Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda Abdullayeva Səyyarə Nicat qızı



Yüklə 1,17 Mb.
səhifə1/8
tarix13.11.2017
ölçüsü1,17 Mb.
#10139
  1   2   3   4   5   6   7   8

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

MAGİSTRATURA MƏRKƏZİ

Əlyazması hüququnda
Abdullayeva Səyyarə Nicat qızı

«Əmtəə bazarında qiymət üzrə rəqabətin marketinq metodları»
Mövzusunda

M A G İ S T R D İ S S E R T A S İ Y A S I

İxtisasın şifri və adı 060408 «Marketinq»

Elmi rəhbər Magistr proqramının rəhbəri



dos.Ə.M.Babaşov dos.E.N.Quliyev

Kafedra müdiri i.e.d, dos.T.İ.İmanov


Bakı-2016
Mündəricat
Giriş……………………………………………………………………………….3

Fəsil 1. Müasir şəraitdə əmtəə bazarında qiymət üzrə rəqabətin idarəedilməsinin nəzəri əsasları
1.1. Milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması iqtisadi inkişafın mühüm şərti kimi …………………………………………………………………………….5

1.2.Makrosəviyyədə rəqabətqabiliyyətliliyini təmin edən amillər və onların səciyyəvi cəhətləri …………………………………………………………………17

1.3. Rəqabət şəraitində qiymətin əmələgəlməsinə marketinq yanaşma…….……...22
Fəsil 2. Əmtəə bazarında qiymət üzrə rəqabətin idarəedilməsinin marketinq problemləri

2.1.Respublikaınnı əmtəə bazarının mövcud vəziyyətinin iqtisadi qiymətlən-dirilməsi……………………………………………………………………….……41

2.2.Əmtəə bazarında rəqabət mühitinin formalaşmasına qiymətin təsir imkanlarının dəyərləndirilməsi…………………………………………………………………...59

2.3.Əmtəə bazarında qiymət üzrə rəqabətin təkmilləşdirilməsi perspektivləri…….72



Nəticə………………………………………………………………………….…..79

İstifadə edilən ədəbiyyatların siyahısı…………………………………………...83

Резюме.……………………………………………………………………………85

Summury…………………………………………………………………………86

Giriş


Mövzunun aktuallığı. Respublikamızda bazar münasibətlərinin formalaş-ması üçün ən vacib məsələlərdən biri də ölkədə mükəmməl və işlək bazar mexa-nizminin mövcud olmasıdır. Bu məqsədlə bazar mexanizminin əsas tərkib hissələri hesab edilən tələb, təklif, qiymət və rəqabət kimi amillərin lazımı səviyyədə inkişaf etməsi vacibdir.

Bazar mexanizminin bu tərkib elementləri arasında qiymət öz əhəmiyyə-tinə və təsir gücünə görə digərlərini üstələyir. Yəni, qiymətin səviyyəsində baş verən hər hansı dəyişiklik öz əksini tələb və təklifin həcmində tapır. Bu dəyişik-lik rəqiblərə və onların fəaliyyətinə, bütövlükdə bazardakı rəqabət mübarizəsinə də təsir edir.

Bazar mexanizminin tərkib hissəsi olan qiymət müasir biznesin fəlsəfəsi hesab olunan marketinqin də əsas tərkib hissələrindən biridir. Yəni, o, 4P (dörd pi) adlanan marketinq kompleksinin (məhsul, qiymət, mal yeridilişi, həvəslən-dirmə) ən mühüm kompanentlərindəndir.

Qiymətə bazar mexanizminin tərkib hissəsi olmaq nöqteyi-nəzərindən yanaşdıqda onun dəyər, balanslaşdırıcı və bölüşdürücü funksiyaları ön plana çıxır. Qeyd edilən bu aspekt nəzəriyyəçi alimlər tərəfindən kifayət qədər öyrənil-mişdir.

Qiymətə marketinq kompleksinin tərkib hissəsi olması nöqteyi-nəzərindən yanaşdıqda isə onun həvəsləndirmə funksiyası ön plana çıxır. Bu aspekt də nəzəri və praktik baxımdan hərtərəfli araşdırılsa da, bu araşdırmalarda qiymət üzrə rəqabətin marketinq metodları və onun marketinq kompleksinin digər elementləri ilə sıx qarşılıqlı asılılığı tədqiq edilməmişdir. Məhz bu baxımdan «Əmtəə bazarında qiymət üzrə rəqabətin marketinq metodları» mövzusunda tədqiqat işinin yerinə yetirilməsi böyük nəzəri və praktiki əhəmiyyət daşımaqla onun aktuallığını əsaslandırmağa imkan verir.

Beləliklə, problemin aktuallığı və respublikamızda bu problemin lazımı sə­viyyədə öyrənilməməsi, onun mühüm elmi və praktiki əhəmiyyəti tədqiqatın məqsəd və vəzifələrini müəyyənləşdirir.

Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın əsas məqsədi bazar təsərrüfat-çılığı şəraitində məhsullar bazarında qiymət üzrə rəqabətin marketinq metod-larını araşdırmaq və bu problemin müasir vəziyyətini öyrənməkdir. Mövcud məqsədə uyğun olaraq tədqiqat işində aşağıdakı vəzifələr qar­şıya qoyulmuşdür:


  • milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasına imkan verən amilləri aşkar etmək;

  • makrosəviyyədə rəqabət qabiliyyətinin təmin edən amlləri və onların səciyyəvi cəhətlərini müəyyənləşdirmək;

  • marketinq sistemində qiymətin əmələ gəlməsi problemini araşdırmaq;

  • konkrert sənaye müəssisədə qiymətin əmələ gəlməsinin marketinq təhlilini aparmaq;

  • əmtəə bazarında rəqabət mühitinin formalaşmasına qiymətin təsir imkanlarını qyimətləndirmək;

  • əmtəə bazarında qiymət üzrə rəqabətin təkmilləşdirilməsi meyllərini aşkar etmək.

Tədqiqatın predmeti obyekti. Tədqiqatın predmetini Azərbaycan Res­publikasının məhsullar bazarında qiymət üzrə rəqabətin idarə edilməsinin nəzəri, metodoloji və praktiki problemlərinin araşdırılması, obyektini isə müxtəlif çeşidli məişət və vitrin soyuducuları istehsal edən «Bakı Çinar Soyu-ducuları ASC»-nin təsərrüfat fəaliyyəti təşkil edir.

Tədqiqat işinin nəzəri və metodoloji əsası kimi məhsullar bazarında marketinq metodları əsasında qiymət üzrə rəqabətin aparılması sahəsində dünyanın inkişaf etmiş ölkələrinin və Azərbaycan Respublikası alimlərinin son illərdə apardıqları fundamental və tətbiqi xarakterli tədqiqatların əsas müddə-aları və nəticələri qəbul edlilmişdir.

Son dövrlərdə Azərbaycan Respublikasında qiymət üzrə rəqabətin mövcud vəziyyəti və inkişaf qanunauyğunluqlarını əks etdirən geniş statistik materialların təhlilinə xüsusi diqqət yönəldilmişdir.

Tədqiqatın informasiya bazası və işlənməsi metodları Tədqiqatın informa-siya bazasını Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin, Azər-baycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin məlumatları, «Bakı Çinar Soyuducuları ASC» - nin iqtisadi göstəriciləri, Azərbaycan, Türkiyə, Rusiya, ABŞ və Kanada alimlərinin elmi-tədqiqat əsərləri təşkil edir. Tədqiqat işində informasiya mənbəyi kimi curnallar, qəzetlər və internet səhifələrindən də istifadə edilmişdir.

Mövcud təqiqat işi sistemli və müqayisəli təhlil prinsipi üzərində qurulmuş, statistik və qrafik metodlardan istifadə olunmuşdur.

Tədqiqatın elmi yeniliyi. Aparılmış tədqiqat işləri nəticəsində aşağıdakı elmi yeniliklər əldə edilmişdir:

- əmtəə bazarında qiymət üzrə rəqabətin idarə edilməsinin nəzəri əsasları tədqiq edilmiş;

- müəssisənin marketinq sistemində qiymət siyasətinin həyata keçirilməsi mexanizmi işlənib hazırlanmışdır.

- konkret sənaye müəssisəsi («Bakı Çinar Soyuducuları» ASC-nin) timsa-lında qiymətin əmələ gəlməsinin marketinq təhlili aparılmış və təkliflər irəli sürülmüşdür:

İşin praktiki əhəmiyyəti. Yerinə yetirilən tədqiqat işinin böyük praktik əhəmiyyəti ondan ibarətdir ki, tədqiqat obyekti kimi seçilmiş sənaye müəssi-səsində qiymətin üzrə rəqabətin marketinq təhlilinin aparılması, eləcə də bu sahədə mövcud inkişaf qanunauyğunluqları digər sənaye müəssisələr üçün də model hesab oluna bilər.

Fəsil 1. Müasir şəraitdə əmtəə bazarında qiymət üzrə rəqabətin idarəedilməsinin nəzəri əsasları
1.1. Milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması iqtisadi inkişafın mühüm şərti kimi
Cəmiyyətin inkişafının obyektiv iqtisadi qanunlarının tələblərinin vaxtında nəzərə alınması sivil bazar iqtisadi sisteminin təşəkkül tapması və iqtisadiyyatın demokratikləşdirilməsi prosesini sürətləndirməklə ölkənin sosial-iqtisadi inki-şafının strateji xəttini müəyyənləşdirməyə imkan verir. Ölkəmizdə yeni cəmiyyət quruculuğunun iqtisadi qanunauyğunluqları bazar iqtisadiyyatının toxumaları ilə dialektik surətdə culuğlaşır. Bütünlükdə ümumbəşəri keyfiyyət xüsusiyyətlə-rinə malik bazar iqtisadiyyatı sistemi sosial-iqtisadi tərəqqi üçün ən əlverişli, ən mütərəqqi bir ictimai cəmiyyətin yaranmasına və inkişafına səbəb olur.

Azərbaycanda milli iqtisadiyyatın formalaşması problemlərinə (iqtisadi, siyasi, hüquqi, mənəvi, insti-tusional) mərkəzləşdirilmiş planlaşdırma və idarə-çilik sistemindən irəli gələr problem kimi dəyərləndirmədən yan keçməklə dayanıqlı inkişaf mexanizminin tərkib hissəsi kimi baxılmalıdır. Hər şeydən əvvəl problemin mürəkkəbliyini və çoxsubyektivliyini diqqət mərkəzində saxlamaqla dəyərləndirmək (çıxış nöqtəsi problemin aradan qaldırılmasında deyil), davamlı və təkrarlanan həlli mexanizmini yaratmaq aşağıda qeyd edilən bir sıra sosial-iqtisadi şərtlərin yerinə yetirilməsini tələb edir:

1. Ölkənin siyasi cəhətdən müstəqilliyi. Siyasi cəhətdən azad olmayan dövlət müstəqil milli iqtisadiyyatın qurulması üçün zəruri olan bütün kompo-nentləri hərəkətə gətirmək imkanlarından məhrum olduğundan sözün əsl məna-sında bütün digər bazarlar kimi istehsal vasitələri bazarını da sərbəst formalaş-dıra bilməz. Siyasi müstəqillik sivilizasiyalı, müstəqil milli iqtisadiyyatın forma-laşdırılmasının yeganə şərti olmasada əsas şərtidir.

2. Mülkiyyət plüralizmi. Bəşər tarixi boyu müxtəlif mahiyyət spesifikliyi ilə hər bir yeni cəmiyyət üçün bünövrə, özül olan, onların təbiətini ifadə edən spesi-fik mülikiyyət formalarıdır. Demokratikləşdirmə məzmunu ifadə edən,bazar iqti-sadiyyatının təbiətinə tam uyğun gələn yeni mahiyyətli fərdləşmiş rəngarəng mülkiyyət formalarının təşəkkülü- sabiq sosialist mülkiyyət formalarının islahat yolu ilə transformasiya edilərək yeni keyfiyyət halına düşməsi və bərqərar olması prosesi obyektiv qanunauyğunluğun nəticəsidir. İnkişaf etmiş qərb və şərq ölkələrinin tarixi təcrübəsi həyati gercəklikdə təsdiq etmişdir ki, çox-tipilləli mülkiyyət formaları iqtisadiyyatda müasir, normal, sivil əmtəə münasibətləri üçün geniş meydan açır. Yalnız belə əmtəə-pul münasibətləri sivil bazar iqtisa-diyyatı üçün xasdır, onun mahiyyətini təşkil edir.

Bazar münasibətlərinin inkişaf dərəcəsi hər şeydən əvvəl cəmiyyətdə ümumi mülkiyyətin qurluşunda xüsusi mülkiyyətin hökmran mövqeyinin təmin edilməsi ilə bağlıdır. Mülkiyyət münasibətlərinin inkişaf meyli bazar münasibətlərinin digər ünsürlərinin formalaşması və fəaliyyətinə həlledici təsir göstərir.

Xüsusi və ictimai mülkiyyət formalarının gerçək üstünlüklərinin müqayisə edilməsi iqtisadçı mütəfəkkirlər arasında həmişə mübahisə obyekti olmuş və C.Logg, Negel, A.Smit, Pruton, A.Marşall və digərləri əmlak, şey üzərində xüsusi mülkiyyət formasının insan azadlığının zəruri şərti və bunun reallaşdırıl-masının əsası,onun təbii, daimi və perspektivli olması kimi təsdiq etmişlər. Xüsusi mənafeni insanın iqtisadi fəallığının əsas stimulu hesab edən Negel göstərirdi ki, xüsusi mənafelər xalqların həyatını hərəkətə gətirir. A.Smit bir qədər irəli gedərək düzgün qeyd edirdi ki, «əgər insan bir mülkiyət obyektinə sahib deyilsə, onun heç bir mənafeyi ola bilməz» [165].

Bazar iqtisadiyyatının əsası kimi özəl mülkiyyətin rolu iqtisadi vahidlərin və o cümlədən də təsərrüfat subyektlərinin qərar və davranış müstəqilliyinə malik olmalarında təcəssümləşir. Bazar iqtisadiyyatının və daha doğrusu, səmərəli bazar iqtisadiyyatının əsasını sadəcə olaraq özəl mülkiyyətin yayğınlığı və ya yayğın özəl mülkiyyət təşkil edir. Sözün kobud mənasında istənilən bir ölkədə istehsal vasitələri üzərində bir mülkiyyətçinin formalaşdırdığı sistem iqtisadi mənada həmin ölkədə istehsal vasitələri üzərində dövlət mülkiyyətinə əsaslanan sistemdən səmərəsiz və təhlükəlidir [25]. İstehsal vasitələri üzərində mülkiyyət münasibətlərini «nisbi bərabərlik və sosial ədalət» prinsini üzrə «quran» sosializm cəmiyyətindən fərqli yanaşmada yalnız istehsal vasitələrini çevik hərəkətə gətirmək qabiliyyətinə malik sahibinə verməklə bütövlükdə iqtisadiyyatda işlək mexanizm yaratmaq mümkün olur. Bazar iqtisadiyyatı yolu ilə inkişaf edən ölkələrin praktiki təcrübəsi göstərdi ki, milli iqtisadiyyatın iqtisadi dirçəlişi, iqtisadiyyatın sağlamlaşması bilavasitə bu işlək mexanizmin formalaşması dərəcəsindən birbaşa asılıdır.

Bir daha qeyd etmək olar ki, bazar iqtisadiyyatının əsasını özəl mülkiyyət-çilərin kütləviliyi və ya bəlli kütləsi təşkil edir. Başqa sözlə, bir özəl mülkiyyətçi olduğu halda özəl mülkiyyətin toxunulmamazlığı hüququ və haqqı özünün praktik əhəmiyyətin itirdiyi kimi özəl mülkiyyətçilərin kütləviliyi halında özəl mülkiyyətin toxunulmamazlığı praktiki əhəmiyyətli problemə çevrilir.

3. Mülkiyyət hüququnun toxunulmamazlığı. Maddi obyektlərə aid edilən və heç kimə maddi nemət təqdim etməyən bu hüquq forması ancaq fəaliyyət göstərən mülkiyyət formalarını müdafiə edir və nizamlayır. O, hər bir fərdin mənimsəmə («mülkiyyət» kateqoriyasının məzmununda müəyyənedici amil) prosesindəki fəaliyyətini, onun nəyi əldə edə bilməsini müəyyənləşdirir. Məhsul istehsalçılarının istehsal vasitələri və öz əməyinin nəticələri üzə­rində sahiblik, istifadə və sərəncam vermək hüququ cəmiyyətdə maddi nemətlərin insanlar tərəfindən mənimsənilməsinin üç əsas forması olmaqla insanların həyatı üçün zəruri olan və mənimsənilən bütün maddi nemətləri təyin edir. Bunlardan heç birisi konkret tarixi dövrlərdə fəaliyyət göstərən əmlak münasibətləri sistemini əks etdirmir. Əmlak münasibətləri vacib mürəkkəb hadisə kimi təzahür edir. Sahiblik, istifadə və sərəncam vermək hüququ nəinki bir ictimai-iqtisadi siste-min digərindən fərqlənmə xüsusiyyətlərini, o cümlədən də ayrı-ayrı mənimsəmə (sahibliyin hərəkətverici qüvvəsi) obyektlərinin müxtəliflik xüsusiyyətlərini də özündə ehtiva edir. Sivil bazar iqtisadiyyatı şəraitində mənimsəmə çoxsaylı mövcud mülkiyyət formaları, tipləri, növlərinin yaranması ilə daha da mürək-kəb struktur xarakteri alır.

İqtisadi (istehsal) münasibətlər kimi mülkiyyət cəmiyyətin bazis məfhu-muna daxildirsə, onda bazis münasibətlərinə təsir edən, milli sərvətin artırılma-sına gətirib çıxaran mülkiyyət hüqüqü-hüqüqi münasibətlərdə üsquruma daxil olmaqla subyektiv nizam-intizamın təzahür formasıdır və yalnız mülkiyyətdəki əmlak mü- nasibətlərinin iradi tərəflərini tənzimləyir. Çünki praktik təcrübə dəfələrlə sübut etmişdir ki, ən yaxşı hüquqi qaydaya salınma elə iqtisadi mühitdə tənzimlənən münasibətlərdir.

Mülkiyyət hüququnun təsbit edilməsi iqtisadi mübadilənin şərtidir. Məhsu-lun mübadiləsi prosesini geniş tədqiq edən K.Marks göstərirdi ki, məhsulun sahibi olan şəxslər «gərək bir-birlərinin mülkiyyətçisi olduqlarını qəbul etsin-lər». Razılaşma formasında çıxış edən bu hüquqi münasibətlər (qanunla təsbit edilib edilməməsindən asılı olmayaraq) elə iqtisadi münasibətləri əks etdirən iradi münasibətlərdir. Onu da qeyd etmək lazımdır ki, mülkiyyətdəki iqtisadi münasibətlər əmlakdakı hüquqi münasibətlərin tərkib hissəsidir və mülkiyyət hüququnun, mülkiyyətdəki iqtisadi münasibətlərdən asılılığı iqtisadiyyatın müstəqil inkişaf etməsinə əks təsir edir.

F.Engelsə görə lap qədimdə natural təsərrüfatda xırda istehsalçılara öz məh-sullarını mənimsəmək lazım deyildi, çünki «o, ona əvvəlcədən məxsus idi» lakin istehsal olunmuş məhsul artıq öz formasını tapdıqda öz istehsalçısından «ayrıl-maq» qabiliyyəti əldə edir və hüquq vasitəsilə «mülkiyyətçi» yaranır. Başqa sözlə, istehsal prosesində deyil, bölgü və mübadilə münasibətlərində iştirak etməklə mülkiyyətçi (məsələn, ticarət vasitəçiləri) meydana çıxır.

«Əmtəəlik» xüsusi mülkiyyətin əsas özəlliyi ondadır ki, məhsul özlyündə istehsalda deyil, məhz bölgü və mübadilə prosesində iştirak etməklə əmtəəyə çevrilir. Belə bir şəraidə mülkiyyət istehsal prosesindəki ələqələrin nəticəsi və mənimsənilməsi kimi təzahür etmir, bölgü münasibətlərinin nəticəsi kimi çıxış edir. Burada, cəmiyyətin hər bir üzvü üçün əldə olunmuş məhsulun hər hansı bir hissəsi onun istehsalda birbaşa iştirakı ilə heç bir əlaqəsi yoxdur və onun müəy-yənliyi insanların bölgü prosesindəki iştirakı ilə təsbit olunur. Belə bir mürəkkəb vəziyyətin stabil saxlanılması hüquqsuz qeyri-mümkündür. Beləliklə, hüquq - məhsul istehsalı şəraitində mülkiyyətə münasibətdə «əmtəəlik mülkiyyət» forması ilə birlikdə ayrılmaz formul təşkil edir.

Təbii ki, istehsal vasitələrindən istifadə münasibətləri-həmişə bölgü münasi-bətlərinin xarakteri və onların «ikinci» dərəcəli» nəticəsi olan istehsal olunmuş maddi nemətlərin mənimsənilməsini müəyyən edir. Lakin iqtisadi cəhətdən deyil, hüquqi cəhətdən möhkəmlənmiş maddi nemətlərə sahibolma nəticəsində elə bölgü də daxilən mənimsəmə kimi təzahür edir.

Fərdi və ya kollektiv baxımdan əsas cəhət «ikinci» dərəcəli» olan mübadilə nəticəsində meydana çıxan mənimsəmədir, lakin həqiqətdə o son nəticə etibarı ilə «birinci dərəcəli» istehsal şəraitin mənimsənilməsi deməkdir.

4. Subyektlərin iqtisadi müstəqilliyi. Bazar təsərrüfatının effektiv fəaliyyəti üçün vacib şərt heç kimin təsirinə məruz qalmayan (gəlirlərin bir hissəsinin dövlət tərəfindən bu və ya digər vergi formasında alınmasına baxmayaraq) subyektlərin mövcudluğu və azad (müasir iqtisadi şəraitdə mütləq mənada sərbəst iqtisadi sub­yekt mövcud deyil) iqtisadi fəa­liyyətdir.

Rasionalist yanaşma baxımından bazar subyektlərinin inzibati amirlik şəraitində fəaliyyət konsepsiyaları başlanğıcda verilən tapşırıqlara əməl etməklə uzun bir dövr ərzində qarşılarında duran məqsəd və vəzifələrin yerinə yetiril-məsində stabillik nümayiş etdirməkdən ibarət idi. Bu isə müəssisə və təşkilatları qapalı sistemə (idarəetmənin aktual paradiqması hesab edilən strateji menec-ment müasir iqtisadi şəraitdə firma və şirkətlərə açıq sistem kimi baxılmasına daha çox üstünlük verir) çevirməklə onların inkişafını məhdudlaşdırırdı və direktiv qaydada idarə edilən təsərrüfat sisteminin özündə daxili böhranların yaranmasına gəti-rib çıxarırdı.

Xüsusi mülkiyyətin doğurduğu rəqabət-bazar mühiti belə bir real gerçəkliyi qarşıya qoyur ki, bazar daşıyıcılarının istehsal-təsərrüfat fəaliyyəti üçün daha çox müstəqilliyin olması zəruridir və onlar bu fəaliyyəti həyata keçirən zaman həssas, dəqiq və azad qərara gəlmək səlahiyyətinə malik olmalıdırlar. Bazar iqtisadiyyatı daha çox fayda götürməyə, mənfəətə nail olmağa səy göstərən subyektlərin bir növ «avtonomluğunu» təmin edir, onlarda məsuliyyətə və sahibkarlığa meyl etmək kimi demokratik dəyərlərin inişafını gücləndirir. İqtisadi azadlıq fərdiçiliyin bir qədər məhdudlaşdırılması mümkünlüyünü doğurmaqla məqsədə çatmağın daha yaxşı yolu kimi əməkdaşlığı və fəaliyyət birliyini diktə edir.

Xüsusi mülkiyyət və iqtisadi azadlıq bir-birini şərtləndirir və biri digərini tamamlayır. İstehsal vasitələrinə sərbəst sürətdə sahib olmaq, sərəncam vermək və istifadə etmək hüququ ilə səciyyələnən xüsusi mülkiyyət məhz öz daşıyıcısı olan subyektdə azad (müstəqil) və kənardan heç bir məcburiyyət olmadan könüllü surətdə fəaliyyət göstərməyə və özünün malik olduğu istehsal vasitələri üzərində səmərəli nəzarətə imkan verir. Bu faktın obyektiv və subyektiv tərəf­lərini araşdırmadan onu nəzərən almalıyıq ki, iqtisadi subyektlər nə qədər sərbəst for­mada fəaliyyət göstərərlərsə, onlar sivil və mükəmməl bazar müna-sibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün bir o qədər imkan qazanmış olurlar.

Təsərrüfat subyektlərinin maksimum müstəqil, azad fəaliyyətinin təmin edil -məsi milli iqtisadiyyatın, o cümlədən istehsal vasiətələri bazarının formalaş-ması üçün zəruri olan bütün kompanetləri, istehsal amillərini hərəkətə gətir-mək, bazara daxil olmaq və ya çıxmaq haqqında sərbəst idarəetmə qərarları qəbul etmək, təsərrüfat fəaliyyətinin nəticələrinə görə kollektiv, eləcə də bütöv-lükdə cəmiyyət qarşısında tam cavabdehlik məsuliyyəti daşımaqla yanaşı, eyni zamanda təsərrüfat fəaliyyəti zamanı yarana biləcək bütün növ iqtisadi-siyasi yönümlü maneələrin aradan qaldırılması üçün imkanlar yaradır.

Bazarda asılı tələblə əlaqədar baş verən dəyişikliklərə adaptasiya olunan istənilən bazar subyektinin, müstəqillik qazanmış təsərrüfat vahid­lə­­ri­nin fəaliy-yət mexanizmi ondan ibarət olmalıdır ki, onlar əsas diqqətlərini tədarükat (tərəfdaşların azad seçiminə əsas­la­nan müstəqil məhsulgöndərmə müqavilələri-nin bağlanması və s.), istehsal və satış problemləri ilə əlaqədar qəbul edilən mürəkkəb qərarların yerinə yetirilməsinə nəzarət işindən daha çox yeni bazar problemlərinin aşkar edilməsi və bu əsasda yeni qərarların hazırlanmasına yönəltməlidirlər.

5. Hüquqi bazanın yaradılması. Postindustrial cəmiyyətdə hər şey olduqca sürətlə baş verirreallıq şüurdan daha tez dəyişir. «Çətinlik yeni ideyalarda deyil, beynimizin hər bir hüceyrəsində birikmiş köhnə ideyalardan azad olmaqdadır» Keynesin fikir müstəvisi yasaq edilməyən hər şeyin mümkünlüyü və ya «qanun-ların olmamasındansa, qüsurlu qanunların olması daha yaxşıdır» tezisini doğur-mur. Ölkədə qanunvericilik normalarının formalaşması təsərrüfat subyektləri-nin ideal hərəkət modelinin axtarılıb tapılması və müqabil sayılan iqtisadi davranış-lar sisteminin müəyyənləşdirilməsindən keçir. Lakin onu da qeyd etməliyik ki, ideal hərəkət modeli düşüncəsi bazar iqtisadiyyatı ideologiyası və bu sistemin prinsipləri ilə həm nəzəri, həm də praktiki baxımdan bir araya sığmır. Bu problemin xüsusi bir cəhəti qanunvericilik mexanizminin formalaş-ması və reallaşdırılması təcrübəsində müşahidə edilir. MDB məkanı ölkələrinin əksəriyyətində olduğu kimi, respublikamızda da iqtisadi qanunvericilik mexa-nizminin formalaşması sahəsindəki problemlərin kökləri bir sıra hallarda siyasi, konseptual və sərişdəlilik xarakteri daşıyır. Odur ki, ölkədə sahibkarlıq fəaliy-yətinin beynəlxalq praktikada qəbul edilmiş normalların tələblərinə uyğun formada həyata keçirilməsinə istiqamətlənən qanunvericilik mexanizminin ideal inkişaf modelinə təminat yaratması üçün ilk növbədə formalaşan hüquqi baza ilə iqtisadi inkişaf göstəriciləri arasında, eləcə də qanunların formalaşması indikatorları ilə qanunların reallaşması indikatoları arasında sərt asılılıq gözlə-nilməlidir. Üğurlu iqtisadi siya-sətin yetərli göstəricisi hesab edilən qanunveri-cilik indikatorları dövlət tərəfindən qoyulmuş nəzarət sisteminin və istehlak-çıların hüquqlarını müdafiə edən müxtəlif ictimai təşkilatların (birliklərin) yaradılması və onların fəaliyyət prinsiplərini müəyyənləşdirməyə imkan vermək-lə iqtisadi xarakterli maneə və məhdudiyyətlərin aradan qaldırılması üçün «güc mərkəzinin» formalaşmasına istiqamətlənməlidir.

6.Dövlət idarəetmə orqanlarının (nazirlik, yerli orqanlar) təsərrüfat subyektlərinin fəaliyyətinə total müdaxiləsinin yolverilməzliyi.Ümummilli mənafelərin əsas təminatçısı kimi çıxış edən dövlət bütövlükdə cəmiyyətin, eləcə də ayrı-yarı vətəndaşların maraqlarını qorumalı (yaxud qoruyur), lokal səviy-yəli mənafe tarazlığının formalaşması yönümündə təsərrüfat subyektlərinin fəaliyyətinə total müdaxilə yox, iqtisadi prosesləri tənzimləməlidir. Milli iqtisa-diyyatın inkişaf etdirilməsi və dünya təsərrüfat sistemi ilə əlaqələrin genişlən-məsi baxımından istehsal və məhsul mübadiləsi sferasında mövcud iqtisadi münasibətlərin dövlət tərəfindən iqtisadi və hüquqi metodlarla tənzimlənməsi başlıca olaraq üç mühüm obyektiv zəruriyyətlə bağlıdır:1) mülkiyyət forma-sından və ta­beçilik əlamətindən asılı olmayaraq istehsal vasitələri bazarının subyektlərinin, o cümlədən istehsalçılar, məhsulgöndərənlər və vasitəçilərin əsas məqsədi bu bazarda logistik əməliyyatların yerinə yetirilməsi ilə bağlı bütün tələbləri tam və dolğun ödəmək, habelə, keyfiyyətli və ehtibarlı xidmət göstər-məkdən ibarət olduğundan onlar üçün əlverişli iqtisadi mühiti formalaşdırmaq; 2) sözügedən bazarın subyektləri arasında və eləcə də bu subyektlərlə özü arasında iqtisadi münasibətlərdə «oyun qaydalarını» müəyyənləşdirmək və ümümi maraqların qorunmasını təmin etmək; 3) iqtisadiyyatın institusional strukturundan tutmuş, onun sahəvi xüsusiyyətləri nəzərə alınmaqla ayrı-ayrı sektorlarda təsərrüfatın idarə edilməsi spesifikasını müəyyənləşdirmək.

7.Bazar infrastrukturu. Makroiqtisadi səviyyədə infrastruktur cəmiyyətin bütün üzvlərinin tələblərinin ödənilməsini və iqtisadiyyatın səmərəli inkişafını təmin edən ümumi iqtisadi və sosial şərtləri özündə birləşdirir. Ölkədə bazar iqti-sadiyyatı inkişaf etdikcə və real sivil bazar münasibətləri genişləndikcə müvafiq infrastrukturlara tələbatda qanunauyğun sürətdə artır. İctimai əmək bölgüsünün dərinləşməsinin nəticəsi olaraq təşəkkül tapan çox saylı bazar subyektləri arasında yeni iqtisadi münasibətlər qurmaq və qloballaşan dünyada inkişaf etmiş ölkələrlə xarici iqtisadi əlaqələri genişləndirmək üçün ölkəmizdə bazar infrastruktu-runun inkişaf etdirilməsi obyektiv reallığın təzahür forma-sıdır. İqtisadi məzmun və mahiyyətinə görə cəmiyyətin istehsal gücünün tərkib hissəsi olan infrastrukturun daim ümumi inkişafı və təlabata mütənasib kəmiyyət və keyfiyyət artımı obyektiv zərurət kəsb edir. İnfrastrukturun funk-sional fəaliyyətində mühüm cəhətlərdən biri onun daim cəmiyyətin inkişaf səviyyəsinə uyğunluq və mütərəqqillik meylidir.

8. Azad rəqabət prinsipi və rəqabət üstünlüklərinin təmin edilməsi. Bazar iqtisadiyatının həvəsləndirici motivi hesab edilən və işgüzar aktivliyi stimullaş-dıran rəqabət və rəqabət şəraitinin istehsalçı və vasitəçi strukturlar arasında mövcudluğu onun inkişafının əsas atributudur. Azad rəqabət bazar iqtisadiy-yatı sisteminin daxili immanent xassəsi kimi onun formalaşması prosesində fəaliyyətə başlayır və getdikcə geniş təsir dairəsinə malik olur.

A.Smitdən başlayaraq bazar iqtisadiyyatı sisteminə iqtisadiyyatın «təbii sistemi» kimi yanaşan bütün iqtisad nəzəriyyəsi məktəbləri özəl mülkiyyətin və rəqabətin zəruriliyini əsas prinsiplər səviyyəsinə qaldırmış və bu məktəblərin, xüsusi ilə standart neoklassik nəzəriyyələrin məntiqinə görə bazar iqtisadiyyatı-nın səmərəli işləməsi rəqabət və özəl mülkiyyətin vəhdətliyi halında mümkün olur və optimal bazar iqtisadiyyatı prinsipləri baxımından rəqabət və özəl mülkiyyət «Siam ekizləridir» [202].

Rəqabətin faydası və ya pozitiv nəticələri, adətən resursların səmərəli bölüş-dürülməsi və istifadəsi, innovasiya və o cümlədən texnoloji yeniləşdirmələr, istehlakçıların rifahının təmin edilməsi və bir sıra hallarda iqtisadiyyatın struk-turunun təkmilləşdirilməsi kimi müəyyənləşdirilir [203].

Dünya ölkələrinin tarixi inkişaf təcrübəsinin ümumiləşdirilmiş yekunu göstərir ki, əlahiddə götürülmüş təsərrüfat subyektinin məcmu fəaliyyətində əsas ağırlıq mərkəzi qısa müddətli maksimum mənfəətlikdən tədricən ətraf mühitə uyğunlaşma və nəticə ehtibarı ilə rəqabət üstünlüklərinin əldə edilməsi müstə-visinə keçir. Odur ki, bazar iqtisadiyyatı şəraitində firma və müəssisələr mütə-madi olaraq «məskunlaşdıqları» seqmenti nəinki mühafizə etmək məcburiy-yətində qalır, həm də onu genişləndirməyə cəhdlər göstərirlər. Bunun üçün o, təklifin tərkib müxtəlifliyini tələbin uyğun göstəricisi ilə tarazlaşdırmağa (hal-hazırda istehsal vasitələrinə tələb təklifi üstələyir) cəhd etməli, diversifikasiya prosesinə meylli olmalıdır, çünki, əks halda tutduğu seqmenti itirmək ehtimalı ilə üzləşə bilər. Buna görə də istehsalçı müəssisələr öz fəaliyyətlərini müvəffəq təşkil etmək üçün mütəmadi olaraq strateji istiqamətlərdə yeni yanaşma forma-ları axtarıb tapmalı, habelə mütərəqqi və optimal innovasiya ideyalarını tətbiq etməlidir.

Rəqabət qabiliyyətini yaradan səbəblərin izah edilməsinə müxtəlif baxışları təhlil edən və işçi qüvvəsi, təbii resurslar, milli firmalara münasibətdə dövlətin proteksionist siyasəti kimi müqayisəli üstünlükləri təmin edən amilləri və firma-ların idarə edilməsinə yanaşmalarda müxtəliflikləri nəzərdən keçirən M.Porter belə qənaətə gəlmişdir ki, bu sadalanan amillərdən hər hansı biri ayrılıqla firma-nın rəqabət mübarizəsində qalib gəlməsi və ya uğursuzluğa düçar olmasını izah etməyə qadir deyil. M. Porterin fikrincə firmaların rəqabət qabiliyyəti bir tərəf-dən həm firmanın malik olduğu, həm də onun gələcək sahibkarlıq fəaliyyəti üçün əldə etdiyi resurslardan tam və səmərəli, yəni məhsuldar istifadə olunma-sına əsaslanırsa, digər tərəfdən bazara çıxarılan məhsulların qiymətini birtərəfli qaydada və sərəbəst müəyyənləşdirmək imkanı olmayan sövdələşmə iştirak-çılarının sayının çox olması hesabına təmin edilir.

Rəqabət üstünlükləri firmanın ayrı-ayrı fəaliyyət növlərinin necə təşkil etməsi və yerinə yetirməsindən asılı olaraq bazar üçün nəzərdə tutulan məhsul-ları yaratmaq və xidmətləri göstərməklə reallaşır. Firmalar rəqabət üstünlük-lərinə yalnız o halda nail olurlar ki, onların istehsal (konkret vaxt müddətində tə­ləb olunan məhsullara istehlakçı sifarişlərinin kəmiyyət və keyfiyyət parametr-ləri üzrə ödənilməsi üçün əmtəəlik məhsul istehsalı həcminin və məhsul çeşidinin artı­rılması) - kommersiya fəaliyyəti rəqiblərlə müqayisədə səmərəli təşkil edilmiş olsun və ya bu fəaliyyətin həyata keçirilməsi üçün çəkilməsi nəzərdə tutulan bütün növ məsrəflərdə qənaət rejimi gözlənilsin. Bu zaman məhsulların isteh-sal məsrəfləri və son istehlak məntəqələrinə daşınması ilə əlaqədar olan xərclər konkretləşdirilməli, məhsulların potensial diferensiasiya mənbələri müəyyən-ləşdirilməlidir.

Beləliklə, rəqabət mübarizəsi nəticə ehtibarı ilə istehsal məsrəflərinin azal-dılmasına stimul yaradır, iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsini təmin edir, istehsalçıların və istehlakçıların diferensiasiyasına gətirib çıxarır.

9. İqtisadiyyatda süni inhisarçılığın (iri miqyaslı istehsalçıların ittifaqının­) yaranmasına yol verilməməsi. İnhisarçılıq, təsərrüfat subyektlərinin mövcud sistem daxilində istehsal vasitələrinə hansı münasibətdə olmasından asılı olmay-araq iqtisadi fəaliyyəti deformasiyaya uğradaraq təkrar istehsalın normal gedi-şini pozur. İnhisar probleminə münasibət bildirərək özünün «Vergilər və rüsum-lar haqqında» traktında U.Petti göstərirdi ki, bu müstəsna satış hüququna malik olan şəxs məhsulu öz istədiyi kimi sata, onu istədiyi kimi qiymətləndirə və yaxud bütün bunlar ona verilən hüququn sərhədləri çərçivəsində həyata keçirilə bilər.

R.Samuelson inhisarı sırf bazar fenomeni hesab etməklə yanaşı qeyd edirdi ki, firmanın xarakterinin qəti olaraq müəyyənləşdirilməsində yeganə amil «tələb əyrisinin üfiqiliyidir». Əgər firmanın məhsulları bazara daxil olanda qiymət aşağı düşür və analoji məhsula ümumi tələb dəyişmirsə, onda bu firma inhisarçı deyil. Samuelsona görə firmanın inhisarçı olub olmaması onun davranış tərzindən asılıdır.

İqtisadi proseslərin təbii məzmununa uyğun formada baş verən hadisələr məhdudlaşdırıcı nəzarətin yoxluğu şəraitində inhisarçı fəaliyyət üçün ideal situa-siya formalaşdırır. İnhisarizm öz mahiyyəti və forması baxımından dialektik səciyyə daşıyan,prosesin gedişi nöqteyi-nəzərindən real bazarın məzmunsa deyil, keyfiyyətcə dəyişməsinə gətirib çıxaran, daha çox üstqurum xarakteri daşıyan və daha çox makrohadisə kimi təzahür edən mikrosəviyyənin doğurduğu nəticədir [5, səh. 172].

İstər istehsal, istərsə də vasitəçilik sahələrində inhisarçılıq özü tənzimlənən bazar iqtisadi mexanizminin fəaliyyətini demək olar ki, dayandırır və mübadilə sferasında material axınlarının optimal idarəedilməsi imkanlarının aradan qaldı-rılması da daxil olmaqla iqtisadi sferada bütün neqativ halların əmələ gəlməsinə səbəb olur. Buna görə də bazar iqtisadiyyatı yolu ilə inkişaf edən ölkələrdə bazar münasibətlərinin dövlət tənzimlənməsi hər şeydən əvvəl rəqabət əsasında özü tənzimlənməni təmin edən şəraitin yaradılmasına yönəldilir. Başqa sözlə, bazar iqtisadiyyatı şəraitində dövlət bazar subyektlərinin inhisarçılıq meyllərinin ara-dan qaldırılmasına yönəldilmiş geniş tədbirlər kompleksinə malik olmalı və onu iqtisadi inkişafın mərhələləri üzrə həyata keçirməlidir.

10.Sərbəst qiymətqoyma imkanları. Azad bazar iqtisadiyyatının fəaliyyə-tində, bazar mexanizminin optimal işləməsində bir iqtisad alət kimi qiymət kateqoriyası mühüm əhəmiyyə kəsb edir. Qiymətin yaranması əsaslarının meto-dologiyasından və məhsulun qiymətinin onun dəyərindən kənarlaşması zəru-riliyindən asılı olmayaraq ictimai zəruri məsrəflərin məcmusunu özündə ifadə edən qiymət həmişə cəmiyyətin mühüm iqtisadi vasitəsi olub və olmaqdadır. Təkzib edilməz həqiqət ondan ibarədir ki, cəmiyyətin bütün iqtisad, sosial, eləcə də bazar problemləri məhz ümumi, vahid, bütöv bir qanunauyğun mexanizmə malik qiymət müstəvisində çarpazlaşır. Bu da bazar münasibətləri sisteminin tələbləri baxımından məhsul və xidmətlərə tələb və təklif (həcm və səviyyəsindən asılı olaraq) nisbətləri əsasında cəmiyyətin və iqtisadiyyatın maraqları naminə sərbəst qiymətqoyma imkanları yaradır. Qiymətlərin sərbəstləşdirilməsi ancaq və ancaq tənzimlənən bazara xas olan tədbirdir. Sərbəst qiymətlərisiz bazar mümkün olmadığı kimi,bazar və bazar strukturları da sərbəst qiymətsiz mövcud ola bilməz.


1.2.Makrosəviyyədə rəqabətqabiliyyətliliyini təmin edən amillər və onların səciyyəvi cəhətləri

Ümumən ölkə iqtisadiyyatı təsərrüfat subyektlərinin məcmusundan ibarət olsa da, bu birləşmə mexaniki deyil və ölkə iqtisadiyyatı da öz növbəsində bir sistem kimi təşkil olunduğu elementlərə (təsərrüfat subyektlərinə) fəal təsir göstərir. Təsərrüfat subyektlərini və ölkə iqtisadiyyatını dialektik kateqoriyalar olan elementsistem kimi nəzərdən keçirmək olar. “Element nisbətən sabit, keyfiyyətcə müəyyən reallıqdır ki, nisbətən sabit keyfiyyətcə müəyyən başqa reallıqlarla qarşılıqlı əlaqədədir və onlarla birlikdə bütöv sistem təşkil edir. Sistem öz komponentlərinə fəal təsir göstərir, öz təbiətinə uyğun olaraq onları dəyişdirir. Nəticədə başlanğıc komponentlər böyük dəyişikliklərə məruz qalır, sistemə daxil olana qədər malik olduğu bəzi xüsusiyyətlərini itirir, yeni xassələr qazanır, qalan xassələr də dəyişməyə başlayır” (23, s.49-51). Deməli, elementlə-rin (təsərrüfat subyektlərinin) yaratdığı sistemin (ölkə iqtisadiyyatının) keyfiy-yət parametrləri ümumən elementlərin keyfiyyət parametrlərinin təsiri altında formalaşır, lakin bu formalaşma sadəcə olaraq kəmiyyət birləşməsi deyildir. Birləşmə nəticəsində yeni xassələr əldə edən sistem (ölkə iqtisadiyyatı) öz növbə-sində təşkil olunduğu elementləri (təsərrüfat subyektlərini) dəyişdirir.

Bunu aşağıdakı kimi daha aydın ifadə etmək olar: ölkə iqtisadiyyatı ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin məcmusundan ibarətdir və deməli, bu təsərrüfat subyektlərinin ümumən güclü və ya zəif olması son nəha-yətdə ölkə iqtisadiyyatının güclü və ya zəif olmasını təyin edir. Ölkənin rəqabət-qabiliyyətliliyinin məntiqi nəticəsi olan iqtisadi artım əhalinin real gəlirlərini artırmaqla təsərrüfat subyektlərinin inkişafı üçün əlverişli mühit formalaşdırır. Nəticədə təsərrüfat subyektlərinin istehsal etdikləri məhsulların məhz tədiyyə qabiliyyətli tələbin çatışmamazlığından realizə edilməməsi ehtimalı aşağı düşür. İqtisadi inkişafın yaratdığı gələcəyə optimist baxış isə alışları daha da stimul-laşdırır, alıcılar böhran kabusunun gətirəcəyi problemləri unudaraq daha cəsarətlə alışlar həyata keçirirlər. Büdcə gəlirlərinin artmasından yararlanan dövlət isə həm investisiya xərcləmələrini, həm dövlət alışlarını, həm sosial xərcləmələri, həm də dövlət sektorunda işləyən işçilərin əmək haqlarını yüksəlt-məklə təsərrüfat vahidlərinin inkişafında dolayı rol oynayır. Gəlirləri artan dövlət artıq öz öhdəliklərini yerinə yetirmək üçün təsərrüfat subyektlərinin daha çox vergi ilə yüklənməsinə də az meylli olur. İstehsal etdikləri rəqabətqabiliy-yətli məhsulları reallaşdıraraq öz gəlirliklərini yüksəldən şirkətlər isə həm məhsullarının və istehsal proseslərinin təkmilləşdirilməsinə, həm də qabaqcıl menecment texnologiyalarının və menecerlərin müəssisəyə cəlb edilməsinə vəsait ayıra bilirlər.Gəlirlərin artımı həm də rəqabətin qeyri-qiymət üsullarının aktual-laşmasına şərait yaradır. Deməli, təsərrüfat subyektlərinin və ölkə iqtisadiy-yatının inkişafı dialektik əlaqə və dialektik təsir şəraitində mümkün olur (yəni qarşılıqlı əlaqə və qarşılıqlı təsirdə). “Dialektika nəzəriyyəsində əlaqə obyekt-lərin bir-biri ilə qarşılıqlı münasibəti, onların bir-birini şərtləndirilməsi kimi başa düşülür”(23, s.177). “Obyektlərin bir-birinə təsiri nəticəsində yaranan və onların qarşılıqlı dəyişməsini təmin edən əlaqəyə adətən qarşılıqlı təsir deyilir... Əgər “əlaqə” kateqoriyasında əşyalar arasındakı asılılıq təsdiq edilirsə, “qarşı-lıqlı təsir” kateqoriyası isə nəinki təkcə əşyalar arasındakı əlaqəni, həm də onların bir-birinə qarşılıqlı təsiri və bu təsir nəticəsində dəyişmələrini ifadə edir” (23, s.61). Beləliklə, ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyi ilə təsərrüfat subyektlərinin rəqabətqabiliyyətliliyi dialektik əlaqə və təsirdədir.

Biz statistik və ekonometrik üsullardan istifadə edərək bu dialektik əlaqələrin xarakterini təhlil edəcək və kəmiyyət qiymətləndirilməsini verməyə çalışacağıq. Bunun üçün mikroiqtisadi rəqabətqabiliyyətliliyi xarakterizə edən biznes rəqabətqabiliyyətlilik indeksindən (BCİ-business competitivness index), ölkələrin beynəlxalq rəqabətqabiliyyətlilik indeksindən (GCİ-growth competi-tiveness index), iş görülməsi təsnifatından (DBR-doing business ranking) və alıcılıq qabiliyyətinə əsasən adambaşına düşən real gəlir indikatorundan istifadə edəcəyik. Təhlil aşağıdakı üç istiqamətdə aparılacaq:

-Mikroiqtisadi rəqabətqabiliyyətliliyin makroiqtisadi rəqabətqabiliyyət-liliyə təsiri kontekstində Biznes Rəqabətqabiliyyətlilik İndeksi ilə (Business Competitiveness İndex-BCİ) adambaşına düşən ÜDM arasında əlaqənin tədqiqi;

-dövlətin iqtisadi tənzimləmə və iqtisadi islahatlar həyata keçirməsinin təsərrüfat subyektlərinin rəqabətqabiliyyətliliyinə təsiri kontekstində İş Görül-məsi Ranqı (Doing Business Ranking-DBR) ilə Kompaniyaların Təkmillik Dərəcəsi İndeksi arasındakı əlaqənin tədqiqi;

- makroiqtisadi rəqabətqabiliyyətliliyin mikroiqtisadi rəqabətqabiliyyət-liliyə təsiri kontekstində Qlobal Rəqabətqabiliyyətlilik İndeksi ilə(Global Competitiveness İndex-GCİ) Kompaniyaların Təkmillik Dərəcəsi İndeksi arasındakı əlaqənin tədqiqi.

Dünya İqtisadi Forumu (World Economic Forum - WEF) və Idarəetmə Inkişafı üçün Beynəlxalq Institut (International Institute for Management Development-IMD) tərəfindən illik hazırlanan BCİ indeksi özü də “kompaniya-ların təkmillik dərəcəsi” və “milli biznes mühitin keyfiyyəti” indeksləri kimi alt indekslərdən ibarətdir. BCİ-nin hesablanmasında birinci indeksin çəkisi 0.37, ikinci indeksin çəkisi isə 0.63-dür. Milli biznes mühiti indeksinin hesablan-masında romb modelinin komponentlərinin vəziyyətindən, kompaniyaların təkmillik dərəcəsi indeksinin hesablanamasında isə kompaniya ilə əlaqədar indikatorlardan (istehsal proseslərinin mürəkkəbliyi, rəqabətli üstünlüyün təbiəti (aşağı xərclər,məhsul və proseslərin unikallığı), heyətin öyrədilmə dərə-cəsi, innovasiya qabiliyyəti, elmi tədqiqat və inkişafa xərcləmələr, marketin-qin inkişaf səviyyəsi, istehlakçıya yönəlmə səviyyəsi və s.) istifadə edilir (111).

BCİ indeksini təsərrüfat subyektlərinin rəqabətqabiliyyətliliyinin indika-toru kimi qəbul etməklə mikroiqtisadi rəqabətqabiliyyətliliyin makroiqtisadi rəqabətqabiliyyətliliyə təsirini öyrənməyə çalışacağıq. iqtisadiyyatın rəqabət-qabiliyyətlilik indikatorları sırasında adambaşına düşən real gəlir artımı da var. Alıcılıq gücü əsasında hesablanmış adambaşına düşən real ÜDM-ni (bundan sonra adambaşına düşən ÜDM qeyd etməklə kifayətləniləcək) iqtisadiyyatın rəqabətqabiliyyətliliyini təmsil edən əhəmiyyətli indikator əsaslanır.

ÜDM adambaşına=37511.43-679.97*BCI+3.34*BCI^2

Aldığımız modeldə asılı dəyişən olan adambaşına düşən ÜDM ilə BCİ indeksi arasında korellyasiya asılılığı (r-kvadrat=0.812) yüksəkdir və bu o deməkdir ki, asılı dəyişəndəki dəyişikliklərin 81.2%-lik hissəsini BCİ indeksi izah edir. Qalıq 18,8% isə modeldə nəzərə alınmayan amillərin təsiri altında baş verir. Modelin əmsallarının p-value-si (son hədd əhəmiyyətlilik səviyyəsi (marginal significance level)-aldığımız nəticələrə görə hətta on min təkrarlamada əmsalların səhv olma ehtimalı 1 dəfədən da azdır) isə hətta 0.01-dən də kiçikdir ki, bu da əmsalların etibarlı olduğu anlamını verir. Çarpaz-ölkə ekonometrik təhlillərində müşahidə edilən qalıqların heteroskedastikliyi problemi mövcud olduğundan modeldə “White Heteroskedastiklik- Uyğun Standart Xəta Standard Errors və kovari-asiya” üsulundan istifadə edilmişdir.Deməli, qurduğumuz reqressiya tənliyi ekonometrik baxımdan etibarlıdır və onun nəticələrindən istifadə etmək olar. Bu nəticələr isə bizə aşağıdakı labüd gerçəkliyi nümayiş etdirir: ölkələrin BCİ indeksinə görə ranqı aşağı düşdükcə adambaşına düşən ÜDM-nün aşağı düşməsi ehtimalı böyüyür. Misal üçün, qurduğumuz modeldə BCİ indeksinə görə ranqı 1 olan ölkədə adambaşına düşən ÜDM 36201.45ABD olması ehtimal olunursa, ranqı 2 olan ölkədə bu göstərici 35547.94 ABD-dir və s.

Beləliklə, mikroiqtisadi biznes mühiti əlverişli olan və kompaniyaları rəqabətli üstünlüyə malik olan ölkələrdə adambaşına düşən ÜDM göstəricisi və deməli, əhalinin həyat səviyyəsi də yüksəkdir. Aldığımız nəticələr makroiqtisadi səviyyədə rəqabətqabiliyyətliliyi təmin etməyə çalışan ölkələrə tədbirlər həyata keçirilməli olan istiqaməti göstərir: bunun üçün ilk növbədə əsas tənzimləmə obyekti mikroiqtisadi səviyyədə təsərrüfat subyektlərinin rəqabətqabiliyyətliliyi olmalıdır.

İndi isə biznes mühitinin keyfiyyətinin təsərrüfat subyektlərinin rəqabət-qabiliyyətliliyinə göstərdiyi təsiri araşdıraq. Bu əlaqənin mövcudluğu bizə təsərrüfat subyektərinin rəqabətqabiliyyətliliyinin təmin olunmasında biznes mühitinin hansı rol oynadığının kəmiyyət qiymətləndirməsini təyin etməyə imkan verəcək.Bunun üçün, biznes rəqabətqabiliyyətlilik indeksinin tərkib hissəsi olan kompaniyaların təkmillik dərəcəsi ilə iş görülməsi ranqı (DBR) arasındakı əlaqədən istifadə edəcəyik. Düzdür, DBR göstəricisi biznes mühitini tam xarakterizə etmir. “Metodologiyada məhdudiyyətlər mövcuddur. Ölkənin iri bazarlara yaxınlığı, infrastrukturun keyfiyyəti, mülkiyyətin qorunması, hökumət alışlarının şəffaflığı, makroiqtisadi vəziyyət və ya institutlarının güclülüyü kimi biznes üçün digər mühüm sahələr “iş görülməsi” indeksində nəzərdə tutulmur... İndikatorlar islahatların necə işlədiyini və hansı iqtisadi faydalar verdiyini təhlil etməkdən ötəridir” (77, s.1). Lakin bütün bunlara baxmayaraq, DBR indikatoru dövlət idarəetməsi baxımından ölkələrin biznes mühitlərini müqayisə etməyə imkan verən əhəmiyyətli göstəricidir. Bu indeks-dən istifadə DBR-in əhatə etdiyi 10 sahədəki mövcud vəziyyətin təsərrüfat subyektlərinin rəqabətqabiliyyətliliyinə necə təsir göstərdiyini aşkarlamağa imkan verər.

Deməli, əldə etdiyimiz nəticəyə görə, təsərrüfat subyektlərinin rəqabət-qabiliyyətliliyi ilə biznes mühitinin təkmilliyi arasında sıx asılılıq var və təsər-rüfat subyektlərinin rəqabətqabiliyyətliliyini yüksəltmək üçün biznes mühiti təkmilləşdirilməlidir.Makroiqtisadi rəqabətqabiliyyətliliyin mikroiqtisadi rəqa-bətqabiliyyətliliyə təsirini müəyyənləşdirmək üçün isə “Qlobal rəqabətqabi-liyyətlilik indeksi” ilə “Kompaniyaların Təkmillik Dərəcəsi İndeksi” arasındakı əlaqədən istifadə edilməlidir. Beləliklə, apardığımız təhlillər bizə aşağıdakıları qeyd etməyə imkan verir:

1.Təsərrüfat subyektlərinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi ilə adambaşına düşən real ÜDM-nin artması arasında sıx korellyasiya asılılığı var. Biznes rəqabətqabiliyyətliliyinin yüksəldilməsi biznes mühitinin vəziyyətindən və təsərrüfat subyektlərinin daha səmərəli idarəetməsindən keçir. Biznes mühiti-nin vəziyyəti isə təsərrüfat subyektlərinin həm özündən, həm ölkədəki makro-iqtisadi durumdan, həm ölkənin resurslarından, həm də əlaqədar sahələrin inkişaf səviyyəsindən bilavasitə asılıdır. Deməli, makroiqtisadi rəqabətqabiliy-yətlilik kompaniyaların hansı səviyyədə rəqabətqabiliyyətli olmasından bilavasitə asılıdır.

2.İstehsal-təsərrüfat fəaliyyətində baş verən proseslər və istehsal edilmiş məhsulların rəqabətqabiliyyətliliyi kompaniyaların rəqabətqabiliyyətliliyini təyin edir. Apardığımız təhlillər nəticəsində kompaniyaların təkmillik dərəcəsi ilə biznes mühitinin daha çox tənzimləyici hüquqi-prosedur qaydalarını (biznesə başlamaq və ondan çıxmaq üçün lazım olan müddət, prosedurların sayı və məsrəflər, lisenziyaların alınmasına sərf edilən müddət, məsrəf və s.) xarakterizə edən iş görülməsi təsnifatı arasında sıx əlaqənin mövcudluğu bir daha isbat olundu. Yəni təsərrüfat subyektlərinin rəqabətqabiliyyətliliyinin təmin olun-masında iş görülməsi inteqral göstəricisini təyin edən amillərin daha əlverişli olması zəruriliyi təhlillə sübuta yetirildi. Deməli, kompaniyaların rəqabətqa-biliyyətli olmasında onların fəaliyyət göstərdiyi biznes mühitinin əlverişli olma-sının mühüm rolu vardır.

3.Bir növ mikroiqtisadi rəqabətqabiliyyətliliyin məntiqi nəticəsi olan makroiqtisadi rəqabətqabiliyyətlilində öz növbəsində mikroiqtisadi rəqabət-qabiliyyətliliyə mühüm əks təsiri vardır. Apardığımız çarpaz-ölkə təhlili nəticə-sində makroiqtisadi rəqabətqabiliyyətliliyi daha yüksək olan ölkələrin təsərrüfat subyektlərinin də rəqabətqabiliyyətli olması ehtimalının daha yüksək olduğu məlum oldu. Bu da ölkənin innovasiyalara meylli olmasının, qanunun aliliyi və məhkəmə hakimiyyətinin vəziyyətinin, ölkədə olan korrupsiyanın səviyyəsinin, makroiqtisadi vəziyyətin (ölkənin kredit reytinqinin və hökumət xərcləmə-lərinin) təsərrüfat subyektlərinin rəqabətqabiliyyətliliyinə mühüm təsir göstər-məsinin nəticəsidir.


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə