ( külək, su, istilik balansı və s.) gücü ilə müqaisə olunacaq dərəcəyə çatmışdır. Akademik V.İ. Vernadskinin sözləri ilə desək, “Bəşəriyyət ümumiyyətlə götürüldükdə, güclü ekoloji qüvvəyə çevrilmişdir”.

Bəşəriyyətin inkişafının üçünçü sənaye mərhələsi çox mühüm ictimai və iqtisadi proseslə səciyyələnir. Bu mərhələdə insanın təbiətə təsiri daha güclü olub, təbii sərvətlər asan və tez istifadə olunub, təbii ehtiyatlar tükənməyə başlayib, Buna görə də bəzi regionlarda və ya ərazilərdə müəyyən xammal çatışmazlığı aşkara çıxır. Nəhayət həyatımıza “atom” zəncirvari reaksiyası daxil oldu, okeanlara və kosmosa nüfuz edildi. 1939-cu il fevralın 24-də Kolumbiya Universitetindəki iclasda E.Fermi qeyd etdi ki, – “Zəncirvari reaksiya”-(sistemli nüvə reaksiyası) insanların gələcək taleyini həll etdi”. Həyatımıza atom daxil oldu, dünyanı fəlakət bürüdü, 1945-ci ildə Yaponiyada Xirosima və Naqasakidə partlayan atom bombalarının törətdiyi faciələr, daha sonra Yer kürəsinin müxtəlif reqionlarında baş verən atom elektrik gəzaları, atom nüvə silahlarının havada, torpaqda, suda sınaqdan keçirilməsi, istehsalat və texnogen qəzalar, uzaq mənzilli silahlar, kosmosun silahlandırılması və s. mühitimizi təhlükə altına aldı. 70-80-ci illərdə dünyanın hər yerindən həyəcan siqnalı, dəhşətli fəryad səsləri gəldi: “atom nüvə silahlarının sınaqdan çıxarılması dayandırılsın, silahlar azaldılsın”, AES- ların tikilməsi təxirə salınsın və s. Yaşadığımız mühit (su, hava, torpaq) nüvə silahlarının tullantıları ilə o qədər çirklənib ki, bunların təmizlənməsi üçün əlli, yüz il belə kifayət etməz. Bu maddələr artıq qidalanma zəncirinə qoşulub bütün canlıların orqanizminə hopmuçdur. Həmin maddələr canlı aləmin inkişafına öldürücü təsir göstərdiyi üçün onlarla mübarizə bəşəriyyətin əsas problemi olmuşdur. Keçmiş SSRİ-nin çox sürətlə inkişaf etməsi digər dövlətləri lərzəyə gətirdiyindən dövlətlər arasında soyuq silahlarla silahlanma və termonüvə reaksiyalarından geniş istifadə edilməsi üzrə 50 il müddətində sanki yarış getməyə başladı. Bu isə bəşəriyyətə çox ağır başa gəldi. Yalnız SSRİ dağıldıkdan sonra həmin yarışa son qoyuldu.

XX əsrin ikinci yarısında Atlantik və Sakit okeanlarda, Karib dənizində və onların sahillərində çox güclü sunamilər, fırtınalar, qasırğalar, tufanlar baş vermiş, milyonlarla insanların ölümünə və böyük iqtisadi zərərə səbəb olmuş, təbiət sanki həmin ərazilərdə (ABŞ-in bəzi ştatları, Yaponiya, Meksika, Avstraliya və s.) insanlardan qisas almışdır, Okean və dənizlərdə suyun hərarəti 270S-dən çox olduqda atmosferdə su buxarlarının miqdarı artır, hava cərəyanı güclənir, qasırğa, fırtına və sunamilər baş verir.




Yer üstü və su biogeosenezlərin strukturu.


2.Təbiət-cəmiyyət münasibətlərinin sosial-ekoloji aspektləri
Son illərdə ictimai və təbiət elmlərinin qovuşuğunda yeni elmi istiqamətlər meydana gəlmişdir ki, bunlardan da biri sosial təbii tarix adlanır. Bu elmi istiqamət insan-təbiət münasibətlərinin nəzəri əsaslarının sosial fəlsəfi aspektdə öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Öz elmi-tarixi köklərinə görə cəmiyyətin sosio təbii tarıxi L.N.Qumilyovun etnoqonez təliminə əsaslanır. Bu təlimə görə L.N.Qumilyov etnoqonezi “ Yer biosferasında dərin proses, etnosu isə sosiotəbii tarixi öyrənən əsas kateqoriya” hesab edirdi. Onun təliminə hər bir etnos müxtəlif landşaft ekosistemlərində insanın adaptasiyasının original formasıdır. Bu baxımdan landşaft ekosistemləri, nəinki insana təsir edən, həm də onu qidalandıran mühitdir.

Müasir dövrdə mövcud olan insan-təbiət münasibətlərinin formalaşması prosesində meydana gələn “cəmiyyət-texnika-istehsalat-təbiət” münasibətlər sistemi mühüm rol oynamışdır. Bəşər cəmiyyətinin indiki mərhələsində “insan-təbiət” münasibətlərinin öyrənilməsinin aktuallığı müəyyən dərəcədə elmi-texniki, sosial-iqtisadi inkişafın sürətilə və yer kürrəsində demoqrafik partlayış təhlükəsinin artması ilə əlaqədardır. Digər tərəfdən tarixi prosesin indiki mərhələsində artıq insan təbiətin güclü amilinə çevrilmişdir. Mütəxəssislərin fikrincə, insanın təbiətə təsir dərəcəsi sosial-iqtisadi inkişaf çərçivəsində həndəsi silsilə ilə artır. Buradan belə bir nəticə çıxır ki, sosial-iqtisadi inkişafla ətraf mühitin çirklənməsi arasındakı əlaqə birbaşa deyil, sosial amillər vasitəsi ilə ifadə olunur.

İnsan-təbiət münasibətlərinin sosial-ekoloji mahiyyətini araşdırarkən ”ətraf mühit” və “ətraf təbii mühit” anlayışlarına xüsusi diqqət yetirmək lazımdır. “ Ətraf təbii mühit “ anlayışı təbii komponentlərdən ibarət olub, maddi cismləri (su, hava, bitki və heyvanat aləmi. Torpaq, mikro-orqanizmlər, minerallar, kosmos və s.) və təbii hadisələri ( işıq. Istilik, radioaktivlik, qravitasiya, elektrik, səs və s.) və təbii prosesləri (qeolojii, kosmik, iqlim, bioloji və s.) özündə birləşdirir. “Ətraf mühit” anlayışı isə insanları əhatə edən bütün təbii mühüti. eyni zamanda, tarixi inkişaf prosesində insanlar tərəfindən yaradılmış maddi sərvətlər və sosial-iqtisadi komponentləri əhatə edir. Ətraf mühiti əhatə edən amillər, o cümlədən, insan tərəfindən yaradılmış maddii mühit öz xarakteri, mahiyyəti və funksiyasına görə şərti olaraq bir neçə yerə bölünür:


  • istehsal üçün əsas vasitə olan maşın və alətlər;

  • sintetik materiallar və məhsullar ( polimer materiallar, plastmas, boyalar, kimyəvi maddələr və s.);

  • mənzillər, ictimai binalar və istehsalat obyektləri;

  • kommunikasiya (nəqliyat, rabitə və s.) vasitələri və obyektləri;

  • istehsalat, nəqliyyat və məişət səsləri;

  • sənaye və məişət tullantıları.

İnsan-təbiət münasibətlərinə tarixi və sosial-ekoloji yanaşmasını fəlsəfi cəhətdən ümumiləşdirmək üçün bir çox alimər ekoloji tarazlığın pozulmasına gətirib çıxaran insan-təbiət münasibətlərini gərginləşdirən üç tarixi mərhələni qeyd edirlər:

1. Ovçuluq məthələsi. Bu mərhələdə qədim insanlar ovçuluq və meşələrdə giləmeyvə yığmaq yolu ilə qiadlanaraq öz həyatlarının bioloji cəhətdən təlim etmişlər.

2. Əkinçiliyin yarandığı və inkişafı mərhələsi. Bu mərhələ yeni torpaqların əldə edilməsi. Becərilməsi, son nəticədə əhalinin sürətli artımı ilə müşayət olunmuşdur.

3. Sənaye inqilabı mərhələsi. XIX əsrin ortalarından başlayan bu mərhələ əvvəlki mərhələlərlə müqayisədə ətraf mühitin ciddi şəkildə dəyişilməsinə və sosial gərginliklə nəticələnən əlveruşsiz ekoloji şəraitin yaranmasına gətirib çıxarmışdır (Məmmədov N.M., Suravegina İ.T., 2000). Əlbəttə insan-təbiət münasibətlərinin təkamülünü əks etdirən bu fikirlərlə müəyyən qədər razılaşmaq olar. Lakin, XX əsrin IV rübündən başlayaraq sənayenin güclü inkişafı, nüvə sınaqlarının çoxalması, təbiətdə baş verən iqlim dəyişkənliyinin artması, əhalinin sürətli artımı qlobal miqyasdə ətraf mühitə antropogen təsiri artırmışdır. Sosial-ekoloji baxımdan XX əsrin sonlarından başlayan bu mərhələni insan-təbiət münasibətlərində 4-cü və ən böhranlı mərəhələ adlandırmaq olar.

Tarixi inkişafın bütün mərhələlərində insanın təbiətə təsirinin intensivliyini mütəxəssislər aşağıdakı formada xarakterizə edirlər:


  • Təbiətdən enerji və digər zəruri maddələrin ( faydalı qazıntılar və s.) əldə edilməsi.

  • Əvvələr təbiətdə mövcud olmayan, yaxud az miqdarda olan maddələrin təbiətə daxil edilməsi ( məsələn, tullantıların basdırılması üçün Yerin təkindən istifadə edilməsi.).

  • Təbii obyektlərin dəyişdirilməsi( torpağın meliorasiyası, süni su hövzələrinin yaradılması və s.).

  • İstifadə edilən təbii obyektlərin və bütövlükdə ətraf mühitin mühafizəsi.

Göründüyü kimi insan və təbiət arasındakı qarşılıqlı münasibətlərlə tarixən insanın təsərrüfat fəaliyyəti əsas rol oynamışdır. Belə ki, insanın təbiətə dağıdıcı təsiri, o cümlədən meşələrin qırılması, bəzi bitki və heyvan növlərinin kökünün kəsilməsi, torpağın eroziyasının sürətlənməsi, təbii mühitin zəhərli kimyəvi maddələrlə çirklənməsi məhz insanların təsərrüfat fəaliyyətinin genişlənməsi ilə əlaqədar olmuşdur. Bu prosesdə ancaq tundranın üzaq sahələrində, tayqada, tropik meşələrdə, Arktika səhralarında və s. ərazilərdə insan fəaliyytindən kənarda toxunulmaz ekosistemlər, təbii landşaftlar qalmışdır. İnsan fəaliyyətindən kənarda qalan bu cür ekosistemlər (milli parklar, qoruqlar, xüsusi mühafizə olunan və s. ərazilər də daxil olmaqla) hazırda Yer kürəsinin quru hissəsinin 10%-ni təşkil edir. Qeyd edək ki, belə ərazilərin də həcmi getdikcə azalmaqda davam edir. Təbiətə dəyişdirici təsir göstərən insan fəaliyyəti hazırda elə bir miqyas almışdır ki, bu fəaliyyət mövcud təbii tarazlığın pozulması üçün təhlükəli ekoloji vəziyyət yaratmaqla. Eyni zamanda cəmiyyətin məhsuldar qüvvələrinin inkişafına da ciddi maneələr törətməkdədir. Burada təbiətə amansız münasibət və təbiətdən səmərəsiz istifadə nəticəsində bəzi təbii ehtiyatların azalması və tükənməsi nəzərdə tutulur.

Son illərdə ozon təbəqəsinin dağılması, turşulu yağışlar,parnik effekti, radioaktiv çirklənmə, meşəsizləşmə və səhralaşmanın genişlənməsi, torpağın deqradasiyası və s. ekoloji böhranın qlobal xarakter daşıdığını göstərən faktlarıdır. Bütün bunlar isə Planetar proseslərin normal gedişinə və Yer üzərində həyatın mövcudluğuna təhlükə yaradır. Deməli, insanlar hər şeydən əvvəl təsərrüfat fəaliyyətlərinin mənfi nəticələrini nəzərə almalı, onu aradan qaldırmalı, təbiətə qarşılıqlı münasibətlərində harmoniyaya nail olmalıdırlar.

Ətraf mühitə daxil olan soial-iqtisadi komponenrtlər hər hansı bir tarixi inkişaf prosesində istehsal vasitələri və istehsal münasibətlərinin inkişaf səviyyəsi olub, sosial, siyasi, iqtisadi. Mədəni və s. amillərlə müəyyən olunur.

XX əsrin ortalarında beynəlxalq təşkilatların təşəbbüsü ilə cəmiyyətin inkişaf göstəricisi kimi adambaşına düşən Ümumi Daxili Məhsulun (ÜDM) həcmi əsas götürülürdü. Lakin, XX əsrin sonu – XXI əsrin əvvələrində isə mütəxəssislər belə qərara gəldilər ki, adambaşına düşən ÜMC-in həcmi artıq tərəqqinin ümumi səviyyəsini müəyyən etmək üçün kifayət etmir. Bunu nəzərə alan BMT və Dünya Bankının mütəxəssisləri cəmiyyətin inkişaf səviyyəsini müəyyən etmək üçün bütün ölkələrdə əsas göstərici kimi İnsan İnkişafı İndeksi (İİİ) təklif etmişlər. İnsan İnkişafı İndeksi – orta ömür müddəti. əhalinin savadlılıq dərəcəsi və zəruri normal yaşayışı təmin etmək üçün təbii ehtiyatlardan istifadə səviyyəsini əhatə edir. Təcrübə göstərir ki, bu indekslər ayrı-ayrı ölkələrin sosial iqtisadi və ekoloji inkişaf səviyyəsini daha düzgün və obyektiv əks etdirir. 1992-ci ildə BMT-nin təçəbbüsü ilə ətraf mühit və inkişafa həsr edilmiş Rio-de-Janeyro konfransında qəbul edilmiş “ Davamlı İnkişaf” konsepsiyası da yuxarıda deyilənləri sübut etmişdir.

Beləliklə, insan-təbiət münasibətlərində ətraf mühütin komponentlərindən olan sosial-iqtisadi inkişafın səviyyəsi təbii ehtiyatyların vəziyyəti ilə əlaqəli şəkildə tədqiq edilib öyrənilməlidir. Bu problemin sosial-fəlsəfi aspektdə araşdırılması, məhz indiki mərhələdə insan təbiət münasibətlərinə yeni yanaşma tələb edir ki, mövcud tədqiqatlar qarşısında duran məsələlərdən biri də budur.

Davamlı insan inkişafı konsepsiyasının mahiyyətinin nədən olmasını yada salaq. Məsələ bundadır ki, insan aləminin demoqrafik, ərzaq, energetik, ekoloji, humanitar, sosial-iqtisadi və siyasi komponentlərdən ibarət çoxaspektrli böhrana daxil olması insanın özünün planetdə var olmasını təhlükə altına almışdır. Tarixi olaraq bu fenomen yenidir. Bununla əlaqadər olaraq hamı tərəfindən insanın davamlı inkişaf modeli qəbul edilməlidir ki, bu modelin mərkəzində insanlar, onların sağlam məhsuldar həyatının haqları dayanmalıdır. Bu zaman insan qayğı və qorunması lazım gələn təbiətlə ahəngdar və qarşılıqlı təsir tarazlığı şəraitində yaşamalıdır. Davamlı insan inkişafı aşağıdakı şərtlər daxilində mümkündür:

- hazırki texnologiyalar daha təmiz və az enerji-resurs tutumlu olanlarla əvəz ediləcək;

- tədricən bərpaolunmayan enerji mənbələri bərpaolunlarla əvəz ediləcək;

- insanların artım tempi azalacaq;

- əmək məhsuldarlığı artacaq (həyat keyfiyyətinin artmasına səbəb olacaq);

- dövlətlərüstü tənzimləmə və idarəetmə (BMT və onun təşkilatları vasitəsi ilə) artacaq.

1992-ci ildə BMT-nin Rio de-Janeyro’da keçirtdiyi Beynalxalq konfransının böhran və fəlakət qarşısında davamlı insan inkişafı barədə irəli sürdüyü imperativ (hakim ideya) indi artıq bütün ölkələrin savadlı insanlarına aydındır. Daha az məlum olan öz özünə təşkil olunan sistemlərin inkişafının dövrülülüyü, üzvi sistemin (orqanizmin) fatal ölüm qanunu və canlı sistemlərin orqanik aktivliyi anlayışlarıdır.(Təbiət öz istədiyini edir sənin istədiyini deyil). Mexaniki sistem direktor olmadıqda iş zəifləyir. Üzvi sistem direktorun olmaması işə mənfi təsir göstərmir. Birincidə direktor hərəkətverici qüvvədir. İnkicidə direktor strategiyanı hədəfləyir. Lazım gələndə aktivlik tələb olunur. Yaşanmış maniəni aradan götürmək üçün bu məcburi aktivlikdir. Məqsəd bilindikdə qabağı göstərmək olur. Insan obyekti öyrənib dəyişmək istəyir. Bu insanın özündən gəlir. Bu təşəbbüs kavlıqdır. Bu isə üzvi sistemə aiddir. Belə çıxır ki, bu sonuncular sırf sistemçilərin, bioloqların və həmçinin psixoloq və sosioloqların maraq dairəsinə aiddilər. Güman etmək olar ki, adı çəkilən nəzəri müddəalar davamlı insan inkişafı konsepsiyası ilə ziddiyət təşkil edir, bunlar arasında kontroverza (ixtilaf) mövcuddur. Ancaq bunlar akademik (düzxətlilik) xarakter daşımırlar. Odur ki, qeyd olunan ziddiyətlərin mahiyyətini açmaq onların həlli yollarını müəyyənləşdirmək tələb olunur. Burada ona əsaslanmaq lazım gəlir ki, sistemli qanun və prinsiplərin fundamentallığı (təməlçiliyi) pozularsa təbiətin fundamental qanunları inkar edilmiş olur. Hesab etmək olar ki, sistemli qanunların fundamentallıq ideyası biososial barədə mübahisə kəskinliyini aradan götürməlidir.

Davamlı insan inkişafının bütün məlum modelləri ona dayanır ki, cəmiyyət XX əsrin sonunda böhran və qlobal fəlakət qarşısında meduzaya bənzər şəkil almışdır. Davamlı inkişaf modeli seçilərkən cəmiyyət sistemli orqanik bir bütunə, bir bədənə daha doğrusu bir orqanizmə çevrilməlidir. Bu V.İ.Vernadski’nin noosfera konsepsiyasında öz əksini tapmışdır. Bununla belə davamlı inkişaf modeli “üç sualtı daşa” ilişmişdir.

Birinci, marksizm göstərmişdir ki, istehsal vasitələri və əmək alətlərinin texnologiya ilə birlikdə inkişafı insanların onlara və bir-birinə münasibətini dəyişəcəkdir. Bu isə formaca eyni tipli inkişaf dövürlərinin olmasını, ictimai-iqtisadi formasiyaların dəyişməsini şərtləndirir. Prinsipcə bütün onlar hamısı “informasiya” sivilyasiyasına gəlməlidirlər. Heç kim onların inkişafını dondurmaq iqtidarında deyildir. Bundan başqa Leontyev aydın etmişdir ki, bütün sivilyasiya etnomədəni bütövlüklər olmaqla orqanizmə bənzəyir, özünün inkişafının minillik dövründə aşağıdakı sxemlə geri qayıtmaz bir yol keçir: ilkin sadəlik-çiçəklənən mürəkkəblik, ikinci sadələşmə. Nəticədə siviliyasiya ölür və yaxud yeni şəraitə uyğunlaşıb yeni forma alır. Eyni fikrə O.Şpenqler və A.Toynbi də gəlmişlər (A.Toynbi belə sxem vermişdir: yaranma-boyarma-sınma-çürümə).Bunların sxemindən məntiqi olaraq belə bir nəticə çıxır: əbəs yerə vahid bütöv bəşəriyyət sivilizasiya yaratmağa dəyməz - belə ki,bu cür bütövlük çürüyüb məhv olacaq, özü də artıq böhran və fəlakətin astanasında inkişafda olmaqla.

İkinci, müasir biologiyada sübuta yetirilmişdir ki, hər bir orqanizm ölümlüdür.Bioloqlar deyirlər: ”Orqanizm vahid sistem olub, təşkil olunmaqla qaçınılmaz faciəvi sonluğu özündə birləşdirmişdir. Özözünü təzələmə, nəslə sonsuzluq təmin etməklə onu hissələrin izomorfizminə sürükləyir, qarşılıqlı əlaqə zəifləyir, öz təşkil səviyyəsini aşağı endirir”. Bu, ölüm hökmü kimi qəbul edilərsə onda həmin nəticə yenidən təcdiq olunur ki, ölümə məhkum olunmuş bütövlüyə bəşəriyyətin cəhd göstərməsi əbəsdir. Burada söhbət sosiologiyada geniş yayılmış fikirdən, yəni orqanizmin sosial sistemlə eyniləşdirilməsindən gedir. Biz belə bənzərliyi yalnız sistemli əlamətinə görə qəbul edirik.Qeyd edək ki, belə nəticə müstəsna olaraq strategiyaya aid edilir, sağ qalma taktikasına deyil. Odur ki, çox da uzaqgörən olmayan siyasətçilər onu tamamilə diqqətə almırlar. Tarix isə elmin qanunlarına etinasızlığın siyasətdə nə qədər təhlükəli olduğunu dəfələrlə sübuta yetirmişdir.

Akademik N.L.Dobretsov S.Lemandan sonra yaxınlarda xatırlatmışdır ki, siyasətçi və idarəedicilərin peşəkar səviyyəsi və elmin, istehsalatın nailiyyətləri arasında uçurum vardır. Bu uçurum təhlükə doğurur. Dinin və Qərbi Avropa və Amerikada hazırda təbliğ olunan “mötədillik etikası”nın inkişaf etmiş ölkələrdə əxlaqi vəziyyəti ciddi surətdə dəyişəcəyi çətin düşünülə biləndir.

Üçüncü, bir “sualtı daş” da vardır.Bu daha yaxın planda-taktiki olandır.Ola bilər ki, siyasətçilər və idarəçilər düzgün qiymət verməyi bacardılar.Burada söhbət əvvəlcə fiziologiyada sonra isə aktivlik nəzəriyyəsi psixologiyasında , davamlı inkişaf anlayışında ixtilafdan gedir. 60-cı illərdə məşhur psixoloq N.A.Bernşteyn əməyin psixologiyası və fiziologiyası üzərində işləyərkən A.A.Uxtomskinin davranış dominantı barədə mülahizəsi ilə rastlaşdıqdan sonra müəyyən etmişdir: ”Aktivlik canlı orqanizmlərin və sistemlərin daha ümumi taməhatəli xarakteristikası kimi meydana çıxır”.Orqanizmin sistemliyi ideyası (kibernetik nöqteyi nəzərincə görünüşdə” yəni canlı sistemlərin fəaliyyətində idarəetmə və tənzimləmə baçlıca mahiyyətdir fikri ilə müqayisədə Berşteynin mövqeyi daha yenidir və o Kennon konsepsiyası ilə ziddiyyət təşkil edir. Bununla belə Kennon’un metodoloji qurluşu, yəni hər təşkil olunmuş sistem-istehsal, iqtisadi və yaxud sosial xarakterli-analoji olaraq canlı orqanizmlə müqayisə oluna bilər şəklində Bernşteyn’də də öz əksini tapmışdır.Bu demək olar ki, bütün müasir sosbiologiyaya aiddir.

Prinsipcə buna Aristotel’də də rast gəlmək olar: orqanizm sistem olaraq bütövdür, dayanıqlıdır, aktivdir, məqsədlidir, ierarxik şəkildə qurulmuşdur.

Qeyd olunanları nəzərə alaraq məsələyə sosiobiosistem kimi baxaraq vahid fundomental sistem qanunlarının və prinsiplərinin olması və onların eyni şəkildə bütün sistemləri idarə etməsi üzərində durur.

Dünya birliyi qarşısında 8 problem də mövcuddur ki, siyasətlər, hüquqşünaslar, maliyyəçilər, ekoloqlar bunların qarşısında o vaxta qədər aciz qalacaqlar ki, davamlı inkişafı layihələndirən “ELMİ ALƏTƏ” malik olmayacaqlar.

1. “Pul çatışmır”. Onda necə izah etmək olar ki, neçəmilliard illərdir təbiət məhsullar istehsal edir,insan da ondan faydalanır (su,hava,yeyinti məhsulları, enerji, materiallar). Bunlara bir qəpik də xərclənmir. Niyə təbiət pul çatışmazlığına şikayətlənmir. Anacaq bizim ağılsız hərəkətimizə kəskin şəkildə reaksiya göstərir. Biz onun bizimlə danışdığı dili başa düşürükmü? Biz öz hərəkətlərimizi onun dilində ifadə edə bilərikmi?

2. “Aydın deyil dünya maliyyə bazarı davamlı inkişafa mane olan və yaxud dəsdək olan gücə malikdirmi”?

Maliyyə bazarı davamlı inkişafı necə dəstəkləyə bilər ki, o, bu problemlər üzrə maliyyə qərarları nəticəsini hesablaya bilmir. Onun ətraf mühiti ölçəcək etibarlı cihazı yoxdur ki, o qərarlarını onunla uyğunlaşdıra bilsin. Sərmayəni risklərdən müdafiə edən mexanizm yoxdur.

3. “Siyasətin uzaqgörənsizliyi günahkardır”. Siyasət necə uzaqgörən ola bilər ki, ətraf dünyada pul ölçüləri barədə maliyyə məlumatı yanlışdır. Odur ki, pul göstəricisi ilə prinsipcə uzunvədəli nə maliyyə nədə siyasi qərarları qiymətləndirmək mümkün deyildir.

4. Insanların şüurunun hazır olmaması deyilir. Bu necə hazır ola bilər ki, biz yaşadığımız vahid sistem “təbiət-cəmiyyət-insan” adlandırıldığı halda bizim şüurumuzda parçalanmış şəkildədir. “Parçalar” “Babil qəsrində” olduğu kimi peşə dillərdir. Buna görə yalnız siyasətçilər, hüquqşünaslar, iqtisadçılar və maliyyəçilər deyil, həmçinin və texniki elm sahəsinin nümayəndələri çətin vəziyyətdə qalırlar. Peşə dilləri insanları birləşdirmir, ayırır. Problemin bütünlüklə anlaşılmasını çətinləşdirir. “Bütün hissələri vahid sistemdə necə birləşdirməli?” sualına heç bir məlum peşə dilində cavab tapmaq mümkün deyil. Onda belə sual çıxır ki, “Sistem bütünlükdə hansı dildə təqdim olunmalıdır”. Bunun qanunlarını bilirikmi?

5. Ətraf mühit və inkişaf beynəlxalq komissiyası tərəfindən bəyan edilmişdir: “cəmiyyətin davamlı inkişafa keçməsi üçün insan fəaliyyətini təbiət qanunları ilə uyğunlaşdıramağa qadirik”. Ancaq bunu necə uyğunlaşdırmaq barədə bir söz deyilmir. Hesab olunur ki, hər ölkə öz konsepsiya və proqramını işləyəcək. Üstündən 22 il keçir heç nə dəyişməmişdir.

6. Paradoksal vəziyyət yaranmışdır. Elmdə davamlılığın fundamental qanunlarım mövcuddur. Onda davamlı inkişaf nə deməkdir? Hər hansı inkişaf nəyinsə dəyişməsidir. Onda necə olur ki, o həmi dəyişir, həm də davamlı olaraq qalır-yəni dəyişmir?

Fundamental dəyişmə prinsipindən məlumdur ki, Dünya xaosa doğru hərəkət edir digəri Dünya noosferaya-İdraka doğru hərəkət edir. Dünya birliyi bəs hara hərəkət edir-xaosa yoxsa noosferaya?

Bunu aydınlaşdırmaq üçün təbətin hansı qanunundan istifadə etmək olar?

Görən elmdə elə fundamental qanun varmı? Dərsliklərdə bu barədə heç nə yoxdur.

7. Dünya açıq sistemdir. Enerji alış verişi var. Proqnozlar isə qapalı sistem üzərində əsaslandırılır. Odur ki, artım həddi alınır.

Ancaq Yer Məkan və Vaxtla məhdudlaşmışdır.

Odur ki, yerə düşən kosmik enerji artmadan yerdəki enerji enerji ehtiyatları məhduddur.

8. Hər insan, xalq və canlı öz başlanğıcının rəhnidir(tustağıdır).

Başlanğıc: 1. Sərbəst enerji toplanması;

2. Sərbəst enerjinin dağılması bütün həyat boyu bunların mübarizəsi gedir. Inkişafın başlanğıc mərhələsində dominantdır. Deqradasiya mərhələsində II dominantdır. Nə qədər götürmək və nə qədər vermək ki, davamlılığı saxlamaq?


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə