Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə1/20
tarix04.04.2018
ölçüsü0,51 Mb.
#35837
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   20


 

 

 



 

 

 



Azərbaycan Dövlət Neft Akademiyası 

 

 

 



 

 

 

İnnovasiya menecmenti 

 

(Mühazirələr konspekti) 

 

 

 



 

 

 



 

Tərtib edən: prof. Ramiz Hümbətov 

 

 



 

 

 



 

 

Bakı-2012




 

Mündəricat 



 

Səh. 


Giriş .................................................................................. 



İnnovasiya anlayışı ................................................ 



İnnovasiya fəaliyyətinin başlanğıcı ..................... 



İnnovasiyalı ideyanın sənədləşdirilməsi ................ 



İnnovasiya fəaliyyətində dövlətin rolu ................. 



Özəl qurumlarda innovasiya fəaliyyətinin 

xüsusiyyətləri ........................................................ 

13 



İnnovasiya təşkilatları ........................................... 



14 

6.1 


İnnovasiya təşkilatlarının xarakteristikaları .......... 

15 


6.2 

İnnovasiya təşkilatlarının formalaşdırılması 

qaydaları ................................................................ 

16 


Vençur innovasiya fəaliyyəti ................................. 

16 

7.1 


Vençur innovasiya təşkilatlarının yaradılması ...... 

18 


İnnovasiya fəaliyyətinə təşkilatı dəstək formaları . 

23 

8.1 


Texnopark .............................................................. 

24 


Vençur fondları ..................................................... 

33 

10 


İnnovasiya layihələri. Layihələrdə risk amilləri və 

onlarla mübarizə..................................................... 

37 

11 


İnnovasiya fəaliyyətinin verə biləcəyi səmərə və 

onun hesablanması 

39 

12 


İnnovasiya biznesinin təşkili ................................ 

41 


12.1 

Təsərrüfat hüququ subyektlərinin yaradılma 

üsulları, qaydaları və bəzi xüsusiyyətləri ............. 

44 


13 

İnnovasiyaların kommersiyalaşdırılması ...............  51 

14 

Texnologiyaların transferi ..................................... 



57 

15 


İntellektual mülkiyyət ........................................... 

58 


16 

İntellektual mülkiyyət üzərində müəlliflik hüququ   62 

17 

Ali təhsil müəssisəsinin intellektual mülkiyyətinin 



mühasibat uçotuna daxil edilməsi və innovasiyalı 

müəssisənin  yaradılmasına  nizamnamə  kapitalı 

kimi daxil edilməsi ................................................ 

63 


18 

Lisenziyalaşdırma ..................................................  70 




 



GİRİŞ 



 

Elmi-texniki  tərəqqinin  müasir  inkişaf  tempi  insan 

fəaliyyətinin hər bir sahəsində innovasiya xarakterli işləmələrin 

geniş tətbiq olunmasını tələb edir. 

Bu  isə  innovasiya  xarakterli  işləmələri  ərsəyə  gətirən 

alimlərin  və  mütəxəssislərin  fəaliyyət  göstərdiyi  elmi-tədqiqat 

və  layihə-konstruktor  təşkilatları,  ali  təhsil  müəssisələri  və 

hətta  ayrı-ayrı  ixtiraçılar  ilə  bu  işləmələrin  potensial 

istifadəçiləri  olan  sənaye  müəssisələri,  şirkətlər,  firmalar  və 

təşkilatlar  arasında  sıx  əməkdaşlıq  əlaqələrinin  yaradılmasını 

vacib bir məsələ kimi ortaya çıxarır. 

Belə  əlaqələrin  olmaması  innovasiyalı  işləmələrin  istifa-

dəsiz qalmasına, belə işləmələrə ehtiyacı olan müəssisələrin isə 

daim  mütərəqqi  innovasiyaların  axtarışında  olmasına  gətirib 

çıxarır. 

Məhz  bu  baxımdan  innovasiyaların  meydana  çıxdığı  an-

lardan  onların  bilavasitə  istehsalata  tətbiqinə  qədər  proseslərin 

elmi cəhətdən əsaslandırılmış şəkildə idarə olunması aktual bir 

məsələ kimi ortaya çıxır. 

Təqdim edilən “İnnovasiya menecmenti” kursununn təd-

risində  əsas  məqsəd  dinləyicilərə  məhz  bu  proseslərin  idarə 

olunması haqqında biliklər verməkdir. 

Tədris  prosesində  innovasiya  fəaliyyəti  ilə  bağlı  əsas 

anlayışlar,  bu  fəaliyyəti  həyata  keçirən  təşkilatların  formalaş-

dırılması  qaydaları,  dövlətin  innovasiya  fəaliyyətinə  dəstəkdə 

rolu,  onlara  təşkilati  dəstək  formaları,  innovasiya  layihələri, 

innovasiya  biznesinin  təşkili,  innovasiyaların  kommersiyalaş-

dırılması,  innovasiyalı  texnologiyaların  transferi,  intellektual 

mülkiyyət,  onun  üzərində  müəlliflik  hüquqları,  təsərrüfat 

hüquqi  subyektlərin  yaradılma  qaydaları  və  digər  məsələlər 

geniş şərh ediləcəkdir. 



 



1.



 

“İNNOVASİYA” ANLAYIŞI 

 

İnnovasiya  (yenilik  gətirmə)-  yeniləşdirmə  prosesinin 

son  məhsulu  kimi  istehlak  bazarına  çıxarılan  yeni,  yaxud 

mükəmməlləşdirilmiş məhsul və  ya praktikada istifadə olunan 

yeni və mükəmməlləşdirilmiş texnoloji prosesdir. 

İnnovasiya  prosesi  (fəaliyyəti)-  innovasiya  xarakterli 

dəyişikliklərin  hazırlanmasından  və  həyata  keçirilməsindən 

ibarət  olaraq  qarşılıqlı  əlaqədə  olan  fazaları  vahid  və  bütöv 

kompleksdə birləşdirir. 



İnnovasiya fəaliyyəti: 

–  prinsipial  cəhətdən  yeni  və  ya  yeni  istehlak  xüsusiy-

yətlərinə  malik  məhsulun  (malların,  işlərin,  xidmətlərin) 

istehsalının yaradılmasına və təşkilinə; 

–  məhsulun  istehsalının  yeni  texnologiyasının  yara-

dılmasına  və  ya  mövcud  texnologiyaların  mükəmməlləşdiril-

məsinə, onların yayılmasına və istifadəsinə

–  yeni  məhsulun  (malların,  işlərin,  xidmətlərin) 

istehsalında xərclərin azaldılmasını təmin edən və bunun üçün 

şərait  yaradan  struktur,  maliyyə-iqtisadi,  kadr,  innovasiya  və 

digər  xarakterli  yeniliklərin  tətbiqinə  istiqamətlənmiş  işlərin 

yerinə yetirilməsi və ya xidmətlərin göstərilməsidir. 



İnnovasiya  məhsulu  innovasiya  fəaliyyətinin  bazarda 

realizə  etmək  üçün  yaradılmış  nəticəsidir  (mallar,  işlər, 

xidmətlər). 

İnnovasiya  sistemi  işlərini  dövlətin  innovasiyaların 

inkişafı  sahəsində  apardığı  proqram  çərçivəsində  quran, 

innovasiyalı  məhsulun  yaradılmasında  və  realizə  edilməsində 

birgə  fəaliyyət  göstərən  subyektlərini  və  obyektlərini  özündə 

ehtiva edir. 

İnnovasiya  sisteminin  infrastrukturu  innovasiya 

məhsullarının yaradılması və realizə edilməsi üçün xidmətlərin 

göstərilməsi  də  daxil  olmaqla  innovasiya  fəaliyyətinin  həyata 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə