Azərbaycan dovləT İQTİsad universiteti



Yüklə 85,39 Kb.
tarix01.02.2018
ölçüsü85,39 Kb.
#23058



AZƏRBAYCAN DOVLƏT

İQTİSAD UNİVERSİTETİ

Sərbəst iş №2

Ad:


Soyad:

Fakultə: Maliyyə və Muhasibat ucotu

Qrup:

Kurs: 1


Fənn: Mulki Mudafiə

Muəllim:

Sərbəst işin adı: Texnogen xarakterli F.H onlarin baş vermə səbəbləri

və nəticələri.



Texnogen xarakterli F.H onlarin baş vermə səbəbləri

və nəticələri.

Texnogen qəza — texnogen obyektdə böyük həcmli qəzalardır ki, nəticədə çoxlu sayda insan tələfatına və hətta ekologi dəyişikliklərə səbəb ola bilər.

Qəza dedikdə müəyyən şərtlər daxilində insanın həyat fəaliyyətinə zərər vura bilən hadisə və proseslər nəzərdə tutulur.

Təhlükə "insan-ətraf mühit" sisteminin yekcins olmaması ilə şərtlənir və onların xarakteristikası üst-üstə düşmədikdə yaranır. Təhlükə ilə insan daima üzləşib. Əvvəllər bu təbii xarakterli təhlükələr: təbii fəlakətlər, insanların vəhşi heyvanlarla, zəhərli həşəratlarla qarşılaşması kimi hallar idisə, zaman keçdikcə, texnikanın inkişafı ilə əlaqədar olaraq bura texnogen mənşəli təhlükələr də daxil oldu. Texnogen təhlükələr texniki sistemlərdə qəza, yanğın, partlayış və s. bu kimi formalarda təzahür edir. Bu hadisələrin baş verdiyi ərazidə olan insanlar isə xəstəliklər və müxtəlif ağırlıq dərəcəsi olan travmalar ala bilər. Təhlükənin mənbələri: təbii və antropogen olmaqla iki hissəyə ayrılır.

Təbii təhlükə mənbələrinə zəlzələlər, daşqınlar, kosmik mənşəli -meteoritlər, kometlər, qlobal istiləşmə və s.-ni qeyd etmək olar. Antropogen təhlükə mənbələri dedikdə isə müharibələr, ekoloji və texnogen təhlükələr, şüalanmadan, atmosferdəki zərərli maddə tullantılarından yaranan təhlükələr nəzərdə tutulur. Texnogen xarakterli fövqəladə hadisələrə iri istehsalat qəzaları,sənaye müəsisələrində partlayışları, enerji sistemlərində, mühəndis və texnogen şəbəkələrindəki qəzaları, hidrotekniki qurğularda, kommunal təsərrüfat obyektlərində qəzaları misal göstərmək olar.

Kimyəvi qəzalar- Böyük miqdarda kimyəvi və radioaktiv maddlərin ətraf mühitə çıxması ilə müşaiyət olunan texnogen qəzalar və fəlakətlər ekologiyanın dağıdılması baxımından çox böyük təhlükədir.

Kimyəvi qəzalar çox təhlükəli ola bilərlər. Kimyəvi cəhətdən təhlükəli olan obyektlərdə texnoloji proseslərin pozulması, boruların, anbarların, nəqliyyat vasitələrinin zədələnməsi sonu atmosferə, suya və torpağa çox miqdarda kimyəvi baxımdan təhlükəli maddələrin çıxıb yayılması baş verə bilər. Bu da ətraf mühitin, insanların, heyvanların və bitkilərin zəhərlənməsinə gətirib çıxardır. Belə olanda kimyəvi zəhərlənmə sahələri yaranır.

Qəza baş verdikdə, kimyəvi maddələri saxlayan həcmlərdən atmosferə böyük tezliklə zəhərləndiricilərin çıxması sonu ilkin bulud yaranır. İkinci bulud isə dağılmış kimyəvi maddələrin həmin yerdən buxarlanması sonu yaranır.

Ən böyük kimyəvi qəza Hindisnatın Bhopal şəhərində 1984-cü ildə baş vermişdir. Orada “Union Karbide” adlı Amerika şirkətinin müəssisələrinin birində baş vermiş qəza sonu atmosferə onminlərlə ton metilizosiant adlı çox zəhərli maddə atmosferə səzmışdır. Qəzanın ikl saatlarında çoxlu adam ölmüş, minlərlə insan isə kor olmuşdur. Ölənlərin toplu sayı 2 mini aşmışdır. Şəhər əhalisinin 25%-ı zərər çəkmişdir.

Bunun kimi bir çox qəzalar fərqli olsalar da, onların bənzər özəllikləri də vardır. Onların hamısı nəzarətdən çıxmış olaylar olaraq insan qırğını, ətraf mühitin zəhərlənməsi , böyük iqtisadi ziyanla sonuclanmışdırlar.

Muharibələrin dunya ekologiyasina təsiri: Çeşidli savaşlar və qarşıdurmalar təbiətə çox ağır zərbələr vurur. Bunlar müharibələr, terror, sosial partlayış, siyasi qarşıdurmalar kimi olaylardır. Buna örnəklərin biri İran-İraq savaşı zamana neft mədənlərinin birində baş verən partlayış olmuşdur. Sonda, İran körfəzi sularına çox sayda neft axıdırmış, ekologiyaya ziyan vurulmuşdur. Daha bir örnək Çeçenstanda gedən döyüşlərdir. O zaman sənaye obyektlərinin, yolların, nəqliyyat kəmərlərinin, həyatı təmin edən sistemlərin dağıdılması sonu Çimali Qafqaz bölgəsində ekoloji durum ox gərgin olmuşdur.

Vyetnamda gedən savaşlar zamanı amerikan uçaqları 22 million litr zəhərli defoliantları böyük ərazilərə səpələmişdirlər. Bunun sonu minlərlə kvadrat kilometr meşələr məhv olmuş, onminlərlə insan ölmüşdür. Hər bir savaş təkcə insanlığa deyil, həmdə ekoloji duruma qarşıdır, çunki ekoloji cəhətdən təmiz silah yoxdur, ola da bilməz. Atom bombardmanı baş verərsə ətraf mühitin qlobal dağıdılması və insan sivilizasiyasının məhv olması baş verə bilər. İnsan tarixinsə belə bombardmamı 2-ci dünya savaşı zamanı amerikanlar Yaponiyanın Xirosima və Naqasaki şəhərində etmişdirlər. Ətraf mühit zəhərlənmiş, minlərlə insan ölmüş ya da şikəst olmuşdur. O bombardmanın fəsadları bu gün də özünü göstərməkdədir.

Hərbi-sənaye kompleksi savaş olmasa belə ekoloji gərginlik yaradır. Çünki hərbi sursatlar, kimyəvi, bakterioloji, atom silahları ambarlarında, eləcə də atom sualtı qayıqlarında hər zaman qəza baş verə bilər bu da ekologiyanın dağıdılması deməkdir. Hərbi qarşıdurmalar kəsiləndən sonra da ərazilərdə çoxlu basdırılmış minalar qalır. Onlar da insan və başqa canlılar üçün təhlükədir. Kimyəvi və attom silahlarında imtina edilsə belə, onların necə məhv edilməsi problemi yaranır. Buna görə də hərbi obyektlərin üzərində ekolojinəzarət olmalıdır, ekoloji monitorinqlər keçirilməlidir.

Azərbaycan Respublikasının ərazisində yüksək dərəcədə texnogen təhlükələr mövcuddur ki,bunlar da müxtəlif növ FH-ın başlıca mənbələridir.Bunların əsas səbəbləri aşağıdakılardır:



  • istehsalat sahələrində təhlükəsizliyin dövlət tərəfindən tənzimlənməsi mexanizminin zəifləməsi;respublikada iqtisadiyyatın strukturca yenidən qurulması prosesinin uzanması nəticəsində istehsalatın bütün sahələrində əmək və texnoloji intizamın,habelə istehsalatda qəzaya qarşı davamlılıq tədbirlərinin zəifləməsi;

  • bəzi sənaye sahələrində istehsalat vasitələrinin,xüsusən texnoloji avadanlıqların,nəqliyyat vasitələrinin,əsas istehsalat formalarının yol verilməz dərəcədə,bir sıra hallarda 90% və daha az aşınması;

  • sənaye istehsalında təhlükəsizlik texnikasının,xammalın,hazırlanan məhsulun keyfiyyətcə kəskin surətdə aşağı düşməsi;

  • ölkədə həyat fəaliyyətinin təmin olunması sahələrində aparılan əsaslı və tətbiqi tədqiqatların keyfiyyətinin aşağı olması;və.s

Yüklə 85,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə