Azərbaycan döVLƏt neft akademiyasi



Yüklə 0,86 Mb.
səhifə1/4
tarix20.09.2018
ölçüsü0,86 Mb.
#69420
  1   2   3   4




AZƏRBAYCAN DÖVLƏT NEFT AKADEMİYASI

(LEKSİYALAR)








Fakultə: B.İ.M, İqtisadiyyat və Menecment;

Kafedra: Y.E.K.Sahələrinin İqtisadiyyatı və Menecmenti;

Lektor: dos. Səlimov Ə.H.

BAKI 2007

NEFT QAZ SƏNAYESİNİN MENECMENTİ

Mündəricat


  1. Neft-Qaz sənayesində idarəetmənin prinsip və metodları;

  2. İdarəetmənin əsas mexanizmi;

  3. İdarəetmənin metodları, təsnifatı və qarşılıqlı əlaqəsi;

  4. İqtisadi metodun mahiyyəti;

  5. Təsərrüfat hesabı iqtisadi metod kimi;

  6. Əmək haqqı və mükafatlandırma iqtisadi vasitə kimi;

  7. Mənfəət və rentabellik mühüm iqtisadi vasitədir;

  8. Qiymət, kredit iqtisadi metoddur;

  9. İqtisadi təhlil metodu;

  10. Normativ sərəncam metodunun mahiyyəti;

  11. Təşkilatı təsir metodu;

  12. Təşkilati normalaşdırma;

  13. Təşkilati metodiki təlimat;

  14. Təşkilati tənzimləmə;

  15. Sərəncam təsir vasitələri;

  16. Təşkilati təhlil metodu;

  17. İnzibati informasiya sistemində informasiyanın əhəmiyyəti;

  18. İnformasiya təhlilinin təşkili və prinsipləri;

  19. İnformasiya sistemləri və onların məlumat bazası;

  20. İnformasiya sistemlərinin səmərəliləşdirilməsi problemləri;

  21. İnformasiyanın işlənməsinin texniki vasitələri;

  22. Neft-Qaz sənayesində menecmentin mahiyyəti və onu xarakterizə edən əsas göstəricilər;

  23. Müasir şəraitdə Neft-qaz sənayesində maliyyənin səmərəli idarəedilməsi;

  24. Balans hesabatının şaquli və üfüqi təhlili;

  25. Neft-Qaz sənayesində menecmentin şəxsi potensial amili;

  26. İqtisadi potensialdan istifadənin təşkili və idarə edilməsi;

  27. Neft-Qaz Çıxarma Müəssisələrində əmək potensialının idarə edilməsi;

  28. Texnoloji menecmentin əsas elementləri;

  29. Neft-Qaz sənayesində idarəetmə sisteminin inteqrasiyası;

  30. Neft hasilatının və neft məhsullarının idarə edilməsi;

  31. Neft-Qaz sənayesində mövcud vəziyyətin qiymətləndirilməsi;

  32. İdarə edən və idarə olunan sistemlərin strukturunun formalaşması;

  33. Neft-Qaz sənayesində idarəetmənin mütərəqqi formalarının tədqiqi;

  34. Neft-Qaz sənayesində strateji idarəetmə;

  35. Neft-Qaz sənayesində idarə edən sistem;

  36. Neft-Qaz sənayesində informasiya təminatı;

  37. Neft-Qaz sənayesində kadrların idarə edilməsi sistemlərinin təşkili prosesinin alqoritmi;

  38. Firmanın təsnifatı və növləri;

  39. Firmaların daxili mühitinin abstrakt və real amillərinin kombinasiyası;

  40. Müəssisənin müflisləşmə prasedurası;

  41. Müəssisənin rəqabət üstünlüyü.











1. Neft-Qaz sənayesində idarəetmənin prinsip və metodları
Müasir dövrün ən başlıca vəzifəsi sosial iqtisadi inkişafın ictimai istehsalının hər tərəfli intensivləşməsini təmin etmək və iqtisadi potensialı möhkəmləndirməkdən ibarətdir. Bunun üçün idarəetmə fəaliyyətini yüksək səviyyədə təşkil etmək aktual məsələlərdən biri olaraq qalır. Bütün bunlar üçün xüsusi metodlardan məqsədyönlü istifadə edilməsi tələb olunur. İdarəetmə metodları təsərrüfatın inkişaf etdirilməsinə xidmət edir və kompleks idarəçilik ixtisası ilə əlaqələndirilir. Ona görə də idarəetmə metodları idarəçilik fəaliyyətinin icra edilməsi vasitəsidir.

İdarəetmə metodları özlərinin məzmununa görə, adamlara təsir etmə xarakterinə görə, təşkilati formasına və s. görə fərqlənir. Bu metodlar sistemi təsərrüfatçılıq fəaliyyətində başlıca yer tutur və idarəetmənin öyrənilməsində xüsusi əhəmiyyətə malikdir. Ona görə də idarəetməyə müxtəlif tərəflərdən yanaşmaq olar. Məsələn: istehsalın idarəedilməsi dedikdə, optimal iqtisadi nəticələr əldə etmək üçün müxtəlif üsullarla, yəni inzibati, inzibati-təşkilati, ictimai-psixoloji və tərbiyəvi vasitələrin köməyilə keçirilən fasiləsiz məqsədyönlü, ictimai-iqtisadi və təşkilati -texniki proseslər sistemi başa düşülür.

İdarəetmənin metodları birinci növbədə iqtisadi qanunların və tələblərin həyata keçirilməsi metodudur. İdarəetmə metodlarında qanun və prinsiplərdən necə istfadə edilərsə, yəni burada prisip metoda nisbətən daha yumuşaq məna kəsb edir və o, daha istiqamətləndirici rola malikdir.

İdarəetmənin elmilik, sosial və təsərrüfat rəhbərliyinin vəhdəti prinsipi müəyyən müvafiq metodların seçilməsi və tətbiqi idarəolunan obyekt prinsiplərinin, hadisələrinin xarakteri və məzmunundan asılıdır. Bu metodlar drektiv, qeyri mərkəzləşmiş qaydada icra olunur. Onlar xüsusilə kollektivin forması, onun nə ilə məşğul olması ilə əlaqədar olaraq tətbiq olunur, yəni idarəetmə qarşıya müəyyən məqsədin qoyulması ilə başlanır və praktiki nəticə olması ilə sonlanır. Bu məqsədə nail olunduqdan sonra digəri ortaya çıxır, yəni bu proses idarəedən sistemin vəziyyəti və sistemlər arasında qarşılıqlı münasibətlərdən doğan arzu, zərurət, icra və nəticənin əldə edilməsini zəruri edir.

İdarəetmə prosesi müəyyən fəaliyyət növünün məzmunundan ibarətdir və daim təkrar olunur. İdarəetmənin məqsədi müəyyən məqsədyönlü təyinat olub bitmiş fəaliyyətin məcmusundan ibarətdir. İdarəetmənin məqsədi öz məzmununa görə obyektiv xarakter daşıyır. Eyni zamanda subyektiv idarəetmə məqsədinə də təsadüf edilir. Ona görə də onun ən başlıca məqsədi düzgün və yüksək fəaliyyətdə aydınlaşdırılmalıdır. Məqsəd ayrı-ayrı adamlar, idarəetmə orqanları tərəfindən mövcud ehtiyatları prespektiv inkişaf dövrünün fəaliyyətini nəzərə alaraq elmi səviyyədə müəyyən edilməlidir. Məqsədlər öz məzmununa görə, icra edilmə müddətinə görə və səviyyəsinə görə fərqlənilər.

Ümumiyyətlə müxtəlif idarəetmə, müxtəlif aspektli sənaye müəssisələrinin düzgün formalaşması, dövrün düzgün strategiyası üçün mühüm əhəmiyyətə malikdir. Ona görə də idarəetmə sisteminə prinsipial yanaşma maksimal əhəmiyyətə malikdir. Prinsipial yanaşma özü də bir formadır. O, idarəetmə məqsədinin elmi cəhətdən əsasını, onun ardıcıl olaraq həyata keçirilməsini, həmin sosial-iqtisadi, elmi-texniki məqsədlərin, xalq təsərrüfatının son nəticələri ilə əldə edilməsini tələb edir. Metod istehsal kollektivinin, onun hər hansı üzvünə məqsədyönlü təsir edilməsinə deyilir. Anlayış etibarilə metodla və ya hər hansı bir insan fəaliyyətinin fərqlərinin məcmusuyla, hər hansı bir məqsədə çatmaq üçün insanları istiqamətləndirmək, təşkil etmək və s. mümkündür. Müəyyən bir məqsədi qarşıya qoyduqdan sonra onun yerinə yetirilməsini daha yaxşı sərfəli, səmərəli, vasitəli yolların daha geniş üsullarını artırmaq lazımdr. Və bu özü-özlüyündə bir zərurətdir. Yəni bu birinci növbədə mürəkkəb və dinamik vəziyyətdə digər tərəfdən hər hansı bir məqsədin müəyyən bir təsirə, vasitəyə, vasitəçiyə möhtac olmasından irəli gəlir.

Heç də təsadüfi deyil ki, idarəetmə metodları idarəetmə proseslərinin əsas ünsürü yəni elementi adlanır. Deməli, idarəetmə metodları onların ahəngdarlığına, səmərəliliyinə çox böyük təsir edir. İdarəolunan obyektlərə təsir vasitəsi olan metodlar sistemi necə və hansı vasitələrlə yerinə yetirilməni müəyyən edir. Ümumiyyətlə hər hansı bir prosesin idarəedilməsi müxtəlif metodların köməyilə hayata keçirilir. Ona görə də idarəetmə metodları başqa metodlardan, texniki, bioloji metodlardan prinsipcə fərqlənir və insanların istehsala təsiri, bu və ya digər vəzifələrdən kompleks istifadə olunur. İdarəetmənin ən başlıca əhəmiyyəti idarəetmədə proseslərin dəqiq təşkili üçün müasir texnika və texnalogiyadan istifadə etməyə imakan yaradır. Beləliklə, idarəetmə metodları mahiyyətinə görə insan fəaliyyətinin mühüm vasitəsi hesab olunur.



2. İdarəetmənin əsas mexanizmi

İstehsalatda müəyyən münasibətlər baş verir. Bunlardan ən çoxu iqtisadi, təşkilati və sosial-psixoloji münasibət olur ki, bu da idarəetmənin aparılmasında müxtəlif təsir etmə, təşkil etmə, nizamlaşdırma və s. vasitələrin tətqiq edilməsini tələb edir. İdarəetmə mexanizmi idarəetmənin ümumi prinsipləri, qanunları, idarəetmə məqsədləri, idarəetmə funksiyaları və metodları ilə sıx surətdə bağlıdır. Və ya onların bir-birilə əlaqələndirilməsi sistem halında tətbiq edilməsi idarəetmə mexanizminin fəaliyyəti üçün mühüm əhəmiyyətə malikdir. Ən zəruri problemlərdən biri xalq təsərrüfatı mexanizmlərinin bir-birilə əlaqələndirilməsi, onları əmələ gətirən komplekslərdən planlı surətdə idarə oluna bilməsidir. İdarəetmə metodları idarəetmə nəzəriyyəsinin əsas qanunlarını, tələblərini, idarəetmə təcrübəsində qarşılıqlı surətdə həyata keçirilməsinin forması və daşıyıcısıdır. Eyni zamanda idarəetmə funksiyalarının və prinsiplərinin əməli təzahürünün təsir vasitələri və mexanizmidir. Bu mexanizm ilə idarəetmənin plana uyğun həyata keçirilməsi baş verir. Məsələn: iqtisadi metodlar təsərrüfat fəaliyyətinin maddi cəhətdən inzibati təşkil etmək və nizamlaşdırmaq vasitəsilə, mənəvi metodlarla insanların ictimai fəaliyyətinin, yəni maddi cəhətdən inzibati metod, təşkiletmə və fədakarlığını artırma, hüquqi metodlar isə təsərrüfat və ictimai fəaliyyəti təmin etmə müəyyən qayda qanun ilə təsir edir.

Beləliklə, iqtisadi metodlar vasitəsilə maddi həvəsləndirmə, məsuliyyət, planlaşdırma və s. vasitələri həyata keçirir. İnzibati metodlar mexanizmləri onların yerinə yetirməsini təşkil edir, uyğunlaşdırır, son nəticədə birgə əmək prosesində bir sıra sosial-psixoloji məsələlər meydana çıxır ki, bu da idarəetmənin sosial-psixoloji metodlarının köməyilə həyata keçirilir.



3. İdarəetmənin metodları, təsnifatı və qarşılıqlı əlaqəsi

İdarəetmənin üç əsas metodu var. Onlar normativ sərəncam, iqtisadi və psixiolji metodlardır. Metodlar sistemində əsas yeri iqtisadi və inzibati metod tutur. Lakin bu iki metod arasında iqtisadi metodun rolu və fəaliyyət dairəsi genişdir. Belə ki, idarəetmə prosesində əsas rolu cəmiyyətin iqtisadi münasibətləri tutur. Başqa sözlə ifadə etsək, cəmiyyətin inkişafı, insanların iqtisadi münasibətlərindən asılıdır. Buradan göründüyü kimi istehsalın, idarəetmənin iqtisadi metodu cəmiyyətin inkişafı üçün bazis rolunu oynayır. Yəni hər bir cəmiyyətin iqtisadi münasibətləri hər şeydən əvvəl mənafelər kimi təzahür edir. Ona görə də müəyyən idarəetmənin məqsədinə nail olmaq üçün cəmiyyətin iqtisadi qanunlarından istifadə edilməsi obyektiv iqtisadi mənafelərin nəzərə alınmasında təsərrüfatın aparılması metodlarına idarəetmənin iqtisadi metodu deyilir. İdarəetməin iqtisadi metodlarına başqa cür də tərif vermək olar. Bunu bəzən iqtisadi nəzəriyyədə aspektli tərif kimi də adlandırırlar. Əmtəə,pul münasibətlərinin geniş inkişafında və iqtisadi vasitələr, yəni təsərrüfat hesabı, əmək haqqı, qiymət, kredit, mənfəət və s.dən ibarət olan iqtisadi mexanizmlərdən istifadə istehsalı idarəetmənin iqtisadi metodları adlanır.

Bu iqtisadi vasitələrdən hər hansı birisi ləng yerinə yetirilərsə, onda iqtisadi mexanizm mütənasibliyi pozulur və iqtisadi metodların tətbiqi özünün səmərəliliyni aşağı salır. Lakin idarəetmənin iqtisadi metodu bütünlüklə idarəetmə işlərini tamamilə əhatə etmir. Başlıcası isə plan-proqram vəziyyətinin yerinə yetirilməsini birbaşa təmin etmir. İdarəetmədə iqtisadi metodlar necə təşkil edilirsə edilsin, nizamlayıcı, bölüşdürücü, sərəncamverici metodlar fəaliyyət göstərə bilmir və ondan hec də bu fəaliyyət tələb olunmur. Göstərilən bu metodlar sistemi idarəetmə obyektinin müəyyən tərəfinə, cəhətinə, istehsalın nizama salınmasının kollektiv üzvlərinin mənəvi, maddi marağına, onun mütəşəkkilliyinə, istehsalın ahəngdar olmasına və s. xidmət göstərir. İdarəetmənin məqsədə uyğun fəaliyyəti həmişə təşkiletmə prosesindən asılıdır. Təşkiletmə sözü, hər hansı bir prosesi və ya müəyyən hadisəni qaydaya, nizama salınmasını, müəyyən etmə çevrilməsini ifadə edir. Demək olar ki, idarəetmə təşkiletmə məvhumundan daha geniş məna kəsb edir. Lakin bir sıra terminalogiyada, ədəbiyyatlarda təşkiletmə mənasında da göstərilmişdir. Ona görə də bu metodların özü hələ çox sistemləşdirilməli və bəzi anlaşılmamazlıqlar aradan qaldırılmalıdır. Bir çox iqtisadi ədəbiyyatlarda bu metodun adı təşkiletmə metodu ( təşkilati, inzibati, təşkiletmə-inzibati, inzibati-sərəncam, inzibati bölüşdürücü və s.) formalarda verilmişdir. Lakin son ədəbiyyatlarda bu anlayış inzibati metodların mənasını daha geniş mənada açır. İdarəetmənin inzibati metodu bəzi hallarda, idarəetmənin müstəqim drektiv metodu kimi izah edilir. Onlar məna etibarilə yaxın olsalar da anlayış etibarilə müstəqillik təşkil edirlər. İdarəetmənin müstəqim-drektiv metodları ondan ibarətdir ki, yuxarı orqanlar və ya özlərinə tabe olanlara ən müxtəlif iqtisadi planlaşdırma və istehsal məsələlərinə aid olan lazımı tapşırıqları müəyyənləşdirir. Bu tapşırıqlar tabe olmayanların nə edəcəyini dürüstləşdirir. Məqsəd, vəzifə, müstəqim və s. anlayışlar bilavasitə müəyyən edilir. Və buna görə də işçiyə, müəssisə kollektivinə bu cür təsirə müstəqim təsir deyilir. Tapşırıqlar mahiyyətcə əmək formasına malik olur. Onlar hökmən yerinə yetirdikləri variantı seçə bilməzlər. Buna görə də idarəetmənin bu metodları drektiv metodlar adlanır. Müstəqim-drektiv idarəetməni inzibati idarəetmə də adlandırırlar. Bunu ona görə belə adlandırırlar ki, drektiv idarəetmə həmişə idarəetmənin yuxarı orqanlardan, yaxud rəhbərliyin inzibati hakimiyyətindən istifadə etməklə əlaqədardır.

İdarəetmənin hüquqi metodlarından da geniş istifadə edilir. Bunların köməyilə dövlət və müvafiq orqanların istehsal prosesinə nüfuz edir, onu tənzimləyir. Hüquqi metodlar hüquq elminin ayrı-ayrı sahələrinin vasitəsilə həyata keçirilir. Belə ki, əmək hüququ ilə inzibati və cinayət hüququnun metodları eyni ola bilməz. İdarəetmə metodları arasında mənəvi təsir metodlarının rolu da az deyil. Bu təsir metodunu bir sıra metodlara ayırmaq olar:



  1. Siyasi-tərbiyəvi metod;

  2. Sosial metod;

  3. Psixoloji metod.

İdarəetmədə qismən təsir metodları da vardır ki, bu metodların köməyilə idartəetmə fəaliyyətini canlandırmaq olar. Onlar yalnız idarəetməyə dolayı yola müxtəlif əlaqə və vasitələrlə təsir edir. Burada ondan istifadə olunur. Adların çəkdiyimiz metodlar qismən təsir metodlarının tamamlanmış formaları deyildir. Zaman və məkandan, işin konkret məzmunundan, xarakterindən asılı olaraq, bu metodlardan kompleks və qismən də istifadə oluna bilər. Bütövlükdə idarəetmənin öyrənilməsində bu metodlarla yanaşı idarəetməni öyrənmək üçün bir sıra spesifik metodlardan istifadə olunur.

Mərkəzləşdirilmiş metodlar aşağıdakılardır:



  1. Müstəqim iqtisadi hesablama metodu;

  2. Ehtiyatın mərkəzləşmiş idarəetmə metodu;

  3. Drektiv göstəricilər vasitəsilə təsir metodu;

  4. Ərazi idarəetmə iqtisadi metodu;

  5. Sahə idarəetmə iqtisadi metodu.




4.İqtisadi metodun mahiyyəti
İdarəetmənin iqtisadi metodları istehsal münasibətlərini, obyektiv iqtisadi qanunların kateqoriyasının dərindən başa düşülməsi, onlardan geniş istifadə olunması ümumxalq və şəxsi marağın vahid sistemin təmin edilməsini, əsasən həyata keçirir. Bu metodların köməyilə planlaşdırma, təsərrüfat hesabı, əmək haqqı, maliyyə, kredit, mənfəət və s. iqtisadi metodların mexanizminə daxildir.

İqtisadi metodlara müxtəlif tərəfdən yanaşmaq olar. Belə ki, bir sıra iqtisadçı alimlərin baxışında iqtisadi metodların sırf təsərrüfat hesablı metodlar kimi məhdudlaşdırmaq, yaxud sərəncam, normativ metodlara qarşı qoymaq kimi ziddiyyətli fikirlər irəli sürülür. Lakin iqtisadi metodlar idarəetmə münasibətlərini, onun səciyyəvi mənafelərini və bu mənafelərlə səmərəli təsir göstərən vasitələri əhatə edir. İdarəetmədə planlaşdırma təsərrüfat hesabı, mənfət, gəlir, renatbellik, kredit və s. kimi vasitələrdən geniş istifadə olunur. Belə təsərrüfat vasitələri idarəetmə obyektinə mühüm təsir göstərir və onun vəzifələrini müəyyənləşdirir. Daha doğrusu iqtisadi münasibətlər bu vasitə ilə müəssisələrin təsərrüfat fəaliyyətini yüksəltməklə az xərclə yüksək nəticələr əldə edilməsini təmin edir. İdarəetmə obyektinə bilavasitə təsir göstərir və nəticədə müəyyən iqtisadi nəticələr formalaşır. Demək olar ki, bu vasitələri tətqiq etmədən iqtisadi baxımdan istehsal prosesi baş verə biməz, hətta baş versə də axıra qədər davam edə bilməz. Ona görə də idarəetmə metodlarını, onların quruluşu və xarakterini daha dərindən öyrənmək lazımdır.

İdarəetmənin iqtisadi metodları iqtisadi qanunlardan istifadə edilməsinin mexanzimidir. Bu mexanizmin vəzifəsi iqtisadi mənafeyin birliyini iqtisadi yaranmasını təmin etməkdən ibarətdir. İqtisadi istehsalın inkişafını təmin etmək və bu məqsədi axıra çatdırmaq üçün ayrı-ayrı işlərdə və kollektivdə fəallıq yaradır.

Burada maddi həvəsləndirmə sistemi və dəyər vasitələri tədqiq edilir ki, bu da bilavasitə istehsalın səmərəliliyini təmin edir. Təsərrüfat mexanizmi iqtisadi sistem və proseslərin optimal fəaliyyət göstərməsi üçün forma və sistemdir. Təsərrüfat mexanizminin hər bir ünsür və ya halqasının özünə məxsus nisbi müstəqilliyi və funksional rolu vardır. Təsərrüfat mexanizmi haqqında müxtəlif iqtisadçı alimlərin fikir və mülahizələri vardır. Onlar aşağıdakılardan ibarətdir:



  1. Təsərrüfat mexanizmi iqtisadi bazis, iqtisadi səciyyəvi hadisədir;

  2. Təsərrüfat mexanizmi üst qurum səpgili hadisədir;

  3. Təsərrüfat mexanizmi həm iqtisadi bazis, həm də üst qurumu əhatə edən inteqrasiya səpgili bir sistemdir;

  4. Təsərrüfat mexanizmi sosial-idarəetmə mexanizmidir;

  5. Təsərrüfat mexanizmi istehsal münasibətlərinin strukturunu əks etdirir;

  6. Təsərrüfat mexanizmi maddi mənafelərin məcmususdur;

  7. Təsərrüfat mexanizmi təsərrüfat proseslərinə rəhbərliyin formasıdır;

  8. Təsərrüfat mexanizmi dəyər formasının məcmusudur;

  9. Təsərrüfat mexanizmi planlaşdırmanı, əmək haqqını, maliyyəni və s. əhatə edən bütöv, vahid bir sistemdir;

  10. Təsərrüfat mexanizmi iqtisadi, təşkilati, hüquqi və s. formaların inteqrasiyasıdır.

Təsərrüfat mexanizminə belə müxtəlif mövqelərdən yanaşılması birinci növbədə ayrı-ayrı iqtisadçı alimlərin “təsərrüfat mexanizmi”, “iqtisadi mexanizm”, “idarəetmə mexanizmi” və s. kimi anlayışları eyniləşdirməkdən irəli gəlməsidir. Aydındır ki, iqtisadi mexanizm anlayışı iqtisadi kateqoriyalarla sırf obyektiv prosesləri göstərir. Təsərrüfat mxanizmi isə iqtisadi vasitələr və proselərin əlavə təşkilati, texniki, təşkiletmə, plan, uçot, nəzarət və s. məsələlərdə özünü göstərir. İdarəetmə isə bütün idarəçilik fəaliyyəti, idarəetmə prosesləri və idarəetmə metodları ilə bağlıdır. Ən problemli məsələlərdən biri də təsərrüfat mexanizmi ünsürlərindəki vəhdətlərin təmin edilməsidir. Vəhdətliliyin təmin edilməsi, burada mühüm prinsipial əhəmiyyət kəsb edir. Ona görə də o, vəhdətliliyin təmin edilməsi prinsipi adlanır. Təsərrüfat mexanizminin formalaşması və inkişafında dövlət siyasəti fəal rola malikdir. Burada vacib məsələlərdən biri də təsərrüfat mexanizmi məsələlərinə sistem halında yanaşılmasıdır. Sistem halında yanaşılma əsasən aşağıdakılardan ibarətdir:

  1. Planlaşdırma və idarəetmənin elmi, nəzəri və metodoloji səviyyənin yüksəlməsi;

  2. Mövcud istehsal potensialından səmərəli istifadə olunduqca planlaşdırmanın yerinə yetirilməsində xalq təsərrüfatının bütün vəsaitlərinin maddi marağı və məsuliyyətinin güclənməsi;

  3. İdarəetmənin metodlar sisteminin təkmilləşdiriliməsi;

  4. Maliyyə, kredit, əmtəə, pul mexanizminin səmərəliliyinin artırılması və tam təsərrüfat mexanizminə çevrilməsi;

  5. İqtisadi vasitələrin və normativlərin rolunun güclənməsi;

  6. Müəssisə və istehsal daxili bütün iqtisadi fəaliyyətin genişlənməsi və təkmilləşdirilməsi və s.

Planlaşdırma idarəetmənin bir funksiyası olaraq idarəetmənin iqtisadi metodlarından, iqtisadi vasitələrdən və alətlərdən biridir. Planlaşdırma metodları vasitəsilə sosial-iqtisadi mənafelər, idarəetmə və təsərrüfat fəaliyyəti nizamlaşdırılır.

İstehsalın idarə edilməsi prosesində planlaşdırma idarəetmənin əsas metodu kimi drektiv xarakter daşıyır. O, toxunulmazdır və həmişə qanun çərçivəsində durur. Bundan başqa mərkəzləşmiş iqtisadi metodlar sistemində müstəqim hesablaşma metodu əsas yer tutur. Bu metod başlıca olaraq xalq təsərrüfatı və sahələr arası səviyyədə tətbiq edilir. Ehtiyatların mərkəzləşmiş idarə edilməsi və onlardan cari istifadə edilməsi, drektiv qaydada müstəqim idarəetmə metoduna aid olur. Ehtiyatların mərkələşmiş metodu kapital qoyuluşu, plan, büdcə, qaydalı maddi -texniki təchizatın fondlaşdırılması, kredit və qiymət əmələgəlmə və s. vasitələrlə icra edilir. İqtisadi metodlar aşağıdakı metodlarla göstərilir:


    • dövlət sifarişi; hesablama göstəriciləri; müəssisə və ya birliyin daxili göstəriciləri; cinsi göstəricilər; kəmiyyət göstəriciləri; dəyər göstəriciləri və s.

Bu göstəricilər plan, uçot və tənzimləmə əhəmiyyətli göstəricilər sistemidir. Bunu aşağıdakı kimi göstərmək olar:

Dövlətin mərkəzləşmiş iqtisadi metodlarının hər birinin öz məzmunu və tədqiq edilmə qaydası vardır. Bütünlükdə bu metodların planlaşdırma, iqtisadi təhlil, elmi səviyyənin yüksəlməsinin dinamik inkişafında optimal variantda seçilməsi ehtiyatlarının həlli vardır və vahid strateji iqtisadi inkişaf istiqamətinin seçilməsi üçün böyük əhəmiyyəti vardır. Cəmiyyətə lazım olan məhsulların istehsalının daha səmərəli və sərfəli yollarını müəyyən etmək olduqca zəruridir. Bunu yalnız mərkəzləşmiş planlaşdırmanın, iqtisadi normativlərin köməyilə yerinə yetirmək olar. İstehsalın mərkəzləşmiş qaydada planlaşdırılımasının obyektiv imkanlarını, bütövlükdə bütün cəmiyyətin hər bir təsərrüfat kollektivinin və onun ayrı-ayrı üzvlərinin uyğunluğundan irəli gəlir. Mərkəzləşmiş planlar təsərrüfatın azad sahibkarlıq təşəbbüsünü və fəallığını həyata keçirməlidir. Mərkəzləşmiş qaydada məhdud göstəricilər verməklə kollektiv tərəfindən azad sahibkarlıq qaydasında qəbul olunur. Planların kollektiv tərəfindən, yəni aşağıdan işlənib hazırlanması, onu hər tərəfli əsaslandırmağa, təsərrüfatın və kollektivin imkanlarının tələb və təklifini tam nəzərə almağa, planlaşdırmanı xalq təsərrüfatının başqa sahələri ilə əlaqələndirməyə və uyğunlaşdırmağa imkan verir. Planlaşdırmanın tərtib edilmə prosesləri, onun yarım sistemləri təsərrüfat fəaliyyəti vasitəsilə əlaqələnir. Bu fəaliyyətin bütün cəhətlərini birləşdirmək üçün planlaşdırmaq kifayət deyil. Bütün fəaliyyətin başqa tədbirlərinin həyata keçməsi üçün bir neçə il tələb olunur.

Təsərrüfatın tam inkişafını təmin etmək prespektiv 5 və 10 illik planları tərtib etməyi qarşıya qoyur. Təsərrüfatda 5 illik planların işlənib hazırlanmasının çox böyük əməli əhəmiyyəti vardır. Hər bir təsərrüfat daha az əmək və maddi ehtiyatlar sərf etməklə, 5 illik tapşırıqların yerinə yetirilməsini təmin edir. Təsərrüfat öz 5 illik planı ilə yanaşı, təsərrüfat daxili və təşkilati təsərrüfat planlarını da işləyib hazırlamalıdırlar. İstehsalın daha da inkişaf etdirilməsi, vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi, təsərrüfat daxili planlaşdıramanın istifadə edilməsinin böyük əhəmiyyəti vardır. Təsərrüfat daxili prespektiv cari iş planını əhatə edir. Təsərrüfat daxili planlaşdırmada istehsalın səmərəli təşkili nəzərdə tutulur. Təşkilati təsərrüfat planı nəticəsində təsərrüfatın sosial-iqtisadi, sosial inkişaf planı işlənib hazırlanır. Bu planda əmək şəraitinin, mədəni-məişət xidmətlərinin təşkili və yaxşılaşdırılması, təsərrüfat kadrlarına, ixtisas, peşə, ümumitəhsil və s. əsas məsələlərinin konkret həlli vardır.

Planlaşdırmanın ən yaxşı növlərindən olan plan-qaimənin istifadə edilməsi məqsədəuyğundur. Onun tətbiqi, işin yerinə yetirilməsi, icraçının əməyinin ödənilməsi və s. amillər əsasdır. Belə planlaşdırma növü işin ahəngdarlığını təmin edir, işçilərin daha yaxşı işləmələrinə şərait yaradır.

Planlaşdırma təcrübədə digər planlaşdırma növlərindən də istifadə edir. Həmin planlaşdırma istehsal ehtiyatını aşkara çıxarmaq üçün onun plnlaşdırma zamanı nəzərə alınmasını, ümumiyyətlə, istehsalın ahəngdarlığının, səmərəliliyinin təyin edilməsi, məsuliyyətinin yerinə yetirilməsi və bununla da istehsalın idarə edilməsi ahəngdarlığının yaxşılaşdırılmasına kömək edir. Həmin planlar müəssisə kollektivinin təşəbbüsü, istehsalın daxili ehtiyatlarının nəzərə alınması, gərgin planlar tərtib edilməsinə görə həyata keçirilir. Beləliklə, planlaşdırmanın iqtisadi fəaliyyətini nəzərə almaq müəssisə kollektivinə dövlət sifarişi əsasında təlimat göstərir. Müəssisənin iqtisadiyyata rəhbərlikdə iqtisadi metodların və iqtisadi vasitələrin rolunu xeyli artırmaq, planlı rəhbərliyi təmin etmək onu daha da təkmilləşdirmək, elmi proqnozlarla uzun müddətli planlar tətbiq etməklə onların nəticəsini qabaqcadan təhlil etmək, respublikanın bazar şəraitində çox böyük əhəmiyyət kəsb edir.



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə